Məhkəmə qərarları › İş №1(011)-276/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-276/2020

07.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-276/2020 07.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 mənzil 6 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, daşımaqla yaşadığı ünvan 1 mənzil 6 ünvanında yerləşən yaşayış sahəsinə gətirib saxlamış, xx xxx 2020-ci il tarixdə saat 11:00-da həmin psixotrop maddə metamfetamindən 0,159 qram çəkidə olan hissəsini üzərində daşıyarkən Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaşadığı evin qarşısında saxlanılıb Bakı şəhəri Xətai rayonu Y.Səfərov küçəsi 45-də yerləşən RPİ-nin 36-cı PB-nə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Rothmons” markalı siqaret qutusunun içərisində gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 01 büküm təmiz çəkisi 0,159 qram olmaqla psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 12:15-də yaşadığı evin sahibi atası Şahid3 könüllü razılığı əsasında mənzilə baxış keçirilərkən evin yataq otağında olan televizorun alt hissəsindəki siyirmədən 0,970 qram, 0,983 qram və 1,059 qram olmaqla 3 (üç) ədəd qara rəngli siqaret kağızına bükülmüş vəziyyətdə təmiz çəkisi cəmi 3,171 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğundan uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. xx xxx 2020-ci il tarixdə istifadə etmək məqsədi ilə üzdən tanıdığı şəxsdən psixotrop maddə olan metamfetami almış və yaşadığı ünvan 2 mənzil 6 ünvanında televizor altlığının siyirməsinə qoyaraq gizlətmişdir. xx xxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı binanın, yəni ünvan 2 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində polis əməkdaşlarının, vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən “Rothmons” markalı siqaret qutusunu çıxartmış və polis əməkdaşlarına təqdim edərək, həmin qutunun içərisində 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş metamfetamini haradan aldığını soruşanda, o, həmin metamfetamini öz istifadəsi üçün xx xxx 2020-ci il tarixdə üzdən tanıdığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra, ona yaşadığı ünvana, yəni Xətai rayonu Cavanşir küçəsi ev 22 mənzil 6 ünvanına baxış keçirilməsi bildirilmiş və o da etiraz etməmişdir. Buna görə də polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 2 mənzil 6 ünvanına getmişlər. Ona təqdim olunmuş müdafiəçinin, atası Şahid3 və dəvət olunmuş iki nəfər hal şahidlərinin iştirakı ilə yaşadığı mənzildə baxış keçirilmişdir. Baxış zamanı o, özünə aid olan otaqdakı televizor altlığının siyirməsində saxladığı içərisində psixotrop maddə metamfetamin olan 03 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümləri və 02 ədəd insulin şprislərini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan həmin maddənin nə olmasını soruşduqda o, polis əməkdaşlarına 03 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümlərin psixotrop maddə olan metamfetamin olmasını və həmin maddələri yuxarıda qeyd etdiyi şəxsdən 60 manata aldığını demişdir. Bundan sonra yaşadığı mənzildən aşkar olunmuş maddələr hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Törətdiyi cinayət əməlindən peşmandır, bunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin öz xətti ilə yazmış olduğu izahatları, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan, Xətai RPİ-nin 36-cı PBnin sahə inspektoru Şahid5 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Vəfadar birlikdə məlumat əsasında saat 11 radələrində Xətai rayonu Cavanşir küçəsi 22 ünvanının qarşısına gəlmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Elçinin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 mənzil 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs Xətai RPİnin 36-cı PB-nə dəvət etmişlər, Elçin buna etiraz etmədikdən sonra Elçini PB-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Vüqar Həsənova təhvil vermişlər. Vüqar Həsənov, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Elçinə üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Elçin də əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Rothmons” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq həmin qutunun içərisində 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Gənclik metro stansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manat pul verib aldığını bildirmişdir. Sonra Elçinin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Elçinin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra Elçinin təqdim etdiyi “Rotmons” markalı siqaret qutusuna baxış keçirilmiş və baxış zamanı içərisində şəffaf rəngli, kristalik formalı psixtorop maddə olan metamfetaminə oxşar siqaretin gümüşü rəngli kağıza bükülmüş 1 ədəd büküm aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 mənzil 6 ünvanına baxış keçiriləcəyi bildirilmiş, Elçin də heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Elçinin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Elçin tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 mənzil 6 ünvanına hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı mənzildən 03 ədəd siqaret rükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 digər Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 13 radələrində şəxsi işlərilə əlaqədar ünvan 2 ünvanın yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək, ona evə baxış keçiriləcəyi və hal şahidi kimi iştirakını ondan xahiş etmişdir. O da polis əməkdaşı ilə razılaşmış və ünvan 2 mənzil 6 ünvanına getmişlər. Orada polis əməkdaşları, ondan başqa dəvət olunmuş bir nəfər də hal şahidi, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs və mənzilin sahibi Şahid3 olmuşdur. Elçinin yaşadığı mənzilə daxil olmuşlar. Baxış keçirilməzdən qabaq ona və dəvət olunmuş digər hal şahidinə qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra o və digər hal şahidinin iştirakı ilə Elçinin yaşadığı mənzilə daxil olmuşlar. Həmin mənzil üç otaqdan ibarət olmuşdur. Mənzilə baxış keçirilməsində mənzilin sahibi Binnət də baxışda iştirak etmişdir. Mənzilin dəhlizində sağ tərəfdə olan yataq otağına baxış keçirən zaman yataq otağında olan televizor altlığının siyirməsindən 03 ədəd qara rəngli siqaret kağızına bükülü və 02 ədəd şprislər aşkar edilmişdir. Bundan sonra onların, yəni onun və digər hal şahidinin iştirakı ilə həmin 03 ədəd bükümlərin içərisinə baxış keçirilmişdir. Baxış zamanı 03 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümlərin içərisində ağ rəngli, kristallik formalı kütlə aşkar olunmuşdur. Bundan sonra polis əməkdaşları Elçindən həmin kristallik kütlələrin nə olduğunu və haradan əldə etdiyini soruşan zaman Elçin həmin bükümlərdə olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu və həmin kütlələri saxlanılmamışdan 1 gün əvvəl, yəni xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu “Gənclik” metrostansiyasının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 60 manat pul verib aldığını bildirmişdir. Bundan sonra Elçinin yaşadığı evdən aşkar olunmuş bükümlər qablaşdırılaraq möhürlənmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Burada bütün hərəkətlər protokollaşdırılmış, protokol tərtib olunmuş, ucadan oxunmuş və protokolun düzgünlüyü o və digər iştirakçılar imzaları ilə təsdiq etmişlər. O, Elçini əvvəllər tanımamış, ilk dəfə xx xxx 2020-ci il tarixdə görmüşdür. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başanması və icraata qəbul edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 18); şəxsi axtarış və götürmə aparılması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 36-cı PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4, Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektoru, polis leytenantı Şahid5, şübhəli şəxs Təqsirləndirilən şəxs, çəkiliş aparan şəxs Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı X4, müdafiəçi X1 iştirakları ilə protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunu masanın üzərinə qoymuş, siqaret qutusunun içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünün içərisindəkinin narkotik vasitə “şüşə” olduğunu, bu narkotik vasitəni xx xxx 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Gənclik metrosunun yaxınlığından üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manat müqabilində alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağız bükümündə şəffaf rəngli, kristal şəkilli, spesifik qoxuya malik narkotik vasitə metafetaminə bənzər maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmış, prosessual hərəkətin aparılması zamanı “İphone” markalı mobil telefondan istifadə olunmaqla videoçəkiliş həyata keçirilmişdir (i.v. 27-28); Şahid3 tərəfindən Xətai RPİ-nə ünvanlanan ərizədən görünür ki, o, polis əməkdaşları tərəfindən ona məxsus evə baxış keçirilməsinə könüllü razıdır, buna etirazı yoxdur (i.v. 30); mənzilə baxış keçirilməsi barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Xətai RPİ-nin 36-cı PB-nin baş təhqiqatçısı, polis mayoru X3, 36-cı PB-nin baş əməliyyat-müvəkkili polis mayoru Şahid4, sahə inspektoru polis leytenantı Şahid5, 13 saylı Vəkil Bürosunun vəkili X1, mənzilin sahibi Şahid3, hal şahidləri X2 və Şahid2 iştirakları ilə Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi 22 saylı evin 6 saylı mənzilə baxış keçirilmişdir. Mənzil 3 otaqdan ibarətdir. Mənzilə giriş qapısından içəri daxil olduqda dəhlizin sağ tərəfində yataq otağı yerləşir. Yataq otağına baxış zamanı televizorun altlıq hissəsinin gözlüyünü açdıqda orada 2 qramlıq 2 ədəd şpris və 3 ədəd siqaretin qara kağızına bükülmüş içərisində kristal şəkilli, spesifik iyə malik narkotik vasitə “şüşə”yə bənzər maddə aşkar edilərək götürülmüşdür (i.v. 31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəm Ekspertizası Mərkəzinin x xxx 2020-ci il tarixli, 6/634 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzrəindən aşkar edilərək götürülmüşdür...” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,159 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı... mənzildən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki, 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,970 qr., 0,983 qr., 1,059 qr., ümumi təmiz çəkisi 3,012 qr ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı məzildən götürülmüş metamfetaminlərin ümumi təmiz çəkisi 3,171 qr-dır və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Metamfetamin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildir (i.v. 44-48); DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, DVD-R formatındakı məlumatlara “LG” markalı komputerdən istifadə edilərək baxılmışdır. Video çəkilişdən görünür ki, təhqiqatçı Vüqar Həsənov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb təqdim edərək masanın üzərinə qoyması, təhqiqatçı X12 Həsənovun üzərinə şəxsi axtarış aparılması, daha sonra masanın üzərində olan siqaret qutusunun açaraq içərisindən bir zərfə qoyularaq möhürlənməsi video görüntü zamanı qeydə alınmışdır (i.v. 84); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 85); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-295/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. 107-112); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya Qərarının 3-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə AR CM-nin 76.3.1-ci maddəsinə əsasən 5 (beş) ay 7 (yeddi) gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuşdur (i.v. 130-131); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-298/2012 saylı, xx.xx.2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmənin əvvəli xx xxxxxx 2012-ci il tarixdən hesablanmışdır (i.v. 132-137); maddi sübut kimi tanınma haqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,159 qram və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş 03 ədəd bükümdə ilkin təmiz çəkisi 3,012 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,109 qram və 2,862 qram çəkidə psixotrop maddə olan metamfetamin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (i.v. 138-139); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 X8-Narkoloji Tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli, 1858 nömrəli rəyindən görünür ki,müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.161-162); Azərbaycan Respublikası səhiyyə Nazirliyinin Məhkəmə Psiatrik X6 X10 Məhkəmə Psiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1048 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyən edilir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab ediməlidir. Təqsirləndirilən şəxs ioğlu Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (i.v. 163-164); cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif ediləsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və qeyd olunan maddə ilə yenidən ittiham elan edilmiş, məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2020-ci il tarixli, 6/634 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1858 saylı və məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1048 saylı rəyləri sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminin çəkisi 0,159 qram və yaşadığı mənzildən aşkar edilərək götürülmüş 03 ədəd bükümdə ilkin təmiz çəkisi 3,012 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,109 qram və 2,862 qram çəkidə psixotrop maddə olan metamfetamin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmiş, iş üzrə “xxxxxxx” MMC-dən götürülmüş 1 ədəd “CD” disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmaqla icraata qəbul edilmiş və qərarın surəti əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİ-nin 36-cı PB-nə göndərilmişdir (i.v. 169-180); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan yeni ittiham elan edilmişdir (i.v. 183); Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 100 saylı Mənzil Kommunal İstismar Sahəsinin 277 nömrəli, xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs, həqiqətən də, Cavanşir küçəsi ev 22 mənzil 6-da qeydiyyatdadır (i.v. 202) Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 100 saylı Mənzil Kommunal İstismar Sahəsinin 03 nömrəli, xx.xx.2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda yaşadığı müddətdə özünü nizam-intizamlı aparmış, qonşular arasında hörmət qazanmışdır. İnsanlarla ünsiyyətdə mədəni keyfiyyətlərə malikdir. 100 saylı MKİS-nə onun haqqında yazılı və şifahi şikayət daxil olmamışdır (i.v. 203); Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs siqaret qutusunun içərisində olan bükümün içərisindəkinin “şüşə” olduğunu, xx xxx 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Gənclik metrosunun yaxınlığından üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manat müqabilində alaraq üzərində saxladığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 1-ci qrafasına əsasən təmiz çəkisi 3,171 qram olan metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Həsənov X5 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,109 (sıfır, yüz doqquz) qram və 2,862 (iki, səkkiz yüz altmış iki) qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar