Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-276/2024 25.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 22:30-da ünvan 3 ünvanında “Faxralı” kafesində tanışı Zərərçəkmiş şəxs 850 manat dəyərində “Apple İphone 13” markalı mobil telefonla danışmaq istədiyini bildirərək telefonu alıb kafedən çıxmış, ona yaxınlaşaraq telefonla yanında danışmasını tələb edən Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olmayan fiziki zor tətbiq edərək əli ilə sinəsindən itələyib yerə yıxmaqla sonuncuya boyun, sağ əlin İİ, İİİ, V barmaqları nahiyəsində sıyrıqlar ilə müşayiət olunan ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan dərəcələri təyin edilməyən xəsarətlər yetirib qaçarkən kafedə olan Zərərçəkmiş şəxs qonşusu Şahid2 Təqsirləndirilən şəxs qolundan tutub saxladıqda ələ keçirdiyi telefonu verməmək üçün dirsəyi ilə Şahid2 də sifət nahiyəsindən vuraraq ona sağ almacıq nahiyəsində sıyrıq və qançır ilə müşayiət olunan ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək hadisə yerindən qaçıb gizlənməklə 850 manat dəyərində “Apple” markalı A2633 (İphone 13) modelli mobil telefonu 06 manat dəyərində ***-***-**-** mobil nömrə ilə açıq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 856 (səkkiz yüz əlli altı) manat miqdarda maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, istintaqla müəyyən edilməyən vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,905 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və bir gün əvvəl soyğunçuluq etməsində şübhəli bilindiyi üçün xx.xx.2024-cü il tarixdə, saat 07:50-də Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı ünvan 4 ünvanın qarşısında saxlanılıb ünvan 5nin 35-ci PB-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi-axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən təmiz çəkisi 0,905 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında biraz spirtli içki qəbul etmiş və saat 22 radələrində yaşadığı məhəlləyə çıxdıqda qonşuluqda yaşayan Cavid, Tariyel və İsmayılın söhbət etmələrini görüb onlara yaxınlaşmış, kafeyə çay içməyə getmək istədiklərini bildirmiş, o da onlarla getmək istədiyini dedikdə etiraz etməmişlər. Ardınca onlar Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən “Faxralı” adlı kafeyə getmişlər. Kafedə əyləşmişlər və Cavidgil çay içən zaman o da yenidən bir iki bokal spirtli içki pivə içmişdir. Saat 22:30 radələrində o, ilkin olaraq Tariyeldən mobil telefonunu verməsini istəmiş və danışıb qaytaracağını demiş, Tariyel isə telefonunun sönməsini demiş, ardınca o, Caviddən istifadəsində olan “İphone 13” markalı mobil telefonu verməsini və mobil telefonla danışıb qaytaracağını bildirmişdir. Cavid mobil telefonu ona verdikdən sonra o, əvvəllər münasibəti olan Kəmalə adlı tanışına “Whatsapp” tətbiqi vasitəsi ilə ismarıc yazmaq üçün yadında qaldığı şəkildə mobil nömrəni qeyd edərək həmin nömrəyə ismarıc yazmış, sonradan spirtli içki təsiri altında olduğundan səhv nömrəyə yazdığı üçün həmin şəxs ona səhv adama yazmağını bildirsə də o, buna inanmayıb həmin nömrəyə “Whatsapp” tətbiqi vasitəsilə zəng etmək qərarına gəlmiş və Cavidə ailə üzvləri ilə danışacağını deyib çölə çıxmışdır. O, xatırlamadığı mobil nömrəyə zəng etdikdə tanımadığı qadın telefonu açaraq onunla söz mübahisəsi edərək narahat etməməyini deməyə başlamış, həmin vaxt Cavid də arxasınca çölə çıxaraq yanında danışmağını tələb etmiş və telefonunu geri istəmişdir. Aralarında mübahisə yaranan zaman Cavidi sinəsindən itələməklə yerə yıxmış və oradan uzaqlaşmaq istədikdə tanışı Tariel kafedən çıxaraq onu qolundan tutmaq istədikdə dirsəyi ilə Tariyelin üz nahiyəsinə vuraraq oradan uzaqlaşmış və təxminən 1-2 kilometr getdikdən sonra dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı taksiyə əyləşərək Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsinə getmişdir. Daha sonra polis əməkdaşları tərəfindən o, polis bölməsinə aparılan zaman üzərində olan telefonu könüllü çıxarıb təqdim edərək törətdiyi əməli etiraf etmişdir. Həmçinin o, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, birlikdə balıqçılıqla məşğul olduğu dostunun evində olan zaman polis əməkdaşları dostunun yaşadığı ünvana gələrək onları birlikdə 35-ci Polis Bölməsinə aparmışlar. Həmin gün o, dotunun yaşadığı ünvana gedərək pul götürüb çıxmalı idi. Polis Bölməsində olan zaman polis əməkdaşları ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini üzərinə götürməyi, əks təqdirdə dostunu ayağında qandalla sroka göndərəcəklərini bildirmişlər. Dostunun adını hal-hazırda xatırlamır, lakin onun azad olunması üçün törətmədiyi əməli məcbur qalıb etiraf etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham hissəsində əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, özü təxminən 1-2 ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə etdiyi üçün xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində mütəmadi olaraq Zığ qəsəbəsində gördüyü və əvvəllər də narkotik vasitə aldığı, üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi həmin şəxsi uzaqdan görmüş, həmin şəxsə yaxınlaşaraq “kakos” deyilən narkotik vasitə heroini almaq istədiyini dedikdən sonra həmin şəxs pul verməyini istəmiş, o, çox vaxt olduğu kimi yenə 15 manat pul ödəməklə həmin şəxsin verdiyi bir ədəd bükümü götürmüş, bükümü əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoyaraq münasib vaxtda istifadə etməyi fikirləşmiş, mobil telefonu isə səhər açıldıqdan sonra “Əhmədli” metrostansiyası yaxınlığında mağazaların birində satıb pulu şəxsi ehtiyacları üçün xərcləməyi düşünmüşdür. xx.xx.2024-cü il tarixdə, saat 07:50-də ünvan 4 ünvanın qarşısında olarkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və onun qeyd olunan əməli törətməkdə, həmçinin narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Bundan sonra o, Xətai RPİ-nin 35-ci Polis Bölməsinə dəvət edilmiş, polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, bu təklifdən sonra o, könüllü qaydada əynində olan boz rəngli cins şalvarının sol yan cibindən Zərərçəkmiş şəxs məxsus “İphone 13” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən isə bir ədəd şəffaf sellofan bükümü təqdim etmiş, ardınca üzərinə baxış keçirilmiş, lakin hər hansı predmet aşkar edilməmişdir. Çəkiliş zamanı o, “İphone 13” marka və modelli mobil telefonu Zərərçəkmiş şəxs danışmaq adı ilə götürərək onu itələyib uzaqlaşmağını qeyd etmiş, daha sonra təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş və narkotik vasitənin bükümlə birlikdə 0,99 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərində imzalar çəkilmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində sinif yoldaşı İsmayıl və tanışı Tariyel ilə birlikdə yaşadıqları ünvanın qarşısında olan zaman qonşuluqda yaşayan Emil onların yanına gəlmiş və çay içməyə getmək barədə danışmalarını eşidərək Emil də onlarla getmək istədiyini bildirmişdir. Onlar etiraz etməmişlər və birlikdə Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən “Faxralı” kafesinə getmişlər. Orada əyləşdikdə o və tanışları çay içmişlər, Emil isə pivə içmişdir. Saat 22:30 radələrində Emil ilkin olaraq Tariyeldən telefonu istədikdə Tariel telefonun sönməsini bildirdiyindən Emil ondan telefonu istəyərək qardaşı ilə danışıb qaytaracağını bildirmiş, o, Emilə telefonu verdikdən bir neçə dəqiqə sonra kafenin çölünə tərəf getmişdir. Emilin əvvəllər məhkumluğu olmasını bildiyi üçün o da Emilin arxası ilə çölə getmiş, həmin vaxt telefonda qadın səsi gəlmiş və həmin şəxs Emil ilə narazı şəkildə danışmışdır. O, mobil telefonunu Emildən geri tələb etdikdə Emil onun sinəsindən yumruqla vurduqdan sonra o, yerə yıxılmış, İsmayıl onu yerdən qaldıran zaman Emil sürətli addımlarla uzaqlaşmağa çalışmış və Tariyel Emilin arxası ilə qaçaraq Emili tutub saxlamaq istədikdə Emil Tarielin də sifət nahiyəsindən yumruqla vuraraq oradan uzaqlaşmışdır. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir və ona məxsus telefon özünə qaytarılmışdır, lakin o, təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin 35-ci Polis Bölməsinin ərazisində vətəndaş Zərərçəkmiş şəxs xəsarət yetirərək mobil telefonunu ələ keçirən Təqsirləndirilən şəxs həm də qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, digər üzvü isə Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 olmuş, 17 yanvar 2024-cü il tarixdə, saat 07:50-də Bakı şəhəri, Xətai rayonu, Oksigen küçəsi 1 ünvanı qarşısında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Xidməti vəsiqələrini göstərərək özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər və özünü təqdim etməsini bildirmişlər. Sonuncu özünü xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, ardınca Təqsirləndirilən şəxs 35-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə Bakı şəhəri Vəkillər kollegiyasının 13 saylı Vəkil Bürosundan müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili Şahid4 iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə təhqiqatçı Ramil İbrahimov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd göy rəngli “İphone 13” markalı mobil telefonu, şalvarının sağ yan cibindən isə 01 ədəd sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təhqiqatçı həmin bükümü açaraq içərisinə baxmış, Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin maddəni şəxsi istifadə məqsədi ilə tanımadığı şəxsdən aldığını bildirmişdir. Təhqiqatçı mobil telefonu hardan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs həmin mobil telefonu qonşusu Zərərçəkmiş şəxs danışmaq adı ilə alıb daha sonra Zərərçəkmiş şəxs itələyib yıxaraq ələ keçirməsini bildirmişdir. Bundan sonra təhqiqatçı Ramil İbrahimov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim olunan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,99 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə bənzər küllə zərfə qoyularaq möhürlənmiş və zərf şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçi, təhqiqatçı, o və digər polis əməkdaşı tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən çəklişin bitdiyini elan edilmiş və istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansıbir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda işləmir və natamam orta təhsillidir. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində sinif yoldaşı Cavidlə hazırlıqdan qayıtmışlar və Cavidin yaşadığı ünvanın qarşısında Cavidin tanışı Tariyel ilə görüşərək söhbət edən zaman tanımadığı, sonradan adını bildiyi Emil adlı şəxs onlara yaxınlaşaraq salamlaşmış və onlarla çay içməyə getmək istədiyini bildirmişdir. Onlar etiraz etməmişlər və birlikdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən “Faxralı” adlı kafeyə getmişlər. Onlar çay sifariş etmişlər Emil adlı şəxs isə pivə içmişdir. Saat 22:30 radələrində kafedə oturub söhbət edərkən Emil Tariyeldən telefonunu istəmiş, Tariyel isə sönməsini bildirdikdən sonra Caviddən telefonu istəyib danışıb qaytaracağını demişdir. Cavid istifadə etdiyi “İphone 13” markalı mobil telefonu Emilə vermişdir. 1-2 dəqiqə keçdikdən sonra Emil çölə çıxıb danışıb gələcəyini demişdir. Çöldə danışan zaman Cavid onun arxasınca çıxmış və onlar da masadan qalxaraq çölə tərəf getmişlər. Cavid Emildən telefonunu geri istədikdə sinəsindən yumruqla vuraraq Cavidi yerə yıxmış və uzaqlaşmağa başlamışdır. O, Cavidi yerdən qaldırdıqda Tariyel Emilin arxası ilə getmiş və qolundan tutaraq telefonu geri istədikdə Emil yumruqla Tariyelin sifət nahiyəsinə vuraraq qaçıb uzaqlaşmışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində yaşadığıqları məhəllədə qonşusu Cavid, tanışı İsmayıl və o söhbət edərək çay içmək qərarına gəlmişlər, bu zaman yaxınlıqda yaşayan Emil də gələrək onlarla söhbət edən zaman birlikdə getmək istəməsini bildirmişdir. Onlar etiraz etməmişlər və birlikdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən “Faxralı” adlı kafeyə getmişlər. Kafedə əyləşən vaxt Emil ondan mobil telefonunu istəmiş, lakin o, telefonunun sönməsini bildirmişdir. X6 üz tutaraq mobil telefonu verməsini, danışıb qayıdacağını bildirmişdir. Cavid mobil telefonu Emilə verdikdən bir neçə dəqiqə sonra Emil danışıb qayıdacağını bildirərək çölə tərəf getmişdir. Bu vaxt Cavid də Emilin arxasınca çölə çıxmış və aralarında mübahisə yaranmasını gördükdə o da çölə çıxmışdır. İsmayıl və o, çölə çıxdıqda Emil Cavidi sinəsindən vurmaqla yerə yıxıb uzaqlaşmağa başlamış, o, Emilin arxasınca gedərək qolundan tutmuş və telefonu geri qaytarmasını tələb etmişdir. Lakin Emil telefonun artıq özünə məxsus olmasını deyərək dirsəyi ilə onun sifət nahiyəsinə vuraraq qaçıb uzaqlaşmışdır. O, üzünü tutmuş və Emilin arxası ilə getməyərək Cavidin yanına qayıtmışdır. Bundan sonra Cavid bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları hadisə yerinə yaxınlaşmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 180.2.4 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən “Faxralı” kafesinin qarşısında baş vermiş soyğunçuluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 12-14); şübhəli şəxsin tutulması haqqında 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:50 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 36); şəxsi axtarış və götürmə aparılması haqqında 17 yanvar 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 ədəd “İphone 13” markalı mobil telefonu təqdim edərək qonşusu olan Zərərçəkmiş şəxs məxsus olduğunu, xx.xx.2024-cü il tarixdə danışmaq üçün ondan aldığını, lakin Cavid telefonu qaytarmasını istədikdə onu vuraraq yerə yıxıb qaçdığını bildirmişdir. Sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd içərisində qəhvəyi rəngli spesifik qoxuya malik, narkotik vasitə olan heroinə bənzər maddə olan bükümü təqdim edərək bükümün içərisindəki maddənin heroin olmasını, həmin narkotik vasitəni Zığ qəsəbəsində tanımadığı şəxsdən 15 manata almasını, şəxs istifadəsi üçün üzərində gəzdirərkən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Oksigen küçəsi 1 ünvanın yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Həmin bükülü “Pocket Scale” markalı elektron tərəzi vasitəsi ilə çəkilmiş və maddənin ümumi çəkisinin 0.99 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 45-47); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/278 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №154...” dairəvi möhür əksi və “...üç-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi 0,905 qram olan qəhvəyi rəngli toz şəkilli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 53-57); şübhəli şəxsin dindirilməsi haqqında 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, o, təxminən 1-2 ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə etdiyi üçün xx.xx.2024cü il tarixdə, saat 01 radələrində mütəmadi olaraq Zığ qəsəbəsində gördüyü və əvvəllər də narkotik vasitə aldığı, üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi həmin şəxsi uzaqdan görərək həmin şəxsə yaxınlaşaraq “kakos” deyilən narkotik vasitə heroini almaq istədiyini dedikdən sonra həmin şəxsin pul verməyini istədiyini, çox vaxt olduğu kimi yenə 15 manat pul ödəməklə həmin şəxsin verdiyi bir ədəd bükümü götürdüyünü, bükümü əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoyaraq münasib vaxtda istifadə etməyi fikirləşdiyini, saxlanılarkən ona təzyiq göstərilmədiyini və fiziki müdaxilə olunmadığını, üzərində yalnız videoçəkilişlə axtarış keçirildiyini etiraf etmiş və “ifadəsi ona oxundu, əlavə və düzəliş daxil olmadı, imzalarla təsdiq olunur” qeyd edilərək imzalamışdır (i.v. 62-66); yetkinlik yaşına çatmamış zərərçəkmişin qanuni nümayəndəsi kimi tanınması haqqında 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, 18 yaşına çatmamış xx.xx.2007ci il təvəllüdlü Zərərçəkmiş şəxs atası Qanuni nümayəndə onun qanuni nümayəndəsi kimi tanınmışdır (i.v. 69-70); zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 76); əşyanın tanınmaya təqdim edilməsi haqqında 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ona zor tətbiq edilməklə ələ keçirilən və “2” nömrəsi altında işarələnməklə tanınmaya təqdim edilən “Apple İphone 13” marka və modelli mobil telefonu tanıyaraq ona məxsus olmasını təsdiq etmişdir (i.v. 85-87); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 88-89); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, o, təxminən 1-2 ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə etdiyi üçün xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində mütəmadi olaraq Zığ qəsəbəsində gördüyü və əvvəllər də narkotik vasitə aldığı, üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi həmin şəxsi uzaqdan görərək həmin şəxsə yaxınlaşaraq “kakos” deyilən narkotik vasitə heroini almaq istədiyini dedikdən sonra həmin şəxsin pul verməyini istədiyini, çox vaxt olduğu kimi yenə 15 manat pul ödəməklə həmin şəxsin verdiyi bir ədəd bükümü götürdüyünü, bükümü əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoyaraq münasib vaxtda istifadə etməyi fikirləşdiyini, saxlanılarkən ona təzyiq göstərilmədiyini və fiziki müdaxilə olunmadığını, üzərində yalnız videoçəkilişlə axtarış keçirildiyini etiraf etmiş və “ifadəsi ona oxundu, əlavə və düzəliş daxil olmadı, imzalarla təsdiq olunur” qeyd edilərək imzalamışdır (i.v. 100-102); “DVD-R” diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 17 yanvar 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 103-104); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-46/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 180.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (i.v. 113- 115); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 xx.xx.2024-cü il tarixli, 66 saylı ekspert rəyindən görünür ki, Şahid2 bədənində müəyyən edilmiş xəsarətlər - sağ almacıq nahiyəsində sıyrıq və qançır küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Şahid2 bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü–özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması inandırıcı deyildir (i.v. 125-126); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 xx.xx.2024-cü il tarixli, 67 saylı ekspert rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - boyun, sağ əlin İİ, lll və V barmaqları nahiyəsində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, ümumilikdə və ayrı-aylılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Azyaşlı Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü - özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması inandırıcı deyildir (i.v. 127-129); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 ay 08 günü hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 17.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 03 il müddətə artırılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (i.v. 158-160); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X4 xx.xx.2024-cü il tarixli, 722 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v. 197-198); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2024-cü il tarixli, 9/1100 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Apple” markalı, A2633 (İphone 13) modelli **********42211 İMEİ kodlu, göy rəngli, 128GB daxili yaddaşlı mobil telefonun istifadədə olması və satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla 2024-cü ilin yanvar ayına orta bazar qiyməti təxminən 850,00 manat müəyyən olunur (i.v. 199-202); 28 mart 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 211-213); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 28 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur (i.v. 216-218); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4 və 234.1-ci maddələri elan edilmiş ittiham qüvvədə saxlanılmış və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 181 və 234.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2024-cü il tarixli, 6/278 saylı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X4 xx.xx.2024-cü il tarixli, 722 saylı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2024-cü il tarixli, 9/1100 saylı rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0.905 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.855 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd “DVD-R” formatlı disk və 01 ədəd “Apple İphone 13” markalı mobil telefon maddi sübut kimi tanınmış, 01 ədəd “Apple İphone 13” markalı mobil telefon saxlanılması üçün sahibinə təhvil verilmişdir (i.v. 231-242); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-284/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 180.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün olmaqla, ümumilikdə 03 (üç) ay 20 (iyirmi) gün müddətinə, yəni 07 may 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 ədəd “İphone 13” markalı mobil telefonu təqdim edərək qonşusu olan Zərərçəkmiş şəxs məxsus olduğunu, xx.xx.2024-cü il tarixdə danışmaq üçün ondan aldığını, lakin Cavid telefonu qaytarmasını istədikdə onu vuraraq yerə yıxıb qaçdığını bildirir. Sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd içərisində qəhvəyi rəngli spesifik qoxuya malik, narkotik vasitə olan heroinə bənzər maddə olan bükümü təqdim edərək bükümün içərisindəki maddənin heroin olmasını, həmin narkotik vasitəni Zığ qəsəbəsində tanımadığı şəxsdən 15 manata almasını, şəxs istifadəsi üçün üzərində gəzdirərkən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Oksigen küçəsi 1 ünvanın yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd göy rəngli “İphone 13” markalı mobil telefonu, şalvarının sağ yan cibindən isə 01 ədəd sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təhqiqatçı həmin bükümü açaraq içərisinə baxmış, Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin maddəni şəxsi istifadə məqsədi ilə tanımadığı şəxsdən aldığını bildirmişdir. Təhqiqatçı mobil telefonu hardan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs həmin mobil telefonu qonşusu Zərərçəkmiş şəxs danışmaq adı ilə alıb daha sonra Zərərçəkmiş şəxs itələyib yıxaraq ələ keçirməsini bildirmişdir. Bundan sonra təhqiqatçı Ramil İbrahimov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim olunan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,99 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd göy rəngli “İphone 13” markalı mobil telefonu, şalvarının sağ yan cibindən isə 01 ədəd sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təhqiqatçı həmin bükümü açaraq içərisinə baxmış, Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin maddəni şəxsi istifadə məqsədi ilə tanımadığı şəxsdən aldığını bildirmişdir. Təhqiqatçı mobil telefonu hardan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs həmin mobil telefonu qonşusu Zərərçəkmiş şəxs danışmaq adı ilə alıb daha sonra Zərərçəkmiş şəxs itələyib yıxaraq ələ keçirməsini bildirmişdir. Bundan sonra təhqiqatçı Ramil İbrahimov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim olunan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,99 qram olması müəyyən edilmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və imzası ilə təsdiq etmiş, həmçinin həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman belə, ona hər hansı bir təzyiqin göstərilməsi barədə məlumat verməmiş və təqsirini tam olaraq etiraf etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.905 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs soyğunçuluq cinayəti nəticəsində dəymiş ziyanı aradan qaldırmasını (CM-59.1.13), təqsirini qismən etiraf edərək soyğunçuluq əməlini törətməsi ilə əlaqədar səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixl hökmləri üzrə olan məhkumluqları ödənildiklərindən Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmçinin CM-nin 83.4-cü madddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 17.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 03 il müddətə artırılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 16 yanvar 2024-cü il və 17 yanvar 2024-cü il tarixlərdə hazırki cinayət əməllərini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin hazırki vəziyyətdə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi, yəni cəzanı ağırlaşdıran hal müəyyən edildiyindən yuxarıda qeyd olunan normanın soyğunçuluq cinayətinə münasibətdə tətbiq edilməsi istisna edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.905 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.855 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Apple İphone 13” markalı mobil telefon sahibinə geri qaytarılmalı və həmin mobil telefonun ibtidai istintaq zamanı saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalı, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 142 (yüz qırx iki) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 17 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.905 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.855 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən 1 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “Apple İphone 13” markalı mobil telefon sahibinə geri qaytarılsın və həmin mobil telefonun ibtidai istintaq zamanı saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 142 (yüz qırx iki) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-276/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-276/2024
25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver