Məhkəmə qərarları › İş №1(011)-277/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-277/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-277/2024 06.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 07 bükümdə xeyli miqdarda 1,85 qram çəkidə narkotik vasitə heroini və 03 bükümdə xeyli miqdarda 1,126 qram çəkidə psixotrop maddə metamfetamini ünvan 2 ünvanının yaxınlığında Fəridə adlı qadından 190 manata alaraq əldə edib, üzərində daşımaqla saxlamış, həmin narkotik vasitə heroindən xeyli miqdarda 0,328 qram çəkidə olan hissəsini 19 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında Şahid1 10 manat və 19 yanvar 2024-cü il tarixdə saat 14 radələrində xeyli miqdarda 0,395 qram çəkidə olan hissəsini Şahid2 10 manat müqabilində satmış, 19 yanvar 2024-cü il tarixdə Şahid1 və Şahid2 Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra sonuncuların üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin mənbəyinin müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 15:55-də Bakı şəhəri, Xətai rayonu, 6-cı Əhmədli küçəsi, ev 1 ünvanının yaxınlığında saxlanılıb ünvan 3rləşən RPİ-nin 34-cü PŞ-nə gətirilərək müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda əldə edib saxlayaraq daşıdığı 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,489 qram, 0,262 qram, 0,376 qram olmaqla, ümumi təmiz çəkisi 1,127 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,331 qram, 0,404 qram, 0,391 qram olmaqla, ümumi təmiz çəkisi 1,126 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən uzun müddətdir ki, narkotik vasitə istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 15:55-də Xətai rayonu, 6-cı Əhmədli küçəsi yaxınlığında olan vaxt iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitənin istifadəsində şübhələndikləri üçün onu saxlayaraq birgə Xətai rayon 34-cü Polis Şöbəsinə getməyi təklif etmişlər. O, polis əməkdaşları ilə birgə 34-cü Polis Şöbəsinə getmişdir. Şübhəli şəxs qismində tutularaq hüquq və vəzifəsi ona izah edilmiş, müdafiəsi üçün müdafiəçi dəvət edilmişdir. Daha sonra üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Bundan sonra o, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd şəffaf rəngli sellofana bükülmüş və 03 ədəd ağ kağıza bükülmüş maddəni təqdim etmişdir. Həmin 03 ədəd ağ sellofana bükülmüş 03 ədəd ağ kağıza bükülmüş bükülünün içərisində metamfetamin, digər 03 ədəd bükümdə isə heroin olmasını bildirmişdir. Həmin bükümlərdə olan maddələr elektron tərəzidə çəkilmişlər. Həmin psixotrop maddəni və narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat 12 radələrində yaşadığı evin qarşısında Fəridə adlı qadından almış və həmin narkotik vasitədən Tamerlan və Məlik adlı şəxslərə satmışdır. Bundan sonra onun üzərindən aşkar edilmiş maddə kağız zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhürlə möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və həmin protokola tanış olaraq iştirakçılarla birgə imza etmişdir. O, Tamerlan və Məlik adlı şəxslərə narkotik vasitə satmış, başqa şəxslərə isə satmamışdır. Narkotik vasitəni aldığı, həm də satdığı şəxslərlə istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə yüklənmiş “Whatsapp” ani mesajlaşma xidməti ilə əlaqə saxlamış, eyni zamanda ***-***-**-** mobil nömrə ona məxsusdur. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi güc tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1ov oğlu ifadəsində bildirmişdir ki, 10 ildir ki, narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs yaşadığı Əhmədli qəsəbəsindən tanıyır. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxt Əfqandan şəxsi istifadəsi üçün ona narkotik vasitə heroin satmasını istəmişdir. Əfqan da ona heroini 10 manata sata biləcəyini bildirmişdir. O da Əfqanla razılaşmış və 10 manat pul verib Əfqandan heroini almışdır. O özü də bu Əfqandan aldığı heroinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Təqsirləndirilən şəxsn yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsindən tanımış, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Əfqanın ondan başqa kimlərə narkotik və psixotrop maddələr satması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır və onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Ondan narkotik vasitə almamışdır. Belə ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsindən təzə azad olunduğundan, onunla heç bir münasibəti olmamışdır. Əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuş, hətta bu səbəbdən ona cəza da təyin edilmişdir. O, polis əməkdaşları tərəfindən yaşadığı evin qapısında, ev paltarlarında tutulmuşdur. Təqsirləndirilən şəxs ondan əvvəl polis əməkdaşları tərəfindən saxlanılmış və o, yaşadığı evin qarşısında olan səs küyə çıxan zaman polis əməkdaşları onu da tutmuşlar. Əgər o, narkotik vasitəni Əfqandan alsa idi sonuncu onun evinin qapısında tutulardı. Polis Şöbəsində olan zaman fiziki təzyiqə məruz qaldığı üçün həqiqətə uymayan ifadə vermək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç yerdə işləmir. 4 ildir ki, narkotik vasitələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs yaşadığı Əhmədli qəsəbəsindən tanımışdır. Əfqan narkotik vasitələrdən istifadə etməklə yanaşı, satışını da həyata keçirmişdir. Əfqanın narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyi üçün bir neçə dəfə sonuncudan narkotik vasitə əldə edərək istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 14 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində Təqsirləndirilən şəxs ilə qarşılaşmışdır. Əvvəllər Əfqandan bir neçə dəfə narkotik vasitə almış və sonuncunun rahatlıqla narkotik vasitə tapa biləcəyini bilmişdir. Əfqandan üzərində narkotik vasitə olub-olmadığını soruşduqda, sonuncu ona müsbət cavab vermişdir. Bundan sonra onlar bir qədər kənara çəkilmişlər və o, Əfqandan 10 manata bir ədəd bükümdə narkotik vasitə heroin almışdır. Həmin bükümü əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə qoyub həmin yerdən bir qədər kənarlaşıb yaşadığı ünvana doğru getməyə başlamışdır. Həmin gün saat 14:50 radələrində yaşadığı ünvan 5 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək, narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmişdir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olması və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynindəki idman şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddəni haradan aldığını soruşanda, o, həmin maddəni öz istifadəsi üçün 19 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində Əfqan adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, Əfqanı yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsindən tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Əfqandan bir neçə dəfə narkotik vasitə heroin alaraq istifadə etmişdir. Əfqan narkotik vasitənin bir istifadəlik bükümünü ona 10 manat satmışdır. Əfqanın ondan başqa kimlərə narkotik və psixotrop maddələr satması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru vəzifəsində işləyir. 19 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Həmin gün o və Abbas birlikdə məlumat əsasında saat 15:55 radələrində Əhmədli qəsəbəsi, 6-cı Əhmədli küçəsi, ev 1 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Əfqanın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Əfqana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib 34-cü PŞ-nə dəvət etmişlər. Əfqan etiraz etmədikdən sonra PŞ-nə aparılmışdır. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmişdir. Daha sonra şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 03 ədəd şəffaf rəngli sellofan bükümü, 01 ədəd ağ rəngli, 01 ədəd qızılı rəngli, 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin 03 ədəd sellofan bükümün içərisində metamfetamin, 03 ədəd kağız bükümdə olan maddənin heroin olduğunu, həmin maddələri Bakı şəhəri, Xətai rayonu, 6-cı Əhmədli küçəsi, ev 1 ünvanının qarşısında anket məlumatlarını tam bilmədiyi Fəridə adlı qadından 190 manata aldığını, narkotik vasitələri şəxsi istifadəsi və satış məqsədi ilə üzərində gəzdirdiyini, Məlik və Tamerlan adlı şəxslərə 10 manat olmaqla, 20 manata narkotik vasitə olan heroin satdığını bildirmişdir. Sonra Əfqanın üzərindən aşkar olunmuş kütlələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, və iştirakçılar tərəfindən imza ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və ya psixi güc tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. 19 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan və Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru Şahid4 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Sonra o və Sənan birlikdə məlumat əsasında həmin gün saat 15:55 radələrində ünvan 6 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Əfqanın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1986-cı ildə ünvan 7 ünvanında qeydiyyatda olan və ünvan 8şayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Əfqana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib saxlayaraq Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Əfqan da buna etiraz etmədikdən sonra PŞ-nə aparılaraq barəsində araşdırma aparılması üçün təhqiqatçı Elçin Qəhrəmanlıya təhvil vermişlər. Elçin Qəhrəmanlı da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd şəffaf rəngli sellofan bükümü, 01 ədəd ağ rəngli, 01 ədəd qızılı rəngli, 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin 03 ədəd sellofan bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin, 03 ədəd kağız bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddələri Bakı şəhəri, Xətai rayonu, 6-cı Əhmədli küçəsi, ev 1 ünvanının qarşısında anket məlumatlarını tam bilmədiyi Fəridə adlı qadından 190 manata aldığını, narkotik vasitələri şəxsi istifadəsi və satış məqsədi ilə üzərində gəzdirdiyini, Məlik və Tamerlan adlı şəxslərə 10 manat olmaqla, 20 manata narkotik vasitə olan heroin satdığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 03 ədəd şəffaf rəngli sellofan bükümdə olan maddələrin ümumi çəkisinin 1.29 qram, 01 ədəd ağ rəngli, 01 ədəd qızılı rəngli, 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlərin ümumi çəkisinin 1.76 qram olması, 06 ədəd bükümlərin ümumilikdə çəkilən zaman 3.02 qram olması müəyyən edilmişdir. Sonra axtarış iştirakçılarının iştirakı ilə Əfqanın üzərindən aşkar olunmuş kütlələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Əfqan tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:55-də Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 24); şəxsi axtarış və götürmə aparılması haqqında 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş içərisində ağ rəngli, kristal şəkilli narkotik maddəni və 01 ədəd ağ kağıza bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə, 01 ədəd ədəd qızılı rəngli kağız kəsiyinə bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə, 01 ədəd ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddələri çıxararaq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrin nə olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində olan 03 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş içərisində ağ rəngli, kristal şəkilli narkotik maddə hesab edilən (şüşə) metamfetamin və 01 ədəd ağ kağıza bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə (kakos) heroin, 01 ədəd ədəd qızılı rəngli kağız kəsiyinə bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə (kakos) heroin, 01 ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə (kakos) heroindir. Qeyd olunan maddələri necə əldə etməsini soruşduqda o, şəxsi istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, 6-cı Əhmədli küçəsi, ev 1 ünvanının qarşısında anket məlumatlarını tam bilmədiyi, adını Fəridə kimi tanıdığı şəxsdən 190 manat dəyərində nağd şəkildə aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi və satışını həyata keçirməsi ilə bağlı verilən suala narkotik vasitələri şəxsi istifadəsi və satış məqsədi ilə üzərində gəzdirməsini bildirmişdir. Həmçinin çəkiliş zamanı ona sual verilərək, 34-cü PŞ-nə gətirilən Məlik və Tamerlan adlı şəxslərə narkotik vasitə hesab olunan heroin (kakos) satdığı soruşulduqda, o, özü etiraf edərək Məlik və Tamerlan adlı şəxslərə 10 manat müqabilində, ümumilikdə isə 20 manata narkotik maddə hesab edilən heroini satdığını bildirmişdir. Götürülmüş kütlə tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və 03 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş içərisində ağ rəngli, kristal şəkilli narkotik maddə hesab edilən (şüşə) metamfetaminin ümumi çəkisi 1.29 qram, və 01 ədəd ağ kağıza bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddənin (kakos) heroin, 01 ədəd ədəd qızılı rəngli kağız kəsiyinə bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə (kakos) heroinin, 01 ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddələrin (kakos) heroinin ümumi çəkisinin 1.76 qram olması müəyyən olunmuşdur. Ümumilikdə isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin ümumi çəkisi 3.02 qram müəyyən edilmişdir (i.v. 35-38); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/384 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №152” dairəvi möhür əksləri olan, “...Təqsirləndirilən şəxs “imza”...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,489 qram, 0,262 qram, 0,376 qram, ümumi təmiz çəkisi 1,127 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,331 qram, 0,404 qram, 0,391 qram, ümumi təmiz çəkisi 1,126 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim olunmuş 3 (üç) ədəd bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim olunmuş 3 (üç) ədəd bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 44-48); diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 19 yanvar 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 55-56); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/381 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №152 dairəvi möhür əksləri olan, “... “imza” Məmmədov...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,328 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 60-63); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/382 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №152 dairəvi möhür əksləri olan, “1) Şahid2 “imza”...” ad, soyad, ata adı və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,395 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 74-78); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 87-88); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-54/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (i.v. 108-112); 21 yanvar 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər, həmçinin Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə Şahid1 bir dəfə çəkmək üçün 10 manat müqabilində narkotik vasitə olan heroin satdığını etiraf etmiş, sonuncu isə həmin maddəni aldığını təsdiqləmişdir (i.v. 113-114); 21 yanvar 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər, həmçinin Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə Şahid2 bir dəfə çəkmək üçün 10 manat müqabilində narkotik vasitə olan heroin satdığını etiraf etmiş, sonuncu isə həmin maddəni aldığını təsdiqləmişdir (i.v. 115-116); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 26 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, cəza müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır (i.v. 128-130); Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş AZ-İİ seriyalı 028866 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2007-ci ildə Bakı şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X2r (i.v. 154); Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş AZ-İİ seriyalı 678876 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2009-cu ildə Bakı şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X2r (i.v. 154); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsinin xx.xx.2024-cü il tarixli, 996 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 164-165); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1134 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs “imza” ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,439 qram, 0,212 qram, 0,376 qram, ümumi təmiz çəkisi 0,977 qram olan heroin üzərində “1) Şahid2 “imza” ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,345 qram olan və üzərində “... “imza” Məmmədov ...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,278 qram olan heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir (i.v. 166-170); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/381, 6/382, 6/384 saylı, xx.xx.2024-cü il tarixli, 6/1134 saylı rəyləri, məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 996 saylı rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 03 ədəd bükümdə ilkin təmiz çəkisi 1,127 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0, 827 qram narkotik vasitə heroin, 03 ədəd bükümdə ilkin təmiz çəkisi 1,126 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0, 976 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd “DVD-R” formatlı disk sübut növü kimi tanınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 175-187); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-287/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün olmaqla, 03 ay 15 gün müddətinə, yəni 04 may 2024-cü il tarixə kimi uzadılmışdır. Məhkəmə istintaqı zamanı bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynində əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş içərisində ağ rəngli, kristal şəkilli narkotik maddəni və 01 ədəd ağ kağıza bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə bənzər maddə, 01 ədəd ədəd qızılı rəngli kağız kəsiyinə bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə bənzər maddə, 01 ədəd ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə bənzər maddələri çıxararaq təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrin nə olması haqqında sual verilərkən sonuncu əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində olan 03 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş içərisində ağ rəngli, kristal şəkilli narkotik maddə hesab edilən (şüşə) metamfetamin və 01 ədəd ağ kağıza bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə bənzər maddə (kakos) heroin, 01 ədəd ədəd qızılı rəngli kağız kəsiyinə bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə bənzər maddə (kakos) heroin, 01 ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə bənzər maddə (kakos) heroin olduğunu bildirir. Qeyd olunan maddələri necə əldə etməsini soruşduqda o, şəxsi istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, 6-cı Əhmədli küçəsi, ev 1 ünvanının qarşısında anket məlumatlarını tam bilmədiyi, adını Fəridə kimi tanıdığı şəxsdən 190 manat dəyərində nağd şəkildə aldığını bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi və satışını həyata keçirməsi ilə bağlı verilən suala narkotik vasitələri şəxsi istifadəsi və satış məqsədi ilə üzərində gəzdirməsini bildirir. Həmçinin çəkiliş zamanı ona sual verilərək, 34-cü PŞ-nə gətirilən Məlik və Tamerlan adlı şəxslərə narkotik vasitə hesab olunan heroin (kakos) satdığı soruşulduqda, o, özü etiraf edərək Məlik və Tamerlan adlı şəxslərə 10 manat müqabilində, ümumilikdə isə 20 manata narkotik maddə hesab edilən heroini satdığını bildirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır və onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Ondan narkotik vasitə almamışdır. Belə ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsindən təzə azad olunduğundan, onunla heç bir münasibəti olmamışdır. Əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuş, hətta bu səbəbdən ona cəza da təyin edilmişdir. O, polis əməkdaşları tərəfindən yaşadığı evin qapısında, ev paltarlarında tutulmuşdur. Təqsirləndirilən şəxs ondan əvvəl polis əməkdaşları tərəfindən saxlanılmış və o, yaşadığı evin qarşısında olan səs küyə çıxan zaman polis əməkdaşları onu da tutmuşlar. Əgər o, narkotik vasitəni Əfqandan alsa idi sonuncu onun evinin qapısında tutulardı. Polis Şöbəsində olan zaman fiziki təzyiqə məruz qaldığı üçün həqiqətə uymayan ifadə vermək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, şahidlərin bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmələrini, ümumiyyətlə digər şahidlər Şahid1ov oğlu, Şahid3 və Şahid4 ifadələri arasında hər hansı ziddiyət olmamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələr iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Lakin şahidlərdən Şahid2 barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayəti işinin olması onun ifadəsinin inandırıcılığına təsir edir. Belə ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 xx.xx.2024-cü il tarixdə təxminən saat 14 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində Təqsirləndirilən şəxs ilə qarşılaşdığını, əvvəllər Əfqandan bir neçə dəfə narkotik vasitə aldığını və sonuncunun rahatlıqla narkotik vasitə tapa biləcəyini bildiyini, Əfqandan üzərində narkotik vasitə olub-olmadığını soruşduqda, sonuncunun ona müsbət cavab verdiyini, bundan sonra Əfqandan 10 manata bir ədəd bükümdə narkotik vasitə heroin aldığını və həmin bükümü əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə qoyduğunu etiraf etmişdir. Həmçinin, ibtidai istintaq zamanı Şahid2 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman, onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini birbirilərinin iştirakı ilə bir daha təsdiq etmişlər, həmçinin Təqsirləndirilən şəxs 19 yanvar 2024cü il tarixdə Şahid2 bir dəfə çəkmək üçün 10 manat müqabilində narkotik vasitə olan heroin satdığını etiraf etmiş, sonuncu isə həmin maddəni aldığını təsdiqləmişdir. Məhkəmə Şahid2 istintaq dövründə verdiyi ifadəsini daha inandırıcı hesab edir, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini isə münasibəti olduğu və əvvəldən tanıdığı Təqsirləndirilən şəxs və özünü cinayət məsuliyyətindən yayındırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən onun etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 26 gün müddətini çəkməkdən xx.xx.2023-cü il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 19 yanvar 2024-cü il tarixdə hazırki cinayət əməlini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzasının əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 03 ədəd bükümdə ilkin təmiz çəkisi 1,127 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0, 827 qram narkotik vasitə heroin, 03 ədəd bükümdə ilkin təmiz çəkisi 1,126 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0, 976 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 130 (yüz otuz) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd bükümdə ilkin təmiz çəkisi 1,127 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0, 827 qram narkotik vasitə heroin, 03 ədəd bükümdə ilkin təmiz çəkisi 1,126 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0, 976 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar