Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-278/2021 21.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəl məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi ev 52, mənzil 78-də qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 03 mart 2021-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanın qarşısında piyada hərəkət edən Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq sonuncunun əlində saxladığı və üzərində “Bioderma” sözü yazılmış, içərisində 220 manat pul, 10 manat qiymətində maaş kartı, qiyməti 120 manat olan 1 ədəd “Samsung” markalı J5 modelli mobil telefonu qiyməti 5 manat olan 1 ədəd pul kisəsi olan sellofan torbanı dartıb ələ keçirməklə özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs 355 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 03 mart 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı evdən çıxarkən evlərinin yaxınlığında olan “Araz” marketin qarşısından keçərkən “Kapital bankın” bankamatından bəstə boy təxminən 55 yaşlı qadının pul çıxardığını və ünvan 1 ünvana doğru piyada hərəkət etdiyini görüb onun arxasınca hərəkətə başlamışdır. Həmin ünvanda yerləşən “Dalga” otelin yanına çatdıqda qadına arxadan yaxınlaşaraq sol əlində olan ağ rəngli üzərində “Bioderma” sözü yazılmış torbanı əlindən dartaraq üzü “Dalğa” otelin arxasına tərəf qaçmışdır. Təxminən hadisə yerindən 400-500 metr aralıda yerləşən Xətai rayonu G.Şıxlinsiki küçəsi 48 saylı binanın qarşısına sakinlərin istirahəti üçün nəzərdə tutulmuş masanın yaxınlığında qeyd etdiyi sellofanı açaraq açıq boz rəngli pul kisəsinin içərisinə baxmışdır. Həmin pul kisəsinin içərisində 2 ədəd 100 manatlıq, 4 ədəd isə 5 manatlıq pul əskinazlarını götürüb digər əşyaları telefon ilə birlikdə stolun üzərinə qoyub hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra 04 mart 2021-ci il tarixdə saat 11 radələrində polis əməkdaşları yaşadığı ünvana gələrək ona hadisə barədə məlumat verdikdə o, etdiyi əməli etiraf etmişdir. Bundan sonra onu yaxınlıqda olan 35-ci PB-nə aparmışlar, bölmədə zərərçəkmiş şəxslə qarşılaşmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, G.Şıxlinski küçəsində yerləşən 98 saylı tam orta məktəbdə kimya biologiya müəlliməsi işləyir. 03 mart 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı evdən tək çıxaraq ünvan 2 ünvanda “Araz” marketin qarşısından olan “Kapital bankın” bankamatından maaş kartını bankamata daxil edərək 2 ədəd 100 manatlıq, 2 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq pul əskinazları olan aylıq məvacibini çıxartmışdır. Bundan sonra marketə daxil olaraq 1 ədəd smetan alıb Gəncə prospekti 57 saylı ünvana doğru piyada hərəkət edərkən “Dalga” otelin yanına çatdıqda arxadan bir nəfər orta boylu, təxminən 25-30 yaşlarında olan, açıq boz rəngli şalvar, krem rəngli kofta, qara rəngli dəri gödəkçə, qara rəngli sport papaq və göy rəngli idman ayaqqabısı geyinmiş üzünü görmədiyi tanımadığı şəxs sol əlində olan ağ rəngli üzərində “Bioderma” sözü yazılmış torbanı sol əlindən dartaraq üzü “Dalğa” otelin arxasına tərəf qaçmışdır. O, qışqıraraq səs küy salmışdır. Bundan sonra təxminən hadisə yerindən 400-500 metr aralıda yerləşən Xətai rayonu G.Şıxlinsiki küçəsi 48 saylı binanın qarşısında sakinlərin istirahəti üçün nəzərdə tutulmuş masanın üzərində qeyd etdiyi əşyalarını polis əməkdaşları ilə birlikdə tapmışdır. Lakin pul kisəsinin içərisindən 220 manat pulunun naməlum şəxs tərəfindən oğurlandığını aşkarlamışdır. Qalan digər əşyalarını isə olduğu kimi masanın üzərində qalmışdır. Bundan sonra 04 mart 2021-ci il tarixdə Xətai RPİ-nin 35-ci PB-nə gedərək həmin şəxsi orada gördükdə ona məlum olmuşdur ki, həmin şəxs 1990-ci ilə təvəllüdlü Təqsirləndirilən şəxsdur. Hadisə vaxtı heç bir xəsarət almamışdır. Ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, baş vermiş hadisə ilə əlaqədar anası ona bildirmişdir ki, 03 mart 2021-ci il tarixdə saat 16 radələrində yaşadıqları evdən tək çıxaraq Gəncə prospekti 31 saylı ünvanda “Araz” marketin qarşısından olan “Kapital bankın” bankamatından maaş kartını bankamata daxil edərək 2 ədəd 100 manatlıq, 2 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq pul əskinazları olan aylıq məvacibini çıxartmışdır. Bundan sonra marketə daxil olaraq 1 ədəd smetan alıb Gəncə prospekti 57 saylı ünvana doğru piyada hərəkət edərkən “Dalga” otelin yanına çatdıqda arxadan sonradan ona məlum olan sinif yoldaşı Təqsirləndirilən şəxs anasının sol əlində olan ağ rəngli üzərində “Bioderma” sözü yazılmış torbanı dartaraq üzü “Dalğa” otelin arxasına tərəf qaçmışdır. Anası qışqıraraq səs küy salmışdır. Bundan sonra təxminən hadisə yerindən 400-500 metr aralıda yerləşən binaların qarşısına sakinlər üçün nəzərdə tutulmuş stolun üstündən qeyd etdiyi əşyaları polis əməkdaşları ilə birlikdə atası Şahid1la birlikdə tapmışlar. Lakin pul kisəsinin içərisindən 220 manat pulu oğurlamışdır. Qalan digər əşyaları isə masanın üzərində olmuşdur. Şahid1 ibtidai istintaqda verdiyi məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.67- 68); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 mart 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılması qərara alınmışdır (i.v. 1); baxış keçirilm haqqında 03 mart 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanda yerləşən “Dalğa” otel restoranının qarşısındakı küçədir, Xətai rayonu, G.Şıxlinski küçəsindən Zərərçəkmiş şəxs məxsus 1 ədəd pul kisəsi, maaş kartı, Samsung V5 2016 markalı mobil telefon götürülərək protokola əlavə edilmişdir(i.v.8-11); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 15); ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir(i.v.25-27); şübhəli şəxsin tutulması haqqında 05 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:00-da Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsində tutulmuşdur (i.v. 37); baxış keçirilməsi haqqında 05 mart 2021-ci il tarixli protokoldan görünür ki, 03.03.2021-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanda baş vermiş hadisəsinə “Dalğa” otel restoranına quraşdırılmış videmüşahidə kameraları ilə qeydə alınmış videogörüntüsünə baxış keçirilmişdir(i.v.42); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ittiham elan edilmişdir (i.v. 46-47); müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 07 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad edilmişdir(i.v.55); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 mart 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.56); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 08.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 62); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 aprel 2021-ci il tarixli 9/1335 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd Çin istehsallı, “Samsung” markalı, “SM-J510FN/DS“ modelli, “353314/09/302402/2 və 353315/09/302402/9 İMEİ kodlu plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, foto kameralı, daxili yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınaraq -120,00 manat; 1 ədəd istifadə olmuş, boz rəngli üzərində “Smiled” yazısı olan zəncirbəndlə açılıb bağlanan pul kisəsi-5.00 manat müəyyən edilmişdir(i.v. 71-74); sübutların qiymətləndirilməsi haqqında 30 aprel 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə yenidən yeni məzmunda ittihama elan edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Zərərçəkmiş şəxs, Şahid2 ifadəsi, Şahid1 ifadəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 aprel 2021-ci il tarixli 9/1335 nömrəli rəyi, hadisə yerinə baxış keçrilməsi haqqında protokol, ifadənin yerində yoxlanması haqqında protokol, hadisənin videoçəkilişi yazılmış 1 ədəd «CD-R» formatlı diskə baxış keçrilməsi haqqında protokol və Təqsirləndirilən şəxs əməlinin ifşa olunması ilə bağlı toplanmış digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, iş üzrə 1 ədəd Çin istehsallı “Samsung” markalı, “SM-J510FN/DS“ modelli, “353314/09/302402/2 və 353315/09/302402/9 İMEİ kodlu mobil telefon və 1 ədəd istifadə olmuş, boz rəngli üzərində “Smiled” yazısı olan zəncirbəndlə açılıb bağlanan pul kisəsi maddi subut kimi tanınmış və cinayət işinin materialları ilə tanış olduqdan sonra sahibinə qaytarılması qərara alınmış, 1 ədəd CD-R formatlı disk iş üzrə maddi sübut kimi tanınmışdır(i.v.76-79); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, hadisə yerinin görüntüləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq olaraq talama —üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 1 ədəd Çin istehsallı, “Samsung” markalı, “SM-J510FN/DS“ modelli, “353314/09/302402/2 və 353315/09/302402/9 İMEİ kodlu mobil telefon və 1 ədəd istifadə olmuş, boz rəngli üzərində “Smiled” yazısı olan zəncirbəndlə açılıb bağlanan pul kisəsinin sahibinə qaytarılması nəzərə alınsın, 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini növbəli işdə olduğu müddət istisna olmaqla hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 mart 2021-ci il tarixdən 07 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar- 1 ədəd Çin istehsallı, “Samsung” markalı, “SM-J510FN/DS“ modelli, “353314/09/302402/2 və 353315/09/302402/9 İMEİ kodlu mobil telefon və 1 ədəd istifadə olmuş, boz rəngli üzərində “Smiled” yazısı olan zəncirbəndlə açılıb bağlanan pul kisəsinin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-278/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-278/2021
21.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver