Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-278/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də daşyonan fəhlə vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 20 dekabr 2024-cü il tarixdə saat 15:35-də Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi 1 ünvanında yerləşən, ictimai yer hesab olunan “Tamstore” Marketin qarşısında “Hyundai Accent” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili park edib həmin marketə daxil olmuş və bir qədər sonra avtomobili ilə oradan getmək istəyərkən "xxxx" MMC-də Parklanma xidməti üzrə bələdçi vəzifəsində işləyən Zərərçəkmiş şəxs avtomobilin park edilməsinə görə ödəniş edilməsini izah etdiyi vaxt cüzi səbəb kimi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan sonuncu ilə küçədə sözlə mübahisə etdikdən qısa müddət sonra küçədə hərəkət edən şəxslərin və onları aralaşdırmaq istəyən şəxslərin gözləri qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərindən üstün tutmaqla, özünü digər şəxslərin fövqündə qoyub gücünü nümayiş etməklə, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik göstərib, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol verməklə Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədilə baş zərbəsi ilə bir dəfə sonuncunun sifət nahiyəsinə qəsdən vurub ona burun sümüyünün qapalı yerdəyişməsiz sınığı, burun nahiyəsinin qançırı ilə nəticələnmiş, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hadisə baş verən zaman Dolça firmasında ekspeditor işləmişdir və özünə məxsus olan ağ rəngli “Hyundai Accent” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən marketlərə quru meyvələrin topdan paylanması işini həyata keçirir. 20 dekabr 2024-cü il tarixdə saat 15:30 radələrində sifariş əsasında idarə etdiyi özünə məxsus olan ağ rəngli “Hyundai Accent” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 4 ünvanda yerləşən “Tam Store” marketə quru meyvələr gətirmiş, həmin vaxt həyat yoldaşı Şahid da onunla birlikdə olmuşdur. “Tam Store” marketin qarşısında olan parklanma yerində avtomobilini park edib həyat yoldaşı Şahid ilə birlikdə marketə gedib sifarişləri təhvil verib avtomobilinə geri qayıtmış, Şahid isə alış veriş etməli olduğundan bir az marketdə yubanmışdır. Avtomobildə oturduğu zaman əvvəllər tanımadığı və həmin parklanma yerində bələdçi işləyən sonradan adının İbrahim olduğunu bildiyi şəxs bələdçi formasında avtomobilinə yaxınlaşıb park etmə xidmətindən istifadə etməli olduğunu, əks halda cərimə olunacağını demiş, ona mobil telefonunda parketmə proqramının olmadığını demiş, lakin parklanmaya nəzarət edən bələdçi İbrahim adlı şəxs demişdir ki, telefon vasitəsi ilə park etmə xidmətinə SMS göndərsin. O isə mobil nömrəsində pulunun olmadığını və həyat yoldaşının telefonunda parketmə proqramı olduğunu, gəldiyi zaman həmin proqramdan istifadə edəcəyini bildirmişdir. Bələdçi İbrahim isə ondan tələb etmişdir ki, marketə gedib həyat yoldaşını çağırsın. Bundan əsəbləşərək avtomobilindən düşüb həyat yoldaşını çağırmağa getdiyi zaman onun marketdən çıxdığını, avtomobilə tərəf gəldiyini görmüş və əsəbi halda üzünü bələdçi İbrahimə tərəf çevirərək ona bir az yüksək səslə yalan danışmadığını və həyat yoldaşının gəldiyini demişdir. Bu zaman bələdçi İbrahim nə üçün qışqırdığını demiş, qışqırmadığını, sadəcə olaraq nahaq avtomobildən düşməyə məcbur etdiyini bildirmişdir. Bu zaman bələdçi İbrahim yenidən qışqırmamağını demiş, o, bundan daha da əsəbləşərək ona yaxınlaşıb əlini İbrahimin üz nahiyəsinə gətirərək qışqırmadığını demişdir. Parklanmaya nəzarət edən bələdçi İbrahim isə əlini aşağı salmasını, yoxsa onu vuracağını demişdir. Bu vaxt arvadı Aidə və yoldan keçən tanımadığı şəxslər onlara yaxınlaşıb aralaşdırmaq istəmişlər. O da bələdçinin onu vuracağından ehtiyat edib yaxasından tutmuş və cəzalandırmaq məqsədi ilə qəsdən başı ilə burun nahiyəsindən bir dəfə zərbə ilə vurmuşdur. Zərbədən bələdçinin burnundan qan axmış, həmin vaxt arvadı Aidə və yoldan keçən şəxslər yenə də onları aralaşdırmağa çalışmışlar. Bələdçi İbrahim isə onu nalayiq ifadələrlə təhqir etməyə başlamış, bundan əsəbləşərək yenidən hücum edib vurmağa çalışmış, lakin orada olan tanımadığı şəxslər buna imkan verməmişlər. Daha sonra tanımadığı şəxslər bələdçini kənara çəkmişlər, ona isə demişlər ki, dava lazım deyil çıxıb getsin. O da həyat yoldaşı Aidə ilə idarə etdiyi avtomobilə minib çıxıb getmişdir. Səhəri günü Xətai RPİ-nin 37-ci PŞ-dən zəng edib onu polis şöbəsinə çağırmışlar. Polis şöbəsində ona məlum olmuşdur ki, 20 dekabr 2024-cü il tarixdə döydüyü şəxs yəni Zərərçəkmiş şəxs ondan polisə şikayət etmiş, polis şöbəsində hadisə barədə izahat yazaraq törətdiyi əməli səmimi olaraq etiraf edərək bu barədə təhqiqatçıya izahat yazmışdır. Hazırda da törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxs İbrahimdən üzr istəyir, söz verir ki, bir daha belə əməllərə yol verməyəcək. Həmin hadisə vaxtı orada arvadı Şahid və ətrafda tanımadığı iki nəfər şəxslər olmuş, hərəkətləri təxminən 1-2 dəqiqə davam etmiş, bələdçi İbrahimlə əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Beləliklə o, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş maddi ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 noyabr 2024-cü il tarixdən etibarən "xxxx" MMC-də Parklanma xidməti üzrə bələdçi vəzifəsində işləyir və xidmət etdiyi yer ünvan 4 ünvanda yerləşən «TamStore» marketin qarşısıdır. 20 dekabr 2024-cü il tarixdə saat 14:30 radələrində ünvan 4 ünvanda yerləşən «TamStore» marketin qarşısında olan avtomobillərin parklanma zonasında xidmətə başlamış, həmin gün saat təxminən 15:30 radələrində əvvəllər tanımadığı ağ rəngli «Hyundai Accent» markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs avtomobilini park etmə zonasında park etmiş, həmin şəxsə yaxınlaşıb avtomobili parklanma xidmətinə görə müddətini aktivləşdirməsini xahiş etmişdir. Həmin şəxs hansısa firmanın nümayəndəsi olduğunu deyərək marketə mal gəlirdiyini, hansısa ekspeditorun marketdə sifariş qəbul etdiyini və sifarişlər qəbul etdikdən sonra marketə mal verəcəyini demiş, firma işçilərinə güzəşt olmadığını və parklanmaya görə vaxt açmalı olduğunu bildirmişdir. Həmin şəxs isə avtomobildən düşüb market istiqamətində getdikdə avtomobilin şəklini çəkəcəyini və ona cərimə gələcəyini demişdir. Bu zaman həmin şəxs orada olan şəxslərin gözü qarşısında ünvanına nalayiq ifadələr işlətməyə başlamış, onu sakitləşdirməyə çalışdıqda həmin şəxs yaxasından tutub yenidən ünvanına nalayiq ifadələr işlətmişdir. Görmüşdür ki, həmin şəxsin yanına bir nəfər qadın da gəlmiş və həmin şəxs onun yaxasından tutub itələyərək küçədə olan avtomobillərin yanına gələrək küçədən keçən şəxslərin yanında ünvanına nalayiq ifadələr işlətmişdir. Bunu görən yoldan keçən tanımadığı şəxslər həmin şəxsi sakitləşdirib onları ayırmaq istəmişlər. Lakin gözləmədiyi anda həmin şəxs qəsdən başı ilə bir dəfə onun sifət nahiyəsinə zərbə ilə vurub xəsarət yetirmiş, nəticədə burnu sınmış və burnundan qan axmağa başlamışdır. Daha sonra görmüşdür ki, həmin şəxs yanında olan qadınla gəldikləri ağ rəngli avtomobilə tərəf gedirlər, ona xəsarət yetirən şəxs avtomobilə minmək istədikdə yanında olan qadın yenidən onun üstünə gəlib ünvanına nalayiq söyüşlər işlədib vurmaq istəmiş, orada olan tanımadığı şəxslər həmin qadına demişlər ki, çıxıb getsinlər, ona qarşı qanunsuzluqlar etməsinlər. Bu vaxt görmüşdür ki, ona başı ilə xəsarət yetirən şəxs yenidən onun üstünə gəlib yanında olan qadınla onu döymək istəyirlər. Lakin orada olan tanımadığı şəxslər onların hər ikisinin birləşib onu döymək istəmələrinə icazə verməmişlər və onlara demişlər ki, çıxıb getsinlər. Lakin həmin şəxs yaxınlaşıb ona tərəf təpik atsa da kənara çəkildiyi üçün onun təpiyi dəyməmişdir. Həmin şəxsə nə səbəbə görə ona xəsarət yetirdiyini ona dedikdə həmin şəxs yenidən ayağı ilə onu vurmaq istədikdə kənara çəkilmiş və təpiyi ona dəyməmişdir. Bu vaxt orada olan şəxslər yenidən həmin şəxsə və qadına irad bildirib çıxıb getmələrini demişlər. Lakin həmin şəxs və qadın orada olan şəxslərin gözü qarşısında onun ünvanına nalayiq söyüşlər söymüşlər. Daha sonra həmin şəxs yanındakı qadınla gəldikləri avtomobilə minib çıxıb getmişlər. Mobil telefonu ilə DİN-nin 102 zəng mərkəzinə zəng edib həmin şəxs tərəfindən döyüldüyü barədə məlumat vermişdir. Bir qədər sonra Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gedib şikayət ərizəsi yazaraq məhkəmə-tibbi ekspertizası müayinəsindən keçmişdir. Müayinə zamanı burun nahiyəsinin sınığı aşkar olunmuşdur. Hadisə vaxtı heç kimə qarşı qanunsuz hərəkət etməmiş, əksinə əvvəllər tanımadığı ağ rəngli «Hyundai Accent» markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs heç bir səbəb olmadan başı ilə qəsdən onu vurub xəsarət yetirmişdir. Həmin şəxsi və yanında olan qadını əvvəllər tanımamış, onları birinci dəfə idi ki, görmüşdür. Ağ rəngli «Hyundai Accent» markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs qəsdən başı ilə onun sifət nahiyəsinə bir dəfə vurub burun nahiyəsinə xəsarət yetirmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 15 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikahla ailə həyatı qurmuşlar və bu nikahdan bir qız övladları doğulmuşdur. Həyat yoldaşı Təqsirləndirilən şəxs “Dolça” firmasında ekpeditor işləyir. Əli özünə məxsus olan ağ rəngli “Hyundai Accent” markalı **- AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən marketlərə quru meyvələrin topdan paylanması işini görür. Epilepsiya xəstəliyindən əziyyət çəkdiyi üçün özünü pis hiss etdiyi günlərdə evdə tək qalmır. 20 dekabr 2024-cü il tarixdə özünü pis hiss etdiyindən Təqsirləndirilən şəxsla birlikdə işə çıxmışdır. Həmin gün saat təxminən 15:30 radələrində “Hyundai Accent” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi 1 ünvanında yerləşən “Tam Store” marketə sifarişləri gətirmişlər. Təqsirləndirilən şəxs “Tam Store” marketin qarşısında olan parklanma yerində avtomobilini park edib onunla birlikdə marketə getmişlər. Təqsirləndirilən şəxs sifarişləri verib avtomobilin yanına qayıtmış, o, isə alış-veriş etməli olduğundan bir az marketdə yubanmış, təxminən 2-3 dəqiqə sonra marketdən çıxdıqda həyat yoldaşı Əlinin parklanma yerində bələdçi işləyən və sonradan adının İbrahim olduğunu bildiyi şəxsə “demişdim axı həyat yoldaşım gəlir gördün gəldi” sözünü deməsini eşitmiş, bələdçi İbrahim isə həyat yoldaşı Təqsirləndirilən şəxs səsinin tonunu aşağı salmasını demişdir. Təqsirləndirilən şəxs isə İbrahimə səsinin tonunu qaldırmadığını bildirmişdir. İbrahim isə Təqsirləndirilən şəxs “otur avtombilinə çıx get” deyə bildirmişdir. Əli isə “ona otururam mənə yol göstərmə” demişdir. Bələdçi İbrahim isə Təqsirləndirilən şəxs “bu dəqiqə vurub ağız burnunu dağıdacam” demişdir. Bu zaman həyat yoldaşı Təqsirləndirilən şəxs onun yaxasından tutmuş, onlar bir neçə saniyə sözlə mübahisə etmişlər. Bu vaxt Təqsirləndirilən şəxs başı ilə bələdçi İbrahimin burun nahiyəsindən bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Yaxınlıqda yolu keçən iki nəfər şəxslər onlara yaxınlaşaraq ayırıb münaqişənin davam etməsinin qarşısını almışlar. Bundan sonra bələdçi İbrahim onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 20 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi 1 ünvanında baş vermiş cinayət hadisəsi yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 7-9); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 25 dekabr 2024-cü il tarixli 1302 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün qapalı yerdəyişməsiz sınığı, burun nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 20 dekabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəı vurmaya aid edilir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özüözünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 13-14); cinayət işinin icraata qəbul edilməsi haqqında 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 19); zərərçəkmiş şəxs qismində tanınma haqqında 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 29-31); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 40-41); 01 ədəd “CD-R” formatlı diskə baxış keçirilməsi haqqında 04 aprel 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanda yerləşən “Tam Store” marketdə quraşdırılmış təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınmış videogörüntülərə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, diskin videofaylında əks edilmiş videogörüntülər 20 dekabr 2024-cü il tarixdə saat 15:33:52 radələrini əhatə edir. Videogörüntüyə baxış zamanı diskdə olan faylın «Tam Store» marketin qarşısında küçədə ağ rəngli «Hyundai Accent» markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili saxladığı vaxt ona həmin yerdə bələdçi işləyən Zərərçəkmiş şəxs yaxınlaşması, daha sonra sürücünün avtomobildən düşərək avtomobilin qapısını örtüb avtomobilin sağ yan hissəsinə keçərək yenidən avtomobilin sol hissəsinə gəlməsi videogörüntüsü olması aşkar edilmişdir. Videogörüntünün davamında «Hyundai Accent» markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs bələdçi Zərərçəkmiş şəxs yanına gələrək əli ilə ona irad bildirməsi, daha sonra əlləri ilə bələdçi Zərərçəkmiş şəxs yaxasından tutaraq parklanma yerində olan avtomobillərin yanına gətirməsi görünür. Videogörüntünün davamında «Hyundai Accent» markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yanında olan Şahid onlara yaxınlaşıb aralaşdırmaq istəməsi, bu vaxt yoldan keçən və şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər kişi cinsli şəxsin onlara yaxınlaşıb aralaşdırmaq istəməsi, bu vaxt «Hyundai Accent» markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs bələdçi Zərərçəkmiş şəxs gözləmədiyi anda başı ilə bir dəfə möhkəm zərbə ilə vurması, həmin vaxt «Hyundai Accent» markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yanında olan Şahid və orada olan kişi cinsli şəxsin Təqsirləndirilən şəxs tərəfindən təkrar bələdçi Zərərçəkmiş şəxs vurmaması üçün əlləri ilə Təqsirləndirilən şəxs tutub saxlamaları, daha sonra «Hyundai Accent» markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və yanında olan Şahid «Hyundai Accent» markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf getmələri, videogörüntünün davamında Şahid Zərərçəkmiş şəxs yaxınlaşaraq əlləri ilə ona hücum çəkib vurmaq istəməsi, lakin orada olan şəxsiyyəti istintaqa məlum olmayan kişi cinsli şəxsin buna imkan verməməsi, daha sonra «Hyundai Accent» markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobildən düşərək hər ikisi Zərərçəkmiş şəxsla mübahisə etmələri, daha sonra «Hyundai Accent» markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və Aidə Abbasimin gəldikləri avtomobilə tərəf getmələrinin videogörüntüsü, videogörüntünün davamında «Hyundai Accent» markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və Şahid yenidən bələdçi Zərərçəkmiş şəxs tərəf gəlib onunla sözlü mübahisə etmələri, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təpik atması, lakin Zərərçəkmiş şəxs kənara çəkildiyinə görə təpiyin ona dəyməməsi, idarə etdiyi avtomobilin yanında Zərərçəkmiş şəxsla mübahisə etməsi, videogörüntünün davamında «Hyundai Accent» markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yenidən bələdçiyə tərəf gəlib onunla sözlü mübahisə etməsi, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təpik atması, lakin Zərərçəkmiş şəxs kənara çəkildiyinə görə təpiyin ona dəyməməsi videogörüntüsü, videogörüntünün davamında hadisə yerində olan və şəxsiyyəti istintaqa məlum olmayan iki nəfər şəxslərin «Hyundai Accent» markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobilə minməsini demələri videogörüntüsü, videogörüntünün davamında hadisə yerində olan və şəxsiyyəti istintaqa məlum olmayan şəxsin zərərçəkmiş şəxs bələdçi Zərərçəkmiş şəxs hadisə yerindən kənarlaşdırması videogörüntüsü, videogörüntünün davamında hadisə yerində olan və şəxsiyyəti istintaqa məlum olmayan şəxsin «Hyundai Accent» markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yanında onun avtomobilə minməsini deməsi videogörüntüsü, videogörüntünün davamında «Hyundai Accent» markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və Şahid avtomobilə minib oradan uzaqlaşıb getməsi videogörüntüsü olması aşkar edilmişdir (i.v. 61-62); axtarışda olan şəxsin tutulması haqqında 23 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30-da polis əməkdaşları tərəfindən Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri tərəfindən tutulmuşdur (i.v. 95); cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 119-120); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 124-125); Mingəçevir regional “Asan xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-V seriyalı, 094250 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası Şahiddır (i.v. 138); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Bakı şəhəri Xətai RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 139-141); sübutların qiymətləndirilməsi haqqında 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 25 dekabr 2024-cü il tarixli 1302 saylı rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs və arvadı Şahid barələrində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 142-150); 8 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur; "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə fəhlə vəzifəsinə qəbul edilmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də daşyonan fəhlə vəzifəsində çalışır. Məhkəmə istintaqı zamanı cinayət işinə əlavə edilmiş 01 ədəd “CD-R” formatlı diskə baxış keçirilmiş və diskdə olan görüntü “diskə baxış keçirilməsi” haqqında 04 aprel 2025-ci il tarixli protokolun məzmununa uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, 23 aprel 2025-ci il tarixdən 25 aprel 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancından 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 aprel 2025-ci il tarixdən 25 aprel 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün islah işləri cəzası ona təyin edilmiş 01 (bir) il müddətinə islah işləri cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-278/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-278/2025
03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver