Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-279/2020 02.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Pro Bono Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Türkmənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Gəyəgöl kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq psixotrop maddəni əldə edərək daşıyıb saxlamış və satmışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”-in İİİ siyahısına daxil edilən son istifadə tarixi göstəricilərinə görə istifadəyə yararlı, təsiredici maddəsi alprazolamin ümumi çəkisi 0,015 qram olan cəmi 30 həb “Zolamaks” dərman peraparatlarını əldə edib işlədiyi ünvan 2 B ünvanında fəliyyət göstərən «Tibbi market» adlı aptekə qanunsuz daşıyaraq orada gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx xxxxx 2020-ci il tarixdə saat 18:10 radələrində Təqsirləndirilən şəxs təsiredici maddəsi alprazolamin ümumi çəkisi 0,015 qram olan cəmi 30 həb “Zolamaks” dərman preparatını nəzarət qaydasında mal alınması üçün əməliyyat-axtarış tədbirində şərti alıcı qismində iştirak edən aptek məntəqəsinə müraciət etmiş Şahid3 43 manata satdıqdan sonra saxlanılmış və Şahid3 qanunsuz satılmış təsiredici maddəsi alprazolam ümumi çəkisi 0,015 qram olan cəmi 30 həb “Zolamaks” dərman preparatını, Təqsirləndirilən şəxs isə 01 ədəd B seriyalı 32734537 nömrəli 20 (iyirmi) manatlıq, 01 ədəd A seriyalı 90373110 nömrəli 20 manatlıq, 01 ədəd G seriyalı 13123697 nömrəli 1 manatlıq, 01 ədəd F seriyalı 76127860 nömrəli 1 manatlıq və 01 ədəd G seriyalı 46103279 nömrəli 1 manatlıq pul əskinazlarını polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 B ünvanında fəaliyyət göstərən «Tibbi Market» adlı aptekdə «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC ilə bağlanmş müqavilə əsasında fəaliyyət göstərir. «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən lisenziya alınması üçün müraciət etsə də, MMC lisenziya təqdim etməmişdir. Aptekdə saat 09-dan 20-yə qədər işləyir, aptekdə psixotrop və ya güclü təsir edici dərmanların satışı üçün xüsusi lisenziya yoxdur. Təxminən fevral ayının sonlarında yaşadığı evdən işə gedərkən yolda sellofan torba görmüş, özü əczaçı işlədiyindən torbadakının dərman olduğunu başa düşmüş, adını oxuduqda «Zolamaks» olduğunu, qutuda 30 həb «Zolamaks» olduğunu görmüşdür. Bu dərmanı götürüb üzərinə baxdıqda yararlılıq müddətinin ötmədiyini görmüş və işlədiyi aptekə gətirib aptekdəki şkafa qoymuşdur. xx xxxxx 2020-ci il tarixdə axşam saatlarında bir nəfər şəxs ona yaxınlaşıb 30 həb Alprozolamin tərkibli «Zolomaks» dərmanı olubolmadığını soruşmuş, şəxsə həmin dərmanın aptekdə olduğunu, qiymətinin isə 43 manat olduğunu bildirmiş, həmin şəxs ona 43 manat pulu vermiş və 43 manatın ödənilməsinə dair əlyazma çek verib şkafda saxladığı 30 həb «Zolomaks» dərmanını həmin şəxsə vermişdir. Həmin şəxs getdikdən bir qədər sonra aptekə video çəkiliş vasitəsi ilə mülki geyimli şəxlər daxil olub özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşları onu qərarla tanış edib bir qədər əvvəl 30 həb “Zolomaks» dərmanı satdığını bildirmişlər. Polis əməkdaşlarına 43 manat müqabilində içərsində 30 həb olan Alprozolamin tərkibli «Zolomaks» dərmanı satdığını etiraf edib 02 ədəd 20 manatlıq və 03 ədəd 1 manatlıq əskinazdan ibarət 43 manat pulu təqdim etmişdir. Polis əməkdaşları ondan aptekdə psixotrop və güclü təsiredici dərman preparatları saxlayıb-saxlamamağını soruşduqda o, satdığı 30 həb Alprozolamin tərkibli «Zolomaks» dərman preperatından başqa dərman olmadığını bildirmişdir. Sonra polis əməkdaşları aptekə baxış keçirmiş, lakin heç bir psixotrop və güclü təsiredici dərman preparatları aşkar olunmamışdır. Bundan sonra 30 həb Alprozolamin tərkibli «Zolomaks» dərman preparatı polis əmkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. O, bu dərmanın satışının qadağan olduğunu bilmişdir. Törətdiyi cinayət əməlindən peşmandır, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır, hazırda nişanlıdır və yaxın vaxtda ailə qurmaq niyyətindədir, ailənin yeganə qazanc gətirən şəxsdir, himayəsində olan atası qara ciyər serrozundan əziyyət çəkir və Hepatit B xəstəsidir. Yalnız dərman qəbul etmək və digər müalicə üsulları ilə atasını həyatda tutmağa çalışır. Bunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin öz xətti ilə yazmış olduğu izahatları, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyi, videogörüntülər, eləcə də işin biridigərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşı Şahid2 ifadəsində bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə Bakı şəhər sakini Şahid3 Baş X1 İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək ünvan 2B ünvanında yerləşən “Tibbi market’ adlı aptekdə qanunsuz olaraq psixotrop tərkibli 30 həb “Zolamaks” dərman preparatının 43 manata satıldığını bildirərək qeyd olunan aptekdə baş verən bu cür halların qarşısının alınmasını xahiş etməklə, lazım gələrsə köməklik edə biləcəyini göstərmişdir. Həmin məlumat tərəfindən raportla Baş İdarə rəhbərliyinə məruzə edildikdən sonra qeyd olunan ünvanda qanunsuz olaraq psixotrop maddələrin satışının qarşısının alınması məqsədi ilə qərar çıxarılaraq əməliyyat qrupu yaradılmış, o, əməliyyat qrupunun rəhbəri, əməliyyat müvəkkili Şahid1 isə əməliyyat qrupunun üzvü təyin edilmişdir. Qəbul edilmiş qərara əsasən qeyd olunan aptekdə nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirinin keçirilməsi və həmin tədbirdə Şahid3 şərti alıcı qismində iştirak etməsi nəzərdə tutulduğundan, ona video çəkiliş vasitəsi ilə DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitlərindən 02 ədəd 20 manatlıq, 03 ədəd 1 manatlıq pul əskinazlarından ibarət 43 manat pul verilməsi protokollaşdırılmışdır. DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitlərindən 01 ədəd B seriyalı 32734537 nömrəli 20 manatlıq, 01 ədəd A seriyalı 90373110 nömrəli 20 manatlıq, 01 ədəd G seriyalı 13123697 nömrəli 1 manatlıq, 01 ədəd F seriyalı 76127860 nömrəli 1 manatlıq və bir ədəd G seriyalı 46103279 nömrəli 1 manatlıq pul əskinazlarından ibarət 43 manat pul Şahid3 verilmişdir. Əməliyyat qrupunun üzvləri və Şahid3la birlikdə qeyd olunan ünvana getmiş, həmin gün saat 17:55 radələrində aptekin yaxınlığına çatmış və kənarda dayanmışlar. Şahid3 müşahidələri altında aptekə daxil olmuş və təxminən 05-10 dəqiqə sonra aptekdən çıxaraq onlara yaxınlaşmış, Şahid3 əlində olan 30 həb “Zolamaks” dərman preparatını, həmçinin həmin dərman preparatının alınması ilə bağlı tərtib olunaraq 43 manat pulun ödənilməsi ilə bağlı çeki ona təqdim edilmiş, əlyazma çeki verərək, qeyd olunan dərman preparatını ona aptekdə işləyən Rəşid adlı şəxsin satdığını bildirmişdir. Dərhal aptekin qarşısından aptekə daxil olmuş və içəridə həqiqətən də bir nəfər kişi olduğunu görmüş, özlərini həmin şəxsə təqdim edərək ondan da özünü təqdim etməsini xahiş etmiş, məlum olmuşdur ki, həmin şəxs aptekdə işləyən əczaçı Təqsirləndirilən şəxsdur. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul olunmuş qərarı göstərərək bir qədər əvvəl onun tərəfindən Şahid3 qanunsuz olaraq 30 həb «Zolamaks» dərman preparatının 43 manata satıldığını bildirib həmin dərman preparatını və 43 manat pulun ödənilməsi ilə bağlı çeki göstərmişlər. Təqsirləndirilən şəxs, aptekin müdirinin özü olduğunu, qeyd olunan aptekin «xxxxxx» MMC-yə məxsus müqavilə əsasında fəaliyyət göstərdiyini, lakin həqiqətən də həmin aptekdə psixotrop tərkibli dərman preparatlarının satılması üçün xüsusi icazənin olmadığını bildirmişdir. Həmçinin, bir qədər əvvəl onun vətəndaşa qanunsuz olaraq 30 həb «Zolamaks» dərman preparatını 43 manata sataraq pulun ödənilməsi ilə bağlı əlyazma çeki ona təqdim etməsini təsdiq etmişdir. Daha sonra ona, vətəndaşdan alınmış 43 manat pul təqdim edilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs həmin 43 manat pulu təqdim edən zaman məlum olmuşdur ki, doğrudan da həmin 02 ədəd 20 manatlıq və 03 ədəd 1 manatlıq pul əskinası məhz nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə Şahid3 verilmiş pulla eynilik təşkil edir. Ona görə də həmin pul vəsaitləri də tərəflərindən götürülmüşdür. Daha sonra ümumi şəkildə aptekə baxış keçirilmiş, lakin digər psixotrop və güclü təsiredici dəman preparatları aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs 43 manata satdığı 30 həb «Zolamaks» dərmanını fevral ayının sonlarında yerdən taparaq satıb gəlir əldə etmək üçün aprekdə saxldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət edilərək izahat alınmışdır. Təqsirləndirilən şəxs satdığı dərman preparatının tərkibinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən həmin dərman preparatları Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin İİİ siyahısına daxil olduğundan və Təqsirləndirilən şəxs qeyd olunan dərman preparatını satması üçün icazəsi olmadığından toplanmış material prosessual qərar qəbul edilməsi üçün aidiyyəti üzrə istintaq orqanına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşı Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, şəxsi işi ilə əlaqədar X4 yanında olarkən baş ağırları ilə bağlı yaxınlıqda fəaliyyət göstərən «Tibbi Market» adlı aptekə daxil olmuş, atpekə daxil olduqda, özünü müştərilərə Rəşid adı ilə təqdim edən şəxsin üzərində «Zolomaks» yazısı olan 01 qutu dərman preparatını 43 manata satdığını, həmin şəxsin dərmanı satarkən ətrafa şübhəli-şübhəli boylandığını görmüşdür. Aptekdən çıxdıqdan sonra maraq üçün internet vasitəsi ilə «Zolamaks» dərmanı ilə maraqlanmış və həmin dərmanın «Alprozolam» tərkibli güclü təsir ediciyə malik olduğunu, satışının qansuz olduğunu, yalnız xüsusi lisenziya əsasında satıla bilməsini öyrənmişdir. Onu bir vətəndaş kimi bu məsələ narahat etmiş və düşünmüşdür ki, belə halların gələcədkə daha çox fəsadlar törətməməsi üçün, həmçinin belə bir dərmanın açıq aşkar müştərilərə satılmasının gələcəkdə digər şəxslərə problemlər yarada biləcəyini düşündüyü üçün bu barədə şikayət etmək qərarına gəlmişdir. Belə hallara qarşı mübarizəni daha sərt şəkildə Baş X1 İdarəsinin əməkdaşları tərəfindən aparıldığını eşitdiyi üçün həmin idarəyə müraciət etmək qərarına gəlmiş, xx xxxxx 2020-ci il tarixdə həmin idarəyə gedərək ərizə ilə müraciət edib bu barədə məlumat vermişdir. Həmin aptekdə qanunsuz olaraq psixotrop tərkibli dərmanların satışını həyata keçirən şəxs və ya şəxslərin əməllərinin ifşa olunmasında lazım olarsa köməklik də edə biləcəyini bildirmişdir. Nəticədə ərizəsi qəbul olunmuş və daha sonra deyilmişdir ki, qeyd olunan ünvanda yerləşən aptekdə qanunsuz olaraq psixotrop tərkibli və ya güclü təsiredici dərman preparatlarının satılmasının qarşısının alınması ilə bağlı əməliyyat-axtarış tədbiri keçiriləcəkdir, əgər razı olarsa həmin tədbirdə şərti alıcı qismində iştirak etsin. O, bir vətəndaş kimi polisə kömək etmək vəzifə borcu olduğu üçün razılaşmışdır. Daha sonra video çəkiliş vasitəsi ilə ona 02 ədəd 20 manatlıq, 03 ədəd 1 manatlıq pul əskinazlarından ibarət 43 manat pul verilərək bu barədə protokol tərtib edilmiş və pulların kserosurəti çıxarılmışdır. Bundan sonra polislərlə birgə həmin ünvana getmiş, həmin gün saat 17:55 radələrində aptekin yaxınlığına çatmış və polislər kənarda dayanmış, o, tədbirin planına əsasən aptekə daxil olmuş, həmin vaxt aptekdə yalnız sonradan adının Rəşid olduğunu bildiyi şəxs olmuşdur. O, həmin şəxsə yaxınlaşıb müraciət edərək ondan 30 həb «Zolamaks» dərmanı istəmiş, bu zaman Rəşid adlı şəxs əvvəlcə ətrafa boylanmış və sonradan həmin dərmanın qiymətinin 43 manat təşkil etdiyini bildirmiş, etiraz etməmiş və nəticədə Rəşid ona 30 həb «Zolamaks» dərmanı vermişdir. Rəşidə 43 manat pul verib 43 manatın ödənilməsinə dair əlyazma çek alıb aptekdən çıxmışdır. Daha sonra aptekdən çıxaraq polislərə yaxınlaşıb əlində olan 30 həb «Zolamaks» dərmanını polislərə verərək bildirmişdir ki, qeyd olunan dərmanı ona aptekdə işləyən Rəşid adlı şəxs satmışdır. Ona görə də polis əməkdaşları ilə birlikdə aptekə daxil olmuşlar. Polislər video çəkiliş vasitəsi ilə həmin Rəşid adlı şəxsə yaxınlaşmış, polis əməkdaşları vəsiqələrini göstərib özlərini və onu həmin şəxsə təqdim edərək ondan kim olmasını soruşmuş, məlum olmuşdur ki, həmin şəxs aptekin müdiri Təqsirləndirilən şəxsdur. Polis əməkdaşları tədbirin keçirilməsi ilə əlaqədar qəbul olunmuş qərarı göstərərək bir qədər əvvəl onun tərəfindən qanunsuz olaraq 30 həb «Zolamaks» dərman preparatının 43 manata satıldığını bildirib həmin dərman preparatını və əlyazma çeki göstərmişlər. Təqsirləndirilən şəxs, qeyd olunan aptekin «xxxxxx» şirkətinə məxsus müqavilə əsasında fəaliyyət göstərdiyini, lakin həqiqətən də həmin aptekdə psixotrop tərkibli və güclü təsiredici dərman preparatlarının satılması üçün xüsusi icazənin olmadığını bildirmişdir. Daha sonra polislər tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, ondan aldığı 43 manat pulu təqdim etsin. Təqsirləndirilən şəxs da ondan aldığı həmin 43 manat pulu polislərə təqdim edən zaman bir daha məlum olmuşdur ki, doğrudan da həmin 02 ədəd 20 manat və 03 ədəd 1 manatlıq pul əskinazlarından ibarəti 43 manat pul əvvəlcədən ona verilmiş puldur. Ona görə də həmin pul da polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra aprekə baxış keçirilmiş, lakin heç bir psixotrop və güclü təsiredici dərman preparatları aşkar olunmamışdır. Baş verənlərlə bağlı elə yerindəcə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, əlavə və ya şikayət daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başanması və icraata qəbul edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma faktına görə CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (i.v. 01); əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai rayonu S.Şirvani küçəsində fəaliyyət göstərən “Tibbi market” adlı aptekdə nəzarət qaydasında mal alınması növündə əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılması, keçiriləcək əməliyyataxtarış tədbirlərində əməliyyat qrupuna əməliyyat müvəkkili, polis leytenantı Şahid1 daxil edilməsi qərara alınmışdır (i.v. 08); pul vəsaitinin verilməsi barədə xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, zərurət yarandığından əməliyyat xərclərindən götürülmüş 03 ədəd G 13123697, F 76127860, G 46103279 seriya və nömrəli 1 manatlıq, 02 ədəd B 32734537, A 90373110 seriya və nömrəli 20 manatlıq pul əskinasları olmaqla, ümumilikdə 43 manat pulun kserosurətləri çıxarılmaqla, seriya və nömrələri protokola əlavə olunduqdan sonra əməliyyat-axtarış tədbirində öz razılığı əsasında şərti alıcı qismində iştirak edən Şahid3 verilmiş, pul vəsaitinin verilməsi videoçəkilişlə həyata keçirilmişdir (i.v. 11-14); əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və maddi sübutların götürülməsi barədə xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 18:10 radələrində Təqsirləndirilən şəxs ünvan 2B ünvanında fəaliyyət göstərən “Tibbi market” aptekdə qanunsuz olaraq əməliyyat axtarış tədbirində şərti alıcı qismində iştirak edən Şahid3 43 manat pulun müqabilində müqabilində təsiredici maddəsi alprozolaimin olan 30 həb "Zolamaks” dərman preparatını satdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmış, tədbirin keçirilməsi üçün əvvəlcədən protokolla rəsmiləşdirilmiş və Təqsirləndirilən şəxs təsiredici dərman preparatın satışından əldə etdiyi bir ədəd B seriyalı 32734537 nömrəli 20 (iyirmi) manatlıq, bir ədəd A seriyalı 90373110 nömrəli 20 (iyirmi) manatlıq, bir ədəd G seriyalı 13123697 nömrəli 1 (bir) manatlıq, bir ədəd F seriyalı 76127860 nömrəli 1 (bir) manatlıq və bir ədəd G seriyalı 46103279 nömrəli 1 (bir) manatlıq pul əsginazları aptekin kassasından video çəkiliş vasitəsi ilə aşkar olunaraq götürülmüşdür (i.v. 15-19); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəm Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/616 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ünvan 2 B ünvanında fəliyyət göstərən «Tibbi market» aptekdə Təqsirləndirilən şəxs satışını həyata keçirdiyi 30 həb Alprazolam tərkibli «Zolamaks» dərman preparatı” yazısı olan zərfdə zavod üsulu ilə qablaşdırılmış, üzərində «Zolamaks alprazolam 0,5 mq (yaralıq müddəti 12 2021, seriyası 6161210) yazısı olan qutuda 03 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, cəmi 30 ədəd üzərində «apzm 0.5» yazısı həkk olunmuş elips formalı çəhrayi rəngli həblər alprazolam tərkibli dərman preparatıdır, 30 ədəd həbdə təsiredici maddəsi alprazolamın ümumi miqdarı 0,015 qram təşkil edir (bir həbdə 0,0005 qr alprazolam olmaqla), tədqiqata təqdim olunmuş “Zolamaks (alprazolam)» adlı dərman preparatı üzərindəki qeyd olunmuş tarix göstəricilərinə əsasən istifadyə yararlıdır, alprazolan tərkibli dərman preparatı xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu il təstiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələr”in İİİ siyahısına daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat hesablanmışdır (i.v. 29-33); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Baş X2 xx.xx.2020-ci il tarixli, 008- 2295-1220 nömrəli məktubundan görünür ki, ünvan 4 B ünvanında fəaliyyət göstərən “Tibbi market” aptekdə psixotrop tərkibli dərman preparatlarının satışı üçün xüsusi icazə verilməmişdir (i.v. 40); xx.xx.2019-cu il tarixli, 344 nömrəli maddi məsuliyyət haqqında müqavilədən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə Təqsirləndirilən şəxs arasında maddi məsuliyyət haqqında müqavilə bağlanmış və bu müqavilə əsasında Təqsirləndirilən şəxs ünvan 5 B ünvanında fəaliyyət göstərən «Tibbi market» adlı aptekdə psixotrop tərkibli və güclü təsir edən maddələrin satılmayacağına dair üzərinə öhdəlik götürmüşdür (i.v. 56-58); əşyanın maddi sübut kimi hesab edilməsi və məsul saxlanca verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza rəylərindən sonra 28 həb “Zolamaks” (alprazolam) dərman preparatı 01 ədəd əlyazmalı çek maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddis sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü DİN-nin BMCMİnin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (i.v. 69-70); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 80 sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X3 CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə edərək daşıyıb saxlama cinayətini törətməkdə öz təqsirini etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs Şahid3 satdığı təsiredici maddəsi alprazolam olan tədqiqatdan sonra qalan 28 həb “Zolamaks” dərman peraparatı və 01 (bir) ədəd əlyazmalı qəbz cinayət işi üzrə maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi barədə xx.xx.2020-ci il tarixli qərarı məhkəmə baxışı zamanı nəzərə alınmış, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə, xx.xx.2020-ci il tarixli pulun Şahid3 verilməsinə dair protokol, xx xxxxx 2020-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair protokol, Təqsirləndirilən şəxs şahid qismində dindirmə protokolu, Şahid1, Şahid2 və Şahid3 şahid qismində dindirmə protokolları, məhkəmə-kimyəvi ekpertizasının xx xxx 2020-ci il tarixli, 6/616 nömrəli rəyi, xx xxxxx 2020-ci il tarixli pulun verilməsini və xx xxxxx 2020-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsini əks etdirən 02 ədəd disk işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməklə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən cinayət prosesində sübut kimi qiymətləndirilmiş, CM-nin 234-cü maddəsinin qeyd hissəsinin tələblərinə əsasən Şahid3 əməlində CM-in 234-cü maddəsinin tərkib əlamətləri olmadığı üçün həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.1-ci maddəsinin, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi faktı öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Şahid3 satdığı təsiredici maddəsi alprazolam olan 30 həb “Zolamaks” dərman peraparatları əldə etdiyi istintaqa məlum olmayan şəxsin şəxsiyyətini müəyyən etməkdən ötrü cinayət işindən material ayrılmış, xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş X1 İdarəsinin KSPSM və MDQMİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulan pul vəsaitindən ayrılaraq götürülmüş və əməliyyat tədbirində şərti alıcı qismində iştirak etmiş Şahid3 verilmiş 01 ədəd B seriyalı 32734537 nömrəli 20 (iyirmi) manatlıq, 01 ədəd A seriyalı 90373110 nömrəli 20 (iyirmi) manatlıq, 01 ədəd G seriyalı 13123697 nömrəli 1 (bir) manatlıq, 01 ədəd F seriyalı 76127860 nömrəli 1 (bir) manatlıq və 01 ədəd G seriyalı 46103279 nömrəli 1 (bir) manatlıq pul əsginazları cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra 01 ədəd B seriyalı 22999001 nömrəli 20 (iyirmi) manatlıq, 01 ədəd G seriyalı 15064162 nömrəli 5 (beş) manatlıq və 01 ədəd G seriyalı 05528761 nömrəli 1 (bir) manatlıq pul əsginazlarının qəbz əsasında baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 qaytarılmışdır (i.v. 81-88); cinayət işindən material ayrılması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şahid3 satmış olduğu tərkibində psixatrop maddə və güclü təsir edici maddələr olan dərman preparatını əldə etdiyi mənbənin müəyyən edilməsi üçün cinayət işindən material ayrılmışdır (i.v. 91-92); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 102-103); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 115-117). Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, 03 ədəd G 13123697, F 76127860, G 46103279 seriya və nömrəli 1 manatlıq, 02 ədəd B 32734537, A 90373110 seriya və nömrəli 20 manatlıq pul əskinasları olmaqla, ümumilikdə 43 manat pulun kserosurətləri çıxarılır, seriya və nömrələri protokola əlavə olunur, sonra əməliyyat-axtarış tədbirində öz razılığı əsasında şərti alıcı qismində iştirak edən Şahid3 verilir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, ünvan 2B ünvanında fəaliyyət göstərən “Tibbi market” aptekə polis əməkdaşları daxil olur, özlərini aptekdə olan şəxsə təqdim edir, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla Təqsirləndirilən şəxs tanış edilir, şərti alıcı qismində iştirak edən Şahid3 43 manat pulun müqabilində təsiredici maddə alprozolaimin olan 30 həb "Zolamaks” dərman preparatını satıb-satmamasını soruşur, Təqsirləndirilən şəxs 30 həb "Zolamaks” dərman preparatını satmasını etiraf edir və bunun üçün xüsusi lisenziyasının olmadığını bildirir, 43 manat pulu təqdim edir. müayinələrdən və analiz cavablarından görünür ki, Təqsirləndirilən şəxs atası Alxas Əbülfəzovun HBsAg analiz nəticəsi pozitivdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu il təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələr”in İİİ siyahısının 2-ci bəndində Alprozolam Azərbaycan Respublikasının ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddə kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, atasının Hepatit B xəstəsi olmasını, hazırda nişanlı olmasını və ailə quracağını (CM-59.2), hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini (CM-59.1.1) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, atasının Hepatit B xəstəsi olmasını, hazırda nişanlı olmasını və ailə quracağını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, cinayət hadisəsi xx xxxxx 2020-ci il tarixdə baş vermiş, həmin tarixdən bu günədək Təqsirləndirilən şəxs hər hansı bir cinayət törətməsi müəyyən edilməmişdir. Qeyd olunan hal onun azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunacağına dəlalət edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut kimi tanınan - 02 ədəd disk və 01 (bir) ədəd əlyazmalı qəbz iş materiallarında saxlanılmalı, DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulan pul vəsaitindən ayrılaraq götürülmüş və əməliyyat tədbirində şərti alıcı qismində iştirak etmiş Şahid3 verilmiş 01 ədəd B seriyalı 32734537 nömrəli 20 (iyirmi) manatlıq, 01 ədəd A seriyalı 90373110 nömrəli 20 (iyirmi) manatlıq, 01 ədəd G seriyalı 13123697 nömrəli 1 (bir) manatlıq, 01 ədəd F seriyalı 76127860 nömrəli 1 (bir) manatlıq və 01 ədəd G seriyalı 46103279 nömrəli 1 (bir) manatlıq pul əsginazlarının geri qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan psixotrop maddə alprazolam olan 28 həb “Zolamaks” dərman peraparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulan pul vəsaitindən ayrılaraq götürülmüş və əməliyyat tədbirində şərti alıcı qismində iştirak etmiş Şahid3 verilmiş 01 ədəd B seriyalı 32734537 nömrəli 20 (iyirmi) manatlıq, 01 ədəd A seriyalı 90373110 nömrəli 20 (iyirmi) manatlıq, 01 ədəd G seriyalı 13123697 nömrəli 1 (bir) manatlıq, 01 ədəd F seriyalı 76127860 nömrəli 1 (bir) manatlıq və 01 ədəd G seriyalı 46103279 nömrəli 1 (bir) manatlıq (ümumilikdə 43 (qırx üç) manat) pul əsginazlarının geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – 02 ədəd disk və 01 ədəd əlyazma qəbz iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-279/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-279/2020
02.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver