Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-28/2021 28.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx xxx 2020-ci il tarixdə saat 11:10-da Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi ilə «Əhmədli» metro stansıyasının üzərindən üzü “Ukrayna” dairəsinə doğru yol vərəqəsi ilə idarə etdiyi “DAEWOO BS-090” avtobus markalı **-UN-*** dövlət nömrə nişanlı avtobusu yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, təxminən 30-40 km/saat sürətlə idarə edərkən ünvan 2 ünvanında yerləşən “Qaymaq” kafesinin qarşısında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda bunu etməmiş, sağ səkidən sol tərəf səkiyə yolu perpendikulyar olaraq keçmək istəyən, asta yerişlə 4 metr yol qət etmiş piyada xx.xx.1963-cü ildə Tər-tər şəhərində anadan olmuş, Tər-tər şəhəri Nizami küçəsi ev 40 mənzil 42-də qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu 8-ci Əhmədli küçəsi ev 39A-da yaşayan X8 idarə etdiyi avtobusun ön sağ hissəsi ilə ehtiyatsızlıqdan vuraraq ona “baş beynin və beyin kötüyünün əzilməsi, baş beynin sərt qişasında cırılmalar və ocaqlı qansızmalar, baş beyin maddəsinə, yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar; başın sol təpə-ənsə, sağ təpə–ənsə–gicgah nahiyələrində hematomalar və dərialtı qansızmalar ilə qeyd olunan təpə–ənsə–gicgah sümüklərinin kəllə əsasına keçən əsasən iri və xırda qəlpəli sınıqları, hər iki göz almasının ağlı qişasında qansızmaları” kimi, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığı ağır zərərvurmaya aid olan, ölümü ilə nəticələnən bədən xəsarətləri yetirməklə, yol nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2013-cü il tarixdən şəhərdaxili və şəhərətrafı sərnişin daşıma ilə məşğul olan «Şidli Ai» şirkətində sürücü işləyir və 44 saylı sərnişin avtobusunu idarə edir. Həmin marşrut avtobusunun hərəkət trayektoriyası Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsindən Bakı şəhəri Nizami rayonunda yerləşən metronun «Qara Qarayev» stansiyasının yanına və geriyədir. Avtobus idarə etmək üçün «BCD» kateqoriyalı, «AD» seriyalı, 007494 nömrəli sürücülük vəsiqəsi vardır. xx xxx 2020-ci il tarixdə, təxminən saat 06:30 radələrində o, şirkətə məxsus qarajdan «DAEWOO BS-090» markalı, **-UN-*** dövlət nömrə nişanlı avtobusu yol vərəqəsi əsasında götürüb işə başlamışdır. Həmin gün, yəni xx xxx 2020-ci il tarixdə, təxminən saat 11:10 radələrində o, «Daewoo BS-090» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtobusu Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən «Qaymaq» kafesinin qarşısında üzü «Ukrayna» dairəsi istiqamətində təxminən 30-40 km/saat sürətlə hərəkət etdirdiyi vaxtı «Qaymaq» kafesinin qarşısından avtomobil yoluna perpentekulyar olaraq sağdan sola kişi cinsinə aid bir nəfər tanımadığı şəxsin qəflətən mobil telefonla danışaraq avtomobil yolunu iti sürətlə digər tərəfə keçmək istədiyini görmüşdür. Bu zaman piyada ilə onun arasında təxminən 5-10 metr məsafə olmuşdur. Həmin piyadanı vurmamaq üçün dərhal avtobusu sol tərəfə istiqamətləndimiş və tomoz əyləcindən istifadə etmiş, lakin avtobusun ön sağ hissəsi ilə həmin piyadanı vurmuşdur. Piyadanı səkinin kənarında deyil, yolda olarkən görmüşdür. Yol-nəqliyyat hadisəsindən sonra o, dərhal avtobusu saxlayıb avtobusdan düşüb piyadaya yaxınlaşıb səhhəti ilə maraqlanmışdır. Həmin vaxtı avtobusda sərnişin qismində təxminən 15-20 nəfər olmuşdur. Bu vaxtı hadisə yerində olan şəxslərdən tanımadığı biri X18a zəng edib hadisə yerinə həkim briqadası çağırmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə X18 stansiyasının həkimləri gəlmişdir. Lakin, piyada başı ilə avtobusun şüşəsinə və zərbənin təsirindən başı yerə dəydiyindən başından aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hadisə yerinə polis əməkdaşları gəlmiş və birlikdə hadisə yerini müayinə etmişlər. Son olaraq əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, evli olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, X9 əridir. Fikrətlə 1991-ci ildə evlənmiş, birgə nikahdan xx.xx.1992-ci il təvəllüdlü Şahid4 və xx.xx.1995-ci il təvəllüdlü Şahid3 adlı övladları dünyaya gəlmişdir. xx xxx 2020-ci il tarixdə saat təxminən 12 radələrində ünvan 2 ünvanında yerləşən “Qaymaq” kafesinin qarşısında yol nəqliyyat hadisəsinin baş verdiyini bilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə saat 11:10 radələrində sürücü Təqsirləndirilən şəxs Xətai rayonu Məhəmməd Hadi küçəsi ilə «Əhmədli» metro stansıyasının üzərindən üzü “Ukrayna” dairəsinə doğru idarə etdiyi «DAEWOO BS-090» markalı, **-UN-*** dövlət nömrə nişanlı avtobusla ünvan 2 ünvanında yerləşən “Qaymaq” kafesinin qarşısında sağ səkidən sol tərəf səkiyə yolu perpendikulyar olaraq keçmək istəyən əri X8 vuraraq sonuncunun ölümü ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Sürücü hadisədən sonra hadisə yerində olmuşdur. Sonra hadisə yerinə polis əməkdaşları və X18 Stansiyasının həkimləri gəlmişdir. Mərhum ərinin hadisə yerində öldüyünü müəyyən etmişlər. Bundan sonra ərinin meyiti Xətai rayonu tibbi ekspertiza şöbəsinə yerləşdirmişdir. Əri hadisə zamanı evdən çıxıb işiq pulu ödəmək üçün getmişdir. Əri evdən çıxanda təxminən saat 10:50 radələri olmuşdur. Əri spirtli içki qəbul edən şəxs deyildir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixda saat təxminən 10:30 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən «Neftçilər» metro stansiyasının yanından «Xəzər» univermağının yanına getmək üçün 44 saylı marşrut avtobusuna minmişdir. Avtobusu sonradan tanıdığı Təqsirləndirilən şəxs idarə etmişdir. Avtobus saat təxminən 11 radələrində «Əhmədli» metro stasiyasının yanına çatmış və dayanacaqda dayanmışdır. Sərnişinlərdən düşənlər düşmüş, minənlər isə minmişdir. Bundan sonra avtobus üzü «Ukrayna» dairəsinə doğru hərəkət etməyə başlamışdır. Avtobusun içərisində təxminən 20 nəfər sərnişin olmuşdur. Həmin şəxslərdən tanıdıqları olmamışdır. Avtobus dayanacaqdan təxminən 200 metr aralanmışdır. Avtobusun sürəti təxminən 30-40 km saat olmuşdur. O, ayaq üstə dayanmış, sürücüdən təxminən 3-4 metr aralada olmuşdur. Yola baxdığı zaman yolun sağ tərəfindən yolu piyada bir nəfər kişi cinsli şəxs sürətli keçməyə başlamışdır. Avtobus sürücüsü avtobusu saxlamaq üçün avtobusu sola çəkməyə çalışmış və əyləci basmışdır. Avtobus təxminən 2 mert sürüşmüşdür. Lakin bütün bunlara baxmayaraq avtobus yolun ortasında həmin piyadanı avtobusun sağ tərəf qabaq hissəsi ilə vurmuş, piyada yola yıxılmışdır. Aldığı xəsarətlərdən piyada hadisə yerində ölmüşdür. Bundan sonra hadisə yerinə X18 avtomobili və polis əməkdaşları gəlmişdir. Piyada ilə avtobusun arasında təxminən 5-10 metr məsafə olmuşdur. Hesab edir ki, piyada yolu yavaş keçsə avtobus ona dəyməzdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid6 «Şidli A.İ» şirkətininin təsisçisi və dirtektorudur. O isə 44 saylı xəttin rəhbəri olmaqla həmin şirkətə özünə məxsus olan avtobusları həmin MMC-yə icarəyə verməklə işlədir. Şahid7 onun qohumudur. «Daevoo BS-090» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtobus Şahid7 adına qeydiyyata alınsa da, faktiki olaraq ona məxsusdur. Həmin avtobus 44 saylı xətt marşrutu üzrə fəaliyyət göstərir. xx xxx 2020-ci il tarixdə eşitmişdir ki, həmin gün saat 11 radələrində ünvan 2 ünvanında yerləşən “Qaymaq” kafesinin qarşısında yol nəqliyyat hadisəsinin baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə və avtomobilinə dəymiş maddi ziyanla bağlı sürücü Təqsirləndirilən şəxs qarşı onun hər-hansı bir şikayət və tələbi yoxdur. Ona maddi ziyan dəysədə bunu özü öz vəsaiti hesabına aradan qaldırmışdır. Sürücü Təqsirləndirilən şəxs bir neçə ildir ki, ona məxsus olan avtobusları 44 saylı xətt marşrutunda idarə edir. Ondan heç bir zaman şikayət daxil olmamış. yaxşı sürücüdür, yaxşı xarakterizə olunan insandır. Kollektiv içərisində müsbət xarakterizə olunur. Ona hadisə zamanı maddi ziyan vurulmasına baxmayaraq şikayəti yoxdur. Bu barədə istintaq orqanına ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Şahid4 məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə teleqram ünvanlayaraq səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etmişdir. Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq şahid X3 məhkəmə iclasına gəlməmişdir. Şahid X1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə, təxminən 11 radələrində o, Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsində yerləşən «KTV» deyilən yerdə dayanacaqda 44 saylı sərnişin avtobusuna minib avtobusun sol tərəfindən ön tərəfdə oturacaqların birində əyləşmişdir. Həmin avtobus Xətai rayonu M.Hadi küçəsində yerləşən «Qaymaq» kafesinin qarşısında üzü «Ukrayna» dairəsi istiqamətində hərəkətdə olarkən, kişi cinsinə aid bir nəfər şəxs avtomobil yolunu sağdan sola, yəni «Qaymaq» kafesinin qarşısından yolun əks istiqamətinə mobil telefonla danışaraq keçmək istəyərkən avtobusun sürücüsü piyadanı vurmamaq üçün avtobusu sol tərəfə istiqamətləndirmiş və tomoz əyləcindən istifadə etmişdir. Lakin piyada mobil telefondan dınışdığı üçün avtobusun sürücüsü idarə etdiyi avtobusun ön sol hissəsi ilə həmin piyadanı vurmuşdur. Yol-nəqliyyat hadisəsindən sonra avtobusun sürücüsü dərhal avtobusu saxlayıb avtobusdan düşüb piyadaya yaxınlaşmışdır. Həmin vaxtı avtobusda sərnişin qismində təxminən 15-20 nəfər olmuşdur. Həmin sərnişinlər də yol-nəqliyyat hadisəsindən sonra avtobusdan aşağı düşmüşdür. Bu vaxtı hadisə yerində olan həmin şəxslərdən tanımadığı biri X18a zəng edib hadisə yerinə çağırmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə X18 stansiyasının həkimləri və polis gəlmişdir. Piyadanı aparmaq istəsələr də artıq hadisə yerində öldüyü müəyyən olmuşdur. Avtobusu sonradan tanıdığı X14 idarə etmişdir. Avtobusun içərisində təxminən 20 nəfər sərnişin olmuşdur. Avtobusun sürəti təxminən 30- 40 km saat olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq şahid X9 məhkəmə iclasına gəlməmişdir. Şahid X6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 1998-ci ildən «Şidli.A.İ» şirkətini təsis etmiş və həmin şirkətin direktorudur. Şahid5 həmin MMC ilə müqavilə əsasında işləyir. Belə ki, 44 saylı xətt marşurutu Elxana məxsusdur. Həm də Elxana məxsus olan avtobuslar onunla müqavilə əsasında işləyir. «Daewoo BS-090» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtobus Şahid7 adına qeydiyyata alınsa da faktiki olaraq Şahid5 məxsusdur. Həmin avtobus 44 saylı xətt marşrutunda fəaliyyət göstərir. Təqsirləndirilən şəxs xx xxxxxx 2014-cü il tarixdən hazırki vaxta kimi «Şidli.A.İ» şirkətində sürücü işləyir. Təqsirləndirilən şəxs şirkətə işə qəbul olunan zaman əmək müqaviləsi bağlanılmışdır. Təqsirləndirilən şəxs sərnişin avtobusu idarə etməsi üçün «BCD» kateqoriyalı, «AD» seriyalı, 007494 nömrəli sürücülük vəsiqəsi vardır. xx xxx 2020-ci il tarixdə eşitmişdir ki, həmin gün, saat 11 radələrində ünvan 3 ünvanında yerləşən “Qaymaq” kafesinin qarşısında yol nəqliyyat hadisəsinin baş vermişdir. Belə ki, xx xxx 2020-ci il tarixdə saat 11:10 radələrində sürücü Təqsirləndirilən şəxs Xətai rayonu Məhəmməd Hadi küçəsi ilə «Əhmədli» metro stansiyasının üzərindən üzü “Ukrayna” dairəsinə doğru idarə etdiyi «DAEWOO BS-090» markalı, **-UN-*** dövlət nömrə nişanlı avtobusla ünvan 2 ünvanında yerləşən “Qaymaq” kafesinin qarşısında sağ səkidən sol tərəf səkiyə yolu perpendikulyar olaraq keçmək istəyən, xx.xx.1963-cü ildə Tər-tər şəhərində anadan olmuş, Tər-tər şəhəri, Nizami küçəsi, ev 40, mənzil 42-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 39A-da yaşayan X8 vuraraq sonuncunun ölümü ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin tarixdən əvvəl Təqsirləndirilən şəxs şirkətdə işlədiyi müddət ərzində hər-hansı bir yol-nəqliyyat hadisəsi törətməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə onun hər-hansı bir şəxsdən şikayət və tələbi olmadığını göstərmişdir. Ona heç bir maddi ziyan dəyməmişdir. Sürücü Təqsirləndirilən şəxs bir neçə ildir ki, onun işçisi olmaqla 44 saylı xətt marşrutunda Elxana məxsus olan avtobusları idarə etmişdir. Təqsirləndirilən şəxs heç bir zaman şikayət daxil olmamış, yaxşı sürücüdür, yaxşı xarakterizə olunan işçidir. Kollektiv içərisində müsbət xarakterizə olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Şahid7 məhkəmə iclasına gəlməmişdir. Şahid7 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Şahid5 onun qohumudur. «Daewoo BS- 090» markalı, **- UN-*** dövlət qeydiyyat nişanlı avtobus onun adına qeydiyyata alınsa da faktiki olaraq Şahid5 məxsusdur. xx xxx 2020-ci il tarixdə eşitmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 11 radələrində ünvan 3 ünvanında yerləşən “Qaymaq” kafesinin qarşısında yol nəqliyyat hadisəsinin baş vermişdir. Belə ki, xx xxx 2020-ci il tarixdə saat 11:10 radələrində sürücü Təqsirləndirilən şəxs Xətai rayonu Məhəmməd Hadi küçəsi ilə «Əhmədli» metro stansiyasının üzərindən üzü “Ukrayna” dairəsinə doğru idarə etdiyi «DAEWOO BS-090» markalı, **-JN-*** dövlət nömrə nişanlı avtobusla Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi üçəsi 206 ünvanında yerləşən “Qaymaq” kafesinin qarşısında sağ səkidən sol tərəf əkiyə yolu perpendikulyar olaraq keçmək istəyən, xx.xx.1963-cü ildə Tər-tər şəhərində anadan olmuş, Tər-tər şəhəri, Nizami küçəsi, ev 40, mənzil 42-də qeydiyyatda olan, Bakı əhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 39A-da yaşayan X8 vuraraq sonuncunun ölümü ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə və avtomobilə dəymiş maddi ziyanla bağlı onun hər-hansı bir şəxsdən şikayət və tələbi yoxdur. Elxan vurulmuş maddi ziyanla bağlı öz hesabına avtobusu düzəltdirmişdir. Sürücüdən heç bir şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 263.2-ci maddəsi ilə cinayət işinin başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 01); xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 5 ünvanında Qaymaq kafesinin qarşısında olan yola baxış keçirilmiş və hadisənin həmin yerdə olması müəyyən edilmişdir. Avtobus M.Hadi küçəsi ilə üzü Ukrayna dairəsi istiqamətində hərəkətdə olmuş, avtobusun qabaq sağ tərəf alın şüşəsinin aşağı sağ küncü baş formasında çox sayda çatlamış və içəri doğru batmış, yolun sağından soluna doğru 4 metr asta addımlarla keçərkən avtomobilin ön sol hissəsi ilə vurulmuş, “DAEWOO BS-090 markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtobusa baxış keçirərkən avtobusun ön alın şüşəsinin sağ aşağı hissəsinin əzilmiş vəziyyətdə olması aşkar edilmişdir (səh. 5-10); fotoşəkillərdən görünür ki, **-UN-*** dövlət qeydiyyat nişanlı avtobusun qabaq sağ tərəfin alın şüşəsinin aşağı sağ küncü çatlamış və içəri doğru batmışdır (səh. 14); «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə 1/1240 №-li xx xxx 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 20); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ İmişli RQİTBŞ tərəfindən xx.xx.2013-cü il tarixdə 10 il müddətinə «B CD» kateqoriyalı AD 007494 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 22); ifadənin yerində yoxlanılması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v. 35-38); zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varisi qismində tanınması barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X5 iş üzrə mərhum X6 hüquqi varisi qismində tanınmışdır (i.v. 50); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 alınmış xx.xx.2020-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v. 89); Baş Dövlət X17 xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə 10 il müddətinə «BCD» kateqoriyalı AD 007494 nömrəli sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur (i.v. 99); məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12-Təcrübi və X13 rayon Şöbəsinin xx xxx 2020-ci il tarixli 59 nömrəli rəyindən görünür ki, X6 meyitinin bədənində aşkar edilmiş xəsarətlər – baş beynin və beyin kötüyünün əzilməsi; baş beynin sərt qişasında cırılmalar və ocaqlı qansızmalar; baş beyin maddəsinə, yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar; başın sol təpə- ənsə, sağ təpə – ənsə – gicgah nahiyələrində hematomalar və dərialtı qansızmalar ilə qeyd olunan təpə – ənsə – gicgah sümüklərinin kəllə əsasına keçən əsasən iri və xırda qəlpəli sınıqları; hər iki göz almasının ağlı qişasında qansızmalar bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənməklə xx.xx.2020-ci il tarixdə və şəraitdə. Yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən yetirilə bilərdilər, ümumilikdə həyat üçün təhlükəli olan sağlamğıla ağır zərərvurmanın əlamətlərinə malik olub, baş vermiş ölüm ilə birbaşa səbəbli əlaqəlidirlər. X6 ölümünə səbəb başın küt travması nəticəsində yaranmış kəllə sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsi, yumşaq qişaya, beyin toxumasına və beyin mədəciklərinə qansızmalar lmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvələ uyğun gəlir ki, bu da meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq olunur. X6 meyitindən götürülmüş qanda məhkəmə – kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiozin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (MKŞ-nin 1613K) X6 meyitinin bədənində müəyyən edilmiş xəsarətlərin lokalizasiyasına və xarakterinə əsasən demək olar ki, o, xəsarətləri aldığı anda şaquli vəziyyətdə olmuş, yada dəqiq hansı şəraitdə yetirilməsi istintaq yolu ilə müəyyən edilməsi, hadisə vaxtı əynində olan paltarların tibbi – kriminalistik müayinəsi, eləcə də komleks ekspertizanın keçirilməsi kömək edə bilər (i.v. 101-107) ; məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx xxxx 2020-ci il tarixli 8/789 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Daevoo markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 108-111) ; xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir şikayət və narazçılıq daxil olmamışdır (i.v. 113); xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə edilmişdir (i.v. 114); sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilmiş, iş üzrə ekspert rəyləri, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, protokollar sübut növü kimi qiymətləndirilmişdir (i.v. 116-124); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (i.v 134-135); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 149); məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 8/1930 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə piyadanın vurulma yerinin hərəkət zolaqlarını ayıran qırıq xəttin üzərində yerləşməsi və təhlükə yaranan andan vurulmaya kimi piyadanın 3,5 metr məsafə qət etməsi mümkün deyildir. Təhlükənin piyadanın hərəkət hissəsinə daxil olduqdan sonra yaranması və həmin andan vurulmaya kimi piyadanın iti yerişlə 4 metr məsafə qət etməsi şəraitində Daevoo markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 5000 (beş min) manat ödənildi. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin iş materiallarında olan və məhkəmə zalında elan olunmuş ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini (CM-59.1.11), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, iş yeri və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Bağırov X11 Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-28/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-28/2021
28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver