Məhkəmə qərarları › İş №1(011)-28/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-28/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-28/2024 28.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 10 avqust 1963-cü ildə Ermənistan Respublikası, Vardenis rayonunun Daşkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana-ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxx 1967-ci ildə Naxçıvan MR, Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Naxçıvan MR, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 barədə verilmiş ittihama əsasən o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinin icra nümayəndəliyində qeydiyyatsız evlərin siyahıya alınması işlərinə könüllü kimi cəlb olunduğundan bu sahədə, eləcə də, dövlət tərəfindən güzəştli mənzil verilməsi işlərində köməkliklə bağlı müraciət edən şəxslərin etibarını qazanaraq aldadıb pullarını ələ keçirmək barədə tanışı Şahid4 ilə razılığa gəlmiş, sonuncu əvvəlcədən və ya sonradan bilavasitə görüşlərdə iştirak edib zərərçəkmiş şəxsin etibarını möhkəmləndirmək, aldadılmasından şübhələnməməsi üçün zəruri hərəkətləri yerinə yetirməsi öhdəliyini götürməklə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 2022-ci ilin fevral ayında Sabunçu rayonu Ramana qəsəbəsində siyahıya alma işlərini həyata keçirən zaman həmin qəsəbədə Südçülük Sovxozu, E. Məhərrəmli küçəsi, dalan 14, ev 12 ünvanında olduğu zaman Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 309 nömrəli sərəncamı ilə imtiyazlı əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuş İİİ qrup "Vətən müharibəsi" əlili Kənan Seyidovun atası Zərərçəkmiş şəxs1 oğlu üçün 1 otaqlı deyil daha çox otaqlı mənzil əldə etməsindən ötrü köməkliyə ehtiyacı olması ilə bağlı xahişini əlverişli fürsət kimi dəyərləndirib cinayətkar niyyətini həyata keçirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışlarının olmasını və onların vasitəsi ilə güzəştli kateqoriyadan olan şəxslərə mənzil verdirmək imkanının olduğunu bildirib Zərərçəkmiş şəxs1 inandıraraq etibarını qazandıqdan sonra aldatma yolu ilə 2022-ci ilin fevral ayında Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi 3 ünvanın yaxınlığında 3.000 manat pulunu almaqla ələ keçirib həmin pulu Şahid4lə bölərək Zərərçəkmiş şəxs1 yaşadığı yerin yaxınlığında tikiləcək binadan 3 otaqlı mənzil verdirəcəyinə inandırıb əminlik yaradaraq Zərərçəkmiş şəxs1 3.000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncu Zərərçəkmiş şəxs2 özünü Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olan şəxs kimi, onu isə özünün köməkçisi kimi təqdim edib işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə Zərərçəkmiş şəxs2 1-ci Qarabağ müharibəsinin iştirakçısı kimi rəsmiləşdirərək ona veteranlıq vəsiqəsini təqdim edəcəyinə inandıraraq bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadıqları halda xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən «Aida» parkın içərisində həmin dövrə olan məzənnə ilə 2.210 manat təşkil edən 1.300 ABŞ dollarını, xx.xx.2022-ci il tarixdə isə Sabunçu rayonu, Maştağa qəsəbəsində «Kirov dairəsi» adlanan ərazidə 300 manat pulunu alıb aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 özünə 1960 manat götürməklə 550 manatını ona verərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 2510 manat məbləğində pulunu ələ keçirib ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncu Zərərçəkmiş şəxs3 özünü Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olan şəxs kimi, onu isə özünün köməkçisi kimi təqdim edib işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə Zərərçəkmiş şəxs3 qohumu Şahid2 əlillik müavinatı düzəldəcəyinə inandıraraq bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadıqları halda xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dəmiryol stansiyasının qarşısında 2500 manat pulunu, xx.xx.2022-ci il tarixdə isə Sabunçu rayonu, ünvan 6 ünvanda yerləşən Sabunçu Rayon İcra Hakimyyətinin qarşısında 1300 manat pulunu alıb aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 özünə 3100 manat götürməklə 700 manatını ona verərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 cəmi 3800 manat məbləğində pulunu ələ keçirib ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 özünü Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olan şəxs kimi, Təqsirləndirilən şəxs1 isə özünün köməkçisi kimi təqdim edib işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə Zərərçəkmiş şəxs2 1-ci Qarabağ müharibəsinin iştirakçısı kimi rəsmiləşdirərək ona veteranlıq vəsiqəsini təqdim edəcəyinə inandıraraq bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadığı halda xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən «Aida» parkın içərisində həmin dövrə olan məzənnə ilə 2.210 manat təşkil edən 1.300 ABŞ dollarını, xx.xx.2022-ci il tarixdə isə Sabunçu rayonu, Maştağa qəsəbəsində «Kirov dairəsi» adlanan ərazidə 300 manat pulunu alıb aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 həmin puldan 550 manat verərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 2510 manat məbləğində pulunu ələ keçirib ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs3 özünü Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olan şəxs kimi, Təqsirləndirilən şəxs1 isə özünün köməkçisi kimi təqdim edib işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə Zərərçəkmiş şəxs3 qohumu Şahid2 əlillik müavinatı düzəldəcəyinə inandıraraq bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadığı halda xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dəmiryol stansiyasının qarşısında 2500 manat pulunu, xx.xx.2022-ci il tarixdə isə Sabunçu rayonu, ünvan 6 ünvanda yerləşən Sabunçu Rayon İcra Hakimyyətinin qarşısında 1300 manat pulunu alıb aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 həmin puldan 700 manat verərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 cəmi 3800 manat məbləğində pulunu ələ keçirib ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2, təkrarən etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 özünün Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olmasını deyib işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə əlillik müavinatı düzəldəcəyinə inandıraraq bila- bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadığı halda xx.xx.2023-cü il tarixdə ünvan 8 ünvanda yerləşən M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında 3000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 cəmi 3000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Sabunçu rayonu, Ramana-ünvan 9 ünvanda ailəsi ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, Şahid4 2012-ci ildən, Zərərçəkmiş şəxs1 isə 2022-ci ilin fevral ayından tanıyır, onun həmin şəxslərlə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. O, 2021-ci ilin noyabr ayınadək Sabunçu rayon Bələdiyyəsində işlədiyindən Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Sabunçu rayonu, Ramana qəsəbəsi, İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Arif Osmanovu tanıyırmış. 2021-ci ilin dekabr ayında respublika ərazisində əhalinin sosial mənsubiyyəti, cinsi ev yaş tərkibinin müəyyən edilməsi məqsədi ilə ev təsərrüfatının uçotu aparılması ilə bağlı ölkə başçısının sərəncamı olmuşdur. Yəni rayon ərazisində qanunsuz tikili evlər siyahıya alınacaqmış. Sabunçu rayon İcra Hakimiyyətindən 20 gün müddətində icra nümayəndələri yaşayış evlərinin qeydiyyatını başa çatdırmaları üçün göstəriş verilmişdir. İcra nümayəndəliyində işçi sayı az olduğundan qeyri-rəsmi olaraq könüllülər cəlb edirmişlər, 350-400 manat daxili imkanları hesabına, yəni öz ciblərindən onlara ödənişlər edirmişlər. Həmin ərəfədə o da Arif Osmanova müraciət etmiş, onu da könüllülər siyahısına yazaraq ünvanlara gedərkən onları həyətlərinə buraxmaları üçün vətəndaşlara təqdim etməkdən ötrü ona vəsiqə vermişlər. 2022-ci ilin fevral ayının sonunda siyahıya alma başa çatdıqdan sonra işçilərdən, həmçinin ondan vəsiqələr geri alınmışdır. 2022-ci ilin fevral ayında Bakı şəhəri, ünvan 10 ünvanda olan zaman, sonradan adını bildiyi ev sahibi Zərərçəkmiş şəxs1 Sabunçu rayonu, Ramana qəsəbəsi icra nümayəndəliyindən gəldiyini, evləri siyahıya aldığını bildirmişdir. Vüqar razılıq verdikdən sonra həyətinə daxil olmuş, vəsiqə göstərib Ramana qəsəbəsi icra nümayəndəliyindən gəldiyini demişdir. Aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs1 oğlu Kənan Seyidovun “44 X9”nin iştirakçısı olduğunu və yaralandığı üçün dövlət tərəfindən oğluna "qazi" statusu verilmədiyini demişdir. O, Zərərçəkmiş şəxs1 oğlu qazi olduğu üçün mənzil verilibverilməməsini soruşmuşdur. Zərərçəkmiş şəxs1 mənzil üçün oğlu Kənan Seyidov növbəyə yazıldığını, oğlu Kənana 1 otaqlı mənzil veriləcəyini, lakin 3 otaqlı mənzil verilməsini istədiyini bildirmişdir. Həmin günlərdə, yəni 2022-ci ilin fevral ayının ortalarında tanışı Şahid4 ona guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışları olduğunu, pensiyanı artıra biləcəyini, əlilliyi bərpa etdirdiyini, Qarabağda döyüşənlərə qazilik almağa köməklik göstərdiyini və digər istənilən işi görə bildiyini demişdir. O, Natiqə istinad edərək Zərərçəkmiş şəxs1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qohumları olmasını, qohumları ilə danışıb həll edə biləcəyini bildirmişdir. Həmin gün tanışı Şahid4 zəng vuraraq bildirmişdir ki, Sabunçu rayonu Ramana qəsəbəsində evləri siyahıya alarkən Zərərçəkmiş şəxs1 adlı vətəndaş Qarabağ qazisi olan oğluna veriləcək 1 otaqlı mənzili 3 otaqlıya dəyişdirmək istəyir. Natiq ona Vüqara 3.000 manat verərsə 1015 günə 1 otaqlı mənzilin əvəzinə həmin şəxsə 3 otaqlı mənzil təşkil edə biləcəyini demişdir. Natiq ona 3.000 manatın 2,500 manatını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verəcəyini, qalan 500 manatı payına düşəcəyini, həmin puldan ona da hörmət edəcəyini bildirmişdir. Natiq 3.000 manatla birgə qazi Kənan Seyidovun şəxsiyyət vəsiqəsinin surətini də gətirməsini tapşırmışdır. Növbəti gün, o, Zərərçəkmiş şəxs1 tanışı vasitəsi ilə 3.000 manata dövlətdən Kənana 3 otaqlı mənzil almaq imkanı olmasını demişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşaraq həmin məbləği düzəltmək üçün bir gün vaxt istəmişdir. Növbəti gün Vüqarın yaşadığı məhəllədə evləri siyahıya alarkən Vüqarla yaşadığı Ramana qəsəbəsi, Südçülük Sovxozu, E. Məhərrəmli küçəsi dalan 14 ev 12 ünvanın qarşısında görüşmüş, Vüqar ona təklikdə 3.000 manat və Kənan Seyidovun şəxsiyyət vəsiqəsinin surətini vermişdir. O, Vüqara 10-15 gün müddətində oğlu Kənanın adına 3 otaqlı mənzil təşkil etdirəcəyini demişdir. 2022-ci ilin fevral ayının sonlarında ünvan 11 ünvanda yerləşən RPİ-nin 12-ci Polis şöbəsinin qarşısında Şahid4lə görüşmüşdür. Görüş zamanı Zərərçəkmiş şəxs1 aldığı 3.000 manatı və Kənan Seyidovun şəxsiyyət vəsiqəsinin surətini Natiqə vermişdir. Natiq ondan 3.000 manatı qəbul edib həmin puldan 250 manatını ona vermişdir. Həmin vaxtdan başlayaraq 2-3 gündən bir Vüqar onu yığaraq evlə maraqlanmağa başlamış, o, Vüqara narahat olmamasını, 3 otaqlı mənzil verdirəcəyini demişdir. Bir müddət sonra Vüqar ondan işin həll olunmasını tələb edərkən Natiq tapşırmışdır ki, o, Vüqara oğlu X11 rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda tikiləcək binadan 3 otaqlı mənzil verdirəcəyini, bu səbəbdən məsələ bir müddət uzanacağını desin. O, bu barədə Vüqara demiş, Vüqar sevinərək nə qədər desələr gözləyəcəyini bildirmişdir. Bu minvalla Vüqar onları 2 aydan çox gözləmişdir. 2022-ci ilin iyun ayının sonlarında Vüqarın təkidlərinə görə Şahid4lə birgə Vüqarın yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozundakı evinə getmişlər. O, Vüqarla Natiqi tanış etmiş, Vüqara qazi olan oğlu Kənan Seyidova 3 otaqlı mənzili təşkil edəcəklərini, iş yekunlaşmaq üzrə olduğunu, 10 günə 3 otaqlı mənzil veriləcəyini, bu qədər dözmüşdürsə bir qədərdə dözməsini, qısa müddət ərzində qazi olan oğluna 3 otaqlı mənzil verdirəcəklərini bildirmişlər. Vüqar narahat olmamalarını, işi düzəlməsi üçün gözləyəcəyini demişdir. 10-15 gün sonra, yəni 2022-ci ilin iyul ayının əvvəllərində Vüqar onu ardıcıl yığdığından Vüqarla birgə Natiqin işlətdiyi, Sabunçu rayonu, Buzovna qəsəbəsində yerləşən “Dostluq” restoranına getmişlər. Bu dəfədə Vüqara səbirli olmasını Kənan Seyidova qısa müddətdə 3 otaqlı mənzil verdirəcəklərini demişlər. Vüqar onlardan 3.000 manatını geri istəmişdir. Onlar pulu 5-10 günə qaytaracaqlarını demişlər. Lakin pulları şəxsi işlərinə xərclədiklərindən qaytara bilməmişlər. O, Təqsirləndirilən şəxs2 ilə birlikdə cəmi 2 nəfərin, yəni Zərərçəkmiş şəxs2 2.500 manatını, Zərərçəkmiş şəxs3 isə 3.800 manatını ələ keçirmişlər. Təqsirləndirilən şəxs2 onun dostudur, onunla mehriban münasibətləri olmuş, ədavəti və ya düşmənçiliyi olmamışdır. 2022-ci ilin aprel ayında onun və Firdovsinin pulu olmadığına görə işə düzəltmək, veteranlıq almaq, müavinət düzəltmək və ya hər hansısa adla kimdənsə pul almaq qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixdə Firdovsi ilə birgə Sabunçu rayonu ərazisində nahar etmək üçün kafe axtarırmışlar. Həmin tarixdə saat 13 radələrində onlar Sabunçu rayonu, Sabunçu qəsəbəsində, Dəmiryol vağzalının yaxınlığında yerləşən kafeyə girmiş, manqalın başında sonradan adını bildikləri Şahid1 görüb kafeni işlədən bilib Arzuya yaxınlaşmışlar. Onlar Arzuya yemək sifariş vermiş, Arzu isə onlara kafeni işlətmədiyini, kafe dostunun olduğundan ərk edərək özünün aldığı qoyunun içalatından kabab bişirmək istədiyini demişdir. Arzu ilə mehriban söhbətləri alınmış, Arzu onlara birgə nahar etməyi təklif etmişdir. Firdovsi arağı onların almasını, Arzunun isə qoyunun içalatını bişirməsini demişdir. Arzu razılaşdıqdan sonra onlar nahar etməyə oturmuş, o araq almış, Arzu isə kababı bişirmişdir. Nahar edərkən Firdovsi Arzuya guya özünün milli qəhrəman olduğunu, Prezident təqaüdçüsü, Qarabağ veteranı və qazisi olmasını bildirmişdir. Arzu Firdovsiyə inansın deyə Azərbaycan Respublikasının Milli X4 Birliyinin üzvü olması barədə vəsiqəni göstərmişdir. Arzu elə başa düşmüşdür ki, guya həmin vəsiqə Firdovsinin milli qəhrəman olmasını bildirən vəsiqədir. Firdovsi onu özünün köməkçisi kimi təqdim etmiş, o, Firdovsinin bütün dediklərini təsdiq edirmiş. O, Firdovsinin işgüzar adam olduğunu və əhatəsində çoxlu vəzifəli şəxslərin olmasını bildirmişdir. Firdovsi Arzuya guya hərbi və digər istənilən nə işi varsa həll edə biləcəyini demişdir. Arzu onlara atası Zərərçəkmiş şəxs2 1-ci Qarabağ müharibəsində iştirak etdiyini, lakin müharibə iştirakçısı kimi rəsmiləşərək veteran vəsiqəsi ala bilmədiyini demişdir. Firdovsi Arzuya bunun asan iş olduğunu, rahatlıqla həll edə biləcəyini demişdir. Arzu onların yanından sonradan adını bildiyi və tanıdığı atası Nazimə zəng vuraraq atasına Firdovsi adlı şəxslə yeyib içdiyini, Firdovsinin onu müharibə iştirakçısı kimi rəsmiləşdirərək veteran vəsiqəsini düzəldə biləcəyini söz verməsini bildirmişdir. Firdovsi telefonu Arzudan alaraq Nazimlə özü danışmış, Nazimə guya Nazim kimi veteranlıq ala bilməyənlər çox olmasını, rəhbər işçilər Nazim kimilərin haqqını yediklərini demişdir. Firdovsi Nazimlə danışdıqdan sonra Arzuya bu kimi məsələni 3.000 manata həll etdiyini, lakin Arzu ilə çörək kəsdiklərinə görə Arzuya 2.500 manata həll edə biləcəyini bildirmişdir. O da Firdovsiyə dəstək verərək Arzuya narahat olmamasını, Firdovsi veteranlıq işini asanlıqla düzəldə biləcəyini demişdir. O, cibindən sürücülük və şəxsiyyət vəsiqələrini qablaşdırdığı, üzərinə “Vəsiqə” sözü yazılan vəsiqəni çıxardaraq guya həmin vəsiqə veteranlıq vəsiqəsi olmasını, həmin vəsiqəni bu yaxınlarda Firdovsinin onun üçün düzəltdiyini bildirmişdir. O, demişdir ki, guya Firdovsinin bu kimi işlərinin dalınca o, qaçırmış. Həmin vaxt Arzunun dostu, sonradan adını bildiyi və tanıdığı saz ifaçısı Zərərçəkmiş şəxs3 Arzuya zəng vuraraq harada olmasını soruşmuş, Arzu da, vəzifəli şəxslərlə nahar etdiyini demiş, Arzu Eldarı da sazı ilə birgə məclisə dəvət etmiş, qısa müddətdə Eldar da kafeyə gəlib onlarla birgə yemək yemiş və saz ifa etmişdir. Firdovsi Eldara da Milli qəhrəman olmasını, Prezident təqaüdçüsü, müharibə veteranı və qazisi olduğunu bildirmiş, hərbi və digər istənilən nə iş varsa həll edə biləcəyini demişdir. O, Eldara da özünü Firdovsinin köməkçisi kimi təqdim etmiş, Firdovsinin işgüzar, ətrafında vəzifəli dostları olan sayılıb-seçilən şəxs olmasını demişdir. Həmin gün Eldar olardan heç bir işlə bağlı xahiş etməmişdir. Onlar yeyib içdikdən sonra mehriban ayrılmışlar. xx.xx.2022-ci il tarixdə Nazim Firdovsiyə zəng edib saat 18:00-da Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən «Ayidə park» istirahət mərkəzinin qarşısına görüş təyin etmiş, həmin yerdə Firdovsi ilə birgə Nazimlə görüşmüşlər. Onlar istirahət mərkəzinə daxil olarkən ailə üzvləri ilə olmadıqlarına görə onları mühafizəçilər içəri buraxmamış, Firdovsi Azərbaycan Respublikasının Milli X4 Birliyinin üzvü olması barədə vəsiqəni göstərərək bildirmişdir ki, necə yəni onu içəri buraxmırlar, o, milli qəhrəmandır, guya «44» günlük 2-ci vətən müharibəsində döyüşlərdə iştirak etmiş, “Şuşa” fatehidir, prezident təqaüdçüsüdür. Mühafizəçilər biri-biriləri ilə məsləhətləşərək Firdovsidən üzr istəyib onları istirahət mərkəzinə buraxmışlar. O, Firdovsi və Nazimlə birgə İstirahət mərkəzindəki kafedə oturmuş, çay içərkən Nazim 1-ci Qarabağ müharibəsində döyüşdüyünü, lakin veteranlıq ala bilmədiyini demişdir. Firdovsi bu kimi işləri 5-6 min manata gördüyünü, lakin Nazimin oğlu Arzu ilə çörək kəsdiklərinə görə 2.500 manata həll edə biləcəyini bildirmişdir. Firdovsi Nazimə onu müharibə iştirakçısı kimi rəsmiləşdirərək veteranlıq vəsiqəsini düzəldib 28 iş günü ərzində özünə vərəcəyinə söz vermişdir. O, Nazimə işdən narahat olmamasını, guya bu kimi işlərin sənədlərini o, toplamasını bildirmişdir. O, adi nəsildən olmadığını, keçmiş Şərabçılıq naziri Yunis Rzayevin bacısı Səriyyənin nəvəsi olmasını demişdir. Onlar Nazimi bu məsələyə tezliklə başlayacaqlarına, lakin pulu nə qədər tez versə bir o qədər veteranlıq alması tezləşəcəyinə əmin etmişlər. Nazim İstirahət mərkəzindən kimisə yığıb İstirahət Mərkəzinə 1.300 ABŞ dolları gətizdirmiş, pulu sayaraq hərbi bileti ilə birgə ona vermişdir. Firdovsi Nazimdən qalan 300 manatı nə vaxt verəcəyini soruşmuş, Nazim isə 1 ay müddətində qalan 300 manatı düzəldəcəyini bildirmişdir. O, 1.300 ABŞ dollarını sayaraq hərbi biletlə birgə Firdovsiyə vermişdir. Nazim onlarla sağollaşaraq getmiş, Firdovsi həmin puldan 300 ABŞ dollarını, yəni 510 manatını ona vermiş, o, həmin pulu şəxsi işlərinə xərcləmişdir. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə saz ifaçısı Eldar Firdovsiyə zəng vuraraq qohumu Şahid2 əlillik müavinəti düzəltmək lazım olmasını bildirmişdir. Firdovsi heç bir problem olmadığını, düzəldə biləcəyini, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini verməsini demişdir. Eldar əlaqə saxlayacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Firdovsi ilə Nazimdə qalan 300 manatı da almaq qərarına gəlmişlər. Firdovsi Nazimə zəng edib Müdafiə Nazirliyinə ərizə yazmalı olduğunu və Nazimə veriləcək veteran vəsiqəsinə yapışdırılması üçün 3X4 ölçüdə şəkil verməli olmasını demişdir. Həmin tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində «Məmmədyarov dairəsi» adlanan ərazidəki kafedə Nazimlə görüşmüşlər. Nazim 6 ədəd 3X4 ölçüdə şəkilini onlara vermiş, ərizəni yaza bilmədiyini demişdir. O, Firdovsinin köməkçisi kimi Nazimin əvəzinə Nazimin adından Müdafiə Nazirliyinə ərizə yazmış, Nazim ərizəni imzaladıqdan sonra fotoşəkillə birgə fayla qoyub götürmüşlər. Firdovsi Nazimdən qalan 300 manatı istəmiş, Nazim İlqar adlı tanışına zəng edib 300 manat borc istəmiş, İlqar pulu verməsi üçün onları Sabunçu rayonu, Maştağa qəsəbəsindən Buzovna qəsəbəsinə olan yol ayrıcına çağırmışdır. Onlar birlikdə həmin yerə getmişlər. X14 300 manat vermiş, Nazim 300 manatı alıb ona vermiş, onlar avtomobilə minərək oradan uzaqlaşmışlar. Firdovsi 300 manatdan ona 40 manat vermiş və 2.510 manatdan ona cəmi 550 manat vermişdir. xx.xx.2022-ci il tarixdə Eldar Firdovsiyə zəng vuraraq qohumu Firəngizin işi ilə bağlı görüşmək İstədiyini demişdir. Onlar Eldar ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dəmiryol stansiyasının yaxınlığında görüşmüş, oradakı çayxanada çay içərkən Firdovsi həmin iş üçün Eldardan 4.000 manat pul istəmiş, Eldara qohumu Firəngiz hətta ötən müddətdə almadığı pulları da alacağını, 45 günə pullar Firəngizin kartına oturacağını bildirmişlər. Eldar zəng vuraraq Firəngizlə məsləhətləşmiş və oradaca onlara 2.500 manat pul vermiş, qalanını işi gördükdən sonra verəcəyini bildirmişdir. Firdovsi Eldara guya həkimə pulu verərkən qalan 1.500 manatı istəyəcəyini demişdir. Firdovsi həmin 2.500 manatdan 500 manatını ona vermiş, o, həmin pulu şəxsi işlərinə xərcləmişdir. 2-3 gün sonra Firdovsi Eldara zəng vuraraq qalan 1.500 manatıda istəmiş, xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, ünvan 6 ünvanda yerləşən Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısında Eldar ilə görüşmüşlər, Eldar onlara 1300 manat vermiş, 200 manatı düzəldə bilmədiyini demiş, Firdovsi Eldara qalan 200 manatı Eldara görə keçdiyini bildirmişdir. Onlar Eldardan ayrıldıqdan sonra Firdovsi Eldardan aldığı 1300 manatdan 200 manatını ona vermişdir. Bununla da Eldardan 3.800 manat almışlar, həmin puldan 700 manatını o, 3.100 manatını isə Firdovsi xərcləmişdir. Həmin vaxtdan sonra Nazim və Eldar yalnız Firdovsini yığsalar da, Firdovsi müxtəlif bəhanələr gətirərək onlardan yayınmışdır. Firdovsi Nazimin əl çəkmədiyini görüb 2022-ci ilin sentyabr ayının ortalarında Nazimə zəng vuraraq guya veteranlıq vəsiqəsi hazır olduğunu, vaxt edib görüşərkən vəsiqəsini verəcəyini bildirmişdir. Sonrakı günlərdə Firdovsi Nazimin hərbi biletini Maştağa qəsəbəsindəki kafeyə qoyaraq Nazimə zəng vurub guya hərbi biletini və veteranlıq vəsiqəsini kafeyə qoyduğunu, oradan götürməsini bildirmişdir. Sonralar Nazim və Eldarın onlardan şikayət etdiklərini eşitmişlər. Firdovsi özünü Nazimə, Arzuya və ya Eldara Müdafiyə Nazirliyinin vəzifəli əməkdaşı kimi təqdim etməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 1-ci Qarabağ müharibəsində iştirak etmiş və döyüşlərdə yaralanmışdır. O, Qarabağ veteranı və qazisidir. O, Azərbaycan Respublikasının Milli X3 Birliyinin üzvü olmuş, bu barədə birlikdən ona xx.xx.2020-ci il tarixdə üç illik, yəni xx.xx.2023-cü il tarixədək müddəti olan MQ 00190 nömrəli vəsiqə verilmişdir. Təqsirləndirilən şəxs1 onun dostudur, Nadirlə mehriban münasibətləri olmuş, ədavəti və ya düşmənçiliyi olmamışdır. 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1, həmçinin onun maddi imkanı yaxşı olmadığından işə düzəltmək, veteranlıq almaq, müavinət düzəltmək və ya hər hansısa adla kimdənsə pul almaq qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixdə dostu Nadirlə birgə nahar etmək üçün kafe axtarırmışlar. Həmin tarixdə saat 13 radələrində onlar Sabunçu rayonu, Sabunçu qəsəbəsində, Dəmiryol vağzalının yaxınlığında yerləşən kafeyə girmişlər, manqalın başında sonradan adını bildiyi Şahid1 görüb kafeni işlədən bilib ona yaxınlaşmışlar. Onlar Nadirlə birgə Arzuya yemək sifariş vermişlər, Arzu onlara kafeni işlətmədiyini, kafe dostunun olduğunu, ərk edərək özünün aldığı qoyunun içalatından kabab bişirmək istədiyini bildirmişdir. Arzu ilə mehriban söhbətləri alınmış və Arzu onlara birgə nahar etməyi təklif etmişdir. O, arağı Nadirlə özünün alacağını, Arzunun isə qoyunun içalatını bişirməsini demişdir. Arzu razılaşdıqdan sonra Nadir, Arzu və o nahar etməyə oturmuş, Nadir araq almış, Arzu isə kababı bişirmişdir. Onlar birgə yeyib içmiş, bu zaman onlar Arzunun saf oğlan olmasını, etibarını qazana biləcəklərini bilmişlər. O, Arzuya yalandan milli qəhrəman olduğunu, Prezident təqaüdçüsü, Qarabağ veteranı və qazi olmasını demişdir. Arzu ona inansın deyə Azərbaycan Respublikasının Milli X4 Birliyinin üzvü olmağı barədə vəsiqəsini göstərmişdir. Arzu elə başa düşmüşdür ki, guya vəsiqə onun milli qəhrəman olmağını bildirən vəsiqədir. O, Nadiri özünün köməkçisi kimi təqdim etmiş, Nadirdə onun dediklərini təsdiq edərək onun işgüzar adam olduğunu və əhatəsində çoxlu vəzifəli şəxslərin olmasını bildirmişdir. O, Arzuya hərbi və digər istənilən nə işi varsa ona müraciət edə biləcəyini demişdir. Arzu ona atası Zərərçəkmiş şəxs2, 1-ci Qarabağ müharibəsində iştirak etdiyini, lakin veteran kimi rəsmiləşərək vəsiqə ala bilmədiyini demişdir. O, Arzuya onun üçün bunun asan iş olduğunu, rahatlıqla həll edə biləcəyini demişdir. Arzu onların yanından sonradan adını bildiyi və tanıdığı atası Nazimə zəng vuraraq Firdovsi adlı şəxslə, yəni onunla yeyib içdiyini, veteranlıq düzəldə biləcəyini bildirmişdir. O, Nazimi inandırmaq məqsədi ilə telefonu Arzudan alaraq Nazimlə danışığı davam etdirmiş, Nazimə guya Nazim kimi veteranlıq ala bilməyənlərin çox olmasını, rəhbər işçilər Nazim kimilərin haqqını yediklərini demişdir. Nazim telefonda qiymət barədə maraqlansa da Nazimə bu məsələnin telefon söhbəti olmadığını, görüşüb özlərinin danışmalı olduğunu demişdir. Onlar Nazimlə sağollaşdıqdan sonra Arzuya bu kimi məsələni 3.000 manata həll etdiyini demiş, Arzuya bildirmişdir ki, guya çörək kəsdiklərinə görə Arzuya 2.500 manata həll edə bilər. Nadir Arzu ilə danışıqları alındığını görüb Nadir də Arzuya narahat olmamağı bildirmiş, onun veteranlıq işini asanlıqla düzəldə biləcəyini demişdir. Nadir cibindən hansısa xatırlamadığı vəsiqə çıxardaraq bildirmişdir ki, guya həmin vəsiqə veteranlıq vəsiqəsidir, həmin vəsiqəni yaxın günlərdə o, Nadir üçün düzəltmişdir. Nadir əlavə etmişdir ki, Firdovsinin, yəni onun bu kimi işlərinin dalınca Nadir özü qaçırmış. Həmin vaxt Arzunun dostu, sonradan adını bildiyi və tanıdığı saz ifaçısı Zərərçəkmiş şəxs3 Arzuya zəng vuraraq harada olmasını soruşmuş, Arzu vəzifəli şəxslərlə nahar etdiyini demiş, Arzu Eldarı da sazı ilə birgə məclisə dəvət etmiş, qısa müddətdə Eldarda kafeyə gəlib onlarla birgə yemək yemiş və saz ifa etmişdir. O, Eldara da Milli qəhrəman olmasını, Prezident təqaüdçüsü, müharibə veteranı və qazi olmasını bildirmişdir. Nadir isə özünü Eldara onun köməkçisi kimi təqdim etmişdir. O, Eldara da bildirmişdir ki, hərbi və digər istənilən nə iş varsa həll edə bilər, Nadir də onu Eldara işgüzar, ətrafında vəzifəli dostları olan adam kimi təqdim etmişdir. Həmin gün Eldar ondan heç bir işlə bağlı xahiş etməmiş və onlar yeyib içdikdən sonra mehriban ayrılmışlar. xx.xx.2022-ci il tarixdə Nazim ona zəng edib saat 18:00-da Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən «Ayidə park» istirahət mərkəzinin qarşısına görüş təyin etmiş, həmin yerdə Nadirlə birgə Nazimlə görüşmüşlər. Onlar istirahət mərkəzinə daxil olarkən ailə üzvləri ilə olmadıqlarına görə onları mühafizəçilər içəri buraxmamışlar, o, Azərbaycan Respublikasının Milli X4 Birliyinin üzvü olmağı barədə vəsiqəni göstərərək “necə yəni məni içəri buraxmırlar, mən milli qəhrəmanam, guya «44» günlük 2-ci vətən müharibəsində döyüşlərdə iştirak etmişəm, “Şuşa” fatehiyəm, prezident təqaüdçüsüyəm” demişdir. Mühafizəçilər biri-biriləri ilə məsləhətləşərək ondan üzr istəyib onları istirahət mərkəzinə buraxmışlar. O, Nadir və Nazimlə birgə İstirahət mərkəzindəki kafedə oturmuş, çay içərkən Nazim 1-ci Qarabağ müharibəsində döyüşdüyünü, lakin veteranlıq ala bilmədiyini demişdir. O, Nazimə demişdir ki, sağolsun Nazim kimi veteranlar, lakin haqsızlığa məruz qalmışlar, Nazim kimi veteranlar çoxdur, heç biri veteranlıq ala bilmirlər. O, Nazimə bu kimi işləri 5-6 min manata gördüyünü, lakin Nazimin oğlu Arzu ilə çörək kəsdiyinə görə 2.500 manata həll edə biləcəyini, veteran kimi rəsmiləşdirərək veteranlıq vəsiqəsini düzəldib 28 iş günü ərzində verəcəyini demişdir. Təqsirləndirilən şəxs1 işdən narahat olmamasını, onun köməkçisi olduğunu, bu kimi işlərin sənədlərini Nadir özü topladığını bildirmiş və özünün də adi nəsildən deyil, keçmiş Şərabçılıq naziri Yunis Rzayevin bacısı Səriyyənin nəvəsi olmasını bildirmişdir. O və Nadir bu məsələyə tezliklə başlayacaqlarını, lakin pulu nə qədər tez versə bir o qədər veteranlıq alması tezləşəcəyini bildirmişlər. Nazim İstirahət mərkəzindən kimisə yığıb İstirahət Mərkəzinə 1.300 ABŞ dolları gətizdirmiş, pulu sayaraq hərbi bileti ilə birgə Nadirə vermişdir. O, qalan 300 manatı nə vaxt verəcəyini soruşmuş, Nazim isə 1 ay müddətində qalan 300 manatı düzəldəcəyini demişdir. Nadir 1.300 ABŞ dollarını və Nazimin hərbi biletini ona vermişdir. Onlar Nazimdən ayrıldıqdan sonra həmin puldan 300 ABŞ dollarını, yəni 510 manatını Nadirə vermişdir. Payına düşən 1.000 ABŞ dollarını, yəni 1.700 manatını şəxsi işlərinə xərcləmişdir. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə saz ifaçısı Arzu ona zəng vuraraq qohumu Şahid2 əlillik müavinəti düzəltmək lazım olduğunu bildirmişdir. O, problem olmadığını, düzəldə biləcəyini, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini verməsini bildirmiş, Arzu isə onunla əlaqə saxlayacağını demişdir. xx.xx.2022-ci il tarixdə Nadirlə birgə olarkən pulları olmadığına görə Nazimdə qalan 300 manatı da almaq qərarına gəlmişlər. O, Nazimə zəng edib Müdafiə Nazirliyinə ərizə yazmalı və 3X4 ölçüdə şəkil verməli olduğunu deyib, Nazimə veriləcək veteranlıq vəsiqəsinə yapışdırılacağını bildirmişdir. Həmin tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində «Məmmədyarov dairəsi» adlanan ərazidəki kafedə onlar Nadirlə birgə Nazimlə görüşmüşlər. Nazim 6 ədəd 3X4 ölçüdə şəkilini ona vermiş, ərizəni yaza bilmədiyini demişdir. Nadir Nazimin əvəzinə Nazimin adından Müdafiə Nazirliyinin adına ərizə yazmış, Nazim ərizəni imzaladıqdan sonra ərizəni fotoşəkillə birgə fayla qoyub götürmüşlər. O, Nazimdən qalan 300 manatı istəmiş, Nazim İlqar adlı tanışına zəng edib 300 manat borc istəmiş, İlqarın pulu verməsi üçün onlar Sabunçu rayonu, Maştağa qəsəbəsindən Buzovna qəsəbəsinə olan yol ayrıcına çağırmışdır. Onlar birlikdə həmin yerə getmişlər. X14 300 manat vermiş, Nazim 300 manatı alıb ona vermiş, onlar avtomobilə minərək oradan uzaqlaşmışlar. O, 300 manatdan Nadirə 40 manat vermiş və Nadirə 2.510 manatdan cəmi 550 manat vermişdir. Bununla da Nadirlə birgə Nazimdən cəmi 2.510 manat ələ keçirmişlər. xx.xx.2022-cİ il tarixdə saat 11 radələrində Eldar ona zəng vuraraq qohumu Firəngizin işi ilə bağlı görüşmək istədiyini demişdir. Onlar, yəni o, Nadir və Eldar, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dəmiryol stansiyasının yaxınlığında görüşmüş, oradakı çayxanada çay içərkən o, həmin işi görəcəyi üçün Eldardan 4.000 manat pul istəmişdir. O, Eldara qohumu Firəngiz hətta ötən müddətdə almadığı pulları da alacağını, 45 günə pullar tam olaraq Firəngizin kartına oturacağını bildirmişdir. Eldar zəng vuraraq Firəngizlə məsləhətləşmiş və oradaca onlara 2.500 manat pul vermiş, qalan 1500 manatı isə işi gördükdən sonra verəcəyini demişdir. O, Eldara guya həkimə pulu verərkən qalan 1.500 manatı istəyəcəyini bildirmişdir. O, həmin 2.500 manatdan 500 manatını Nadirə vermiş, 2.000 manatını isə şəxsi işlərinə xərcləmişdir. 2-3 gün sonra Eldara zəng vuraraq qalan 1.500 manatı da istəmiş, xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, ünvan 6 ünvanında yerləşən Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısında Nadirlə birgə Eldarla görüşmüş, Eldar onlara 1300 manat vermiş, 200 manatını düzəldə bilmədiyini demiş, o, Eldara qalan 200 manatı Eldara görə keçdiyini bildirmişdir. O, Eldara 45 günə qohumu Şahid2 adına sənədlər hazır olacağını söz vermişdir. Eldardan aldıqları 1300 manatdan 200 manatını Nadirə vermiş, qalan 1100 manatını şəxsi işlərinə xərcləmişdir. Bununla da o Eldardan 3.800 manat almış, həmin puldan 700 manatı Nadirə vermiş, qalan 3.100 manatı özü xərcləmişdir. Həmin vaxtdan sonra Eldar onu yığsa da, ona müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. 2022-ci ilin may ayından başlayaraq Nazim onu yığsa da, müxtəlif səbəblər gətirərək Nazimdən yayınırmış. Sonralar o, Nazimin zənglərinə cavab verməmişdir. Lakin Nazimin əl çəkmədiyini görüb 2022-ci ilin sentyabr ayının ortalarında Nazimə zəng vuraraq guya veteranlıq vəsiqəsinin hazır olduğunu, vaxt edib görüşərkən vəsiqəsini verəcəyini demişdir. Lakin Nazimin əl çəkmədiyini və ən azından hərbi biletini geri istədiyini görüb Nazimin hərbi biletini Maştağa qəsəbəsi, “Məmmədyarov dairəsi” adlanan ərazidəki kafeyə qoyaraq Nazimə zəng vurub, guya hərbi biletini və veteranlıq vəsiqəsini kafeyə qoyduğunu, oradan götürməsini bildirmişdir. Nazim onu sonralar yığsa da, zənginə cavab verməmiş, hədələrinə hədə ilə cavab vermişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs4 da 3.000 manatını ələ keçirmişdir. Lakin bu işi tək görmüş, Təqsirləndirilən şəxs1 bu barədə məlumatı olmamışdır. Belə ki, 2023-cü ilin mart ayının sonlarında şəkəri və təzyiqi qalxdığından ünvan 8 ünvanında yerləşən M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında 15 gün müalicə almışdır. Xəstəxanada 205 saylı palatada yatırmış, palata 2 nəfərlik olmuş və onunla birgə sonradan adını bildiyi Zərərçəkmiş şəxs4 da müalicə alırmış. Xəstəxanada yatanadək Mehmanla heç bir tanışlığı, ədavəti və ya düşmənçiliyi olmamışdır. Mehman ona 1-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu, döyüşlərdə xəsarət aldığı üçün 1997-ci ildən 2ci qrup əlil kimi təqaüd aldığını danışmışdır. 2021-ci ilin mart ayında təkrar hərbi həkim komissiyasından keçə bilmədiyi üçün əlillik müavinəti kəsilmişdir. Mehman xx.xx.2023-cü il tarixdən müalicə almağa başladığını demişdir. O Mehmanın pulunu ələ keçirmək məqsədi ilə Mehmana yalandan Azərbaycan Respublikasının Milli qəhrəmanı olduğunu, Prezident təqaüdçüsü, Qarabağ veteranı və qazi olmasını demiş, hərbi həkim komissiyasından keçməyə və əlillik müavinəti almağa köməklik edə biləcəyini bildirmişdir. Mehmana bu kimi işləri 5.000 manata gördüyünü, 2 gün ərzində komissiyadan keçirib əlillik aldığını bildirmişdir. Mehman ona inanmış və onunla razılaşaraq 3.000 manat verə biləcəyini demiş, o Mehmanla 3.000 manata razılaşmışdır. xx.xx.2023-cü il tarixdə müalicə aldığı palatada Mehman ona 3.000 manat pul vermiş, o həmin pulu şəxsi işlərinə xərcləmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə o, müalicəni tamamlayaraq xəstəxanadan çıxmışdır. Sonrakı günlərdə Mehman ona zəng vursa da, zənginə cavab verməmişdir. Sonrakı günlərdə Mehman ona zəng vurarkən guya pulunu geri qaytaracağını, 3.000 manatdan 2.500 manatını düzəldə bildiyini, qalan 500 manatı da düzəldib yaxın günlərdə özünə qaytaracağını demişdir. Mehman əlində olan 2.500 manatı qaytarmasını, qalan 500 manatı olanda qaytarmağını bildirmiş, o Mehmana 2.500 manatı qaytaracağına söz vermiş, lakin sonralar zənglərinə cavab verməmişdir. O, özünü Nazimə, Arzuya, Eldara və ya Mehmana Müdafiə Nazirliyinin vəzifəli əməkdaşı kimi təqdim etməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. xx.xx.2022-ci il tarixdə oğlu Şahid1 ona dostu Elsevərin icarəyə götürdüyü Sabunçu rayonu, Sabunçu qəsəbəsində, Dəmiryol vağzalının yaxınlığında yerləşən kafedə olduğunu bildirmişdir. Həmin tarixdə saat 13 radələrində həmin kafedə oğlu Arzu manqalın başında özünün aldığı qoyunun içalatını kabab etmək istəyərkən sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kafeyə gələrək Arzuya yemək sifarişi vermişlər. Arzu Firdovsi və Nadirə bildirmişdir ki, Arzu kafeni işlətmir, kafe dostunun olduğundan ərk edərək özünün aldığı qoyunun içalatından kabab bişirmək istəyir. Arzu təklif etmişdir ki, istəsələr birgə nahar edə bilərlər. Firdovsi və Nadir Arzuya demişlər ki, arağı onlar alacaqlar, Arzu isə qoyunun içalatını bişirsin birgə nahar etsinlər. Arzu razılaşdıqdan sonra Nadir, Firdovsi və Arzu nahar etməyə oturmuşlar, Firdovsi Nadiri araq almağa göndərmiş, Arzu isə kababı bişirmişdir. Onlar nahar edərkən araq içmişlər, Firdovsi özünü Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşı kimi təqdim elmiş, hətta Firdovsi 2 vəsiqə göstərərək bildirmişdir ki, Azərbaycan Respublikasının milli qəhrəmanı və Prezident təqaüdçüsüdür. Firdovsi Nadiri özünün köməkçisi kimi təqdim etmişdir. Firdovsi bildirmişdir ki, hərbi ilə bağlı nə işi varsa Firdovsiyə müraciət edə bilər. Arzu Firdovsiyə demişdir ki, atası, yəni o, 1-ci Qarabağ müharibəsində iştirak etmiş, lakin veteranhq vəsiqəsini ala bilməmişdir. Firdovsi bunun asan iş olmasını, rahatlıqla həll edə biləcəyini bildirmişdir. Arzu onların iştirakı ilə ona zəng vuraraq Firdovsi ilə yeyib içdiklərini, Firdovsinin Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşı olmasını bildirmiş və ona veteranlıq düzəldə biləcəyini demişdir. Firdovsinin istəyi ilə Arzu telefonu Firdovsiyə vermiş, Firdovsi onunla telefonda danışarkən bildirmişdir ki, onun kimi veteranlıq ala bilməyənlər çoxdur, rəhbər işçilər vicdansızlıq edirlər ki, onun haqqını yeyirlər. O, telefonda qiymət barədə maraqlansa da Firdovsi bu məsələnin telefon söhbəti olmadığını, görüşüb özlərinin danışmasını demişdir. Lakin Firdovsi həmin vaxt oğlu Arzuya bu kimi məsələni 3.000 manata həll edə biləcəyini, lakin onun üçün 2.500 manata həll edəcəyini demişdir. Nadir Arzuya narahat olmamasını, Firdovsi veteranlıq işini asanlıqla düzəldə biləcəyini demişdir. Hətta Nadir cibindən vəsiqə çıxararaq Arzuya göstərib bildirmişdir ki, həmin vəsiqə veteranlıq vəsiqəsidir, həmin vəsiqəni Firdovsi yaxın günlərdə onun üçün düzəltmişdir. Nadir demişdir ki, Firdovsinin bu kimi işlərinin dalınca özü qaçır. Həmin vaxt Arzunun dostu Eldar Arzuya zəng vuraraq onun harada olmasını soruşmuş, Arzu vəzifəli şəxslərlə nahar etdiyini deyib Eldarı da sazı ilə birgə həmin məclisə dəvət etmiş, qısa müddətdə Eldar da kafeyə gəlib Arzu, Firdovsi və Nadirlə birgə nahar etmiş və saz ifa etmişdir. Eldarın ona deməsinə görə həmin vaxt Eldar Firdovsi, Nadir və Arzu ilə nahar etmiş, saz ifa etmiş. Firdovsi özünü Milli qəhrəman kimi, Nadir isə özünü Firdovsinin köməkçisi kimi təqdim etmişdir. Bundan iki gün sonra yəni, xx.xx.2022-ci il tarixdə günorta Firdovsi ona zəng edib görüşmək isitədiyini demiş, saat 18 radələrində yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsində «Ayidə park» istirahət mərkəzində görüşmüşlər. Həmin tarixdə saat 18 radələrində Buzovna qəsəbəsində, “Ayidə park” istirahət mərkəzinin qarşısında Firdovsi və Nadirlə görüşmüşlər. Onlar istirahət mərkəzinə daxil olarkən ailə üzvləri ilə olmadıqlarına görə onları mühafizəçilər içəri buraxmamışlar, Firdovsi cibindən Müdafiə Nazirliyinin vəsiqəsini və bir neçə sənəd çıxararaq milli qəhrəman olmasını, «44» günlük 2-ci vətən müharibəsində döyüşlərdə iştirak etdiyini, “Şuşa” fatehi, prezident təqaüdçüsü olmasını deyib onları içəri buraxmadıqları üçün iradını bildirmişdir. Mühafizəçilər biri-biriləri ilə məsləhətləşərək Firdovsidən üzr istəmiş, onları istirahət mərkəzinə buraxmışlar. O, Nadir və Firdovsi ilə birgə istirahət mərkəzindəki kafedə oturmuşlar, çay içərkən Firdovsiyə 1-ci Qarabağ müharibəsində döyüşdüyünü, lakin veteranlıq ala bilmədiyini demişdir. Firdovsi onun kimi veteranların çox olmasını, lakin haqsızlığa məruz qaldıqlarını, lakin heç biri veteranlıq ala bilmədiklərini demişdir. Firdovsi ona bu kimi işləri 5-6 min manata gördüyünü, lakin onun oğlu Arzu ilə çörək kəsdiyinə görə ona 2.500 manata həll edə biləcəyini demişdir. Veteranlıq vəsiqəsini düzəldib 28 iş günü ərzində ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə işdən narahat olmamasını, Firdovsinin köməkçisi olduğunu, bu kimi işlərin sənədlərini topladığını demiş, Nadir həmçinin adi nəsildən olmadığını, keçmiş Şərabçılıq naziri Yunis Rzayevin bacısı Səriyyənin nəvəsi olmasını bildirmişdir. Firdovsi və Nadir bu məsələyə tezliklə başlayacaqlarını, lakin pulu nə qədər tez versə bir o qədər veteranlıq almağının tez həll olunacağını bildirmişlər. O, İstirahət mərkəzindən qonşusu Ramizi yığaraq təcili olaraq ona 2.500 manat pul lazım olmasını bildirmişdir. Ramiz ona cəmi 1.300 ABŞ dolları, düzəldə biləcəyini demişdir. O, Ramizə təcili pul istirahət mərkəzinin qarşısına gətirməsini demişdir. Təxminən 30 dəqiqə sonra Ramiz mərkəzin qarşısına 1.300 ABŞ dolları gətirmiş, nə məsələ olduğunu soruşduqda Müdafiə Nazirliyinin əməkdaşı ona 2.500 manata veteranlıq düzəldəcəyini demişdir. O, həmin pulu Ramizdən alaraq istirahət mərkəzinin içərisindəki kafeyə qayıtmış, həmin pulu, yəni 1.300 ABŞ dollarını, milli pul vahidi ilə 2.210 manatı onlara vermiş, Nadir pulu sayaraq qalan 300 manatı nə vaxt düzəldə biləcəyini soruşmuş, o da 1 ay müddətində qalan 300 manatı düzəldəcəyini demişdir. Nadir həmin pulu Firdovsiyə vermişdir. Bundan əlavə Firdovsinin istəyi ilə hərbi biletini də Firdovsiyə vermişdir. xx.xx.2022-ci il tarixdə Firdovsi özü ona zəng edib Müdafiə Nazirliyinə ərizə yazmalı olduğunu və veteran vəsiqəsinə yapışdırılması üçün 3X4 ölçüdə şəkil verməli olduğunu demişdir. Həmin tarixdə o, 6 ədəd 3X4 ölçüdə şəkil çəkdirərək Firdovsi və Nadirlə Sabunçu rayonu, Maştağa qəsəbəsində «Məmmədyarov dairəsi» adlanan ərazidəki kafedə görüşmüşlər. O, Firdovsi və Nadirə 6 ədəd fotoşəkilini vermiş, ərizəni yaza bilməmişdir. Nadir onun əvəzinə onun adından Müdafiə Nazirliyinin adına ərizə yazmış, ərizəni fotoşəkillə birgə fayla qoyub götürmüşlər. Bu zaman Firdovsi ondan qalan 300 manatı istəmiş və bu məsələni həll edən adamların istədiyini bildirmişlər. Firdovsi və Nadirin ondan 300 manatı təkidlə istəməsini görüb dostu İlqara zəng edib İlqardan 300 manat borc istəmişdir. İlqar razılıq verərək pulu götürməyi üçün onu Sabunçu rayonu, Maştağa qəsəbəsindən Buzovna qəsəbəsinə olan yol ayrıcına çağırmışdır. O, Firdovsi və Nadirlə birlikdə həmin yerə getmişdir. Orada İlqar ona 300 manat vermiş, o da pulu alıb İlqarın yanındaca Firdovsiyə vermiş və onlar, “Nissan” markalı, sedan modelli, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə minərək çıxıb getmişlər. Bununlada o, Firdovsi və Nadirə cəmi 2.510 manat vermiş olmuşdur. Oradaca İlqar ona bu adamların fırıldaqçıya bənzədiyini və aldada biləcəyini demişdir. O, buna əhəmiyyət verməmiş, onu aldatmayacaqlarını fikirləşmişdir. 28 iş günü sonra, yəni təxminən 2022-ci ilin may ayının əvvəllərində o, bir neçə dəfə Firdovsinin ona verdiyi ***-***-**-** və ***-***-**-** nömrələrinə zəng etsə də, Firdovsi zənglərinə cavab verməmişdir. Hərdən cavab verdikdə isə müxtəlif bəhanələr gətirirmiş. Hərdən Firdovsi özü ona zəng vuraraq onun veteran biletinin hazırlanıb, möhürləndiyini, ancaq biletin Sosial Müdafiə Nazirliyi təsdiq edilməli olduğu üçün işinin ləngidiyini, bir qədər gözləməyin lazım olmasını demişdir. O, Firdovsinin sözlərinə inanaraq gözləmişdir. Lakin xeyli vaxt keçsə də, Firdovsidən bir xəbər çıxmamış, o, Firdovsiyə zəng edərək onu axtarmağa başlamış, lakin Firdovsi yenə də zənglərinə cavab verməmişdir. 13-15 sentyabr 2022-ci il tarixdə Firdovsi özü ona zəng edib veteranlıq vəsiqəsinin hazır olduğunu, harada və saat neçədə görüşməli olduğunu deyəcəyini və həmin yerdə onun veteranlıq vəsiqəsini verəcəyini demişdir. O, Firdovsini gözləmiş, lakin bir xəbər çıxmamışdır. Neçə dəfə zəng etsə də Firdovsi cavab verməmişdir. Sonralar oğlu Arzu Firdovsiyə zəng edərkən Firdovsi ona guya işləri çox olduğuna görə onunla görüşə bilmədiyini, ancaq onun veteran biletini ilk dəfə görüşdükləri kafeyə qoymuş, gedib oradan götürə biləcəklərini demişdir. Arzu həmin kafeyə gedəndə Firdovsinin kafeyə qoyduğunun yalnız onun vermiş olduğu hərbi bileti olmasını, veteran biletini qoymadığını görmüşdür. O, Firdovsinin onu aldatdığını başa düşmüşdür. Hazırda ona vurulan zərər ödənilməyib. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla heç bir münasibət olmamışdır. xx.xx.2022-ci il tarixdə dostu Şahid1 dostu Elsevərin icarəyə götürdüyü Sabunçu rayonu, Sabunçu qəsəbəsində, Dəmiryol vağzalının yaxınlığında yerləşən kafedə olarkən orada sonradan tanıyıb bildiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə rastlaşmışlar. Arzu orada Firdovsi və Nadirlə nahar edərkən Firdovsi özünü milli qəhrəman, Prezident təqaüdçüsü, Qarabağ veteranı və qazı kimi təqdim etmiş, Nadiri isə özünün köməkçisi kimi təqdim etmişdir. Firdovsi bildirmişdir ki, hərbi və digər istənilən nə iş varsa həll edə bilir. Arzu, Firdovsi və Nadirə danışmışdır ki, atası Zərərçəkmiş şəxs2, 1-ci Qarabağ müharibəsində iştirak edib, lakin veteranlıq vəsiqəsini ala bilmir. Firdovsi söz vermişdir ki, bu işi asanlıqla görə bilər. Arzu, Firdovsi və Nadirin iştirakı ilə atası Nazimə zəng vuraraq bildirmişdir ki, Firdovsi və Nadirlə yeyib içirlər, Firdovsi işgüzar adamdır, Milli qəhrəmandır, Firdovsi söz verir ki, veteranlıq düzəldə bilər. X12 atası Nazimlə də danışmış, telefonda Nazimə söz vermişdir ki, Nazimə veteranlıq ala bilər. Arzu bu işin görülməsi üçün Firdovsi ilə 2.500 manata razılaşmışlar. Həmin tarixdə saat 14 radələrində Arzu ona zəng vuraraq harada olmağını soruşmuş, o, yaşadığı Zabrat qəsəbəsində olduğunu demişdir. Arzu vəzifəli şəxslərlə nahar etdiyini deyib, onu da sazı ilə birlikdə həmin məclisə dəvət etmişdir. O, qısa müddətdə həmin kafeyə gəlmiş, Arzu onu Firdovsi və Nadirlə tanış etmiş, Firdovsi özünü Milli qəhrəman, Prezident təqaüdçüsü, müharibə veteranı və Qarabağ qazisi kimi, Nadir isə özünü Firdovsinin köməkçisi kimi təqdim etmişdir. O, onlar üçün saz ifa etmiş, Firdovsi və Nadirlə yaxından tanış olmuşdur. Firdovsi hərbi və istənilən digər nə iş varsa həll edə biləcəyini bildirmiş, Nadir isə Firdovsinin işgüzar ətrafı və vəzifəli dostları olmasını demişdir. Onlar məclisdə olarkən Firdovsinin və Nadirin nömrələrini götürmüş və bu kimi məsələlərlə bağlı onlara müraciət edəcəyini demişdir. Növbəti günlərdə o, yaxınlarının toy mərasimindən qayıdarkən qohumu Şahid2 yolda ona əlillik müavinətinin kəsildiyini, bərpa etdirmək istədiyini bildirmişdir. Həmin anda onun ağlına Firdovsi və Nadir gəlmiş, Firəngizə tanışları ilə bu barədə maraqlanıb xəbər edəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə Firdovsini yığaraq bir nəfər qohumuna əlillik müavinəti düzəltmək lazım olduğunu demişdir. Firdovsi problem olmadığını, düzəldə biləcəyini, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini verməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Elsevərin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dəmiryol stansiyasının yaxınlığında yerləşən kafesində Firdovsi və Nadirlə görüşmüş, çay içərkən Firdovsi və Nadir həmin işi görəcəkləri üçün ondan 4.000 manat pul istəmişlər, bildirmişlər ki, hətta ötən müddətdə almadığı pullarıda alacaq, 45 günə pullar tam olaraq Firəngizin kartına oturacaq. O, Firəngizə zəng vuraraq bu barədə bildirmiş, Firəngiz isə ona bir manatda olsun pulu olmadığını demiş, o, Firəngizə özü xərcini çəkərək bərpa etdirəcəyini, 45 günə müavinətlər kartına oturan kimi pullarını özünə qaytarmasını demiş, Firəngiz də onunla razılaşmışdır. O, elə oradaca, yəni Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dəmiryol stansiyasının qarşısında Firdovsi ilə Nadirə 2.500 manat pul vermiş, qalanını işi gördükdən sonra verəcəyini bildirmişdir. Firdovsi qalan 1.500 manatı həkimə pulu verərkən özünün ona zəng vurub istəyəcəyini demişdir. Təxminən 2-3 gün sonra Firdovsi ona zəng vuraraq qalan 1.500 manatı da istəmiş, o, xx.xx.2022-ci il tarixdə 1.300 manat düzəldərək Sabunçu rayonu, ünvan 6 ünvanda yerləşən Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısında Firdovsi və Nadirlə görüşmüş, onların avtomobilində Firdovsi və Nadirə 1300 manat vermiş, Firdovsi və Nadir ona qalan 200 manatı ona görə keçdiklərini bildirmişlər. Firdovsi və Nadir söz verdikləri vaxtda Şahid2 adına sənədlər hazır olacağını demişlər. Həmin vaxtdan sonra Firdovsini yığsa da Firdovsi ona yalan vədlər verərək onu aldadırmış, lakin Nadir isə bir-iki zəngindən sonra ümumiyyətlə telefonunu söndürmüşdür. Sonradan ona Firdovsinin onu və Arzunu aldatdığı aydın olmuş, və o, şikayət etmişdir. Hazırda ona vurulan zərər ödənilməyib. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. O, 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Orada xəsarət aldığı üçün 1997-ci ildən 2-ci qrup əlil kimi təqaüdə çıxmışdır. 2021-ci ilin mart ayında təkrar hərbi həkim komissiyasından keçə bilmədiyi üçün xx.xx.2023-cü il tarixdə 2 saylı Əfəndiyev adına klinikada 205 saylı palatada müalicə almağa başlamışdır. Müalicə aldığı müddətdə Firdovsi ilə eyni palatada müalicə alan Təqsirləndirilən şəxs2lə tanış olmuşdur. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının milli qəhrəmanı olduğunu, halhazırda N saylı hərbi hissənin komandiri olduğunu demişdir. Ona hərbi həkim komissiyasından keçməyə köməklik edə biləcəyini demiş, o da Firdovsi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs2 ondan 5.000 manat pul istəmiş və 2 gün ərzində komissiyadan keçəcəyini bildirmişdir. O da razılaşmış və hazırda 5.000 manat pulunun olmadığını 3.000 manat verə biləcəyini, lakin komissiyadan keçdikdən sonra pulu verəcəyini demiş, Firdovsi də onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Firdovsi ondan 3.000 manat pulu istəmişdir. O da Firdovsiyə inanıb xx.xx.2023-cü il tarixdə müalicə aldığı Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən 2 saylı Əfəndiyev adına klinikanın 205-ci palatasında 3.000 manat pulu Firdovsiyə vermişdir. Təxminən xx.xx.2023-cü il tarixdə Firdovsi müalicəsini tamamlayaraq xəstəxanadan çıxmış, həmin ərəfədə o, Firdovsinin mobil nömrəsini yığsa da zənginə cavab verməmişdir. xx.xx.2023-cü il tarixdə o, müalicəni tamamlayaraq xəstəxanadan çıxmışdır. Sonrakı günlərdə Firdovsi zənginə cavab verərək verdiyi 3.000 manatdan 2.500 manatı onda olduğunu, qalan 500 manatını düzəldib yaxın günlərdə verəcəyini bildirmişdir. O, aldanıldığını başa düşmüş və Firdovsiyə üzərində olan 2.500 manatı verməsini, qalan 500 manatı sonra verməsini demişdir. Lakin bundan bir neçə gün keçməsinə baxmayaraq Firdovsi pulunu qaytarmamışdır. Son günlər isə zənglərinə ümumiyyətlə cavab verməmişdir. Ona vurulan zərərdən 500 manat qaytarılmışdır. Zərərin tam qaytarılmamasına baxmayaraq hazırda şikayyətçi deyil. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. İbtidai istintaqda verdiyi ifadəsi elan olunmuş iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 və Şahid4 2022-ci ilin fevral ayında tanımış, onlarla ədavəti və ya düşmənçiliyi yoxdur. 2002ci ildən Bakı şəhəri, ünvan 10 ünvanda həyat yoldaşı Şahid3, oğlu Natiq Seyidov və kiçik oğlu Kənan Seyidovla birgə yaşayır. Oğlu 1998-ci il təvəllüdlü Kənan Seyidov “44 X9”nin iştirakçısı olmuş, yaralanması nəticəsində “sol yuxarı ətrafın immobilizasiyasından sonrakı kafi bitişmiş sınıqlar; sol bazu oynağının çapıq əzələ və artrogen kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə sol bazu oynağında hərəkət məhdudluğu, kəskin asteno-nevrotik sindrom” diaqnozu ilə dövlət tərəfindən Kənan Seyidova "qazi" statusu verilmişdir. Hazırda oğlu Kənan Seyidov yeriyə bilmir. Kənan Seyidov yaralanması nəticəsində qazi olduğundan Əmək və Sosial Müdafiyə Nazirliyində ev almaq üçün Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 309 nömrəli sərəncamı ilə mənzil növbəsinə qəbul olunmuşdur. Ona bildirilmişdir ki, Kənana dövlət tərəfindən 1 otaqlı mənzil veriləcək. Lakin o, çalışmışdır ki, 1 otaqlı yox, 3 otaqlı mənzil verilsin. 2022-ci ilin fevral ayında yaşadığı evində, yəni ünvan 10 ünvanda olan zaman, sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 evinin qapısını döyərək bildirmişdir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi icra nümayəndəliyindən gəlib, evləri siyahıya alır. O, razılıq verdikdən sonra Nadir həyətə daxil olmuş, özünü Ramana qəsəbəsi icra nümayəndəliyinin işçisi kimi təqdim etmişdir. Aralarında olan söhbət zamanı o, Təqsirləndirilən şəxs1 oğlu Kənan Seyidovun “44 X9”nin iştirakçısı olmasını və yaralandığı üçün dövlət tərəfindən Kənana "qazi" statusu verilməsini, oğlu Kənan Seyidovun mənzil növbəsinə yazılmasını, veriləcək 1 otaqlı mənzilin əvəzinə 3 otaqlı mənzil istəməsini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona demişdir ki, Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyində tanışı olan var, həmin şəxslə danışıb çalışar ki, ona köməklik etsin. Növbəti gün, yəni 2022-ci ilin fevral ayının ortalarında Təqsirləndirilən şəxs1 ona demişdir ki, qohumunun vasitəsi ilə 3.000 manata dövlətdən Kənana 3 otaqlı mənzil almaq imkanı var. O, Təqsirləndirilən şəxs1 inanaraq razılaşmış, həmin məbləği düzəltmək üçün Təqsirləndirilən şəxs1 bir gün vaxt istəmiş, Təqsirləndirilən şəxs1 razılaşaraq bildirmişdir ki, növbəti gün özü gəlib 3.000 manatı götürəcək, pulla birgə Kənan Seyidovun şəxsiyyət vəsiqəsinin surətini də hazırlasın. Növbəti gün, Təqsirləndirilən şəxs1 evinə gəlmiş, o, küçəyə çıxaraq yaşadığı ünvan 10 ünvanın qarşısında Təqsirləndirilən şəxs1 təklikdə 3.000 manat nağd pul və Kənan Seyidovun şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, narahat olmasın, 10-15 gün müddətində oğlu Kənan Seyidovun adına 3 otaqlı mənzil təşkil etdirəcək. Həmin vaxtdan başlayaraq 2-3 gündən bir Təqsirləndirilən şəxs1la əlaqə yaratmağa başlamış, hər dəfə Təqsirləndirilən şəxs1 ona 3 otaqlı mənzil veriləcəyini deyib həmin işlə tanışı Şahid4lə birgə məşğul olmasını bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs1 zəng edib işin həll olunmasım tələb etdikdə, Nadir ona demişdir ki, söz veriblər, oğluna yaşadıqları Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda tikiləcək binadan 3 otaqlı mənzil veriləcək, bu səbəbdən bir müddət gözləməlidir. O, bu xəbərə çox sevinmiş, demişdir ki, nəqədər desələr gözləyər. Bu minvalla 2 aydan çox Nadirdən xəbər gözləmiş, lakin heç bir nəticə olmamışdır. 2022-ci ilin iyun ayının sonlarında Nadirə dirənmişdir ki, işini tezləşdirsin. Həmin ərəfədə Təqsirləndirilən şəxs1 Şahid4 götürüb onun yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozundakı evinə gəlmişdir. Evində olarkən Təqsirləndirilən şəxs1 Şahid4 onunla tanış etmiş, Nadir ona bildirmişdir ki, Natiqlə birgə qazi olan oğlu Kənan Seyidova 3 otaqlı mənzil düzəldirlər, iş yekunlaşmaq üzrədir, 10 günə 3 otaqlı mənzil veriləcək, bu qədər dözmüşlərsə bir qədərdə dözsünlər, qısa müddət ərzində qazi olan oğluna 3 otaqlı mənzil verdirəcəklər. O, Nadirə və Şahid4 inanaraq demişdir ki, narahat olmasınlar gözləyər, təki işləri düzəlsin. O, 15 gün gözlədikdən sonra, yəni 2022-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs1 və Şahid4lə səhv etmirsə sonuncunun işlətdiyi Sabunçu rayonu, Buzovna qəsəbəsində yerləşən ''Dostluq" adlı restoranda görüşmüşlər. Bu dəfədə Natiq və Nadir ona bildirmişlər ki, səbirli olsun, oğlu Kənan Seyidova qısa müddətdə 3 otaqlı mənzil verdirəcəklər. O, Nadirin və Natiqin onu aldatmalarını hiss edib Natiq və Nadirdən 3.000 manatını geri istəmişdir. Natiq və Nadir bildirmişlər kİ, pulunu 5- 10 günə qaytaracaqlar. 2022-ci ilin iyul ayında o, pulunun ələ keçirilməsi ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmiş, müraciəti ilə bağlı o, Nadir və Natiq izahat vermiş, Natiq və Nadir ona söz vermişlər ki, pulunu 10 günə qaytaracaqlar. 2022-ci ilin sentyabr ayının əvvəllərində işləri Sabunçu RPİ-də olarkən Şahid4 təkcə onun evinə gələrək ona 1.600 manat təklif etmiş, bildirmişdir ki, pulunun bir qisminidə Nadirdən alıb verəcək, o, demişdir ki, pulunu cəm halda, yəni 3.000 manat gətirməsə qəbul etməyəcək. Həmin vaxtdan sonra Nadir və ya Natiq onunla əlaqə saxlamamışlar. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onlara qarşı heç bir tələb və şikayəti yoxdur, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. xx.xx.2022-ci il tarixdə dostu Elsevərin icarəyə götürdüyü Sabunçu rayonu, Sabunçu qəsəbəsində, Dəmiryol vağzalının yaxınlığında yerləşən kafeyə getmiş, saat 13 radələrində həmin kafedə manqalın başında özünün aldığı qoyunun içalatını kabab etmək istəyərkən sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kafeyə gələrək ona yemək sifariş vermişlər. O, Firdovsi və Nadirə kafeni işlətmədiyini, kafe dostunun olduğundan ərk edərək özünün aldığı qoyunun içalatından kabab bişirmək istədiyini demişdir. O, Firdovsi və Nadirə istəsələr birgə nahar edə biləcəklərini təklif etmişdir. Firdovsi və Nadir arağı özlərinin alacaqlarını, onun qoyunun içalatını bişirməsini, birgə nahar etmələrini demişlər. O, razılaşdıqdan sonra Nadir və Firdovsi ilə nahar etməyə oturmuşlar, Firdovsi Nadiri araq almağa göndərmiş, o isə kababı bişirmişdir. Onlar birlikdə araq içmişlər, Firdovsi özünü milli qəhrəman, Prezident təqaüdçüsü, Qarabağ veteranı və qazı kimi təqdim etmiş, hətta Firdovsi 2 vəsiqə göstərərək Azərbaycan Respublikasının milli qəhrəmanı və Prezident təqaüdçü olmasını bildirmişdir. Firdovsi Nadiri isə özünün köməkçisi kimi təqdim etmişdir. Nadir də Firdovsinin dediklərini təsdiq edərək əlavə olaraq Firdovsinin işgüzar adam olduğunu, ətrafı geniş olmasını, çoxlu vəzifəli dostları olduğunu demişdir. Firdovsi hərbi və digər istənilən nə işi varsa müraciət edə biləcəyini bildirmişdir. O, Firdovsiyə atası Zərərçəkmiş şəxs2 1-ci Qarabağ müharibəsində iştirak etdiyini, lakin veteranlıq vəsiqəsini ala bilməməsini demişdir. Firdovsi bunun asan iş olmasını, rahatlıqla həll edə biləcəyini bildirmişdir. O, Firdovsi və Nadirin iştirakı ilə atası Nazimə zəng vuraraq, Firdovsi ilə yeyib içdiyini, işgüzar adam olduğunu, Milli qəhrəman olmasını, Firdovsinin veteranlıq düzəldə biləcəyini söz vermişdir. Firdovsinin istəyi ilə o, telefonu Firdovsiyə vermiş, Firdovsi atası Nazimlə telefonda danışarkən atası kimi veteranlıq ala bilməyənlərin çox olduğunu, rəhbər işçilər vicdansızlıq etdiklərini, atası kimilərin haqqını yediklərini demişdir. Atası telefonda qiymət barədə maraqlansa da Firdovsi bu məsələnin telefon söhbəti olmadığını, görüşüb özlərinin danışacaqlarını bildirmişdir. Danışdıqdan sonra Firdovsi ona bu kimi məsələni 3.000 manata həll etdiyini, lakin onun üçün 2.500 manata həll edə biləcəyini demişdir. Nadir isə ona narahat olmamasını, Firdovsinin veteranlıq işini asanlıqla düzəldə biləcəyini bildirmişdir. Hətta Nadir cibindən vəsiqə çıxararaq ona göstərib həmin vəsiqə veteranlıq vəsiqəsi olmasını, həmin vəsiqəni Firdovsi yaxın günlərdə onun üçün düzəltdiyini demişdir. Nadir demişdir ki, Firdovsinin bu kimi işlərinin dalınca özü qaçır. Həmin vaxt dostu Eldar ona zəng vuraraq harada olmağını soruşmuş, o, vəzifəli şəxslərlə nahar etdiyini deyib Eldarı da sazı ilə birgə həmin məclisə dəvət etmiş, qısa müddətdə Eldar da kafeyə gəlib onlarla birgə nahar etmiş və saz ifa etmişdir. Firdovsi Eldara da Milli qəhrəman olmasını, Nadir isə özünü Eldara Firdovsinin köməkçisi kimi təqdim etmişdir. Bundan iki gün sonra yəni, xx.xx.2022-ci il tarixdə günorta Firdovsi atasına zəng edib görüşmək isitədiyini demiş və vədələşmişlər ki, saat 18 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsində «Ayidə park» istirahət mərkəzində görüşsünlər. Həmin tarixdə saat 18 radələrində Buzovna qəsəbəsində, “Ayidə park” istirahət mərkəzinin qarşısında atası Nazim Firdovsi və Nadirlə görüşmüşdür. Onlar istirahət mərkəzinə daxil olarkən ailə üzvləri ilə birgə olmadıqlarına görə onları mühafizəçilər içəri buraxmamışlar, Firdovsi cibindən Müdafiə Nazirliyinin vəsiqəsini və bir neçə sənəd çıxararaq bildirmişdir ki, neçə yəni onu içəri buraxmırlar, o, milli qəhrəmandır, «44» günlük 2-ci vətən müharibəsində döyüşlərdə iştirak edib, “Şuşa” fatehidir, prezident təqaüdçüsüdür. Mühafizəçilər biribiriləri ilə məsləhətləşərək Firdovsidən üzr istəyərək onları istirahət mərkəzinə buraxmışlar. Atası Nazim, Nadir və Firdovsi ilə birgə İstirahət mərkəzindəki kafedə oturub çay içərkən atası Firdovsiyə danışmışdır ki, 1-ci Qarabağ müharibəsində döyüşmüş, lakin veteranlıq ala bilmir. Firdovsi atasına demişdir ki, bu kimi işləri 5-6 min manata görür, lakin onunla çörək kəsdiklərinə görə atasına 2.500 manata həll edə bilər. Veteranlıq vəsiqəsini düzəldib 28 iş günü ərzində atasına verəcək. Təqsirləndirilən şəxs1 atasına bildirmişdir ki, işdən narahat olmasın, o, Firdovsinin köməkçisidir, bu kimi işlərin sənədlərini Nadir toplayır, Nadir demişdir ki, adi nəsildən deyil, keçmiş Şərabçılıq naziri Yunis Rzayevin bacısı Səriyyənin nəvəsidir. Firdovsi və Nadir atasına demişdilər ki, bu məsələyə tezliklə başlayacaqlar, lakin pulu nə qədər tez versə bir o qədər atasının veteranlıq alması tez həll olunar. Atası İstirahət mərkəzindən qonşuları Ramizi yığaraq bildirmişdir ki, təcili olaraq ona 2.500 manat pul lazımdır. Ramiz demişdir ki, cəmi 1.300 ABŞ dolları, düzəldə bilər. Atası demişdir ki, təcili istirahət mərkəzinin qarşısına gətirsin. Təxminən 30 dəqiqə sonra Ramiz mərkəzin qarşısına 1.300 ABŞ dolları gətirmiş, nə məsələ olduğunu atasından soruşduqda atası bildirmişdir ki, Müdafiə Nazirliyinin əməkdaşı atasına 2.500 manata veteranlıq düzəldir. Atası həmin pulu Ramizdən alaraq istirahət mərkəzinin içərisindəki kafeyə qayıtmış, həmin pulu, yəni 1.300 ABŞ dollarını, milli pul vahidi ilə 2.210 manatı Firdovsi və Nadirə vermiş, Nadir pulu sayaraq qalan 300 manatı nə vaxt düzəldə biləcəyini atasından soruşmuş, atası demişdir ki, 1 ay müddətində qalan 300 manatı düzəldəcək. Nadir həmin pulu Firdovsiyə vermişdir. Bundan əlavə Firdovsinin istəyi ilə hərbi biletini də atası Firdovsiyə vermişdir. xx.xx.2022ci il tarixdə Firdovsi özü atasına zəng edib demişdir ki, Müdafiə Nazirliyinə ərizə yazmalıdır və 3X4 ölçüdə şəkil verməlidir ki, verilən veteran vəsiqəsinə yapışdırılsın. Həmin tarixdə atası Nazim 6 ədəd 3X4 ölçüdə şəkil çəkdirərək Firdovsi və Nadirlə Sabunçu rayonu, Maştağa qəsəbəsində «Məmmədyarov dairəsi» adlanan ərazidəki kafedə görüşmüş, atası onlara 6 ədəd fotoşəkilini verərək bildirmişdir ki, ərizəni yaza bilməmişdir. Nadir atasının əvəzinə onun adından Müdafiə Nazirliyinin adına ərizə yazmış, ərizəni fotoşəkillə birgə fayla qoyub götürmüşlər. Bu zaman Firdovsi atasından qalan 300 manatı istəyərək bildirmişdir ki, guya bu məsələni həll edən adamlar istəyirlər. Atası dostu İlqara zəng edib İlqardan 300 manat borc istəmişdir. İlqar razılıq verərək pulu götürməsi üçün atasını Sabunçu rayonu, Maştağa qəsəbəsindən Buzovna qəsəbəsinə olan yol ayrıcına çağırmış, atası Firdovsi və Nadirlə birlikdə həmin yerə getmişlər. Orada İlqar atasına 300 manat vermiş, atası 300 manat pulu alıb onun yanındaca Firdovsiyə vermiş və onlar, “Nissan” markalı, sedan modelli, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə minərək çıxıb getmişlər. Bununla da atası Firdovsi və Nadirə cəmi 2.510 manat vermişdir. 28 iş günü sonra, yəni təxminən 2022-ci ilin may ayının əvvəllərində atası bir neçə dəfə Firdovsinin atasına verdiyi ***-***-**-** və ***-***-**-** nömrələrinə zəng etsə də, Firdovsi zənglərinə cavab verməmişdir. Hərdən cavab verdikdə isə müxtəlif bəhanələr gətirmişdir. Hərdən Firdovsi özü atasına zəng vuraraq bildirmişdir ki, guya atasının veteran bileti hazırlanıb, möhürlənib, lakin bileti Sosial Müdafiə nazirliyi təsdiq etməlidir deyə iş ləngiyir, buna görə də atası bir qədər gözləməlidir. Onlar Firdovsinin sözlərinə inanaraq gözləmişlər. Təxminən 13-15 sentyabr 2022-ci il tarixdə Firdovsi atasına zəng edib veteranlıq vəsiqəsi hazır olmasını, harada və saat neçədə görüşməli olduğunu deyəcəyini və həmin yerdə atasının veteranlıq vəsiqəsini verəcəyini demişdir. Atası Firdovsini gözləmiş, lakin Firdovsidən xəbər çıxmamışdır. Növbəti dəfə o, Firdovsiyə zəng edərkən Firdovsi guya işləri çox olduğuna görə onlarla görüşə bilmədiyini, ancaq atasının veteran biletini atası ilə ilk dəfə görüşdükləri kafeyə qoyduğunu, onların gedib oradan götürə biləcəklərini bildirmişdir. O, həmin kafeyə gedəndə Firdovsinin kafeyə qoyduğu yalnız atasının ona vermiş olduğu hərbi bileti olmasını görmüş, veteran biletini qoymamışdır. Onlar Firdovsinin onları aldatmasını başa düşmüşlər. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımır, onlarla heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs3 isə onun qohumu olmuş, Eldarla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Səhhətində problemlər olduğuna görə İ qrup əlil olmuş, dövlətdən əlilliyə görə müavinət alırmış. Lakin 2021-ci ildən əlilliyini ləğv edərək müavinətini əsassız olaraq kəsmişlər. xx.xx.2022-ci il tarixdə o, yaxınlarının toy mərasimindən qayıdarkən qohumu Eldar idarə etdiyi avtomobili ilə onları evə aparırmış. Eldar yolda onlara həmin tarixdə günorta saatlarında dostu Arzu ilə birgə təsadüfən özünü milli qəhrəman, Prezident təqaüdçüsü, Qarabağ veteranı və qazi kimi təqdim edən Təqsirləndirilən şəxs2lə və sonuncunun köməkçisi Təqsirləndirilən şəxs1la tanış olmasını demişdir. Firdovsi hərbi və digər istənilən nə iş varsa həll edə biləciyini bildirmişdir. Arzu Firdovsi və Nadirdən atası Nazimə Qarabağ müharibəsi veteranlığını düzəltməsini xahiş etmiş, sonuncular düzəldəcəklərinə söz vermişlər. Həmin vaxt o, əlilliyinin əsassız olaraq ləğv edilməsi yadına düşmüş və Eldara əlilliyinin əsassız olaraq ləğv edilməsini demiş və Eldara Firdovsi və Nadirdən mümkün olarsa təkrar komissiyadan keçib əlilliyə görə müavinət alması üçün əlilliyini bərpa etmələrini deməsini xahiş etmişdir. Eldar bu barədə Firdovsi və Nadirə deyəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Eldar bu barədə Firdovsiyə demiş, Firdovsi ona köməklik göstərəcəyini, bunun üçün şəxsiyyət vəsiqəsinin surətini verməli olmasını bildirmişdir. O, Eldara şəxsiyyət vəsiqəsinin surətini vermişdir. xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dəmiryol stansiyasının yaxınlığında yerləşən kafedə Eldar Firdovsi və Nadirlə görüşmüş, onlar həmin işin düzəlməsi üçün 4.000 manat pul istəmişlər, 45 gün ərzində düzəldəcəklərini demişlər, hətta söz vermişlər ki, ötən müddətdə almadığı pulları da dövlətdən alacaq, pullar tam olaraq kartına oturacaq. Bu barədə Eldar ona telefonda deyərkən Eldara bir manatda olsun pulu olmadığını demiş, bundan başqa o, Firdovsi və Nadiri tanımadığından onlara pul verə bilməyəcəyini bildirmişdir. O, həmçinin Eldara müavinəti kartına oturduqdan sonra 4.000 manatı kartdan çıxarıb verəcəyini bildirmişdir. Eldar Firdovsi və Nadirə 100 faiz inandığını, özü onun əvəzinə 4.000 manat verəcəyini, 45 gündən sonra kartından pulları çıxararaq onun pullarını ödəməsini demiş, o da razılaşmışdır. Eldarın ona deməsinə görə elə oradaca, yəni Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dəmiryol stansiyasının qarşısında Firdovsi ilə Nadirə 2.500 manat pul vermiş, qalanını isə işi gördükdən sonra verəcəyinə söz vermişdir. 2-3 gün sonra Firdovsi Eldardan qalan 1.500 manatı da istəmiş, xx.xx.2022-ci il tarixdə Eldar Firdovsi və Nadirə Sabunçu rayonu, ünvan 6 ünvanda yerləşən Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısında 1.300 manat vermiş, Firdovsi və Nadir Eldara bildirmişlər ki, qalan 200 manatı Eldara görə keçirlər. Həmin vaxtdan sonra Firdovsi vaxtı uzatmış, Eldara müxtəlif bəhanələr deyərək Eldardan yayınmış, sonralar Firdovsi və Nadir ümumiyyətlə telefonlarını söndürmüçlər. Onlar Firdovsi və Nadirin aldatdığını başa düşmüşlər. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 sonuncunun pulunu alanadək tanımamış, Təqsirləndirilən şəxs1 isə 2012-ci ildən tanıyır, Zərərçəkmiş şəxs1 və ya Təqsirləndirilən şəxs1la ədavəti və ya düşmənçiliyi yoxdur. Tanışından pul alaraq qaytarmadığına görə 2022-ci il tarixdə barəsində Suraxanı RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanılmış, xəbərdar edilmişdir ki, əgər 2022-ci ilin mart ayının əvvəlinədək ziyanı ödəməsə həbs ediləcək. Odur ki, bütün gücü ilə çalışmışdır ki, haradansa pul əldə edib ziyandan ödəsin. Bu səbəbdən hər kəsə bildirmişdir ki, guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışı var, pensiyanı artıra bilər, əlilliyi bərpa edə, Qarabağda döyüşənlərə qazilik almağa köməklik göstərə və digər istənilən işləri görə bilər. 2022-ci ilin fevral ayında tanışı Təqsirləndirilən şəxs1 ona zəng vuraraq bildirmişdir ki, Sabunçu rayonunun Ramana kənd nümayəndəsi Arif Qasımov sənədsiz evlərin siyahıya alınması ilə bağlı Nadiri işlədiyi kənd nümayəndəliyinə dəvət edib, 2 aylıq, yəni fevral və mart aylarında bu sahədə köməklik göstərməsini xahiş edib. Nadir demişdir ki, Ramana sovxozunda evləri qeydiyyata alan zaman Zərərçəkmiş şəxs1 adlı vətəndaş qarabağ qazisi olan oğluna veriləcək 1 otaqlı mənzili 2 və ya 3 otaqlıya dəyişdirmək istəyir. O, Nadirə demişdir ki, Zərərçəkmiş şəxs1 desin ki, 3.000 manat verərsə 10-15 günə 1 otaqlı mənzilin əvəzinə Vüqarın oğlu Kənana 3 otaqlı mənzil təşkil edə bilər. O, Nadirə bildirmişdir ki, 500-600 manat da Nadirə hörmət edəcək, Nadirə demişdir ki, qazi Kənan Seyidovun şəxsiyyət vəsiqəsini də atası Zərərçəkmiş şəxs1 alsın ki, Vüqar işinin düzələcəyinə əmin olsun. Bir neçə gün sonra, yəni 2022-ci ilin fevral ayının sonlarında ünvan 11 ünvanda yerləşən RPİ-nin 12-ci Polis şöbəsinin qarşısında Təqsirləndirilən şəxs1la görüşmüş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 aldığı 3.000 manatı və Kənan Seyidovun şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. O, həmin puldan 600 manatı ayıraraq Nadirə vermiş, qalan 2.400 manatını şəxsi problemlərinə xərcləmiş, Nadirə bildirmişdir ki, narahat olmasın, Zərərçəkmiş şəxs1 işini və ya pulunu tələb etsə cavabdeh o, olacaq. Bir müddət sonra Zərərçəkmiş şəxs1 Nadirə zəng edib işin həll olunmasını tələb etmiş, Nadir ona bu barədə dedikdə bildirmişdir ki, Vüqara desin ki, işlə məşğuldur, qısa müddətdə həll edəcək. Sonrakı dövürlərdə Vüqar onu və Nadiri tələsdirməməsi üçün Nadirə demişdir ki, Zərərçəkmiş şəxs1 desin ki, guya Vüqarın yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda qazilər üçün ev tikiləcək, Vüqarın oğluna evi həmin ünvandan alacaqlar, bu səbəbdən gözləməsi lazımdır. Bu minvalla Zərərçəkmiş şəxs1 bir müddət də gözlətmişlər. 2022-ci ilin iyun ayının sonlarında Nadir bildirmişdir ki, Vüqar ondan əl çəkmir. O, Nadirə təklif etmişdir ki, Vüqarla görüşlərini təşkil etsin, Vüqarla özü söhbət edəcək. O, Nadirlə birgə Vüqarın yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozuna getmiş. Vüqarın evində olarkən Vüqara demişlər ki, qısa müddət ərzində qazi olan oğluna 3 otaqlı mənzil verdirəcəklər. 2022-ci ilin iyul ayının əvvəllərində yenidən Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1la birgə Sabunçu rayonu, Buzovna qəsəbəsində yerləşən "Dostluq" adlanan restoranda görüşmüşlər. O, və Nadir vaxt udmaları üçün Zərərçəkmiş şəxs1 bildirmişlər ki, səbrli olsun qazi olan oğluna qısa müddətdə 3 otaqlı mənzil verdirəcəklər. Vüqar evdən imtina edib ondan və Nadirdən 3.000 manatını geri istəmiş, o, və Nadir bildirmişlər kİ, qısa müddətdə evi təşkil edəcəklər, edə bilməsələr 3.000 manatı qaytaracaqlar. 2022-ci ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs1 onun və Nadirin barəsində şikayət etmiş, o, və Təqsirləndirilən şəxs1 Bakı şəhər Baş Poüs İdarəsində hadisə barəsində izahat vermiş, həmin dövrdə Vüqara söz vermişlər ki, pulunu qaytaracaqlar. 2022-ci ilin sentyabr ayının əvvələrində o, izahat verməsi üçün Sabunçu RPİ-yə dəvət olunarkən işlərinin istintaqda olduğunu başa düşüb Zərərçəkmiş şəxs1 evinə getmiş, Vüqara 1.600 manat təklif etmiş, bildirmişdir ki, pulun bir qismi Nadirdədir. Vüqar bildirmişdir ki, pulu cəm halda, yəni 3.000 manat gətirməsələr qəbul etməyəcək. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə verərək sonuncunun göstərdiklərini təsdiqləmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Şahid3 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, hazırki işlə bağlı məhkəmə iclasına şahid qismində çağırılmışdır, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid6 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 təxminən 2008-ci ildən tanıyır, Nazim onunla qonşuluqda yaşayırmış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə tanımırmış, onlarla heç bir münasibət olmamışdır. 12 aprel 2022-ci il tarixdə təxminən saat 18 radələrində Nazim onun mobil telefonuna zəng edib, şəxsi işi ilə əlaqədar pula ehtiyacı olduğunu və nə qədər verə biləcəyini soruşmuşdur. O da Nazimə hazırda 1300 ABŞ dolları pul verə biləcəyini demişdir. Nazim ona Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən «Aida» parkda olduğunu, çıxa bilmədiyini və pulu oraya gətirib verməyini xahiş etmişdir. Buna görə də o, idarə etdiyi avtomobillə Nazimin ona bildirdiyi yerə, yəni Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən «Aida» parka gəlmiş orada Nazimlə görüşüb üzərində olan 1300 ABŞ dolları pulu Nazimə vermiş və Nazimlə sağollaşıb oradan getmişdir. Təxminən 2-3 ay sonra Nazim ona verdiyi pulu geri qaytarmışdır. Daha sonra o, Nazimin sözlərindən Firdovsi və Nadir adlı şəxslərin Nazimi 1-ci Qarabağ müharibəsinin iştirakçısı kimi vəsiqə düzəldəcəkləri adı ilə aldadıb pulunu ələ keçirmələrini bilmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Şahid6 tərəfindən məhkəməyə daxil olan teleqramda qeyd olunmuşdur ki, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edir və işi ilə bağlı məhkəmə iclasına gələ bilmədiyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 təxminən 35 ildir ki tanıyırmış, Nazimlə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə tanımırmış onlarla heç bir münasibət olmamışdır. 14 aprel 2022-ci il tarixdə təxminən saat 18 radələrində Nazim onun mobil telefonuna zəng edib, şəxsi işi ilə əlaqədar 300 manat pula ehtiyacı olduğunu bildirmiş və ondan borca pul istəmişdir. O da işlədiyi yerdə olduğunu gəlib götürməsini demişdir. Bir müddət sonra Nazim tanımadığı iki nəfərlə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində «Kirov dairəsi» adlanan yerə gəlmişdir. Orada Nazimlə görüşüb üzərində olan 300 manat pulu vermişdir. Təxminən 2-3 ay sonra Nazim onun verdiyi 300 manat pulu geri qaytarmışdır. Daha sonra o, Nazimin sözlərindən Firdovsi və Nadir adlı şəxslərin Nazimə 1-ci Qarabağ müharibəsinin iştirakçısı kimi vəsiqə düzəldəcəkləri adı ilə aldadıb pulunu ələ keçirmələrini bilmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Şahid5 tərəfindən məhkəməyə daxil olan teleqramda qeyd olunmuşdur ki, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edir, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmir, həmçinin dəymiş ziyan ona hissə-hissə ödənilmişdir, bu səbəbdən Təqsirləndirilən şəxs2 şikayəti yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 14 dekabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X7 icraatına qəbul edilərək istintaq aparılmışdır; (cild 1, i.v. 1) - 01 yanvar 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir; (cild 1, i.v. 20-21) - 19 yanvar 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir; (cild 1, i.v. 38-39) - 21 yanvar 2023-cü il tarixli şübhəli şəxsə axtarışın elan edilməsi və cinayət işi üzrə icraatın dayarılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə şübhəli şəxs – xx.xx.1967-ci ildə Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli məhkumluğu olmayan, ünvan 16 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır; (cild 1, i.v. 50) - 21 mart 2023-cü il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sabunçu RPİ 14-cü Polis Bölməsinin məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə şübhəli bilinərək barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saxlanılmışdır; (cild 1, i.v. 61) - 21 mart 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir; (cild 1, i.v. 62) - 22 mart 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir; (cild 1, i.v. 84-85) - 23 mart 2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.2-ci maddələrinə tövsif edilmişdir; (cild 1, i.v. 93) - 23 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; (cild 1, i.v. 96-98) - Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-235/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Seymur Həsənovun vəsatəti təmin edilməmişdir; (cild 1, i.v. 116-120) - 23 mart 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; (cild 1, i.v. 121-122) - 01 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; (cild 1, i.v. 129- 131) - 01 aprel 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; (cild 1, i.v. 143-144) - 01 aprel 2023-cü il tarixli cinayət işinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Sabunçu RPİ-nin İstintaq şöbəsində icraatda olan Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, istintaqı ********* nömrəsi ilə davam etdirilmişdir; (cild 1, i.v. 146- 147) - 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şahid4 və Təqsirləndirilən şəxs1 birgə törətdikləri epizod üzrə istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılaraq Sabunçu RPİ-nin İstintaq şöbəsində ********* nömrəsi ilə icraata qəbul edilmir; (cild 1, i.v. 148) - 10 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır; (cild 1, i.v. 149) - 12 oktyabr 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir; (cild 1, i.v. 168-169) - 09 dekabr 2022-ci il tarixli könüllü təqdim olunan əşyanın götürülməsi və təhvil verilməsi haqqında protokollardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən Şahid4 qardaşı X1 olaraq təqdim etdiyi 30 ədəd 100 manatlıq olan pul əskinasları -cəmi 3.000 manat qəbul edilərək iş üzrə Zərərçəkmiş şəxs1 təhvil verilmişdir; (cild 1, i.v. 205-206) - 05 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur; (cild 1, i.v. 224-225) - 05 yanvar 2023-cü il tarixli ittiham elan edilməsi üçün təqsirləndirilən şəxsin barəsində axtarışın elan edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs – xx.xx.1963-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu, Ramana-ünvan 17vanında yaşayan Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir; (cild 1, i.v. 226) - 20 yanvar 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir; (cild 1, i.v. 230) - 20 yanvar 2023-cü il tarixli cinayəti törətməkdə təqsirli bilinən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 20 yanvar 2023-cü il tarixdə saat 15:30 radələrində tutulmuşdur; (cild 1, i.v. 238) - 21 yanvar 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs – xx.xx.1963-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu, Ramana-ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İŞ-nin müstəntiqi Seymur Həsənovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 dərhal saxlanıldığı yerdən azadlığa buraxılmışdır; (cild 1, i.v. 251-253) - 21 yanvar 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və qərar ona elan edilmişdir; (cild 1, i.v. 254-255) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 19 yanvar 2023-cü il tarixli tələbnamədən və cinayət işinin materiallarına əlavə edilmiş qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Xətai Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 04 il 9 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək azadlıqdan məhrum etmə cəzası 05 il 03 aya qədər artırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir; (cild 1, i.v. 257-259) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 19 yanvar 2023-cü il tarixli tələbnamədən və cinayət İşinin materiallarına əlavə edilmiş sorğuya cavabdan görünür ki, ki, Təqsirləndirilən şəxs2 xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Nizami Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nİn 178.2.4-cü maddəsi ilə təqsirli bilinib barəsində 04 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan cspublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunu tətbiq edilmişəməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin məcəllənin 178.1-cü maddəsinə tövsif edilib qəti olaraq 03 il azadlıqdan məhrum etmə cəzası təyin edilərək azad edilmişdir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü tarixli 1(060)-88/2023-cü nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan ********* nömrəli cinayət işi hal-hazırda icraatdadır; (cild 1, i.v. 260- 262) - Azərbaycan Respublikası Milli X4 Birliyinin MQ 00190 №-li vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 Qarabağ müharibəsi veteranıdır və həmin birliyin üzvüdür. Həmçinin 24 dekabr 2019-cu il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Qarabağ veteranı medalı ilə təltif olunmuşdur. Bundan başqa 24 dekabr 2019-cu il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Qarabağ Uğrunda medalı ilə təltif olunmuşdur; (cild 1, i.v. 269) - 03 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmununda dəyişiklik edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə elan edilmiş ittihamın məzmununda dəyişiklik edilməklə ona həmin maddələrlə yeni məzmunda ittiham elan edilmişdir; (cild 2, i.v. 1-2) - 03 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir; (cild 2, i.v. 4-6) - 03 aprel 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və qərar ona elan edilmişdir; (cild 2, i.v. 20-22) - 07 aprel 2023-cü il tarixli cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Xətai RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir; (cild 2, i.v. 23-25) - 20 aprel 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə başlanmış ********* nömrəli cinayət işi Bakı şəhəri Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Elgiz Məmmədovun icraatına qəbul olunmuş və istintaqı davam etdirilmişdir; (cild 2, i.v. 31-32) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 14 yanvar 2016-cı il tarixli, 1(011)-39/2016 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 cəzasını X10 Müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli X10 Müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir; (cild 2, i.v. 41-46) - Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından görünür ki, Təqsirləndirilən şəxs1, 1963-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2016-cı il 14 yanvar tarixli hökmü ilə məhkum edilmişdir; (cild 2, i.v. 47-50) - Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi hazırda Sumqayıt Şəhər Məhkəməsinin hakimi Rövşən Xəlilovun icraatındadır və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasın Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Qərar icra edilənədək, cinayət işi üzrə icraat dayandırılmışdır; (cild 2, i.v. 58) - Məhkəmə iclasında təqdim olunmuş Bakı şəhəri Nizami rayon məhkəməsinin 04 dekabr 2014-cü il tarixli, 1(007)-413/2014 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlinə görə ibtidai istintaq dövründə 13 sentyabr 2014-cü il tarixdən 15 sentyabr 2014-cü il tarixə kimi tutulduğu 02 (iki) gün müddət ona hazırda təyin edilmiş cəzadan çıxılmış və o, 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla onun üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2014-cü il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir; - Məhkəmə iclasında təqdim olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2023cü il tarixli, 1(060)-88/2023 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməklə, məhkəmə iclas zalında dərhal azad edilmişdir; - Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 1(011)-362/2023 saylı qərardan görünür ki, xx.xx.1963-cü ildə Ermənistan Respublikası, Vardenis rayonu, Daşkənd kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana-ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 21 iyun 2023-cü il tarixdə, saat 12:00-a məcburi qaydada Bakı şəhəri Xətai rayon məhkəməsinə gətirilməsinə dair qərar qəbul edilmişdir; - Bakı şəhəri Xətai rayon məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 1(011)-362/2023 saylı qərardan görünür ki, xx.xx.1963-cü ildə Ermənistan Respublikası, Vardenis rayonu, Daşkənd kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana-ünvan 2 ünvanında yaşayan Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” nöğvündə qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində axtarış elan olunmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir; - Bakı şəhəri Xətai rayon məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 1(011)- 362/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraat təzələnmişdir; - Bakı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq həmin tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 13 dekabr 2023cü il tarixdə daxil olmuş məktubundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs1 Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı tarixli hökmü ilə tətbiq olunmuş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının müddəti Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli əfv sərəncamına əsasən yəni xx.xx.2019-cu il tarixdə azadlığa buraxılması ilə əlaqədar əsas cəzadan azad edildiyi tarixdən hesablanmağa başlanmış və əlavə cəzanın müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. xx.xx.2021-ci il tarixdə sahibinə DİN-in Baş X16 İdarəsi tərəfindən qaytarılmışdır; - X6 09 yanvar 2014-cü il tarixli 542 №-li tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs2 “Aorta koronar şuntlama” əməliyyatı icra olunmuşdur. - Bakı şəhəri Xətai rayon məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 1(011)- 362/2023 saylı qərardan görünür ki, xx.xx.1967-ci ildə Naxçıvan MR, Şərur şəhərində anadan olmuş, Naxçıvan MR, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 18 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 10 yanvar 2024-cü il tarixdə, saat 11:10-a məcburi qaydada Bakı şəhəri Xətai rayon məhkəməsinə gətirilməsinə dair qərar qəbul edilmişdir; Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri özlərinin tam etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 178.2.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - (500 – 5000 manat) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - (500 – 5000 manat) təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətlərini nəzərə alır. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, zərərin qismən ödənilməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və Qarabağ müharibəsi veteranı olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 iş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə, zərərin qismən ödənilməsini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 iş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini eləcə də təqsirləndirilən şəxslərin şəxsiyyətlərini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, onlara təyin edilən azadlıqdan məhrum etmə növündə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzalarının əvvəli onların bilavasitə tutulduğu tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların Təqsirləndirilən şəxs1 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək, Təqsirləndirilən şəxs2 21 mart 2023-cü il tarixdən 23 mart 2023-cü il tarixədək həbsdə saxlanıldıqları müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunaraq məhkəmə iclas zalından həbs edilməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 48 (qırx səkkiz) iş saatına görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 48 (qırx səkkiz) iş saatına görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 04 avqust 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 28 fevral 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunaraq məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi vəsaiti hesabına 48 (qırx səkkiz) saat üçün nəzərdə tutulan 288 (iki yüz səksən səkkiz) manat pul ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına 48 (qırx səkkiz) saat üçün nəzərdə tutulan 288 (iki yüz səksən səkkiz) manat pul ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar