Məhkəmə qərarları › İş №1(011)-280/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-280/2020

18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-280/2020 18.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi – X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzabati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını talama məqsədilə xx.xx.2020-ci il tarixdə saat 12 radələrində usta işlədiyi Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanından təmir məqsədi ilə alınmış 01 ədəd 80 manat dəyərində ağ rəngli əl-üz yuyanı, 01 ədəd 250 manat dəyərində ağ rəngli üzərində gümüş rəngli naxışları olan hamam mebelini, 01 ədəd 60 manat dəyərində güzgünü, 01 ədəd 250 manat dəyərində unitazı, 04 ədəd hər biri 80 manat olmaqla ümumilikdə 320 manat dəyərində “Classo” markalı hamam tualet üçün kranları, 01 ədəd 40 manat dəyərində kiçik ölçülü kranı, 05 ədəd hər biri 10 manat olmaqla ümumilikdə 40 manat dəyərində döşəmə taxtasını, bir metri 6 manat olmaqla ümumilikdə 24 manat dəyərində dörd metr uzunluğunda pəncərəaltını, 01 ədəd 65 manat dəyərində eiektrikli mişarını (laqunda), 02 ədəd hər biri 18 manat olmaqla ümumilikdə 36 manat qiymətində tavan lampasını (spot), 01 ədəd 5 manat dəyərində saçaqlı dəmir fırçanı və 01 ədəd 60 manat dəyərində duşu gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1240 (bir min iki yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ustadır, ev təmiri ilə məşğul olur, Zərərçəkmiş şəxs 2019cu ilin iyul ayının sonlarında tanımış, Kamran onun usta olduğunu bilib, ona ünvan 2 ünvanını təmir etdirmək istədiyini bildirmişdir. Avqust ayının əvvəllərində o, Kamranın təmir etdirmək istədiyi Xətai rayonu General Mehmandarov küçəsi ev 16 mənzil 100 ünvanında sonuncu ilə görüşmüş, Kamranla şifahi olaraq razılaşmış və həmin gün Kamrana məxsus olan mənzilin açarlarını təmir etmək məqsədilə sonuncudan almışdır. Maddi vəziyyətinin çətin olması, övladının xəstə olması ilə əlaqədar olaraq oğurluq etmək qərarına gəlmiş, Kamrana məxsus mənzilin açarları onda olmuş, xx xxx 2020-ci il tarixdə saat 12 radələrində Kamrana məxsus Xətai rayonu General Mehmandarov küçəsi 16 saylı binanın 100 nömrəli mənzilinə gələrək təmir-tikinti materiallarını hissə-hissə götürüb taksi ilə Nəsimi rayonu 5-ci mikrorayon Asif Məhərrəmov küçəsində yerləşən “1001 xırdavat” adlı mağazaya, 8-ci km bazarında yerləşən tikinti materialları mağazasına və Nəsimi rayonu 4-cü mikrorayon “Qızıl Tac” şadlıq sarayının yaxınlığında yerləşən tikinti materialları mağazasına sataraq ümumilikdə 443 manata pul əldə etmişdir. Satmadığı malları isə özünün istifadə etməsi üçün öz yaşadığı mənzilə qoymuşdur. Kamran ondan polisə şikayət etdikdən sonra həmin əşyaların əksər hissələrini qaytarmışdır. Hazırda tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxslə barışdığını, Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xətai rayonu General Mehmandarov küçəsi 16 nömrəli binanın 100 nömrəli mənzili ona məxsusdur. 2019-cu ilin avqust ayında Ruslan adlı usta ilə şifahi olaraq razılaşmış, həmin vaxtdan mənzildə təmir işləri aparmaq üçün özünə məxsus olan evin açarlarını Ruslana vermişdir. Evin təmiri məqsədilə lazım olan avadanlıqları alıb evə yığmış, təmir müddətində daimi olaraq evə nəzarət etmiş və hər şey qaydasında olmuşdur. Yanvar ayının əvvəllərində Ruslanla həmin mənzildə görüşmüş və şifahi razılaşdıqları bütün məbləği Ruslana ödəmişdir. Yanvar ayının sonlarına yaxın Ruslan ona zəng edərək təmiri bitirdiyini və Gəncə şəhərinə getməli olduğunu demiş, o, telefon danışığı zamanı Ruslanla razılaşmış və ona məxsus evin açarını Ruslandan istədikdə Ruslan ona Gəncə şəhərindən qayıtdıqdan sonra görüşüb mənzilin açarlarını verəcəyini bildirmişdir. Sonradan ölkədə tətbiq edilən xüsusi karantin rejimi və işləri ilə əlaqədar olaraq Ruslanla görüşə bilməmiş və son 2-3 ay ərzində təmir olunmuş mənzilinə ümumiyyətlə getməmişdir. Aprel ayının əvvəllərində Ruslan ona zəng edərək öz şəxsi işləri ilə bağlı pula ehtiyacı olduğunu bildirmiş, o, Ruslana işdə olduğunu və heç cür köməklik edə bilməyəcəyini demişdir. xx xxx 2020-ci il tarixdə səhər saatlarında ona məxsus olan Xətai rayonu General Mehmandarov küçəsi ev 16 mənzil 100 ünvanına getmiş və evə baxan zaman, təmir məqsədi ilə aldığı 01 ədəd ağ rəngli əl-üz yuyanın (rakvina), 01 ədəd ağ qəhvəyi rəngli üzərində gümüşü rəngli naxışları olan güzgülü hamam mebelinin, 01 ədəd unitazın, hamam tualet üçün 05 ədəd kranın, 05 ədəd döşəmə taxtasının, 04 ədəd pəncərəaltının, 01 ədəd elektrikli mişarını (laqunda), 02 ədəd tavan lampasının (spot), 01 ədəd saçaqlı dəmir fırçanın və 01 ədəd duş kranın yerində olmadığın görmüşdür. Ona məxsus olan mənzilin açarlarının yalnız Ruslanda və özündə olduğuna görə sonuncuya zəng etmiş, Ruslana zəng etməyinə baxmayaraq onun zənglərinə cavab verməmişdir. Əşyaların oğurlandığına və evin qapı və pəncərələrində heç bir müdaxilə olmadığı üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə baxış keçirmiş və onu polis bölməsinə dəvət etmişlər. Ona məxsus olan mənzildən təmir məqsədi ilə aldığı 200 manat qiymətində olan 01 ədəd ağ rəngli əl-üz yuyan (rakvin), 680 manat qiymətində 01 ədəd ağ qəhvəyi rəngli, üzərində gümüşü rəngli naxışları olan güzgülü hamam mebeli, 250 manat qiymətində 01 ədəd unitaz, 350 manat qiymətində hamam tualet üçün 05 ədəd kran, 150 manat qiymətində olan 05 ədəd döşəmə taxtası, 24 manat qiymətində 04 ədəd pəncərəaltı, 100 manat qiymətində 01 ədəd elektrikli mişar (laqunda), 16 manat qiymətində 02 ədəd tavan lampası (spot), 7 manat qiymətində 01 ədəd saçaqlı dəmir fırça və 60 manat qiymətində 01 ədəd duş kranı götürülmüşdür. Həmin əşyalar ona geri qaytarılmış, 01 ədəd qiyməti 60 manat olan duş üçün kran ona geri qaytarılmamışdır. Qeyd edilən əşyalar ona məxsus olmuş və öz şəxsi vəsaiti hesabına almışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1837 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyindən təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən Bakı şəhəri Nəsimi rayonu 20 yanvar küçəsi 3 saylı binanın 1-ci mərtəbəsində yerləşən “1001 xırdavat” adlı mağazanı işlətmişdir. xx xxx 2020-ci il tarixdə axşam saat 20 radələrində əvvəllər tanımadığı, özünü Ruslan kimi təqdim edən şəxs onun işlədiyi mağazaya yaxınlaşıb özündə 05 ədəd döşəmə taxtası (dikt) olduğunu və taxtaları satmaq istədiyini bildirmiş, o, Ruslandan malların kimə məxsus olduğunu soruşduqda, Ruslan malların özünə məxsus olduğunu, həmin döşəmə taxtalarının təmir etdiyi evdə ev sahibi tərəfindən əmək haqqı müqabilində verildiyini demiş və yalnız pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, Ruslanla razılaşmadıqda Ruslan ona döşəmə taxtalarını gətirib göstərdikdən sonra satacağını bildirmişdir. Həmin gün, yəni xx xxx 2020ci il tarixdə saat 21 radələrində Ruslan dövlət qeydiyyat nömrəsini və markasını xatırlamadığı avtomobil ilə 05 ədəd döşəmə taxtalarını gətirərək mağazanın giriş qapısının önündə yerə qoymuş və ona yaxınlaşaraq həmin malları gətirdiyini bildirmiş, o, bayıra çıxaraq həmin döşəmə taxtalarına (diktlərə) baxmış və təzə olduğuna əmin olmuşdur. O, Ruslandan həmin malların oğurluq olub-olmadığın soruşduqda Ruslan təkrarən həmin döşəmə taxtalarının ona təmir etdiyi evdə, ev sahibi tərəfindən əmək haqqı müqabilində verildiyini bildirmişdir. Ruslan həmin döşəmə taxtalarının birini 12 manata satmaq istədiyini və həmin malların oğurluq olmadığına əmin etdikdən sonra o, Ruslanla razılaşmış və həmin döşəmə taxtalarını Ruslandan təhvil alaraq əvəzində Ruslana 60 manat pul vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid3 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məhkəməyə məlumat verməmişdir. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 2012-ci ildən ünvan 3 ünvanında yerləşən “1001 xırdavat” adlı mağazanı işlətmişdir. xx xxx 2020-ci il tarixdə səhər saat 11 radələrində əvvəllər tanımadığı, özünü Ruslan kimi təqdim edən şəxs onun işlədiyi mağazaya yaxınlaşaraq evində 01 ədəd əl-üz yuyan (rakvina), 01 ədəd hamam mebeli və 01 ədəd unitazın olduğunu, uşağının xəstə olduğunu bildirərək həmin malları satmaq istədiyini bildirmişdir. O, Ruslandan malların kimə məxsus olduğunu soruşduqda, Ruslan malların özünə məxsus olduğunu və yalnız pula ehtiyacı olduğu üçün satmaq stədiyini bildirmiş, həmin malları 500 manat məbləğində nəğd pula aldığını və ondan malları neçəyə götürə biləcəyini soruşmuşdur. O, isə öz növbəsində Ruslana yalnız şəxsiyyət vəsiqəsi və həmin malların alqı-satqı qəbzi olduqdan sonra həmin malları ala biləcəyini və mallara görə yalnız 300 manat verə biləcəyini bildirmiş, Ruslan onunla razılaşaraq onun işlədiyi mağazanı tərk etmişdir. Həmin gün, yəni xx xxx 2020-ci il tarixdə saat 19 radələrində Ruslan mallarla birlikdə mağazaya yaxınlaşmış, malları mağazanın qarşısına qoyduqdan sonra ona yaxınlaşaraq həmin malları gətirdiyini bildirmiş, o, Ruslanla birlikdə mağazanın qarşısına çıxıb həmin malların təzə və sınıq olub-olmamasını yoxlamış, malların təzə olduğuna əmin olduqdan sonra Ruslandan şəxsiyyət vəsiqəsini və alqı-satqı qəbzini tələb etmişdir. Ruslan şəxsiyyət vəsiqəsini ona təqdim edərək, alqı-satqı qəbzini itirdiyini bildirmiş, o, Ruslandan şəxsiyyət vəsiqəsinin kserosurətini aldıqdan sonra həmin malları qəbul etmiş və Ruslana 300 manat nağd pul verərək həmin gətirdiyi malları Ruslandan təhvil almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid4 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məhkəməyə məlumat verməmişdir. Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 20 ildən artıqdır ki, ünvan 4 nömrəli ünvanda yerləşən santexnika və məişət əşyaları dükanını işlətmişdir. xx xxx 2020ci il tarixdə saat 14 radələrində əvvəllər tanımadığı, özünü Ruslan kimi təqdim edən şəxs onun işlədiyi mağazaya yaxınlaşaraq 05 ədəd özünə məxsus kranın olduğunu bildirmiş, o, Ruslandan həmin kranları hardan əldə etdiyini maraqlanmış, Ruslan isə usta olduğunu, həmin kranları işləyib pul əvəzinə aldığını, hazırda pula ehtiyacı olduğu üçün həmin kranları 85 manata satmaq istədiyini bildirmişdir. Həmin vaxt onun cibində cəmi 73 manat oul olmuş, o, həmin pulları Ruslana verdikdən sonra onunla razılaşmış, işçisi Şahnəsir öz telefonu ilə Ruslanın özünün və şəxsiyyət vəsiqəsinin şəklini çəkmişdir. Həmin gündən 3-4 gün sonra Ruslan yenidən mağazaya gəlmiş və işçisinə əl-üz yuyan dəstinin (moydadır) olduğunu və satmaq istədiyini bildirmiş, həmin vaxt o, dükanda olmadığına görə işçisi həmin əl-üz yuyan dəstini (moydadır) almamışdır. O, dükana gəldikdə işçisi Şahnəsir ona Ruslanın yenidən gəlib əl-üz yuyan dəstini (moydadır) satmaq istədiyini bildirdikdə şübhələnmiş, işçisinə “Ruslan deyəsən oğrudur” deyib, Ruslanın onlara əvvəl satdığı 05 ədəd kranı kənara qoymasını, satmamasını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid2 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məhkəməyə məlumat verməmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 2019-cu ilin may ayının əvvəllərindən Şahid4 oğluna məxsus ünvan 4 nömrəli ünvanda yerləşən santexnika və məişət əşyaları dükanında satıcı kimi işləmişdir. May ayının əvvəllərində saat 14 radələrində əvvəllər tanımadığı, özünü Ruslan kimi təqdim edən şəxs işlədiyi mağazaya yaxınlaşaraq 05 ədəd kran olduğunu bildirmiş, müdiri Şahid4 həmin kranları Ruslanın hardan əldə etdiyini maraqlandıqda, Ruslan usta olduğunu və həmin kranları işləyib pul əvəzində aldığını, hazırda pula ehtiyacı olduğu üçün həmin kranları 85 manata satdığını bildirmişdir. Həmin vaxt müdiri Şahid4 cibində 73 manat pul olmuş, müdiri həmin pulları Ruslan vermiş və ondan həm Ruslanın, həm Ruslana məxsus şəxsiyyət vəsiqəsinin şəklini çəkməyini istəmiş, o da cibində olan telefonu ilə Ruslanın və ona məxsus şəxsiyyət vəsiqəsinin şəklini çəkmişdir. Həmin vaxtdan bir neçə gün sonra Ruslan onun işlədiyi mağazaya yaxınlaşaraq əl-üz yuyan dəstinin (moydadır) olduğunu və onu satmaq istədiyini bildirmiş, müdiri Şahid4 mağazada olmadığına görə o, həmin əl-üz yuyan dəstini (moydadır) Ruslandan qəbul etməmişdir. Müdiri mağazaya gələn kimi dərhal bu barədə məlumat vermiş, müdiri isə öz növbəsində ona “deyəsən həmin şəxs oğrudur”, bir daha mağazaya gələrsə, pullarını həmin şəxsdən geri almasını və aldıqları malları geri qaytarmasını demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun ləğv edilməsi və cinayət işinin başlanılması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Hüseyn Novruzlunun böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair xx.xx.2020-ci il tarixli yekun protokolu ləğv edilmiş və fakta görə CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 01-03); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokolundan və fotocədvəldən görünür ki, hadisənin baş verdiyi Zərərçəkmiş şəxs məxsus ünvan 2 saylı ünvana baxış keçirilmiş, hadisə yerinin fotogörüntüsü götürülmüşdür (i.v. 10-13); təqdim etmə və maddi sübutların götürülməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xətai rayonu General Mehmandarov küçəsi 16 mənzil 100 ünvanında oğurladığı 01 ədəd elektrik mişarını (laqunda), 02 ədəd tavan lampasını (spot) və 11 ədəd saçaqlı dəmir fırçanı polis əməkdaşlarına təqdim etmişdir (i.v. 44-45); maddi sübuta baxış keçirilməsi və götürmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs oğurlayaraq xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “1001 xırdavat” mağazasında Şahid3 satdığı 01 ədəd əl-üz yuyan (rakvina), 01 ədəd hamam mebeli (moydadır), 01 ədəd unitaz və 04 ədəd pəncərəatlığı maddi sübut kimi götürülmüşdür (i.v. 46-49); maddi sübuta baxış keçirilməsi və götürmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs oğurlayaraq xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi 3 saylı binanın 1-ci mərtəbəsində yerləşən “1001 xırdavat” mağazasında Şahid1 satdığı 05 ədəd döşəmə taxtası (dikt) maddi sübut kimi götürülmüşdür (i.v. 51-52); maddi sübuta baxış keçirilməsi və götürmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs oğurlayaraq xx.xx.2020-ci il tarixdə ünvan 4 nömrəli ünvanda yerləşən Şahid4 məxsus santexnika və məişət əşyaları mağazasına satdığı 05 ədəd kran maddi sübut kimi götürülmüşdür (i.v. 55-56); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 alınmış xx xxx 2020-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir (i.v. 62-63); məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1582 nömrəli rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd təzə vəziyyətdə, ağ rəngli əl-üz yuyan rakvinajin 80 manat, 01 ədəd təzə vəziyyətdə, ağ-qəhvəyi rəngli, üzərində gümüşü rəngli naxışlar olan hamam mebeli 250 manat, 01 ədəd güzgü 60 manat, 01 ədəd təzə vəziyyətdə unitaz 250 manat, 04 ədəd təzə vəziyyətdə üzərində “CİLASSO” yazıları olan, Türkiyə istehsalı hamam və tualet üçün kranlar 320 manat, 01 ədəd təzə vəziyyətdə kiçik ölçülü kran 40 manat, 05 ədəd istifadədə olmuş döşəmə taxtası (dikt) 50 manat, 04 ədəd dörd metr uzunluğunda təzə vəziyyətdə pəncərə altı (podokolnik) 24 manat, 01 ədəd istifadədə olmuş elektrikli mişarı (laqonda) 65 manat, 02 ədəd təzə vəziyyətdə tavan lampası (spot) 36 manat, 01 ədəd təzə vəziyyətdə saçaqlı dəmir fırça 5 manat olmaqla, ümumilikdə 1180 manat dəyərində qiymətləndirilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat hesablanmışdır (i.v. 64-66); xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Bakı şəhəri Xətai rayonu G.Şıxlinski küçəsi ev 15 mənzil 125-də yaşayan Zərərçəkmiş şəxs mənzilindən oğurlanmış 01 ədəd təzə vəziyyətdə, ağ rəngli əl-üzyuyan (rakvina), 01 ədəd təzə vəziyyətdə, ağ rəngli, üzərində gümüşü rəngli naxışları olan hamam mebeli, 01 ədəd güzgü, 01 ədəd təzə vəziyyətdə olan unitaz, 04 ədəd təzə vəziyyətdə üzərində “CLASSO” yazıları olan, Türkiyə istehsalı, hamam və tualet üçün kranlar, 01 ədəd təzə vəziyyətdə kiçik ölçülü kran, 05 ədəd istifadədə olmuş döşəmə taxtası (dikt), 04 ədəd dörd metr uzunluğunda təzə vəziyyətdə pəncərəaltı (podokolnik), 01 ədəd stifadədə olmuş elektrikli mişarı (laqonda), 02 ədəd təzə vəziyyətdə tavan lampası (spot), 01 ədəd təzə vəziyyətdə olan saçaqlı dəmir fırçanı materiallarla tanış edildikdən sonra təhvil almış və məhkəmə baxışı qurtaranadək özündə saxlayacağını bildirmişdir (i.v. 75); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 95-96); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 121-122); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 1(006)-254/2011 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 134-147); xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (i.v. 186-187); doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 ilə birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 adında övladları doğulmuşdur (i.v. 197); nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Zimnyakova (Piçujkina) Yelena Viktorovna ilə Qeydiyyat Şöbəsində nikaha daxil olmuşdur (i.v. 199); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/1582 nömrəli rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, naməlum sürücünün barəsində CM-nin 177-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1, Şahid4 və Şahid3 barəsində CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Zərərçəkmiş şəxs məxsus 01 ədəd əl-üz yuyan (rakvina), 01 ədəd hamam mebeli, 01 ədəd unitaz, 05 ədəd kran, 05 ədəd döşəmə taxtası, 04 metr uzunluğunda pəncərəaltı, 01 ədəd elektrikli mişarı (laqunda), 02 ədəd tavan lampası (spot), 01 ədəd saçaqlı dəmir fırça sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılması nəzərə alınmış, Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 1240 manat hesab edilmiş, iş üzrə oğurlanmış 05 ədəd kran 04 ədəd “Classo” markalı və 01 ədəd kiçik ölçülü kran kimi qeyd edilmiş və oxunmuşdur (i.v. 201- 211); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs həmin ərizəsində, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənilməsini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talaması faktı onun özünün, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 177.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2), himayəsində iki azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.12- 59.1.13), cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarına görə məhkəmə xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut 01 ədəd əl-üz yuyanın, 01 ədəd hamam mebelinin, 01 ədəd unitazın, 05 ədəd elektrik mişarının (laqunda), 02 ədəd tavan lampasının (spot) və 01 ədəd saçaqlı dəmir fırçasının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd əl-üz yuyanın, 01 ədəd hamam mebelinin, 01 ədəd unitazın, 05 ədəd elektrik mişarının (laqunda), 02 ədəd tavan lampasının (spot) və 01 ədəd saçaqlı dəmir fırçasının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar