Məhkəmə qərarları › İş №1(011)-281/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-281/2020

17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-281/2020 17.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X12 iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı şəhərində şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində bir az yaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 mənzil 9 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan – X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X8 məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,442 qram çəkidə narkotik vasitə heroin əldə edərək üzərində saxlayıb Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 57A saylı binanın yaxınlığına daşımış, xx xxx 2020-ci il tarixdə saat 22:30 radələrində həmin ünvanda Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalanaraq 36-cı Polis bölməsinə gətirilərək şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,442 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X18 özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə olan heroini qəbul edir. xx xxx 2020-ci il tarixdə tanımadığı bir şəxsdən şəxsi istehlakı üçün 0,442 qram çəkidə narkotik vasitə heroin əldə edərək üzərində saxlamış, həmin gün saat 22:30 radələrində Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 57A saylı binanın yaxınlığında olan zaman Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq 36-cı Polis bölməsinə gətirilib üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,442 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Heç kəsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Əməlindən peşmandır və bir daha bu hallara yol verməyəcəkdir. Göstərilənlərin və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs X12 elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 57A mənzil 10-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və ondan istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 22:30 radələrində ünvan 4 saylı ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 36-cı PB-nə gətirilmişdir. Daha sonra Polis Bölməsində təhqiqatçı tərəfindən onların və vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, axtarışdan əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış qərarı ilə tanış edilərək ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa könüllü surətdə onları təhvil vermək təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş bükülünü təqdim edərək heroin olduğunu, həmin narkotik vasitəni xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Xətai rayonu ərazisində Anar adlı şəxsdən 100 manat müqabilində şəxsi istifadəsi məqsədilə alıb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs götürülən 01 ədəd büküm kağız zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol yazılmış və bütün iştirak edənlər protokolu imzalamışlar. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 2012-2013-cü illərdə Əhmədli qəsəbəsində yerləşən «Bizim» marketdə kassir işləmiş, həmin vaxtlar marketə çörək paylayan Təqsirləndirilən şəxs tanımış və sonralar onunla aralarında münasibət daha da yaxınlaşmışdır. Sonra o, Natiqin ailə qurduğunu bilmişdir. Təxminən iki il bundan əvvəl Natiqlə münasibətləri yenidən yaxınlaşmış və onlar sevgili olmuşlar. Təxminən bir il əvvəl o, bir rəfiqəsi vasitəsilə Əhmədlidə «Uluxanlı» kafesində xidmətçi işləyən Rəvanə adlı qızı tanımış və aralarında münasibət yaranmışdır. Sonra o, bilmişdir ki, Rəvanənin sevgilisi Mirsahiblə Natiq arasında da tanışlıq var və onlar iş yoldaşı olublar. Hətta 2020-ci ilin mart ayının axırlarında o, Natiqlə birlikdə Rəvanənin kirayədə qaldığı Köhnə Günəşlidəki mənzilinə də getmişdir. 2020-ci ilin aprel ayının axırlarında onun evində ailə üzvləri ilə aralarında söz-söhbət olmuş və o, evdən çıxmışdır, Natiqə demişdir ki, ona qalmaq üçün kirayə mənzil tutsun. Mənzil axtarılan müddətdə isə o, bir-iki günlük Rəvanənin mənzilində qalmışdır. Sonra isə Rəvanə aylıq kirayə haqqını verə bilmədiyi üçün ev sahibi onun evdən çıxmasını tələb etmişdir. Artıq həmin günü Natiq «H.Aslanov» metrostansiyasının yanında M.Hadi küçəsi ev 57 A 10 saylı mənzili ona kirayə tutmuşdur. O, həmin mənzilə köçmüş və Rəvanənin sevgilisi Mirsahib onların əşyalarını daşımağa köməklik etmişdir. Rəvanə də öz əşyalarını onun yeni kirayə mənzilinə gətirmiş və razılaşmışlar ki, Rəvanəgil bir-iki gün onlarda qalsınlar. Mirsahibin də karantin olduğuna görə işləmədiyindən pulu olmamışdır. Mirsahib demiş ki, qısa müddətə iş tapıb pul əldə edib Rəvanəyə yeni kirayə mənzil tutacaqdır. xx xxxxx 2020-ci il tarixdə o, Natiq, Rəvanə və Mirsahib onun kirayə mənzilində qalmış, gecə səhərə kimi əşyaları daşımış və yorulmuşlar. xx xxx 2020-ci il tarixdə Mirsahibin narkotik vasitə ilə bağlı tutulduğu ona məlum olmuş, həmin günü axşam isə Natiqin də narkotiklə bağlı tutulduğunu bilmişdir. Sonra polis əməkdaşları gəlib kirayə mənzilə də baxış keçirmiş, lakin mənzildən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra isə o, həmin mənzildə qalmayıb valideynlərinin evinə qayıtmışdır. O, Mirsahibin narkotik qəbul etməsini bilməmiş, Mirsahib heç vaxt narkotik satışı ilə məşğul olmamış və bu barədə onun hər hansı məlumatı və şübhəsi olmamışdır. Mirsahibin maddi imkanı çox aşağı olmuşdur. O, Natiqin narkotik qəbul etməsindən şübhələnmiş, lakin Natiq onun yanında heç vaxt narkotik qəbul etməmişdir. Həmçinin o, Natiqin narkotik satışı ilə məşğul olmasının şahidi olmamışdır. Əgər Natiq narkotik satışı ilə məşğul olmuş olsaydı o, bunu mütləq bilər və hiss edərdi. Natiqlə birlikdə qaldığı müddətdə yaşadıqları mənzilə kənar şəxslərin gəlməsi, Natiq və Mirsahibin onlarla görüşməsi halı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, X18 barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. İ cild 01); şübhəli şəxsin tutulması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, X18 həmin tarixdə, saat 22:30-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. İ cild 23); şəxsi axtarış və götürmə aparılması haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş X12 barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. İ cild 31); şəxsi axtarış və götürmə aparılması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 36-cı polis bölməsinin təhqiqatçısı, polis mayoru X10, Bakı şəhəri Xətai RPİ-nin 36-cı polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bakı şəhəri Xətai RPİ-nin 36-cı polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, çəkiliş aparan şəxs Bakı şəhəri Xətai RPİ-nin 36-cı polis bölməsinin sahə inspektoru, polis leytenantı X6, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X9 iştirakları ilə şübhəli şəxs qismində saxlanılmış X12 üzərində “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkiliş ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-ndə nəzərdə tuulmuş hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X14 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra X18 əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində narkotik vasitə “heroin” olduğunu, bu narkotik vasitə olan heroini xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhərinin Xətai rayonunun ərazisində Anar adlı şəxsdən 100 manat müqabilində şəxsi istifadəsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. X12 təqdim etdiyi 01 ədəd sellofan bükümündə tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmiş, aşkar olunmuş 01 ədəd sellofan bükümündəki narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. İ cild 32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/619 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Bünyətov şübhəli şəxs” əlyazıları və AR DİN “Zərflər üçün № 151” möhr əks olunan zərfdəki zərfdəki 01 ədəd bükümlərdə, təmiz çəkisi 0,442 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109 manat təşkil etmişdir (i.v. İ cild 44-47); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 4(011)-290/2020 saylı qərarından görünür ki, X12 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbirinin seçilmiş, həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. İ cild 143-146); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx xxx 2020-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, X12 məhkumluğu barədə məlumat yoxdur (i.v. İ cild 178); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 1845 nömrəli rəyindən görünür ki, müayinə zamanı X13 TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixatop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v. İ cild 258- 259); Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli xasiyyətnaməsində qeyd edilmişdir ki, X2 şəhərində yaşadığı müddətdə özünü səmimi aparmış, ictimai davarnış qaydalarına əməl etmiş, qonşuları ilə yaxşı münasibətdə olmuşdur və o, müsbət xarakterizə olnunr. X18 barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır (i.v. İ cild 286); doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X19 adında övladları doğulmuşdur (i.v. İ cild 287) ; əlavə məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/1391 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs götürülmüş heroin, X5 götürülmüş heroinlə tərkibindəki komponentlərinə görə müxtəlifdir. İlkin tədqiqat zamanı, Təqsirləndirilən şəxs götürülmüş heroinin təmiz çəkisi x xxx 2020-ci il tarixli 6/619 saylı və X5 götürülmüş heroinin təmiz çəkisi x xxx 2020-ci il tarixli 6/613 saylı ekspert rəylərində göstərilib. M.İbrahimov: heroinin təmiz çəkisi 4,010 qr, tədqiqata sərf edildi: 0,02 qr, qalıq 3,990 qram. Təqsirləndirilən şəxs: heroinin təmiz çəkisi 0,392 qr, tədqiqata sərf edildi: 0,02 qr, qalıq 0,372 qram (i.v. İ cild 294-299) ; sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmiş, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,442 qram olan narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməsi faktında cinayət hadisəsi olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. İİ cild 01-17); Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, X15 üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt X18 əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoyur. Sorğu zamanı X18 həmin 01 ədəd sellofan kəsiyinə bükülmüş bükülünün içərisindəkinin narkotik vasitə heroin olduğunu, heroini xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhərinin Xətai rayonunun ərazisində Anar adlı şəxsdən 100 manat müqabilində şəxsi istifadəsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X18 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,442 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X12 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxs X12 əməlindən səmimi peşmançılıq çəkməsini (CM- 59.2); himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X12 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, X12 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X3 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, X18 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 mənzil 9 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli X18 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində X15 elektron nəzarət vasitəsi tətbiq edilməli, X15 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, X15 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, əlavə məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/1391 saylı rəyinin həm X12 barəsində, həm də X7 barəsində olmasını nəzərə alaraq hesab edir ki, həmin rəy üzrə ekspertiza xərci onlardan müştərək tutulmalı olduğundan, X11 həmin rəy üzrə ekspertiza xərcinin yarısı, yəni 57 (əlli yeddi) manat tutulmalı, digər hissədə ekspertiza xərci X7 barəsində olan iş üzrə qiymət verilməklə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: X18 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X12 xx xxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 16 (on altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 09 (doqquz) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X18 yaşadığı ünvan 2 mənzil 9 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X12 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X12 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. X12 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X12 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. X12 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X15 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,372 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 166 (bir yüz altmış altı) manat X11 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar