Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-281/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Sigma” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında 11 avqust 1991-ci ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 26 dekabr 2021-ci il tarixdə, saat 20:00-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu ilə “Nargilə dairəsi” istiqamətində, texniki cəhətdən saz vəziyyətdə olan, özünə məxsus “Kuba EC 50” markalı mopedi 20 km/saat sürətlə idarə edərək, Zığ qəsəbəsi 45 ünvanda yerləşən X3rşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün, mümkün olan tədbirləri görməli olduğu halda, həmin təhlükəsizlik tələblərinə riayət etməyib, yolu əks istiqamətinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs mopedin qabaq hissəsi ilə vurub, ehtiyatsızlıqdan sonuncuya cərrahi əməliyyat ehtiyacı olan, burun çəpəri əyriliyi, burun tənəffüsünün pozulması və burun nahiyəsində əzilmiş yaralar ilə qeyd olunan burun sümüyünün yerdəyişməsiz qapalı sınığı ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olmayan, sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə, yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, “Kuba EC 50” markalı moped özünə məxsusdur. Həmin mopedi bir ilə yaxın müddətdir ki almışdır. Həmin moped ilə kuryer kimi fəaliyyət göstərib, gündəlik gəlir əldə edirmiş. 26 dekabr 2021-ci il tarixdə, axşam saatlarında idarə etdiyi moped ilə Zığ şosesi ilə hərəkət edərək, Fövqəladə Hallar Nazirliyinin X6 istiqamətində hərəkətdə olmuşdur. Həmin yolun orta hərəkət zolağında hərəkətdə olan zaman, anidən qarşısında bir nəfər qadın görmüşdür. Qadını görən zaman, sonuncu artıq onun hərəkətdə olduğu zolaqda olmuş və mopedi sağa tərəf istiqamətləndirmək istəyərkən, mopedin ön tərəf hissəsi ilə qadını vurmuşdur. O, dərhal mopedi yolun kənarında saxlayıb düşmüşdür. Qadın yerdə hərəkətsiz vəziyyətdə olmuşdur. O, həmin qadına yaxınlaşaraq, kömək etmək istəmişdir. O, təcili tibbi yardıma zəng etmiş və baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə yerinə təcili tibbi yardım avtomobili gələrək, qadını xəstəxanaya aparmışlar. Qadını vuran zaman, idarə etdiyi mopedin hərəkət sürəti 20-30 km/saat olmuş və həmin hadisədən əvvəl o, spirtli içki və psixotrop maddə qəbul etməmişdir. Sonradan həmin qadının Zərərçəkmiş şəxs olmasını öyrənmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzildə yaşayır. 26 dekabr 2021-ci il tarixdə, saat 20 radələrində taksiyə əyləşmiş və işlədiyi Xətai rayonu, Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin X2rşısına getmişdir. Xəstəxananın qarşısına çatdıqda, orada taksidən düşərək, yolun əks tərəfinə keçməyə başlamışdır. Yolu adi addımlarla keçməyə başladıqda, qarşıdan hərəkət edən moped bir anda onu vurmuşdur. Həmin vaxt o, yerə yıxılaraq, hüşunu itirmiş və bu səbəbdən də, hadisəni tam olaraq xatırlamamışdır. Özünə gəldikdə isə, xəstəxanada olduğunu görmüş və onu vuran mopedin sürücüsünün Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Hadisə nəticəsində o, xəsarətlər və müalicə xərcləri ilə bağlı sürücü Təqsirləndirilən şəxs ona hər hansı bir maddi yardım göstərməmişdir. Bununla belə, iş üzrə Təqsirləndirilən şəxs ağır cəza təyin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 16 fevral 2022-ci il tarixli, 39 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs üzərində aşkar olunan xəsarətlər - cərrahi əməliyyata ehtiyacı olan, burun çəpəri əyriliyi, burun tənəffüsünün pozulması və burun nahiyəsində əzilmiş yaralar ilə qeyd olunan burun sümüyünün yerdəyişməsiz qapalı sınığı küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənməklə, 26 dekabr 2021-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan mopedin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Eyni zamanda iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2022-ci il tarixli, 8/128 saylı ekspert rəyində qeyd olunur ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Kuba EC 50” markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kuba EC 50” markalı moped iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahibinə təhvil verilmişdir. İş materiallarından görünür ki, 23 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 14 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1 və 49.2-ci maddələrinə əsasən, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir, həmin cəza məhkumun iş yeri üzrə çəkilir və islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs idarə etdiyi “Kuba EC 50” markalı mopedin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona, aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla, 1 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs idarə etdiyi “Kuba EC 50” markalı mopedin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-281/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-281/2022
16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver