Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-281/2023 02.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1999-cu ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində təmir işləri görülən ünvan 1 ünvanmda yerləşən “Glamur” adı altında fəaliyyət göstərən iki mərtəbəli ticarət obyektinin birinci mərtəbəsində usta kimi işləyən Zərərçəkmiş şəxs üzərində təmir işləri aparılan masanm üzərinə qoyduğu özünə məxsus olmaqla mobil nömrə olmadan istifadə etdiyi 1150 manat dəyərində olan “İphone” markalı, 13 modelli, 256 GB yaddaşlı, **********68474 və **********52136 İMEİ kodlu mobil telefonu tamah niyyəti ilə gizli olaraq talayıb sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə əmisi oğlu X1 işlədiyi ünvan 1 ünvanında yerləşən “Glamur” adlı geyim mağazasına iş baxmaq üçün getmişdir. Həmin obyektin içərisində Sahilin işlədiyi otaqda stolun üzərində bir ədəd mobil telefon görmüşdür. Telefonun həmin otaqda işləyən Elsevər adlı şəxsə məxsus olmasını müəyyən etmişdir. Bir müddət sonra otaqda heç kimin olmadığından istifadə edərək gizlicə həmin mobil telefonu oğurlamışdır. Obyektdən çıxaraq dərhal Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsi adlandırılan yerə getmiş və orada əvvəllər də telefon satdığı Şabəddin adlı şəxsə həmin telefonu 120 manata satmışdır. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin telefonun qaytardığını, onunla barışıq əldə etdiyini, qazi olduğunu, bir daha belə hallara yol verməyəcəyini, əvvəllər məhkum olunmamasını qeyd edərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanmda yerləşən “Glamur” adlı geyim mağazasında usta kimi işləmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qeyd olunan mağazada təmir işləri apardığından özünə məxsus “İphone” “13” modelli **********68474 imei kodlu mobil telefonu otaqda olan stolun üzərinə qoymuşdur. Həmin gün onunla bərabər Sahil adlı şəxsdə işləmişdir. Sahilin qohumu Təqsirləndirilən şəxs adlı şəxs həmin gün Sahilin yanına iş axtardığı üçün gəlmiş və onunla salamlaşmışdır. Daha sonra bir neçə dəqiqəlik otaqdan çıxmış və geri qayıdanda artıq telefonunun qoyduğu stolun üzərində olmadığını aşkar etmişdir. Təqsirləndirilən şəxs obyekti tərk etdiyindən ondan şübhələnmişdir. Oğurluq baş verdiyini müəyyən etdikdən sonra dərhal DİN-in 102 xidmətinə məlumat vermişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs telefonu oğurladığını etiraf etmişdir. Hazırda mobil telefonu qaytarıldığından Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2023-cü il tarixli 9/2296 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “İphone” markalı 13 modelli, 256 GB yaddaşlı mobil telefon komplektləşdirilməsinə dair daxil edilən aksesuarlarının olmaması və istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti 1150.0 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Təqsirləndirilən şəxs “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs oğurluq etməsi özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 9.2-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, törətdiyi əməldən peşmançılıq çəkməsini, “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilməsini, zərərçəkmiş şəsxlə barışmasını, dəymiş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməklə islah etmək mümkündür. Cəza çəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan islah işləri cəzası cəzanın məqsədinə nail olmağı təmin edəcəkdir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib qazancından 05 (beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-281/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-281/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver