Məhkəmə qərarları › İş №1(011)-281/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-281/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-281/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxxx 1993-cü ildə Rusiya Federasiyası, Orlov vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Qazax rayonu, Barxudarlı kəndində, qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0,452 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 yanvar 2024-cü il tarixdə, saat 19:20-də ünvan 2 ünvanının yaxınlığında saxlanılıb ünvan 3şən Xətan RPİ-nin 35-ci PBnə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsiaxtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan hissəsindəki kiçik cibindən 1(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,452 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində "İnstaqram" sosial şəbəkəsində tanış olduğu əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı şəxslə əlaqə saxlayıb kakos almaq istədiyini bildirmişdir. Bundan sonra həmin şəxs hesab nömrəsi göndərərək həmin hesaba 20 manat pul göndərməyini istəmişdir. O da yaşadığı evin yaxınlığındakı mağazada olan ödəmə terminalı vasitəsilə həmin hesaba 20 manat pul göndərmişdir. Bundan sonra, həmin şəxs nakotik vasitəni yerləşdiyi yerin şəklini və ünvanını göndərmişdir. O da evdən tək çıxaraq metronun Əhmədli stansiyasının yaxınlığına gedərək göndərdiyi ünvandan narkotik vasitəni götürüb şalvarının cibində saxlamışdır. Həmin gün saat 19:20 radələrində Xətai rayonu, Neapol dairəsi istiqamətində tək piyada hərəkət edən zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişər. Bölmədə hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Bundan sonra polis bölməsinin xidməti otaqların birində polis əməkdaşları və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ kiçik cibindən 01 bükümdə olan kakosu təqdim edib narkotik vasitənin özünə məxsus olduğunu, haradan əldə etməyini söyləmişdir. Daha sonra üzərində axtarış davam etsə də heç bir qanunsuz maddə, əşya aşkar olunmamışdır. Təqdim etdiyi içərisində heroin olan büküm zərfə qoyulub möhürlənmiş və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitəni aldığı şəxsin heç bir anket məlumatlarını bilmir. Həmin şəxsdən bir neçə dəfə narkotik vasitəni "Zakladka" üsulu ilə almışdır. Belə ki, "İnstaqram" sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayıb göndərdiyi hesaba 20 manat ödədikdən sonra narkotik vasitəni yerləşdirdiyi Xətai rayonu, metronun Əhmədli stansiyasının yaxınlığından götürmüşdür. Göndərdiyi pulun qəbzini yolda gedərkən atmış hesab nömrəsini və yazışmaları isə həmin şəxs özü silmişdir. Ruhi və psixi cəhətdən sağlamdır və heç bir xəstəliyi yoxdur. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkili, polis leytenantı vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, o, 20 yanvar 2024-cü il tarixdə Polis bölməsinə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Xətai rayonu Neapol küçəsi, 24 A saylı evin yaxınlığında və oraya yaxın yerlərdə mütəmadi olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olur. Məlumatı aldıqdan sonra bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən Bölmə rəisinə məruzə olunmuş və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qrupun rəhbəri Şahid1 olmuş, üzvü isə o təyin olunmuşdur. Həmin günü Neapol küçəsində müşahidə aparmağa başlama 19:20-də həmin küçənin 24 A saylı ünvanın yaxınlığında Təqsirləndirilən şəxs bənzəyən bir şəxsi görüb yaxınlaşmışlar. Həmin şəxsə özünü təqdim etməyini xahiş etdikdə Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər və Təqsirləndirilən şəxs də razılaşdıqdan sonra Bölməyə gedərək bu barədə PB-nin rəisinə raportla məruzə etmişlər. PB-nin xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı maddə və ya əşya varsa təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan hissəsindəki kiçik cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin maddənin nə olması soruşulduqda bildirmişdir ki, heroindir, 20 yanvar 2024-cü il tarixdə sosial şəbəkədə əlaqə saxladığı tanımadığı şəxsə 20 manat göndərməklə Əhmədli Metrostansiyasının yaxınlığından özü üçün istifadə etmək məqsədi ilə əldə edib üzərində saxlamışdır. Sonra üzərinə axtarış davam etsə də qanunla qadağan olunmuş hər hansı bir maddə və ya əşya aşkar olunmamışdır. Sonra həmin maddə ölçülmüş və 0,58 qram olması müəyyən edilmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq möhürlənmiş və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsi Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaq aparılmışdır; (i.v.1) - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 20 yanvar 2024-cü il tarxili qərardan görünür ki, xx.xx.1993-cü ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmayan, Qazax rayonu, Barxudarlı kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq xx.xx.1993-cü ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmayan, Qazax rayonu, Barxudarlı kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır; (i.v. 5-6) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsinin 20 yanvar 2024-cü il tarixli əmrindən görünür ki, xx.xx.1993-cü ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmayan, Qazax rayonu, Barxudarlı kəndində qeydiyyatda olmala ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Xətai Rayon Polis İdarəsinin 35-ci PB-nin əməkdaşlarından ibarət aşağıdakı tərkibdə əməliyyat qrupu yaradılmışdır: qrupun rəhbəri - Bakı şəhər Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1; qrupun üzvü - Bakı şəhər Xətai RPİnin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 olmuşdur; (i.v. 8) - şübhəli şəxsin tutulması haqqında 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü il tarixdə saat 19:20 dəqiqədən tutulmuşdur; (i.v.20) - şəxsi axtarış və götürmə aparılması haqqında 29 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla istifadəsi və satışı qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş içərisində spesifik iyli, tünd qəhvəyi rəngli narkotik vasitə hesab olunan heroinə bənzər maddə olan bükümü çıxarıb təqdim edərək, həmin maddənin kakos olduğunu, xx.xx.2024-cü il tarixdə səhər saatlarında sosial şəbəkədə tanış olduğu, heç bir anket məlumatlarını bilmədiyi şəxsə 20 AZN pul göndərdikdən sonar "zakladka" üsülu ilə metronun "Əhmədli” stansiyasının çıxışından şəxsi istifadəsi üçün götürərək üzərində gəzdirməsini, təqdim olunan bükümdən başqa narkotik vasitəsinin olub-olmadığı və saxlanılan zaman ona qarşı fiziki güc tətbiq olunub-olunmadığı, üzərində axtarış aparılıb-aparılmaması barədə sual edildikdə, o təqdim etdiyi narkotik vasitədədən başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, saxlanılan zaman ona qarşı hər hansı bir formada təzyiq olunmadığını və orada onun üzərində heç bir axtarış aparılmadığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin ümumi çəkisinin müəyyən etmək məqsədilə "Pocket Scale" markalı elektron tərəzi ilə çəkilən zaman 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş heroinə bənzər maddənin sellofan kəsiyilə birlikdə çəkisinin 0,58 qram olması müəyyən edildi. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da heç bir əşya və sənəd aşkar olunmadı. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd içərisində heroinə oxşar maddələr olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 154 saylı möhürü ilə möhürlənərək götürüldü; (i.v.31-33) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/399 nömrəli 21 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün N154"-li dairəvi möhür əksi "Təqsirləndirilən şəxs(imza)" yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,452 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir; (i.v.43-47) - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; (i.v.57-58) - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 22 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Xətai RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞnin müstəntiqi, polis mayoru Məhərrəm Hüseynovun 22 yanvar 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad edilmişdir; (i.v.71-72) - qətimkan tədbirinin seçilməsi haqqında 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs xx.xx.1993-cü ildə Rusiya Federasiyası, Orlov vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmayan, Qazax rayonu, Barxudarlı kəndində qeydiyyatda olan, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, ev 44 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir; (i.v.73-74) - 22 yanvar 2024-cü il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında “DVD” disk üzrə videoyazı məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis mayoru X14 tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan hissəsindəki kiçik cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. Həmin maddənin nə olması ondan soruşulduqda bildirir ki, həmin maddə heroindir, onu 20 yanvar 2024-cü il tarixdə sosial şəbəkədə əlaqə saxladığı tanımadığı şəxsə 20 manat göndərməklə Əhmədli Metrostansiyasının yaxınlığından özü üçün istifadə etmək məqsədi ilə əldə edib üzərində saxlamışdır. Sonra üzərinə axtarış davam etsə də qanunla qadağan olunmuş hər hansı bir maddə və ya əşya aşkar olunmur. Sonra həmin maddə ölçülür və 0,58 qram olması müəyyən edilir. Daha sonra həmin büküm zərfə qoyularaq möhürlənmişdir; (i.v.76) - mobil telefonun könüllü təqdim olunması və baxış keçirilməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs və müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs özünə məxsus üzərində ***-***-**-** və ***-***-**-** nömrələri olan «Redmi» markalı mobil telefonu könüllü təqdim etmiş və həmin telefona müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış keçirilən zamanı «Mobil» telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir «WhatsApp», «SMS» yazışmaları və telefon danışıqları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitəni aldığı şəxs telefonunda elə bir sistem quraşdırmışdır onunla olan yazışmalar bir sutka ərzində silinir. İş üçün əhəmiyyət kəsb etmədiyindən mobil telefon Təqsirləndirilən şəxs qaytarılmışdır; (i.v.77-78) - Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Qaradağ rayon bölməsinin 23 yanvar 2024-cü il tarixli 175 nömrəli arayışından görünür ki, Qazax rayonunda məcburi köçkün X1 qəsəbəsi, 1-ci massiv, 4-cü küçə, 44 ünvanında kommunal qeydiyyatdadır. Ailə tərkibi oğlu Təqsirləndirilən şəxs (xx.xx.1993), gəlini X7 (xx.xx.1993), nəvəsi X15 (xx.xx.2015) və nəvəsi X6 (xx.xx.2021) ibarətdir; (i.v.82) - Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyəti başçısının Barxudarlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1993-cü ildə anadan olmuş, orta təhsilli Təqsirləndirilən şəxs həqiqətən Barxudarlı kəndində daimi qeydiyyatdadır. Yaşadığı dövr ərzində həmişə özünü bacarıqlı, qabiliyyətli və işgüzar göstərməklə, kənd sakinlərinin etimadını qazanmışdır. Kənddə olan qocaların və ona müraciət edən şəxsin köməyinə çatmışdır. Kənd kütlələri arasında, kütləvi tədbirlərdə təşkilatçı, ictimai işlərin yaxından iştirakçısı olmuşdur. İndiyə kimi heç bir cinayət tərkibli əməllərin iştirakçısı olmamışdır. Hal-hazıra kimi Barxudarlı kənd İƏD üzrə nümayəndəliyinə onun haqqında şikayət xarakterli və narazılıq yaradan hec bir hal haqqında məlumat daxil olmamışdır. Kənd sakinləri kimi kənd nümayəndəliyinin işçiləri də onun yaşayış tərzindən heç bir narazılığı yoxdur; (i.v.83) - şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 03 iyun 2015-ci il təvəllüdlü X15 və 10 aprel 2021-ci il təvəllüdlü X2 Teyyub Söhrab oğlunun övladlarıdır. Həmçinin nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X4 16 sentyabr 2014-cü il tarixdə 745 №-li qeydlə nikahları bağlanmışdır; (i.v.84) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 14 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v.85) - Təqsirləndirilən şəxs aşkar edilmiş 0,452 qram narkotik vasitə heroinin tədqiqata sərf edildikdən sonrakı qalıq çəkisi olan 0,402 qramı, üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd "DVD-R" diski maddi sübut kimi tanınmış, 0,402 qram heroin Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş və 1 ədəd "DVD-R" disk cinayət işinin materiallarına əlavə olunmuşdur; (i.v.34) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax Psixiatriya Xəstəxanasının 28 mart 2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu, Bərxudarlı kəndində qeydiyyatda olmaqla hal-hazırda ünvan 6 ünvanında yaşayan xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs X3 narkoloji və psixoloji qeydiyyatda yoxdur; (i.v.86) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsinin xx.xx.2024-cü il tarixli 611 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v. 93-94) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,452 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 20 yanvar 2024-cü il tarixdən 22 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,452 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,402 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM- 132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,402 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar