Məhkəmə qərarları › İş №1(011)-281/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-281/2025

11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-281/2025 11.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 və onun etibarnamə üzrə nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə İsgəndər oğlunun, təqsirləndirilən şəxs X9 və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də mühəndis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X9 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X20 “1news.az” adlanan kütləvi informasiya vasitəsi sayılan redaksiyaya müraciət edərək, Leyla Məmmədova adlı müxbirin imzası ilə öz adından xx.xx.2023-cü il tarixdə “Jaluytes komu xotite, mı vsex nakormili” (Kimə istəyirsiniz şikayət edin, biz hərkəsi yedizdirmişik) adlı məqalə dərc etdirmişdir. Daha sonra, Vüqar Məmmədov həmin məqaləni yaşadığı Xətai rayonu, İlqar Abbasov küçəsi, ev 51 ünvanında xx.xx.2023-cü il tarixdə özünün “Facebook” internet səhifəsində həm rus, həm də azərbaycan dilində yerləşdirmiş və paylaşmışdır. Paralel olaraq həmin məqalə M.Vüqar ilə eyni ünvanda yaşayan bacısı Ruhiyyə Məmmədovanın da “Facebook” internet səhifəsində xx.xx.2023-cü il tarixdə eyni şəkildə paylaşılmışdır. Həmin məqalə xx.xx.2025-ci il tarixədək Vüqar Məmmədovun və Ruhiyyə Məmmədovanın “Facebook” internet səhifələrində aktiv olmuşdur, yəni paylaşılmaqda davam etdirilmişdir. Ona görə də bu əməl davam edən cinayət hesab olunur. Paylaşım olan səhifədəki məlumatdan görünür ki, sonuncu paylaşımdan sonra hal-hazırkı vaxtadək Məmmədov Vüqarın səhifəsindəki paylaşımı 454 nəfər, Ruhiyyə Məmmədovanın səhifəsində olan paylaşımı isə 236 nəfər izləmişdir. Digər paylaşımların nəticəsi barədə məlumatı yoxdur. Dərc edilmiş və sonradan “Facebook” internet səhifəsində paylaşılmış məqalənin qısa məzmunu belədir ki, Vüqar Məmmədovun avqust 2022-ci ildə vəfat etmiş mərhum qardaşı (mərhum əri) Məmmədov Etibar sağlığında birgə istifadə etdikləri 10 sot həyətyanı torpaq sahəsində özbaşına fərdi yaşayış evi tikmişdir. O, qardaşının bu hərəkətlərinə etiraz edərək dövlətin icra və hüquq-mühafizə orqanlarına dəfələrlə şikayət etməsinə baxmayaraq, həmin orqanlar qardaşına və onun ailə üzvlərinə qarşı tikilinin sökülməsi ilə bağlı hər hansı tədbir görməmişlər. Əvəzində bu şikayət ilə məhkəməyə müraciət etmək hüququnun olduğunu ona izah etmişlər. (qeyd: həmin həyətyanı sahədə M.Vüqarın özü də özbaşına fərdi yaşayış evi inşa etmiş və hazırda həmin evdə yaşayır). Bu zəmində başlanmış münaqişə qardaşı öldükdən sonra, sonuncunun arvadı M.Şəfiqə və uşaqları ilə davam etməkdədir. Məqalədə qeyd edilmişdir ki, qardaşı öldükdən sonra arvadı və uşaqları tamamilə ağlını itirmiş (vıjili iz uma), murdarlaşmış, əclaflaşmış (osterveneli) vəziyyətdə onunla düşmənçilik edirlər. Onlar dəfələrlə MİS-nin rəisinə, Polis Şöbəsinin yaşadıqları sahə üzrə rəisinə şikayət etsələr də, onlar bildirirlər ki, bu işin onlara aidiyyatı yoxdur. Məqalədə davam olaraq yazılmışdır ki, növbəti münaqişə zamanı qardaşının arvadı demişdir ki, “Gedin kimə istəyirsinizsə şikayət edin, biz hamısını yedizdirmişik". Buradan tamamilə aydın olur ki, nəyə görə kimsə onların problemi ilə məşğul olmur. Məqalədə davam olaraq göstərilir ki, o, hətta Xətai Rayon İcra Hakimiyyətinə də məktub göndərsə də, oradan da heç bir müsbət cavab almamışdır. Bundan sonra, o, dekabr 2022ci il tarixdə Xətai Rayon İcra Hakimiyyəti Başçısının qəbulunda olmuş və qardaşının özbaşına tikililəri barədə İH-nin başçısına məlumat vermişdir, hətta hamını “yedizdirdiklərini” bildirmələri barədə də demişdir. Bundan sonra da onların problemi həll edilməmiş və bildirilmişdir ki, məhkəməyə müraciət etmək hüquqları vardır. Məqalənin sonunda qeyd olunur ki, bütün səlahiyyətli orqanlar bu qanunsuzluğa göz yumur. Beləliklə, dərc olunan və paylaşılan məqalədə göstərilənlər birbaşa ona dəlalət edir ki, guya o, səlahiyyətli orqanlara, o cümlədən İcra Hakimiyyətinin vəzifəli şəxslərinə, Polis İdarəsinin vəzifəli əməkdaşlarına (şəxslərinə), onlar tərəfindən bilə-bilə qanunsuz hərəkətsizlik etmək, yəni onların qanunsuz hərəkətlərinə göz yummaq məqsədi ilə onlara rüşvət vermişdir. Qanunvericiliyin mənasına görə rüşvət - hər hansı bir vəzifəli şəxsə verilən pul və ya əşya şəklində maddi sərvətdir. Azərbaycan leksikonunda vəzifəli şəxsi yedizdirmək vəzifəli şəxsə rüşvət vermək (deməkdir) anlamıdır. M.Vüqar tərəfindən mediada dərc olunmuş və internet informasiya ehtiyatında paylaşılmış məqalədə göstərilənlər tamamilə yalandır. Məqalədə qeyd olunan sözləri o, heç vaxt deməmişdir. Vüqar Məmmədov aralarında özünün yaratdığı münaqişəni daha da qızışdırmaq, onu, vəfat etmiş həyat yoldaşının adını və uşaqlarını nüfuzdan salmaq, şərəf və ləyaqətlərini ləkələmək məqsədi ilə yalan olduğunu bilə-bilə “Kimə istəyirsiniz şikayət edin, biz hərkəsi yedizdirmişik“ məqaləsini uyduraraq mediada dərc etdirib, daha sonra həmin məqaləni internet informasiya ehtiyatlarında yayaraq, vəzifəli şəxslərə rüşvət vermə barədə ona böhtan atmaqla, CM-nin 312.2-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətdə onu ittiham etmişdir. Eyni zamanda onun qanunsuz əməli Xətai rayonunda fəaliyyət göstərən dövlət orqanlarına qarşı xalqın fikrində inamsızlıq yaratmağa yönəlmişdir. M.Vüqar xx.xx.2023-cü il tarixdə özünün “Facebook” səhifəsində hər kəsə müraciət edərək həmin paylaşımın onlar tərəfindən təkrar paylaşılmasını xahiş etmişdir. Bundan sonra “Facebook”da onun və dövlət qulluqçularının ünvanına xoşagəlməz şərhlər yazılmışdır. Nəticədə onun psixoloji və fiziki sağlamlığına ciddi zərər dəymiş, yüksək təzyiq və əsəb xəstəsinə çevrilmişdir. Bu xəstəlikdən müalicələr almağa məcbur olmuşdur. Qeyd olunan hallar M.Vüqarın “Facebook” internet səhifəsindən xüsusi CD diskə xx.xx.2025-ci il tarixdə köçürülmüş maddi sübutla təsdiq olunur. Şikayətin faktiki hallarına və hüquqi əsaslarına görə hesab edir ki, ona qarşı törədilmiş böhtan xarakterli cinayətin törədilmə yeri ünvan 1 olduğuna görə, hazırki şikayətin məhkəmə aidiyyəti Bakı şəhəri Xətai Rayon Məhkəməsidir. Vüqar Məmmədovun onu ittiham etdiyi əməl CM-nin 312.2-ci maddəsinə əsasən vəzifəli şəxsə qanunsuz hərəkətsizliyə görə rüşvət vermə kimi qiymətləndirilir. Cinayət Məcəlləsinin 312.2-ci maddəsində rüşvət verməyə görə nəzərdə tutulmuş cəza, CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Beləliklə, Vüqar Məmmədov yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları mediada və internet informasiya ehtiyatında yaymışdır. Həmin məlumatlarda onu ağır cinayət törətməkdə, yəni vəzifəli şəxslərə qanuna zidd olan hərəkətsizlik etdirmək məqsədi ilə onlara rüşvət verməkdə ittiham etmişdir. Bununla da Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Ona görə də X20 Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X20 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ilk olaraq bildirmək istəyir ki, o məqalədə rüşvət sözü işlətməmiş, heç bir məbləğ göstərməmişdir. Lakin, onlar inzibati məhkəmədə onun evin kupçasını 25000 manata aldığını bildirmişlər. Buna görə də o, onun barəsində şikayət etmişdir. Qohum olduğu üçün utandığından 147.1-ci maddə ilə şikayət etmiş, lakin onlar onu 147.2-ci maddə ilə şikayət etmişlər. Halbuki, o, orada rüşvət sözü işlətməmişdir. Keçən dəfə özü onun yoldaşına məhkəmə zamanı bildirmişdir ki, yoldaşına dediyi sözləri yedizdirəcək. O bilmək istəyir ki, yoldaşına rüşvət yedizdirəcək? O məqalədə də o, rüşvət kimi yox, inzibati orqanı sözlə yedizdirməyi düşünmüşdür. Hətta onlar hələ tikinti aparmazdan əvvəl stroymaterial gətirəndə, yoldaşı polisə zəng etmək istəyəndə bildirmişdir ki, o, hamını yedizdirib, heç kim ona maneə ola bilməz. O, məqalədə heç ondan şikayət eləməmiş, o, polisin və icra orqanının hərəkətsizliyindən şikayətçi idi. O, yedizdirmək sözünü rüşvət mənasında yox, sözlə yedizdirmək mənasında demişdir.Beləliklə o, göstərilənləri nəzərə alaraq əməlində hər hansı cinayətin tərkibi olmadığından ona bəraət verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, yedizdirmək sözünü rüşvət mənasında işlətməmişdir və həmin sözü dəfələrlə Şəfiqə Məmmədovanın məhz özündən eşitmişdir. Bundan əlavə onun ayrı iki qardaşı da var, dərc etdiyi məqalədə qeyd etdiyi sözlərin Şəfiqə Məmmədovaya ünvanlandığını təsdiqləyən heç bir sübut da yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs X9 müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 çıxış edərək bildirmişdir ki, xüsusi ittihamçı X10 şikayətində X13 AR CM-nin 147.2-ci maddəsində göstərilən əməli törətməkdə ittiham edir və ittihamın əsası kimi onu göstərmişdir ki, X9 facebook səhifəsində onun barəsində xx.xx.2023-cü il tarixdə "Jaluytes komu xotite, mi vsex nakormili" (Kimə istəyirsiniz şikayət edin, biz hərkəsi yedizdirmişik)” sözləri yazılmışdır, xüsusi ittihamçı göstərir ki, “dərc olunan və paylaşılan məqalədə göstərilənlər birbaşa ona dəlalət edir ki, guya mən səlahiyyətli orqanlara, o cümlədən İcra Hakimiyyətinin vəzifəli şəxslərinə, Polis İdarəsinin vəzifəli əməkdaşlarına (şəxslərinə), onlar tərəfindən bilə-bilə qanunsuz hərəkətsizlik etmək, yəni bizim qanunsuz hərəkətlərimizə göz yummaq məqsədi ilə, onlara rüşvət vermişəm. Qanunvericiliyin mənasına görə rüşvət - hər hansı bir vəzifəli şəxsə verilən pul və ya əşya şəklində maddi sərvətdir. Azərbaycan leksikonunda vəzifəli şəxsi yedizdirmək - vəzifəli şəxsə rüşvət vermək (deməkdir) anlamıdır.” Azərbaycan Respublikası CM-in 147-ci maddəsinə əsasən təhqir kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Yuxarıda qeyd edilən qanun normalarının tələblərinə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Bu isə o deməkdir ki, şəxs CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinə yalnız onun əməlində həmin maddələrlə nəzərdə tutulmuş bütün əlamətlərin mövcudluğu mötəbər sübutlarla təsdiq edildiyi halda cəlb edilə bilər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qərarın 6-cı bəndində göstərilir ki, Avropa Məhkəməsinin president hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın onu yayan şəxs üçün bilə-bilə yalan olması; belə məlumatların yayılması. Аzərbаycаn Respublikası CM-in 147-ci maddəsinin dispozisiyasında təhqir dedikdə, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. X9 xüsusi ittihamçının xüsusi ittihamında qeyd edilən məlumatı paylaşmaqda məqsədi X3 şərəf və ləyaqətini ləkələmək və ya nufuzdan salmaq deyil, uzun illərdi həqiqət olduğuna inandığı və araşdırılmasını qanuni yollarla tələb etdiyi məsələnin, yaşadığı həyətdə qanunsuz tikililərin sökülməsi probleminin həllini tapması, aidiyyəti dövlət orqanlarını iş üzrə araşdırma aparılaraq obyektiv həqiqətin üzə çıxarılmasına çağırışlar etmək, səsinin müvafiq dövlət orqanları tərəfindən duyulması olmuşdur. Məhkəmə istintaqı zamanı da verilmiş suallara cavab olaraq Vüqar Məmmədov sosial şəbəkəyə şikayətinin ünvanlamaqda məqsədinin həyətdə qanunsuz tikililərin aparılmasına dövlət orqanlarının diqqətini cəlb etmək olduğunu bildirmişdir. Həmçinin məqalədə X9 xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələmək və ya nüfuzdan salmaq məqsədinin olmadığını o hal da təsdiq edir ki, əvvəla paylaşılan məlumatda X3 adı, soyadı, ata adı, ümumiyyətlə onu tanıdan hər hansı konkret bir məlumat, konkret ünvan qeyd edilmir. Xüsusi ittihamçının müdafiəçisi çıxışında göstərmişdir ki, paylaşımda X3 mərhum həyat yoldaşı Etibarın adı çəkildiyindən xüsusi ittihamçıya işarə edilməsi aydındır, lakin həmin paylaşımda Etibar adı da çəkilmir. Eyni zamanda paylaşımda X3 şərəf və ləyaqətini ləkələnməsi, təhqir hesab edilən, onun şərəf və ləyaqətini nalayiq formada alçaldan sözlərlə təhqir edilməsi, şəxsin ünvanına qarşı mənəvi-əxlaq dəyərlərinə və birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olmayan heç bir ifadə işlədilməmişdir. Xüsusi ittihamçının istinad etdiyi “yedizdirmək” sözünün rüşvət vermək kimi mənaya malik olmasına dair heç bir sübut təqdim edilməmişdir. X20 məhkəmə iclasında “yedizdirmək” sözünün rüşvət verilməsi kimi deyil, sözlə cavabının verilməsi kimi başa düşdüyünü və qəbul etdiyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş “https://ustacaz.wordpress.com/wpcontent/uploads/2024/09/sc999dulla-sirinov-hecnc999-olmazdan-cox-sey-olurmus.pdf” internet ünvanında dərc edilmiş yazıçı Sədulla Şirinovun “Heç nə olmaz” əsərinin 162-ci səhifəsində “Gec-tez sənə elə bir sürpriz yedirdəcəyəm ki, doğulduğuna peşman olacaqsan”, “https://marja.az/101857/azerbaycan-pasinyana-sozunu-yedizdirmekniyyetindedir” internet ünvanındakı “Azərbaycan Ermənistana sözlərini yedizdirmək niyyətindədir” məqaləsinin məzmununda yazılan “Azərbaycan Ermənistana “Qarabağ Ermənistandır və nöqtə” sözlərini geri götürməyə, danmağa məcbur edir. "Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır" və digər bu kimi məzmunlu ifadələr, “https://nezermedia.az/medeniyyetvemaqazin/11788-tolik-İlhamenin-dushmenlerindenyazdi.html” internet ünvanında “bəzilerinin cavabını vaxtında verdi, əsas odur ki, ölənə qədər də qabağından yemədi, yedizdirdi!” ifadələrinin hazırki halda isə “hər kəsi yedizdirmişik” ifadəsinin kiminsə sözünün qarşısında söz deməyi, cavabını qaytarmağı, nəyisə sübuta yetirmək mənasını daşıdığını aydın göstərir və bu kimi misalları çoxlu sayda göstərmək olar. “Yeyinti” sözü ilə “yedizdirmək” sözü tamam başqa məna verən sözlərdir, eyni söz deyildirlər, hətta onlar fərqli nitq hissələrinə aiddirlər, belə ki, “yeyinti” isim, “yedizdirmək” isə feldir. Bundan əlavə xüsusi ittihamçının ittihamının əsası kimi göstərdiyi ifadəni həqiqətən də həyətdə Vüqar Məmmədov və ailə üzvləri ilə münaqişə zaman işlətdiyini məhkəmə iclasında ifadə vermiş şahidlər də təsdiq etmişlər və həmin şahidlərin ifadələrinin mötəbərliyi şübhə doğurmur. X2 “hamını yedizdirmək” ifadəsini “hamının cavabını vermək, öz mövqeyini sübuta yetirmək” kimi başa düşür və Ş.Məmmədovanın dövlət orqanlarının əməkdaşlarına öz mövqeyini sübuta yetirməsinə, onların cavabını verə bilməsinə V.Məmmədovun inamını yaradan Şəfiqə Məmmədovanın səs yazısının olduğu disk də məhkəməyə təqdim edilmişdir. Həmin diskdəki səs yazısından görünür ki, X21 Məmmədovun arvadı Kəmalə Məmmədova polis çağırdığını bildirəndə Şəfiqə Məmmədova “Polisə zəng elə de qoy gəlsin görüm buranı sökə biləcək ya yox”, “Sən çəkil. Çəkil ...(nalayiq ifadə), Gəlsin polis ...(nalayiq ifadə) yeyir” ifadələrini işlədir, qeyd edilən ifadələrdə hiss olunan Şəfiqə Məmmədovanın arxayınçılığı Vüqar Məmmədovda Ş.Məmmədovanın “kiminsə cavabını verə bilmək, öz mövqeyini sübuta yetirmək” iqtidarında olması təəsüratını yaratmışdır. Xüsusi ittihamçı məhkəmə iclasında bildirmişdir ki, facebook səhifəsində məqalə yerləşdirilən zaman həyətdə X2un kameraları quraşdırılmışdı və əgər həqiqətən də Şəfiqə Məmmədova tərəfindən hal-hazırda xüsusi ittihamın əsasını təşkil edən sözlər deyilmiş olsa idi o zaman kamera bunu qeydə alardı və məhkəməyə bu sübut qismində təqdim edilmiş olardı. Lakin, yaşadıqları evin həyətinə Vüqar Məmmədov tərəfindən kameralar 2024-cü ilin iyul ayında quraşdırılmışdı, ondan əvvəl isə həyətdəki kameralar Şəfiqə Məmmədovaya məxsus olmuşdur. Yəni məqalə dərc edilən zaman həyətdə Vüqar Məmmədova məxsus olan kameralar olmamışdır. Bu barədə kameraların satın alındığı mağazadan arayış məhkəməyə təqdim edilmişdir. Şəfiqə Məmmədova tərəfindən kameralar daha əvvəl quraşdırıldığı üçün Vüqar Məmmədov tərəfindən kamera quraşdırılmış olsa idi o zaman Şəfiqə Məmmədova kamera görüntülərini məhkəməyə təqdim etmiş olardı. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1(102)-685/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında ifadə olunan mövqeyinə əsasən “Böhtan yalnız birbaşa qəsdlə törədildiyi üçün şəxsi həmin cinayətdə təqsiri təsdiq etmək üçün hökmdə onun bu barədə niyyəti olduğunu təsdiq edən sübutlara və hallara istinad etmək lazımdır. Bununla əlaqədar aradan qaldırılması mümkün olmayan şübhələr yarandıqda, onlar təqsirləndirilən şəxsin lehinə şərh edilməlidir. Şəxsin təqsirini sübut etmək, yəni qəsdi və yayılmış məlumatın yalan olması bildiyini sübut etmək vəzifəsi isə xüsusi ittihamçının üzərinə düşür. Məhkəmə kollegiyası toplanmış sübutların məcmusuna nəzər salıb hesab edir ki, məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, həmin sübutlar barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azərbaycan Respublikasının CM-in 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli olmasına dair mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmələr əsaslı olaraq belə qənaətə gəlmişlər ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X3 qarşı Azərbaycan Respublikasının CM-in 147.2 və 148-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirin olması, yəni yalan olduğunu biləbilə xüsusi ittihamçını nüfuzdan salan məlumatları kütləvi çıxışlarda yayma əməlinin olması sübuta yetirilməmişdir. X1 əməldə CM-in 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibinin subyektiv cəhətin mövcud olmaması onun cinayət məsuliyyətini istisna edir”. Beləliklə, göstərilənlərə əsasən o, hüquqlarını müdafiə etdiyi X14 AR CM-nin 147.2-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X10 ifadəsində göstərmişdir ki, yoldaşı rəhmətə gedəndən sonra o, qardaşı ilə icra hakimiyətinə getmişdir ki, evinin dağılmış hissəsini bərpa etmək üçün icazə alsın. Lazımi icazələri aldıqdan sonra evi təmir etməyə başlamışdır. O da buna görə gedib “facebook” da yazmışdır ki, guya o, icra hakimiyətini yedizdirmiş, icazə ona görə verilib. Bu yazıları qardaşı uşaqları görüb ona zəng etmişlər ki, bu nə yazılardır, hamı bunları görür, ayıbdır. Bu hadisədən sonra əsəbləri tamamilə pozulmuşdur. “Yedizdirmişəm” sözünü, o, rüşvət vermişəm mənasında yazıb. Qardaşı oğlu X18 ona zəng etmiş və demişdir ki, bu nə yazılardı o yazıb, camat bunu görür. Beləliklə, o, X9 əməlində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin tərkibi mövcud olduğuna görə onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, həmin ünvanda anadan olandan yaşayır. Onların arasında yaranan mübahisə mülk üzərində yaranmışdır. Münaqişələr 2015-ci il tarixindən, anası rəhmətə gedəndən sonra yaranmışdır. Mübahisələr əsasən boş şeylərin üstündə başlayırdı, məsələn: burdan keçmə, burada oturma, evinə çox adam gəlir, mən narahat oluram, bu kimi məsələlərə görə mübahisə yaranmışdır. Həmin məqaləni oxumuşdur. Şəfiqə özü onların yanında dəfələrlə demişdir ki, o hər yeri yedizdirmiş, onun tikdiyini heç kim sökə bilməz. Şəfiqə həmin sözləri onun bacısının yanında da, demişdir. Həmin ifadələri evlər tikilməyə başlayandan, təxminən 3-4 il olar ki, işlədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Şəfiqə ilə onların şəxsi ədavətləri yoxdur. Sadəcə olaraq mülk üzərində bəzi problemlərimiz yaranmışdır. Həmin münaqişə böyük qardaşı sağ olandan mövcuddur və onun sağlığında belə münaqişələrin düzgün olmadığını bildirsə də, qardaşı onların işinə qarışmamağı bildirmiş, bundan sonra o, heç nəyə qarışmamışdır. Hazırki şikayət olunan məsələ ilə bağlı bildirir ki, bir dəfə qalmaqal olanda qardaşı Şəfiqəyə onu şikayət edəcəyini bildirmiş, Şəfiqə də qardaşına bildirmişdir ki, o, lazımi orqanları yedizdirmişdir, ona heç kim heç nə edə bilməz. Şəfiqənin həmin sözü deməsini özü eşitmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X20 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçıların gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.2-ci maddəsinə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Xüsusi ittihamçı X10 təqsirləndirilən şəxs X9 yalan olduğunu bilə-bilə “1news.az” adlanan kütləvi informasiya vasitəsi sayılan redaksiyada və “Facebook” internet səhifəsində “Jaluytes komu xotite, mı vsex nakormili” (Kimə istəyirsiniz şikayət edin, biz hərkəsi yedizdirmişik) adlı məqalə dərc edərək onu vəzifəli şəxsə qanunsuz hərəkətsizliyə görə rüşvət verməkdə ittiham etməsini əsas gətirmişdir. Məhkəmə baxışı zamanı sübut növü kimi təqdim edilmiş 01 ədəd fleşkartda olan görüntülərə baxış zamanı müəyyən olmuşdur ki, X20 “1news.az” adlanan kütləvi informasiya vasitəsi sayılan redaksiyada öz adından xx.xx.2023-cü il tarixdə “Jaluytes komu xotite, mı vsex nakormili” (Kimə istəyirsiniz şikayət edin, biz hərkəsi yedizdirmişik) adlı məqalə dərc etdirmişdir. Daha sonra, Vüqar Məmmədov həmin məqaləni xx.xx.2023cü il tarixdə özünün “Facebook” internet səhifəsində həm rus, həm də azərbaycan dilində yerləşdirmiş və paylaşmışdır. Lakin məhkəmə iclasına təqsirləndirilən şəxs X20 ona elan edilmiş ittiham ilə əlaqədar olaraq ifadəsində qeyd etmişdir ki, o məqalədə rüşvət sözü işlətməmiş, heç bir məbləğ göstərməmişdir. Lakin, onlar inzibati məhkəmədə onun evin kupçasını 25000 manata aldığını bildirmişlər. Buna görə də o, onun barəsində şikayət etmişdir. Qohum olduğu üçün utandığından 147.1-ci maddə ilə şikayət etmiş, lakin onlar onu 147.2-ci maddə ilə şikayət etmişlər. Halbuki, o, orada rüşvət sözü işlətməmişdir. Keçən dəfə özü onun yoldaşına məhkəmə zamanı bildirmişdir ki, yoldaşına dediyi sözləri yedizdirəcək. O, bilmək istəyir ki, yoldaşına rüşvət yedizdirəcək? O məqalədə də o, rüşvət kimi yox, inzibati orqanı sözlə yedizdirməyi düşünmüşdür. Hətta onlar hələ tikinti aparmazdan əvvəl stroymaterial gətirəndə, yoldaşı polisə zəng etmək istəyəndə bildirmişdir ki, o, hamını yedizdirib, heç kim ona maneə ola bilməz. O, məqalədə heç ondan şikayət eləməmiş, o, polisin və icra orqanının hərəkətsizliyindən şikayətçi idi. O, yedizdirmək sözünü rüşvət mənasında yox, sözlə yedizdirmək mənasında demişdir. Həmçinin, o, bildirmişdir ki, yedizdirmək sözünü rüşvət mənasında işlətməmişdir və həmin sözü dəfələrlə Şəfiqə Məmmədovanın məhz özündən eşitmişdir. Bundan əlavə onun ayrı iki qardaşı da var, dərc etdiyi məqalədə qeyd etdiyi sözlərin Şəfiqə Məmmədovaya ünvanlandığını təsdiqləyən heç bir sübut da yoxdur. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, onların arasında yaranan mübahisə mülk üzərində yaranmışdır. Münaqişələr 2015-ci il tarixindən, anası rəhmətə gedəndən sonra yaranmışdır. Mübahisələr əsasən boş şeylərin üstündə başlayırdı, məsələn: burdan keçmə, burada oturma, evinə çox adam gəlir, mən narahat oluram, bu kimi məsələlərə görə mübahisə yaranmışdır. Həmin məqaləni oxumuşdur. Şəfiqə özü onların yanında dəfələrlə demişdir ki, o, hər yeri yedizdirmiş, onun tikdiyini heç kim sökə bilməz. Şəfiqə həmin sözləri onun bacısının yanında da, demişdir. Həmin ifadələri evlər tikilməyə başlayandan, təxminən 3-4 il olar ki, işlədir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Şəfiqə ilə onların şəxsi ədavətləri yoxdur. Sadəcə olaraq mülk üzərində bəzi problemləri yaranmışdır. Həmin münaqişə böyük qardaşı sağ olandan mövcuddur və onun sağlığında belə münaqişələrin düzgün olmadığını bildirsə də, qardaşı onların işinə qarışmamağı bildirmiş, bundan sonra o, heç nəyə qarışmamışdır. Hazırki şikayət olunan məsələ ilə bağlı bildirir ki, bir dəfə qalmaqal olanda qardaşı Şəfiqəyə onu şikayət edəcəyini bildirmiş, Şəfiqə də qardaşına bildirmişdir ki, o, lazımi orqanları yedizdirmişdir, ona heç kim heç nə edə bilməz. Şəfiqənin həmin sözü deməsini özü eşitmişdir. Beləliklə, məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmələrini, ümumiyyətlə təqsirləndirilən şəxs X9 və şahidlər Ruhiyyə Məmmədova və Zülfiyyə Quliyevanın ifadələri arasında hər hansı bir ziddiyət olmamasını, onların ifadələri ilə iş materiallarında olan və məhkəməyə təqdim olunmuş sübutların uzlaşdığını, xüsusi ittihamçı X3 məhkəmə iclasında verdiyi “dövlət orqanlarını yedizdirmək sözünün dövlət orqanlarına rüşvət vermək kimi işlədilməsini” və ona böhtan atılmasına dair ifadəsinin yuxarıda qeyd olunan faktlarla təsdiqini tapmadığını nəzərə alaraq təqsirləndirilən şəxs X9 və şahidlər Ruhiyyə Məmmədova və Zülfiyyə Quliyevanın ifadələrinin daha mötəbər olmasına inanır və şəxsin əməlində böhtan cinayətinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlir. Habelə, təqsirləndirilən şəxs X9 müdafiəçisi Müdafiəçi1 məhkəməyə “Mücrü Nəşriyyatı” tərəfindən dərc edilmiş Sədulla Şirinovun romanından bir hissəni təqdim edərək “yedizdirmək” sözünün müxtəlif mənalarda istifadə olunduğunu, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən paylaşılmış məqalədə “yedizdirmək” sözünün məhz Şəfiqə Məmmədova tərəfindən vəzifəli şəxslərə rüşvət verilməsi mənasında deyilmədiyini və bunun əksini təsdiqləyən sübutların da məhkəməyə təqdim edilmədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X20 tərəfindən xx.xx.2023-cü il tarixdə “1news.az” adlanan kütləvi informasiya vasitəsi sayılan redaksiyada və “Facebook” internet səhifəsində “Jaluytes komu xotite, mı vsex nakormili” (Kimə istəyirsiniz şikayət edin, biz hərkəsi yedizdirmişik) adlı məqalə dərc edilsə də, həmin məqalədə qeyd edilən “yedizdirmək” sözünün Şəfiqə Məmmədova tərəfindən vəzifəli şəxslərə və ya qeyrilərinə rüşvət verilməsi kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsas yoxdur. Həmçinin, nəzərə çatdırılmalıdır ki, “Elektron Məhkəmə İnformasiya Sistemin”dən məlum olduğu kimi iddiaçılar X7, X10, X1 cavabdehlər X20, X16, X12, X17 qarşı maneənin aradan qaldırılmasına dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsinə baxılmışdır ki, qeyd olunan hal bir daha özü-özlüyündə tərəflərin arasında düşmənçilik və ədavətin olmasını, münasibətlərinin pozulduğunu təqsdiqləyir və bu səbəbdən məhkəmə xüsusi ittiham qaydasında şikayətdə qeyd olunan “yedizdirmək” sözünün Ş.Məmmədova tərəfindən rüşvət vermək mənasına yozulmasını özünün şəxsi düşüncəsi kimi dəyərləndirir. Bununla yanaşı, məhkəmə isintaqı zamanı barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxsin müdafiəçisi tərəfindən təqdim edilən romandan gətirilən sitatdan da göründüyü kimi “yedizdirmək” sözünün müxtəlif mənalarda istifadə olunması və başqa sözləri əvəz etməsi halı istisna olunmur. Həmçinin, məhkəmə iclasında təqsirləndirilən şəxs X9 müdafiəçisi Müdafiəçi1 tərəfindən təqdim edilmiş CD diskdə olan audioyazıya baxış keçirdirilmiş və xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 “Gəlsin polis, p** yeyir” cümləsindən istifadə etdiyi müəyyən edilmişdir. Bu hal bir daha təqsirləndirilən şəxs X9, şahidlər X6 və X4 verdikləri ifadələrinin doğru olmasına məhkəmədə inam yaradır. Habelə, məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinin dispozisiyasında rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi qeyd edilmişdir. Həmin cinayət özlüyündə az ağır cinayət hesab edilir. Həmin məcəllənin 312.2ci maddəsinin dispozisiyasında vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə qeyd edilmişdir, həmin cinayət ağır cinayət hesab edilir. Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət vermə isə vəzifəli şəxsə qanunsuz hərəkətlərə görə rüşvət verilməsini ehtiva edir. Lakin təqsirləndirilən şəxs X9 məqalədə qeyd etdikləri X3 tərəfindən həmin maddələrin dispozisiyasında qeyd edilmiş əməllərin törədilməsinə dəlalət etmir. Odur ki, məhkəmə, təqsirləndirilən şəxs X9 xx.xx.2023-cü il tarixdə “1news.az” adlanan kütləvi informasiya vasitəsi sayılan redaksiyada və “Facebook” internet səhifəsində “Jaluytes komu xotite, mı vsex nakormili” (Kimə istəyirsiniz şikayət edin, biz hərkəsi yedizdirmişik) adlı məqalədə qeyd etdiklərinin məzmununda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibinin olması ilə razılaşmır və hesab edir ki, məhkəməyə təqdim olunmuş sübutlarla da həmin maddənin dispozisiyasında təsbit edilmiş cinayət əməlinin tərkibinin olması öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1.1-ci maddəsinin əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinin əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. X26 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.2.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən ºəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X5rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X14 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində böhtan cinayətinin tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X14 istinad edilən ittiham üzrə bəraət verilməli, iş üzrə maddi sübut hesab edilən 01 ədəd fleşkart və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-350, 352- 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. İş üzrə maddi sübut hesab edilən 01 ədəd fleşkart və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar