Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-283/2021 30.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, Nərimanov rayon məhkəməsinin 18.11.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi ev 5, inzibati binada qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 4 saylı CÇM-də cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Mənzil X3 ünvan 2 ünvanında inşa edilmiş “Yasamal yaşayış kompleksi”nin binalarında yerləşən mənzilin ipoteka yolu ilə alınmasına kömək edəcəyinə dair yalandan vəd verib, inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb Zərərçəkmiş şəxs ilkin ödəniş və sair xərclər adı ilə 17 sentyabr 2020-ci il tarixdə saat 13 radələrində ünvan 4 ünvanında yerləşən 36 saylı notariat ofisinin qarşısında 1000 (min) manat və 24 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində həmin ünvanda 6100 (altı min yüz) manat olmaqla, ümumilikdə 7100 (yeddi min yüz) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsini bitirmişdir. Universitetdə oxuyan zaman qrup yoldaşı Fəridə adlı qızın bacısı Aynur tez-tez onların yanlarına gəlib getmişdir. Aynur onların yanına gedib gələn zaman müəllimlərindən birinin Azərbaycan Respublikası Milli Məclisin deputatı Jalə Əliyeva olduğunu bildirmişdir. O, Jalə Əliyevanı televiziyadan görüb tanımış, eyni zamanda Aynur da Jalə xanım haqqında çox danışmışdır. Hətta söhbətlərin birində Aynur Jalə xanımın istifadəsində olan mobil nömrəni onlara vermişdir. O da həmin nömrələri telefonunun yaddaşına qeyd etmişdir. Aynur Jalə xanımı söhbətlərində çox tərifləyərək Jalənin çox mehriban, xeyirxah, insanları başa düşən qadın kimi təqdim etmiş və tələbələrin hər hansı bir problemi olarsa həll etməyə çalışdığını da bildirmişdir. O da fikirləşmişdir ki, Jalə xanımla əlaqə saxlayıb ondan öz yanında və yaxud başqa bir yerdə iş təşkil etməsini istəsin. Həmin vaxt o, fikirləşmişdir ki, Jalə xanımla danışar və Jalə ona köməklik məqsədi ilə yanında işə götürər. Buna görə özünün adına “Nazrinka A-va” adlı facebook sosial səhifəsində profili açaraq orada iş yeri olaraq Milli Məclisi qeyd etmişdir. Bundan sonra bir çox tanışları onu yeni işi münasibəti ilə təbrik etməyə başlayan zaman o, tanışlarına deputat Jalə Əliyevanın köməkçisi olduğunu bildirmişdir. Bundan sonra o, evi olmadığı və kirayə yaşadığı üçün MİDA-nın Yasamal rayonu ərazisində tikilən sosial binalardan birindən mənzil almaq istəmişdir. Bununla bağlı maraqlandıqda həmin mənzillərin yanında işləyən adını bilmədiyi bir şəxs ona həmin mənzillərdən qanunsuz yolla, yəni növbədən kənar şəkildə almağın mümkün olduğunu bildirmişdir. O da fikirləşmişdir ki, imkanı olsa oradan ucuz qiymətə ev alar. Lakin maddi imkanı olmadığı üçün bu məsələ ilə maraqlanmamışdır. Bundan sonra o, bir neçə nəfər şəxsə özünü Jalə Əliyevanın köməkçisi olduğunu bildirib həmin şəxslərə Yasamal rayonu ərazisində inşa edilmiş sosial evlərin növbədən kənar təşkil edilməsinə köməklik edəcəyini bildirib pul alaraq şəxsi işlərinə xərcləmişdir. Zərərçəkmiş şəxs 2020-ci ilin sentyabr ayından tanımışdır. Fərhad “Facebook” sosial şəbəkəsində “MiDA”nın səhifəsinə daxil olaraq orada rəy hissəsində iş yeri olmadan sosial ev ala bilib-bilməyəcəyi barədə soruşmuşdur. Həmin vaxt o, istifadə etdiyi “Nazrinka A-va” adlı profili ilə rəy yazaraq bunun mümkün olduğunu və bu yolla qohumuna da ev təşkil etdiyini bildirmişdir. Bundan sonra Fərhad onun “Facebook” profilinə şəxsi də yazaraq bunu necə etdiyini soruşmuşdur. O, Fərhada özünü Nezrin kimi təqdim edib, tanışlıq vasitəsi ilə xalası oğluna Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən sosial evlərdən güzəştli şərtlərlə ev götürdüyünü, Milli Məclisdə işlədiyini bildirmişdir. Fərhad ona inandığı üçün ona da köməklik etməyini xahiş etmişdir. O da maddi imkanı olmadığı üçün Fərhadı aldadaraq sosial ev təşkil edəcəyi adı ilə pul alaraq borclarına verməyi, sonra isə Fərhadın pulunu qaytarmağı düşünmüşdür. Söhbət zamanı o, Fərhadın etibarını qazanmaq üçün bunu insanlıq xatirinə etdiyini və heç bir maddi marağı olmadığını bildirmişdir. Fərhad ona inandıqdan sonra o, istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni Fərhada verib, yalandan həmin nömrənin Mili Məclisə işləyən Nurlana adlı qadına məxsus olmasını və həmin nömrəyə zəng vuraraq nömrəni ondan almasını deməsini bildirmişdir. Həmçinin Fərhad ondan bu işi kimlərin gördüyünü soruşduqda o, Fərhada “MİDA”nın öz işçiləri olduğunu bildirmişdir. Fərhad verdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq özünü təqdim edən zaman o, özünü Fərhada Nurlana adı ilə təqdim etmişdir. Söhbət zamanı o, Fərhada adına ev götürməyin mümkün olmadığını bildirən zaman, Fərhad ona qardaşı Vəlinin müəllim işlədiyini bildirib evi qardaşının adına götürməyin mümkün olub-olmadığını soruşmuşdur. O da Fərhada Vəlinin adına götürməyin mümkün olduğunu deyib, sənədlərin siyahısını “whatsapp” proqramı vasitəsi ilə atacağını, sənədlər hazır olduqdan sonra isə 7200 manat pul verəcəyini, ilkin olaraq 1000 manat beh verməyini, həmin pulu da notarial qaydada verəcəyini demişdir. Fərhad da ona inandığı üçün razılaşmışdır. Həmçinin o, Fərhada qardaşı Vəlinin adına iş yerindən işləməsi və nə qədər maaş alması barədə arayış alıb “Nezrinə”, yəni ona verməsini demişdir. Bundan bir neçə gün sonra Fərhad Nurlana kimi bildiyi ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq pulun və sənədin hazır olduğunu demişdir. O da, Fərhada özü gələ bilməsə pulu “Nezrinə” verməsini bildirmişdir. Bundan sonra Fərhad yenidən “facebook” sosial şəbəkəsi vasitəsi ilə onunla danışmış və o, Fərhada istifadəsində olan digər ***-***-**-** saylı mobil nömrəni vermişdir. Fərhad onunla danışıb pul və sənədin hazır olmasını deyərək görüşməyi təklif etmişdir. 17 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində ünvan 4 ünvanında yerləşən 36 saylı notariusda Fərhadla görüşmüşdür. Orada Fərhadı inandırmaq üçün söhbət zamanı Fərhada polisdə işlədiyini, “Nurlana” ilə sosial ev alan zaman tanış olduğunu, xalası oğluna və özünə Nurlananın köməkliyi ilə ev aldığını demişdir. Fərhad da onun əziyyət çəkdiyini, ona da hörmət edəcəyini demişdir. O, yenə də Fərhadın inamını qazanmaq üçün ona heç bir şey lazım olmadığını, bunu insanlıq xatirinə etdiyini demişdir. Notariusda Fərhadla borc müqaviləsi bağlayaraq 1000 manat pulu Fərhaddan alaraq ayrılıb çıxıb getmişdir. Bundan təxminən 5 gün sonra Fərhad yenidən ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq qalan pulun da hazır olduğunu demişdir. O, yenidən Fərhadla Nurlana adı ilə danışaraq işinin çox olduğunu, işdən çıxa bilmədiyini, pulu yenə də Nezrinə verməsini bildirmişdir. Bundan sonra Fərhad istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq əlaqə saxladıqdan sonra, onlar yenə də 24 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanında yerləşən 36 saylı notariusda görüşmüşlər. Orada Fərhadla borc müqaviləsi bağlayaraq 6100 manat pul ona vermişdir. O, pulu Fərhaddan alandan sonra narahat olmamağı, tezliklə işin həll olacağını demişdir. Bundan sonra Fərhaddan aldığı ümumilikdə 7100 manat pulu şəxsi işlərinə xərcləmişdir. Fərhad hər dəfə Nurlana kimi bildiyi ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq işlə bağlı maraqlanan zaman o, Fərhada müharibə vəziyyəti ilə əlaqədar olaraq, sistemin dayandırıldığını, sistem işə düşən kimi məsələni həll edəcəyini deyib vaxtı uzatmağa başlamışdır. O, Fərhada ***-***- **-** saylı nömrəni də vermiş və bir müddətdə həmin nömrə ilə danışmağa başlamışdır. 18.11.2020-ci il tarixdə digər şəxsləri aldadaraq dələduzluq etdiyi üçün Nərimanov Rayon Məhkəməsi tərəfindən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Daha sonra isə Fərhadın da, polisə şikayət etdiyini öyrənmişdir. Həmçinin Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq, 7100 manat pulu Fərhaddan “MİDA” tərəfindən tikilən Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən sosial evlərdən güzəştli kredit şərtləri ilə ona mənzil almaq adı ilə aldadıb aldığını, aldığı puldan heç kimə verməyib şəxsi işlərinə xərclədiyini, Milli Məclisdə işləmədiyini, Jalə Əliyevanı yalnız televiziya vasitəsi ilə gördüyünü, Nurlana kimi təqdim etdiyi şəxsin özü olmasını, Fərhadı inandırmaq və özünü müdafiə etmək məqsədi ilə bu cür bildirdiyini, əslində Fərhada Nurlana kimi bildirdiyi xanım özünün olduğunu və ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, uzun müddətdir kirayədə yaşadığı üçün özünə ev almaq istəmiş, lakin maddi vəziyyəti buna imkan verməmişdir. Buna görə də, o, internet vasitəsi ilə ipotekaya və ya sosial evlərə baxaraq necə mənzil ala biləcəyi ilə maraqlanmışdır. O, saytlarda araşdırma apararaq müəyyənləşdirmişdir ki, ipoteka və ya sosial ev götürmək üçün mütləq qaydada daimi iş yeri tələb olunmuşdur. O, internetdə “Facebook” sosial şəbəkəsində özünə məxsus profillə daxil olub sosial evlər üçün “MİDA”nın səhifəsinə daxil olmuşdur. Həmin vaxt o, orada rəylər olan hissəyə yazaraq, iş yeri olmadan sosial ev ala bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt “Nazrinka A-va” adlı istifadəçi rəy yazaraq bunun mümkün olduğunu və qohumunun bu qayda ilə ev aldığını bildirmişdir. O, həmin şəxsin “Facebook” profilinə şəxsi də yazaraq bunu necə etdiyini soruşmuşdur. Həmin şəxs özünü ona Nezrin kimi təqdim edib, tanışlıq vasitəsi ilə xalası oğluna Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən sosial evlərdən güzəştli şərtlərlə ev götürdüyünü bildirmişdir. O, Nezrinlə danışıb bunu necə etdiyini soruşub, ona da köməklik etməsini xahiş etmişdir. O, Nezrindən nə marağı olduğunu soruşduqda Nezrin ona bunu insanlıq xatirinə etdiyini və heç bir maddi marağı olmadığını bildirmişdir. Bundan sonra Nezrin ona ***-***-**-** saylı mobil nömrəni ona verib, həmin nömrənin Nurlana adlı qadın olmasını, həmin şəxsə zəng etməyini və nömrənin idarədən Nezrinin verdiyini deməyini bildirmişdir. O, Nezrində bu işi kimlərin gördüyünü, yəni kənar idarələr tərəfindən ya özlərinin etdiyini soruşmuş, Nezrin də ona “MİDA”nın öz işçiləri olduğunu demişdir. O, dərhal həmin nömrəyə zəng etmiş və telefona bir qadın cavab vermişdir. Həmin qadın özünü Nurlana kimi təqdim edib, Nezrinin ona dediyini bildirmişdir. O, “Nurlana” ilə danışan zaman Nurlana onun adına ev götürməyin mümkün olmadığını bildirmişdir. O da “Nurlana”ya qardaşı Vəlinin adına götürməyin mümkün olub-olmadığını soruşmuşdur. Qardaşı Vəli müəllim işləmiş və aylıq qazancı olmuşdur. “Nurlana”da ona Vəlinin adına götürməyin mümkün olduğunu deyib, sənədlərin siyahısını ona whatsapp proqramı vasitəsi ilə atacağını, sənədlər hazır olduqdan sonra isə 7200 manat pul verəcəyini, ilkin olaraq 1000 manat beh verməyini, həmin pulu da notarial qaydada verəcəyini demiş, o da razılaşmışdır. “Nurlana” ondan qardaşının adına iş yerindən işləməsi və nə qədər maaş alması barədə arayış alıb Nezrinə verməyini demiş, o da dərhal Vəliyə bu barədə demiş və bir neçə gün sonra Vəli iş yerindən arayış alıb ona vermişdir. O, “Nurlana” ilə danışıb pulun və sənədin hazır olduğunu demiş, “Nurlana”da ona özü gələ bilməsə pulu Nezrinə verməyini demişdir. O, yenə də “facebook” sosial şəbəkəsi vasitəsi ilə Nezrinlə danışmış və Nezrin ona istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni vermişdir. O, Nezrinlə danışıb, pulun və sənədin hazır olmasını demişdir. 17 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində ünvan 4 ünvanında yerləşən 36 saylı notariusda Nezrinlə görüşmüşdür. Nezrinlə söhbət zamanı Nəzrin ona polisdə işlədiyini, “Nurlana” ilə sosial ev alan zaman tanış olduğunu, xalası oğluna və özünə Nurlananın köməkliyi ilə ev aldığını demişdir. O, Nezrinə əziyyət çəkdiyini ona da hörmət edəcəyini demişdir. Nezrin isə ona heç bir şey lazım olmadığını, bunu insanlıq xatirinə etdiyini demişdir. O, orada Nezrinin tam adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Notariusda Nezrinlə borc müqaviləsi bağlayaraq, 1000 manat pulu Nezrinə vermişdir. Təxminən 5 gün sonra o, Nurlana ilə əlaqə saxlamış və qalan pulun da hazır olduğunu demişdir. Nurlana da ona işinin çox olduğunu işdən çıxa bilmədiyini, pulu yenə də Nezrinə verməyini bildirmişdir. O, Nezrinlə əlaqə saxlamış və onlar yenə də 24 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanında yerləşən 36 saylı notariusda görüşmüşlər. O, orada Nezrinlə borc müqaviləsi bağlayaraq, 6100 manat pul vermişdir. Nezrində ona tezliklə işin həll olacağını demişdir. O, Nurlana ilə də əlaqə saxlayan zaman 10 gün müddətinə məsələnin həll olacağını bildirmişdir. Bundan sonra o, işin gecikdiyini görüb, Nurlana ilə əlaqə saxlamağa başlamışdır, Nurlana da ona müharibə vəziyyəti ilə əlaqədar olaraq, sistemin dayandırıldığını, sistem işə düşən kimi məsələni həll edəcəyini demişdir. 2020-ci ilin dekabr ayının ortalarından o, Nurlana ilə əlaqə saxlaya bilməmiş, Nezrinə zəng etsə də, Nezrində telefonlara cavab verməmişdir. Bir müddət sonra Nezrinin anası Nezrinin mobil telefonuna cavab verib, Nezrinin COVİD-19 xəstəliyindən öldüyünü demişdir. O, özü Nezrin barəsində maraqlanmağa başlamış və Nezrinin ölmədiyini müəyyən etmişdir. Bundan sonra o, Xətai RPİ-nin 36-cı PB-nə ərizə ilə müraciət etmişdir. Nezrinə iki dəfə olmaqla 7100 manat pulu ünvan 4 ünvanında yerləşən 36 saylı notariusda vermiş, ona cəmi 7100 manat ziyan dəymişdir, Nurlananı görməmiş və Nurlanaya heç bir məbləğdə pul verməmişdir, Nezrinin Nurlana kimi tanış etdiyi qadınla telefonla danışmışdır. Həmçinin o qeyd etmişdir ki Təqsirləndirilən şəxs tərəfindən 1500 manat pul ona ödənilmişdir, lakin ziyanın qalan hissəsi ona ödənilməmişdir. Buna görə Təqsirləndirilən şəxs ilə barışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Bilgəh qəsəbəsinə yerləşən “X1”nda tibb bacısı işləmişdir. Təqsirləndirilən şəxs onun doğma qızıdır və Nezrin Azərbaycan Respublikası Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsini bitirmişdir. Qızı Nezrin MİDA-nın Bakı şəhəri Yasamal rayonu ərazisində tikilən sosial evlərin növbədən kənar təşkil edəcəyi adı ilə bir neçə şəxsdən pul alaraq onları aldatdığı üçün barəsində Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində cinayət işi başlanaraq istintaqı aparılmışdır. Həmin işin nəticəsi olaraq 18.11.2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 4 saylı X4 cəza çəkir. Zərərçəkmiş şəxs tanımamış, arasında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Nezrin həbs edildikdən sonra Nezrinin istifdəsində olan ***-***-**-** saylı mobil nömrəyə gələn zənglərə o, cavab vermiş və həmin şəxslərə danışıb dəymiş ziyanı ödənilməsi ilə bağlı danışıqlar aparmışdır. Fərhad da bir neçə dəfə Nezrinin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng vuran zaman o, cavab vermişdir. Həmin vaxtdan sonra o, bilmişdir ki, Nezrinin pul alaraq işini həll etmədiyi şəxslərdən biri də Fərhaddır. Telefonla Fərhad ona qızı Nezrinin ondan “MİDA” tərəfindən tikilən Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən sosial evlərdən güzəştli kredit şərtləri ilə mənzil almaq adı ilə aldadıb 7100 manat pul aldığını bildirmişdir. O, bu barədə sonradan Nezrin tutulduqdan sonra öyrənmişdir. Nezrin aldığı pullar barədə ona heç bir söz deməmiş və ona heç bir məbləğdə pul verməmişdir. Sonuncu dəfə Fərhad Nezrinin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng vuran zaman artıq qızı Nezrin həbs edildiyi üçün əsəbi olduğundan telefona cavab verən zaman Nezrinin “Covid-19” xəstəliyindən öldüyünü bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, Fərhad qızı Nezrinin onu aldadaraq ondan pul alması barədə polisə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası qızıdır. “xxxx” MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrə ona məxsus olmuşdur və o, həmin mobil nömrəni təxminən 6 il olar ki, alaraq istifadə etmişdir. Sonradan isə Nezrin ona istifadə etdiyi mobil nömrədən xoşu gəldiyini bildirib nömrəni istifadə etmək üçün ona verməsini xahiş etmişdi. O da Nezrinin xalası qızı olduğuna görə təxminən 2017-ci il tarixdə özünə məxsus ***-***-**-** saylı mobil nömrəni istifadə etmək üçün Nezrinə vermişdir. Həmin vaxtdan ***-***-**-** saylı mobil nömrə Nezrinin istifadəsində olmuşdur. Sonradan isə Nezrinin MİDA-nın Bakı şəhəri Yasamal rayonu ərazisində tikilən sosial evlərin növbədən kənar təşkil edəcəyi adı ilə bir neçə şəxsdən pul alaraq onları aldatdığı üçün həbs edildiyini öyrənmiş və Nezrinin bu hərəkətləri ailələri içərisində yaxşı qarşılanmadığı üçün Nezrinlə əlaqəni kəsmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 mart 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və aidiyyatı üzrə göndərilməsi qərara alınmışdır (i.v. 1); 17.09.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs 17.09.2020-ci il tarixdə Bakı şəhəri 36 saylı notariat kontorunda Təqsirləndirilən şəxs 1000 manat pul vermişdir(i.v.7); 24.09.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs 24.09.2020-ci il tarixdə Bakı şəhəri 36 saylı notariat kontorunda Təqsirləndirilən şəxs 6100 manat pul vermişdir(i.v.8); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 15); Təqdim etmə və baxış protokollarından görünür ki, Zərərçəkmiş şəxs “Facebook” sosial şəbəkəsində “Nazrinka A-va” adlı profil hesabı və Nurlana kimi tanıdığı Təqsirləndirilən şəxs ilə arasında olan “Whatsapp” yazışmalarının 30 ədəd A4 formatlı kağız üzərində əks olunmuş surətini istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi 30 ədəd A4 formatlı kağız üzərində olan sənədlərin surətinə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs ilə “Nazrinka A-va” adlı “Facebook” hesabı arasında sosial mənzillərin alınması barədə yazışmaların olması, özünü Nezrin kimi təqdim edən şəxsin Zərərçəkmiş şəxs sosial evlərin alınmasında müxtəlif yolların olmasını, həmin yollardan birinin notarial qaydada ödəniş edib 2 həftə ərzində sənədlərin sistemə salınmaqla əldə edilməsi, digər yolun tanışlıq yolu ilə olmasını bildirməsi, həmin binalara köçən və yaşayanların cəmi 5%-nin həmin şərtlərlə yaşasa da, qalanlarının başqa yolla köçürüldüyünü bildirməsi, xalası oğlunun da heç bir dövlət işçisi olmadan 10.000 manat ilkin ödəniş edərək sosial mənzillərdən əldə etdiyini bildirməsi, ***-***-**-** saylı Nurlana adlı şəxslə əlaqə saxlamayaraq mobil nömrəni Nezrindən almasını və onunla sosial evlərin əldə edilməsi barədə danışmasını, eyni zamanda ***-***-**-** saylı mobil nömrəni verərək onunla əlaqə saxlamasını, sosial evlərin əldə edilməsi barədə notarial qaydada pulların ödənilməsi ilə bağlı yazışmaların olması müəyyən edilmişdir. Həmçinin baxış zamanı “Whatshapp” proqramında Nurlana adlı şəxslə Zərərçəkmiş şəxs arasında sosial evlərin alınması ilə bağlı 6100 manat pulun ödənilməsi barədə yazışmaların olması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində “Nazrinka A-va” adlı profilin, eyni zamanda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin özünə məxsus olduğunu, Nurlana kimi təqdim etdiyi şəxsin özü olmasını, həmin hesabla və mobil nömrələrlə Zərərçəkmiş şəxsla əlaqə saxlayaraq sosial evlərin əldə edilməsi ilə bağlı danışıqlar apardığını, Zərərçəkmiş şəxs “Nazrinka A-va” adlı “Facebook” profil hesabı və “Whatshapp” proqramında yazılmış yazıların onun tərəfindən yazıldığını bildirmişdir(i.v.25- 56, 124-125); Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və iş materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs 18.11.2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 18 noyabr 2020-ci il tarixdən hesablanmışdır (i.v.65- 87); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir (i.v. 46-47); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin nəzərə alınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 Saylı CÇM-də cəza çəkməsi nəzərə alınmışdır (i.v.120-121); Pulun təqdim edilməsi barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi üçün anası Şahid1 tərəfindən 1500 manat pul təqdim edildi, həmin pul Zərərçəkmiş şəxs tərəfindən götürüldü (i.v.130- 131); Sübutların qiymətləndirilməsi haqqında 04 may 2021-ci il tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində Nərimanov rayon məhkəməsinin 18.11.2020-ci il tarixli hökmü ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək AR ƏN PX-nin 4 Saylı CÇM-də cəza çəkməsi nəzərə alınmış, 17.09.2020-ci il tarixli və 24.09.2020-ci il tarixli kredit müqavilələri maddi sübut kimi tanınmış, 30 ədəd A4 formatlı kağız üzərində olan sənədlərin surəti maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanın bir qisminin könüllü olaraq ödənilməsini CM-nin 59.1.14 və 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəzaya Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmalı, Təqsirləndirilən şəxs AR ƏN PX-nin 4 Saylı CÇM-də cəza çəkməsi nəzərə alınmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 18.11.2020-ci il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Maddi sübutlar 17.09.2020-ci il və 24.09.2020-ci il tarixli kredit müqavilələri, 30 ədəd A4 formatlı kağız üzərində olan sənədlərin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 noyabr 2020-ci il tarixdən hesablansın. Hazırda azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Maddi sübutlar 17.09.2020-ci il və 24.09.2020-ci il tarixli kredit müqavilələri, 30 ədəd A4 formatlı kağız üzərində olan sənədlərin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-283/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-283/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver