Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-284/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2n, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədilə tanışı Vətən Müharibəsi iştirakçısı Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək üçüncü qrup əlillik dərəcəsinin verilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 20 iyun 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 iş yeri olan avtomobillərin təmiri emalatxanasının yaxınlığında sonuncudan 500 manat, 22 iyun 2023-cü il tarixdə həmin ünvanda 300 manat, cəmi 800 manat nağd pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 800 (səkkiz yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədilə tanışı Vətən Müharibəsi iştirakçısı Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək Şəhid ailələri və Vətən Müharibəsinin əlilləri üçün ayırılmış mənzilin növbəsində adının irəli çəkilməsində və Bakı şəhərində mənzilin alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 25 avqust 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən «Papaq» kafesində Zərərçəkmiş şəxs1 1000 manat, 10 sentyabr 2023-cü il tarixdə həmin ünvanda 1300 manat, 14 sentyabr 2023-cü il tarixdə həmin ünvanda 100 manat, 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Mərkəzinin Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965 ünvanında yerlşəşən inzibati binasının qarşısında 50 manat, 25 sentyabr 2023-cü il tarixdə Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, 21 ünvanında yerləşən «Papaq» kafesində 100 manat, 29 sentyabr 2023-cü il tarixdə həmin ünvanda 100 manat, 06 oktyabr 2023-cü il tarixdə həmin ünvanda 70 manat, 16 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 «X12 Bankı» ASC-nin «Leobank» 4098 5844 6855 0668 nömrəli hesab kartından Xətai rayonu, Xocalı prospekti 37 ünvanında metronun «Xətai» stansiyası yaxınlığında tanışı Zərərçəkmiş şəxs2 “Leobank” 4098 5844 9167 6217 nömrəli kart hesabına köçürülmüş və sonuncunun vasitəsi ilə Xətai rayonu, Lütfüzadə küçəsi 14 ünvanında ona verilmiş nağd 10 manat, ümumilikdə 2730 manat pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə zərərçəkıniş şəxs X3 ümumilikdə 2730 (iki min yeddi yüz otuz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər dələduzluqla əlaqədar məhkum olunmuşdur. Zərərçəkmiş şəxs2la təxminən 2023-cü ilin əvvəllərində tanış olmuş, belə ki, məlum olmuşdur ki, P.X2 iştirakçısıdır, özü də 1-ci Qarabağ müharibəsinin iştirakçısı və əlili olduğu üçün tanış olmuşdur. Onunla söhbət zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 əlillik dərəcəsi yoxdur. Ona görə Zərərçəkmiş şəxs2 söz vermişdir ki, 3-cü dərəcəli əlillik dərəcəsinin alınmasında köməklik edəcəkdir. Yaralanması ilə əlaqədar 2023-cü ilin fevral ayında Sərhəd Xidmətinə müraciət etmiş, hospitala, sonra isə Ruhi əsəb dispanserinə getmişlər. 3-4 aya sənədi almışlar. 2023-cü ilin iyul ayında Pünhan ona 200 manat pul vermişdir ki, əlillik təyin olunması üçün göndəriş olmadan əlillik dərəcəsinin alınmasını həyata keçirsin. Sonra Pünhan ona 500 manat da pul vermişdir ki, əlillik dərəcəsi düzəlsin, lakin həmin pulu xərcləmiş, əlillik dərəcəsi alınmamışdır. Zərərçəkmiş şəxs2 cəmi 800 manat pul almışdır ki, onun 3-cü qrup əlillik dərəcəsi alınsın, lakin alınmamışdır. Həmin pulları öz ehtiyyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 dostudur, birlikdə müharibədə iştirak etmişlər və buna görə də Elməddin ilə tanış olmuşdur. Elməddin Qarabağ müharibəsinin əlilləri üçün güzəşltli ev növbəsində olmuşdur. Elməddinə söz vermişdir ki, Bakı şəhərində ev alınmasında və növbəsinin irəli çəkilməsində, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən evə qeydiyyata salınmasına köməklik edəcəkdir. Buna görə təxminən 25 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nizami metro stansiyasının yanında yerləşən «Papaq» kafesində Elməddindən 1000 manat pul almışdır. Lakin Elməddinin Bakı şəhərinə qeydiyyata düşməsi alınmamışdır. Bundan başqa, Elməddinin mənzil növbəsinin irəli çəkilməsi üçün həmin yerdə yerləşən «Papaq» kafesində 1300 manat, sonra da həmin kafedə və digər yerlərdə 100 manat, 50 manat miqdarda bir neçə dəfə pul almaqla cəmi Elməddindən təxminən 2720 manat pul almış, sonuncu 10 manat pulu ona təxminən 2023-cü ilin noyabr ayında Elməddin, Pünhanın bank kartına göndərmiş və həmin 10 manat pulu Pünhanın iş yeri olan Bakı şəhəri, Xətai rayonu, Lütfızadə küçəsində yeləşən avtomobillərin emalatxanasının yanında sonuncudan almışdır. Ev almaq növbəsinin irəli çəkilməsində köməklik etmək üçün Elməddindən cəmi 2730 manat pul almışdır. Beləliklə o, hal-hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam olaraq ödədiyini, onların şikayət və tələblərinin olmadığını, həmçinin, vurulmuş ziyanın 25%-i həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2020-ci ildə Vətən Müharibəsində iştirak etmiş və sol ayağından yaralanmışdır. 2022-ci ilin qış aylarında qardaşı Şahid işlədiyi Neapol dairəsi yaxınlığında avtomobil təmiri məntəqəsində işləyirmiş və orada adını sonra bildiyi Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs onun müharibə iştirakçısı olduğunu bilib demişdir ki, əvvəllər polis kapitanı olub, təqaüddədir, 1-ci Qarabağ müharibəsində ayağını itirib, ona polis formasında fotoşəkilini göstərmişdir. 2023-cü ilin may ayından ünvan 8 ünvanında yerləşən avtomobillərin təmiri emalatxanasında kondisionerlərin təmiri ilə məşğul olur. Təxminən 2023-cü ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs onun yanına tez tez gəlib ona yaralandığı üçün əlillik almalı olduğunu və həmin əllilik dərəcəsini almaq üçün ona köməklik edəcəyi barədə söhbətlər etmişdir. Təqsirləndirilən şəxs dediyinə görə 3-cü dərəcəli əlillik almaq üçün 1000 manat pul verməlidir. Təxminən 2023-cü ilin iyun ayının 20-də iş yerində Təqsirləndirilən şəxs 500 manat pul vermişdir ki, ona əllilik dərəcəsi və təqaüd düzəltsin. 1-2 gün sonra həmin yerdə Təqsirləndirilən şəxs 300 manat da vermişdir. Teymur ona işinin düzələcəyini söz verərək çıxıb getmişdir. Lakin «e-sosial» portalına dəfələrlə baxdıqda orada onun əlillik dərəcəsi almağını görməmişdir. Beləliklə təxminən 4-5 ay keçmiş və Teymurun onu aldatdığını başa düşdüyü üçün 34-cü Polis Şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs onun dostu Zərərçəkmiş şəxs1 də aldadaraq, ona sosial evlərdə ev alınmasında köməklik göstərəcəyini deyərək Elməddindən onun yanında hissə-hissə cəmi 2730 manat pul almışdır. Sonuncu dəfə Elməddin onun kartına 10 manat pulu göndərmiş və həmin pulu öz iş yerində Lütfızadə küçəsi, 14 ünvanda Teymura vermişdir. Həmin 10 manat məbləğində pul vəsaitinin köçürülməsi istintaqa təqdim etdiyi həmin pul köçürməsini əks etdirən qəbzin surəti ilə təsdiq olunur. Bundan başqa, xx.xx.2023-cü il tarixdə onun istifadə etdiyi bank kart hesabına “Milli ön” ödəniş terminalından 500 manat və ondan sonra həmin gün “eManat” ödəniş terminalından 1500 manat pul göndərilmələrini Təqsirləndirilən şəxs etmiş və demişdir ki, ordan 1700 manat pulu versin Elməddinə, 300 manatı isə özünə götürsün. Həmin bank çıxarışında göründüyü kimi həmin gün Təqsirləndirilən şəxs ona göndərdiyi 2000 manat puldan 1700 manat miqdarında pul vəsaitini Zərərçəkmiş şəxs1 göndərmiş, 300 manatı isə bankomatda nağdlaşdırmışdır. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə dəymiş ziyanın 25%-i miqdarında ödəniş edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci ildə Vətən Müharibəsində iştirak etmiş və döyüşlərdə aldığı kontuziyadan onda 3-cü qrup əlillik əmələ gəlmişdir. Zərərçəkmiş şəxs2la birlikdə xidmət etmişlər. 2023-cü ildə Pünhanla dönərxanada olduğu zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Pünhan ona demişdir ki, Teymur əvvəl polis əməkdaşı və hüquqşünas olmuşdur. Pünhan ona demişdir ki, əlillik dərəcəsi alınması üçün Teymura hissə-hissə 1000 manata qədər pul vermişdir. Teymur soruşmuşdur ki, dövlət ona ev vermişdirmi, biləndə ki, yox, həmin məsələnin tezləşdirə biləcəyini bildirmişdir. Lakin həmin vaxt Teymur Pünhanın işi ilə məşğul olduğu üçün Teymura öz işini deməmişdir. 2023-cü ilin iyun ayında Təqsirləndirilən şəxslə görüşmüş və Teymur ona demişdir ki, ev almaq üçün Bakı şəhərinə qeydiyyata düşməlidir və hansı sənədlər lazım olduğunu ona demişdir. Ondan sonra səhhəti ilə əlaqədar müalicə olmuş və 2023-cü ilin avqust ayında yenə Teymurla görüşdükdə Bakı şəhərinə qeydiyyata düşmək üçün sonuncu ondan 1000 manat pul istəmişdir. Təxminən 25 avqust 2023-cü il tarixdə ünvan 9 ünvanda yerləşən «Papaq» kafesində Təqsirləndirilən şəxs 1000 manat pul, şəxsiyyət vəsiqəsini və hərbi biletini vermişdir. Təqsirləndirilən şəxs ona söz vermişdir ki, Bakı şəhərinə qeydiyyata salacaq, lakin hansı ünvana deməmişdir. 2 gündən sonra şəxsiyyət vəsiqəsini və hərbi biletini ona qaytarmış və söz vermişdir ki, 15 iş gününə məsələ həll olunacaq. 15 gündən sonra isə demişdir ki, onu Nəsimi rayonu, Mirəli Qaşqay küçəsinə qeydiyyata salmışdır. Lakin sonradan öz qeydiyyatını yoxladıqda məlum olmuşdur ki, o, əvvəlki kimi İsmayıllı rayonu, Talıstan kəndində qeydiyyatdadır. Lakin Teymur buna görə demişdir ki, narahat olmasın, proses belə olmalıdır, ona da ev Nəsimi rayonunda veriləcək. Evin alınması üçün Teymur ondan 2000 manat pul istəmişdir. 10 sentyabr 2023-cü il tarixdə Teymura 1300 manat pul vermişdir. Bundan sonra Teymur ondan 200 manat borc almışdır. 10 sentyabr 2023-cü il tarixdə 1300 manat Teymura verəndən 3-4 gün sonra Şıxəli Qurbanov küçəsində yerləşən «Papaq» kafesində Teymur ev almaq məsələsini həll etmək üçün ondan əlavə 100 manat da almış, təxminən 10 gün sonra Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospekti, 1965 ünvanında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Mərkəzinin binasının qarşısında ev alma məsələsinin həlli üçün yenə 50 manat pul almış, təxminən 1 həftə sonra, yəni təxminən 25 sentyabr 2023-cü il tarixdə Şıxəli Qurbanov küçəsində yerləşən «Papaq» kafesində yenə həmin adla 100 manat almış, təxminən 29 sentyabr 2023-cü il tarixdə həmin «Papaq» kafesində yenə həmin bəhanə ilə Təqsirləndirilən şəxs ondan yenə 100 manat pul almış, təxmnən 06 oktyabr 2023-cü il tarixdə yenə həmin «Papaq» kafesində həmin bəhanə ilə 70 manat pul almış, 16 oktyabr 2023-cü il tarixdə özü metronun «Xətai» stansiyasının yaxınlığında olan zaman Teymurun xahişi ilə öz bank kart hesabından Pünhanın bank kart hesabına 10 manat pul göndərmiş, Pünhan da həmin vaxt Xətai rayonu, Lütfızadə küçəsində yerləşən öz iş yerinin yanında Təqsirləndirilən şəxs həmin 10 manatı vermişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə dəymiş ziyanın 25%-i miqdarında ödəniş edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qardaşıdır. Avtomobillərin təmiri ilə əlaqədar 2021 -2022-ci illərdə Neapol dairəsinin yaxınlığında yerləşən avtomobillərin təmiri üzrə emalatxanada işləmişdir. Təxminən 2022-ci ilin qış aylarında qardaşı Zərərçəkmiş şəxs2 da həmin emalatxanada avtomobillərin kondisionerləri üzrə usta işləməyə başlamışdır. Təqsirləndirilən şəxs həmin vaxt istifadə etdiyi avtomobili yanına gətirib təmir etdirmiş və bir neçə dəfə Pünhana da müraciət etmiş və Pünhanla belə tanış olmuşdur. Teymur demişdir ki, 1- ci Qarabağ müharibəsi iştirakçısıdır, əlildir. Pünhan da Vətən Müharibəsi qazisi olduğu üçün Teymur bildirmişdir ki, onlar qardaşdılar, köməklik edəcək, Pünhanın əlillik dərəcəsinin olub-olmaması ilə maraqlanmış, biləndə ki, yoxdur demişdir ki, Pünhana əlillik dərəcəsi almağa köməklik edəcək. Sonra Pünhan Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsinə, «Leyla» şadlıq sarayının yanında yerləşən avtomobil təmiri emalatxanasına keçmişdir. Həmin vaxt Teymurun qardaşı Pünhanın yanına gəlib getməsini artıq görməmişdir. Təxminən 2023-cü ilin sonlarında Pünhan ona 3-cü dərəcəli əlillik dərəcəsinin düzəldilməsi üçün Teymura 800 manat pul verdiyini, lakin Teymurun onu aldatdığını, əlillik dərəcəsi düzəltmədiyini və pulunu da qaytarmadığını demişdir. Pünhan 800 manat pulu Teymura verməsi barədə deyəndə Təqsirləndirilən şəxs zəng etmiş və demişdir ki, pulu qaytarsın, Teymur da cavab vermişdir ki, qaytaracaq. Lakin, səhərisi gün Teymura yenə zəng vurduqda, artıq ona zəng çatmamış, telefonunu söndürmüşdür. Bundan başqa Pünhan demişdir ki, Teymur onun müharibə dostu Zərərçəkmiş şəxs1 də aldadıb, söz vermişdir ki, əlillər üçün ev növbəsində Elməddinin növbəsini qabağa çəkdirəcək, lakin aldatmış, təxminən 2000 manatdan çox pulunu almış, qaytarmamışdır. Özü Elməddini tanımamış və onunla söhbət etməmişdir, Teymurun Elməddini aldatdığı barədə Pünhanın dediklərindən bilir. Pünhanın Təqsirləndirilən şəxs pul verməsini şəxsən özü görməmiş, çünki onun yanında bu olmamışdır, lakin qardaşı Pünhanın dediyindən bilmişdir ki, Təqsirləndirilən şəxs ondan və Elməddindən pul almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 müraciətləri əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1); cinayət işinin icraata qəbul olunması haqqında 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır (i.v. 18); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 22-23); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən verilmiş Əlillik haqqında arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 postkontuzion sindromu, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur (i.v. 34); zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 35-36); Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi tərəfindən verilmiş 013232 nömrəli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 071567 nömrəli vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İ dərəcəli Qarabağ müharibəsi əlilidir (i.v. 46-49); 29 fevral 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 55-58); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilməklə 04 il şərti sınaq müddəti təyin edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən CM-nin 178.2.1;2;4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 67.1-ci maddələri tətbiq edilməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən CM-nin 178.3.3 və 310-cu maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən hökm dəyişdirilməklə CM-nin 70ci maddəsi tətbiq edilməklə cəzası 05 il sınaq müddəti ilə şərti hesab edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən xx.xx.2011-ci il tarixli hökm dəyişdirilməklə, Azərbaycan Respublikası CM-nin 178.3.3 və 310-cu maddələrinə əsasən əmlakı müsadirə olunmaqla 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 03 il şərti sınaq müddəti təyin edilmişdir; Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-nin 178.3.2 və 178.3.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən cəzanın müstəqil icra edilməsi nəzərə alınmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən cəza 08 ilə endirilmişdir; Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-nin 178.3.2, 178.3.3 və 310-cu maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 66.5-ci maddələri tətbiq edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilməklə CM-nin 310-cu maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 il 03 ay olmuş və CM-nin 66.3 və 66.5-ci maddələri tətbiq edilməklə qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməldən CM-nin 178.3.3-cü maddəsi xaric edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı üzrə əməl CM-nin 178.3.3-cü maddəsindən CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinə tövsif edilmiş, həmin hökm və qərar üzrə şərti hesab edilmiş qəti cəza CM-nin 66.2-ci maddəsinə əsasən təyi edilmiş hesab olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü və həmin hökm üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarından CM-nin 178.3.3-cü maddəsi xaric edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 il 03 ay 14 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır (i.v. 66-69); 05 mart 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 70-73); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 20 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonunda Şəhid ailələri və Qarabağ Müharibəsinin əlilləri üçün ayrılmış mənzillərin verilməsinin 27 oktyabr 2023-cü il tarixdə Nazirliyin əməkdaşları tərəfindən həyata keçiriləcəyi barədə məlumat Zərərçəkmiş şəxs1 verilmişdir (i.v. 75); Zərərçəkmiş şəxs1 məxsus bank hesabından çıxarışdan görünür ki, xx.xx.2023cü il tarixdə, saat 14:17-də 10 manat məbləğində pul vəsaiti köçürülmüşdür (i.v. 79); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 05 mart 2024-cü il tarilxi, 634 saylı kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs2 qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs2 qeyd olunan cinayət əməli törədilən anda öz hərəkətlərini ölçüb-biçmək və törətdiklərini düzgün qavrayıb təsvir edə bilmək imkanında olmuşdur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs2 hazırda ifadə vermək qabiliyyəti və onun baş verənləri düzgün qavrayıb təsvir edə bilməsi imkanına malikdir. Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar edilməmişdir. Ünsiyyətçilik, emosionallıq, başqalarının hiss və yaşantılarına biganə olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meylilik əlamətləri aşkar edilməmişdir. Cinayət törədilən zaman Zərərçəkmiş şəxs2 şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (i.v. 107-110); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 05 mart 2024-cü il tarilxi, 633 saylı kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs2 qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, yoxlanılan Zərərçəkmiş şəxs1 qeyd olunan cinayət törədilən anda «Üzvi şəxsiyyət pozuntusu» müəyyən edilir. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs1 müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdır ki, o, qeyd olunan cinayət əməli törədilən anda öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanında olmasın. Zərərçəkmiş şəxs1 qeyd olunan cinayət əməlini törədilən anda öz hərəkətlərini ölçüb biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs1 hal-hazırda «Üzvi şəxsiyyət pozuntusu» müəyyən edilir. Zərərçəkmiş şəxs1 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs1 əqli imkanlarında gerilik əlamətləri aşkar edilmir. İnadkarlıq, hövsələsizlik, kobudluq, eqosentrizm, qıcığa qarşı həssaslıq, hirslilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meylilik əlamətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 baş verən hadisələri düzgün qavramaq və bu barədə məlumat vermək qabiliyyətinə malikdir. Cinayət törədilən zaman Zərərçəkmiş şəxs1 şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (i.v. 111-114); Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 11152447 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 641902 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X4r (i.v. 141-144); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 153- 155); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 168-170); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 05 aprel 2024-cü il tarilxi, 915 saylı kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda öz hərəkətlərini ölçüb biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyəti və onun baş verənləri düzgün qavrayıb təsvir edə bilməsi qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda öz hərəkətlərini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafda ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında hal-hazırda gerilik əlamətləri müəyyən edilməmişdir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meylilik əlamətləri müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı onun şüuruna və fəaliyyətinə təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır (i.v. 183-187); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 13 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs1 istifadə etdiyi “X6” ASC-nin “Leobank”a aid 4098 5844 6855 0668 nömrəli bank kartının surəti və həmin kart hesabından çıxarış, Zərərçəkmiş şəxs2 istifadə etdiyi “X6” ASC-nin “Leobank”a aid 4098 5844 9167 6217 nömrəli bank kartının surəti və həmin kart hesabından çıxarış, 10 manat məbləğində pul köçürülməsi barədə qəbzin surəti iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, üzləşdirmə protokolları, maddi sübut olan Zərərçəkmiş şəxs1 istifadə etdiyi “X6” ASC-nin “Leobank”a aid 4098 5844 6855 0668 nömrəli bank kartının surəti və həmin kart hesabından çıxarış, Zərərçəkmiş şəxs2 istifadə etdiyi “X6” ASC-nin “Leobank”a aid 4098 5844 9167 6217 nömrəli bank kartının surəti və həmin kart hesabından çıxarış, 10 manat məbləğində pul köçürülməsi barədə qəbzin surəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 05 mart 2024-cü il tarilxi, 634 saylı; 05 mart 2024-cü il tarilxi, 633 saylı və 05 aprel 2024-cü il tarilxi, 915 saylı rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 189- 196); Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələb yoxdur, ona dəymiş ziyanın tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə dəymiş ziyanın 25%-i miqdarında ödəniş edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsini, ödəniş olunmadığı təqdirdə iş üzrə təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş edir; Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələb yoxdur, ona dəymiş ziyanın tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə dəymiş ziyanın 25%-i miqdarında ödəniş edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsini, ödəniş olunmadığı təqdirdə iş üzrə təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş edir; "xxxx" ASC-nin 03 iyul 2024-cü il və 05 iyul 2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın 25%-i olaraq ayrı-ayrılıqda 160 manat və 750 manat olmaqla, ümumilikdə 910 manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi, yəni Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək hal-hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam olaraq ödədiyini, onların şikayət və tələbinin olmadığını, həmçinin, vurulmuş ziyanın 25%-i həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın məbləği ayrı-ayrılıqda 800 manat və 2730 manat olmaqla, ümumilikdə 3530 manat təşkil etmiş, həmin məbləğ təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə tam şəkildə ödənilmiş və Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı təşkil edən 882 (səkkiz yüz səksən iki) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, ittiham tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında hissəsini dövlət büdcəsinə ödədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə cinayət təqibinə xitam verilməli və o, həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməli, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 istifadə etdiyi “X6” ASC-nin “Leobank”a aid 4098 5844 6855 0668 nömrəli bank kartının surətinin və həmin kart hesabından çıxarışın, Zərərçəkmiş şəxs2 istifadə etdiyi “X6” ASC-nin “Leobank”a aid 4098 5844 9167 6217 nömrəli bank kartının surətinin və həmin kart hesabından çıxarışın, 10 manat məbləğində pul köçürülməsi barədə qəbzin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39-41, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 istifadə etdiyi “X6” ASC-nin “Leobank”a aid 4098 5844 6855 0668 nömrəli bank kartının surətinin və həmin kart hesabından çıxarışın, Zərərçəkmiş şəxs2 istifadə etdiyi “X6” ASC-nin “Leobank”a aid 4098 5844 9167 6217 nömrəli bank kartının surətinin və həmin kart hesabından çıxarışın, 10 manat məbləğində pul köçürülməsi barədə qəbzin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-284/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-284/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver