Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-284/2025 04.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi – 34 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,838 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 15:26-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılıb çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,838 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Ayrı-ayrı şəxslərdən psixotrop maddə alıb istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə səhər saatlarında “Kubinka” adlanan ərazidə Şahin adlı şəxsdən psixotrop maddə metamfetamini 20 manat pula alıb üzərində saxlamışdır. Psixotrop maddə metamfetamini aldığı şəxsi tanımamışdır. Həmin psixotrop maddəni üzərində daşımış, 22 fevral 2025-ci il tarixdə saat 15:26-da ünvan 3 ünvanının qarşısında hərəkət etmişdir. Həmin vaxt mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib üzərində qanunsuz əşya və ya predmet olmubolmadığını, əgər varsa təqdim etməyi təklif etmişlər. O da bir qədər əvvəl əldə edib üzərində gəzdirdiyi psixotrop metamfetamini əynində olan qara rəngli gödəkcənin sol yan cibindən çıxarıb təqdim etmişdir. Video çəkilişlə onun üstü yoxlanılmışdır. Sonra isə təqdim etdiyi psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmişdir. Onu Xətai RPİ-nin 37ci PŞ-nə dəvət etmişlər. Orada təhqiqatçı və digər əməkdaşların iştirakı ilə videoyazıya baxış keçirilmişdir. Daha sonra isə hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmiş, ona hüququ və vəzifələri izah edilmişdir. O, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqdim etdiyi psixotrop maddə onundur, tanımadığı şəxsdən əldə etmişdir, tutulan zaman ona polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilməmişdir. O, təqdim etdiyim psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantıdır. 22 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitəni qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan, Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Fərid və Fikrət birlikdə məlumat əsasında həmin gün saat 15:26 radələrində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov 35 ünvanına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üstüstə düşən bir nəfər şəxsin orada olmasını, həmin şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif etmişlər. Namiq də əynində olan qara rəngli gödəkcənin sol cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü, əynində olan göy rəngli cins şalvarın sol cibindən 01 ədəd "Redmi" markalı mobil telefonu və 01 manatlıq pul əsginasını çıxarıb təqdim edərək, həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 0,92 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs saxlayaraq Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Namiq də buna etiraz etmədikdən sonra sonuncunu PŞ-nə aparıb növbətçi hissəyə təhvil vermişlər. X9 Kazımovun üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, həmin protokolun doğruluğu iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırlmış psixotrop maddə metamfetamin olan zərfi, "Redmi" markalı mobil telefonu təhqiqatçı Kamran Əhmədova təqdim etmişlər. Kamran Əhmədov da zərfi açaraq içərisində olan 01 ədəd şəffaf rəngli sellofan bükümə baxış keçirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdıma ilə birlikdə 0,88 qram olması müəyyən edilmişdir. X11 tərəfindən Təqsirləndirilən şəxs saxlanılman zaman qeydə alınmış video görüntüyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli bükümdə olan maddə yenidən zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı Kamran Əhmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid1 ifadəsinə uyğun ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 fevral 2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); 22 fevral 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, 37-ci Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələrin anunsuz dövriyyəsilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş məliyyat-axtarış tədbiri zamanı sonuncu 22 fevral 2025-ci il tarixdə, saat 15:26-da Bakı şəhəri, Xətai yonu, Süleyman Əhmədov 35 ünvanında saxlanılması, üzərində olan tünd göy rəngli cins şalvarın sol cibindən 1 manat kağız əskinazını təqdim etməsi, narkotik maddəyə bənzər kütlənin çəkisinin 0.92(sıfır tam üzdə doğxsan iki qram olması müəyyən edilmişdir. (i.v. 12-13) 22 fevral 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai RPİ-nin 37ci PŞ-nə vət. Təqsirləndirilən şəxs Xətai rayon ərazisində narkotik maddə və psixatrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 22 fevral 2025-ci il tarixdə saat 15:26-da Xətai rayonu, Süleyman Əhmədov küçəsi 35 ünvanın qarşısında saxlanılaraq üstünün yoxlanılması və üzərindən qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd ağ rəngli şəffaf selofan bükümdə olan ağ rəngli narkotik maddəyə bənzər kütlə, üzərində olan tünd göy rəngli cins şalvarının sol cibindən 1 ədəd "Redmi" markalı mobil telefon, həmin tünd göy rəngli cins şalvarının sol cibindən 1 manat pul aşkar edilərək Təqsirləndirilən şəxs götürülməsi, təqdim olunan zərfdə qablaşdırılmış 1(bir) ədəd şəffaf sellofan bükümdə ağ rəngli narkotik maddəyə bənzər kütlə aşkar olundu və elektron tərəzidə çəkilərək çəkisinin qablaşdrıma ilə birlikdə 0,88 qram olduğu müəyyən edilmişdir.(i.v 17-18) şübhəli şəxsin tutulması haqqında 22 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2025-ci il tarixdə, saat 17:30-da tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 15:26-dan hesablanmışdır (i.v. 36); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2025-ci il tarixli 6/853 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «..Təqsirləndirilən şəxs(imza)...» yazıları olan bir ədəd zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,838 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış prixotrop maddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,838 qram, tədqiqata sərf elidmişdir 0,05 qram, qalıq 0,788 qram.(ekspertiza xərci 80 manat) (i.v 50-52) 24 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v 61-62); Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, “...20 yanvar metrostansiyasının yanından tanımadığı şəxsdən almışdır...”(i.v 69-73) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-97/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 fevral 2025-ci il tarixdən hesablanmışdır.(i.v 80-84) 03 aprel 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs məxsus 01 ədəd "Redmi" markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı "WhatsApp" proqramının Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda keçməsi, "Kamil Mamedin. Qarasj" adlı ilə qeyd edilmiş +99***-***-**-** saylı, "Elvin Yeraz" adlı ilə qeyd edilmiş +99***-***-**-** saylı, "Qabil" adlı ilə qeyd edilmiş +99***-***-**-** saylı, "X12" adlı ilə qeyd edilmiş +99***-***-**-** saylı mobil nömrənin sahibləri ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrin arasında narkotik vasitələrin əldə edilməsi barədə səs yazı və yazışmaların olması aşkar edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, "Kamil Mamedin. Qarasj" adlı ilə qeyd edilmiş +99***-***- **-** saylı, "Elvin Yeraz" adlı ilə qeyd edilmiş +99***-***-**-** saylı, "Qabil" adlı ilə qeyd edilmiş +99***-***-**-** saylı, "X12" adlı ilə qeyd edilmiş +99***-***-**-** saylı mobil nömrələrin sahiblərinin onun tanış olduğunu, həmin şəxslərin də onun kimi narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitələrdən istifadə etsə də, satışı ilə məşğul olmadığını bildirmişdir.(i.v 116-126) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Nərimanov RPİ-də istintaq edilən ********* saylı iş Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixində cəzasının sonu ilə azad olunmuş, Bakı Ağır Cinayətlər MƏhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinıə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin höküm Bakı Apellyasiya Məhkəmsəinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, xx.xx.2023-cü il tarixində cəzasının sonu ilə azad edilmişdir (i.v 144-146) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayıət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına dair Bakı Ağır Cinayhətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli höküm dəyişdirilmədən saxlanılmışdır (i.v 154-164) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli 689 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. KAZİMOV NAMİQ FAZİL OĞLU xx.xx.2024-cü il tarixindən Bakı şəhəri Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatdadır . ( i.v.166-167); 01 may 2025-ci il tarixli CD diksə baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə "xxxx" MMC-dən alınmış 01 ədəd CD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2025-ci il tarixdə saat 02:04:42-də ***-***-**-** saylı mobil nömrədən "Gardasim men senin hemise xetir hormetivi saxlamisam bələ gagash mən olarin puluna mal goturdum anasini sikim olarin malinnan vezyetden cixmisam bilmek istiyirsense sen mene gagash men olara tema gotrennen 1 saat sora demisen lomkadayam, men gagash ele sheye diqqetdiyem. Oki galdi vicaga gardasim dedim ki, catdiracam,mənim temam olanda men hec gozdememisem mene deyesen ağrıdayam ozum gelmisem. Elimnen gelenide daima elemisem amma men tutuldum 1 adam 1 packa sigaret bele gondermedi, en azinnan gagash bidene evden maraglanmadiki bu ushag getdi sroka gedmedi oldi olmedi" sözləri yazılmış mesajın göndərilməsi aşkar edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, ***-***-**-** saylı mobil nömrənin kimə məxsus olduğunu hazırda xatırlamadığını, həmin şəxsə ağrıları olduğu üçün lomkada olduğunu bildirdiyini, həmin şəxsin də ona ağrıda olduğumu bilirməmişdən bir saat əvvəl tema, yəni narkotik vasitə alaraq istifadə etdiyini hazırda onu ağrıdan çıxarmaq üçün narkotik vasitəsi olmadığını bildirdiyini, narkotik vasitələrdən istifadə etsə də, satışı ilə məşğul olmadığın bildirmişdir.(i.v 174-179) Sübutların qiymətləndirilməsi haqqında 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, məhkəməkimyəvi ekspertizanın xx.xx.2025-ci il tarixli, 6/853 saylı və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1843 saylı saylı rəyləri üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi və Azərbaycan Respublikası Baş prokurorunun "İşin təşkili qaydalarının" 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, iş üzrə psixotrop maddə metamfetaminin çəkisinin xüsusi biliyə malik olan ekspert tərəfindən verilməsini əsas götürərək Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin ümumi çəkisi 0,838 qram hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,838 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanımsın və qalıq qalmış 0,788 qram çəkidə psixotrop maddə metamfetamin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD farmatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs məxsus 01 ədəd "Redmi" markalı mobil telefon sübut səhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması, iş üzrə "xxxx" MMC-dən alınmış 01 ədəd "CD" formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmaqla icraata qəbul edilməsi və qərarın surəti əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilməsi və onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməsi qərara alınmışdır.(i.v.179-186); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında protokol və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokollarda qeyd olunan xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində təqsirləndirilən şəxs psixotrop maddəni 20 yanvar metrostansiyasının yanından tanımadığı şəxsdən almasını bildirsə də, məhkəmə istintaqı zamanı psixotrop maddəni “Kubinka” adlanan ərazidə Şahin adlı şəxsdən almasını bildirmişdir. Həmin xüsusat üzrə müvafiq araşdırma aparılması üçün aidiyyatı üzrə Bakı Şəhəri Xətai Rayon Prokurorluğuna müvafiq məlumat göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə metamfetaminin xeyli miqdarının aşağı həddi ) 0,15 qram təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər MƏhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinıə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin höküm Bakı Apellyasiya Məhkəmsəinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, xx.xx.2023-cü il tarixində cəzasının sonu ilə azad edilmişdir. Həmin tarixdən 02 il müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətin residivi (CM 61.1) vardır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olması (CM 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın və əməlində cəzanı ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narktoik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – şəxsi axtarış və baxış keçirilməsi görüntülərini özündə əks etdirən 03 (üç) ədəd disklər iş materiallarında saxlanılmalı, “Redmi” markalı mobil telefon höküm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin olunmalı və xx.xx.2024-cü il tarixindən Bakı şəhəri Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalı,ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 16 (saat) saat üçün nəzərdə tutulan 171 (yüz yetmiş bir) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 22 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,788 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin olunmalı və 26 iyul 2024-cü il tarixindən Bakı şəhəri Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD” formatlı və 01 ədəd “CD” formatlı disklər iş materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan “Redmi” markalı mobil telefon höküm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 16 (saat) saat üçün nəzərdə tutulan 171 (yüz yetmiş bir) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-284/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-284/2025
04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver