Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-285/2020 17.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmamış, “Vətən-N” Baş Mühafizə İdarəsində xidmətə nəzarət idarəsinin rəisi vəzifəsində işləyən, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X8 Kərim küçəsi ev 97 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvanında yerləşən «Vətən-N» mühafizə xidmətinin inzibati binasının qarşısında həmin mühafizə xidmətində mühafizəçi vəzifəsində işləyən Zərərçəkmiş şəxs ondan əvvəllər xidmət etdiyi, lakin sonradan xidmətin rəhbərliyi tərəfindən dəyişdirilən ünvan 4 A ünvanında yerləşən “NV” marketdəki xidməti postuna geri qaytarılmasını tələb etmiş, o, buna etiraz edərək artıq həmin marketdə başqa əməkdaşın xidmət göstərdiyini bildirdiyinə görə aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs yumruq zərbəsi ilə sifət nahiyəsinə vuraraq, sonuncuya sifət nahiyəsində sol almacıq və sol yanaq nahiyəsini əhatə edən yumşaq toxumanın hematoması ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2005-ci il tarixdən etibarən «Vətən-N» olan mühafizə şirkətində xidmətə nəzarət İdarəsinin rəisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs təxminən 2-3 il olar ki, şirkətdə işlədiyi müddətdə tanımışdır. X4 Yusufovun xidməti postunu dəyişmək qərarına gəlmiş və Şahinin postuna Aynurə adlı xanımı təyin etmişdir. Şahinə bir neçə postda xidmət aparmaq imkanı təklif edilsə də, Şahin təqdim olunan postlardan imtina etmiş və özünə ayrı iş tapacağını bildirmişdir. Sonra Şahin ona zəng edərək nə üçün onun xidməti postunun dəyişilməsini soruşmiş, Şahinə bölmə rəisinin Çingiz Abdullayev olmasını, nə sözü varsa Çingiz müəllimə deməsini bildirmiş, lakin Şahin onu dinləməyərək bir neçə saat sonra baş idarəyə onun xidməti iş otağına gəlmişdir. Şahin onun otağına daxil olaraq onun, şəxsi heyətin və ümumilikdə rəhbərliyin əleyhinə nalayiq ifadələr işlətməyə başlamış, o, Şahinə öz iradını bildirərək söyüş söyməməsini bildirmiş, lakin buna baxmayaraq Şahin söyüş söyməyə davam etmişdir. Bundan sonra o, Şahini otaqdan dəhlizə, oradan da bayıra çıxarmış, Şahin yenə də öz söyüşlərini davam etmiş, dözməyərək Şahinin sifət nahiyəsinə yumruqla zərbə vurmuşdur. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, F.Ş.Yusifovun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, mühafizəçi kimi işlədiyi yer dəyişdirildiyindən səbəbini araşdırmaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə səhər saat 10 radələrində Təqsirləndirilən şəxs oturduğu Həzi Aslanov metrosunun yaxınlığında M.Hadi küçəsində yerləşən mühafizə xidmətinin inzibati binasına getmiş və Təqsirləndirilən şəxs otağına keçərək onu gündüz növbəsinə geri qaytarmasını bildirmiş, Şaiq isə təyin etdiyi qadını heç kimin işdən çıxara bilməyəcəyini ona təkidlə bildirmiş və onun başqa posta təyin edilməsi üçün Çingiz Abdullayevin yanına getməsini bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşmamış və öz postuna, gündüz növbəsinə qayıtmaq istədiyini bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış, Şaiq ona “get hara şikayət edirsən et, mənə heç kim heç nə edə bilməz” demiş, Şaiqə müxtəlif yerlərə şikayət edəcəyini bildirərək bayıra çıxmışdır. İnzibati binanın dəhlizi ilə gedərkən Şaiq otaqdan çıxıb onu arxasınca çağırmış və yanına gəlməsini tələb etmiş, lakin o, Şahinin bu sözlərinə məhəl qoymamışdır. Şaiq onun arxasınca gəlməyə başlamış, idarədən çıxıb aralanan zaman Şaiq onun üstünə gələrək söyüb təhqir etmiş və yumruq zərbələri ilə üzünün sol almacıq hissəsindən vurmuşdur. Oradan uzaqlaşıb evinə getmiş və baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 128-ci maddəsi cinayət işi başlanmışdır (i.v.01); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və foto cədvəldən görünür ki, ünvan 3 nömrəli yaşayış binasında yerləşən «Vətən-N» mühafizə şirkətinə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs cinayətin təfərrütalarını hadisə yerində göstərmişdir (i.v. 13-14); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və X3 Hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2020-ci il tarixli, 577 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol almacıq və sol yanaq nəhiyəsini əhatə edən yumşaq toxumanın hematoması müəyyən edilmiş, xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilmiş xx.xx.2020-ci il tarixə uyğun gəlimş və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir (i.v.23-24); zərərçəkmiş qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır (i.v.30); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 60); 10 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, ünvan 5 mənzil 29 ünvanında yaşayan Təqsirləndirilən şəxs həqiqətən yaşadığı ünvanda qonşular arasında özünə yaxşı hörmət qazanmış, binanın bütün tələblərində fəal iştirak etmiş və onunla bağı hər hansı şikayət daxil olmamışdır (i.v. 63); təqsirləndirilən şəxs qismində cəlb etmək barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur (i.v.72-73); qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 85-86); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham və həmin tarixdə barəsində seçilmiş başqa yerə getməməmk barədə iltizam qismində qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməli toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs ifadəsi, şahid qismində dindirilmiş X2 və Şahid ifadələri, üzləşdirmə istintaq hərəkətinin protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X7 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 577 nömrəli rəyi sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs əməlində CM-nin 221.1-ci maddəsinin, yəni xuliqanlıq cinayətinin tərkib əlamətləri olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin xüsusatlarla bağlı barəsində cinayət təqibinin başlanması rədd edilmişdir (i.v.89- 93); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, əməlindən peşiman olmuş, Zərərçəkmiş şəxs ilə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs həmin ərizəsində Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-285/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-285/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver