Məhkəmə qərarları › İş №1(011)-285/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-285/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-285/2025 21.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan vaxtda, naməlum şəxsdən satış məqsədi olmadan qanunsuz, olaraq xeyli miqdarda təmiz çəkisi 0.300 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, üzərində saxlayaraq daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən Xətai RPİ-nin 37-ci PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 07 mart 2025-ci il tarixdə saat 17:42-də ünvan 3 ünvanın qarşısında saxlanılıb videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.300 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər soyğunçuluq cinayəti törətdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ildə azadlıqdan məhrum edilmişdir. 2023-cü ilin noyabr ayında azadlığa çıxmışdır. Azadlıqda olduğu müddətdə əvvəllər məhkumluğu olduğundan heç yerdə iş tapa bilməmişdir. İki aydır narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Yaşadığı ev kirayə olduğundan aylıq ödənişi edə bilməmişdir. Buna görə son zamanlar sosial şəbəkədə dostluq etdiyi "Ələkbər" adlı şəxsdən 300 manat borc pul istəmişdir. Ələkbər bacardığı qədər kömək edə biləcəyini demişdir. 07 mart 2025-ci il tarixdə Ələkbərlə sosial şəbəkədə danışıb şəhərin “Koroğlu" metrostansiyası yaxınlığında görüşmək qərarına gəlmişdir. Həmin vaxt Ələkbər səhhəti ilə bağlı narahat olduğundan göndərəcəyi koordinatda şəxsi istifadəsi üçün narkotik vasitə atdırmışdır, gələrkən həmin yerdən narkotiki də götürməyini xahiş etmişdir. Həmin gün saat 15 radələrindən sonra yaşadığı evdən çıxıb Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsinə gəlmiş və orada saat 17 radələrində heç kimin olmadığı məişət tullantıları olan ərazidən narkotik vasitəni götürüb “Koroğlu” metrostansiyasına qayıtmaq istədikdə, tanımadığı mülki geyimli şəxslər tərəfindən saxlanılmışdır. Özlərini təqdim edib 37-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını deyərək üzərində narkotik daşımaqda şübhəli olduğu üçün onu saxladıqlarını demişlər. Bundan sonra ona hüquqlarını izah edib, üzərinə videoçəkilişlə baxış keçirmişlər. Həmin vaxt polis əməkdaşı üzərində olan əşyaları təqdim elməyini bildirmiş və üzərindəki narkotik vasitəni, gün eynəyini çıxarıb polislərə təqdim edərək narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. “Ələkbər" adlı şəxsin anket məlumatlarını bilmir. Mobil telefon işlətmir. Maddi durumu pis olduğundan mobil telefon almağa imkanı olmamışdır. İnternet vasitəsi ilə sosial şəbəkələrə giriş edir. “Ələkbər” adlı şəxsi də bu yolla tanımışdır. Həmin narkotikdən özü üçün istifadə etmək niyyətində olmuşdur. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 07 mart 2025-ci il tarixdə 1991-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat tədbiri keçirilməsi üçün rəhbərlik tərəfindən müvafiq əmr imzalanmış və 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. 07 mart 2025-ci il tarixdə saat 17:42-də Təqsirləndirilən şəxs qanunsuz əməlini ifşa etmək üçün Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsinə gedib. Təqsirləndirilən şəxs A.Novruzov küçəsi 15 saylı ünvanın qarşısında piyada hərəkətdə olmasını görüb saxlamışlar. Xidməti vəsiqələri göstərərək özlərini təqdim elmiş və narkotik vasitə daşımaqda şübhəli olduğunu deyib üzərində qanunsuz olan hər-hansı bir əşya vardırsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs üzərinə saxlanıldığı ünvanda videoçəkiliş aparmaqla şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyə bükülmüş içərisində narkotik vasitə heroinə bənzər küllə olan bükümü, həmin şalvarın sağ yan cibindən bir ədəd gün eynəyini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs cibindən çıxardığı bükümdəki maddənin adını “kakos" kimi bildiyi narkotik olduğunu, tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç-bir əşya aşkar edilməmişdir. Həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisi müəyyən edildikdən sonra qablaşdırılmışdır. Təqdim olunan küllə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra 37ci Polis Şöbəsinə gəlmiş və təhqiqatçı tərəfindən çəkilişə baxıldıqdan sonra aşkar edilmiş büküm tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsi Şahid1 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 08 mart 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; (i.v.1) - 07 mart 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixdə saat 17:42-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v.30) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 mart 2025-ci il tarixli, 6/1026 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153" dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs.. (imza)" sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,300 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 0,300 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,250 qram (i.v.43-45) - 09 mart 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və iş materiallarında olan 02 ədəd DVD-R formatlı diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, birinci diskin içərisində 01 ədəd “mp4" formatlı video görüntü mövcuddur. Belə ki, birinci videogörüntünün birinci saniyəsindən etibarən 07 mart 2025-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və həmin şöbənin əməliyyat müvəkkili Şahid2 Hafız oğlu, əməliyyat müvəkkili X2 videoçəkiliş aparması ilə özlərini təqdim edərək həmin gün saat 17:42-də Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsi 15 ünvanın qarşısında narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmadı ilə bağlı üzərinə şəxsi axtarış keçirdiyini elan edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər-hansı qeyri-qanuni əşya və ya predmet olubolmamasını, əgər varsa təqdim etməsi təklif edilir. Bu təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sağ yan cibindən bir ədəd gün eynəyini çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim edilən bükümdə adını "kakos" kimi bildiyi narkotik vasitə olmasını, həmin narkotiki öz istifadəsi üçün tanımadığı şəxsdən aldığını deyir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki paltarlarının digər cibləri yoxlanılır və heç-bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzi vasitəsi ilə ölçülərək çəkisinin 0.35 qram olması müəyyən edildikdən sonra zərfə qoyularaq qablaşdırılıb üzəri möhürlənir. İkinci diskdəki videogörüntünün birinci saniyəsindən etibarən 07 mart 2025-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X3, həmin şöbənin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 bir neçə dəqiqə əvvəl keçirilmiş əməliyyat tərbiri zamanı saat 17:42-də Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsi 15 ünvanın qarşısında narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan şəxs Təqsirləndirilən şəxs aşkar edilərək qablaşdırılmış bükümün olduğu zərfi və əməliyyat çəkilişini Xətai RPİ-nin 37-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru Budaq Budaqlıya təqdim edirlər. Təhiqatçı tərəfindən təqdim edilmiş bükümə eyni zamanda əməliyyat çəkilişinə baxış keçirildikdən sonra bükümdəki kütlə tərkibinin və çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspetizaya göndərilir. (i.v.50-51) - 09 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. (i.v.55-56) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 mart 2025-ci il tarixli, 4(011)-128/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmişdir. Həbsetmənin əvvəli 07 mart 2025-ci il tarixdən hesablanmışdır. (i.v.78-81) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü ildə Nərimanov rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. (i.v.91-92) - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 7(005)- 447/2023 saylı qərarından görünür ki, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş;Azərbaycan Respublikasının vətəndaşı, ailəli, natamam orta təhsilli, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 129- da qeydiyyatda olub həmin ünvanda da yaşamış yaşamış hal-hazırda 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 1(101)-509/2016 nömrəli hökmü ilə 08 (səkkiz) il, 06 (altı) ay müddəətinə azadlıqdan məhrum etmə cəzası saxlanılan, cəzasının sonu xx.xx.2024-cü il tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v.94-98) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli 2243 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN VƏ Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v.128-129) - 06 may 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, video görüntülərin köçürüldüyü 02 ədəd DVD disk maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 0,300 qram heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, həmin heroinin 0,250 qram qalığı saxlanılması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi və ekspert rəyində qeyd edilən miqdar əsas götürülməsi, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadəsi, baxış protokolu, ekspertiza rəyləri işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v.130-135) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz çəkisi 0, 300 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi məhkəmə tərəfindən onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 07 mart 2025-ci il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, şəxsiyyətini səciyyələndirən digər halları nəzərə, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 07 mart 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,250 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 385 (üç yüz səksən beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 07 mart 2025-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,250 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 385 (üç yüz səksən beş) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar