Məhkəmə qərarları › İş №1(011)-286/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-286/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-286/2022 17.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 12 avqust 1987-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-360/2021 saylı, 13 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-675/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş müddəti 1 (bir) il azaldılmış, cəzasını çəkməmiş, Zəngilan rayonu, Dəlləkli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 235.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, tanışı X4 tərəfindən ünvan 1 ünvanında gizlədilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,721 qram psixotrop maddə olan metamfetamini sonuncunun ona olan borcunu vermədiyi üçün, 30 avqust 2021-ci il tarixdə, saat 02 radələrində talayaraq, satış məqsədi ilə, qanunsuz olaraq, əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 06:30 radələrində Xətai rayonu, ünvan 2 ünvanının qarşısında Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan qara rəngli şalvarın sağ yan cibindən, üç ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkisi 0,609 qram, 0,508 qram və 0,604 qram olmaqla, ümumi təmiz çəkisi 1,721 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir. İdarə etdiyi avtomaşınla taksi fəaliyyəti ilə məşğuldur. Bir gün müştəri qismində avtomaşınına əyləşmiş Nahid Əliyev ilə tanış olmuşdur. O, Nahidi bir neçə dəfə sifariş etdiyi ünvanlara çatdırmışdır. Sonradan ona məlum olmuşdur ki, Nahid narkotik vasitələrin satışı ilə məşğuldur. 29 avqust 2021-ci il tarixdə yenidən Nahid müştəri qismində onun avtomaşınına əyləşərək, “Kombinat” adlanan əraziyə aparmasını xahiş etmişdir. Həmin vaxt o, Nahiddən psixotrop maddə olan metamfetamin istəmiş və pul verərək, üç büküm metamfetamini Nahiddən almışdır. 30 avqust 2021-cii il tarixdə, səhər saatlarında Babək prospektində avtomaşını xarab olduğu üçün saxlamışdır. Həmin vaxt ərazidə xidmət aparan iki nəfər Post Patrul Xidmətinin əməkdaşları ona yaxınlaşaraq, sorğu-sual edən zaman, ondan şübhələnmişlər və onu Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən, vəkil dəvət olunmuş və ona üzərində qeyri-qanuni əşyalar olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuşdur. Üzərinə şəxsi axtarış keçirilərkən o, əynindəki şalvarın cibində olan bir ədəd siqaret cığarasını və iki ədəd sellofanda olan bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülülərin içərisində olan üç ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş bükümlər zərfə qoyularaq, möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, polis şöbəsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmuş və bundan sonra o, məcbur olub üzərindən aşkar olunaraq götürülmüş bükümdə olan psixotrop maddə metamfetamini Nahidin ona olan borcunun əvəzi olaraq, “Kombinat” adlanan ərazidə Nahidin qoyduğu yerdən götürdüyünü bildirmişdir. O, həmin psixotrop maddə olan metamfetamini öz şəxsi istifadəsi üçün almış və heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xətai Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 30 avqust 2021-ci il tarixdə təyin olunmuş marşrut üzrə avtopatrulla Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 ilə birlikdə Xətai rayonu, Babək prospekti 2199 ünvanının yaxınlığında xidmət apararkən, təxminən saat 06:30 radələrində bir nəfər şəxsin özünü onları görən kimi şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar həmin şəxsin özünü şübhəli aparmasını, verdikləri suallara həyacanlı şəkildə cavab verdiyini, onlardan yayınıb getməyə çalışdığını görüb, sonuncunu Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə həmin şəxsin şəxsiyyəti müəyyən edilərək, onun xx.xx.1987-ci ildə Zəngilan rayonunda anadan olmuş, Zəngilan rayonu, Dəlləkli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş və həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla, hüquq və vəzifələrini izah edilmişdir. Daha sonra, onların və vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə, həmin şəxsin üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl, Təqsirləndirilən şəxs üzərində qeyriqanuni əşya olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. Cavid də, əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim edərək, masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümün içərisinə baxış keçirilərkən, içərisindən bir ədəd siqaretin qızılı rəngli kağızına və iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlər aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddələrin psixotrop maddə olan metamfetamin olmasını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra Cavidin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Cavidin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Cavid tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 235.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 30 avqust 2021-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən, sellofan paketdə, içərisində bir ədəd qızılı rəngli siqaret kağızında və iki ədəd şəffaf sellofanda olan bükülünü təqdim edərək, içərisindəkinin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və həmin maddələri Nahid adlı şəxsin ona olan borcunu vermədiyi üçün 29 avqust 2021-ci il tarixdə “Kombinat” adlanan ərazidən, Nahid tərəfindən qoyulduğu yerdən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli, 6/3779 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 153” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs .....” yazı və imzalar olan zərfdə üç ədəd bükümdə, ümumi təmiz çəkisi 0,609 qram, 0,508 qram və 0,604 qram olmaqla, ümumi çəkisi 1,721 qram ağ rəngli, kristalşəkilli maddə, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq - 1,631 qramdır. İş materiallarında olan Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş diskə baxış keçirilən zaman, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəsinə ***-***-**-** saylı nömrədən xx.xx.2020-ci il tarixdə, saat 25:57:53-də “Ay cavk yadimnan cixdi ger varsa mene berez gerde sehere kimi idare edim”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə, saat 00:35:48də “.... gedib seni verirem 29 a pati satansan, ac telfonumu”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 23:03:48-də “Balam sende olan 1rin yarisin getirde mene seher gunorta pulunu vererem draznit qalmiwam butun eseb olmuwam”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 04:08:46-da “Menem aysel 05 lazimdir” məzmunlu sms-lərin göndərilməsi müəyyən edilmişdir. İş materiallarında olan İfadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin gizlədildiyi yeri göstərib, 29 avqust 2021-ci il tarixdə Nahid Əliyevin müştəri qismində onun avtomaşınına əyləşdikdən sonra, ünvan 1 ünvanına gəldiyini, Nahid Əliyevin avtomobildən düşərək, orada özü üçün nişanladığı yerdə müştərilərin gəlib götürməsi üçün psixotrop maddə olan metamfetamini gizlətdiyini, geri qayıtdıqdan sonra Nahid Əliyevdən borcunu istəyən zaman, sonuncunun pulunun olmadığını bildirdiyini, buna görə də, 30 avqust 2021-ci il tarixdə, saat 02 radələrində həmin yerə gəlib, Nahid Əliyevin ona olan borcunun əvəzi olaraq sonuncu tərəfindən qoyulmuş psixotrop maddə olan metamfetamini götürüb, şalvarının cibinə qoyduqdan sonra, çıxıb getdiyini bildirib, hadisənin necə baş verdiyini əyani şəkildə göstərərək təsvir etmişdir. İş materiallarından görünür ki, 1,631 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk və "xxxx" MMC-dən götürülmüş bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 17 sentyabr 2021-ci il tarixli, 3501 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-360/2021 saylı, 13 avqust 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun 2 (iki) gün həbsdə olduğu müddət təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)- 675/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərarından görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-360/2021 saylı, 13 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş müddəti 1 (bir) il azaldılmışdır. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-360/2021 saylı, 13 avqust 2021-ci il tarixli hökmü və hökmün icrası barədə göstəriş xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, lakin onun barəsində həbs qətimkan tədbiri seçildiyindən, qeydiyyata götürülməmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü bir uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 235.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmasını bildirsə də, bununla bağlı hər hansı bir hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlləri qismən etiraf etməsini, əməllərindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 360/2021 saylı, 13 avqust 2021-ci il tarixli hökmü çıxarıldıqdan sonra, lakin qanuni qüvvəyə minməmişdən əvvəl hazırki cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törədilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir. ...Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur”. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 30 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,631 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk və "xxxx" MMC-dən götürülmüş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-360/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-675/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərarı ilə müddəti 1 (bir) il azaldılmış azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 30 avqust 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,631 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk və "xxxx" MMC-dən götürülmüş bir ədəd cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar