Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-286/2025 17.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Xaçmaz rayonu, Maqsudkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,644 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 05 mart 2025-ci il tarixdə saat 16:52-də Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən “Maqna” markalı siqaret qutusunda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,644 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir neçə dəfə, 2-3 aydan bir olmaqla psixotrop maddələrdən çəkmək yolu ilə istifadə etmişdir. Psixotrop maddələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Sonuncu dəfə 05 mart 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində ünvanı dəqiq xatırlmadığı yerdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi bir neçə ay əvvəl psixotrop maddə əldə etdiyi təxminən 30 yaşlarında, orta boylu, arıq bədən quruluşlu və üzü saqqallı şəxslə təsadüfən rastlaşıb həmsöhbət olmuşdur. Söhbət əsnasında ondan psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs üzərində metamfetamin olduğunu və bir qismini ona verə biləcəyini bildirərək, cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamini çıxarıb ona vermişdir. O da həmin bükümü cibindəki siqaret qutusunun içinə, siqaret qutusunu isə əynindəki qara rəngli gödəkçənin sol yan cibinə qoyub oradan uzaqlaşmışdır. 05 mart 2025-ci il tarixdə saat 16:52-də üzərində olan metamfetamini istifadə etmək üçün gizlin yer axtararkən ünvan 4 ünvanının qarşısında piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs arxadan yaxınlaşıb qollarından tutaraq saxlamışlar. Bundan sonra digər mülki geyimli, əlindəki mobil telefonun videokamerası ilə onları videogörüntüyə alan şəxsə doğru çevirib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları ona hüquqlarını eləcə də müdafiəçi hüququnun olmasını izah etməklə üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya, maddə, predmet varsa təqdim etməsini tələb etmişlər. O da əynindəki qara rangli gödəkçənin sol yan cibindən içərisində bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin olan “Magna” adlı siqaret qutusunu və qaz alışqanı, həmçinin əynindəki şalvarın sağ yan cibindəki qara rəngli içərisində 077 ***-**-** saylı mobil nömrə olan qara rəngli “Samsung Galaxy A25” markalı mobil telefonunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümün içərisində nə olduğunu soruşulduqda isə “patı” kimi tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqdim etdiyi büküm elektron tərəzidə çəkilərkən çəkisinin qablaşdırması ilə birlikdə 0,71 qram olması müəyyən edilmişdir. Polis əməkdaşları həmin bükümü zərfə qoyaraq qablaşdırmışlar. Zərfin üzəri möhürləndikdən sonra polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları onu Xətai RPİ-nin 37-ci PŞ-nə aparmışlar. Polis şöbəsində olan zaman üzərindən aşkar edilmiş büküm təhqiqatçı tərəfindən yenidən zərfdən çıxarılaraq baxıldıqdan sonra təkrar elektron tərəzidə çəkilərkən çəkisinin qablaşdırması ilə birlikdə 0,66 qram olması müəyyən edilmişdir. Təhqiqatçı həmin bükümü zərfə qoyaraq qablaşdırmış, zərfin üzəri möhürləndikdən sonra polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Psixotrop maddələrdən istifadə etsə də, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamış və pay olaraq verməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan və polis şöbəsində olan zaman ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsində psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə şöbənin rəhbərliyinə məruzə edilmişdir. Şöbə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi ona, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis kapitanı Şahid3 həvalə edilmişdir. Bundan sonra Şahid2 və Şahid3la birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 05 mart 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsinə getmişlər. Həmin tarixdə saat 16:52-də Araz Novruzov küçəsi 15 ünvanının yaxınlığında əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxsdən də özünü təqdim etməsini istəmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra ona psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Bundan sonra Tehran Volixanova hüquq və vəzifələri izah edilməklə ona üzərində qanunsuz olaraq əldə edilmiş, narkotik vasitə, psixotrop maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən içərisində bir ədəd şəffaf sellofan bükümündə ağ rəngli kütlə olan bir ədəd əzilmiş siqaret qutusunu, bir ədəd qaz alışqanını, əynindəki şalvarın sağ yan cibindən bir ədəd qara rəngli mobil telefonu çıxarıb təqdim etmişdir. İçərisində ağ rəngli kristalik hissəciklərdən ibarət kütlə olan həmin şəffaf sellofan bükümü elektron tərəzidə çəkildikdə çəkisinin ümumilikdə 0,71 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin büküm bir ədəd kağız zərfə qoyularaq zərfin üzəri Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №153 nömrəli möhürü ilə möhürləndikdən sonra, Təqsirləndirilən şəxs özü və onlar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nə aparılaraq, PŞnə gətirilməsi barədə PŞ-nin rəhbərliyinə yazılı raportla müraciət edilmişdir. Göstərişə əsasən Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün təhqiqatçı, polis mayoru Saleh Salahzadəyə təhvil verilmişdir. Təqsirləndirilən şəxsla birlikdə ondan götürülmüş içərisində ağ rəngli kristallardan ibarət, kütlə olan bir ədəd şəffaf sellofan bükümü olan bir ədəd zərf, bir ədəd qaz alışqanı, bir ədəd mobil telefon, içərisində Təqsirləndirilən şəxs saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsi görüntüləri olan bir ədəd DVD-R diski də təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş bir ədəd zərf təhqiqatçı tərəfindən açılıb, içərisində ağ rəngli kristallardan ibarət olan şəffar sellofan bükümü çıxarılıb, nəzərdən keçirilmişdir. Büküm içərisində ağ rəngli kristalik hissəciklərdən ibarət kütlə ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 0,66 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bükümdə olan ağ rəngli kristallardan ibarət kütlənin nə olması, nə vaxt, haradan, nə məqsədlə əldə edildiyi soruşulduqda, o, həmin bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, üzdən tanıdığı, lakin adını, soyadını, ünvanını bilmədiyi şəxsdən özünün istifadəsi üçün aldığını bildirmişdir. İçərisində ağ rəngli kristalik hissəciklərdən ibarət kütlə olan büküm yenidən zərfə qoyularaq zəfrin üzəri möhürlənmişdir. Həmin kütlənin psixotrop maddə olub-olmamasımı müəyyən edilməsi üçün məhkəmə kimyəyi ekspertizasına göndəriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə ünvan 5 ünvanının yaxınlığında saxlanılıb üzərinə şəxsi axtarış keçirilərkən ondan aşkar edilmiş içərisində ağ rəngli kristalik hissəciklərdən ibarət kütlə olan büküm elektron tərəzidə çəkilərkən ümumi çəkisi 0,71 qram, həmin büküm təhqiqatçı tərəfindən çəkildikdə isə ümumi çəkisi 0,66 qram olmuşdur. Həmin büküm birinci dəfə çəkilərkən elektron tərəzi minik avtomobilinin “kapotunun” üzərinə qoyularaq çəkilmiş, yəni həmin yer üfıqi olmadığından iki çəki arasındakı fərq bu səbəbdən yaranmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, 37-ci PŞ-nə gətirilərkən və üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsində psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə şöbənin rəhbərliyinə məruzə edilmişdir. Şöbə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi ona, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və əməliyyat müvəkkili, polis kapitanı Şahid3 həvalə edilmişdir. Bundan sonra Şahid1 və Şahid3la birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 05 mart 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsinə getmişlər. Həmin tarixdə saat 16:52-də Araz Novruzov küçəsi 15 ünvanının yaxınlığında əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxsdən də özünü təqdim etməsini istəmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra ona psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Bundan sonra Tehran Volixanova hüquq və vəzifələri izah edilməklə ona üzərində qanunsuz olaraq əldə edilmiş, narkotik vasitə, psixotrop maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən içərisində bir ədəd şəffaf sellofan bükümündə ağ rəngli kütlə olan bir ədəd əzilmiş siqaret qutusunu, bir ədəd qaz alışqanını, əynindəki şalvarın sağ yan cibindən bir ədəd qara rəngli mobil telefonu çıxarıb təqdim etmişdir. İçərisində ağ rəngli kristalik hissəciklərdən ibarət kütlə olan həmin şəffaf sellofan bükümü elektron tərəzidə çəkildikdə çəkisinin ümumilikdə 0,71 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin büküm bir ədəd kağız zərfə qoyularaq zərfin üzəri Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №153 nömrəli möhürü ilə möhürləndikdən sonra, Təqsirləndirilən şəxs özü və onlar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nə aparılaraq, PŞnə gətirilməsi barədə PŞ-nin rəhbərliyinə yazılı raportla müraciət edilmişdir. Göstərişə əsasən Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün təhqiqatçı, polis mayoru Saleh Salahzadəyə təhvil verilmişdir. Təqsirləndirilən şəxsla birlikdə ondan götürülmüş içərisində ağ rəngli kristallardan ibarət, kütlə olan bir ədəd şəffaf sellofan bükümü olan bir ədəd zərf, bir ədəd qaz alışqanı, bir ədəd mobil telefon, içərisində Təqsirləndirilən şəxs saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsi görüntüləri olan bir ədəd DVD-R diski də təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş bir ədəd zərf təhqiqatçı tərəfindən açılıb, içərisində ağ rəngli kristallardan ibarət olan şəffar sellofan bükümü çıxarılıb, nəzərdən keçirilmişdir. Büküm içərisində ağ rəngli kristalik hissəciklərdən ibarət kütlə ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 0,66 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bükümdə olan ağ rəngli kristallardan ibarət kütlənin nə olması, nə vaxt, haradan, nə məqsədlə əldə edildiyi soruşulduqda, o, həmin bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, üzdən tanıdığı, lakin adını, soyadını, ünvanını bilmədiyi şəxsdən özünün istifadəsi üçün aldığını bildirmişdir. İçərisində ağ rəngli kristalik hissəciklərdən ibarət kütlə olan büküm yenidən zərfə qoyularaq zəfrin üzəri möhürlənmişdir. Həmin kütlənin psixotrop maddə olub-olmamasımı müəyyən edilməsi üçün məhkəmə kimyəyi ekspertizasına göndəriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə ünvan 5 ünvanının yaxınlığında saxlanılıb üzərinə şəxsi axtarış keçirilərkən ondan aşkar edilmiş içərisində ağ rəngli kristalik hissəciklərdən ibarət kütlə olan büküm elektron tərəzidə çəkilərkən ümumi çəkisi 0,71 qram, həmin büküm təhqiqatçı tərəfindən çəkildikdə isə ümumi çəkisi 0,66 qram olmuşdur. Həmin büküm birinci dəfə çəkilərkən elektron tərəzi minik avtomobilinin “kapotunun” üzərinə qoyularaq çəkilmiş, yəni həmin yer üfıqi olmadığından iki çəki arasındakı fərq bu səbəbdən yaranmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, 37-ci PŞ-nə gətirilərkən və üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsində psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə şöbənin rəhbərliyinə məruzə edilmişdir. Şöbə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi ona, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 həvalə edilmişdir. Bundan sonra Şahid2 və Şahid1 ilə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 05 mart 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsinə getmişlər. Həmin tarixdə saat 16:52-də Araz Novruzov küçəsi 15 ünvanının yaxınlığında əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxsdən də özünü təqdim etməsini istəmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra ona psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Bundan sonra Tehran Volixanova hüquq və vəzifələri izah edilməklə ona üzərində qanunsuz olaraq əldə edilmiş, narkotik vasitə, psixotrop maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən içərisində bir ədəd şəffaf sellofan bükümündə ağ rəngli kütlə olan bir ədəd əzilmiş siqaret qutusunu, bir ədəd qaz alışqanını, əynindəki şalvarın sağ yan cibindən bir ədəd qara rəngli mobil telefonu çıxarıb təqdim etmişdir. İçərisində ağ rəngli kristalik hissəciklərdən ibarət kütlə olan həmin şəffaf sellofan bükümü elektron tərəzidə çəkildikdə çəkisinin ümumilikdə 0,71 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin büküm bir ədəd kağız zərfə qoyularaq zərfin üzəri Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №153 nömrəli möhürü ilə möhürləndikdən sonra, Təqsirləndirilən şəxs özü və onlar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nə aparılaraq, PŞnə gətirilməsi barədə PŞ-nin rəhbərliyinə yazılı raportla müraciət edilmişdir. Göstərişə əsasən Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün təhqiqatçı, polis mayoru Saleh Salahzadəyə təhvil verilmişdir. Təqsirləndirilən şəxsla birlikdə ondan götürülmüş içərisində ağ rəngli kristallardan ibarət, kütlə olan bir ədəd şəffaf sellofan bükümü olan bir ədəd zərf, bir ədəd qaz alışqanı, bir ədəd mobil telefon, içərisində Təqsirləndirilən şəxs saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsi görüntüləri olan bir ədəd DVD-R diski də təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş bir ədəd zərf təhqiqatçı tərəfindən açılıb, içərisində ağ rəngli kristallardan ibarət olan şəffar sellofan bükümü çıxarılıb, nəzərdən keçirilmişdir. Büküm içərisində ağ rəngli kristalik hissəciklərdən ibarət kütlə ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 0,66 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bükümdə olan ağ rəngli kristallardan ibarət kütlənin nə olması, nə vaxt, haradan, nə məqsədlə əldə edildiyi soruşulduqda, o, həmin bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, üzdən tanıdığı, lakin adını, soyadını, ünvanını bilmədiyi şəxsdən özünün istifadəsi üçün aldığını bildirmişdir. İçərisində ağ rəngli kristalik hissəciklərdən ibarət kütlə olan büküm yenidən zərfə qoyularaq zəfrin üzəri möhürlənmişdir. Həmin kütlənin psixotrop maddə olub-olmamasımı müəyyən edilməsi üçün məhkəmə kimyəyi ekspertizasına göndəriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə ünvan 5 ünvanının yaxınlığında saxlanılıb üzərinə şəxsi axtarış keçirilərkən ondan aşkar edilmiş içərisində ağ rəngli kristalik hissəciklərdən ibarət kütlə olan büküm elektron tərəzidə çəkilərkən ümumi çəkisi 0,71 qram, həmin büküm təhqiqatçı tərəfindən çəkildikdə isə ümumi çəkisi 0,66 qram olmuşdur. Həmin büküm birinci dəfə çəkilərkən elektron tərəzi minik avtomobilinin “kapotunun” üzərinə qoyularaq çəkilmiş, yəni həmin yer üfıqi olmadığından iki çəki arasındakı fərq bu səbəbdən yaranmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, 37-ci PŞ-nə gətirilərkən və üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 05 mart 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd “Magna” yazılan siqaret qutusunun içərisində olan 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan bükümdə ağ rəngli narkotik maddəyə bənzər kütləni, bir ədəd alışqanı və şalvarının sağ yan cibində 1 (bir) ədəd üzərində “Samsung” yazıları olan “A25” markalı mobil telefonu təqdim etmişdir. Narkotik maddəyə bənzər kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmiş, çəkisinin 0.71 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və təhqiqatçı tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan bükümdə ağ rəngli narkotik maddəyə bənzer kütlə və 1 (bir) ədəd mobil telefon sonuncudan götürülmüş və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış ünvan 6 ünvanı qarşısında keçirilmişdir (i.v. 10-11); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 (bir) ədəd şəffaf sellofan bükümdə ağ rəngli narkotik maddəyə bənzər kütlə aşkar olunmuş və elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0.66 qram olduğu müəyyən edilmişdir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 1 ədəd DVD-yə «Dell» markalı kompyuterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan ağ rəngli narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapmışdır (i.v. 15-17); şübhəli şəxsin tutulması haqqında 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:52-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 6/984/2025 nömrəli, 06 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №153” möhür əksi “....Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.644 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 40-43); “CD-R” disklərə baxış keçirilməsi haqqında 06 mart 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 50-51); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 56-57); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilərək saxlandığı Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 76-77); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 78-79); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin xx.xx.2025-ci il tarixli, 1559 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v. 92-93); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 97); 2 saylı Bakı “ASAN xidmət mərkəzi”nin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 511296 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X1r (i.v. 132); 101 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 134); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 06 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0.644 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.544 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və diskə baxış protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 mart 2025-ci il tarixli, 6/984 nömrəli və məhkəmə-narkoloji ekspertizasının 14 mart 2025-ci il tarixli, 1559 nömrəli rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, 02 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v. 135-141). Məhkəmə iclasında birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd “Magna” yazılan siqaret qutusunun içərisində olan 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan bükümdə ağ rəngli narkotik maddəyə bənzər kütləni, bir ədəd alışqanı və şalvarının sağ yan cibində 1 (bir) ədəd üzərində “Samsung” yazıları olan “A25” markalı mobil telefonu təqdim edir. Narkotik maddəyə bənzər kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilir, çəkisinin 0.71 qram olması müəyyən edilir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və təhqiqatçı tərəfindən imzalanaraq götürülür. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə iclasında ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 (bir) ədəd şəffaf sellofan bükümdə ağ rəngli narkotik maddəyə bənzər kütlə aşkar olunur və elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0.66 qram olduğu müəyyən edilir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənir, daha sonra 1 ədəd DVD-yə «Dell» markalı kompyuterdə baxış keçirilir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan ağ rəngli narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.644 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını (CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 05 mart 2025-ci il tarixdən 07 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.644 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.544 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “CD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdən 07 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.644 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.544 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-286/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-286/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver