Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-287/2020 17.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkim şəxs Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Ağstafa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədilə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi 2Ç saylı fərdi yaşayış evində Zərərçəkmiş şəxs bacısının azyaşlı qızı X5 dayəsi kimi işləyərkən ona yalnız Mədinə Vahaba dayəlik etməsi tapşırılmasına baxmayaraq, 2020-ci ilin yanvar ayından mart ayınadək olan müddət ərzində evin ikinci mərtəbəsindəki yataq otağına daxil olub dolabdakı qara rəngli diplomat tipli çantadan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə vahid qəsdlə əhatə olunan niyyətlə ümumilikdə 13000 (on üç min) manat məbləğində pulu gizli şəkildə talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2019-cu ilin mart ayında qonşuluqda yaşayan Aygün adlı qadın yaxınlıqda yaşayan bir ailənin azyaşlı uşaqlarına dayə axtardıqlarını söyləmiş və ona əlaqə nömrəsi vermişdir. O, həmin nömrə ilə əlaqə saxlamış və ona deyilən Xətai rayonu Cavanşir küçəsi ev 2Ç saylı ünvanda yerləşən mənzilə getmişdir. Həmin mənzil iki mərtəbəli və altı otaqdan ibarət olmuş, orada mənzilin sahibləri Şahid1 və Məzahir Bağırov ilə görüşmüşdür. Söhbət əsnasında Mənsurə qızının həyat yoldaşı ilə birlikdə Türkiyə Respublikasında yaşadığını və bir yaşlı nəvəsi Mədinəyə dayə axtardıqlarını və qarşılığında aylıq olaraq 350 manat pul verəcəyini söyləmiş, o da Mənsurə ilə razılaşmış və mart ayının ortalarından bir yaşlı Mədinəyə dayəlik etməyə başlamışdır. O, həftənin 1-ci günündən 5-ci gününə kimi saat 08:30-dan 18:30-a qədər olmaqla həmin mənzildə uşağa dayəlik etmiş və qarşılığında hər ay 350 manat pul amışdır. Bir ay dayəlik etdikdən sonra ev sahibi Mənsurə evi təmizləməyi də ona tapşırmış, bundan sonra o, dayəliklə yanaşı evin təmizliyi ilə də məşğul olmağa başlamışdır. O, adətən mənzilin birinci mərtəbəsini təmizləmiş, bəzən isə ikinci mərtəbədə də təmizlik işləri aparmışdır. Mənzilin ikinci mərtəbəsindəki yataq otağı Məzahir Bağırova məxsus olmuş, Məzahir həmin otaqda tək yatırmış, Məzahir vəfat etdikdən sonra mənzilin ikinci mərtəbəsindəki yataq otağı demək olar ki, istifadəsiz qalmışdır. O, bəzi vaxtlarda həmin otağı təmizləmişdir. 2019-cu ilin sonlarında işlədiyi mənzildə olan zaman Mənsurə ona zəng edərək mənzilin ikinci mərtəbəsindəki yataq otağında, paltar dolabının içərisindəki diplomatda Məzahirin ölüm kağızının olduğunu söyləmiş və mobil telefon vasitəsi ilə həmin ölüm kağızının şəklini çəkərək ona göndərməsini xahiş etmiş, o, yataq otağına gedərək paltar dolabını açmış və orada qara rəngli diplomat formalı çantanı açaraq içərisində çoxlu sayda sənədlər olduğunu görmüş, həmin sənədlərin içərisindən Məzahirin ölüm kağızını taparaq mobil telefon vasitəsilə şəklini çəkib Mənsurəyə göndərmiş və çantanı bağlayaraq yerinə qoymuşdur. Yanvar ayının ortalarında həmin yataq otağını təmizləyən zaman paltar dolabındakı həmin qara rəngli çantanın açıq olduğunu görmüş, yaxınlaşıb baxan zaman çantanın içərisindəki əlavə cibliyin də açıq vəziyyətdə olduğunu və həmin cibliyin içərisində çoxlu sayda pul olduğunu görmüş və heç nəyə əl vurmadan otağı tərk etmişdir. Maddi vəziyyəti pis olduğu üçün yanvar ayının sonlarında, həmin çantadakı pulları hissə-hissə götürərək xərcləməsi haqqında qərara gəlmiş və həmin vaxt yataq otağına daxil olaraq ilk dəfə həmin çantanın içərisində quraşdırılmış cibliyindən 50 manat pul götürmüş, bundan sonra çantadan hər gün, bəzən isə günaşırı hissə-hissə 50, 100 və 200 manat pul götürürmüş, bir dəfə isə 300 manat pul götürmüşdür. Mart ayının ortalarında həmişəki qaydada işdə olan zaman Orxan onu mətbəxə apararaq yataq otağındakı çantadan pul götürməyindən xəbərdar olduğunu və götürdüyü pulu geri qaytarmasını söyləmiş, o isə puldan xəbərsiz olduğunu bildirmiş və oğurluq etməsini boynuna almamış, buna görə də Orxan ona işdən azad olunduğunu söyləmişdir. O, işdən çıxdıqdan bir neçə gün sonra gördüyü əməldən peşman olmuş və Mənsurəyə zəng edərək oğurluq etdiyini boynuna almış, Mənsurə isə məsələni Orxanla həll etməli olduğunu söyləmişdir. Bundan sonra o, Orxana zəng edərək ona da eyni sözləri demiş və Orxandan ona bir həftə vaxt verməsini istəmiş, Orxan da razılaşmışdır. Bir həftədən sonra yaşadığı ünvanın yaxınlığında küçədə Orxanla görüşmüş və ona 1000 manat pul vermiş, qalan pulu isə bir-iki ay ərzində geri qaytaracağını söyləmişdir. Əməlindən səmimi peşman olduğunu, habelə Zərərçəkmiş şəxs vurulmuş ziyanı ödədiyini, zərəçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirib barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, bacısı X4 ailə qurduqdan sonra 2019-cu ilin mart ayında həyat yoldaşı ilə birlikdə işləmək üçün Türkiyə Respublikasına getdiyinə görə 2 yaşlı bacısı qızı Mədinə onlarla birlikdə qalmışdır. Mədinə azyaşlı olduğu üçün ona dayə tutmaq qərarına gəlmiş, anası Mənsurə bir neçə gün axtardıqdan sonra ona qonşuluqda kirayə yaşayan Sevda adlı bir qadınla Mədinəyə dayəlik etməsi üçün aylıq 350 manat qarşılığında razılaşdıqlarını bildirmiş, o, buna etiraz etməmişdir. Mart ayından Sevda onların evində dayə kimi işləməyə başlamış, həftənin 1-ci günündən 5-ci gününə kimi saat 08:30-dan 18:30-a qədər mənzildə Mədinəyə dayəlik etmişdir. Sədərək bazarında atasına məxsus ərzaq malları satılan köşk var, atası həmin köşkü icarəyə vermiş və icarə haqqı olaraq hər həftə 1750 manat pul almışdır. 2019-cu ilin oktyabr ayında atası rəhmətə getmiş və bundan sonra nənəsi Cəmilə onlarla yaşamağa başlamışdır. Atası rəhmətə getdikdən sonra həmin köşkün icarə haqqını o götürmüşdür. Atası aylıq gəlirlərini qara rəngli diplomatın içərisinə yığmış, həmin diplomatı isə mənzilin ikinci mərtəbəsində yataq otağındakı dolabın içərisində saxlamışdır. Diplomatın üzərində heç bir qıfıl və ya digər mühafizə vasitəsi olmamış, köşkdən gələn icarə haqlarını o da atası kimi ikinci mərtəbədəki yataq otağında olan dolabın içərisindəki diplomatda saxlamağa davam etmişdir. Həmin pulların arasında ABŞ dollarları da olmuşdur. 2020-ci ilin yanvar ayından etibarən diplomata yığılmış pulların anası tərəfindən qeydiyyatı aparılmışdır. 2020-ci ilin mart ayında o, diplomatdakı pullara nəzər yetirən zaman oradakı pulların miqdarında kəskin azalma olduğunu aşkar etmiş və pulları saydıqdan sonra 13000 manat pulun əskik gəldiyini görmüşdür. Bu barədə anasından pulları onun götürübgötürmədiyini soruşduqda, anası pulları götürmədiyini bildirmişdir. Bundan sonra o, həmin pulları yalnız Sevdanın oğurlaya biləcəyini düşünmüş və ondan şübhələnmişdir. Bir neçə gündən sonra Sevda onlarda olan zaman o, Sevdanı mənzilin mətbəxinə çağıraraq pulları onun götürdüyündən xəbərdar olduğunu bildirmiş və pulları geri qaytarmasını tələb etmiş, Sevda isə pullardan xəbərsiz olduğunu və pulları oğurlamadığını söyləmişdir. O, Sevdanın oğurluğu etiraf etmədiyini görüb ona işdən azad olunduğunu, bir daha mənzilə gəlməməsini və bu barədə polisə məlumat verəcəyini söyləmişdir. Sevda həmin gün mənzildən çıxıb getmiş, lakin bir neçə gündən sonra anasına zəng edərək oğurluq etdiyini etiraf etmiş və əməlindən peşman olduğunu bildirmiş, anası isə ona məsələni oğlu ilə həll etməsini bildirmişdir. Bundan sonra o, Sevdaya zəng edərək pulu geri qaytarmasını tələb etmiş, Sevda etdiyi əməldən peşman olduğunu və ona bir həftə vaxt verməyini istəmiş, o da razılaşmışdır. Razılığa əsasən o, Sevdaya, ilkin olaraq ona 3000 min manat pulu verməsini, qalan pulu da hər ay 400 manat olmaqla hissə-hissə verməsini təklif etmiş, Sevda da onunla razılaşmışdır. Onlar bir həftədən sonra yaşadığı mənzilin yaxınlığında Sevda ilə görüşmüş, orada Sevda ona 1000 manat pul vermiş, qalan məbləği nə vaxt qaytarması barədə Sevdadan soruşduqda, Sevda qalan pulu yaxın müddət ərzində qaytaracağını söyləmişdir. Bundan sonra Sevdanın vəd etdiyi vaxtlarda pulu qaytarmadığını görüb dəfələrlə ona zəng edərək bu barədə polisə məlumat verəcəyini söyləmiş, Sevdanın vəd etdiyi vaxtda pulu gətirmədiyini görüb xx xxxx 2020-ci il tarixdə 102 xidmətinə zəng edərək və ərizə ilə 36-cı Polis bölməsinə müraciət edərək oğurluq barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 13000 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 digər Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Sədərək bazarında Orxanın atası Məzahirə məxsus ərzaq malları satılan köşk olmuş, 2013-cü ildə Məzahir ona özünə məxsus köşkü ona icarəyə vermək istədiyini söyləmiş, o, aylıq nə qədər ödəniş edəcəyini soruşduqda, Məzahir aylıq ona 6000 manat ödəniş edəcəyini söyləmişdir. Məzahirlə dostluq münasibəti olduğu üçün onunla razılaşmış və həmin ildən köşkü icarəyə götürərək işlətməyə başlamış, hər həftə 1500 manat icarə haqqını verməyə razılaşmışdır. Bundan sonra o, hər həftənin birinci günləri Məzahirə 1500 manat pul vermiş, lakin bir müddətdən sonra alver zəiflədiyi üçün o, icarə haqqını vaxtında, yəni hər həftənin birinci günü ödəyə bilməmiş və buna görə də ödənişi hissə-hissə ödəməyə başlamışdır. Belə ki, o, bir neçə gündən bir 500, 600, 1800, 1600 manat olmaqla və digər məbləğlərdə hissə-hissə olmaqla icarə haqqını ödəmiş, o, həmin pulları Məzahirə Xətai rayonunun ərazisində yaşadığı mənzilin həyətində vermişdir. 2019-cu ilin oktyabr ayında Məzahir vəfat etdikdən sonra o, icarə haqqını eyni üsulla onun oğlu Orxana, bəzi hallarda isə həyat yoldaşı Mənsurəyə verməyə davam etmişdir. Şahid X3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 01); baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və foto cədvəldən görünür ki, Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi 2Ç saylı fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı həmin fərdi yaşayış evindən Zərərçəkmiş şəxs məxsus 13000 manat məbləğində nağd pulun oğlurlanması faktı aşkar edilmişdir (i.v. 12-16); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 21-22); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 45-46); qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 57); ifadənin yerində yoxlanması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi 2Ç saylı fərdi yaşayış evindəoğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v 63-67); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 alınmış xx.xx.2020-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 80); xx.xx.2020-ci il tarixli üzləşdirmə protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti yerinə yetirilmiş, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini eynilə təsdiq etmişdir (i.v. 85-87); xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti yerinə yetirilmiş, Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini eynilə təsdiq etmişdir (i.v. 88-90); xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (i.v. 92); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs elan edilən ittihamda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərilən məbləğ əsas götürülmüş, iş üzrə hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanılması protokolları, zərər çəkmiş şəxsin, şahidlərin və təqsirləndirilən şəxsin ifadələri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 93-100); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında xx xxxx 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.12-59.1.13), nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-287/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-287/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver