Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-287/2023 20.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2a yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində Bakı şəhəri Xətai rayonu, Lütfizadə küçəsi 2347/48 saylı binanın qarşısında dayanmış arvadı Şahid yanında saxlayan “Toyota Prius” minik markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən taksi sürücüsü kimi tanıdığı Zərərçəkmiş şəxs onun arvadına xoşa gəlməz təklif etdiyini zənn etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən baş zərbəsi ilə sonuncunun üz nahiyəsinə vurmaqla döyərək, ona sol almacıq nahiyəsinin şişkinliyi halında əzilməsi, üst dodağın şişkinliyi və əzilmiş yarası, üst çənədə sağdan 1 dişin travmtik sınığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, O, bir ilə yaxındır ki, taksi fəaliyyəti ilə məşğul olur. 'Toyota Yaris" markalı **-RE-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə taksi fəaliyyəti göstərir və sifarişləri "Bolt" tətbiqi vasitəsi ilə qəbul edir. xx.xx.2023-cü il tarixdə sat 09 radələrində yaşadığı binanın arxa hissəsindən maşını xoda salıb gətirən zaman arvadı Şahid onu yol kənarında gözləyirdi. O, maşına əyləşmiş, maşını işlək vəziyyətə gətirmiş və bir neçə dəqiqə sonra hərəkətə başladıqda, arvadı Aynanın yanında maşın saxladığını və onunla söhbət etdiyini görüb, tez ora yaxınlaşmışdır. Dərhal maşından düşərək, həmin maşında olan şəxsin kim olduğunu və arvadı Aynadan nə istədiyini soruşmaq üçün ona yaxınlaşmışdır. Həmin şəxsin əvvəllər tanıdığı, onunla eyni "Bolt" taksi şirkətində işləyən Zərərçəkmiş şəxs olduğunu görmüşdür. O, əsəbi halda olduğu üçün ondan heçnə soruşmadan kəllə ilə qəsdən üz nahiyəsindən vurmuşdur. Fərman həmin vaxt yerə yıxılmış, özü isə arvadını maşına əyləşdirib, oradan uzaqlaşmışdır. Maşında Aynadan həmin şəxsin onunla nə barədə söhbət etdiyini soruşduqda, Fərman onu bir nəfər tanış müştəri ilə səhv saldığını və üzr istədiyini bildirdi. O, etdiyim əməldən peşman olub, Fərmana zəng vurub üzr istəmək istəsə də, onun nömrəsini tapa bilməmişdir.Baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs ilə hazırda barışdığını, ona xəsarət yetirdiyinə görə əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, O, 1 ay müddətir ki, “Toyota Prius" markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti göstərir və sifarişləri “Bolt" tətbiqi vasitəsi ilə qəbul edir. xx.xx.2023-cü il tarixdə sat 09:44-də istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Bolt" şirkəti tərəfindən yönləndirilən sifariş qəbul etmişdir. Dərhal həmin nömrə ilə əlaqə saxlanılmış və həmin şəxsin bir xanım olduğunu və sifarişdə göstərilən ünvan 3 ünvanından Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrosu yaxınlığına aparmalı olduğunu bildirilmişdir. O, deyilən ünvana yaxınlaşmış və yol kənarında bir xanım dayandığını görüb, maşın ilə ona yaxınlaşmış və sifarişi onun tərəfindən verilib-verilmədiyini soruşmuşdur. Həmin xanım ona kobud şəkildə cavab verərək, “get işinlə məşğul ol” deyərək bildirdi. O, isə ona izah edərək, taksi sürücüsü olduğunu və bir xanım tərəfindən həmin ünvana sifariş verildiyini demişdir. Təxminən 2 dəqiqə keçdikdən sonra arxa tərəfdən qara rəngli “Toyota Yaris" markalı **-RE-*** d.q.n.-lı avtomobil yaxınlaşmış və maşını saxlayıb aşağı düşüb ona yaxınlaşmışdır. Həmin şəxsin taksi sürücüsü Təqsirləndirilən şəxs Əlibaba oğlu olduğunu görmüşdür. O, Azəri uzun müddətdir ki, taksi fəaliyyəti ilə məşğul olduğu üçün tanıyırdı. Azər ona yaxınlaşan kimi nə üçün onun arvadına söz atdığımı demişdi. O, isə heç nə anlamadan nə baş verdiyini soruşmuşdur. Azər onu eşitmədən səbirsizlik edərək qəsdən kəlləsi ilə üz nahiyyəsindən vuraraq bədən xəsarəti yetirmişdir. Həmin vaxt o, yerə yıxılmış və Azər özünə məxsus olan avtomaşına əyləşərək oradan uzaqlaşmışdır.Hazırda isə iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 309 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində aşkar olunan xəsarətlər – sol almacıq nahiyyəsinin şişkinliyi halında əzilməsi, üst dodağın şişkinliyi və əzilmiş yarası, üst çənədə sağdan İ dişin travmatik sınığı müəyyən edilmiş, xəsarət bərkküt əşyanın təsirindən törənmiş, müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və bu xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda, həmin Məcəllənin 299.3.4-cü maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Həmin Məcəllənin 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, Təqsirləndirilən şəxs səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-287/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-287/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver