Məhkəmə qərarları › İş №1(011)-288/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-288/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-288/2021 12.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Mirzəyeva Ünsiyyət Hacımehdi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1977-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.4, 32.5,294.1 və 320.1-ci maddələri ilə, xx xxxx 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.4, 294.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlak hüquqlarını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, mülki işdə iştirak edən şəxs tərəfindən sübutların saxtalaşdırılmasında köməkçi qismində iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq istifadə etmək məqsədilə qeyrisinin köməkçiliyi ilə hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla hazırlamışdır. Belə ki, o, 21 iyul 2007-ci il tarixdə Zərərçəkmiş şəxs ilə nikah müqaviləsi bağlayıb sonuncu ilə birgə nikah dövründə olduğu vaxt, 26 avqust 2011-ci il tarixli, 478 nömrəli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda yerləşən, ümumi sahəsi 110 m2 olan izolə olunmuş qeyri-yaşayış obyektini 56.760 manat ödəyib öz adına rəsmiləşdirdikdən bir müddət sonra, sonuncu ilə aralarında yaranmış ailədaxili münaqişə zəminində aralarında mövcud olan nikah münasibətlərinə son qoyulacağını ehtimal edib, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, həmin sahəyə özünə aid hissədə payın Təqsirləndirilən şəxs2lə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, faktiki olaraq özündə qalmasını əvvəlcədən nəzərə almaqla, Zərərçəkmiş şəxs ilə ümumi birgə mülkiyyətində olan həmin qeyriyaşayış sahəsinin sonuncuya aid olan hissəsinə əmlak hüququnu, həmin qeyri-yaşayış sahəsinin guya əvvəlcədən Təqsirləndirilən şəxs2 satılması görüntüsünü saxta alqı-satqı müqaviləsi əsasında, məhkəmədə sonuncu tərəfindən iddia qaldırılması yolu ilə aldatmaqla ələ keçirmək məqsədilə 2019-cu ilin əvvəllərində Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında "xxxx" MMC-nin inşa etdiyi yaşayış binasında qeyrirəsmi olaraq komendant işləyən Şahid1 sonuncunun əvvəlcədən saxta yolla hazırlamaqla özündə saxladığı 16 dekabr 2009-cu il tarixli alqı-satqı müqaviləsi və 387 nömrəli maliyyə arayışını şəxsən almaqla, yəni sonuncunun cinayətin törədilməsi üçün vasitə vermədə ifadə olunan köməkçiliyi ilə əldə etdikləri həmin müqavilə və maliyyə arayışından qanunsuz olaraq istifadə etmək məqsədilə həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə və şəraitdə müqavilənin «_ __200_ » formasında olan tarix qrafasında əlyazma üsulu ilə «16 dekabr 9 », ad, soyad, ata adı qrafasında «Təqsirləndirilən şəxs2», mərtəbə qrafasında « İ », ümumi sahəsi « 11 0 kv», blok qrafasında « İ » , izolə olunmuş qrafasında «market», qiymət qrafasında «776 m», cəmi qiyməti qrafasında "xxxx", payçı qrafasında «Təqsirləndirilən şəxs2 Ş.v seriya AZE № 04363461 Sumqayıt şəhəri RPİ tərəfindən 02.02.2007-ci il tarixdə verilib ----- ay müddətinə hər ay ---- olmaqla ödənilməlidir İmza: Təqsirləndirilən şəxs2» və sonuncunun imzası, direktor qrafasında Şahid2 imzasını çəkməklə və maliyyə arayışının «___200_» formasında olan tarix qrafasında əlyazma üsulu ilə «16 dekabr 9», «№__» formasında olan nömrə qrafasında «387», ad, soyad, ata adı qrafasında «Təqsirləndirilən şəxs2», mərtəbə qrafasında «İ», ümumi sahəsi « 11 0 kv», blok qrafasında « İ » , izolə olunmuş qrafasında «market», ödənilmişdir qrafasında "xxxx", MMC-yə borcu qrafasında « yoxdur» sözlərini yazıb direktor qrafasında Şahid2 imzasını çəkməklə Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən həmin müqaviləni və maliyyə arayışını saxtalaşdırmaqla qanunsuz olaraq hazırlayıb, bundan sonra, mülki işdə iştirak edən şəxs Təqsirləndirilən şəxs2 iddia ərizəsinin yazılması və mətninə dair məsləhət və məlumatları ilə yardım etmədə ifadə olunan köməkçiliyi ilə sonuncu tərəfindən, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, 16 dekabr 2009-cu il tarixli saxta alqı-satqı müqaviləsi və 387 nömrəli maliyyə arayışı 21 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 və "xxxx" MMC-yə qarşı «26 avqust 2011-ci il tarixli, 478 nömrəli müqavilənin və onun əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə» iddia ərizəsinə əlavə edilərək, ünvan 3 ünvanında yerləşən Xətai Rayon Məhkəməsinə müraciət edilməsi ilə və bununla əlaqədar Təqsirləndirilən şəxs2 cinayətdən xəbərsiz nümayəndəsi vasitəsilə həmin mülki iş üzrə keçirilən məhkəmə prosesində saxta alqı-satqı müqaviləsi və maliyyə arayışına istinad olunub iddia tələbinin təmin edilməsi istiqamətində qanunsuz və əsassız mövqeyini müdafiə etməklə mülki iş üzrə sübutları saxtalaşdırmış, Xətai Rayon Məhkəməsi tərəfindən həmin iş üzrə keçirilmiş məhkəmə ekspertizaları ilə Təqsirləndirilən şəxs2 adına olan 16 dekabr 2009-cu il tarixli alqı-satqı müqaviləsi və 387 nömrəli maliyyə arayışının saxta olması müəyyən olunmaqla, məhkəmənin 29 sentyabr 2020-ci il tarxli, 2(011)-512/2020 nömrəli qətnaməsi ilə Təqsirləndirilən şəxs2 iddiası təmin edilmədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməllərini öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda yerləşən, ümumi sahəsi 110 m2 olan izolə olunmuş, dəyəri 56.760 manat olmaqla ümumi birgə mülkiyyətdə olan qeyri-yaşayış obyektinin Zərərçəkmiş şəxs payına düşən 28.380 (iyirmi səkkiz min üç yüz səksən) manat məbləğində olan hissəsinə əmlak hüquqlarını ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlak hüquqlarını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, mülki işdə iştirak edən şəxs kimi sübutları saxtalaşdırmış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq istifadə etmək məqsədilə, qeyrisinin köməkçiliyi ilə hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla hazırlamışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə birgə nikah dövründə olduğu vaxt 26 avqust 2011-ci il tarixli, 478 nömrəli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda yerləşən, ümumi sahəsi 110 m2 olan izolə olunmuş qeyri-yaşayış obyektini 56.760 manat ödəyib Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirməsindən və bir müddət sonra sonuncunun aralarında yaranmış ailədaxili münaqişə nəticəsində onların arasında mövcud olan nikaha son qoyulacağından xəbərdar olmasından sonra, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, həmin sahəyə Təqsirləndirilən şəxs1 aid hissədə payın aralarındakı cinayətkar niyyətə uyğun olaraq, faktiki olaraq özlərində qalmasını əvvəlcədən nəzərə almaqla, Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs ümumi birgə mülkiyyətində olan həmin qeyriyaşayış sahəsinin sonuncuya aid olan hissəsinə əmlak hüququnu, həmin qeyri-yaşayış sahəsinin guya əvvəlcədən özünə satılması görüntüsünü saxta alqı-satqı müqaviləsi əsasında məhkəmədə iddia qaldırılması yolu ilə aldatmaqla ələ keçirmək məqsədilə, 2019-cu ilin əvvəllərində Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında "xxxx" MMC-nin inşa etdiyi yaşayış binasında qeyri-rəsmi olaraq komendant işləyən Şahid1 sonuncunun əvvəlcədən saxta yolla hazırlamaqla özündə saxladığı 16 dekabr 2009-cu il tarixli alqı-satqı müqaviləsi və 387 nömrəli maliyyə arayışını Təqsirləndirilən şəxs1 vasitəsilə almaqla, yəni Şahid1 cinayətin törədilməsi üçün vasitə vermədə ifadə olunan köməkçiliyi ilə əldə etdikləri həmin müqavilədən qanunsuz olaraq istifadə etmək məqsədilə həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə və şəraitdə müqavilənin «_ __ 200_» formasında olan tarix qrafasında əlyazma üsulu ilə «16 dekabr 9 », ad, soyad, ata adı qrafasında «Təqsirləndirilən şəxs2», mərtəbə qrafasında «İ», ümumi sahəsi «110 kv», blok qrafasında «İ», izolə olunmuş qrafasında «market», qiymət qrafasında «776 m», cəmi qiyməti qrafasında «52360 manat », payçı qrafasında « Təqsirləndirilən şəxs2 Ş.v seriya AZE № 04363461 Sumqayıt şəhəri RPİ tərəfindən 02.02.2007-ci il tarixdə verilib --- ay müddətinə hər ay --- olmaqla ödənilməlidir İmza : Təqsirləndirilən şəxs2» və sonuncunun imzası, direktor qrafasında Şahid2 imzasını çəkməklə və maliyyə arayışının « _ __ 200 » formasında olan tarix qrafasında əlyazma üsulu ilə «16 dekabr 9 », «№ _» formasında olan nömrə qrafasında «387», ad, soyad, ata adı qrafasında «Təqsirləndirilən şəxs2», mərtəbə qrafasında « İ » , ümumi sahəsi « 110 kv», blok qrafasında «İ», izolə olunmuş qrafasında «market», ödənilmişdir qrafasında "xxxx", MMC-yə borcu qrafasında « yoxdur» sözlərini yazıb direktor qrafasında Şahid2 imzasını çəkməklə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən həmin müqaviləni saxtalaşdırmaqla qanunsuz olaraq hazırladıqdan sonra, Təqsirləndirilən şəxs1 iddia ərizəsinin yazılması və mətninə dair məsləhət və məlumatları ilə yardım etmədə ifadə olunan köməkçiliyi ilə mülki işdə iştirak edən şəxs kimi aralarındakı cinayətkar niyyətə uyğun olaraq, şəxsən 16 dekabr 2009-cu il tarixli saxta alqı-satqı müqaviləsi və 387 nömrəli maliyyə arayışını 21 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 və "xxxx" MMC-yə qarşı «26 avqust 2011-ci il tarixli, 478 nömrəli müqavilənin və onun əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə» iddia ərizəsinə əlavə edərək, ünvan 3 ünvanında yerləşən Xətai Rayon Məhkəməsinə müraciət etməklə və bununla əlaqədar şəxsən cinayətdən xəbərsiz nümayəndəsi vasitəsilə həmin mülki iş üzrə keçirilən məhkəmə prosesində saxta alqısatqı müqaviləsi və maliyyə arayışına istinad edib iddia tələbinin təmin edilməsi istiqamətində qanunsuz və əsassız mövqeyini müdafiə etməklə, mülki iş üzrə sübutları saxtalaşdırmış, Xətai Rayon Məhkəməsi tərəfindən həmin iş üzrə keçirilmiş məhkəmə ekspertizaları ilə öz adına olan 16 dekabr 2009-cu il tarixli alqı-satqı müqaviləsi və 387 nömrəli maliyyə arayışının saxta olması müəyyən olunmaqla həmin məhkəmənin 29 sentyabr 2020-ci il tarixli, 2(011)-512/2020 nömrəli qətnaməsi ilə tərəfindən verilmiş iddia ərizəsi təmin edilmədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməllərini öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda yerləşən, ümumi sahəsi 110 m2 olan izolə olunmuş, dəyəri 56.760 manat olmaqla ümumi birgə mülkiyyətdə olan qeyri-yaşayış obyektinin Zərərçəkmiş şəxs payına düşən 28.380 (iyirmi səkkiz min üç yüz səksən) manat məbləğində olan hissəsinə əmlak hüquqlarını ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 21 iyul 2007-ci il tarixdə Zərərçəkmiş şəxs ilə nikah müqaviləsi bağlayıb ailə həyatı qurmuş, həmin nikahdan iki qızı, bir oğlu dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə birgə nikahda olduğu dövrdə - 2010-cu ildə Əhmədli qəsəbəsi, Rahib Məmmədov küçəsi 20 ünvanında yerləşən "xxxx" MMC-nin inşa etdiyi binadan mənzil almış, bir müddət sonra, yəni 24 avqust 2011-ci il tarixdə “Birlik-İnşaat" MMC-nin sabiq direktoru Şahid2 əlavə pul ödəməklə, mənzili həmin binanın birinci blokunda yerləşən ümumi sahəsi 110 m2 olan izolə olunmuş qeyri-yaşayış sahəsi ilə dəyişdirmişdir. Həmin obyektin qiyməti 56.760 manat dəyərində olmuşdur. İlk öncə həmin qeyri-yaşayış sahəsində hazırlıq kursu açmışdır, təxminən bir il hazırlıq kursunu işlətdikdən sonra Zərərçəkmiş şəxs həmin obyektdə özü üçün baxça qurub işlətmək istədiyini bildirmişdir. Baxça açmaq üçün dövlət qurumlarına müraciət edib həmin yerdə baxçanın açılmasına qanunla icazə verilmədiyini öyrənmişdir. Bu səbəbdən həmin ünvana yaxın yerdə başqa qeyri-yaşayış sahəsini icarəyə götürüb, Zərərçəkmiş şəxs üçün baxça açmışdır. Zərərçəkmiş şəxs, təxminən 1 il həmin baxçanı işlətdikdən sonra o, Zərərçəkmiş şəxs davranışında dəyişikliklərin olduğunu hiss etmişdir. Belə ki, Zərərçəkmiş şəxs tez-tez rəfiqələri ilə görüşmək adı ilə evə gec gələrək, uşaqlarını nəzarətdən kənar saxlamışdır. O, Zərərçəkmiş şəxs etdiyi bu cür əməllərini görüb qısa bir müddət ərzində onunla arasında olan nikaha son qoyulacağını və Zərərçəkmiş şəxs Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda yerləşən, ümumi sahəsi 110 m2 olan izolə olunmuş qeyriyaşayış obyektinin aralarında bərabər bölünməsinə dair iddia ilə məhkəməyə müraciət edəcəyini ehtimal etmiş və hər hansı bir vasitə ilə həmin obyektin Zərərçəkmiş şəxs ilə arasında bölünməməsi üçün cəhd etməli olduğu qənaətinə gəlmişdir. Həmin məqsədlə o, 2019-cu ilin yanvar ayında bir neçə ildir dostluq münasibəti olan, özünü “Birlik-İnşaat" MMC-nin komendantı kimi təqdim edən Şahid1 yanına gedib ondan xahiş etmişdir ki, ona elə bir müqavilə düzəltsin ki, həmin müqavilə əsasında ünvan 6 ünvanında yerləşən "xxxx" MMC-nin inşa etdiyi binadan aldığı qeyri-yaşayış sahəsini başqa adamın adına rəsmiləşdirmək mümkün olsun, yəni həmin qeyri-yaşayış sahəsinin başqa şəxsin adına olması ilə bağlı saxta müqavilə versin. Şahid1 da öz növbəsində onunla razılaşmış və "xxxx" MMC-nin saxta yolla düzəldilmiş və möhürlənmiş alqı-satqı müqaviləsini ona verib bildirmişdir ki, müqavilədəki boş qrafaları doldurmaqla obyekti istənilən şəxsin adına rəsmiləşdirmək olar. O da, Şahid1la razılaşmış və həmin müqavilənin «_ __ 200_ » formasında olan tarix qrafasında əlyazma üsulu ilə «16 dekabr 9», ad, soyad, ata adı qrafasında «Təqsirləndirilən şəxs2», mərtəbə qrafasında «İ», ümumi sahəsi «110 kv», blok qrafasında «İ», izolə olunmuş qrafasında «market», qiymət qrafasında «776 m», cəmi qiyməti qrafasında "xxxx", payçı qrafasında «Təqsirləndirilən şəxs2 Ş.v seriya AZE № 04363461 Sumqayıt şəhəri RPİ tərəfindən 02.02.2007-ci il tarixdə verilib --- ay müddətinə hər ay --- olmaqla ödənilməlidir İmza: Təqsirləndirilən şəxs2» və sonuncunun imzası, direktor qrafasında Şahid2 imzasını çəkməklə Təqsirləndirilən şəxs2 vermişdir. Bir neçə ay sonra - 2019-cu ilin sentyabr ayında Zərərçəkmiş şəxs, Xətai Rayon Məhkəməsinə müraciət edərək, onunla arasında olan nikah müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Həmin nikaha son qoyulduqdan sonra, Zərərçəkmiş şəxs 2019cu ilin dekabr ayında onunla birgə nikah dövründə əldə etdikləri əmlakların aralarında bölünməsinə dair iddia vermişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs2 xahiş etmişdir ki, Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib, saxta yolla hazırladıqları "xxxx" MMC ilə Təqsirləndirilən şəxs2 arasında olan 16 avqust 2009-cu il tarixli alqı-satqı müqaviləsi və ona əlavə edilmiş maliyyə arayışını həmin ərizəyə əlavə edib, onun adına olan 24 avqust 2011-ci il tarixli, 478 saylı müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə iddia ərizəsi versin. Təqsirləndirilən şəxs2 onun xahişi əsasında 2020-ci ilin sentyabr ayında Xətai Rayon Məhkəməsinə müraciət edib, "xxxx" MMC ilə onun arasında bağlanmış 24 avqust 2011-ci il tarixli, 478 saylı müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə iddia ərizəsi vermişdir. Həmin mülki iş üzrə məhkəmə proseslərində o, özü iştirak etməmişdir. Məhkəmə prosesi zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə məyyən edilmişdir ki, 16 avqust 2009-cu il tarixli alqı-satqı müqaviləsi və ona əlavə edilmiş maliyyə arayışı saxta yolla hazırlanmışdır. Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(011)- 512/2020 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs2 iddiası təmin edilməmişdir. Buna görə də, iş prokurorluq orqanlarına göndərilmişdir. Bundan sonra o, məcbur olub Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş və birgə nikah dövründə aldıqları əmlakları sonuncu ilə arasında bölmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs2 xahiş etmişdir ki, iddia ərizəsini geri götürsün, Təqsirləndirilən şəxs2 də 24 avqust 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsini geri götürmüşdür. Şahid1 ona saxta yolla hazırladığı 16 avqust 2009-cu il tarixli alqı-satqı müqaviləsi və əlavə edilmiş maliyyə arayışını dostluq münasibətini nəzərə alıb vermişdir, bu işin qarşılığında ondan pul və yaxud digər maddi nemət tələb etməmiş və almamışdır. Təqsirləndirilən şəxs2 öz adına tərtib edilmiş 16 dekabr 2009-cu il tarixli saxta müqaviləsini ondan götürüb məhkəməyə müraciət edərkən, onun məqsədi Təqsirləndirilən şəxs2 məlum olmuşdur. Belə ki, o Təqsirləndirilən şəxs2lə uzun illərdir ki, dost olduqlarını bildirərək, Təqsirləndirilən şəxs2 onun ailəsində gedən proseslər barədə xəbərdar olduğunu, Zərərçəkmiş şəxs ona xəyanət etməsini və boşandıqdan sonra ona məxsus əmlakları ələ keçirmək istədiyini yaxşı bilmişdir. Ona görə də Təqsirləndirilən şəxs2, onun xahişi əsasında həmin saxta müqaviləni məhkəməyə təqdim edib iddia qaldırmışdır. Hazırda isə o, iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış, həmin şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, həmçinin, cinayət nəticəsində vurulmuş ziyanın müəyyən olunmuş hissəsini dövlət büdcəsinə ödəmişdir. Eyni zamanda, özünü təqsirli bildiyi CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərəfindən törədilməsindən iki ildən artıq müddət keçdiyini nəzərə alaraq, barəsində olan CM-nin 29,178.2.1, 29,178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etdi. Törətdiyi əməllərdən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə uzun illərdir ki, yaxın dostluq münasibəti vardır. Belə ki, o əvvəllər özəl şirkətdə satış təmsilçisi işlədiyi vaxt Təqsirləndirilən şəxs1 da satış təmsilçisi işlədiyi üçün, tez-tez marketlərdə bir-birlərini görüb münasibətləri yaranmışdır. Həmin münasibət əsnasında Təqsirləndirilən şəxs1 onunla tez-tez dərdləşib, həmin vaxt həyat yoldaşı olan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış ailədaxili mübahisələr barədə danışmışdır. Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, Zərərçəkmiş şəxs özü pul qazandıqdan sonra, ailəsinə qarşı laqeyd münasibət göstərməklə sözə qulaq asmır. Belə ki, rəfiqələri ilə görüşmək adı ilə evdən çıxıb gecə saatlarında qayıtdığını, uşaqlarına nəzarət etmədiyini və nəticədə ailəsi üçün mənfi nəticələrə gətirib çıxaracağını bildirmişdir. Bu minvalla Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında münasibətlər günü-gündən gərginləşmişdir. 2019-cu ilin yanvar ayında Təqsirləndirilən şəxs1 onunla söhbət edərkən, Zərərçəkmiş şəxs ilə aralarında olan nikaha son qoymaq istədiklərini, nikaha son qoyulduqdan sonra, Zərərçəkmiş şəxs birgə nikah dövründə əldə etdikləri əmlakların aralarında bərabər paylara bölünməsi barədə iddia verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 26 avqust 2011-ci il tarixli, 478 nömrəli alqı-satqı müqaviləsi əsasında 56.763 manat ödəyib öz adına rəsmiləşdirdiyi Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda yerləşən, ümumi sahəsi 110 m2 olan izolə olunmuş qeyri-yaşayış obyektini Zərərçəkmiş şəxs ilə arasında bölmək istəmədiyini qeyd etmişdir. Buna səbəb Zərərçəkmiş şəxs ailəsinə və uşaqlarına qarşı göstədiyi laqeyd münasibət olmuşdur. O da, Təqsirləndirilən şəxs1 hər hansı bir formada kömək etməyə hazır olduğunu demişdir. Təqsirləndirilən şəxs1, 2019-cu ilin yanvar ayında həmin vaxt "xxxx" MMC-nin qeyri-rəsmi komendantı kimi fəaliyyət göstərən Şahid1la görüşüb, sonuncudan "xxxx" MMC-nin saxta yolla hazırlanmış alqı-satqı müqaviləsini almış və həmin müqavilədə onun məlumatlarını qeyd etməklə, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda yerləşən, ümumi sahəsi 110 m2 olan izolə olunmuş qeyri-yaşayış obyektinin güya ki, 16 dekabr 2009-cu il tarixdə onun adına rəsmiləşdirildiyi görkəmi yaratmışdır. 2019-cu ilin sentyabr ayında Zərərçəkmiş şəxs Xətai Rayon Məhkəməsinə müraciət edərək, Təqsirləndirilən şəxs1 ilə arasında olan nikah münasibətlərinə xitam verilməsi barədə iddia vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, yoldaşı Zərərçəkmiş şəxs onun aldığı əmlakları əlindən almaq istəyir və ona 16 dekabr 2009-cu il tarixli, 387 nömrəli saxta alqı-satqı müqaviləsi ilə maliyyə arayışını verib xahiş etmişdir ki, ünvan 7 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1ci blokunda yerləşən, ümumi sahəsi 110 m2 olan izolə olunmuş qeyri-yaşayış obyektinin 16 dekabr 2009-cu il tarixli, 387 nömrəli müqavilə əsasında onun adına rəsmişləşdirildiyini bildirməklə, Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş 26 avqust 2011-ci il tarixli, 478 nömrəli alqı-satqı müqaviləsinin etibarsız olması barədə iddia ərizəsi versin. Həmin iddia ərizəsini də Təqsirləndirilən şəxs1 özü hazırlamışdır. Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, bu halda məhkəmə 24 avqust 2011-ci il tarixli alqı-satqı müqaviləsini və maliyyə arayışını etibarsız hesab edəcək və Zərərçəkmiş şəxs həmin əmlakın bölünməsinə dair iddia verə bilməyəcəkdir. O da, Təqsirləndirilən şəxs1la arasında olan dostluq münasibətini nəzərə alıb, sonuncunun dediyi kimi etmişdir. Belə ki, 21 oktyabr 2019-cu il tarixdə Xətai Rayon Məhkəməsinə müracitə edib, Təqsirləndirilən şəxs1 adına qeydiyyata alınmış 24 avqust 2011-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə iddia ərizəsi vermişdir. Məhkəmə prosesi zamanı Zərərçəkmiş şəxs vəsatəti əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsində onun məhkəməyə təqdim etdiyi 16 dekabr 2009-cu il tarixli, 387 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının saxta yolla hazırlanması üzə çıxmış və həmin xüsusatla bağlı işin araşdırılması üçün materiallar prokurorluq orqanlarına göndərilmişdir. Hazırda isə o, iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış, həmin şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, həmçinin, cinayət nəticəsində vurulmuş ziyanın müəyyən olunmuş hissəsini dövlət büdcəsinə ödəmişdir. Eyni zamanda, özünü təqsirli bildiyi CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərəfindən törədilməsindən iki ildən artıq müddət keçdiyini nəzərə alaraq, barəsində olan CM-nin 29,178.2.1, 29,178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etdi. Törətdiyi əməllərdən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda, Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək, iş üzrə təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir tələb və şikayətinin olmadığını, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirərək, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs göstərmişdir ki, 21 iyul 2007-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə ailə həyatı qurmuş, həmin nikahdan 2007-ci il təvəllüdlü Sevda və Leyla adlarında əkiz uşaqları, 2011-ci ildə Ümid adında övladları dünyaya gəlmişdir. O, Təqsirləndirilən şəxs1la birgə nikahda olduğu dövrdə - 2011-ci ildə atasının köməkliyi ilə Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş binadan bağlanmış müvafiq alqısatqı müqaviləsi əsasında təxminən 30-40.000 manat civarında pul ödəməklə bir otaqlı mənzil almışlar. Mənzili aldıqdan bir neçə aydan sonra, Təqsirləndirilən şəxs1la məsləhətləşərək həmin binada aldıqları bir otaqlı mənzilin üstünə pul qoyub həmin binadan qeyri-yaşayış sahəsi almaq barədə qərara gəlmişlər. 26 avqust 2011-ci il tarixdə onlar ümumi olaraq 56.700 manat pul ödəməklə, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında yerləşən, ümumi sahəsi 110 m2 olan qeyri-yaşayış sahəsini Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirmişlər. Qeyri-yaşayış sahəsini aldıqdan bir neçə ay sonra, həmin qeyri-yaşayış sahəsinə qapı və pəncərə qoymaqla təmir işləri aparmışlar. Sonra təxminən 2012-2013-cü ildə həmin qeyri-yaşayış sahəsində ilkin olaraq onun rəhbərliyi ilə “Tədris kursu” açılmış və məktəbəqədər uşaqların özəl tədrisi ilə məşğul olmuşlar. Daha sonra, həmin binada Dəyanət adlı şəxsə məxsus qeyri-yaşayış sahəsini icarəyə götürüb orada uşaq bağçası açmışdır. Təqsirləndirilən şəxs1la birlikdə aldığı qeyri-yaşayış sahəsini isə ərzaq satışı ilə məşğul olan hansısa firmaya icarəyə vermişdir. İlkin olaraq həmin qeyriyaşayış sahəsində “Səbət market” adlı müəssisə işləmiş, sonra Təqsirləndirilən şəxs1 özü, həmin qeyri-yaşayış sahəsini ərzaq satışını həyata keçirmiş və ərzaq mağazasının adını oğlu Ümidin adına qoymuşdur. Eyni zamanda, qeyri-yaşayış sahəsində ərzaqın saxlanılması üçün şkaflar, vitrinlər, soyuducular, kondisioner və kompyuterlər onlara məxsus olmuşdur. 2018-ci ilin sonlarında Təqsirləndirilən şəxs1, həmin qeyri-yaşayış sahəsini 1000 manata başqa bir şəxsə icarəyə vermişdir. Bundan başqa, o, bildirmişdir ki, 2018-ci ildən başlayaraq Təqsirləndirilən şəxs1la onun arasında ailə münaqişələri yaranmış və getdikcə həmin münasibətlər daha da gərginləşmişdir. Ailədaxili münaqişələrin yaranmasına səbəb kimi Təqsirləndirilən şəxs1 ondan tez-tez pul tələb etməsi olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 ondan tez-tez müxtəlif bəhanələrlə pul tələb etdiyi vaxtda o, həm bağçanın saxlanılması, həm öz uşaqlarının təhsili ilə bağlı xərcləri çatdıra bilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs1la arasında narazılıqlar günü-gündən artmış və buna görə iki-üç dəfə 2018-ci ildə boşanmaqla bağlı məhkəmədə iddia qaldırmışdır. Lakin, son anda uşaqlara görə bütün bunları keçib Təqsirləndirilən şəxs1la barışmışdır. Bütün bunlara baxmayaraq, onunla Təqsirləndirilən şəxs1 arasında münasibətlər 2019-cu ildə dözülməz hal almış və ailədə narazılıqlar pik həddə çatmışdır. Buna görə də o, 2019-cu ildə Xətai Rayon Məhkəməsində boşanma iddiası qaldırmış və məhkəmənin 2(011)-6985/2019 saylı, 06.09.2019-cu il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs1la aralarında olan nikah münasibətlərinə xitam verilmişdir. Daha sonra o, 2019-cu ilin dekabr ayında Təqsirləndirilən şəxs1la birgə nikah dövründə əldə etdikləri əmlakların bölünməsinə dair Xətai Rayon Məhkəməsində iddia qaldırmış və nəticədə onların birgə nikah dövründə əldə etdikləri əmlaklar aralarında bölünmüşdür. O, həmin iddianı məhkəmədə qaldırandan sonra, çox müəmmalı şəkildə Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı ünvanında birgə nikah dövründə aldığıqları 110 m2 qeyri-yaşayış sahəsinin saxta sahibi olan Təqsirləndirilən şəxs2 ortaya çıxmış və iddia etmişdir ki, guya həmin qeyri-yaşayış sahəsini 2009-cu ildə öz adına rəsmiləşdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Xətai Rayon Məhkəməsində iddia ərizəsi qaldıraraq, "xxxx" MMC ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış 26 avqust 2011-ci il tarixli alqı-satqı müqaviləsinin ləğvini və maliyyə arayışının etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Bütün bunların, yəni Təqsirləndirilən şəxs2 adlı şəxsin 9 il ərzində ortada görünməməsi, birdən-birə əmlakın bölünməsi ilə bağlı məhkəmədə o, iddia qaldırandan sonra ortaya çıxması onda şübhələr yaratmışdır ki, Təqsirləndirilən şəxs2 onun həyat yoldaşı Təqsirləndirilən şəxs1la əlbir olub ona həmin əmlakdan pay çatmaması üçün əvvəlki tarixə saxta müqavilə tərtib etmişlər. Buna görə o da, Xətai Rayon Məhkəməsində 3-cü şəxs kimi iddia qaldırıb Təqsirləndirilən şəxs2 adına olan müqavilənin və maliyyə arayışının saxta olmasını və etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Xətai Rayon Məhkəməsində həmin mülki iş üzrə aparılmış araşdırma zamanı həqiqətən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 həmin müqaviləni saxta yollarla əldə etmiş və müqavilədə Şahid2 imzası saxtalaşdırılmış, eyni zamanda Şahid2 məhkəmədə iştirakı təmin edilmişdir. Məhkəmə çıxışında Şahid2 Təqsirləndirilən şəxs2 tanımadığını və Təqsirləndirilən şəxs2 adına olan müqavilədə imzaların ona məxsus olmadığını göstərmiş, bütün bunlar məhkəmə-xətşünaslıq ekspertizası ilə təsdiqini tapmışdır. Buna görə də, Xətai Rayon Məhkəməsi qeyd edilən qanunsuzluqlarla bağlı xüsusi qərardad çıxarmışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC ilə Təqsirləndirilən şəxs2 arasında bağlanmış 16 dekabr 2009-cu il tarixli, 387 nömrəli alqı-satqı müqaviləsi və eyni tarixli maliyyə arayışı ilə tanış olduqdan sonra bildirmişdir ki, həmin alqı-satqı müqaviləsi ona tanışdır. Təqsirləndirilən şəxs2 şəxsən tanımadığını, həmin müqaviləni Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 2011-ci ildən "xxxx" MMC-dən qeyri-yaşayış sahəsi aldığı vaxtdan tanıdığını qeyd etmişdir. O da, həmin vaxt “Birlik-İnşaat" MMC-də qeyri-rəsmi komendant işləmişdir. Təqsirləndirilən şəxs1 həmin qeyri-yaşayış sahəsini bir müddət bağça kimi, sonradan ərzaq mağazası kimi işlətdiyini, həmin ərəfədə Təqsirləndirilən şəxs1la arasında dostluq münasibəti yarandığını qeyd etmişdir. O, Təqsirləndirilən şəxs1 ailəsində çox böyük problemlərin olduğundan xəbərdar olmuşdur. Bu minvalla 2019-cu ilin təxminən yanvar ayında Təqsirləndirilən şəxs1 ailəsində getdikcə daha da gərginləşən münaqişələri ona danışıb, Zərərçəkmiş şəxs ilə tezlikcə boşanacağını bildirmiş və Zərərçəkmiş şəxs ilə boşandıqdan sonra, sonuncunun Təqsirləndirilən şəxs1 öz əziyyəti ilə “Birlik-İnşaat" MMC-dən aldığı obyektin aralarında bölünməsinə dair iddia verəcəyini və nəticədə həmin obyektin aralarında bölünəcəyini qeyd etmişdir. Həmin obyekti Zərərçəkmiş şəxs ilə bölməmək üçün ondan "xxxx" MMCdən saxta alqı-satqı müqaviləsi verməsini xahiş etmişdir. Həmin müqavilədə hansısa yaxın bir dostunun adını qeyd edib ona verəcəyini, sonra həmin şəxsin müqaviləni məhkəməyə təqdim edərək obyekti öz adına rəsmiləşdirəcəyini bildirmişdir. O, dəfələrlə Təqsirləndirilən şəxs1 belə bir iş etməməsini bildirsə də, sonuncu Zərərçəkmiş şəxs ailəsinə, uşaqlarına baxmadığını bildirib, həmin obyekti onunla bölmək istəmədiyini qeyd etmişdir. O da, Təqsirləndirilən şəxs1la arasında olan bir neçə illik dostluq münasibətini və Zərərçəkmiş şəxs ailəsinə qarşı laqeyd münasibətini nəzərə alıb, Raminlə razılaşmış və 2019-cu ilin yanvar ayında "xxxx" MMC ilə bağlı olan bir alqı-satqı müqaviləsi tapmış və onu Təqsirləndirilən şəxs1 vermişdir. Həmin müqavilədə bütün qrafalar boş olmuşdur, yəni alqı-satqı edən şəxsin məlumatları, müqavilənin predmeti, qiyməti barədə hər hansı məlumat yazılmamışdır. Həmin məlumatları Təqsirləndirilən şəxs1 özü müqaviləyə əlavə etmişdir. Müqavilədə yalnız möhür və Şahid2 imzası qeyd edilmişdir. O, özü həmin müqaviləyə heç bir əlavə etməmişdir. Sonra Təqsirləndirilən şəxs1 həmin müqaviləyə kimin adını yazdığından xəbərsiz olmuşdur. O, həmin müqaviləni Təqsirləndirilən şəxs1 vermək üçün sonuncudan pul və yaxud digər maddi nemət tələb etməmiş və almamışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 26 avqust 2011-ci il tarixdə X3 ilə bağladığı alqı-satqı müqaviləsi və maliyyə arayışını özü imzalamışdır. Belə ki, 2011-ci ildə Təqsirləndirilən şəxs1 "xxxx" MMC-yə müraciət edib mənzil almış, bir müddət sonra həmin mənzili qeyri-yaşayış sahəsi ilə dəyişmək istədiyini bildirmiş və əlavə ödəniş etməklə, ünvan 8 ünvanında inşa edilmiş "xxxx" MMC-yə məxsus binanın 1-ci blokunda 110 m2 ölçüdə qeyri-yaşayış sahəsini almışdır. O, alqı-satqının rəsmiləşdirilməsi üçün 26 avqust 2011-ci il tarixdə X3 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Bundan başqa, o, 16 dekabr 2009-cu il tarixdə Təqsirləndirilən şəxs2 ilə "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə baxış keçirdikdən sonra bildirmişdir ki, Təqsirləndirilən şəxs2 adlı şəxsi tanımır, onu heç vaxt görməyib, onunla müqavilə bağlanmamışdır. Həmin müqavilədə onun adının qarşısında olan imzanın ona məxsus olmadığını, həmin müqavilənin saxta yolla tərtib edildiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.4, 32.5,294.1 və 320.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.4, 294.1 və 320.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri özlərinin etirafı ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarından görünür ki, mülki iş üzrə təyin edilmiş və aparılmış ekspertiza tədqiqatı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2020-ci il tarixli, 3883 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 85-ci vərəqəsində Təqsirləndirilən şəxs2 adına olan 16 dekabr 2009-cu il tarixli 387 nömrəli maliyyə arayışında "xxxx" MMCnin direktoru qrafasındakı imza və 86-cı vərəqəsindəki "xxxx" MMC ilə Təqsirləndirilən şəxs2 adlarından olan 16 dekabr 2009-cu il tarixli 387 nömrəli müqavilənin sonunda “İcraçı” hissəsində “Direktor” qrafasındakı imza - Şahid2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-512/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs2 cavabdeh Təqsirləndirilən şəxs1 və "xxxx" MMC-yə qarşı “müqavilənin və onun əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, müstəqil tələb irəli sürən 3-cü şəxs Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, Təqsirləndirilən şəxs2 ilə "xxxx" MMC arasında bağlanmış 16 dekabr 2009cu il tarixli ünvan 9 ünvanda, 16 mərtəbəli yaşayış evinin İ blokunda yerləşən və ümumi sahəsi 110 kv.metr olan mənzil izolə olunmuş market otaq barədə müqavilə və "xxxx" MMC tərəfindən verilmiş 16 dekabr 2009-cu il tarixli, 387 nömrəli maliyyə arayışı etibarsız hesab edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Təqsirləndirilən şəxs2 cavabdeh Təqsirləndirilən şəxs1 və "xxxx" MMC-yə qarşı “müqavilənin və onun əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə, həmçinin müstəqil tələb irəli sürən 3cü şəxs Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(011)-512/2020 nömrəli mülki işə baxılarkən, "xxxx" MMC-nın vəzifəli şəxslərinin hərəkətlərində dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərinin əlamətləri aşkar olunduğunda, iş üzrə çıxarılmış 30 sentyabr 2020-ci il tarixli xüsusi qərardad araşdırılaraq, qanunamüvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Sübutların qiymətləndirilməsi haqqında 22 may 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Şahid1 "xxxx" MMC-yə məxsus müqavilə və maliyyə arayışını saxta yolla hazırlaması hissəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə xitam verilmişdir. İş materiallarından görünür ki, 16 dekabr 2009-cu il tarixli alqı-satqı müqaviləsi, 387 nömrəli maliyyə arayışı və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD-R formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli tələbnamələrdən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu barəsində heç bir məlumat yoxdur. İş materiallarında olan qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət nəticəsində vurulmuş ziyanın 10 faizi miqdarı olaraq hər biri dövlət büdcəsinə 1420 manat məbləğində pul vəsaitini ödəmişdirlər. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2014 və 2015-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin ifadəsini, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini və dövlət büdcəsinə ödənilmiş pul vəsaitlərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməli və onların barəsində olan Azərbaycan Respublikası CM-nin 29,178.2.1 və 29,178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 72-73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Digər tərəfdən iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdıraraq və cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi və onların barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Eyni zamanda, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,294.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, qeyd olunan maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxslərin ilk dəfə cinayət törətmələrini, törətdikləri cinayəti etiraf etmələrini, əməllərindən peşmançılıq çəkmələrini, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini və təqsirləndirilən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - 16.12.2009-cu il tarixli alqı-satqı müqaviləsi, 387 nömrəli maliyyə arayışı və "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,294.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3500 (üç min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 4000 (dörd min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - 16.12.2009-cu il tarixli alqı-satqı müqaviləsi, 387 nömrəli maliyyə arayışı və "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar