Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-288/2022 03.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1988-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Ətyeməzli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq bir ədəd zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş, bir üzündə “COLD STEEL B 098” yazıları - zavod işarələri həkk olunmuş, tiyəsinin uzunluğu 95 mm, eni 21 mm, üzərində beş ədəd 2,5 mm diametrli, soyuq silah hesab edilən beşbarmaq tipli kastetbıçağı əldə edib üzərində saxlamaqla daşımış, 10 aprel 2022-ci il tarixdə, saat 01:45-də ünvan 2 ünvanında yerləşən istirahət parkının yaxınlığında qeyd edilən kastet-bıçağı əlində tutaraq, piyada hərəkət edərkən, həmin ərazidə təyin olunmuş marşrut üzrə xidmət aparan Daxili İşlər Nazirliyinin X2 Alayının əməkdaşları tərəfindən saxlanılmış, təhlükəsizlik baxımından polis əməkdaşları tərəfindən həmin kastet-bıçaq dərhal ondan götürüldükdən sonra, hadisə yerində sənədləşmə aparılma üçün şərait olmadığından, ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı Polis Bölməsinə aparılmış və orada üzərindən həmin soyuq silahın aşkar edilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xətai rayonu, Q.Məmmədov küçəsində yerləşən yaşayış sahəsində yaşayır. 2022-ci ilin mart ayının sonlarında Xətai rayonu, Zığ yolu küçəsində yerləşən parkda olan zaman, təsadüfən Ramil adlı şəxslə tanış olmuş və həmin vaxt xoşu gəldiyi üçün, Ramil üzərində olan beşbarmaq tipli bıçağı ona hədiyyə etmişdir. O da, həmin vaxtdan bıçağı yaşadığı mənzildə saxlamışdır. 10 aprel 2022-ci il tarixdə, saat 01 radələrində evdən çıxarkən, saxladığı beşbarmaq tipli bıçağı özü ilə götürüb, əynində olan gödəkçənin cibinə qoymuşdur. Həmin gün saat 01:45-də Zığ yolu küçəsində yerləşən parkın yaxınlığında olan zaman, bıçağı əlində tutmuş və həmin zaman üç nəfər ona yaxınlaşaraq, özlərini polis əməkdaşları kimi təqdim etmişlər. O, polis əməkdaşlarını görüb həyəcanlanmış və əlində tutduğu bıçağı tez gödəkçənin cibinə qoyaraq gizlətməyə çalışmışdır. Həmin vaxt polis əməkdaşları ona bıçağı təqdim etməsini demişlər. O da, gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb, əynində olan gödəkçəsinin cibində saxladığı beşbarmaq tipli bıçağı könüllü olaraq çıxarıb, polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları onu Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dəvət etmişlər. O da, heç bir etiraz etmədən, polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində bıçağı təqdim etməsi barədə protokol tərtib edilmiş və o, həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, X2 Alayının 3-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 10 aprel 2022-ci il tarixdə təyin olunmuş marşrut üzrə avtopatrulla polis nəfərləri Şahid1 və Şahid3 ilə birlikdə Xətai rayonu, Zığ yolunda xidmət aparmışlar. Həmin gün saat 01:45-də Xətai rayonu, Zığ yolu 42 ünvanında yerləşən parkın yaxınlığında, bir nəfər şəxsin əlində beşbarmaq tipli bıçaq olduğunu və onları görən kimi özünü şübhəli aparıb bıçağı gizlətməyə çalışdığını görmüşlər. Buna görə də, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar həmin şəxsə əlində olan və onları görən kimi gizlətməyə çalışdığı bıçağı təqdim etməsini bildirmişlər. Həmin şəxs əynində olan gödəkçənin cibində saxladığı beşbarmaq tipli bıçağı onlara təqdim etmiş və onlar birlikdə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə getmişlər. Bölmədə həmin şəxsin xx.xx.1988ci ildə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu, Ətyeməzli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra, həmin şəxsin barəsində araşdırma aparılması təhqiqatçı Aslan Rəhimova həvalə edilmiş və Təqsirləndirilən şəxs adlı şəxsi saxlayan zaman, sonuncudan götürmüş olduqları beşbarmaq tipli bıçağı təhqiqatçıya təqdim etmişlər. Daha sonra, bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, iştirakçılar və Rəşad tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Baxış keçirmə və götürmə aparılması haqqında protokoldan görünür ki, X2 Alayının 3-cü Patrul Bölüyünün polis nəfəri Şahid1 10 aprel 2022-ci il tarixdə, saat 01:45-də ünvan 2 ünvanında Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncunun əlindən aldıqları, üzərində “Cild Stell B 098” sözlər yazılmış bir ədəd beşbarmaq tipli bıçağı təqdim etmişdir. Təqdim olunmuş beşbarmaq tipli bıçaq hal şahidlərin iştirakı ilə götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim olunan bıçağın ona məxsus olduğunu, həmin bıçağı üzdən tanıdığı Ramil adlı şəxsin ona hədiyyə olaraq verdiyini, həmin bıçaqla heç bir cinayət hadisəsi törətmədiyini, bıçağı marağı olduğu üçün üzərində saxlayaraq, gəzdirdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 aprel 2022-ci il tarixli, 3/515 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet - zavod üsulu ilə istehsal edilmiş, deşicikəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçaqdır, soyuq silah hesab edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçağı cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, 29 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 11 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəməsinin 29 iyul 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 01 may 2020-ci il tarixli Azərbaycan Respublikasının Qanununun müddəaları tətbiq edilməklə, cəzası 2 (iki) il 6 (altı) ay müddətinə endirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, 13 aprel 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aiddir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2016-cı il təvəllüdlü bir uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 03 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə zalında həbsə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan bir ədəd zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 03 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan bir ədəd zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-288/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-288/2022
03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver