Məhkəmə qərarları › İş №1(011)-289/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-289/2024

10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-289/2024 10.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Qazax rayonu, Tatlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu ilə üzü «Nargilə» dairəsi istiqamətində idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Kia Cerato» markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili saatda 70-80 km/sürətlə idarə edib Zığ yolu 32 ünvanında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və həmin maddənin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, habelə nəqliyyat vasitəsini yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda bunlara əməl etməyərək yolu sağdan sola keçən piyada X3 avtomobilin qabaq sağ hissəsi ilə vurmuş və nəticədə ehtiyatsızlıqdan ona başın ağır, açıq və bədənin küt travması fonunda baş beyinin və beyin kötüyünün əzilməsi, baş beynin yumşaq qişasına, maddəsinə, toxumasına və beyin mədəciklərinə qansızmalar; başın sol gicgah-təpə nahiyələrində əzilmiş yara və dərialtı qansızmalar ilə qeyd olunan sol gicgah-təpə sümüklərinin kəllə əsasına keçən basılmış qəlpəli və xətti açıq sınıqları; alt çənə nahiyəsində əzilmiş yara; sol bazu və sol baldır sümüklərinin qapalı sınıqları, sınıqlar ətrafı yumşaq toxumalarda qansızmalar; döş qəfəsinin sol yarısında, sol körpücük, sol İ-İİ qabırğaların sağ yarısında, sağ körpücük, sağ İ-X qabırğaların və döş sümüyünün qapalı sınıqları, sınıqlar ətrafı yumşaq toxumalarda qansızmalar, ağciyərdə və ürəkdə əzilmiş-cırılmış yaralar, qanitirmə; daxili üzvlərin azqanlığı; sağ sağrı nahiyəsində qançırlar, sol bazu və sol diz oynağı nahiyələrində sıyrıqlar kimi xarakterizə edilən həyat üçün təhlükəli olan sağlamlığına AĞİR dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirərək, zərərçəkmiş şəxs X2 ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, «Kia Cerato» markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur və özü idarə edir. 05 dekabr 2023-cü il tarixdə «Kia Cerato» markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvandan çıxaraq Zığ şossesi ilə şəhər istiqamətində saatda təxminən 70-80 km sürətlə hərəkət etmişdir. O yolun soldan 1-ci hərəkət zolağı ilə hərəkət etmişdir. Bir qədər qarşıda yerləşən «Zərifə Parkı»na çatan zaman fikirli olduğu üçün yalnız irəli baxmış, həmin vaxt təxminən 1,5-2 m məsafə qalmış piyadanı görmüşdür. Piyadanı gec gördüyü üçün manevr edə bilməmişdir. Gəldiyi sürət ilə piyadanı idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Bundan sonra təxminən 70-80 metr qarşıda yolun sağ hissəsində avtomobildən düşüb qaçaraq piyadaya yaxınlaşmışdır. Hadisə yerinə çayanda görmüşdür ki, piyada yaşlı bir qadındır və o, artıq ölmüşdür. Hadisə yerinə toplaşmış şəxslərdən təcili tibbi yardıma və polisə müraciət etmələri barədə soruşduqda tanımadığı şəxslər ona bildirmişlər ki, artıq təcili tibbi yardıma və polisə bu barədə məlumat verilmişdir. O hadisə yerində dayanaraq polisin gəlməsini gözləmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmişlərə. Piyada yolu sağdan sola doğru adi qaçışla keçmişdir. Piyadanı yolun soldan 1-ci zolağında vurmuşdur. Hadisə zamanı avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə tək olmuş, yük yeri boş olmuşdur. Hadisə baş verən zaman ayıq olmuş, heç bir spirtli içki və ya narkotik vasitələrdən istifadə etməmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində bildirmişdir ki, mərhum X1 anasıdır. Anası və atası Vitali Fərziyeviç birlikdə ünvan 3 ünvanında yaşamışlar. Atası 2021-ci ildə öldükdən sonra anası həmin ünvanda tək yaşamışdır. Anası təxminən 5 ilə yaxın müddətdir ki, fərdi olaraq dayəliklə məşğul olmuş, aylıq ödəniş qarşılığında hər hansı bir ailədə azyaşlı uşaqlara dayəlik etmişdir. O və qardaşı mütəmadi olaraq anasına baş çəkərək görüşmüşlər. Sonuncu dəfə 03 dekabr 2023-cü il tarixdə anasının yaşadığı ünvana gedib onunla hal-əhval tutduqdan sonra yaşadığı evə qayıtmışdır. 05 dekabr 2023-cü il tarixdə polis əməkdaşları onunla əlaqə saxlayaraq 8 Noyabr prospektində anası yolu keçən zaman onu avtomobilin vurduğunu və nəticədə öldüyünü bildirmişlər. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və iş icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 05 dekabr 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 32 ünvanına baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 5-17); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2014-cü il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı AD 043144 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 20); Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı 18731205 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Şəfiqə İsmayılovadır (i.v. 23); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/50101 nömrəli, xx.xx.2023-cü il tarixli tibbi müayinə aktından görünür ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 29); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 1/6999 nömrəli, xx.xx.2023-cü il tarixli tibbi müayinə aktından görünür ki, müayinə nəticəsində Təqsirləndirilən şəxs hər hansı bir narkotik vasitədən və ya psixotrop maddədən istifadə etməsi müəyyən edilməmişdir (i.v. 30); zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə X8 ölmüş anası X2 hüquqi varisi qismində tanınmışdır (i.v. 41-42); X7 Bakı şəhəri 36 saylı Notariat Ofisində verdiyi **********819 saylı ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə anası X4 xəsarət yetirmiş və anası hadisə yerində vəfat etmişdir. Təqsirləndirilən şəxs hadisəni bilərəkdən törətməmiş və hadisə yerindən qaçmamışdır. O, Təqsirləndirilən şəxsla barışmışdır, onun ona qarşı heç bir şikayəti, maddi və mənəvi tələbi yoxdur, gələcəkdə də olmayacaqdır (i.v. 53); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 19 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 54); diskə baxış keçirilməsi haqqında 21 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, piyada X6 xx.xx.2023-cü il tarixdə, saat 11:06:43-də yolu keçməyə başlamış, saat 11:06:43-də Təqsirləndirilən şəxs idarə etdiyi özünə məxsus «Kia Cerato» markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə piyada L.A.Əliyevanı vurmuş və idarə etdiyi avtomobili bir qədər qarşıda yolun sağ yan hissəsində saxlayaraq hadisə yerinə gəlmişdir (i.v. 60); Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 401902 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə travmatik subaraxnoidal qanaxma nəticəsində vəfat etmişdir (i.v. 62); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X11 05 dekabr 2023-cü il tarixli, 112 saylı rəyindən görünür ki, L.A.Əliyevanın meyitinin bədənində aşkar edilmiş xəsarətlər - başın ağır, açıq və bədənin küt travması fonunda baş beyinin və beyin kötüyünün əzilməsi, baş beynin yumşaq qişasına, maddəsinə, toxumasına və beyin mədəciklərinə qansızmalar; başın sol gicgah-təpə nahiyələrində əzilmiş yara və dərialtı qansızmalar ilə qeyd olunan sol gicgah-təpə sümüklərinin kəllə əsasına keçən basılmış qəlpəli və xətti açıq sınıqları; alt çənə nahiyəsində əzilmiş yara; sol bazu və sol baldır sümüklərinin qapalı sınıqları, sınıqlar ətrafı yumşaq toxumalarda qansızmalar; döş qəfəsinin sol yarısında, sol körpücük, sol 1-11 qabırğaların sağ yarısında, sağ körpücük, sağ 1-X qabırğaların və döş sümüyünün qapalı sınıqları, sınıqlar ətrafı yumşaq toxumalarda qansızmalar, ağciyərdə və ürəkdə əzilmiş-cırılmış yaralar, qanitirmə; daxili üzvlərin azqanlığı; sağ sağrı nahiyəsində qançırlar, sol bazu və sol diz oynağı nahiyələrində sıyrıqlar bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən törənə bilərdilər, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik olub, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. L.A.Əliyevanın ölümünə səbəb başın küt travması nəticəsində yaranmış kəllə sümüklərinin sınığı, baş beyin toxumasının əzilməsi, yumşaq qişaya, beyin toxumasına və beyin mədəciklərinə qansızmalar olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvələ uyğun gəlir. L.A.Əliyevanın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiozin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (əsas MEŞ-in 4502/K saylı aktı) (i.v. 63-68); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 19 mart 2024-cü il tarixli, 3-16-16/2- 8/583 saylı rəyindən görünür ki, «Kia Cerato» markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v. 77-80); 05 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, «Kia Cerato» markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs tərəfindən təhvil alınmışdır (i.v. 85); sübutların qiymətləndirilməsi haqqında 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, «Kia Cerato» markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanımış və sahibinə geri qaytarılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X11 05 dekabr 2023-cü il tarixli, 112 saylı və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 19 mart 2024-cü il tarixli, 8/583 saylı rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş, 01 ədəd “DVD-R” disk maddi sübut kimi tanımış və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (i.v. 86-89); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 101- 102); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 120-121); 2 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 08 aprel 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 124). Məhkəmə iclasında 01 ədəd “DVD-R” diskə baxış keçirilərkən içərisində 03 ədəd videofaylın olması aşkar edilmişdir. Baxış zamanı birinci videofaylda hadisənin baş vermə anı öz əksini tapmamışdır. Baxış zamanı ikinci videofaylda aşkar olmuşdur ki, piyada X6 xx.xx.2023-cü il tarixdə, saat 11:06:43-də yolu keçməyə başlayır, saat 11:06:43-də Təqsirləndirilən şəxs idarə etdiyi özünə məxsus «Kia Cerato» markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə piyada L.A.Əliyevanı vurur. Baxış zamanı üçüncü videofaylda aşkar olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili bir qədər qarşıda yolun sağ yan hissəsində saxlayaraq hadisə yerinə gəlir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində 1 (bir) azyaşlı övladının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), CM-nin 60-cı maddəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM-67.2), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi «Kia Cerato» markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə verilməsi nəzərə alınmalı (CPM-132), iş üzrə 85 (səksən beş) manat məbləğində məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Kia Cerato» markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar