Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-29/2022 16.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 27 avqust 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 29,151-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, əvvəllər aralarında sevgi münasibəti olan Zərərçəkmiş şəxs ilə barışmaq məqsədi ilə sonuncunu 05 may 2021-ci il tarixdə, saat 16 radələrində ünvan 2 ünvanında yerləşən “İstirahət” restoranına dəvət etmiş, həmin restoranın otağında olarkən, aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı, cinsiyyət orqanını çıxararaq, Zərərçəkmiş şəxsı seksual xarakterli hərəkətlər etməyə məcbur etməyə cəhd etdikdən sonra, Zərərçəkmiş şəxs alın nahiyəsindən bir dəfə yumruqla vurub, bilək nahiyəsindən tutub dartmaqla, ona baş-beyinin silkələnməsi, başın alın nahiyəsinin sağ yan səthinin yumşaq toxumasının qançır və sıyrığı, sol mil-bilək oynağı nahiyəsinin arxa səthinin qançırından ibarət, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə bir neçə il əvvəl tanış olmuş və aralarında yaxın münasibətləri olmuşdur. 05 may 2021-ci il tarixdə, günorta saatlarında Diana ilə görüşüb, Xətai rayonunda yerləşən “İstirahət” restoranına getmişlər. Orada yemək yeyib, bir qədər spirtli içki qəbul etdikdən sonra, qısqanclıq zəminində aralarında mübahisə olmuş və həmin zaman o, Diananın alın nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Baş vermiş hadisə ilə bağlı mübahisə etdiyi Zərərçəkmiş şəxs ilə hazırda barışdığını, ona xəsarət yetirdiyinə görə əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Həmçinin, əlavə olaraq bildirdi ki, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,151-ci maddəsi ilə elan olunmuş ittihamla razılaşmır. Belə ki, o, Zərərçəkmiş şəxsı hər hansı seksual xarakterli hərəkətlər etməyə məcbur etməyə cəhd etməmiş və hazırda Zərərçəkmiş şəxs həmin hissədə şikayətindən imtina etmişdir. Məhkəmənin 21 dekabr 2021-ci il tarixli iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ona qarşı qəsdən sağlamlığa yüngül zərər vurmaqla, xəsarətlər yetirməsinə görə iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə hazırda barışmış, heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda, Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətləri etməyə məcbur etmə ilə bağlı olan ittihamdan imtina edir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətləri etməyə məcbur etməyə cəhd etməsi ilə bağlı zərərçəkmiş şəxsin şikayətdən və ittihamdan imtina etməsi səbəbindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,151-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət təqibindən imtina etdiyini bildirdi. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 19 may 2021-ci il tarixli, 370 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində aşkar olunan xəsarətlər - baş-beyinin silkələnməsi, başın alın nahiyəsinin sağ yan səthinin yumşaq toxumasının qançır və sıyrığı, sol mil-bilək oynağı nahiyəsinin arxa səthinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti 05 may 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən “İstirahət” restoranında baş vermiş münaqişənin görüntüləri, mesaj və fotoşəkilləri əks etdirən DVD-R formatlı 01 ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, 04 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İş materiallarından göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 29,151-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmiş və hazırda dövlət ittihamçısı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,151-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət təqibindən imtina etdiyini bildirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1 və 43.1.2-ci maddələrinə əsasən, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 20 oktyabr 2017-ci il tarixli Qanunla əlavə edilmiş və 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, Təqsirləndirilən şəxs səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını və dövlət ittihamçısının cinayət təqibindən imtina etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - ünvan 2 ünvanında yerləşən “İstirahət” restoranında baş vermiş münaqişənin görüntüləri, mesaj və fotoşəkilləri əks etdirən DVD- R formatlı 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,151-ci maddəsi ilə elan olunmuş ittiham üzrə dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 29,151-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınan - ünvan 2 ünvanında yerləşən “İstirahət” restoranında baş vermiş münaqişənin görüntüləri, mesaj və fotoşəkilləri əks etdirən DVD- R formatlı 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-29/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-29/2022
16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver