Məhkəmə qərarları › İş №1(011)-29/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-29/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-29/2023 29.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 Səyyad oğlunun, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə və xx.xx.1968-ci il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş Şamaxı şəhəri, Şahid2 küçəsi, ev 49-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə “Vətən-N” mühafizə xidmətində hüquq məsləhətçisi işlədiyi müddət ərzində özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 oğu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunu X5 İdarəsində matros kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, Təqsirləndirilən şəxs2 vasitəsi ilə 02 iyul 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 1022 ünvanında yerləşən “Babək Plaza”nın birinci mərtəbəsində olan kafedə 10.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə “Vətən-N” mühafizə xidmətində hüquq məsləhətçisi işlədiyi müddət ərzində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 oğu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs7 Səyyad oğlunun etibarından sui-istifadə edib sonuncunu X5 İdarəsində matros kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, Təqsirləndirilən şəxs2 vasitəsi ilə 2019-cu ilin iyul ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 1022 ünvanında yerləşən “Babək Plaza”nın birinci mərtəbəsində olan kafedə 6300 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 ümumilikdə 6300 (altı min üç yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə “Vətən-N” mühafizə xidmətində hüquq məsləhətçisi işlədiyi müddət ərzində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 oğu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncunun tanışı Rauf Əliyevi X5 İdarəsində matros kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, Təqsirləndirilən şəxs2 vasitəsi ilə 2019-cu ilin avqust ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 1022 ünvanında yerləşən “Babək Plaza”nın birinci mərtəbəsində yerləşən kafedə Zərərçəkmiş şəxs2 məxsus 7000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 7000 (yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə “Vətən-N” mühafizə xidmətində hüquq məsləhətçisi işlədiyi müddət ərzində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 oğu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib sonuncunu X2 operator kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, Təqsirləndirilən şəxs2 vasitəsi ilə Zərərçəkmiş şəxs2 2019-cu ilin avqust ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 1022 ünvanında yerləşən “Babək Plaza”nın birinci mərtəbəsində 10.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 1022 ünvanında yerləşən “ünvan 6üşaviri işlədiyi müddət ərzində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib sonuncunun tanışı X1 X5 İdarəsində matros kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, 2019-cu ilin dekabr ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 1022 ünvanında yerləşən “Babək Plaza”nın birinci mərtəbəsində Zərərçəkmiş şəxs4 məxsus 10.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 oğu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib sonuncunun oğlu Şahid1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, Təqsirləndirilən şəxs2 vasitəsi ilə 02 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında 8.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 8.000 (səkkiz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 Səməd oğu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib sonuncunu X7 Donanmasında kapitan köməkçisi kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, Təqsirləndirilən şəxs2 vasitəsi ilə 13 noyabr 2020-ci il tarixdə ünvan 8 ünvanında yerləşən “Nargilə kafesi” adlanan kafedə 12.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 12.000 (on iki min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 oğu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunu X5 İdarəsində matros kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, 02 iyul 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 1022 ünvanında yerləşən “Babək Plaza”nın birinci mərtəbəsində olan kafedə 10.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 oğu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs7 Səyyad oğlunun etibarından sui-istifadə edib sonuncunu X5 İdarəsində matros kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, 2019-cu ilin iyul ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 1022 ünvanında yerləşən “Babək Plaza”nın birinci mərtəbəsində olan kafedə 6300 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 ümumilikdə 6300 (altı min üç yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 oğu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncunun tanışı Rauf Əliyevi X5 İdarəsində matros kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, 2019-cu ilin avqust ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 1022 ünvanında yerləşən “Babək Plaza”nın birinci mərtəbəsində olan kafedə Zərərçəkmiş şəxs2 məxsus 7000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 7000 (yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 oğu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib sonuncunu X2 operator kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, 2019-cu ilin avqust ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 1022 ünvanında yerləşən “Babək Plaza”nın birinci mərtəbəsində 10.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 oğu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib sonuncunun oğlu Şahid1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, 02 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında 8.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 8.000 (səkkiz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 oğu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib sonuncunu X7 Donanmasında kapitan köməkçisi kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, 13 noyabr 2020-ci il tarixdə ünvan 8 ünvanında yerləşən “Nargilə kafesi” adlanan kafedə 12.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 12.000 (on iki min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 özünü tam təqsirli bilərək bildirmişdir ki, o, 2019-cu ilin aprel-oktyabr ayları arasında “Vətən-N” mühafizə xidmətində hüquqşünas kimi işləmişdir. İşlədiyi mühafizə xidmətində Emin və Rauf adlı şəxslər ilə tanış olmuşdur. Həmin vaxtlarda dəqiq tarixini xatırlamadığı tarixdə Rauf ona mühafizə xidmətinin yeni açılmış Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, “Babək plaza”-da yerləşən "xxxx" şirkətini mühafizə etməyə başlamasını deyərək həmin şirkətin insanları pul qarşılığında işlə təmin etməsini deyərək, əgər tanışı olarsa ona deməyini və onların da 5- 10 manat pul qazanmalarını demişdir. O da Raufa heç bir problem olmadığını demişdir. Bir neçə gün keçdikdən sonra Rauf ona "xxxx" şirkətində “Vətən” mühafizə xidmətinin nümayəndəsi kimi artıq orada oturacağını bildirmişdir. O, həmin günü "xxxx" şirkətinə getmiş və orada onun adını portala salaraq "xxxx" şirkətinin müşaviri vəzifəsinə təyin etmişlər və ona otağını göstərərək artıq orada işləyəcəyini bildirmişlər. Bütün bunlar şirkətin direktoru olan Mətanət adlı şəxsin göstərişi ilə baş vermişdir. Ona şirkət haqqında yalnız şirkətin pul qarşılığında rəsmi olaraq şəxsləri müxtəlif gəmilərdə matros, kapitan, mexanik və digər vəzifələrlə təmin edilməsi bildirilmişdir. 2019-cu ilin təxminən yay aylarında dəqiq tarixini xatırlamadığı vaxtda ünvan 11 ünvanında yerləşən “Riyad” mühafizə xidmətinin ofisi ilə üzbəüz olan kafedə tanışı olan Elnurun vasitəçiliyi ilə Təqsirləndirilən şəxs2la tanış olmuşdur. Tanışlıq əsnasında o, söhbət zamanı İlqar və Elnura "xxxx" şirkəti barəsində söhbət etmiş və ola bilsin gələcəkdə həmin şirkətdə işə düzələcəyini bildirmişdir. Bir qədər söhbət etdikdən sonra bir-birilərinə məxsus olan mobil telefon nömrələrini götürmüşlər. Həmin vaxtlarda İlqar dəqiq tarixini bilmədiyi bir gündə ona zəng edərək bir neçə tanışının olmasını və həmin tanışlarını işə düzəltmək istəməsini bildirmişdir. O da İlqara həmin şirkətin yalnız insanları dəniz və gəmidə müxtəlif vəzifələrə düzəltdiyini demişdir. Təqsirləndirilən şəxs2 isə ona da bunun lazım olmasını demiş və onlar həmin günü görüşmüşlər. Həmin günü onlar Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Nargilə” kafesində görüşərək "xxxx" şirkəti haqqında danışmışlar. O, İlqara şirkət haqqında bildiklərini danışmış, əgər tanışı olarsa pul qarşılığında şirkətin rəhbərliyi ilə danışacağını, iş istəyən şəxslərdən isə şirkətin iş qarşılığında tələb etdiyi puldan bir az da artıq alaraq ikisinin arasında bölüb qazanc edəcəklərini bildirmişdir. “Vətən-N” mühafizə xidmətində hüquq məsləhətçisi işlədiyi müddət ərzində 2019-2020-ci illərdə Təqsirləndirilən şəxs2 ilə birlikdə X5 İdarəsində işə düzəldəcəyi adı ilə Zərərçəkmiş şəxs1 10.000 (on min) manat, Zərərçəkmiş şəxs7 6300 (altı min üç yüz) manat, Zərərçəkmiş şəxs2 7000 (yeddi min) manat, Zərərçəkmiş şəxs3 10.000 (on min) manat, Zərərçəkmiş şəxs5 8.000 (səkkiz min) manat, Zərərçəkmiş şəxs6 12.000 (on iki min) manat almışdır. Bundan başqa tək özü Zərərçəkmiş şəxs4 sonuncunun tanışını X5 İdarəsində matros kimi işə düzəldəcəyi adı ilə 10.000 (on min) manat almışdır. Lakin verdikləri vədlərə əməl etməmişdirlər. Əməlindən peşman olduğunu, dəymiş ziyanın tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, qanunda nəzərdə tutulduğu miqdarda zərərin 25 faizini dövlət büdcəsinə ödədiyini nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 1998-ci il tarixdən 2015-ci ilə qədər X3 matrosçu vəzifəsində işləmişdir. Səhhəti ilə əlaqədar olaraq işdən öz istəyi ilə çıxmışdır. İşdən çıxdığı müddətdən sonra ortaq tanışlarının vasitəsi ilə Təqsirləndirilən şəxs1la tanış olmuşdur. Təxminən 2017-2018-ci illər arasında Elçin ona mobil telefon vasitəsi ilə zəng edərək Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Babək plaza”-da yeni açılmış olan "xxxx" şirkətinin direktor müavini olduğunu bildirmiş və tanışdan, qohumdan kim iş istəsə ona bildirməyini xahiş etmişdir. O da Elçinə elə bir tanış olarsa xəbər verəcəyini demişdir. 2019-2020-ci illərdə Təqsirləndirilən şəxs1 ilə birlikdə X5 İdarəsində işə düzəldəcəyi adı ilə Zərərçəkmiş şəxs1 10.000 (on min) manat, Zərərçəkmiş şəxs7 6300 (altı min üç yüz) manat, Zərərçəkmiş şəxs2 7000 (yeddi min) manat, Zərərçəkmiş şəxs3 10.000 (on min) manat, Zərərçəkmiş şəxs5 8.000 (səkkiz min) manat, Zərərçəkmiş şəxs6 12.000 (on iki min) manat almışdır. Lakin verdikləri vədlərə əməl etməmişdirlər. Əməlindən peşman olduğunu, dəymiş ziyanın tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, qanunda nəzərdə tutulduğu miqdarda zərərin 25 faizini dövlət büdcəsinə ödədiyini nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olması özlərinin səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onu X5 İdarəsində matros kimi işə düzəldəcəyi adı ilə aldadaraq, Təqsirləndirilən şəxs2 vasitəsi ilə 02 iyul 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 1022 ünvanında yerləşən “Babək Plaza”nın birinci mərtəbəsində olan kafedə 10.000 manat pulunu alıb ələ keçirmişdir. Hal-hazırda təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödədiyini, onlar ilə barışdığını, onlara qarşı şikayət və tələbi olmadığını bildirmiş və bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs7 Səyyad oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onu X5 İdarəsində matros kimi işə düzəldəcəyi adı ilə aldadaraq, Təqsirləndirilən şəxs2 vasitəsi ilə 2019-cu ilin iyul ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 1022 ünvanında yerləşən “Babək Plaza”nın birinci mərtəbəsində olan kafedə 6300 manat pulunu alıb ələ keçirmişdir. Hal-hazırda təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödədiyini, onlar ilə barışdığını, onlara qarşı şikayət və tələbi olmadığını bildirmiş və bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onu tanışı Rauf Əliyevi X5 İdarəsində matros kimi işə düzəldəcəyi adı ilə aldadaraq, Təqsirləndirilən şəxs2 vasitəsi ilə 2019-cu ilin avqust ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 1022 ünvanında yerləşən “Babək Plaza”nın birinci mərtəbəsində yerləşən kafedə 7000 manat pulunu alıb ələ keçirmişdir. Hal-hazırda təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödədiyini, onlar ilə barışdığını, onlara qarşı şikayət və tələbi olmadığını bildirmiş və bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onu X2 operator kimi işə düzəldəcəyi adı ilə aldadaraq, Təqsirləndirilən şəxs2 vasitəsi ilə 2019-cu ilin avqust ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 1022 ünvanında yerləşən “Babək Plaza”nın birinci mərtəbəsində 10.000 manat pulunu alıb ələ keçirmişdir. Hal-hazırda təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödədiyini, onlar ilə barışdığını, onlara qarşı şikayət və tələbi olmadığını bildirmiş və bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onu tanışı X1 X5 İdarəsində matros kimi işə düzəldəcəyi adı ilə aldadaraq, 2019-cu ilin dekabr ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 1022 ünvanında yerləşən “Babək Plaza”nın birinci mərtəbəsində 10.000 manat pulunu alıb ələ keçirmişdir. Hal-hazırda təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödədiyini, onlar ilə barışdığını, onlara qarşı şikayət və tələbi olmadığını bildirmiş və bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödədiyini, onlara qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında onun ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 oğlu Şahid1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, Təqsirləndirilən şəxs2 vasitəsi ilə 02 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu rayonu, Babək pr-inin yaxınlığında 8.000 manat pulunu alıb ələ keçirmişdir. Zərərçəkmiş şəxs6 məhkəməyə telefonoqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödədiyini, onlara qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında onun ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onu X7 Donanmasında kapitan köməkçisi kimi işə düzəldəcəyi adı ilə aldadaraq, Təqsirləndirilən şəxs2 vasitəsi ilə 13 noyabr 2020-ci il tarixdə ünvan 8 ünvanında yerləşən “Nargilə kafesi” adlanan kafedə 12.000 manat pulunu alıb ələ keçirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin səmimi etirafını, zərərçəkmiş şəxslərin ifadələri ilə ziddiyyət təşkil etməməsini nəzərə alaraq şahidlərin ifadələrini elan edərək tədqiq etməyi mümkün hesab etmişdir. Şahid3 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədini bildirmişdir. Məhkəmə iclasında onun ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayında Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən Babək Plazada ofis icarəyə götürərək "xxxx" LTD adlı işə düzəltmə şirkətini təsis edərək rəhbərlik etmişdir. Həmin şirkətin əsas iş prinsipi, peşəsi olmayan vətəndaşları müxtəlif peşələrə yiyələndirmək və onları iş ilə təmin etmək olmuşdur. Təqsirləndirilən şəxs1 2019-cu ilin dekabr ayından tanımışdır. Elçin həmin vaxt “Riyad” mühafizə xidmətində hüquqşünas kimi işləmişdir. Rəhbəri olduğu "xxxx" MMC şirkəti ilə “Riyad” mühafizə xidmətinin arasında müqavilə olduğu üçün şirkətin mühafizəsi “Riyad” mühafizə xidməti tərəfindən həyata keçirilmişdir. Bunun qarşılığında isə şirkət tərəfindən “Riyad” mühafizə xidmətində pul ödənilmişdir. 2019-cu ilin dekabr ayının sonlarında Elçin rəhbərlik etdiyi "xxxx" MMCdə müşavir kimi işləmişdir. xx.xx.2020-ci il tarixdə isə rəhbəri olduğu "xxxx" MMC-nin fəaliyyəti dayandırıldığı üçün Elçində işdən azad edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə bir neçə şəxsdən işə düzəltmək adı ilə pul alaraq ələ keçirmişlər. Elçin heç vaxt ona pul verməmişdir. Ümumiyyətlə pulların hamısı rəsmi olaraq MMC-nin kadrlar şöbəsinə kurs keçmək məqsədi ilə ödənilmişdir. O, Təqsirləndirilən şəxs2 tanımamışdır. Rəhbəri olduğu şirkət işə düzəltmə şirkəti olmamışdır. Şirkətin iş prinsipi müxtəlif peşə ixtisasına yiyələnmək şəxsləri müxtəlif kurslara yönləndirilmiş və həmin kursu bitirmiş şəxslərə kurslar tərəfindən sertifikat verilmişdir. Bundan sonra həmin şəxslər layihə üzrə tələb olunan müəyyən qurumlara göndərilmişdir. Elçin rəhbəri olduğu MMC-də bir ay işləmiş və Elçin ona heç bir məbləğdə pul verməmişdir. Ümumiyyətlə o, heç kimdən əlbəəl pul almamışdır. MMC-yə ödənilmiş pullar isə kadrlar şöbəsinə qəbzlə ödənilmişdir. Elçin və İlqarın müxtəlif şəxslərdən pul alaraq onları işə düzəltmək adı ilə pul almaları barədə onun məlumatı olmamışdır. O, Elçini 2019-cu ilin dekabr ayının sonlarında tanımışdır. Onların isə şikayət etmiş şəxslərdən pulları 2019-cu ilin dekabr ayına kimi almaları onun Elçinlə heç bir əlaqəsinin olmadığını bir daha sübut etmişdir. Şahid4 və Şahid5 Oktay oğlunu tanımamışdır. Elçinlə onun arasında heç vaxt Şahid4 və Şahid5 ona məbləğdə pul verdikləri barədə söhbət olmamışdır. Elçin özünü müdafiə etmək məqsədi ilə bu cür ifadə vermişdir. Şahid4 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədini bildirmişdir. Məhkəmə iclasında onun ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayının 29-dan bu günə qədər Vətən-N mühafizə Xidmətində alay rəisinin müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 2019-cu ilin aprel ayının 4-dən 2019-cu ilin oktyabr ayının 7-nə kimi Vətən-N mühafizə xidmətində hüquq məsləhətçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs1 ilə o, birlikdə işlədiyi idarədə tanış olmuşdur. Onun "xxxx" şirkətində direktor müavini vəzifəsinə keçdiyini, daha sonra isə “Vətən-N” mühafizə xidmətindən işdən çıxdığını bilmişdir. Təqsirləndirilən şəxs1 mühafizə etdikləri Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Babək plaza”nın tərkibində olan "xxxx" şirkətinin insanları pul qarşılığında işlə təmin etməsini, əgər tanışı olarsa ona deməyini və onların da 5-10 manat pul qazanmalarını deməmişdir. Təqsirləndirilən şəxs1la iş düzəltmə barədə heç vaxt söhbət olmamışdır. Bununla yanaşı olaraq onun rəisi olan Şahid5 kimisə işə düzəltmək kimi bir səlahiyyəti olmamışdır. Onlar sadəcə olaraq "xxxx" şirkəti ilə aralarında bağlanmış müqavilə əsasında şirkətin təhlükəsizliyini təmin etmişlər. Onların "xxxx" şirkəti və şirkətin rəhbəri ilə başqa heç bir münasibətləri olmamışdır. Şahid5 Oktay oğlu məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədini bildirmişdir. Məhkəmə iclasında onun ifadəsi elan edilərək tədqiq edilmiş, Şahid4 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmiş, onların ifadəsi zərərçəkmiş şəxslərin ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” diskə baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 17:21:35-də “İndi danışa bilmirəm. Nə isə olub?”, Zərərçəkmiş şəxs5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 13:00:36-da “Nə vaxt gəlirsən, telefona da cavab vermirsən, biz belə danışmamışıq axı”, xx.xx.2021-ci il tarixdə saat 12:38:45-də “İlqar ya telefona cavab ver...ya da yerini de mən səninlə görüşməliməm”, xx.xx.2021-ci il tarixdə saat 10:11:10-da Sənin bu nömrəndə vatsap yoxdu”, Zərərçəkmiş şəxs6 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 15:25:35-də “Tel cavab verr” sözləri yazılmış mesajın göndərilməsi aşkar edilmişdir. Eyni zamanda baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 12:24:59-da “14 kundu Şuşadayam! kalim! yolkna! qoyaüam!”, Zərərçəkmiş şəxs6 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə 15:51:11-da “Şamil. 1saata. yıqaram, cavab, kozlayiram”, xx.xx.2021-ci il tarixdə saat 21:55:02-də “Yıqaüam,man,qonaqım,var” sözləri yazılmış mesajın göndərilməsi aşkar edilmişdir. İkinci 01 ədəd “SMS-Tarixçəsi- **********4***-*******32.pdf” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində göndərilmiş smslərin siyahısı göstərilmişdir. Həmin siyahına baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 11:25:38-də “Elçin. muşviqin. Pulun ver bu kun.”, xx.xx.2020-ci il tarixdə saat 22:54:27-də “Telfona aü oldirirlarar mani”, xx.xx.2020-ci il tarixdə saat 22:07:29-da “Otur evda raxat milatin pulun qaytar na vaxta qadar yalan olaüaq axşamda. Olanda. telfonu. sondirirsan”, xx.xx.2020-ci il tarixdə saat 17:52:12-də “Faridin. qabaqında. sani. kozlayiram”, xx.xx.2020-ci il saat 12:01:39-da “Elçin qrqğndı. manim. qapğmda. na. fikirlaşirsan.”, xx.xx.2020-ci il tarixdə saat 17:32:40-da “Elçin. saat. 6.oldu. talğşdar. qapnı. kasdiriblar. telfona. üavab.ver”, xx.xx.2020-ci il tarixdə saat 18:06:32-də “Elüin. Telfona çaaab ve qğrqğndayam basdi fıratduqun.”, 14.0502020-ci il tarixdə saat 17:21:08-də “Elüin. axşam. oldu. yena. xabar. demadin”,xx.xx.2020-ci il tarixdə saat 18:49:56-da “Elüin. yena. telfonu. açmadun. qrğındayam...pul..Aldan.”, xx.xx.2020-ci il tarixdə saat 15:30:12-də “Elçin. faridin. yanına. kaliram”, xx.xx.2020-ci il tarixdə saat 17:54:08-də “Elçin.. axşam..oldu..yena..aldadırsan.., xx.xx.2020-ci il tarixdə saat 17:06:45-də “Faridin..qabaqındayam..axşam..oldu.”, xx.xx.2020-ci il tarixdə saat 23:46:24-də “Elüin san mani tutdurmasan al çakan deyilsan evini sat üamaxatğn pulun ver..basdi..??yalanlar”, xx.xx.2020-ci il tarixdə saat 19:46:37-də “Faridin, qabaqındayam, sanin, koruşun, uzun,,üakir”, xx.xx.2020-ci il tarixdə 13:16:58-də “İlqar, yalan deyankisl deyil,arizani ver misam. 20-sina kimi pulumu ala vilmasam cinayat isi acar siz”, xx.xx.2020ci il tarixdə saat 10:29:59-da “Elüin ev dustaqı elamisan mani maşının pulunu tap?”, xx.xx.2020-ci il tarixdə saat 18:32:23-də “Elçin üavab ver yena na fırladaüaqsan na vaxta qadar?lambarda sani”, saat 18:32:23-də “Elçin üavab ver yena na fırladaüaqsan na vaxta qadar?lambarda sani kozlayiram?”, xx.xx.2020-ci il tarixdə saat 13:37:57-də “Elçin AYın 9du teflonlar susmur ev dustaqı elamisan mani”, saat 16:48:04-də “Elçin yena axşam olur sandan üıxmır”, xx.xx.2020-ci il tarixdə saat 16:41:02-də “Elçin maşını satışa çıxardırlar?”, saat 16:53:15-də “Mani yıq basdi daxa, kaliram, faridin qabaqna”, xx.xx.2020-ci il tarixdə saat 13:04:52-də “Elüin vaxt ela koruşay, bu,kun son qoyaq mani vadar etma nayasa?”, xx.xx.2020-ci il tarixdə saat 15:38:19-da “Latifla danış bezdim man”, xx.xx.2020-il tarixdə saat 18:29:48-də “Elçin kunu kuna satırsan bir, xabar denan latifla danışdun”, xx.xx.2020-ci il tarixdə saat 16:48:21-də “İlqar, savah yox, o viri gun , gozumu op erasiya elattircam. Savah manim puiu mu verin.QARDAS.!!!, Elcin yena mani firladir. O,”, xx.xx.2020-ci il tarixdə saat 22:08:33-də “İlqar, Elcin firladir.. 2-ci gun Prakrora ariza veracam.!.!”, xx.xx.2020-ci il tarixdə saat 16:03:13-də “Elçin man evima keda bilmiram pıl tap maşnı çıxardım”, xx.xx.2021-ci il tarixdə 16:13:32-də “Yenada? fırlatmaqa? başladun?”, xx.xx-2021-ci il tarixdə 12:48:10-da “Asadov Ülvi mirza oqlu matros”, xx.xx.2021-ci il tarixdə saat 14:51:16-da “Elçin! sani! yıqmıram? ki? balka? san? ozun? yıqasan?”, xx.xx.2021-ci il tarixdə saat 16:29:25-də “San 100 manat pulu vera bilmirsansa 60 min pulu neva verasan telfona cavab ver”, xx.xx.2021-ci il tarixdə saat 17:28:01-də “Kozuna aydın maşını satdırdın?” sözləri yazılmış mesajların göndərilməsi aşkar edildi. Üçüncü 01 ədəd “SMS-Tarixçəsi-**********4***-*******10.pdf” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində göndərilmiş smslərin siyahısı göstərilmişdir. Həmin siyahına baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 17:21:35-də “İndi danışa bilmirəm. Nə isə olub?” sözləri yazılmış mesajın göndərilməsi aşkar edildi. Dördüncü 01 ədəd “SMS-Tarixçəsi-**********4***-*******10.pdf” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMCyə məxsus kart nömrəsinə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində daxil olmuş smslərin siyahısı göstərilmişdir. Həmin siyahına baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 11:25:38-də “Elçin. muşviqin. pulun.ver.bu.kun.”, xx.xx.2020-ci il tarixdə saat 22:54:27-də “Telfona.aç.oldirirlarar.mani”, xx.xx.2020-ci il tarixdə saat 22:07:29-da “Otur evda raxat milatin pulun qaytar na vaxta qadar yalan olacaq axşamda. Olanda.telfonu.sondirirsan”, xx.xx.2020-ci il tarixdə saat 17:52:12-də “Faridin.qabaqında.sani.kozlayiram”, xx.xx.2020-ci il saat 12:01:39-da “Elçin..qrqğndı.manim.qapğmda.na.fikirlaşirsan.”, xx.xx.2020-ci il tarixdə saat 17:32:40-da “Elüin. saat. 6.oldu. talğşdar. qapnı. kasdiriblar. telfona. üavab.ver”, xx.xx.2020-ci il tarixdə saat 18:06:32-də “Elçin. Telfona çaaab ve qğrqğndayam basdi fıratduqun.”, 14.0502020-ci il tarixdə saat 17:21:08-də “Elçin.axşam.oldu.yena.xabar.demadin”, xx.xx.2020-ci il tarixdə saat 18:49:56-da “Elüin. yena. telfonu. aümadun. qrqğndayam..pul..Aldan.”, xx.xx.2020-ci il tarixdə saat 15:30:12-də “Elçin.faridin.yanına.kaliram”, xx.xx.2020-ci il tarixdə saat 17:54:08-də “Elüin..axşam..oldu..yena..aldadırsan.., xx.xx.2020-ci il tarixdə saat 17:06:45də “Faridin..qabaqındayam..axşam..oldu.”, xx.xx.2020-ci il tarixdə saat 23:46:24-də “Elçin san mani tutdurmasan al çakan deyilsan evini sat üamaxatğn pulun ver..basdi..??yalanlar”, xx.xx.2020-ci il tarixdə saat 19:46:37-də “Faridin, qabaqındayam, sanin, koruşun, uzun,,üakir”, xx.xx.2020-ci il tarixdə 13:16:58-də “İlqar, yalan deyankisl deyil,arizani ver misam. 20-sina kimi pulumu ala vilmasam cinayat isi acar siz”, xx.xx.2020ci il tarixdə saat 10:29:59-da “Elüin ev dustaqı elamisan mani maşının pulunu tap?”, xx.xx.2020-ci il tarixdə saat 18:32:23-də “Elüin üavab ver yena na fırladaüaqsan na vaxta qadar?lambarda sani”, saat 18:32:23-də “Elçin üavab ver yena na fırladaüaqsan na vaxta qadar? lambarda sani kozlayiram?”, xx.xx.2020-ci il tarixdə saat 13:37:57-də “Elçin ayın 9du teflonlar susmur ev dustaqı elamisan mani”, saat 16:48:04-də “Elçin yena axşam olur sandan üıxmır”, xx.xx.2020-ci il tarixdə saat 16:41:02-də “Elçin maşını satışa üıxardırlar?”, saat 16:53:15-də “Mani yıq basdi daxa,kaliram, faridin qabaqna”, xx.xx.2020ci il tarixdə saat 13:04:52-də “Elçin vaxt ela koruşay, bu,kun son qoyaq mani vadar etma nayasa?”, xx.xx.2020-ci il tarixdə saat 15:38:19-da “Latifla danış bezdim man”, xx.xx.2020il tarixdə saat 18:29:48-də “Elçin kunu kuna satırsan bir, xabar denan latifla danışdun”, xx.xx.2020-ci il tarixdə saat 16:48:21-də “İlqar, savah yox, o viri gun , gozumu op erasiya elattircam. Savah manim pulumu verin.QARDAS.!!!, Elcin yena mani firladir. O,”, xx.xx.2020-ci il tarixdə saat 22:08:33-də “İlqar, Elcin firladir.. 2-ci gun Prakrora ariza veracam.!.!”, xx.xx.2020-ci il tarixdə saat 16:03:13-də “Elçin man evima keda bilmiram pıl tap maşnı üıxardım”, xx.xx.2021-ci il tarixdə 16:13:32-də “Yenada? fırlatmaqa?başladun?”, xx.xx-2021-ci il tarixdə 12:48:10-da “Asadov ulvi mirza oqlu matros”, xx.xx.2021-ci il tarixdə saat 14:51:16-da “Elçin! sani! yıqmıram?ki?balka?san?ozun?yıqasan?”, xx.xx.2021-ci il tarixdə saat 16:29:25-də “San 100manat pulu vera bilmirsansa 60min pulu neüa verasan telfona üavab ver”, xx.xx.2021-ci il tarixdə saat 17:28:01-də “Kozuna aydın maşını satdırdın?” sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. Beşinci 01 ədəd “Zənglərin-Detallaşması-**********1***-*******32.pdf” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək daxil olan zənglərin siyahısı və antena dairəsi göstərilmişdir. Həmin siyahına baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı, Zərərçəkmiş şəxs5 istifadəsində olmuş ***-***-**-** saylı, Zərərçəkmiş şəxs6 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrin arasında müxtəlif vaxtlarda telefon əlaqəsinin olması aşkar edilmişdir. Eyni zamanda baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin arasında xx.xx.2020-ci il tarixdə saat 17:36:48-də 32 saniyə, saat 18:05:00-da 74 saniyə, saat 18:06:39-da 7 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:27:58-də 48 saniyə, xx.xx.2020-ci il tarixdə saat 17:21:24də 13 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:00:20-də 37 saniyə, saat 13:15:47-də 53 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:38:18-də 13 saniyə, saat 14:26:29-da 363 saniyə, xx.xx.2020-ci il tarixdə saat 15:55:05-də 483 saniyə, xx.xx.2020-ci il tarixdə saat 09:55:53də 21 saniyə, saat 18:01:34-də 88 saniyə, saat 18:03:45-də 11 saniyə, 18:13:36-da 75 saniyə, xx.xx.2020-ci il tarixdə saat 17:04:41-də 235 saniyə, xx.xx.2020-ci il tarixdə saat 10:04:59-da 290 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:49:10-da 123 saniyə, saat 11:51:51-də 14 saniyə, saat 11:55:25-də 99 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:14:22də 209 saniyə, Zərərçəkmiş şəxs5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2020-ci il tarixdə saat 10:09:14-də 50 saniyə, xx.xx.2020-ci il tarixdə saat 15:05:01də 144 saniyə, saat 15:11:30-da 31 saniyə, saat 15:18:20-də 44 saniyə, xx.xx.2020-ci il tarixdə saat 10:16:48-də 33 saniyə, saat 11:03:23-də 9 saniyə, saat 18:50:49-da 122 saniyə, saat 18:57:59-da 51 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:41:12-də 47 saniyə, Zərərçəkmiş şəxs6 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında xx.xx.2020-ci il tarixdə saat 16:03:27-də 72 saniyə, xx.xx.2020-ci il tarixdə saat 10:20:35də 31 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:50:04-də 20 saniyə, saat 19:20:55-də 64 saniyə telefon əlaqəsinin olması aşkar edildi. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinin xx.xx.2020-ci il tarixdə “**********32 usage-start xx.xx.2021 10:41:51 1 UBBK4245A/UBBK4245 Giziltaj/" Bakı şəhəri, Nərimanov rayonu, 4-cü mkrn, 20 Yanvar küçəsi, 15 a, ofis binasi"/Nasimi” və xx.xx.2020-ci il tarixdə “559674432 ********* MOC xx.xx.2020 15:55:02 33 UBBK5869C/UBBK5869 Nargile Dairesi/"Bakı şəhəri, Zığ yolu"/Khatai,”, Zərərçəkmiş şəxs6 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2020-ci il tarixdə “506262725 **********32 MTC xx.xx.2020 16:03:27 72 UBBK5869D/UBBK5869 Nargile Dairesi/"Bakı şəhəri, Zığ yolu"/Khatai” anten dairəsində olması aşkar edilmişdir. Sonuncu 01 ədəd “Zənglərin-Detallaşması-**********1***- *******10.pdf” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***- **-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək daxil olan zənglərin siyahısı və antena dairəsi göstərilmişdir. Həmin siyahına baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında müxtəlif vaxtlarda telefon danışıqlarının olması, Təqsirləndirilən şəxs1 istifadəsində olan istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2020-ci il tarixdə “Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 150” və “Bakı şəhəri, 8 mikrorayon, H.Hüseynov küçəsi, 11A”, xx.xx.2022-ci il tarixdə “Bizim Market/"Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, 6 sayli binanın qarşısındakı mağazanın damı"/Binagadi”, xx.xx.2020-ci il tarixdə saat 20:42:59-da “Babek pr 25/"Bakı ş. Xətai pr., Babək pr 1126-cı məh."/Khatai” anten dairəsində olması aşkar edilmişdir (cild 2, iş vərəqə 63-68). İş materiallarında olan xx.xx.2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 12:32:50-də “man na vaxta qadar zafari aldadım bela iş olmur”, saat 12:32:55-də “punxan yıqır latif yıqır şofir yıqır xansına cavab verim man.”, saat 12:48:38-də “baxruza na deym 10 kuna demişdin 2 ay oldu soz tapa. bilmiram”, xx.xx.2020-ci il tarixdə saat 14:24:13-də “elçin daxa basdi na vaxta qadar camaxatı aldadaq sizdan iş duzaldan olmaz pulları qaytar iş boyumamiş”, saat 14:27:05-də “axşam koruşay bu işdardan qan iyi kalir mani poxa salma”, xx.xx.2020-ci il tarixdə saat 21:45:18də “telfona.,.cavab..vermirsiz”, xx.xx.2020-ci il tarixdə saat 23:24:51-də “elçin manim evimda qiyamatdi saba aydının pulu qayıtmalıdı butun camaxat pulun istayir saba koruşay qaytar puları manim tutulası deyilam basdi bu qadar yalanlar vali malima pul vermisanmi versaydin bu uzanmazdı, raxat evinda otmusan manim telfonlarım susmur niya aldadırdıs punxanı, zafari baxruzu xayalı latifi teymuru, vusalı şaxriyarı axrıncı şamaxlı vusalı na deyim bunlara saba aydının anası şikayata, kedir saxlaya bilmiram qaytar hamısın”, xx.xx.2020-ci il tarixdə saat 21:57:40-da “aç vaçapu oxu basdi mana zulum eladiyin camaxat mal qarasın satıb verib sana sabaxa pulu..düzalt basdi man söz tapmıram”, xx.xx.2020-ci il tarixdə saat 18:21:58-də “elçin aydının anasın saxlaya bilmiram kedacay şikayata”, xx.xx.2020-ci il tarixdə saat 19:43:21-də “manim kunuma salım aydının anası durmur diyir saba efira çıxacam ordanda polisa..neca...olacaq”, xx.xx.2020-ci il tarixdə saat 10:25:01-də “xayalın adamları yıqır bu kün 4500 verilmalidi, saat 11:12:17-də “baxruzun əmisi ila danış bezdim man mani oldirma xadina çatdırmısan”, saat 16:09:20-də “A kişi telfona, cavab ver san mana pul vermisan demisan verdim”, xx.xx.2020-ci il tarixdə saat 17:28:14-də “**********..adı..İNSAF”, sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat elçin man na deym bunlara manimla danışın”, xx.xx.2020-ci il tarixdə saat 23:44:38-də “mallim işdardan na xabar kunu-kuna satırıq”, xx.xx.2020-ci il tarixdə saat 16:06:53-də “elçin saba maallimanin pulu verilmasa ikimizdaiçardayiy cmaxatın pulun qaytar alininda pulunu bezmişam man”, xx.xx.2020-ci il tarixdə saat 21:02:28-də “elçin bir xabar denan saba axrıncı kundi xastaliya saldın mani”, xx.xx.2020-ci il tarixdə saat 13:29:22-də “muşviq cırır özun danış onunla”, xx.xx.2020-ci il tarixdə saat 18:36:24-də “elçin fikirin nadi sanin tutmaqı istayirsan 20 yanvarda kozlayiram kal keday mallima kila bu işdarin hamsın bilirdin”, xx.xx.2021-ci il tarixdə saat 11:45:20-sə “elçin ilqardı” sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir (cild 2, iş vərəqə 69-72). İş materiallarında olan xx.xx.2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “İphone” markalı mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefonun “WhatsApp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” proqramına Zərərçəkmiş şəxs5 oğlu Şahid1 işə düzəlməsi ilə bağlı sonuncuya məxsus üzərində şəkil və anket məlumatları olan sənədin göndərilməsi aşkar edilmişdir. Həmçinin baxış zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 iki aydır torpaq sahəsini sataraq pulu verəcəyini bildirsə də, nəticə olmadığını bildirməsi barədə səs yazının İlqar Mislomova göndərməsi aşkar edilmişdir. Eyni zamanda baxış zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “Zərərçəkmiş şəxs1 çağırdığını və ayın beşində işə çıxacağını bildirməsi barədə yazışmaların göndərilməsi aşkar edilmişdir (cild 2, iş vərəqə: 142-146). İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 02 ədəd CD disk və “WhatsApp” proqramından çıxarılmış yazışmaların surəti maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Mühafizə Xidmətinin xx.xx.2022-ci il tarixli 44 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 04 aprel 2019-ci il tarixdən 07 oktyabr 2019-cu il tarixədək “Alov Mühafizə Xidməti”ndə hüquq məsləhətçisi kimi işləmişdir (cild 1, iş vərəqə 194). İş materiallarında olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-də direktorun müşaviri vəzifəsində işə başlamışdır (cild 2, iş vərəqə 203-205). Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək CMnin 66.3-cü maddəsinə əsasən qəti olaraq 06 il 10 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən cəzası 02 il sınaq müddəti tətbiq edilməklə şərti hesab edilmişdir. xx.xx.2019-cu il tarixdə sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bundan başqa o, xx.xx.2018-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 3500 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cərimə məbləğini tamamilə ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə 157-159). İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixdə Qaradağ Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4, 320.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli hökm dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə icraata xitam verilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən 3000 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cərimə məbləğini tamamilə ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə 160-161). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 2, iş vərəqə 164). İş materiallarında olan xx.xx.2022-ci il tarixli Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilmiş və o, saxlandığı Xətai RPİ-nin MSY-dən azad edilmişdir (cild 2, iş vərəqə 240-242). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 244-248). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 211). İş materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 243-247). İş materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 2, iş vərəqə 58-62). İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri xx.xx.2022-ci il tarixdə başa çatdığı üçün barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs7 Səyyad oğlunun məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, onlara dəymiş ziyan ödənilmişdir, təqsirlənsirilən şəxslər ilə barışmışlar. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 məhkəməyə ünvanladığı teleqramdan və Zərərçəkmiş şəxs6 telefonoqramından görünür ki, onlara dəymiş ziyan ödənilmişdir, təqsirlənsirilən şəxslər ilə barışmışlar. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 7731 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən cinayət işi üzrə dəymiş ziyanın 25 %-ni, yəni 9163.00 (doqquz min yüz altmış üç) manat dövlət büdcəsinə ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 30585 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən cinayət işi üzrə dəymiş ziyanın 25 %-ni, yəni 6663.00 (altı min altı yüz altmış üç) manat dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən xitam verilməsinə razı olduğunu bildirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dələduzluq cinayətinin üsulu kimi aldatma və etibardan suiistifadədən istifadə etmiş, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək zərərçəkmiş şəxslərin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dələduzluq cinayətinin törətməsi, onlarının özünün etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ümumi məbləği 36650 (otuz altı min altı yüz əlli) manat olmuşdur. Təqsirləndirilən şəxs1 vurulmuş ziyanı üzərinə düşən pay üzrə tam ödəmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, vurulmuş ziyanın üzərinə düşən pay üzrə iyirmi beş faizi miqdarını 9163.00 (doqquz min yüz altmış üç) manat dövlət büdcəsinə ödəmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ümumi məbləği isə 26650 (iyirmi altı min altı yüz əlli) manat olmuşdur. Təqsirləndirilən şəxs2 vurulmuş ziyanı üzərinə düşən pay üzrə tam ödəmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, vurulmuş ziyanın üzərinə düşən pay üzrə iyirmi beş faizi miqdarını 6663.00 (altı min altı yüz altmış üç) manat dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin aşağıda sadalanan müddəalarına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il trixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Buna əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsi hazırki cinayət işi üzrə cinayət məsuliyyətindən azad olunmasını istisna etmir. Belə ki, iş materiallarından görünür ki, o, hazırki cinayət əməllərini Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətdən azad edilənədək, yəni Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qəbul edilənədək törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri Azərbaycan Respublikası CPMnin 156.4-cü maddəsinə əsasən ləğv edilməlidir. Maddi sübut kimi tanınmış 02 ədəd CD disk və “WhatsApp” proqramından çıxarılmış yazışmaların surəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Maddi sübut kimi tanınmış 02 ədəd CD disk və “WhatsApp” proqramından çıxarılmış yazışmaların surəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar