Məhkəmə qərarları › İş №1(011)-29/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-29/2024

22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-29/2024 22.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Rusiya Federasiyası, Simferopol şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16 dekabr 2021-ci il tarixdə saat 12 radələrində “WhatsApp” proqramı vasitəsilə +**********0 saylı X2 məxsus mobil operatora aid nömrə ilə qeydiyyatdan keçmiş və profilində Şahid fotoşəkili qoyulmuş abunədən özünü Şahid kimi təqdim etməklə həmin şəxsin yaxın dostluq münasibətlərində olduğu Zərərçəkmiş şəxs1 mesaj yazaraq onu Ukrayna Respublikasında istirahətdə olduğuna və 540 (beş yüz qırx) manat məbləğində pula ehtiyacı olduğuna inandırıb aldadaraq "xxxx" ASC tərəfindən öz adına verilmiş 4169 7385 7292 4045 nömrəli “BirKart Umico” bank kartının fotoşəklini göndərib həmin kartın balansına Zərərçəkmiş şəxs1 tərəfindən 16 dekabr 2021-ci il tarixdə saat 12:30-da “BirKart” mobil tətbiqi vasitəsilə "xxxx" ASC tərəfindən verilmiş sonuncuya məxsus 4169 7385 0632 5632 nömrəli “BirKart” plastik kartından əvvəlcə 140 (bir yüz qırx) manat, saat 12:40 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 830-cu məhəllədə yerləşən “Bazarstore” mağazasındakı “MilliÖn” ödəniş terminalı vasitəsilə 200 (iki yüz) manat, saat 13:08 radələrində isə qeyd olunan ünvanda həmin ödəniş terminalı vasitəsilə 200 (iki yüz) manat məbləğində pul köçürülməsinə nail olub həmin vəsaiti nağdlaşdırıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 540 (beş yüz qırx) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 24 yanvar 2023-cü il tarixdə “WhatsApp” proqramı vasitəsilə ***-***-**-** saylı nömrənin profilində Ceyhun adlı şəxsin fotoşəklini yerləşdirib özünü “Ceyhun” adı ilə təqdim etməklə həmin şəxsin dostu olduğu Zərərçəkmiş şəxs5 mesaj yazaraq 1640 (min altı yüz qırx) manat məbləğində pula ehtiyacı olduğuna inandırıb aldadaraq "xxxx" ASC tərəfindən öz adına verilmiş 4169 7388 9293 0748 nömrəli bank kartının məlumatlarını göndərib kartın balansına Zərərçəkmiş şəxs5 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Yol kənarı, Binəqədi mədən 4 ünvanında yerləşən yerləşən «Spar» supermarketində “MilliÖn” ödəniş terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə saat 23:59:44də 1100 (min yüz) manat və xx.xx.2023-cü il tarixdə saat 00:08:56-da 540 (beş yüz qırx) manat olmaqla, cəmi 1640 manat məbləğində pul köçürülməsinə nail olub həmin vəsaiti nağdlaşdırıb ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 1640 (min altı yüz qırx) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 18 fevral 2023-cü il tarixdə “WhatsApp” proqramı vasitəsilə ***-***-**-** saylı nömrənin profilində Elxan adlı şəxsin fotoşəklini yerləşdirib özünü “Elxan” adı ilə təqdim etməklə həmin şəxsin qohumu olduğu Zərərçəkmiş şəxs2 mesaj yazaraq 1000 (min) manat məbləğində pula ehtiyacı olduğuna inandırıb aldadaraq "xxxx" ASC tərəfindən öz adına verilmiş 4169 7388 8871 0880 nömrəli bank kartının məlumatlarını göndərib kartın balansına Zərərçəkmiş şəxs2 tərəfindən ünvan 4 ünvanında 18 fevral 2023-cü il tarixdə saat 15:26-da 450 manat, həmin gün saat 17:04-də 350 manat və saat 17:52-də 200 manat məbləğində pulun "xxxx" ASC tərəfindən verilmiş sonuncuya məxsus 4098 5844 6023 8700 nömrəli plastik kartı vasitəsi ilə köçürülməsinə nail olub həmin vəsaiti nağdlaşdırıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 (min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 01 mart 2023-cü il tarixdə saat 22 radələrində “WhatsApp” proqramı vasitəsilə ***-***-**-** saylı nömrənin profilində Qabil adlı şəxsin fotoşəklini yerləşdirib özünü “Qabil” adı ilə təqdim etməklə həmin şəxsin dostu olduğu Zərərçəkmiş şəxs4 mesaj yazaraq 1200 (min iki yüz) manat məbləğində pula ehtiyacı olduğuna inandırıb aldadaraq "xxxx" ASC tərəfindən öz adına verilmiş 4169 7388 9263 8849 nömrəli bank kartının məlumatlarını göndərib kartın balansına həmin vaxt ünvan 5 ünvanında olan Zərərçəkmiş şəxs4 tərəfindən mobil telefon tətbiqi vasitəsilə 1200 manat məbləğində pulun köçürülməsinə nail olub həmin vəsaiti nağdlaşdırıb ələ keçirərək Zərərçəkmiş şəxs4 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 09 mart 2023-cü il tarixdə saat 00:20 radələrində “WhatsApp” proqramı vasitəsilə ***-***-**-** saylı nömrənin profilində Elşən adlı şəxsin fotoşəklini yerləşdirib özünü “Elşən” adı ilə təqdim etməklə həmin şəxsin dostu olduğu Zərərçəkmiş şəxs3 mesaj yazaraq 1100 (min yüz) manat məbləğində pula ehtiyacı olduğuna inandırıb aldadaraq "xxxx" ASC tərəfindən öz adına verilmiş 4169 7388 9263 8849 nömrəli bank kartının məlumatlarını göndərib kartın balansına həmin vaxt ünvan 6 ünvanında olan Zərərçəkmiş şəxs3 tərəfindən mobil telefon tətbiqi vasitəsilə 1100 manat məbləğində pulun köçürülməsinə nail olub həmin vəsaiti nağdlaşdırıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də onlayn qaydada işlənmiş mobil telefonların satışı ilə məşğul olub ailəsinin dolanışığını təmin etmiş, bundan başqa xadimə işləyən qayınanası Ramilə Əsədova da onlara maddi köməklik göstərmişdir. 2017-ci ilin may ayında X7 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə evliliklərindən xx.xx.2018-ci il təvəllüdlü oğlu Ata Əsədov və xx.xx.2020-ci il təvəllüdlü qızı Mələk Həsənova anadan olmuşdur. 2021-ci ilin dekabr aylarında onlayn qaydada ödəniş etməklə X2 aid +**********0 saylı mobil telefon nömrəsini almışdır. Nömrənin sim kartı faktiki olaraq onda olsa da onlayn formada nömrəni “Whatsapp” proqramında qeydiyyatdan keçirməklə mobil telefonunda istifadə etməyə başlamışdır. “İnstagram” sosial şəbəkəsində gəzişərkən profil adı Zərərçəkmiş şəxs1 olan şəxsin biznesi ilə əlaqədar mobil telefon nömrəsini profilində qeyd etməyi qarşısına çıxmışdır. Həmin şəxsin dostluğunda olan şəxsləri araşdırarkən Sərxan adlı dostunun Ukraynadan fotoşəkillər paylaşdığını görmüşdür. Bundan sonra Sərxan adlı şəxsin fotolarından birini mobil telefona yükləyib “Whatsapp” proqramında +**********0 saylı mobil telefon nömrəsinin profil fotosu etmişdir. Daha sonra həmin nömrə ilə Zərərçəkmiş şəxs1 adlı şəxsin istifadə etdiyi ***-***-**-** nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə mesaj yazıb özünü “Sərxan” kimi təqdim edib Ukraynada olduğunu bildirib Bakıya qayıtdıqdan sonra qaytarmaq şərti ilə ondan 540 manat borc pul istəmiş və həmin pulu kart hesabına göndərməsini xahiş etmişdir. Emin də borc pul verməyə razılaşdıqdan sonra özünə məxsus, "xxxx" tərəfindən verilmiş 4169 7385 7292 4045 saylı bank kartının fotoşəklini “Whatsapp” proqramı vasitəsi ilə Eminə göndərmişdir. Bir neçə dəqiqə sonra Emin 3 dəfəyə olmaqla onun bank kartına 540 manat ödəniş etmişdir. Emin ilkin olaraq hansısa kartdan 140 manat, hər dəfəsində 200 manat olmaqla da “Milliön” aparatından 2 dəfəyə 400 manat pulu ona göndərmişdir. Həmin gün axşam saatlarında Emin “Whatsapp” proqramı vasitəsi ilə mesaj yazıb işlərini həll edib etmədiyini soruşduqdan sonra hər şeyin qaydasında olduğunu bildirmiş, daha sonra isə Eminin nömrəsini bloklamışdır. Sonradan bank kartına göndərilmiş 540 manat pulu xatırlamadığı yerdə nağdlaşdırıb şəxsi ehtiyaclarına və ailəsinə ərzaq almağa xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs5 1640 manat pulunu da oxşar üsulla ələ keçirmişdir. Belə ki, Zərərçəkmiş şəxs5 mobil telefon nömrəsini «instagram» sosial şəbəkəsində olan profilində görüb özündə qeyd etmişdir. Sonra isə Məftun dostluğunda olan şəxsləri araşdırıb «Ceyhun» adlı, soyadını xatırlamadığı dostunun fotosunu mobil telefonuna yükləmişdir. 24 yanvar 2023-cü il tarixdə saat təxminən 23 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs5 mobil telefon nömrəsinə «Whatsapp» proqramı vasitəsi ilə mesaj yazıb özünü dostu Ceyhun kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs5 hansı Ceyhun olduğunu soruşduqda Ceyhun adlı şəxsin profilindən yüklədiyi fotonu göndərmişdir. Yazışmaları zamanı Zərərçəkmiş şəxs5 ona təcili olaraq 1640 manat borc pul lazım olduğunu, həmin pulu qısa müddət ərzində qaytaracağını bildirib ona borc verməsini xahiş etmiş, həmçinin özünə məxsus "xxxx" tərəfindən verilmiş 4169 7388 9293 0748 saylı bank kartının məlumatlarını göndərmişdir ki, pulu həmin kartın balansına yükləsin. Zərərçəkmiş şəxs5 də ona borc verməyə razılaşmışdır. Məftun ilkin olaraq onun göndərdiyi kart hesabına pul yükləmək istəsə də kartda problem olduğu üçün yükləyə bilməmiş, bundan sonra o, Məftuna 4169 7388 8871 0880 saylı kart hesabını göndərmiş, lakin Məftun həmin karta da pulu ata bilməmişdir. Bu zaman o, Məftuna mobil nömrəsini verib terminal vasitəsi ilə “m10” hesabına həmin pulu göndərməsini xahiş etmişdir. Bir qədər sonra “m10” hesabının balansını yoxladıqda 1640 manat mədaxil olunduğunu görmüşdür. Sonradan o, həmin pulu nağdlaşdırıb şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 1000 manat pulunu da 2023cü ilin fevral ayında oxşar üsulla ələ keçirmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 mobil telefon nömrəsini «instagram» sosial şəbəkəsində olan profil məlumatlarından götürmüşdür. Daha sonra Əlinin dostluğunda olan Elxan adlı şəxsin profil fotosunu telefonuna yükləmiş və həmin fotonu istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin «Whatsapp» proqramında olan profil fotosu kimi yerləşdirmişdir. 18 fevral 2023-cü il tarixdə «Whatsapp» proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsinə mesaj yazaraq özünü «Elxan» kimi təqdim edib Əlidən 1000 (min) manat borc pul istəmişdir. Zərərçəkmiş şəxs2 də ona borc verməyə razılaşmış və həmin gün 3 dəfəyə 1000 manat pulu 4169 7388 8871 0880 nömrəli bank kartına köçürmüşdür. O, sonradan 1000 manat pulu nağdlaşdırıb şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 1200 manat pulunu da oxşar üsulla ələ keçirmişdir. Belə ki, Zərərçəkmiş şəxs4 mobil telefon nömrəsini «instagram» sosial şəbəkəsində olan profilində görüb özündə qeyd etmişdir. Sonra isə Daşqının dostluğunda olan şəxsləri araşdırıb «Qabil» adlı, soyadını xatırlamadığı şəxsin fotosunu mobil telefonuna yükləmişdir. 01 mart 2023-cü il tarixdə təxminən saat 22 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs4 mobil telefon nömrəsinə «Whatsapp» proqramı vasitəsi ilə mesaj yazıb özünü Daşqının dostu Qabil kimi təqdim etmiş və Daşqından 1200 manat borc pul istəmiş, pulunu növbəti gün qaytaracağını demişdir. Yazışmalarından bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs4 onun 4169 7388 9263 8849 saylı bank kartının hesabına 1200 manat pul göndərmişdir. O, sonradan həmin 1200 manat pulu nağdlaşdırıb şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 da 1100 manat pulunu ələ keçirmişdir. Belə ki, Zərərçəkmiş şəxs3 istifadəsində olan mobil telefon nömrəsini telefonunda qeyd etmiş, eləcə də sosial şəbəkədə araşdırıb Elvinin «Elşən» adlı dostu olduğunu və dostunun hazırda Kəlbəcər rayonunda işlədiyini öyrənmişdir. Bundan sonra istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin «Whatsapp» proqramında olan profilində Elşənin fotoşəklini yerləşdirib 09 mart 2023-cü il tarixdə saat 01 radələrində Elvinə həmin proqramla yazıb özünü Elşən adı ilə təqdim etmişdir. Elvinə yalandan bir nəfərə pul göndərməli olduğunu, amma olduğu yerdə aparat olmadığından göndərə bilmədiyini demişdir. Elvindən ona 480 manat pul göndərməsini, növbəti gün pulunu geri qaytaracağını xahiş etmişdir. O, 480 manat istəməyinə baxmayaraq Elvin yuvarlaqlaşdırıb 500 manat pulu onun 4169 7388 9263 8849 saylı bank kartının hesabına köçürmüşdür. Elvinin belə asanlıqla ona 500 manat pul göndərdiyini görüb Elvinə təkrar yazmış və əlavə olaraq 600 manat da göndərməsini xahiş etmişdir. Elvin də eyni kart hesabına 600 manat pul göndərmişdir. Elvinin iki dəfəyə göndərdiyi 1100 manat pulu sonradan nağdlaşdırıb şəxsi ehtiyaclarına xərcləmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, himayəsində 2 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığını, onlara dəymiş ziyanı tam olaraq ödədiyini, digər zərərçəkmiş şəxslərə də vurduğu maddi zərəri ödəyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdən etibarən tanıyır, həmin şəxslə qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət, habelə əlaqə və münasibət olmamışdır. 16 dekabr 2021-ci il tarixdə saat 12 radələrində «McDonalds» restoranlar şəbəkəsinin Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 830-cu məhəllədə yerləşən filialında işdə olan zaman özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “WhatsApp” proqramından mobil telefonuna +**********0 saylı X5 nömrəsindən mesaj gəlmişdir. Həmin nömrənin profilinə bir müddət əvvəl istirahət üçün Ukrayna Respublikasına getmiş dostu Şahid fotoşəkli qoyulmuşdur. Mesajı oxuduqda Şahid Ukrayna Respublikasında istirahətdə olduğunu bildirib borc qismində bank kartına 540 (beş yüz qırx) manat pul göndərməyini xahiş etdiyini görmüşdür. Sərxanla yaxın dost olduğu üçün və atasının xəstəliyi ilə əlaqədar pula ehtiyacı olduğundan 2021-ci ilin dekabr ayının əvvəllərində ondan təxminən 600 (altı yüz) manat məbləğində borc pul aldığına görə o, etiraz etməyib razılaşmışdır. Bundan sonra özünü dostu Sərxan kimi təqdim edən həmin şəxs “WhatsApp” proqramı vasitəsilə ona "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş 4169 7385 7292 4045 nömrəli “BirKart Umico” bank kartının fotoşəklini göndərib pulu məhz həmin kartın balansına köçürməsini xahiş etmişdir. O, heç nədən şübhələnməyib razılaşaraq saat 12:30-da smartfon tipli mobil telefonuna yüklədiyi “BirKart” mobil tətbiqi vasitəsilə "xxxx" ASC tərəfindən verilmiş özünə məxsus 4169 7385 0632 5632 nömrəli “BirKart” plastik kartından Təqsirləndirilən şəxs məxsus 4169 7385 7292 4045 nömrəli “BirKart Umico” bank kartına 140 (bir yüz qırx) manat pul köçürmüşdür. Bundan sonra, balansında kifayət qədər pul vəsaiti olmadığı üçün saat 12:40 radələrində iş yerini tərk edib qonşuluqda, yəni Nərimanov rayonu, F.X.Xoyski prospekti, 830-cü məhəllədə yerləşən “Bazarstore” mağazasına gedib orada “MilliÖn” ödəniş terminalı vasitəsilə "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş 4169 7385 7292 4045 nömrəli “BirKart Umico” bank kartına əvvəlcə 200 (iki yüz) manat, saat 13:08 radələrində isə qeyd olunan ünvanda yerləşən “MilliÖn” ödəniş terminalı vasitəsilə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat pul göndərmişdir. Beləcə, Təqsirləndirilən şəxs məxsus 4169 7385 7292 4045 nömrəli plastik bank kartına ümumilikdə 540 (beş yüz qırx) manat pul köçürmüşdür. Həmin məbləği göndərdikdən sonra özünü dostu Şahid kimi təqdim edən həmin şəxs +**********0 saylı X5 nömrəsindən ona mesaj yazaraq təşəkkürünü bildirib Bakı şəhərinə qayıdan kimi onunla görüşəcəyini vəd etmişdir. O, 540 (beş yüz qırx) manat pulu həqiqətən də dostu Sərxana göndərdiyini düşünüb yenə də heç nədən şübhələnməmişdir. Həmin gün, yəni 16 dekabr 2021-ci il tarixdə saat 19.30 radələrində o, işdə olan zaman təsadüfən dostu Şahid restorana çörək yeməyə gəldiyini görüb təəccüblənərək Sərxana yaxınlaşıb hal-əhval tutduqdan sonra Ukraynadan nə vaxt qayıtdığını soruşmuşdur. Sərxan təəccüblənərək cavabında təxminən bir həftə əvvəl Ukraynadan Bakıya qayıtdığını və bütün bu müddət ərzində Bakı şəhərində olduğunu bildirmişdir. Məhz bundan sonra o, özünü dostu Sərxan kimi təqdim edən həmin şəxs tərəfindən aldadıldığını başa düşüb hadisə barədə dostu Sərxana danışaraq “WhatsApp” proqramındakı həmin profili və göndərilən mesajları göstərmişdir. Elə həmin gün gecə saat 23 radələrində o, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. 20 dekabr 2021-ci il tarixdə isə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gedərək hadisə ilə bağlı şikayət ərizəsi ilə müraciət edib izahat vermişdir. Araşdırma zamanı ona özünü dostu Şahid kimi təqdim edib 540 (beş yüz qırx) manat pulunu dələduzluq yolu ilə ələ keçirən həmin şəxs və qeyd olunan 4169 7385 7292 4045 saylı bank kartının sahibi Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Həmçinin həmin şəxsin ***-***-**-** mobil telefon nömrəsindən istifadə etdiyini öyrənmişdir. Bir neçə dəfə həmin nömrəyə zəng vurub Təqsirləndirilən şəxs pulunu qaytarmasını tələb etsə də, o, taksi sürücüsü işlədiyini bildirib müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan və onunla görüşməkdən yayınmışdır. Bir müddət sonra isə, Firuddin ümumilikdə telefon zənglərinə cavab verməmişdir. Şahid ilə dostluq əlaqələrinin olması barədə Təqsirləndirilən şəxs necə və hansı şəraitdə xəbər tutmasını bilməmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 18 fevral 2023-cü il tarixdə yaşadığı evdə olarkən ***-***-**-** nömrəsindən «Whatsapp» proqramı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəsinə mesaj yazan şəxs salamlaşdıqdan sonra ondan 1000 manat borc pul istəmişdir. Həmin nömrənin profil fotosunda qohumu Elxanın fotosu olduğundan o, mesaj yazan şəxsin Elxan olduğunu zənn edib borc pul verməyə razılaşmışdır. Həmin şəxs mesajında pulu 4169 7388 8871 0880 nömrəli bank kartına göndərmək lazım olduğunu bildirdiyindən o da özünə məxsus, "xxxx"a aid 4098 5844 6023 8700 bank kartı ilə 1000 manat pulu həmin kartın hesabına köçürmüşdür. O, 1000 manat pulu həmin kartın hesabına 3 dəfəyə, yəni xx.xx.2023-cü il saat 15:26-da 450 manat, saat 17:04-də 350 manat və saat 17:52-də 200 manat olmaqla köçürmüşdür. Həmin gün axşam saatlarında telefonuna baxarkən ***-***-**-** nömrəsindən daxil olmuş mesajların göndərən tərəfindən silindiyini görmüşdür. Bu səbəbdən qohumu Elxana zəng edib mesajları niyə sildiyini soruşduqda Elxanın bu məsələdən xəbərsiz olduğunu öyrənib aldadıldığını başa düşmüşdür. Bu səbəbdən də 19 fevral 2023-cü il tarixdə ərizə ilə Nərimanov RPİ-nin 16-cı PB-nə müraciət etmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 24 yanvar 2023-cü il tarixdə saat 22:49-da yaşadığı evdə olarkən ***-***-**-** nömrəsindən «Whatsapp» proqramı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəsinə mesaj gəlmişdir. Həmin vaxt ***-***-**-** nömrəsinin profil fotosunda dostu Ceyhunun fotosu olmuşdur. Mesaj yazan şəxs də özünü Ceyhun adı ilə təqdim etdiyindən ona mesaj yazanın həqiqətən də dostu Ceyhun olmasını fikirləşmişdir. Ona mesaj yazıb özünü Ceyhun kimi təqdim edən şəxs təcili olaraq ona 1640 manat pul lazım olduğunu, pulu növbəti gün qaytaracağını bildirib kartına həmin məbləğdə pulu köçürməsini xahiş etmiş, o da razılaşmışdır. Həmin şəxs mesajla “Kapital Banka” aid bank kartının nömrəsini - 4169 7388 9293 0748 - ona göndərmişdir. Bundan sonra o, evdən çıxmış və yaxınlıqda yerləşən «Spar supermarket» mağazasına gedib orada olan «MilliÖn» aparatı vasitəsi ilə ona atdığı 4169 7388 9293 0748 saylı bank kartının hesabına pul köçürmək istəmiş, lakin köçürə bilməmişdir. Belə ki, pul köçürmə zamanı kartda xəta baş vermişdir. Bu zaman həmin şəxs, ona 4169 7388 8871 0880 nömrəli bank kartını atmış o, yenə də pulu köçürmək istəsə də xəta baş vermişdir. Daha sonra isə həmin şəxs ona xatırlmadığı mobil nömrə yazmış və terminalla onu yönləndirib “m10” hesabına göndərməyini demişdir. O da 540 manat və 1100 manat olmaqla, 1640 manat pulu onun “m10” hesabına göndərmişdir. Növbəti gün, yəni 25 yanvar 2023-cü il tarixdə dostu Ceyhunun mobil telefon nömrəsinə zəng etdikdə ona özünü Ceyhun adı ilə təqdim etmiş şəxsin başqa şəxs olması və olan hadisələr barədə dostu Ceyhunun heç bir məlumatının olmaması məlum olmuşdur. Aldadıldığını başa düşüb 26 yanvar 2023-cü il tarixdə ərizə ilə Binəqədi RPİ-nin 6-cı PBnə müraciət etmişdir. Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs ilə barışmadığnı və ona qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 09 mart 2023-cü il tarixdə saat 00:20 radələrində yaşadığı evdə kompyuterin qarşısında əyləşib işi ilə əlaqədar yazılar yazarkən ***-***-**-** nömrəsindən «Whatsapp» proqramı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəsinə mesaj gəlmişdir. Həmin vaxt ***-***-**-** nömrəsinin profil fotosunda dostu Elşənin fotosu olmuşdur. Mesaj yazan şəxs də özünü Elşən adı ilə təqdim etdiyindən ona mesaj yazanın həqiqətən də dostu Elşən olmasını fikirləşmişdir. Ona mesaj yazıb özünü Elşən kimi təqdim edən şəxs Kəlbəcər rayonunda olduğunu və orada «MilliÖn» aparatı olmadığını, eləcə də kiməsə pul göndərməli olduğunu bildirib ondan göndərdiyi 4169 7385 9263 8849 saylı bank kartının hesabına 480 manat pul göndərməsini xahiş etmişdir. Elşənlə münasibəti yaxşı olduğundan, eləcə də ona güvəndiyindən və vacib olmazsa gecə saatlarında ona yazıb pul istəməyəcəyindən əmin olduğundan razılaşmış və yuvarlaq olaraq 500 manat göndərə biləcəyini demiş, ona mesaj yazan şəxs də razılaşmışdır. O da 09 mart 2023-cü il tarixdə saat 00:23-də "xxxx"ın istifadəsində olan mobil telefondakı tətbiqi ilə 4169 7388 1482 2908 saylı kartının hesabından 4169 7385 9263 8849 saylı bank kartına 500 manat pul göndərmişdir. Bir neçə dəqiqə sonra həmin şəxs ona yazıb əlavə də 600 manat pul lazım olduğunu və həmin pulu da göndərməyini xahiş etmiş, səhər açılanda pulunu qaytaracağını bildirmişdir. O da etiraz etməmiş və saat 01:00-da eyni qaydada, yəni "xxxx"ın istifadəsində olan mobil telefondakı tətbiqi ilə 4169 7388 1482 2908 saylı kartının hesabından 4169 7385 9263 8849 saylı bank kartına 600 manat pul göndərmişdir. Səhər saatlarında həmin şəxs ona yazıb kart məlumatlarını istəmişdir ki, aldığı 1100 manat pulu geri qaytarsın. O da kart məlumatlarını bildirmişdir. Həmin şəxs təkrarən əlaqə saxlayıb kartının bitmə tarixi və gizli şifrəni də istədikdə şübhələnmiş və həmin məlumatları verməmişdir. Dostu Elşənin mobil telefonuna zəng edib maraqlandıqda ona özünü Elşən adı ilə təqdim etmiş şəxsin başqa şəxs olması və olan hadisələr barədə dostu Elşənin heç bir məlumatının olmaması məlum olmuşdur. Aldadıldığını başa düşüb 09 mart 2023-cü il tarixdə saat 10 radələrində DİN-in 102 Xidmətinə zəng vurub məlumat vermiş, eləcə də Xətai RPİ-nin 35-ci PB-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs ilə barışmadığnı və ona qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 01 mart 2023-cü il tarixdə saat 22:00 radələrində yaşadığı evdə olarkən ***-***-**-** nömrəsindən «Whatsapp» proqramı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəsinə mesaj gəlmişdir. Həmin vaxt ***-***-**-** nömrəsinin profil fotosunda dostu Qabilin fotosu olmuşdur. Mesaj yazan şəxs də özünü Qabil adı ilə təqdim etdiyindən ona mesaj yazanın həqiqətən də dostu Qabil olmasını fikirləşmişdir. Ona mesaj yazıb özünü Qabil kimi təqdim edən şəxs təcili pul lazım olduğunu bildirib ondan göndərdiyi 4169 7385 9263 8849 saylı bank kartının hesabına 1200 manat pul göndərməsini xahiş etmişdir. Qabillə münasibəti yaxşı olduğundan istədiyi məbləğdə pulu göndərə biləcəyini demiş və saat 22:19-da "xxxx"ın istifadəsində olan mobil telefondakı tətbiqi ilə öz kartının hesabından 4169 7385 9263 8849 saylı bank kartına 1200 manat pul göndərmişdir. Növbəti gün, yəni 02 mart 2023-cü il tarixdə saat 06:20-də həmin şəxs ona yenə mesaj yazıb əlavə olaraq 700 manat pul istəmişdir. O, həmin məbləği göndərməzdən öncə dostu Qabilin onda olan mobil telefon nömrəsinə zəng etmiş və həmin vaxt ona məlum olmuşdur ki, Qabil ona bank kartı göndərib pul istəməmiş, bunu edən başqa şəxsdir. Aldadıldığını başa düşüb ***- ***-**-** nömrəsinə zəng etsə də həmin şəxs telefon zənglərinə cavab verməmişdir. Aldadıldığını başa düşüb 02 mart 2023-cü il tarixdə saat 10 radələrində DİN-in 102 Xidmətinə zəng vurub məlumat vermiş, eləcə də ərizə ilə Nərimanov RPİ-nin 17-ci PŞ-nə müraciət etmişdir. Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs ilə barışmadığnı və ona qarşı şikayətçi olduğunu bildirmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, o, 2018-ci ildən etibarən Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-də həkim stomatoloq vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs1 2020-ci ildən tanıyır, onunla qohumluğu olmamış, aralarında ədavət və ziddiyyət olmamışdır. Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir əlaqə və münasibəti olmamışdır. 2021-ci ilin noyabr ayının sonlarında istirahət etmək üçün 10 gün müddətinə Ukrayna Respublikasının Kiyev şəhərinə getmişdir. 10 gün Kiyev şəhərində qaldıqdan sonra 2021-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhərinə qayıtmışdır. Ukrayna Respublikasına gedərkən digər dost-tanışları ilə yanaşı «McDonalds» restoranlar şəbəkəsinin Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 830-cu məhəllədə yerləşən filialında mühafizə xidmətinin rəisi vəzifəsində işləyən dostu Zərərçəkmiş şəxs1 da bu barədə məlumat vermişdir. Lakin Ukraynadan qayıtdıqdan sonra işləri çox olduğundan vaxt tapıb Bakıya qayıtması barədə Eminə məlumat verə bilməmişdir. 16 dekabr 2021-ci il tarixdə saat 19 radələrində dostu Eminlə görüşüb hal-əhval tutmaq və şam yeməyi yemək üçün «McDonalds» restoranlar şəbəkəsinin Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 830-cu məhəllədə yerləşən filialına getmişdir. Restorana daxil olduqdan bir neçə dəqiqə sonra dostu Emin təəccüblü vəziyyətdə ona yaxınlaşıb haləhval tutaraq Ukraynadan nə vaxt qayıtdığını soruşmuşdur. O, təxminən bir həftə əvvəl Ukraynadan Bakıya qayıtdığını və bütün bu müddət ərzində Bakı şəhərində olduğunu bildirmişdir. Bunu eşidən dostu Emin həmin gün günorta saatlarında işdə olan zaman özünü onun adından təqdim edən şəxsin X5 nömrəsindən “WhatsApp” proqramı vasitəsilə mesaj yazaraq borc qismində 540 (beş yüz qırx) manat pul xahiş edib bu məqsədlə "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş 4169 7385 7292 4045 nömrəli “BirKart Umico” bank kartının fotoşəklini göndərdiyini və həmin şəxsə inanaraq həmin şəxsin o, olduğunu hesab edib qeyd olunan bank kartına 540 (beş yüz qırx) manat pul köçürdüyünü bildirmişdir. Emin həmçinin həmin şəxslə “WhatsApp” yazışmalarını ona göstərmişdir. O, narahat olaraq dostu Eminə Təqsirləndirilən şəxs tanımadığını və belə bir şəxslə heç bir əlaqə və münasibətinin olmadığını bildirib həmin şəxsin onu aldatdığını demişdir. Elə həmin gün gecə saat 23 radələrində Emin hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar ləğv olunmuş, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (cild 1, i.v. 1-2); hadisə yerinə baxış keçirilməsi haqqında 20 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 7 ünvanında yerləşən “Bazarstore” mağazasına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 8-9); “MilliÖn” ödəniş portalından əldə olunmuş xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, həmin tarixdə saat 12:41-də 200 manat və 13:08-də 200 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs məxsus karta köçürülmüşdür (cild 1, i.v. 10-11); "xxxx" ASC-yə məxsus “BirBank” mobil tətbiqindən əldə olunmuş xx.xx.2021-ci il tarixli çıxarışlardan görünür ki, həmin tarixdə saat 12:30-da 140 manat məbləğində pul vəsaiti 416973******4045 nömrəli karta köçürülmüşdür (cild 1, i.v. 12); +1(769) ***-**** saylı mobil nömrədən “Whatsapp” tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrəyə daxil olmuş mesajların fotoşəkillərindən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən ümumilikdə 540 manat məbləğində pul vəsaiti 4169 7385 7292 4045 saylı bank kartına köçürülmüşdür (cild 1, i.v. 25-33); cinayət işinin icraata qəbul edilməsi haqqında 07 iyun 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi icraata qəbul edilmişdir (cild 1, i.v. 41); zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 47-48); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində cərimə cəzası tətbiq edilmiş, xx.xx.2018ci ildə cəriməni tam ödəmişdir; Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 2500 manat məbləğində cərimə cəzası tətbiq edilmiş, xx.xx.2018-ci ildə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasə ilə əvəz edilmiş, xx.xx.2019cu ildə cəzanı çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır (cild 1, i.v. 82-83); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 116-117); 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Firudin Həsənov istintaq orqanından gizləndiyindən iş üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. axtarışda olan şəxsin tutulması haqqında 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:30 radələrində tutularaq Nərimanov RPİ-nin İş-nə gətirilmişdir (cild 1, i.v. 131); maddi ziyanın ödənilməsinə dair 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qaynanası X8 tərəfindən Zərərçəkmiş şəxs1 verilməsi üçün 540 manat məbləğində pul vəsaiti istintaq orqanına təhvil verilmişdir və bununlada cinayət işi üzrə Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan tam olaraq ödənilmişdir (cild 1, 153, 155); materialın cinayət işinə birləşdirilməsi haqqında 14 mart 2023-cü il tarixli qərardan görünür ki, X6 müraciəti əsasında toplanmış HK-1/263 nömrəli material icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir (cild 1, 158-159); kartdan karta köçürmə barədə xx.xx.2023-cü il tarixli çıxarışlardan görünür ki, həmin tarixdə saat 15:26-da 450 manat, 17:04-də 350 manat və 17:52-də 200 manat məbləğində pul vəsaiti 416973******0880 nömrəli karta köçürülmüşdür (cild 1, i.v. 167-169); zərərçəkmiş şəxs qismində tanınma haqqında 14 mart 2023-cü il tarixli qərardan görünür ki, X11 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 182-183); maddi ziyanın ödənilməsinə dair 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qaynanası X8 tərəfindən zərərçəkmiş şəxs X9 verilməsi üçün 1000 manat məbləğində pul vəsaiti istintaq orqanına təhvil verilmişdir və bununlada cinayət işi üzrə Ə.Məmmədova dəymiş maddi ziyan tam olaraq ödənilmişdir (cild 1, 195-196); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 15 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir (cild 1, i.v. 198-199); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 15 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 1, i.v. 202- 204); təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir (cild 1, i.v. 220-222); qətimkan tədbirinin seçilməsi haqqında 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 223-225); materialın cinayət işinə birləşdirilməsi haqqında 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 müraciəti əsasında toplanmış HK-1/263 nömrəli material icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir (cild 1, 229-231); "xxxx" MMC tərəfindən verilmiş ödəniş qəbzlərindən görünür ki, +994 55 460 50 04 saylı mobil nömrəyə məxsus “m10” hesabına xx.xx.2023-cü il tarixdə 1100 manat və xx.xx.2023-cü il tarixdə 540 manat məbləğində pul vəsaiti köçürülmüşdür (cild 1, i.v. 239a); hadisə yerinə baxış keçirilməsi haqqında 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində Xırdalan dairəsi istiqamətində yolun sağ tərəfində inşa edilmiş iki mərtəbəli tikilidə yerləşən “Spar” marketə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 240-242); zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 4-5); materialın cinayət işinə birləşdirilməsi haqqında 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış HK-1/263 nömrəli material icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir (cild 2, 28-30); "xxxx" ASC-yə məxsus “BirBank” mobil tətbiqindən əldə olunmuş xx.xx.2023-cü il tarixli çıxarışlardan görünür ki, həmin tarixdə saat 00:23-də 500 manat və saat 01:00-da 600 manat məbləğində pul vəsaiti 416973******8849 nömrəli karta köçürülmüşdür (cild 2, i.v. 38); “Whatsapp” tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs3 istifadəsində olan mobil nömrəyə daxil olmuş mesajların fotoşəkillərindən görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən ümumilikdə 1100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs məxsus bank kartına köçürülmüşdür (cild 2, i.v. 39-41); zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 49-50); materialın cinayət işinə birləşdirilməsi haqqında 08 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 müraciəti əsasında toplanmış HK-1/579 nömrəli material icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir (cild 2, 62-64); cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması haqqında 29 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar ləğv olunmuş və material əlavə araşdırma aparılması üçün Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (cild 2, i.v. 70-71); zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 09 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 hadisənin təfərruatlarını yerində bir daha göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, i.v. 90-92); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 94-95); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 22 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 2, i.v. 113- 116); cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi aidiyyəti üzrə Xətai RPİ-nin İŞ-nə göndərilmişdir (cild 2, i.v. 128-131); cinayət işinin icraata qəbul edilməsi haqqında 09 may 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi icraata qəbul edilmişdir (cild 2, i.v. 140-141); sənədə baxış keçirilməsi haqqında 13 may 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə "xxxx" ASC-dən alınmış və Təqsirləndirilən şəxs adına 4169 7385 7292 4045 nömrəli və 4169 7388 8871 0880 nömrəli "xxxx" ASC-yə aid bank hesablarında xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində aparılmış əməliyyatların siyahısı göstərilmiş 44 ədəd A4 formatlı kağız üzərində olan sənədlərə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs adına olan 4169 7385 7292 4045 bank hesabına xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində aparılmış əməliyyatların siyahısı cədvəl formasında və soldan sütun şəklində göstərilmişdir. Həmin 25 ədəd A4 formatlı kağız üzərində olan sənədlərə baxış keçirilən zaman bank hesabına xx.xx.2021-ci il tarixdə 200 manat, həmin tarixdə 200 manat və eyni gün 140 manat olmaqla, ümumilikdə 540 manat pulların köçürülməsi aşkar olunmuşdur. Bundan başqa ikinci 13 vərəqədə Təqsirləndirilən şəxs adına olan 4169 7388 8871 0880 bank hesabına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində aparılmış əməliyyatların siyahısı cədvəl formasında və soldan sütun şəklində göstərilmişdir. Həmin 13 ədəd A4 formatlı kağız üzərində olan sənədlərə baxış keçirilən zaman bank hesabına xx.xx.2023-cü il tarixdə 450 manat, 350 manat və 200 manat olmaqla, ümumilikdə 1000 manat pulların köçürülməsi aşkar olunmuşdur. Odur ki, iş üzrə "xxxx" ASC-dən alınmış 44 ədəd A4 formatlı kağız üzərində olan sənədlərin surəti sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, i.v. 149- 192); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X10 vardır (cild 2, i.v. 192A); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 15 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmış, "xxxx" ASC-dən alınmış 44 ədəd A4 formatlı kağız üzərində olan sənədlərin surəti maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, i.v. 193-204); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-388/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 06 mart 2024-cü il tarixli 3-16-17/40/2-1645/204 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir; Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmasını, onlara dəymiş maddi ziyanı tam olaraq ödəməsini, himayəsində azyaşlı övladının olmasını, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli və Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmləri üzrə olan məhkumluqları azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanın tam olaraq ödənilməməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 04 mart 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan "xxxx" ASC-dən alınmış 44 ədəd A4 formatlı kağız üzərində olan sənədlərin surəti iş materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunsun. İş üzrə maddi sübut kimi tanınan "xxxx" ASC-dən alınmış 44 ədəd A4 formatlı kağız üzərində olan sənədlərin surəti iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar