Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-29/2025 18.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun oğlu Xalıq Qasımlının təqaüdə çıxmasında, buna görə 12.000 manat pul vəsaitinin kompensasiya kimi alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyib hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 14 may 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 60 ünvanında yerləşən “Dəyirman” restoranında Zərərçəkmiş şəxs 5.500 (beş min beş yüz) manat, 17 may 2023-cü il tarixdə saat 16 radələrində sonuncunun istifadəsində olan mobil telefonun tətbiqi ilə onun təqdim etdiyi istintaqla müəyyən edilməyən bank hesabı kartına 500 (beş yüz) manat və 22 may 2023-cü il tarixdə saat 17 radələrində ünvan 4 ünvanında “Tovuz” kafesində 4.000 (dörd min) manat, cəmi 10.000 (on min) manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 10.000 (on min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs oğlunun əsgərlikdən təxris olunması və ona əlillik dərəcəsinin təyin edilməsi üçün ümumilikdə 10.000 (on min) manat məbləğində pulu iki dəfə olmaqla, ilk dəfə 6000 (altı min) manat, ikinci dəfə isə 4000 (dörd min) manat olmaqla almışdır. Rəsmi olaraq heç yerdə işləməsə də, əlillik dərəcəsini təyin edən qurumda tanış həkimi olmuş, lakin Turalın oğlu zabitlə dalaşdığı üçün ona əlillik dərəcəsinin təyin edilməsi mümkün olmamışdır. Turaldan aldığı pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxsla əvvəldən tanışlıqları olmamışdır. Oğlu hərbi hissədə ayağını zədələdiyindən ayağına 36 ədəd tikiş vurmuşdurlar. Hospitalda müalicə alarkən orada tanış olduğu Yasər adlı bir nəfər şəxslə əlaqə saxlamışlar, sonuncu ona belə bir adamın olduğunu və onun bu işlərlə məşğul olduğunu bildirmişdir. Bəxtiyar ondan oğlunun üçüncü qrup əlilliklə pensiyaya çıxması üçün ilk öncə 15.000 (on beş min) manat pul istəmiş, o həmin məbləğlə razılaşmadığından daha sonra Bəxtiyarla görüşərək işin həll olması üçün 12.000 (on iki min) manat verməsi barədə razılığa gəlmişlər. O Bəxtiyarla “Dəyirman” adlı restoranda görüşərək sonuncuya 5.500 (beş min beş yüz) manat vermiş və bunu mobil telefon vasitəsi ilə video görüntüyə çəkmişdir. O, həmin vaxt Bəxtiyara 6000 (altı min) manat verməli olmuş, lakin pulu çatmadığından sonradan 500 (beş yüz) manatı Bəxtiyarın verdiyi bank kartına göndərmişdir. Bir müddət sonra Bəxtiyar ona artıq işin həll olunduğunu, bu səbəbdən 4000 (dörd min) manat da verməyini, qalan məbləği verdikdən sonra pensiyanın təyin ediləcəyini bildirmişdir. Bu səbəbdən “NZS” adlanan ərazidə yerləşən kafedə işçisi Elminlə birlikdə Bəxtiyarla görüşərək sonuncuya 4000 (dörd min) manatıda vermiş, lakin daha sonra Bəxtiyar müxtəlif bəhanələr gətirərək məsələni uzatmışdır. Bundan sonra oğlu həqiqətən hərbi xidmətə yararsız olduğu üçün hərbidən təxris edilmiş, həmin vaxt Bəxtiyarın onu aldatdığını anlamışdır. Bəxtiyar pulu qaytaracağını bildirsə də, hazırki günədək heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Tural ilk dəfə Bəxtiyara pul verərkən o iştirak etməmiş, lakin ikinci dəfə “NZS” adlanan ərazidə yerləşən kafedə 4000 (dörd min) manat məbləğində pulu onun iştirakı ilə Tural tərəfindən sayılaraq Bəxtiyara verilmişdir. Tural ona pulu oğlunun işinə görə Bəxtiyara verdiyini bildirmişdir. Söhbət zamanı Tural daha əvvəl 6000 (altı min) manatı Bəxtiyara verdiyini demiş, sonuncu bunu təsdiqləmiş və oğlunun pensiya məsələsini həll edəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 06 mart 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 73-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 67.1, 178.2.1, 2.2, 320.2, 66.2, 68.1.1-1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzası 06 (altı) ay azaldılaraq 02 (iki) il 03 (üç) ay müddətində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə dövlət nəfinə 25 faiz ödəniş etdiyindən və barışıq əldə edildiyindən məsuliyyətdən azad edilmişdir ( i.v. 87-89); axtarışda olan şəxsin yaxalanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00-da tutulmuşdur ( i.v. 93); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir ( i.v. 140-142); CD Məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X1 Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd “CD-R” formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı “VİD-20230514-W A0008” adlı video fayl açıldıqda Təqsirləndirilən şəxs qarşısında pul əskinasları olduğu və məsələdən kənar danışıqları etməsi görünür. “VİD-2024126- W A0003” adlı video fayl açıldıqda isə Təqsirləndirilən şəxs özünü təqdim edərək Zərərçəkmiş şəxs, sonuncunun oğlunun işini düzəltməsi üçün 10.000 (on min) manat pul aldığını və müəyyən səbəblərə görə həmin pulu öz şəxsi ehtiyaclarına xərclədiyini etiraf etməklə bir həftəyə məbləğin 2.000 (iki min) manatı qaytaracağına vəd verməsinə dair video görüntü aşkar edilmişdir. Həmçinin baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntülərdə olan şəxsin özünün olmasını, Zərərçəkmiş şəxs oğlu Xaliq Qasımlını 3-cü qrup əlil kimi təqaüdə çıxaracağını və əlavə olaraq konpensasiya verəcəyinə dair vəd verərək xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 60 ünvanında yerləşən “Dəyirman” adlı restoranda 5.500 (beş min beş yüz) manat, xx.xx.2023-cü il tarixdə bank kartı vasitəsilə 500 (beş yüz) manat və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, R.Bağırov küçəsində kafedə 4.000 (dörd min) manat olmaqla ümumilikdə 10.000 (on min) manat pul aldığını lakin həmin pulu öz şəxsi ehtiyaclarına xərclədiyi üçün sonuncuya qaytara bilmədiyini bildirmişdir ( i.v. 152); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntülərdə hadisənin Məlumatlarına baxış keçirilməsi haqqında protokolda göstərildiyi şəkildə davam etdiyi müəyyən edilmişdir. cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 19 ityun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işində olan 01 ədəd CD-R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir ( i.v. 156- 161); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-392/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, həmçinin dərhal tutularaq həbs edilməsi qərara alınmışdır ( i.v. 207-208); Məhkəmənin qərarı əsasında saxlanılan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:50 radələrində Xətai rayonu ərazisində saxlanılaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmilşdir ( i.v. 221); Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühim əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM- 59.2-ci maddə) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri habelə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməməsi nəzərə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə üzrə məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 23 aprel 2024-cü il tarixdən 25 aprel 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-nin 69.3), cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdən 25 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət, 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etməyə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 27 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 35 (otuz beş) saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev
Məhkəmə qərarları › İş №1(011)-29/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-29/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver