Məhkəmə qərarları › İş №1(011)-290/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-290/2020

17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-290/2020 17.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə xalası oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib “İnstaqram” sosial şəbəkə vasitəsi ilə Zərərçəkmiş şəxs2 ilə tanış olaraq, xx xxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində sonuncuya məxsus 01 ədəd 650 manat qiymətində «Sony playstation - 4 pro» markalı oyun aparatını, 01 ədəd 750 manat qiymətində 108 sm diaqonallı «LG» markalı televizoru və 04 ədəd hər biri 100 manat olmaqla, cəmi 400 manat qiymətində «Sony playstation - 4 pro» markalı oyun aparatının pultlarını üç günlük müddətə 80 manat ödəmək şərti ilə icarəyə götürmək adı ilə kirayəyə yaşadığı ünvan 3 ünvanında ələ keçirərək, həmin əşyaları xx xxxxx 2020-ci il tarixdə internet vasitəsi ilə başqa şəxslərə satmaqla, zərərçəkimş şəxsə cəmi 1800 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə, xx xxx 2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Suraxanı rayonu “V” yaşayış massivində yerləşən 16 saylı binanın qarşısında “Tap.Az” internet sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs3 01 ədəd 700 manat qiymətində «Sony Playstation - 3» markalı oyun aparatını və 02 ədəd hər biri 65 manat qiymətində həmin oyun aparatının pultlarını bir günlük müddətə 20 manat ödəyərək icarəyə götürmək şərti ilə ələ keçirib, sonradan həmin əşyaları sataraq zərərçəkmiş şəxsə cəmi 830 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə, xalası oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, tanışı Zərərçəkmiş şəxs1 Müşviq oğlundan xx xxx 2020-ci il tarixdə saat 14:30-da 01 ədəd 950 manat qiymətində «Sony playstation - 4» markalı oyun aparatını, 01 ədəd 109 sm diaqonallı 650 manat qiymətində “Şivaki” markalı televizoru və 03 ədəd hər biri 110 manat olmaqla, cəmi 330 manat qiymətində «Sony playstation - 4 » markalı oyun aparatının pultlarını bir günlük müddətə 35 manat ödəmək şərti ilə icarəyə götürmək adı ilə kirayəyə yaşadığı Bakı şəhəri Xətai rayonu Aşıq Qurban küçəsi ev 25-də ələ keçirib, həmin əşyaları xx xxx 2020-ci il tarixdə internet vasitəsi ilə başqa şəxslərə sataraq, zərərçəkmiş şəxsə 1930 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə xalası oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, “İnstaqram” sosial şəbəkə vasitəsi ilə Zərərçəkmiş şəxs4 ilə tanış olaraq, xx xxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində sonuncuya məxsus 01 ədəd 500 manat qiymətində «Sony playstation - 3» markalı oyun aparatını və 02 ədəd hər biri 50 manat olmaqla, cəmi 100 manat qiymətində «Sony playstation - 3» markalı oyun aparatının pultlarını bir günlük müddətə 14 manat ödəmək şərti ilə icarəyə götürmək adı ilə ünvan 4 saylı ünvanda yerləşən “Həzi Aslanov” metrostansiyasının qarşısında ələ keçirərək, həmin əşyaları xx xxx 2020-ci il tarixdə saat 23 radələrində internet vasitəsi ilə başqa şəxsə ünvan 5 saylı ünvanın qarşısında satmaq isətəyərkən yaxalanaraq Xətai RPİ-nin 36-cı polis bölməsinə təhfil verilmiş, nəticədə zərərçəkimş şəxs Zərərçəkmiş şəxs4 cəmi 600 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin eyni tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət təqibinə xitam verilmiş və Təqsirləndirilən şəxs2 həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 2020-ci ilin mart ayını əvvəlindən xalası oğlu Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı Xətai rayonu X.Məmmədov küçəsi ev 25 mənzil 90 saylı ünvanda Samirlə birlikdə kirayə yaşamağa başlamış, Samirlə kirayədə yaşadığı müddət ərzində kirayə haqqına və yemək xərclərinə köməklik etmişdir. Kirayədə olduğu müddətdə xalası oğlu Samirlə birlikdə, pandemiya il bağlı evdə qaldıqları üçün “Playstation” sifariş edib evdə oynadıqdan sonra həmin oyun aparatlarını satıb pul əldə etmək qərarına gəlmiş, bu fikirlə də “İnstaqram” sosial şəbəkəsinin elanlar saytında Orxan adlı şəxsdən televizorla birlikdə “Playstation” oyun dəsti sifariş etmişdir. Orxan icarəyə verdiyi 01 ədəd “Playstation - 4 pro” oyun aparatını, 04 ədəd “Playstation” pultlarını və 01 ədəd “LG” markalı 108 ekranlı televizoru üç günlük 80 manat müqabilində onunla razılaşmışdır. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs2 bir nəfər şəxslə oyun dəstini və televizoru xalası oğlu Samirin kirayədə yaşadığı mənzilə quraşdırmış, o, Orxana 80 manat pulu verdikdən sonra aralarında müqavilə bağlanmışdır. Orxan həmin şəxslə kirayadə yaşadığı mənzildən getdikdən sonra, o və xalası oğlu Samir Orxanın gətirdiyi oyun qurğularını və televizoru bir yerə satmaq üçün yığmış, razılaşmalarına əsasən Zərərçəkmiş şəxs2 məxsus “LG” markalı televizoru o, Samir isə Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Playstation - 4 pro” oyun aparatını, 04 ədəd “Playstation” pultlarını satmalı olmuşdur. Həmin günü saat 19 radələrində Samirlə birlikdə Zərərçəkmiş şəxs2 məxsus əşyaları satmaq üçün götürüb kirayədə yaşadığı mənzildən çıxmış və Bakı şəhər Xətai rayonunun Əhmədli metrostansiyasının qarşında ayrılmışlar. Sonra isə sosial şəbəkədən tapdığı adını bilmədiyi bir nəfər cavan oğlanla razılaşmaya gələrək, həmin “LG” markalı televizoru ona Bakı şəhər Xətai rayon Əhmədli metro stansiyasının qarşında 200 manata satmış, xalası oğlu Samir isə Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Sony Playstation - 4 pro” oyun aparatını, 04 ədəd “Sony Playstation - 4 Pro” pultlarını Bakı şəhərinin Nərimanov rayonu ərazisində tanımadığı şəxsə 550 manata satmışdır. Ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus əşyaları 750 manata xalası oğlu Samirlə birlikdə sataraq, həmin pulları Samirlə birlikdə xərcləmişlər. Zərərçəkmiş şəxs2 məxsus televizoru internet vasitəsi ilə satmış və həmin şəxsin nömrəsi yadında qalmamış, Samir isə Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Sony Playstation - 4 pro” oyun aparatını, 4 ədəd “Playstation” pultlarını kimə satmasını bilməmişdir. Bundan başqa, “TAP.AZ” internet saytında Naib adlı şəxsin “Playstation” oyun aparatını və oyun pultlarını kirayə verdiyini görmüş, gəlir əldə etmək fikri ilə Naibin telefonuna zəng etmış və ondan icarəyə bir günlük “Playstation 4” markalı oyun aparatını və 02 ədəd oyun pultlarını sifariş etmiş, Naib ona həmin oyun ləvazimatlarını 20 manata icarəyə verdiyini demiş və özü əlil olduğu üçün həmin əşyaları gəlib Yeni Günəşli qəsəbəsindən götürməsini bildirmişdir. Naiblə razılaşmış və həmin günü, yəni xx xxx 2020-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri Suraxanı rayonu “V” yaşayış massivində yerləşən 16 saylı binanın qarşısına gələrək Naiblə görüşüb ona 20 manat icarə haqqı verib, ondan 01 ədəd “Playstation 4 markalı” oyun aparatını və 02 ədəd oyun aparatının pultlarını bir günlük müddətə 20 manata icarəyə götürmüşdür. Bundan sonra taksi ilə evə gələrək, Naibdən icarəyə götürdüyü 01 ədəd “Playstation 3” markalı oyun aparatını və 02 ədəd oyun aparatının pultlarını satmaq üçün “TAP.AZ” internet saytına yerləşdirmiş, həmin günü saat 18 radələrində mobil nömrəsi yadında qalmayan bir nəfər şəxs zəng edərək, həmin oyun əşyalarını almasını ona bildirmiş, həmin şəxslə razılaşıb Xətai rayonu “Həzi Aslanov” metrostansiyasının yanında olan “Kapital Bankın” qarşısında, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Playstation 3” markalı oyun aparatını və 02 ədəd oyun aparatının pultlarını 420 manata özünə məxsus olduğunu bildirərək satmışdır. Həmin 420 manat pulu özü tək olaraq xərcləmiş, Samirin onun Naibdən oyun aparatını və oyun pultlarını icarəyə alıb, sonradan satmasından məlumatı olmamışdır. Bundan başqa, Samirlə birlikdə gəlir əldə etmək qərarına gələrək, xx xxx 2020-ci il tarixdə tanışları olan Lətif adlı şəxsdən 01 ədəd “Sony playstation - 4” markalı oyun aparatının, 03 ədəd “Sony playstation - 4” markalı oyun aparatının pultlarını və televizoru bir günlük müddətə icarəyə istəmiş, Lətif ona, qeyd olunan əşyaları 1 gününü 35 manata icarəyə verdiyini bildirmiş və o, Lətiflə razılaşmışdır. xx xxx 2020-ci il tarixdə tanıdığı Lətif və Rəşad adlı şəxs Samirlə birlikdə kirayəyə yaşadığı Bakı şəhəri Xətai rayonu Aşıq Qurban küçəsində olan mənzilinə gələrək, orada televizoru və oyun ləvazimatlarını Samirin yanında quraşdırıb icarə haqqı qismində 35 manat pul ondan alıb getmişlər. Bundan sonra o və Samir əşyaları satmaq üçün “İnstaqram” sosial şəbəkəsinə yerləşdirmiş, sonra onlara çoxlu sayda zənglər gəlmiş və həmin əşyalardan, yəni 01 ədəd “Sony playstation - 4” markalı oyun aparatını və həmin oyun aparatına məxsus 03 ədəd pultlarını özü 420 manata “Əhmədli” metrostansiyasının yanında internet vasitəsi ilə tapdığı şəxsə satmış, diğər əşyanı isə, yəni 01 ədəd 109 sm diaqonallı “Şivaki” markalı televizoru Samir özü 200 manata satmış və əldə etdikləri 620 manat pulu xalası oğu Samirlə birlikdə xərcləmişlər. Samirin Zərərçəkmiş şəxs1 Müşviq oğluna məxsus “Şivaki” markalı televizoru kimə satmasını bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 ilə birlikdə təkrar internet saytında tanımadığı şəxsdən 01 ədəd “Playstation 3” markalı oyun aparatını və 02 ədəd oyun pultlarını icarəyə götürüb eyni üsulla satmaq üçün internet saytında elan yerləşdirmişdir. xx xxx 2020-ci il tarixdə Namaz adlı şəxslə “Sonu Playstation-3” markalı oyun aparatını və həmin oyun aparatının 02 ədəd pultlarını 14 manata bir günlük icarayə almağa razılaşmış və xalası oğlu Samirə həmin ləvazimatları Namaz adlı şəxsdən xx xxx 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Xətai rayonu “Həzi Aslanov” metrostansiyasının qarşısından götürməyi demiş, Samir qeyd olunan vaxtda və yerdən internet vasitəsi ilə tanıdığı Namaz adlı şəxsdən bir günlük icarə adı ilə 14 manat pul ödəyib həmin əşyaları götürüb evə gətirmişdir. Namazdan əldə etdikləri 01 ədəd “Playstation 3” markalı oyun aparatını və 02 ədəd oyun pultlarını satmaq üçün internet sosial şəbəkədə elan yerləşdirmiş və oradan həmin əşyaları 170 manata alan alıcı tapmışlar. Bundan sonra Samirlə birlikdə Namaz adlı şəxdən icarə adı ilə əldə etdikləri 01 ədəd “Playstation 3” markalı oyun aparatını və 02 ədəd oyun pultlarını 170 manata satmaq üçün xx.xx.2020-ci il tarixdə saat 23 radələrində taksi ilə Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsi Xan bağı restoranın qarşısına gəlmişlər. Həmin zaman xalası oğlu Samir avtomobildən düşərək səkidə alıcını gözləmiş, o isə avtomobildə əyləşmişdir. Bu zaman orada Samiri müllki geyimdə olan şəxslər yaxalamış və Samir ona “qaç uzaqlaş burdan” deyərək qışqırmşdır. Ələ düşməməkdən ötrü taksi sürücüsünə, “tez sür gedək burdan” demiş və oradan uzaqlaşmışdır. Həmin şəxslər Samiri 36-cı polis bölməsinə aparıb təhvil vermişlər. Əməlindən səmimi peşman olduğunu, habelə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 vurulmuş ziyanın tam ödənilməsini, onların ondan şikayət və tələbinin olmamasını, Zərərçəkmiş şəxs3 vurulmuş ziyanı ödəyəcəyini bildirib barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən iki ildir «Laliqa Playstation» oyun zalı işlədir. Respublika ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar oyun zalı bağladığına görə, oyun aparatlarını «İnstagram» sosial şəbəkəsində icarəyə vermək üçün elanlar və telefon nömrəsini yerləşdirmişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 onunla ***-***-**-** nömrəsi ilə əlaqə saxlayıb «Playstation - 4 pro» marklalı oyun aparatını, 04 ədəd oyun aparatının pultlarını və televizoru üç günlük icarəyə istəmiş, Elvinlə üç gün icarə müqabilində 80 manata razılaşıb həmin oyun aparatını, 04 ədəd pultu və «LG» markalı televizoru tanışı Pərvizlə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 25 saylı evin 90 nömrəli mənzilinə quraşdırmışdır. Bu zaman sonradan adını bildiyi Samir də onların yanına gəlmiş, Samir və Elvin onlarla danışaraq həmin oyun aparatı ilə necə oynamağı soruşmuş, Samirə oynama qaydasını izah etsə də, Samir heç nə başa düşməmiş və ona narahat olmamasını, özü öyrənəcəyini demişdir. Elvinlə aralarında icarə müqaviləsi bağlamış və əlavə olaraq Samirin də mobil nömrəsini götürmüşdür. Üç gün icarə müddəti bitdikdən sonra, istifadə etdiyi ***-***-**-** nömrəli mobil nömrədən Elvinin ***-***-**-** mobil nömrəsinə zəng edib əlaqə saxladıqda, Elvin icarənin müddətini daha bir gün artırmaq istədiyini və əlavə 25 manat verəcəyini bildirmiş, o, Elvinlə razılaşmış və bir gündən sonra oyun aparatını və televizoru götürmək üçün getdikdə həmin ünvanda heç kimin yaşamadığını öyrənmişdir. Dərhal Elvinin ***-***-**-** və Samirin ***-***-**-** mobil nömrələrinə zəng etsə də, nömrələ zəng çatmamışdır. Sonradan məlum olmuşdur ki, Elvin və Samir həmin mənzildə kirayədə qalmışlar. Elvin və Samirin yerini müəyyənləşdirməkdən ötrü inernet sosial şəbəkəsi vasitəsi ilə araşdırmalar aparmış və Samir adlı şəxsin «Playstation 3» markalı oyun aparatını satmaq üçün sosial şəbəkədə elan yerləşdirdiyi məlum olmuşdur. Başqa adla Samirlə əlaqə saxlamış və ona «Xan bağı» restoranın qarşısında görüşüb Samiri tutmuşdur. Elvin isə uzaqdan onları müşahidə etdiyi üçün qaçıb getmişdir. Polis bölməsində məlum olmuşdur ki, Samirin satmaq istədiyi «Playstation - 3 pro» markalı oyun aparatı ona məxsus deyil, həmin aparatı o, icarə adı ilə bir günü 20 manata götürmüş, sonra isə həmin oyun aparatını Elvinlə birlikdə satmağı qərara almışlar. Hazırda Təqsirləndirilən şəxs2 qohumları tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən bir ildən artıq müddətdir ki, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 40 saylı binanın yanında yerləşən «Playstation» oyun zalını icarəyə götürüb işlədir. Respublika ərazisində tətbiq edilən xüsusi karantin rejimindən əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun işlədiyi oyun zalına gələrək oyun oynamış və Elvin və Samirin onunla bir müştəri kimi münasibətləri yaranmışdır. Sonra Elvin və Samir dəfələrlə şəxsiyyət vəsiqələrini təqdim edərək oyun zalından müxtəlif vaxtlarda oyun aparatlarını icarəyə götürüb icarə haqqını vaxtında ödəmişlər. xx xxx 2020ci il tarixdə saat 12:00-da yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs2 hazırda xatırlamadığı mobil nömrədən onun istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng edərək, 01 ədəd «Playstation 4» oyun aparatını, 01 ədəd “Şivaki” markalı televizoru və 03 ədəd oyun pultlarını bir günlük icarəyə istəmiş, Samirlə razılaşmış və təxminən saat 14:30-da icarəyə götürüb işlətdiyi oyun zalının qarşısında Təqsirləndirilən şəxs2 ilə görüşmüş, bundan sonra birlikdə işləyən Rəşadla və Samirin özü ilə oyun zalından özünə məxsus 01 ədəd «Playstation 4» oyun aparatını, 01 ədəd «Şivaki» markalı televizoru və 03 ədəd oyun pultlarını götürüb onların yaşadığı evə aparmışdır. Həmin vaxt Elvin evdə olmuş, Rəşadla birlikdə oyun aparatlarını mənzildə quraşdırmış, müqaviləni Elvinlə bağlamış və Elvin bir günlük icarə haqqını 35 manatı ona verdikdən sonra, onlar həmin ünvanı tərk etmişlər. Səhəri gün icarə müddəti başa çatdığından Samirə zəng etmiş, lakin Samir zənglərə cavab vermədiyi üçün Elvinin ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə zəng etmiş, Elvin də zənglərə cavab vermədiyindən Rəşadla birlikdə onların yaşadığı mənzilə getmiş, lakin mənzilin qapısı bağlı olmuş və qapını açan olmamışdır. Orada yaşayan tanımadığı şəxslərdən biri onlara Elvin və Samirin dünən axşam əşyalarını yığıb çıxıb getdiklərini demişdir. Elvin və Samir onun 01 ədəd 950 manat qiymətində «Sony playstation-4 » markalı oyun aparatını, 01 ədəd «Şivaki» markalı 109 sm diaqonallı 650 manat qiymətində televizoru və 03 ədəd hər biri 110 manat olmaqla, cəmi 330 manat qiymətində «Sony playstation-4» markalı oyun aparatının pultlarını mənimsəyərək, cəmi 1930 manat ziyan vurmaqla dələduzluq etmişlər. Bir neçə gün keçdikdən sonra “TAP.AZ” internet saytında Samirin mobil nömrəsi ilə «Playstation» oyun aparatını satdığını görüb, onunla başqa adla müştəri kimi əlaqə saxlamış, təyin etdikləri görüş yerinə Samir və Elvin gəlmiş, Samir avtomobildən düşüb səkidə dayanmış, Elvin isə avtomobildə əyləşmişdir. Samirə yaxınlaşdıqda Elvin bunu görüb sürücüdən avtomobili idarə etməsini tələb etmişdir. Samiri əlində olan əşyalarla birlikdə saxlayıb Xətai RPİ-nin 36-cı polis bölməsinə təhvil vermişlər. Polis bölməsində məlum olmuş ki, Samir satdığı oyun aparatı başqa şəxsə məxsusdur və həmin oyun aparatını icarə adı ilə götürmüşdür. Polis əməkdaşları Samirin əlində olan oyun aparatının sahibinə zəng etmiş, bir qədər keçdikdən sonra Samir satdığı oyun aparatının sahibi polis bölməsinə gələrək oyun aparatını təhvil alıb bildirmişdir ki, həmin oyun aparatını icarəyə vermişdir. Təqsirləndirilən şəxs1 icarəyə verdiyi əşyalar ona məxsus olmuş və sonuncu tərəfindən ona cəmi 1930 manat maddi ziyan vurulmuşdur. Hazırda Təqsirləndirilən şəxs2 qohumları tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 oğlu ifadəsində göstərmişdir ki, maddi vəziyyəti çətin olduğundan özünə məxsus «Playstation 3» markalı oyun aparatını və həmin oyun aparatının 02 ədəd pultlarını icarəyə vermək qərarına gəlmiş və bu barədə təxminən xx xxx 2020-ci il tarixdə «İnstaqram» sosial şəbəkəsində mobil telefonunu qeyd edərək elan yerləşdirmişdir. xx xxx 2020-ci il tarixdə saat 20 radələrində istifadə etdiyi ***-***-**-** mobil nömrəyə ***-***-**-** mobil nömrəsindən zəng gəlmiş, özünü Elvin kimi təqdim etmiş şəxs, elanla bağlı ona məxsus «Playstation 3» markalı oyun aparatını və həmin oyun aparatının 02 ədəd pultlarını bir günü 14 manat olmaqla icarəyə götürmək istədiyini bildirmiş, o, Elvinlə razılaşmış və həmin gün görüş yerini ünvan 4 saylı ünvanda «Həzi Aslanov» metrostansiyasının qarşısında saat 20:00 radələrində təyin etmişlər. Qeyd olunan ünvanda Elvinlə görüşmüş və Elvin ona şəxsiyyət vəsiqəsini təqdim etmiş, bundan sonra o, 01 ədəd «Playstation 3» markalı oyun aparatını və həmin oyun aparatının 02 ədəd pultlarını bir günü 14 manat olmaqla Elvinə icarəyə vermiş, Elvin də ona 14 manat pul vermiş və həmin pulu götürüb Elvinlə sağollaşıb kirayədə yaşadığı evə gəlmişdir. Həmin günü təxminən saat 23:30 radələrində Xətai RPİ-nin 36-cı PB-nə dəvət olunmuş, Xətai RPİ-nin 36 PB-nə gəldikdə məlum olmuş ki, Elvin ondan icarəyə götürdüyü 01 ədəd «Playstation 3» markalı oyun aparatını və həmin oyun aparatının 02 ədəd pultlarını xalası oğlu Samirlə birlikdə 170 manata satarkən, Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsi «Xan-Bağı» restoranın qarşısında yaxalanmışlar. 01 ədəd «Playstation 3» markalı oyun aparatı və həmin oyun aparatının 02 ədəd pultları ona təqdim olunmuş, həmin əşyaları tanımış, ona məxsus olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşlarının təqdim etdikləri protokol əsasında həmin əşyalar ona qaytarılmışdır. Sonradan ehtiyacı olduğu üçün həmin əşyaları internet vasitəsi ilə tanımadığı və telefon nömrəsini xatırlamadığı şəxsə 300 manata satmışdır. Hazırda Təqsirləndirilən şəxs2 qohumları tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən beş aydır ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli “V” yaşayış massivi 15 saylı binanın yanında yerləşən «Playstation» oyun zalını icarəyə götürüb işlətmişdir. Respublika ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar oyun zalı bağladığına görə oyun aparatlarını «Tap.Az» sosial şəbəkəsində icarəyə vermək üçün elanlar və telefon nömrəsini yerləşdirmişdir. xx xxx 2020 ci il tarixdə Təqsirləndirilən şəxs1 onunla telefon vasitəsi ilə əlaqə yaradıb «Playstation» markalı oyun aparatını və 02 ədəd oyun aparatının pultlarını ondan icarəyə bir günlük istəmiş, onunla bir gün icarə müqabilində 20 manata razılaşmış və Elvinə əşyaları Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli “V” yaşayış massivi 15 saylı binanın yanında olan «Playstation» oyun zalına gəlib götürməsini bildirmişdir. Təxminən 30 dəqiqə keçdikdən sonra Elvin həmin ünvana tək gəlmiş, Elvinə oyun zalından 01 ədəd 700 manat qiymətində «Playstation» markalı oyun aparatını və 02 ədəd hər biri 65 manat qiymətində həmin oyun aparatının pultlarını vermişdir. Elvinin şəxsiyyət vəsiqəsinin şəklini çəkib ondan icarə haqqı olan 20 manatı almış və Elvin əşyaları götürüb çıxıb getmişdir. Səhəri gün saat 16 radələrində Elvinin istifadə etdiyi ***-***-**-** mobil nömrəyə istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən zəng etmiş və Elvin ona əşyaları səhəri gün gətirib qaytaracağını, əlavə olaraq 20 manat da icarə haqqı ödəyəcəyini vəd etmiş, o, Elvinlə razılaşmış, lakin xx xxx 2020-ci il tarixdə Elvinə zəng etsə də, telefonu sönülü olduğundan onunla əlaqə saxlaya bilməmişdir. Başa düşmüş ki, Elvin onun əmlakını ələ keçirib ona qarşı dələduzluq etmişdir. Sonradan eşidib bilmiş ki, Elvin Xətai RPİ-də dələduzlq cinayəti törətdiyinə görə həbs olunmuşdur. Baş vermiş hadisə nəticəsində ona cəmi 830 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş ziyan ödənilməsə də, onunla barışmış və ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, dostu Lətif təxminən bir ildən artıqdır ki, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 40 saylı binanın yanında olan «Playstation» oyun zalını icarəyə götürüb işlətmiş və o da həmin işdə Lətifə köməklik etmişdir. Respublika ərazisində tətbiq edilən xüsusi karantin rejimindən əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun işlətdiyi oyun zalına gələrək oyun oynamış, bu minvalla da Elvinin və Samirin onunla, həmçinin Lətiflə bir müştəri kimi münasibətləri yaranmışdır. Elvin və Samir dəfələrlə şəxsiyyət vəsiqələrini onlara təqdim edərək oyun zalından müxtəlif vaxtlarda oyun aparatlarını icarəyə götürmüş və götürdüyü icarə haqqını ödəmişlər. xx xxx 2020-ci il tarixdə saat 14:30 radələrində obyektin qarşısında olarkən Lətif, daha sonra isə Təqsirləndirilən şəxs2 oyun zalına gəlmişdir. Bundan sonra onunla birlikdə işləyən Lətif və Samirin özü ilə oyun zalından Lətifə məxsus 01 ədəd «Playstation 4» markalı oyun aparatını, 01 ədəd «Şivaki» markalı televizoru və 03 ədəd oyun pultlarını götürüb onların Samirin yaşadığı evə getmiş, həmin zaman Elvin evdə olmuş, Lətiflə birlikdə oyun aparatlarını onların mənzilində quraşdırmış, müqaviləni Elvin bağlamış və Elvin cibindən bir günlük icarə haqqı olan 35 manatı ona vermiş və sonra onların yaşadığı ünvanı tərk etmişlər. Səhəri gün icarə müddəti başa çatdığından əvvəlcə Lətif Samirə zəng etmiş, lakin Samir onun telefonuna cavab verməmiş, daha sonra Lətif Elvinin ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə zəng etsə də Elvin onun telefon zənglərinə cavab verməmişdir. Təxminən beş dəqiqədən sonra Lətiflə birlikdə onların hər ikisinə zəng etsə də, onlar telefonlarını söndürmüşlər. Bunu görüb Lətiflə birlikdə onların yaşadığı mənzilə getmiş, lakin evin qapısı bağlı olduğu üçün qapını açan olmamışdır. Orada yaşayan tanımadıqları şəxslərdən biri onlara demişdir ki, Elvin və Samir dünən axşam əşyalarını yığıb çıxıb getmişlər. Elvin və Samir Lətifin 01 ədəd 950 manat qiytmətində «Sony playstation - 4» markalı oyun aparatını, 01 ədəd Şivaki markalı 109 sm diaqonallı 650 manat qiymətində televizoru və 03 ədəd hər biri 110 manat olmaqla, cəmi 330 manat qiymətində «Sony playstation - 4 pro» markalı oyun aparatının pultlarını mənimsəyərək Lətifə ümumilikdə 1930 manat maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bir neçə gün keçdikdən sonra Lətif “TAP.AZ” internet saytında Samirin mobil nömrəsi ilə «Playstation» oyun aparatını satdığını görüb, onunla başqa adla müştəri kimi əlaqə saxlamışdır. Lətif onunla görüş yerini təyin etmiş, təxminən axşam vaxtı Samir və Elvin oraya gəlmiş, Samir avtomobildən düşmüş və səkidə dayanmış, Elvin isə avtomobildə əyləşmişdir. Samirə yaxınlaşdıqda Elvin bunu görüb sürücüyə tez sürüb getməsini demiş və Elvin oranı tərk etmişdir. Onlar isə Samiri əlində olan əşyalarla birlikdə yaxalayıb 36-cı PB-nə təhvil vermişlər. Polis bölməsində məlum olmuşdur ki, Samir satdığı oyun aparatı başqa şəxsə məxsusdur və həmin oyun aparatını icarə adı ilə götürmüşdür. Polis əməkdaşları Samirin əlində olan oyun apartaının sahibinə zəng etmiş və bir qədər keçdikdən sonra Samir satdığı oyun aparatının sahibi polis bölməsinə gələrək oyun aparatını təhvil alıb bildirmişdir ki, həmin oyun aparıtını icarəyə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid3 məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, məhkəmə iclasında iştirak edə bilməməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid3 həmin ifadəsində göstərmişdir ki, xidməti işi ilə əlaqədar Qazaxıstan Respublikasında olarkən oğlu Orxanla telefon əlaqəsi saxladıqda Orxanın dediklərinə əsasən müəyyən etmişdir ki, Bakı şəhəri Xətai rayonu Xudu Məməmmədov küçəsi bina 25 mənzil 90-da kirayədə yaşayan Təqsirləndirilən şəxs1 özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə xalası oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib “İnstagram” sosial şəbəkə vasitəsi ilə oğlu Zərərçəkmiş şəxs2la tanış olaraq, oğlu Orxandan xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində, Orxana məxsus 01 ədəd 650 manat qiymətində «Sony playstation - 4 pro» markalı oyun aparatını, 01 ədəd 750 manat qiymətində 108 sm diaqonallı «LG» markalı televizoru və 04 ədəd hər biri 100 manat olmaqla, cəmi 400 manat qiymətində «Sony playstation - 4 pro» markalı oyun aparatının pultlarını üç günlük müddətə 80 manat ödəmək şərti ilə icarəyə götürmək adı ilə kirayəyə yaşadığı ünvan 3 ünvanında ələ keçirərək, həmin əşyaları sonradan satmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid2 məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 həmin ifadəsində göstərmişdir ki, ünvan 3 onun mülkiyyətidir və həmin mənzili 2020-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs2 müqavilə əsasında hər ay 370 manat olmaqla kirayəyə vermişdir. Samir evi kirayəyə götürməmişdən əvvəl ona nikah haqqında şəhadətnaməni təqdim etmiş və həmin evdə arvadı ilə birlikdə yaşayacağını bildirmişdir. Samir ilk ayları, yəni fevral və mart ayının kirayəsini vaxtında vermiş, lakin aprel ayında pandemiya ilə əlaqədar işləmədiyindən kirayə haqqını verə bilməmişdir. Samirə bir ayı, yəni aprel ayını güzəşt etmiş və ondan pul almamışdır. Aprel ayının 25-də kirayə verdiyi mənzilə gəldikdə mənzildə Samirin xalası oğlu, sonradan adını bildiyi Elvini görmüşdür. Samirə may ayı üçün ödənişi etməyini tələb etsə də o heç yerdə işləmədiyindən pulu ödəyə bilmədiyini demiş, buna görə də Samirə mənzili təhvil verməsini bildirmiş, Samir isə ondan əşyaları çıxarmaq üçün bir həftə möhlət istəmişdir. Təxminən may ayının əvvələrində Samirə kirayə verdiyi evə gəlmiş, Samir evdə tək olmuşdur. Samir bütün əşyalarını yığıb aparmış, lakin evdə 01 ədəd əlamətləri və markası yadında qalmayan plazma modelli televizor qalmışdır. Samir ondan həmin televizor qalmasını xahiş etmiş, rayona gedib gələndən sonra həmin televizoru götürəcəyini bildirmiş, onun xahişini qəbul etməyib, televizoru aparmasını və evin açarlarını təhvil verməsini bildirmişdir. Samir televizor götürmüş və mənzilin açarlarını təhvil verib mənzili tərk etmişdir. Sonradan məlum olmuşdur ki, Samir onun yanında olan xalası oğlu Elvin adlı şəxslə birlikdə sosial şəbəkədə oyun aparatı və televizor sifariş edib üç günlük icarəyə götürüb kirayə verdiyi mənzildə quraşdırmışlar. Həmin oyun aparatının sahibi onları axtararkən ona həmin şəxslərin onun evində kirayədə qaldıqlarını və gedərkən özləri ilə əşyalarını apardıqlarını bildirmişdir. Samirin harada yaşaması barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli CM-nin 322.1-ci maddəsi ilə nəzərdə tutlan cinayətin tərkib əlamətləri olduğundan həmin maddə ilə barəsində ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmış və eyni zamanda iş üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. İ cild 01); təqdim etmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 özündə olan 02 ədəd oyun pultu və “Playstation 3” markalı oyun dəstini təqdim edərək, xx.xx.2020-ci il tarixdə xalası oğlu Təqsirləndirilən şəxs1 “İnstaqram” sosial şəbəkəsində icarədə istifadə etmək adı ilə götürərək ona satmaq üçün verdiyini bildirmiş, təqdim edilmiş əşyaların foto şəkilləri çəkilərək materiala əlavə olunmuşdur (i.v. İ cild 76- 77); xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 özünə məxsus “Playstation 3” markalı oyun aparatını və 02 ədəd “Sony” markalı pultları ilə birlikdə saz və işlək vəziyyətdə 36-cı PB-dən təhvil almışdır (i.v. İ cild 09); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. İ cild 114); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Müşviq oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. İ cild 127); cinayət əməlinin tövsif edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli CM-nin 322.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmiş və barəsində CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində qərar çıxarılmaqla cəlb olunaraq ittiham elan edilmişdir (i.v. İ cild 139-140); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CMnin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. İ cild 142-143); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-362/2020 saylı qərarından görünür ki, CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. İ cild 161- 165); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. İ cild 171); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. İ cild 179-181); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-38/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır (i.v. İ cild 203-209); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. İ cild 214); Zərərçəkmiş şəxs4 Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Elşən Mürsəliyevə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, əşyalar ona Xətai RPİ-nin36-cı PB-nin əməkdaşı tərəfindən qaytarılmışdır. Baş vermiş faktla bağlı Təqsirləndirilən şəxs1 və X1 heç bir şikayət və tələbi olmamışdır (i.v. İ cild 222); cinayət əməlinin tövsif edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli CM-nin 178.2.1-ci maddəsi ilə yanaşı, həmin məcəllənin 1782.1 və 178.2.2-ci maddələrinə tövsif edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində qərar çıxarılmaqla cəlb olunaraq ittiham elan edilmişdir (i.v. İ cild 233-235); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. İ cild 237-239); xx.xx.2020-ci il tarixli üzləşdirmə protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 üzləşdirmə keçirilmiş, həmin üzləşmədə, sonuncular ifadələrində göstərdikləri xususatları bir daha təsdiq edərək, törətmiş olduqları cinayət əməllərini bir daha ifşa etmişlər (i.v. İİ cild 30-34); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmaqla, barələrində Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(011)-362/2020 və xx xxxxxx 2020-ci il tarixli, 4(011)-523/2020 nömrəli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs1 məhkum olunmuş və məhkumluğu ödənilməmiş kimi hesab edilmiş, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, iş üzrə şahidlər Şahid1, Şahid2və Şahid3 ifadələri, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokolu sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd «Sony playstation- 4 pro» markalı oyun aparatını, 01 ədəd 108 sm diaqonallı «LG» markalı televizoru və 04 ədəd oyun pultlarını təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən xx xxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində ələ keçirmələri kimi, həmçinin həmin əşyaların istintaqa məlum olmayan şəxslərə satdıqları tarix isə xx xxxxx 2020-ci il kimi qəbul olunmuş, iş üzrə Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən «Sony playstation- 4» markalı oyun aparatının ələ keçirlmələri və həmin əşyaları xx xxx 2020-ci il tarixdə satmaları kimi qəbul olunmuş, iş üzrə Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər tərəfindən əmlakının ələ keçirməsi nəticəsində icarə haqqı hər günü 30 manat olmaqla ziyan dəyməsi xüsusatı mülki xarakter daşıdığı üçün, həmin xüsusat üzrə sonuncuya məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur (i.v. İİ cild 62- 78); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-536/2020 saylı qərarından görünür ki, CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti 15 (on beş) gün olmaqla, yəni xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır (i.v. İİ cild 127-131); Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs3 həmin ərizəsində, Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işi üzrə istintaq zamanı verdiyi ifadəsinin təsdiq etdiyini, ona dəymiş ziyanın tam olaraq ödənilməsə də təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş zərər ödənilməzsə o zaman şikayət edəcəyini bildirmiş və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli elektron ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 həmin ərizəsində ona dəymiş ziyanın tam ödənildiyini, şikayətinin, maddi tələbinin olmadığını bildirmişdir; Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli elektron ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 həmin ərizəsində ona dəymiş ziyanın tam ödənildiyini, iddiasının, şikayətinin, maddi tələbinin olmadığını bildirmişdir; Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs4 həmin ərizəsində, hal-hazırda ona dəymiş maddi ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona qarşı iddiasının, şikayətinin və tələbinin olmadığını bildirmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli 7 nömrəli Qərarının 39cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-38/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi CM-nin 18.4.1-ci maddəsinə əsasən hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 17 (on yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar