Məhkəmə qərarları › İş №1(011)-290/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-290/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-290/2024 10.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi- “Sumqayıt Regional” Vəkil Bürosunun vəkili Nümayəndə müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, "xxxx" MMC-yə məxsus olan, etibarnamə əsasında “B” kateqoriyalı “AC 064897” nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə “Fiat Doblo yük” markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobili 12 oktyabr 2023-cü il tarixdə saat 16-da Bakı şəhəri, Xətai rayonu Yusif Səfərov küçəsi ilə Cavanşir körpüsü istiqamətində 40 km/saat sürətlə idarə edərkən Yusif Səfərov küçəsi 7 saylı ünvanın yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda o, həmin qaydanın tələblərini pozub avtomobilin qabaq sağ hissəsi ilə piyada Zərərçəkmiş şəxs vuraraq ona ehtiyatsızlıqdan müştərək travma, baş beynin yüngül dərəcəli əzilməsi halında qapalı kəllə-beyin travması, sağ gicgah nahiyədə kontuziya sahəsi, başın yumşaq toxumalarının və döş qəfəsinin əzilməsi, ağciyərlərin kontuziyası, sağ təpə sümüyünün daxili təbəqəsinin yerdəyişməmiş xətti sınığı, sağ lambdoid süturun diastazı ilə müşaiyət olunan və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahid ifadələri, hadisə yerinə və nəqliyyat vasitəsinə baxış protokolları, 01 ədəd DVD diskə məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, maddi sübutla və digər cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsə vurulmuş zərərin əvəzi olaraq 1000 manat pul təklif edir. Zərərçəkmiş şəxsin ondan istədiyi pulu ödəməyə maddi imkanı çatmadığı üçün hal-hazırda barışıq əldə edə bilmir. Zərərçəkmiş şəxs tərəfindən verilən mülki iddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 3 ildir ünvan 3 ünvanda yerləşən “Həppi Market” mağazasında müdir müavini vəzifəsində işləyir. 12 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində işə gedərkən Bakı şəhəri Xətai rayonu, Y.Səfərov küçəsinin əks tərəfinə keçdiyi zaman 6 zolaqdan ibarət avtomobil yoluna daxil olub hərəkətini davam etdirərkən 4-cü zolağa çatanda ondan sağ tərəfdən gələn ağ rəngli “Fiat Doblo” minik markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə sağ yan tərəfindən zərbə ilə vurub qarşıya tullamışdır. Özünə gələndə X1 bilmişdir. Klinikada 3 gün müalicə aldıqdan sonra ailə üzvləri X8 Klinikasından çıxarıb Respublika Neyrocərrhayyə xəstəxansına aparmışlar. 13 noyabr 2023-cü il tarixədək Neyrocərrahiyyə xəstəxanasında müalicə olunduqdan sonra həkimlər evə göndərmişlər. Hadisədən sonra hazırkı vaxtadək olan müddət ərzində idarə etdiyi “Fiat Doblo yük” minik markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs vəziyyəti ilə maraqlanmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs mülki iddia verərək onun vurulmuş müayinə və mülaicə ilə bağlı çəkdiyi 6000 manat və mənəvi ziyana görə 3000 manat, dövlət rüsumuna görə 110 manat, ümumilikdə 9110 manat pulun təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsi barədə mülki iddiasının təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması aidiyyəti üzrə göndərilməsi haqqında 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmış və iş icraata qəbul edilmişdir (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 12 oktyabr 2023-cü il tarixli protokoldan, sxemdən və şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi ünvan 4 ünvanın yaxınlığında baş vermişdir. Hadisə yerinin və avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. (i.v. 7-13); 12 oktyabr 2023-cü il tarixli, 2/38645 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur.(i.v 14) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2014-cü il buraxılışlı, furqon tipli, “Fiat Doblo” yük markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs "xxxx" MMC tərəfindən verilən etibarnamə əsasında idarə edir. (i.v. 17); sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2017-ci il tarixdə 10 il müddətinə «B» kateqoriyalı AC064897 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v.17); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 31 oktyabr 2023-cü il tarixli, 76/2023 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs müştərək travma, baş beynin yüngül dərəcəli əzilməsi halında qapalı kəllə beyin travması, sağ gicgah nahiyədə kontuziya sahəsi, başın yumşaq toxumalarının əzilməsi, döş qəfəsinin əzilməsi, ağciyərlərin kontuziyası müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına şəbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər.(i.v 25-27) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 noyabr 2023-cü il tarixli, 8/3206 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Fiat Doblo yük” markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.(Məhkəmə ekspertiza xərci 85 manat) (i.v 29- 31) 06 fevral 2024-cü il tarixli zərərçəkmiş şəxs haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 39-40) 05 mart 2024-cü il tarixli təqdim etmə və götürmə barədə prototkoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd disk DVD formatlıdır, ağ rəngli olmaqla üzərində heç bir yazı yoxdur. Həmin disk açıldıqda içərisində 01 ədəd faylda, xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanın qarşısında baş vermiş yol-nəqliyyat hadisənin götürntlərinin olması müəyyən edildi. Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd DVD formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürüldü.(i.v 59). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 61); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 06 fevral 2024-cü il tarixli T-146/2024 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər-müştərək travma, baş beynin yüngül dərəcəli əzilməsi halında qapalı kəllə-beyin travması, sağ gicgah nahiyədə kontuziya sahəsi, başın yumşaq toxumalarının və döş qəfəsinin əzilməsi, ağciyərlərin kontuziyası, sağ təpə sümüyünün daxili təbəqəsinin yerdəyişməmiş xətti sınığı, sağ lambdoid süturun diastazı bərk küt əşya (əşyaların) təsirindən yaranmış, yaranma müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya aiddirlər.(i.v 62-66). 14 mart 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsindən həmin məcəllənin 263.1-1 maddəsinə tövsif edilməsi qərara alınmışdır.(i.v 67-67a). 14 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə nəzərdə tutulan ittiham edilməsi qərara alınmışdır.(i.v 77-78). 14 mart 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 93-94) Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı övladları var.(i.v 98-99). "xxxx" MMC tərəfindən verilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən avtomobilə dəymiş maddi ziyana görə heç bir şikayət yoxdur.(i.v 100) 16 mart 2024-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, ünvan 4 ünvanda iki istiqamətli yolun ümumi görüntüsü vardır. Görüntüyə baxan zaman yolun hər iki istiqamətində müxtəlif avtomobillərin hərəkətdə olması görünür. Video faylın 2 və 12-ci saniyələrində Təqsirləndirilən şəxs idarə etdiyi "Fiat Doblo yük" markalı ** JV *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəf qabaq hissəsi ilə piyada Zərərçəkmiş şəxs vuraraq yerə yıxması müşahidə olunur.(i.v 106) Sübutların qiymətləndirilməsi haqqında 13 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri qüvvəsində saxlanılması, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, 01 ədəd DVD disk, hadisə yerinə və nəqliyyat vasitəsinə baxış protokolları, məhkəmə-tibbi və məhkəmə yol- nəqliyyat hadisələri ekspertizalarının rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi "Fiat Doblo yük" markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınması və saxlanılması üçün sahibinə təhvil verilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır.( i.v. 111-115); Məhkəmə iclasında hadisənin baş verdiyi yerin görüntülərini əks etdirən diskə baxış keçirilmiş, görüntülərə baxış keçirilməsi protokolunda qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda–üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşağının olması(CM- 59.1.4), həmçinin zərərçəkmiş şəxsə vururlmuş zərərin əvəzi olaraq 1000 manat pul təkif etməsini(CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan “Fiat Doblo” yük markalı **-JV-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsi hesabına keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Təqsirləndirilən şəxs 6000 manat müalicə xərci, 3000 manat mənəvi zərər, 110 manat dövlət rüsumunun tutularaq zərərçəkmiş şəxsə ödənilməsinə dair verilmiş mülki iddia ərizəsində zərərçəkmiş şəxsin mülaicəsinə çəkmiş olduğu xərclərini, həmçinin ona konkret olaraq hansı mənəvi zərərin dəyməsini təsdiq edən müvafiq sübutlar təqdim edilmədiyindən verilmiş mülki tələbi cinayət mühakimə icraatı qaydasında baxılması mümkün olmadığından Azərbaycan Respublikası Cinayət Prosssual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxsə mülki mühakimə qaydasında iddia vermək tələbi izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01(bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Fiat Doblo yük” markalı **-JV-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş 6000 manat maddi xərc və 3000 manat mənəvi ziyanın, 110 manat dövlət rüsumunun tutularaq ödənilməsi ilə bağlı iddia ərizəsi Azərbaycan Respublikası Cinayət Prosssual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən baxılmamış saxlanılsın və mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsi hüququ zərərşəkmiş şəxsə elan olunsun. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsi hesabına keçirilsin. 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar