Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-291/2025 16.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X5, müdafiəçilər Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4 və “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2006-cı ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs "BD 075876" nömrəli "B1,B,C1,C" kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında X17 mülkiyyətində olan "Hyundai Sonata" markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobili 21 iyul 2024-cü il tarixdə saat 14 radələrində ünvan 2 ünvanın qarşısında 20-30 km/saat sürətlə idarə edərkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyərək avtomobilin ön sağ hissəsi ilə yolun sağ hissəsindən sola doğru qaçan piyada X9 vuraraq ehtiyatsızlıqdan başın və bədənin küt travması, baş-beyinin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, başbeyinə qansızma, sol təpə-ənsə sümüklərinin kəllə əsasına keçən sınıqları, döş qəfəsinin arxa səthinin və aşağı ətrafların sıyrıqları ilə müşayiət olunan xəsarətlər həyati olub dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla almış olduğu xəsarətlər nəticəsində baş beyin əzilməsi Seymur Məmmədlinin ölümü ilə birbaşa səbəbli əlaqəli olmaqla 21 iyul 2024-cü il tarixdə saat 14:30-da Neyrocərrahiyyə Xəstəxanasında ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 14-də etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “Hyundai Sonata” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı ünvandan yəni, ünvan 3ana tərəfdə yerləşən mağazadan ərzaq almağa gedərkən, ünvan 4 ünvanın yaxınlığında, 263 nömrəli məktəbin qarşısına çatanda qarşı tərəfdən gələn, hadisədən sonra şəxsiyyətləri məlum olan Şahid və sonuncunun azyaşlı oğlu X8 gəldiklərini görmüş, avtomobilin sürətini 20 30 km/saatadək azaldaraq hərəkətini davam etdirmişdir. X21 anasının əlindən qaçaraq avtomobilin qarşısına çıxmış, anasının da uşağın ardınca qaçdığını görüb hadisənin qarşısını almağa çalışsa da mümkün olmamış, nəticədə avtomobilin ön sağ hissəsi ilə Seymuru və Şahid vurmuşdur. Hadisədən dərhal sonra avtomobildən enib vurduğu şəxsləri avtomobili ilə xəstəxanaya aparmaq istəmişdir. Lakin həmin vaxt hadisə yerinə polis əməkdaşları yaxınlaşdığına görə əməkdaşlara yaxınlaşıb hadisə və şəxsiyyəti bardə məlumatları verdikdən sonra polis əməkdaşları xidməti avtomobillə Seymurla anasını Respublika Neyrocərrahiyəyə Xəstəxanasına aparmışlar. O da avtomobili ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına getmişdir. Xəstəxanada ana və övladının vəziyyətləri ilə maraqlandıqdan sonra hadisə barədə valideynlərinə məlumat vermişdir. Bundan sonra Xətai RPİ-nə dəvət olunmuşdur Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində bildirmişdir ki, xx.xx.1994-cü il təvəllüdlü Şahid qızıdır. 2018-ci ildə Ruqiyyə X1 ilə rəsmi nikaha daxil olmuşlar. Onların nikahından xx.xx.2020-ci il təvəllüdlü X18 və xx.xx.2021-ci il təvəllüdlü X13 doğulmuşlar. 2023-cü ildə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə Məqsəd Məmmədli ilə Şahid arasında olan nikah pozulmuş və azyaşlı uşaqlar sonuncunun himayəsinə verilmişdir. 21 iyul 2024-cü il tarixdə saat 14 radələrində işdə olduğu zaman Ruqiyyə zəng edib yol-nəqliyyat hadisəsi baş verdiyini, onu və nəvəsi Seymuru avtomobil vurduğunu, hazırda polis əməkdaşlarının onları Respublika Neyrocərrahiyə Xəstəxanasına apardıqlarını bildirmişdir. Dərhal işdən çıxıb Respublika Neyrocərrahiyə Xəstəxanasına getmiş orada bilmişdir ki, nəvəsi Seymur Məmmədli aldığı xəsarətlərdən Respublika Neyrocərrahiyə Xəstəxanasında vəfat etmişdir. Qızı Ruqiyyə isə aldığı xəsarətlərlə bağlı X11 İnstitutuna aparılmışdır. Ona məlum olmuşdur ki, qızı və nəvəsini Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, X10 ilə 2018-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2023-ci il təvəllüdlü X18, xx.xx.2021-ci il təvəllüdlü X13 doğulmuşlar. 2023-cü ildə Nəsimi rayon məhkəməsinin qətnaməsi ilə Məqsədlə aralarında olan nikah pozulmuş və azyaşlı uşaqları özünün himayəsinə verilmişdir. 21 iyul 2024-cü il tarixdə saat 12 radələrində azyaşlı uşaqları Nilay və Seymurla birlikdə yaşadıqları evdən çıxaraq yaxınlıqdakı parka getmişlər. Təxminən saat 14 radələrində parkdan çıxıb evə qayıdan zaman ünvan 5 ünvanın qarşısına çatanda qarşıdan «Hyundai Sonata» markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görüb uşaqlarına bununla bağlı xəbərdarlıq etmişdir. Buna baxmayaraq Seymurun həmin avtomobilin qarşısına doğru qaçdığını görüb avtomobilin Seymuru vurmaması üçün cəhd etsə də, buna nail ola bilməmiş, avtomobilin qabaq sağ hissəsi Seymurla birlikdə ona dəymişdir. Nəticədə Seymur avtomobilin altında qalmış, avtomobilin təkəri isə özünün sol ayağının üstündən keçdiyi üçün ayağından xəsarət aldığına görə ayağa dura bilməyib asfaltda oturmuşdur. Bundan sonra yaxınlıqda xidmətdə olan polis əməkdaşları onlara yaxınlaşmış və xidməti avtomobil ilə Seymurla birlikdə onu Respublika Neyrocərrahiyə Xəstəxanasına aparmışlar. Daha sonra təcili tibbi yardım avtomobili ilə onu X11 və Ortopediya İnstitutuna aparmışlar. Sonradan bilmişdir ki, oğlu Seymur aldığı xəsarətlərdən Respublika Neyrocərrahiyə Xəstəxanasında ölmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 21 iyul 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan 2 ünvanına baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 6-12); nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 21 iyul 2024-cü il tarixli protokoldan görünür ki, “Hyundai Sonata” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobildə zədə izləri aşkar edilməmiş, həmçinin nəqliyyat vasitəsinə baxış zamanı fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur (i.v. 13- 17); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/39342 nömrəli, xx.xx.2024-cü il tarixli tibbi müayinə aktından görünür ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 17); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən xx.xx.2024-cü il tarixdə 10 il müddətinə «B1, B, C1, C» kateqoriyalı BD 075876 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 19); diskə baxış keçirilməsi haqqında 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” formatlı diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 01 ədəd, 02 dəqiqə 25 saniyədən ibarət "WhatsApp Video 2024-09-05 at 16.01.57" adlı fayl müəyyən olunmuşdur. "WhatsApp Video 2024-09-05 at 16.01.57" adlı fayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, mərhum piyada X13 və zərərçəkmiş şəxs Şahid xx.xx.2024-cü il tarixdə, saat 13:52:52-də yola daxil olmuşlar və saat 13:52:58də Seymur Məmmədli sağa doğru qaçmağa başlayır, Şahid hadisənin qarşısını almaq üçün Seymur Məmmədlini çəkmək istəsə də, Təqsirləndirilən şəxs idarə etdiyi "Hyundai Sonata markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə Seymur Məmmədlini və Şahid vurur (i.v. 34); zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə Şahid zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 37-38); zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə X7 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (i.v. 50); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X15” X22 21 iyul 2024-cü il tarixli, 76 saylı rəyindən görünür ki, X3 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: başın və bədənin küt travması, baş-beyinin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, baş-beyinə qansızma, sol təpə-ənsə sümüklərinin kəllə əsasına keçən sınıqları, döş qəfəsinin arxa səthinin və aşağı ətrafların sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşya(əşyalar) təsirindən törənmişlər, eləcə də yolnəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. X3 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş-beyin əzilməsi olmuşdur, ölüm xx.xx.2024-cü il tarixdə saat 14:30-da Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş vermişdir və meyitdə gedən ilkin dəyişikliklərlə öz təsdiqini tapır (i.v. 57-60); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X15” X22 02 sentyabr 2024-cü il tarixli, 967 saylı rəyindən görünür ki, X2 baldır sümüklərinin qapalı yerdəyişmiş sınıqları müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir (i.v. 61-63); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 19 mart 2025-ci il tarixli, 3-16-16/2- 8/2737-4/1583/2024 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş "WhatsApp Video 2024-09-05 at 16.01.57" adlı videoyazıya görə piyadanın (uşağın) yolun hərəkət hissəsinə tərəf qaçmağa başladığı andan avtomobillə vurulmasına kimi 1,72 san vaxt keçmişdir. Avtomobil videokameranın görünüş sahəsinə düşdüyü andan piyadanın vurulmasına kimi bərabərsürətli hərəkət etmiş və bu zaman onun sürəti V=21 km/saat olmuşdur. “Hyundai Sonata" markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 70-76); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən CM-nin 263.1 və 263.2-ci maddələrinə tövsif edilmişdir (i.v. 85-86); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 263.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 91-93); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 112-113); zərərçəkmiş şəxs Şahid Bakı şəhəri 6 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisində verdiyi **********385 saylı ərizəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, onlar barışmışlar (i.v. 118); zərərçəkmiş şəxsin hüquqi varisi X5 Bakı şəhəri 6 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisində verdiyi **********383 saylı ərizəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, onlar barışmışlar (i.v. 119); Bakı şəhəri 6 saylı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında AZ-İİ seriyalı, 449153 nömrəli şəhadətnamədən görünür ki, X13 xx.xx.2024-cü il tarixdə baş beyin ocaqlı travması nəticəsində vəfat etmişdir (i.v. 119a); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 03 may 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1 və 263.2-ci maddələrindən həmin məcəllənin 263.2-ci maddəsinə tövsif edilmiş və ona həmin Məcəllənin 263.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 121-123); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 03 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (i.v. 125-126); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 05 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 141); sübutların qiymətləndirilməsi haqqında 05 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə CPM-nin 40.3-cü maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, məhkəmə-tibbi ekspertizasının 21 iyul 2024cü il tarixli, 76 saylı və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 mart 2025-ci il tarixli, 3-16-16/2-8/2737-4/1583/2024 saylı rəyləri, hadisənin görüntüsünü özündə əks etdirən 01 ədəd disk, hadisə yerinə və diskə baxış protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, 01 ədəd “CD-R” disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvilv erilmiş, Təqsirləndirilən şəxs barəsin Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir (i.v. 142-148). Məhkəmə iclasında 01 ədəd “DVD-R” diskdə olan görüntüyə baxış keçirilmiş və diskdə olan videogörüntü diskə baxış keçirilməsi haqqında 25 iyul 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), CM-nin 60-cı maddəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM-67.2), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə verilməsi nəzərə alınmalı (CPM-132), iş üzrə 250 (iki yüz əlli) manat məbləğində məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Sonata” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-291/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-291/2025
16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver