Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-292/2024 04.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1990-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Sarıhacılı kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi «Qobu Park» yaşayış massivində inşa ediləcək binada mənzil alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə xx.xx.2022-ci il tarixdə sənədlərinin hazırlanması adı ilə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvandan onun "xxxx" ASC-nin 5103-0715-0178-5683 nömrəli kart hesabına köçürülmüş 300 manat, 2022-ci ilin mart ayının əvvəllərində ünvan 4 ünvanda yerləşən "Yasamal Mall" Ticarət Mərkəzinin qarşısında 2.000 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, metronun "20 Yanvar” stansiyasının yaxınlığında 1.000 manat, 2022-ci ilin aprel ayının əvvəlində Yasamal rayonu H.Cavid prospekti 8 ünvanda yerləşən «Space TV»-nin yaxınlığında 1.500 manat, 2022-ci ilin aprel ayının ortalarında Nəsimi rayonu, metronun "20 Yanvar" stansiyasının yaxınlığındakı kafedə 1.500 manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvandan onun "xxxx" ASCnin 5103-0715-0178-5683 nömrəli kart hesabına köçürülmüş 2.000 manat, 2022-ci ilin may ayının əvvəllərində yenidən həmin yaşadığı ünvandan onun həmin kart hesabına köçürülmüş 200 manat, cəmi 8.500 manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 8500 (səkkiz min beş yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək "Qobu Park" yaşayış kompleksində inşa edilmiş sosial təminatlı yaşayış evindən ipoteka yolu ilə üç otaqlı mənzilin 60.000 manata alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə, guya ilkin ödəniş üçün 13.000 manat tələb edildiyini 17 may 2022ci il tarixdə saat 11:28-də ünvan 7 ünvanda yerləşən "Bazarstore" mağazasında "Milli ön" ödəmə etrminalı vasitəsi ilə Zərərçəkmiş şəxs2 tərəfindən onun istifadəsində olan "xxxx" ASC-nin 5103-0715-0178-5683 nömrəli kart hesabına köçürülmüş 300 manat, 26 may 2022-ci il tarixdə Xətai rayonu 8 Noyabr prospektində yerləşən 2 saylı Bakı "ASAN xidmət" mərkəzinin notariat ofisində kredit müqaviləsi ilə 8.000 manat və 2022-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 8 ünvanda sonuncunun anası Şahid3 vasitəsi ilə verilmiş 5.000 manat, cəmi 13.300 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 13.300 manat (on üç min üç yüz) xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə həm qonşusu, həmdə dostu olan Şahid2 vasitəsi ilə tanımışdır. Belə ki, su filtirlərinin satışı ilə məşğul olduğu üçün ona investor lazım olmuş bu səbəbdən də investorla bağlı Nicata müraciət etmiş, həmçinin borcu olduğu üçün borcunu bağlamaq istəmişdir. Bir müddət sonra Nicat ona ev istəyən şəxs olduğunu demiş, onun da həmin dövrdə pula ehştiyacı olduğu üçün həmin şəxsə onun nömrəsini verməsini bildirmişdir. 2022-ci ilin fevral ayının sonu Nicat ona bildirmişdir ki, «bir nəfər vardır, gəlib səninlə danışacaq və adamın adının Mübariz olduğunu demişdir. Nicat onun nömrəsini Mübariz adlı şəxsə vermişdir. Mübariz ona zəng etmiş, ona sosial ev düzəltmək üçün köməklik etməsini xahiş etmişdir. Bildirmişdir ki, nömrəni Nicatdan almışdır. O Nicata axşam saat 21:00 radələrində Qobu park adlanan ərazidə görüşməyi bildirmiş, görüşün vaxtını demişdir. Saat 21:00-da Qobu parka getmiş və orada Mübarizlə ikilikdə görüşmüşdür. Birlikdə çayxanada əyləşib tanış olmuş, bundan sonra Nicat oraya gəlmiş və onlarla görüşmüş, təxminən 5 dəqiqə əyləşib çıxıb getmişdir. Onlar birlikdə oturub mövcud məsələni müzakirə etmiş, Mübarizə Qobu park ərazisində sosial ev tikildiyini və həmin binadan sosial ev düzəldə biləcəyini demişdir. Həmin evlərin düzəldilməsində tanışının olduğunu bildirmiş, Mübarizlə 3 otaqlı ev barərədə aralarında razılıq olduğunu və hər otaq üçün 10.000 manat nəzərdə tutmasını demişdir. Həmin sosial evlərdə 3 otaq üçün mənzilin sahəsi 80-90 kvadrat metr nəzərdə tutulmuş, evin dəyər pulunun yarısını əvvəlcədən qalanını isə aybaay olmaqla ödəməyi bildirmişdir. Lakin Mübariz həmin məbləğdə pulunun olmadığını demiş və ayrılmışlar. Səhəri günü Mübarizə zəng edib demişdir ki, «razılaşmışam və ilkin ödəniş üçün 8500 manat pul istəyirlər». Mübariz də onunla razılaşmış, bundan sonra sonuncunu inandırmaq üçün zəng edib demişdir ki, ailə üzvlərinin və özünün sənədlərini, nigah haqqında şəhadətnamənin şəkillərini vatsapına atsın. Mübariz də həmin şəkilləri ona atmış, mart ayının əvvəllərində Mübarizin pul verəcəyinə əmin olmaq üçün yalandan demişdir ki, guya komitədə qızlara sənədləri düzəltmək üçün 300 manat pul vermək lazımdır və sonuncuya bank kartı atmışdır ki, karta 300 manat pul göndərsin. Mübariz də həmin karta 300 manat pul göndərmiş, təxminən 3-4 gün keçmiş Mübarizə zəng edib demişdir ki, Yasamal rayonunda yerləşən "Yasamal Mall"ın qarşısına gəlsin. Həm Yasamalda yataqxanada qaldığı üçün, həmdə inandırıcı olsun deyə Mübarizi oraya çağırmışdır. Mübariz «Yasamal Mall»ın qarşısına "Hyundai" markalı "Accent" modelli boz rəngli maşınla gəlmiş, yanında bir nəfər dostu da olmuşdur. Mübariz onları tanış etmiş, o zaman həmin adamın adının Əli olduğunu bilmişdir. O, maşına əyləşmiş, maşında Mübariz ona 2000 manat pul sayıb vermiş və həmin pulu götürüb cibinə qoymuşdur. Bundan sonra Mübarizi inandırmaq üçün demişdir ki, «sənə zəng gələcək müraciətin təstiq olunub olunacağı təqdirdə sənə kod göndəriləcək». Təxminən üç dörd gün sonra özünə məxsus olan Mübarizin bilmədiyi ***-***-**-** mobil nömrəsindən sonuncuya zəng etmiş, səsini dəyişib demişdir ki, «Komitədəndir narahat edən, təbrik edirik, sizin müraciətiniz təsdiq edildi», o Mübarizə kod desə də, hazırda həmin kodu unutmuşdur. Mübarizlə 8500 manat pulun ödənişini hissə-hissə bir ay ərzində ödəməyi razılaşmış, Jakin Mübariz həmin məbləği 3-4 ay uzatmışdır. Bundan sonra Mübariz sevinə sevinə ona zəng edib öz minnətdarlığını bildirmişdir. Təxminən martın 17si, Mübarizə zəng edib demişdir ki, pulun qalığını versin və onlar səhəri günü "Şamaxinka" deyilən ərazidə görüşmüşlər. Mübariz həmin əraziyə maşını ilə gəlmiş və orada ona 1000 manat verib tələsdiyi üçün pulun qalanını da verəcəyini deyib çıxıb getmişdir. Bundan sonra aprel ayının 2-də Mübarizə vatsap vasitəsi ilə olduğu yerin nöqtəsini (konum) atmş və xahiş etmişdir ki, həmin ünvana gəlsin. Mübarizdən pul almaq üçün onu inandırmaq məqsədi ilə internetdən günü 40 manat olan təmirli mənzil tapmış, həmin evi kirayələmişdir. Həmin ev Yasamal rayonunda "Space" TV-nin yanında 5 mərətbəli binanın 2-ci mərtəbəsində yerləşmiş və mənzil iki otaqdan ibarət olmuşdur. Mübariz Əli adlı dostu ilə həmin mənzilə gəlmiş və onları həmin mənzildə qarşılayıb yalandan demişdir ki, həmin ev özünündür. Həmin mənzildə Mübariz dostu Əlinin yanında ona 1500 manat pul sayıb vermişdir. Bundan sonra aprel ayının 12-si Mübarizlə əlaqə saxlayıb aralarında ödəniş bir ay ərzində olması razılaşdırıldığını, lakin pulu gecikdirdiyini demiş, Mübariz isə ondan vaxt istəmiş, təxmiənn bir həftə sonra onunla görüşmüşlər. Təxminən Mübariz ona 1500 manat pul vermiş, qalan pullar da 1000-1500 manat olmaqla həm onun kartına atılmış, həm də görüşüb onun özünə verilmişdir. Bu minvalla Mübariz ümumilikdə 8500 manat pulu təxminən 4-5 ay ərzində ona ödəmiş, həmin qalıq qalmış pullar hissə hissə ödənildiyi üçün dəqiq tarixlərini xatırlamır. Düşünmüşdür ki, özünün su filtiri biznesini genişləndirib satış edib satışdan əldə edəcəyi xeyirdən Mübarizdən aldığı 8500 manat pulu geri qaytaracaqdır. Lakin işi alınmamış, satdığı məhsulların ödənişlərini yığa bilməmişdir. Bu səbəbdən də işə qoyduğu pullarla bağlı ziyan etmiş, sonra Mübariz ona dəfələrlə zəng etmiş, lakin utandığından zənglərə cavab verə bilməmişdir. Mübarizə ona pulu hissə-hissə ödədiyi müddətdə Nicat ona zəng edib Mübariz tərəfindən ödənişin aparılıb-aparılmaması barədə maraqlanmış, o sonuncuya demişdir ki, Mübariz ödənişləri gecikdirir və onu incidir. Nicat da Mübarizlə əlaqə saxladıqda Mübariz hələ ona pul vermədiyini, lakin pul veribverməmək barədə fikirləşdiyini ona demişdir. Bundan sonra aralarında vədləşdikləri 3 ay vaxt tamam olmuş, artıq Mübarizdən pul aldığı vaxtdan təxminən 1 il yarımdan artıq vaxt keçmişdir. Mübahiz ondan ev barədə maraqlandıqda hər dəfə bu gün sabah deyərək vaxtı uzatmağa başlamış və bir müddət də keçdikdən sonra Mübarizin artıq onun barəsində polisə şikayət etdiyini bilmişdir. Ona investisiya üçün pul lazım olduğundan qərara almışdır ki, Mübarizdən ev düzəltmək adı ilə pul alıb işinə yatırım etsin və sonra əldə etdiyi gəlirdən sonuncunun pulunu qaytarsın. Bu məqsədlə Mübarizdə 4-5 ay ərzində hissə hissə olmaqla ümumilikdə 8500 manat pulu sosial ev düzəltmək adı ilə almış, həmin evin Qobu park ərazisində olduğunu bildirsə də, konkret olaraq bina göstərməmişdir. Pulları hissə-hissə aldığı üçün dəqiq tarixlərini tam xatırlamır, pulların verilməsində Mübarizin Əli adlı tanışı da ilkin olaraq iştirak etmişdir. O, obraz olaraq bir nəfər yuxarı vəzifəli tanışının olduğunu bildirmiş və pulun həmin şəxsin adından verilməsini demiş, əsl həqiqətdə isə belə bir şəxs olmamışdır, həmin şəxsi obraz olaraq göstərmişdir. Pulları özü almış və öz problemlərinə də xərcləmişdir. Nicatın bu prosesdə heç bir rolu olmamış və ona hər hansı məbləğdə pul ödəməmiş və yaxud vəd etməmişdir. Yalnız Nicatdan su filtrləri ilə bağlı işi üçün investor axtardığını bildirərək, ona bu işdə yardım etməsini demiş, lakin Nicat belə bir tanışının olmadığını ona demişdir. Bundan başqa 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs1 ona Elşən adında qohumunun da ipoteka ilə ev almaq istəməsini və bu işdə Elşənə kömək edə biləcəyini soruşduqda Mübarizə kömək edə biləcəyini bildirmişdir. İlk dəfə 2022-ci ilin aprel ayının sonunda Bakı şəhəri Yasamal rayonu ərazisində Elşənlə görüşüb avtomobildə evlə bağlı söhbət etmişlər. Həmin vaxt Elşən bacısı ilə gəlmiş və bacısı da söhbətlərin şahidi olmuşdur. Danışıq zamanı o, Elşənə demişdir ki, "mənim qaçqınların sosial evlə təmin edilməsi işləri ilə bağlı komitədə vəzifədə olan tanışlarım var mən onların vasitəsi ilə bu işi həll edə bilərəm". O mobil telefonunda internet vasitəsi ilə “Qobu-Park" yaşayış kompleksində olan binaları Elşənə göstərib həmin kompleksdə 3 otaqlı məznili ümumilikdə 60.000 (altmış min) manata ala biləcəyini, bunun üçün ilkin 13.000 manat ödəniş edilməli olduğunu demişdir. Elşən bu haqda bir müddət düşünüb ona xəbər edəcəyini demiş və sağollaşmışlar. Təxminən bir həftə sonra Elşənlə əlaqə saxlayıb nə qərar verdiyini soruşmuş və Elşən razılaşdığını demişdir. 2022-ci ilin may ayında Elşənin yaşadığı Xətai rayonunda yerləşən mənzilə getmiş və onlar şərtləri danışıb razılaşmışlar. xx.xx.2022-ci il tarixdə Elşənlə əlaqə saxlayıb ev məsələsi ilə bağlı sənədlərin toparlanması üçün 300 manat pul lazım olduğunu demiş və öz istifadəsində olan adına qeydiyyatlı "xxxx" ASC-yə məxsus 5103-0715-0178-5683 hesab nömrəli kartının şəkilini Eləşən "Whatsapp" sosial sms tətbiqi vasitəsi ilə göndərmişdir. Elşən həmin gün bildirdiyi kart hesabına ödəmə terminalı vasitəsi ilə 300 manat pul göndərmişdir. Bundan sonra Elşənlə mütəmadi olaraq danışıb işlərin qaydasında olduğunu demişdir. Elşəndən evin ilkin ödənişi üçün lazım olduğunu dediyi 13.000 manatı istədikdə isə Elşən pulu tam şəkildə verə bilmədiyini demişdir. O pul lazım olduğu üçün Elənə demişdir ki, “hələlik nə bacarırsan ödəniş et özüm də danışıb məsələni həll etməyə çalışacam". 2022-ci il may ayının 26-da Elşənlə Bakı şəhəri, Xətai rayonu 8 Noyabr prospektində yerləşən 2 saylı Asan Xidmətin qarşısında görüşmüş və Elşən həmin gün əvvəl olduğu kimi bacısı ilə birlikdə gəlmişdir. Həmin gün Elşənin pulunu ələ keçirmək məqsədi ilə rəsmi sənəd olmasını istəyi ilə razılaşıb Asan xidmətdəki notariusda borc müqaviləsi bağlayıb, 8.000 manat pulu Elşəndən bacısının yanında qəbul etmişdir. Elşəndən pulu aldıqdan sonra narahat olmamasını, evi həll edəcəyini bildirmişdir. Lakin, aldığı pulu öz su filterləri satışı ilə bağlı yaranmış borclarına xərcləmişdir. Bir müddət keçdikdən sonra Elşəndən pul almaq məqsədi ilə yenidən zəng edib evin həlli üçün 8.000 manatın yetərli olmadığını, bunun üçün əvvəldən razılaşdıqları kimi 13.000 manatı tam verməli olduğunu demişdir. Elşən bir neçə gün müddət xahiş etdikdə gözləyə biləcəyini bildirmişdir. 2022-ci ilin iyun ayının ortalarında Elşənlə əlaqə yaratmış və Elşən ona qalan 5.000 manat pulu evdə olmadığı üçün verə bilmədiyini dedikdə, o, lazım olarsa gedib evlərindən götürə biləcəyini demişdir. Həmin gün Elşənin yaşadığı Xətai rayonunda yerləşən evə getmiş və mənzildə Elşənin anası ilə bacısı onu qarşılamışlar. Qonaq otağında əyləşmiş və Gülnarə adlı qadından 5.000 manat pulu sayaraq qəbul etmişdir. Həmin vaxt Elşənin bacısı videoqeydiyyat apardığını dedikdə o, bunu bilərək pulu qəbul etdiyini videoqeydiyyata doğru çönüb bildirmişdir. Ümumilikdə Zərərçəkmiş şəxs2 aldığı 13.300 manat pulu su filterləri satışı ilə bağlı yaranmış borclarına xərcləmişdir. Belə ki, işində yaranmış borcları bu yolla həll edib sonradan əldə etdiyi satış gəliri ilə Elşəndən aldığı pulu qaytarmağı düşünmüşdür. Lakin, heç-bir işi qaydasına qoya bilməmiş və bu səbəbdən Elşənə verdiyi yalan vədlər üzrə ondan aldığı pulları qaytara bilməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, qohumları saç qaynaq işi ilə bağlı arada onlara müraciət edir və yaşadığı evdə yoldaşı onlara saçı qaynaq etməklə məşğul olur. 2022-ci ilin təxminən fevral ayında Aynur adlı qohumu ilə birlikdə onlara onun əvvəllər qonşusu olan Şahid1 adlı qadında gəlmişdir. Onlar həyat yoldaşı ilə başqa otaqda olmuş, bir neçə dəqiqə sonra həyat yoldaşı ona demişdir ki, Aynurla gələn qonşu söhbət əsnasında bildirmişdir ki, tanışları sosial ev düzəldirlər, o da yoldaşına demişdir ki, «bir nömrə al, zəng edək danışaq, maraqlı və sərfəli olsa bizdə özümüzə sosial ev götürək». Nərmin adlı qadın Nicat İsmayılov adlı şəxsin mobil nömrəsini onlara vermiş və demişdir ki, Nicat məhkəmədə işləyir və icraçıdır. O, ilk olaraq həmin nömrəni "Getcontack" mobil tətbiqi ilə yoxlayarkən orada «Nicat məhkəmə», «nicat ali məhkəmə və.s bu kimi adlar yazıldığını görüb inanmışdır. Bundan başqa Nicatın profil şəkilində onun icra probasiya əməkdaşlarının leytenant rütbəsi ilə xüsusi geyim formasında olduğunu görmüşdür. Həmin şəkili görüb daha da inamı artmışdır. Nicatla əlaqə saxlamış, sonuncu bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı (***-***-**-**) (atası-***-***-**-**) tanışı bu işlə məşğuldur. Deməsinə görə Nicatın bir neçə qohumlarına da ev düzəldib və Nurlan adlı şəxsin mobil nömrəsini ona vermişdir. Nurlanla əlaqə saxladıqda sonuncu ona bildirmişdir ki, «Qobu park»a gəlsin və orada görüşsünlər. O, həmin əraziyə getmiş və Nurlanla Nicat oraya gəlmişdir. Nurlan ona ilkin ödəniş olaraq 24000 manat pul istəmiş, o isə həmin məbləğdə imkanının olmadığını demişdir. Mübariz ondan soruşmuşdur ki, «gücün nəyə çatır?», o da maksimum 10.000 manata gücü çatdığını bildirmişdir. Nurlan ona həmin məbləğin çox az olduğunu bildirmiş və ona «şeflə danışım, alınsa xəbər edərəm» demişdir. Təxminən 2 gün sonra Nurlan onunla əlaqə saxlamış və demişdir ki, «şef razıdır, amma 10.000 yox, 13000 manata». O da sonuncu ilə razılaşmış, sonra Nurlan ona ailə üzvlərinin və sənədlərinin, nigah haqqında şəhadətnamənin şəkillərini vatsapla ona göndərilməsini xahiş etmiş, o da qeyd olunan sənədləri göndərmişdir. Bir iki gün sonra Nurlan ona zəng etmiş ki, Bakı şəhəri, Yasamal rayonunda Yeni Yasamalda «Yasamal Mall»ın qarşısında görüşsünlər. Həmin vaxt onun yanında dostu Əliqan da olmuş, o, maşında Nurlana 2000 manat pul vermiş, demişdir ki, «Yasamalda ikən gedək evə baxaq, binanı görək, satış ofisində bütün şərtlərlə tanış olaq, rəhbərliyi şəxsən görüm». Sonuncu da ona demişdir ki, məsləhət deyil, hər yer kameradır, sonra ona problem olar. Bu minvalla hər dəfə Nurlan onu həmin bina olan əraziyə aparmaqdan müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Bu minvalla 3 ay ərzində Nurlana hissə-hissə 8500 manat pul vermişdir. Sonuncu dəfə 2022-ci ilin aprel ayının 30-da Nurlanın ona verdiyi bank hesab kartına 2000 manat pul göndərmiş, ona bildirmişdir ki, iyul ayının 15-nə artıq evə köçəcəkdir. Onun vəd verdiyi vaxtdan bir neçə ay keçmiş, buna görə də ona zəng edib verdiyi pulları geri tələb etməyə başlamışdır. Nurlan isə ona qısa müddətdə pulu qaytarılacağını bildirsə də, sonradan onun etdiyi zənglərə cavab verməmiş, Nicat getkontaktdan öz adlarını silmiş, bundan sonra aldanıldığını başa düşüb polisə şikayət etmək məcburiyyətində qalmışdır. Nurlan ona sosial ev düzəldəcəyini vəd etmiş və aralarında həmin işin 8500 manata düzəldilməsi ilə bağlı razılıq olmuşdur. Ona ilkin olaraq 2022-ci ilin fevral ayının təxminən 27-də zəng edərək sənədlərin hazırlanması üçün 300 manat pul lazım olduğunu demiş, o sənədlərin surətini göndərdikdən sonra 300 manat pulu Nurlanın kartına göndərmişdir. 2022-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonunda Yeni Yasamalda “Yasamal Mall”ın qarşısında Nurlana 2000 manat pul vermiş, mart ayının 19-da Bakı şəhəri 20 yanvar metrostansiyasının qarşısındakı ərazidə görüşüb 1000 manat vermiş, bundan sonra Nurlanla yaşadığı evində görüşüb həm ona veriləcək evinin ünvanını bilməyi və həm də pulu sonuncuya evində verməyi qərara almış və Nurlan da razılaşdığı üçün 2022-ci ilin aprel ayının ilk günündə ona Spece TV-nin yanındakı binada göndərdiyi konum əsasında görüşmüş, Nurlan həmin evi öz evi kimi təqdim etmiş və uşaqlarının rayonda olduğunu bildirmiş, orada tanışı Əliqan da olmuş və sonuncunun iştirakı ilə 1500 manat pulu Nurlana vermişdir. Bundan sonra 2022-ci ilin aprel ayının ortalarında 20 yanvar metrosunun yanında yenidən Nurlanla görüşüb 1500 manat pulu vermiş, 2022-ci ilin aprel ayının 30-da Nurlanın kart hesabına yaşadığı ünvandan öz kart hesabımdan 2000 manat pul göndərmiş, 200 manat pulu isə təcili uşağı üçün pul lazım olduğunu deyib, evin pulunda hesablaşacağını bildirməklə ondan istəmiş və o da 2022-ci ilin may ayının ilk günlərində 200 manat pulu onun kart hesabına yaşadığı ünvandan göndərmiş, bu minvalla Nurlan onun ümumilikdə 8500 manat pulunu ona sosial ev düzəltmək adı ilə ələ keçirib, onu aldatmışdır. Nurlanı, Şahid1 onların evində sosial evlərin düzəldilməsi ilə bağlı söhbət etdikdən sonra tanımış və bilavasitə sonuncunun vasitəsi ilə Nicatla tanış olmuşdur. Nicat da onu Nurlanla tanış etdikdən sonra birlikdə görüşüb söhbət edərkən ilkin 24.000 manat pul lazım olduğunu demiş, o həmin məbləğdə maddi imkanı olmadığına görə razı olmadığı üçün Nicat Nurlana onunla razılaşmasını və işini düzəltməsini xahiş etmiş və bu prosesdə iştirak etmişdir. Buna görə də şikayət ərizəsində həmin şəxslərin hər üçünün adlarını göstərmiş, lakin bilavasitə onun evlə bağlı danışığı bilavasitə Təqsirləndirilən şəxsla olmuş və 8500 manat pulun hamısını Təqsirləndirilən şəxs və sonuncunun kart hesabına ödəmiş, adlarını göstərdiyi digər şəxslərlə onun ödəyəcəyi pulla bağlı razılaşması olmamış və onlara hər hansı miqdarda pul ödəməmişdir. Hal-hazırda ona vurulmuş zərər ödənilməmişdir, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmamışdır. Ona dəymiş ziyan 8500 manat ödənilməyib, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayında kirayə yaşadığı üçün ipoteka ilə ev almaq istəmişdir. Bu barədə qohumu Mübarizin də məlumatı olmuşdur. Həmin ərəfədə Mübariz anası Gülnarə ilə əlaqə saxlayıb demişdir ki, "sosial təminat üçün nəzərdə tutulan evləri ipoteka ilə almağa kömək edəcək adam var, istəsəniz tanış edim sizdə maraqlanın". 2022-ci ilin aprel ayının sonunda Mübarizin tanış etməsi əsasında Bakı şəhəri, Yasamal rayonu ərazisində öz avtomobilində Nurlanla görüşmüşdür. Nurlanla görüş zaman maşında arxa sərnişin oturacağında bacısı Əfsanə əyləşmiş və söhbətlərə şahid olmuşdur. Nurlan avtomobildə olan zaman demişdir ki, " mən qaçqınların sosial evlə təmin edilməsi işi ilə bağlı komitənin işçisiyəm. Həmin komitədə mənim qohumlarım yüksək vəzifədə işləyirlər". Nurlan internet vasitəsi ilə "Qobu-Park" yaşayış kompleksində sosial təminat üçün nəzərdə tutulan tikilini göstərib həmin kompleksdə 3 otaqlı evi 60.000 (altmış min) manata ala biləcəyini bunun üçün ilkin ödəniş olaraq 13.000 manat pul lazım olduğunu bildirmişdir. O, Nuralan biraz fikirləşib sonra qərarını bildirəcəyini demiş və sağollaşmışlar. Təxminən bir həftə sonra Nurlan ona zəng edib nə qərar verdiyini soruşduqda, Nurlana demişdir ki " mən razılaşıram lakin gəl bizim evə anam da səninlə söhbət etsin soruşsun sonra razılaşaq". 2022-ci ilin may ayının əvvəllərində Nurlan, Mübariz ilə birlikdə yaşadığı Xətai rayonunda yerləşən evinə gəlmiş və onlar məsələ ilə bağlı söhbət edib şərtləri dəqiqləşdirib Nurlanla razılaşmışlar. Təxminən may ayının ortalarında Nurlan onunla əlaqə saxlayıb ev ilə bağlı sənədlərin hazırlanması üçün 300 manat pul ödəməli olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə Nurlan onun telefonuna "xxxx" ASC-yə məxsus 5103- 0715-0178-5683 hesab nömrəli bank kartının şəklini göndərmiş və həmin karta 300 manat pul göndərməyini tələb etmişdir. O, həmin gün saat 11:28-də yaşadığı evin yaxınlığında ünvan 9 ünvanda yerləşən "Bazarstore" mağazasındakı ödəmə terminalı vasitəsi ilə Nurlanın bildirdiyi kart hesabına 300 manat pul göndərmişdir. Sonradan Nurlanla mütəmadi olaraq əlaqə saxlayıb məsələnin hansı mərhələdə olmasını soruşmuşdur. Nurlan ondan pul istədikdə o, demişdir ki, "hazırda 8.000 (səkkiz min) manat pulum var çatmayan məbləği bir qədər vaxt ver düzəldim". Nurlan ona 8.000 manat verməyini həmin pulun qarşılığında məsələni həll etməyə çalışacağını demişdir. 2022-ci ilin may ayının 26da Nurlanla Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 2 saylı Asan xidmətdə görüşmüş və pulu verməyinə dair müqavilə bağlayıb 8.000 manatı Nurlana vermişdir. Həmin vaxt bacısı Əfsanə də yanında olmuşdur. Nurlan pulu aldıqdan sonra ona demişdir ki, "narahat olma evi həll edəcəm". Lakin, Nurlan 2022-ci ilin iyun ayının əvvəllərində ona zəng edib məsələni 8.000 manata həll edə bilməyəcəyini, bunun üçün əlavə 5.000 manat pul verməli olduğunu bildirmişdir. O, Nurlana bir neçə gün vaxt verməsini həmin pulu borc olaraq yaxınlarından toparlayacağını demişdir. İyun ayının ortalarında Nurlan zəng edib 5.000 manatı təcili vermək lazım olduğunu demişdir. Həmin vaxt evdə olmadığından anası Gülnarə ilə əlaqə saxlamış və Nurlana 5.000 manatı vermək lazım olduğunu, bunun üçün evə gələcəyini, pulu verən zaman videoqeydiyyat aparmaqla vermələrini demişdir. Həmin gün Nurlan onun yaşadığı Xətai rayonu ərazisində yerləşən evə getmiş və bacısı Əfsanənin videoqeydiyyata alması və bunu Nurlana bildirməsi əsasında Nurlana anası Gülnarə 5.000 manat pulu vermişdir. Bundan sonra Nurlanla mütəmadi əlaqə saxlamış və Nurlan ona demişdir ki "iyul ayının 15-də ev hazır olacaq". Lakin, sonradan Nurlan verdiyi vədə əməl etməmiş və hazırki vaxtadək müxtəlif bəhanələrlə onu aldadıb pulunu geri qaytarmır. Hadisə nəticəsində ona 13.300 (on üç min üç yüz) manat maddi ziyan dəymişdir. Nurlana notarius vasitəsi ilə verdiyi pula dair müqaviləni, eyni zamanda 5.000 manat verilməsinə dair videogörüntü də var. Ona dəəyən zərər ödənilməmişdir, şikayətçidir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Rabitə kollecinin yataqxanasında uşaqları ilə birlikdə yaşayır. Aynur Əliyeva ilə yataqxanada qonşu olmuş, təxminən 3 il əvvəl ad günü qabağı saç qaynağı etmək istəmişdir. Bu səbəbdən də Aynurla söhbət əsnasında sonuncu ona bildirmişdir ki, onun əmisi qızı Kəmalə (Mübarizin arvadı) adlı xanım evində saç qaynağı edir. O da xahiş etmişdir ki, onu da həmin evə aparsın. Onlar Abşeron rayonu Xırdalan şəhərinə Kəmalənin evinə gəlmiş, orada söhbət əsnasında Aynur öz əmisi qızı Kəmaləyə demişdir ki, "Nə vaxta qədər kirayələrdə yaşayacaqsınız? Bir tanışım var, Nicat, yaxşı yerdə işləyir, onun tanışı var və həmin şəxs sosial ev düzəldir, ipotekaya sosial ev götür" Bundan sonra onun yanında Aynur Nicata zəng etmiş, o, həmin vaxtı Nicatı tanımamışdır. Aynurla Nicatı mən tanış etməmişəm Mətanət (bacısı qızı) tanış edib. Bütün bu vaxtlarda heç vaxt eşitməmiş, nədə görməmiş ki, Nicat kiməsə ev düzəltməklə bağlı söz danışsın. Nicatı Mübarizlə o deyil, Mübarizin öz qohumu Aynur tanış etmiş, həmin zamanlarda Nicatı tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Onunla Bakı şəhəri, Yasamal rayonunda yaşayarkən qonşu olmuş, sonuncunu tanısa da, aralarında dostluq münasibəti olmamışdır. Sadəcə olaraq bir-birlərini gördükdə uzaqdan salamlaşmışlar. Təxminən 2022-ci ilin fevral ayında mobil nömrəsinə əvvəllər tanımadığı sonradan adının Mübariz olduğunu bildiyi şəxs zəng edərək Nurlanın mobil nömrəsini ondan istəmişdir. O da Nurlanın nömrəsini həmin şəxsə vermiş, səhəri gün Nurlan ona zəng edib «Qobu Park 3»də yerləşən çayxanaya dəvət etmişdir. O da sonuncunun dəvətini qəbul edib, saat təxminən 21 radələrində Nurlanın dediyi çayxanaya getmişdir. O, həmin əraziyə çatdıqda Nurlanın bir nəfər tanımadığı şəxslə oturub söhbət etdiyini görmüş və onlara yaxınlaşıb salamlaşmışdır. Sonradan məlum olmuşdur ki, Nurlanın yanında əyləşən şəxs, bir gün öncə ondan Nurlanın nömrəsini istəyən şəxsdir. Onunla tanış olduqda həmin şəxsin adının Mübariz olmasını bilmişdir. Onların söhbətlərindən belə başa düşmüşdür ki, mövzu sosial evlərin düzəldilməsindən gedir. Həmin mövzu ona maraqlı olmadığından biraz oturub onlarla sağollaşıb evinə getmişdir. Bundan sonra Nurlanı görməmiş, bir neçə ay sonra isə həmin Mübariz adlı şəxs ona yenidən zəng edərək Nurlandan gileylənməyə başlamış, bildirmişdir ki, Nurlan onu aldadıb pulunu ələ keçirmişdir. Mübariz, Nurlana zəng etdiyini, lakin əlaqə yarada bilmədiyi üçün ondan xahiş etmişdir ki, Nurlanla danışsın. O da Nurlanla bu barədə danışıb ona öz iradını bildirmiş ki, camaatın pulunu versin. Nurlan da ona demişdir ki, yaxın vaxtlarda Mübarizdən aldığı pulları qaytaracaqdır. Bundan sonra 2023-cü ildə Abşeron rayon polis İdarəsinə dəvət edilmiş, orada ona məlum olmuşdur ki, Nurlanın Mübarizə qarşı etdiyi hərəkətə görə Mübariz onun və Nərminin adını da şikayət ərizəsində göstərmişdir. Göstərmişdir ki, Mübarizin nə səbəbdən onların adını yazmasının səbəbini bilmir. Nə o, nə də Nərmin Mübarizi tanımamış, Nurlanın Mübarizə etdiyi vədlərdən və bu məqsədlə sonuncunu aldadıb pulunu ələ keçirməsindən xəbərsiz olmuş, Şahid1 ilə 2022-ci ilin mart ayının səkkizində təsadüf nəticəsində restoranda tanış olmuş, bundan sonra aralarında münasibətləri yaranmış, Mübarizin öz ərizə və izahatında onun mobil nömrəsini Şahid1 alması barədə göstərdikləri yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun oğludur. Uzun müddət kirayə yaşadıqları üçün 2022-ci ilin aprel ayında Elşən ipoteka ilə ev almaq istəmiş və bu məqsədlə Nurlan adlı şəxslə tanış olmuş və Nurlan ona "Qobu Park" yaşayış kompleksindəki sosial təminatlı mənzillərdən üç otaqlı olanı ipoteka yolu ilə almaqda köməklik edəcəyini bildirmişdir. İlk dəfə 2022-ci ilin aprel ayının sonunda oğlu Elşən, bacısı Əfsanə ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində Elşənin idarə etdiyi avtomobildə Nurlanla görüşmüş, həmin vaxt Nurlan, Elşənə qaçqınların sosial evlə təmin edilməsi ilə bağlı komitənin işçisi olduğunu və həmin komitədə qohumlarının yüksək vəzifədə olmasını bildirmişdir. Həmin gün Əfsanə ilə Elşən yaşadığı evə gəldikdə Nurlanın söhbət zamanı mobil telefonundan internet vasitəsi ilə "Qobu-Park" yaşayış kompleksində inşa edilmiş evləri göstərməsini və Elşənə üç otaqlı evi ümumilikdə 60.000 manata ipoteka yolu ilə almasına köməklik edəcəyini bildirməsini demişlər. Elşən, Nurlana bir neçə gün bu barədə düşünüb qərarını bildirəcəyini deməsini bildirmişdir. Sonradan Elşən, Nurlanla razılaşmışdır. 2022-ci ilin may ayının 26-da qızı Əfsanə və oğlu Elşən, 8 Noyabr prospektində olan Asan xidmət mərkəzinə gedib, orada Nurlanla görüşüb evin ilkin ödənişi üçün müqavilə üzrə Təqsirləndirilən şəxs 8.000 manat pul vermişlər. Bundan sonra 2022-ci ilin iyun ayında evdə olan zaman, Elşən əlaqə saxlayıb Nurlana təcili pul verilməli olduğunu bunun üçün Nurlanın evə gələcəyini özünün işdə olması səbəbindən gələ bilməyəcəyini demişdir. Həmin gün o yaşadığı evdə 5.000 manat pulu Nurlana videoqeydiyyat apararaq vermiş və Nurlan pulu sayıb qəbul etmişdir. Nurlan ona işin həllini tapacağını, evi qısa zamanda alacaqlarını demişdir. Sonradan Nurlan verdiyi vədə əməl etməmiş və Elşəni aldadıb pulunu ələ keçirdiyi üçün Elşən bu barədə polisə müraciət etmişdir. Sonra atası ilə üzrxahlığa gəlmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 qardaşıdır. Elşən uzun müddət kirayə yaşadığından 2022-ci ilin aprel ayında "Nurlan" adlı şəxslə tanışlıq əsnasında danışmış və Nurlan "Qobu-Park" yaşayış kompleksindəki sosial təminatlı mənzillərdən üç otaqlı olanı ipoteka yolu ilə almaqda köməklik edəcəyini bildirmişdir. Belə ki, ilk dəfə 2022-ci ilin aprel ayının sonlarında qardaşı Elşənlə birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində Elşənin idarə etdiyi avtomobildə Nurlanla görüşmüşlər. O avtomobildə arxa sərnişin oturacağında əyləşmiş və danışıqlara şahid olmuşdur. Nurlan, Elşənə qaçqınların sosial evlə təmin edilməsi ilə bağlı komitənin işçisi olduğunu və həmin komitədə qohumlarının yüksək vəzifədə olmasını demişdir. Nurlan mobil telefonundan internet vasitəsi ilə Qobu Park yaşayış kompleksində inşa edilmiş evləri göstərmiş və Elşənə üç otaqlı evi ümumilikdə 60.000 manata ipoteka yolu ilə almasına köməklik edəcəyini bildirmişdir. Elşən, Nurlana bir neçə gün bu barədə düşünüb qərarını bildirəcəyini demiş və bundan sonra onlar sağollaşmışlar. Sonradan ailədaxili danışıqlar zamanı bilmişdir ki, Elşən, Nurlanla razılaşmışdır. 2022-ci ilin may ayının 26-da qardaşı ilə şəhər mərkəzi istiqamətində gedərkən Elşən, 8 Noyabr prospektində olan Asan xidmət mərkəzinə getməli olduğunu, orada Nurlanla görüşüb evin ilkin ödənişi üçün pul verəcəyini demişdir. O, Elşənlə birlikdə Asan xidmətə getmiş və orada Nurlanla görüşmüş, Elşən müqavilə üzrə Təqsirləndirilən şəxs 8.000 manat pul vermişdir. Bundan sonra 2022ci ilin iyun ayında anası Gülnarə, Elşənin bildirməsi üzrə Nurlana yaşadıqları evdə 5.000 manat pul verərkən orada olmuşdur. Həmin vaxt Nurlan pulu videoqeydiyyat aparmağını bilərək sayıb qəbul etmişdir. Sonradan Nurlanın verdiyi vədə əməl etmədiyini və Elşəni aldadıb pulunu ələ keçirməsini Elşənin bu barədə polisə müraciət etməsini bilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 fevral 2024-cü il tarixli cinayət işi başlamaq və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. ( i.v. 1) 31 avqust 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilmişdir.(i.v 12-14) 07 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında Xətai RPİ-nin 34-cü PŞ-də toplanmış HK-1/1962 nömrəli materiallar üzrə cinayət işi başlanması rədd edilməsi barədə təhqiqatçı, polis mayoru Asiman İmaməlinin xx.xx.2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir.; (i.v. 20-21) 19 fevral 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nın 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət icraata qəbul edilmişdir.(i.v.25) 20 fevral 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki,Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.27) 20 fevral 2024-cü il tarixli götürülmə aparılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs ona bildirdiyi kart hesabına pul köçürməsinə dair qəbz, 2 saylı Bakı "ASAN xidmət" mərkəzinin notariat ofisinin kredit müqaviləsinin sürəti, anası Şahid3 vasitəsi ilə verilmiş 5.000 (beş min) manat pulun Təqsirləndirilən şəxs tərəfindən qəbul edilməsinə dair videoqeydiyyatın köçürüldüyü 01 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs2 götürülmüşdür. (i.v.36-37) 26 may 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Borc verən borc alana 8000 manat (səkkiz min) məbləğində pul borc vermiş, borc alan krediti xx.xx.2022 tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişdirlər.(i.v. 39) 13 mart 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 tərəfindən verilən məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, Ağdam rayonu, Sarıhacılı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır.(i.v.56) 03 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində seçilmiş həb qətimkan tədbiri nəzərə alınmışdır.(i.v.74-75) 03 aprel 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə baxışı zamanı diskə baxışdan müəyyən edilir ki, Diskə baxış zamanı diskin içərisində 01 ədəd "mp4" formatlı video görüntü müəyyənləşdirilmişdir. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 10 ünvanın İçərisində anası Şahid3 və Təqsirləndirilən şəxs masanın kənarında üzbəüz olaraq əyləşmişdirlər. X6 kömək məcburiyyətində qalması, bunun üçün uzun illərdir əziyyət çəkməsi barədə bildirdikdən sonra ümumilikdə 5.000 (beş min) manat pulu Təqsirləndirilən şəxs təqdim edir. Bu zaman kənardan bir nəfər şəxs videoqeydiyyat aparır. Təqsirləndirilən şəxs videoçəkilişin aparılmasından xəbərdardır və hər bir 100 manatlıq milli pul əskinazı olmaqla 50 ədəd 100 manatlıq əskinazı yəni ümumilikdə 5.000 manat pulu Gülnarədən alıb sayır və yekunda videoçəkilişə tərəf üzünü çevirib pulu qəbul etdiyini təsdiqləyir. Danışıq zamanı Gülnarə əvvəlcədən 8.000 manat pulunda verilməsini Nurlana xatırladır və Nurlan bunu təsdiqləyərək həmin pulu qəbul etməsinə dair sənədin mövcud olmasını demiş, Təqsirləndirilən şəxs videogörüntüdəki şəxsin özü olmasını etiraf etmiş, Həmin ünvana Zərərçəkmiş şəxs2 bildirməsinə əsasən getdiyini, qadının Zərərçəkmiş şəxs2 anası Gülnarə olduğunu, videoçəkilişi aparan şəxsin Elşənin bacısı olduğunu deyib Gülnarədən 5.000 manat pulu alıb sayaraq qəbul etməsini, əslində onlara verdiyi vədə əməl etmədiyini, sadəcə bəhanə ilə pulu ələ keçirmək niyyətində olduğunu bildirmişdir.(i.v.88) 16 aprel 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir.(i.v.90-91) 16 aprel 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Birləşdirilmiş cinayət işi ********* nömrəsi altında istintaq edilmişdir.(i.v.93-94) 18 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması barədə qərardan görünür ki, Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Rəşad Cəfərov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 maddəsi ilə ********* nömrəli cinayət işi başlaılmışdır. (i.v. 98-99) 21 noyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilmişdir.(i.v 117-122) 24 yanvar 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir.(i.v.126) 29 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.134-135) 29 yanvar 2024-cü il tarixli cinayət törətməkdə şüphə edilən şəxsin tutulması haqqında qərardan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, Ağdam rayonu, Sarıhacılı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, bina 31, mənzil 7-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şüphəli şəxs qismində tutulmuşdur.(i.v.153-154) 31 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur.(i.v.173-174) Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 4(012)-107/2024 №-li qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddəti 02 ay 25 gün müddətinə müəyyən edilmiş və həbsdə saxlanma müddətinin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmışdır.(i.v.192-196) Xətai Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 4(011)-290/2024 №-li qərarından görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, Ağdam rayonu, Sarıhacılı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, bina 31, mənzil 7də yaşayan, Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti istintaq müddətinin sonuna qədər,yəni 15 may 2024-cü il tarixədək uzadılmışdır.(i.v 238-243) 16 aprel 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. 18 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. 09 mart 2024-cü il tarixli DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir.(i.v. 43-44) Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 20 noyabr 2016-cı il təvəllüdlü X2, 20 noyabr 2016-cı il təvəllüdlü X5 və 10 dekabr 2015-ci il təvəllüdlü X1 Nurlan Yamən oğlunun himayəsindədirlər.(i.v.237) Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri ilə və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə həmçinin hesab edir ki, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk və ödəniş qəbzi cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saat iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – bir ədəd disk və ödəniş qəbzi cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-292/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-292/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver