Məhkəmə qərarları › İş №1(011)-292/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-292/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-292/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Yeniyol kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Babək rayonu, Məmmədrza Dizə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0.410 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitə ilə psixotrop maddənin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən 15 mart 2025-ci il tarixdə saat 16:09-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanında piyada hərəkətdə olan zaman saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə təmiz çəkisi 0,410 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, uzun müddətdir narkotik vasitələri müxtəlif ünvanlarda tanımadığı şəxslərdən alıb istifadə etmişdir. 15 mart 2025-ci il tarixdə Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı anket məlumatını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 40 manata “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini alıb üzərində saxlamışdır. 15 mart 2025-ci il tarixdə saat 16:09-da Xətai rayonu, G.Mehmandarov küçəsi 100 ünvanında piyada hərəkətdə olduğu zaman mülki geyimli üç nəfər şəxs telefonla videoçəkiliş edərək onu saxlayıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində şübhəli olduğunu bildirib üzərində olan əşyaları təqdim etməsini bildirdikdə əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olan bir ədəd siqaretin gümüşü kağız bükümünü çıxarıb təqdim edərək tanımadığı şəxsdən Xətai rayonu, NZS qəsəbəsində 40 manata almasını bildirmişdir. Təqdim edilən büküm elektron tərəzidə çəkildikdə 0,57 qram olması müəyyən edilib qablaşdırılıb möhürlənib üzəri imzalanmışdır. Bundan başqa əynindəki şalvarın sağ arxa cibindən 60 manat pulu çıxardıb təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirildikdə qeyd olunanlardan başqa heç bir əşya aşkar edilməmişdir. Videoçəkilişin davamı olaraq onu dəvət edərək üzərindən aşkar edilmiş əşya ilə birlikdə Xətai RPİ-nin 35-ci PB-nə gətirib xidməti otaqların birində təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı tərəfindən üzərindən aşkar edilərək qablaşdırılmış bükümə və üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Daha sonra üzərindən aşkar edilmiş büküm yenidən həmin zərfdə qablaşdırılmış və üzərindən aşkar edilmiş 60 manat pul özünə qaytarılmışdır. Videoçəkiliş bitdikdən sonra hüquqlarını müdafiə etməsi üçün polis şöbəsinə dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunub Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PBnin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində bildirmişdir ki, Naxçıvan MR, ünvan 3 ünvanında yaşayan vətəndaş X2 qanunsuz olaraq dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatla əlaqədar 15 mart 2025-ci il tarixdə saat 16:09-da Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkilləri polis kapitanı Şahid1 Fərhat oğlu və polis leytenantı Şahid3 ilə birlikdə Xətai rayonu, G.Mehmandarov küçəsi 100 ünvanında piyada hərəkətdə olduğu zaman Tural İbrahimovu videoçəkilişlə saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etdikdən sonra sonuncu əynindəki qara rəngli şalvarının sağ arxa cibindən 60 manat pulu və şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızını çıxarıb təqdim edərək içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Təqdim olunan büküm elektron tərəzidə çəkildə 0.57 qram olması müəyyən edilərək bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalarla təsdiq edilmişdir. Videoçəkilişin davamı olaraq X12 RPİ-nin 35-ci PB-nə dəvət edərək gətirib üzərindən aşkar edilərək qablaşdırılmış büküm ilə birlikdə bölmənin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 təqdim etmişlər. X4 tərəfindən saxlanılan şəxs Tural İbrahimovun üzərindən aşkar edilərək qablaşdırılmış bükümə baxış keçirilərkən verilmiş suallara cavab olaraq sonuncu bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını və həmin bükümü şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. X4 tərəfindən həmin büküm yenidən kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalarla təsdiq edilmişdir. Təhqiqatçı tərəfindən Tural İbrahimovun üzərində şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD diskə keçirilən baxış zamanı verilmiş suallara cavab olaraq sonuncu heç bir etirazının və şikayətinin olmadığını bildirmişdir. X5 üzərindən aşkar edilmiş 60 manat pulu heç bir sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytararaq üzərindən aşkar edilmiş bükümün götürülməsini və videoçəkilişin yekunlaşmasını bildirmişdir. Videoçəkiliş bitdikdən sonra Tural İbrahimov polis bölməsinə hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulması haqqında protokol tərtib edilərək Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PBnin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində şahid qismində dindirilmiş Şahid2 göstərdiyi xüsusatlara uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Fərhat oğlu bildirmişdir ki, Naxçıvan MR, ünvan 3 ünvanında yaşayan vətəndaş X2 qanunsuz olaraq dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatla əlaqədar 15 mart 2025-ci il tarixdə saat 16:09-da Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkilləri polis kapitanı Şahid2 və polis leytenantı Şahid3 ilə birlikdə Xətai rayonu, G.Mehmandarov küçəsi 100 ünvanında piyada hərəkətdə olduğu zaman Tural İbrahimovu videoçəkilişlə saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etdikdən sonra sonuncu əynindəki qara rəngli şalvarının sağ arxa cibindən 60 manat pulu və şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızını çıxarıb təqdim edərək içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Təqdim olunan büküm elektron tərəzidə çəkildə 0.57 qram olması müəyyən edilərək bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalarla təsdiq edilmişdir. Videoçəkilişin davamı olaraq X12 RPİ-nin 35-ci PB-nə dəvət edərək gətirib üzərindən aşkar edilərək qablaşdırılmış büküm ilə birlikdə bölmənin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 təqdim etmişlər. X4 tərəfindən saxlanılan şəxs Tural İbrahimovun üzərindən aşkar edilərək qablaşdırılmış bükümə baxış keçirilərkən verilmiş suallara cavab olaraq sonuncu bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını və həmin bükümü şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. X4 tərəfindən həmin büküm yenidən kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalarla təsdiq edilmişdir. Təhqiqatçı tərəfindən Tural İbrahimovun üzərində şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD diskə keçirilən baxış zamanı verilmiş suallara cavab olaraq sonuncu heç bir etirazının və şikayətinin olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən Tural İbrahimovun üzərindən aşkar edilmiş 60 manat pul heç bir sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytararaq üzərindən aşkar edilmiş bükümün götürülməsini və videoçəkilişin yekunlaşmasını bildirmişdir. Videoçəkiliş bitdikdən sonra Tural İbrahimov polis bölməsinə hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulması haqqında protokol tərtib edilərək Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 15 mart 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ arxa cibindən 60 manat pulu və şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə olan metamtetaminə bənzər kütləni təqdim etmişdir. Daha sonra onun üzərinə baxış keçirilmiş və qanunla qadağan olunan maddə və ya əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı X6 təqdim etdiyi bükümün içərisindəkinin “patı” olduğunu, həmin maddəni öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra X2 təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,57 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə qablaşdırılmış, həmin qablaşdırmanın üzəri saxlanılan şəxs və tərəflərindən imzalanaraq götürülmüşdür. Üstünü yoxlama ünvan 2 ünvanında keçirilmişdir (i.v. 10-12); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd zərfə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd zərfdə siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin zərf yenidən qablaşdırılıb möhürlənmişdir. 60 manat pul əhəmiyyət kəsb etmədiyindən T.İbrahimova qaytarılmışdır. Həmçinin 1 ədəd diskə baxış keçirilərkən ondan psixotrop maddə olan metamfetaminə bənzər kütlənin götürülməsi öz təsdini tapır və T.İbrahimov həmin maddənin patı olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirir (i.v. 18-20); şübhəli şəxsin tutulması haqqında 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:09-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 29-30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/1123/2025 nömrəli, 16 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №154”-li dairəvi möhür əksi “Tural İbrahimovun üzərindən götürülmüş maddi sübut Tural İbrahimov (imza)” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.410 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 43-46); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 56-57); “CD-R” disklərə baxış keçirilməsi haqqında 17 mart 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 81-82); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 17 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilərək saxlandığı Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 89-90); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 94-96); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, İbrahmov X7 MR Ali Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1, 333.1 və 333.6-cı maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq olunmaqla 03 il 11 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Naxçıvan MR Hərbi Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 304.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsi tətbiq olunmaqla 06 il 05 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 102-103); Babək rayon İcra Hakimiyyəti başçısının Məmmədrza Dizə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 106); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin xx.xx.2025-ci il tarixli, 1681 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 139-140); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 xx.xx.2025-ci il tarixli, 909 nömrəli kompleks ambulator məhkəmə-psixitarik və psixoloji ekspertizasının rəyindən görünür ki, X6 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, X3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X6 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. X6, hazırki psixi vəziyyətinə görə hazırda ifadə vermək və onu baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. X2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. X2 məcburi müalicəyə ehtiyacı yoxdur. X2 əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar edilmir. Hövsələsizlik, laqeydlik, məsuliyyətsizlik, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmir. X6 baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. X6 cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. X6 törətdiyi əməl zamanı şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (i.v. 141-144); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 10 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0.410 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.360 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2- 6/1123/2025 nömrəli, 16 mart 2025-ci il tarixli, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 909 nömrəli və məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1895 nömrəli rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, 02 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v. 158-163). Məhkəmə iclasında birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ arxa cibindən 60 manat pulu və şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə olan metamtetaminə bənzər kütləni çıxarıb təqdim edir. Daha sonra onun üzərinə baxış keçirilir və qanunla qadağan olunan maddə və ya əşya aşkar olunmur. Şifahi sorğu zamanı X6 təqdim etdiyi bükümün içərisindəkinin “patı” olduğunu, həmin maddəni öz istifadəsi üçün aldığını bildirir. Bundan sonra X2 təqdim etdiyi büküm elektron tərəzidə çəkilir və çəkisinin 0,57 qram olması müəyyən edilir. Məhkəmə iclasında ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, təqdim olunan 01 ədəd zərfə baxış keçirilir. Baxış zamanı 01 ədəd zərfdə siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunur. Sonra həmin zərf yenidən qablaşdırılıb möhürlənir. Həmçinin 1 ədəd diskə baxış keçirilərkən ondan psixotrop maddə olan metamfetaminə bənzər kütlənin götütülməsi öz təsdini tapır və T.İbrahimov həmin maddənin patı olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.410 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2002-ci il tarixli və Naxçıvan MR Hərbi Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmləri üzrə olan məhkumluqları Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənildiklərindən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminnın miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 15 mart 2025-ci il tarixdən 17 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.410 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.360 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “CD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdən 17 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.410 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.360 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar