Məhkəmə qərarları › İş №1(011)-293/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-293/2020

05.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-293/2020 05.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs3, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-ci il tarixdə Səlyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzaibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 180.2.2-ci maddələri ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, özgənin əmlakını gizli olaraq oğurlamaq qərarına gəlib xx xxxxxx 2020-ci il tarixdə saat 05:00 radələrində Bakı şəhəri Xətai rayonu R. Əliyev küçəsi 9 saylı binanın həyətində saxlanılmış Zərərçəkmiş şəxs2 etibarnamə ilə idarə etdiyi Mercedes Benz C 200 minik markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsinin daşla vurub sındırmaqla avtomobilin içərisindən 200 (iki yüz) manat dəyərində bir ədəd «Pioneer» markalı maqnitafonu gizli talayaraq oğurlamışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq oğurlamaq qərarına gəlib xx xxxxxx 2020-ci il tarixdə saat 05:20 radələrində Bakı şəhəri Xətai rayonu A.Cəlilov küçəsi 12 saylı binanın həyətində saxlanılmış Zərərçəkmiş şəxs3 etibarnamə ilə idarə etdiyi Mercedes Benz minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan qabaq qapısının şüşəsinin daşla vurub sındırmaqla avtomobilin salonundan 200 (iki yüz) manat dəyərində markası istintaqa məlum olmayan bir ədəd maqnitafonu gizli talayaraq oğurlamışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq oğurlamaq qərarına gəlib xx xxxxxx 2020-ci il tarixdə saat 05:30 radələrində Bakı şəhəri Xətai rayonu Nobel prospekti 7 ünvanda yerləşən binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus «Nisan Qashqai» minik markalı ** SZ *** dövlət nömrə nişanlı avtomoilin qabaq sağ qapısının şüşəsini daşla vurub sındırılmaqla avtomobilin salonunda sağ qabaq sərnişin oturacağının qarşısındakı əşya qutusundan bir ədəd «Chloe» markalı ətir, 03 ədəd musiqi diskləri ümilikdə 160 manat dəyərində əmlakı gizli talayaraq oğurlamışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını açıq talamaq qərarına gəlib bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə saat 05.50 radələrində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 9 saylı binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus VAZ-21214 minik markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini daş parçası ilə vurub sındıraraq avtomobilin salonuna qanunsuz daxil olmuş, salondan Zərərçəkmiş şəxs1 məxsus 600 manat dəyərində 1 (bir ) ədəd «Joyinq» markalı monitorla birlikdə olan videomaqnetofonu, 100 manat dəyərində videoreqistratoru və 200 manat dəyrində salonadakı plastik panelini götürərkən avtomobildə qaçırma əleyhinə quraşdırılmış sistemin işə düşmə səsini eşidib yaşadığı binanın pəncərəsindən əmlakının talan olunmasının qarşısını almaqdan ötrü qışqıraraq əmlakının talan etməməsini tələb etdikdə, Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirməklə avtomobilin salonundan götürdüyü qeyd olunan əşyaları açıq talayıb hadisə yerindən qaçıb uzaqlaşaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 900 (doqquz) manat dəyərində özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər məhkum olunmuş, cinayət törətdiyi müddətdə 9 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. xx xxxxxx 2020-ci ildə cəza çəkdiyi müəssisədən icazə alaraq şəhərə gəlmiş, pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Gecə satlarında Xətai rayonu Zərərçəkmiş şəxs2 küçəsi 9 saylı binanın qarşısına gəlib orada binanın qarşısında saxlanılmış Mercedes Benz minik markalı **-NH-*** dövlət qeydiyyat nişanlı gümüşü metalik rəngində olan avtomobilin qabaq sağ yan şüşəsini daşla vurub sındırmış və həmin avtomobilin içərisindən bir ədəd «Pioneer» markalı maqnitafonu oğurlayıb oradan uzaqlaşmışdır. Sonra Bakı şəhəri Xətai rayonu A.Cəlilov küçəsində 12 saylı binanın həyətinə gəlmiş orada binanın həyətində saxlanılmış Mercedes Benz minik markalı avtomobilin sağ yan qabaq qapısının şüşəsini sındırmaqla avtomobilin salonundan bir ədəd markasını xatırlamadığı maqnitafonu oğurlayıb çıxıb getmişdir. Sonra Xətai rayonu Nobel prospekti 7 saylı binanın qarşısına gəlib binanın qarşısında saxlanılmış Nissan Qaşhqai minik markalı avtomobilin sağ qapısının şüşəsini sınldırmaqla avtomobilin salonundakı əşya qutusundan üç ədəd musiqi diskisini, bir ədəd ətir oğurlayıb oradan uzaqlaşmışdır. Daha sonra saat 5.45 radələrində Bakı şəhəri Xətai rayonu Nobel prospektində binanın həyətində tünd bənövşəyi rəngdə VAZ-21214 markalı avtomobilin qabaq sağ qapısının şüşəsini daşla vurub sındırmış, avtomobilin sınıq pəncərəsindən içərisinə girib avtomobilin salonunda olan markası ona məlum olmayan monitor ilə birlikdə videomaqntofonu, videoreqistratoru və videomaqnetofon bərkidilmiş plastik paneli oğurlayıb çıxıb getmişdir. VAZ-21214 markalı avtomobildən oğurluq edən onu heç kim görməmiş, heç kimi onu çağırmamış, bu barədə səs belə eşitməmişdir. Dəfələrlə izahat və ifadələrində avtomobilin sahibinin səsini eşitmədiyini və onu görmədiyini bildirsə də, müstəntiq buna məhəl qoymamış, əməlini CMnin 180.2.2-ci maddəsi ilə tövsif etmişdir. Bir daha qeyd edir ki, özünü CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilmir, oğurluq edən zaman onu heç kim görməmiş, heç kimi onu çağırmamışdır. Oğurluq əməllərindən səmimi peşman olmuşdur, hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilmişdir və zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə VAZ-21214 minik markalı 90- FZ- 005 dövlət nömrə nişanlı avtomobili xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 01.30 radələrində yaşadığı binanın qarşısında saxlayaraq binanın 5-ci mərtəbəsində yerləşən mənzilinə qalxmışdır. Avtomobilinə siqnalizasiya quraşdırmış, avtomobilin təkərinə və digər hissələrinə toxunduqda siqnalizasiya işə düşmüşdür. Əvvəllər də bir neçə dəfə gecə avtomobilinin siqnalizasiyası işə düşmüş, həyətə düşüb yoxlamış, hər hansı neqativ halla raslaşmamışdır. xx xxxxxx 2020-ci il tarixdə gecə saat 05:50 radələrində avtomobilinin siqnalizasiyası işə düşmüş, mənzilinin pəncərəsindən binanın həyətinə baxmış, diqqətini çəkən bir şey olmamış, rahat olmaq üçün həyətə düşmüş, avtomobilə baxdıqda avtomobilin qabaq sağ qapısının şüşəsinin sındırıldığını, avtomobilin salonundan videoreqistratorun, «Joyinq» markalı videomaqnetofonun monitoru ilə birlikdə olmadığını görmüşdür. Hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, sonra polis şöbəsində ərizə yazmışdır. Ona ümumilikdə 950 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsi müstəntiq tərəfindən çap üsulu ilə yazılmış, həmin ifadəni oxumadan imza etmiş, ona görə də həmin ifadədə demədiyi sözlər yazılmışdır. Bir daha qeyd edir ki, o, oğurluq hadisəsini və həmin hadisəni törədən şəxsi görməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Mercedes Benz minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində işdən çıxıb avtomobillə yaşadığı Bakı şəhəri Xətai rayonu A.Cəlilov küçəsi 12 saylı binanın həyətinə gəlmiş və avtomobili binanın həyətində saxlayraq qapılarını bağlayıb yaşadığı 35 saylı mənzilinə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 10:00 radələrində yaşadığı mənzilindən çıxıb binanın həyətində saxlamış olduğu avtomobilə yaxınlaşanda avtomobilin sağ yan qabaq qapısının şüşəsinin sındırılmasını, avtomobilin salonundan 200 (iki yüz) manat dəyərində markasını xatırlamadığı maqnitafonun oğurlanmasını aşkar etmişdir. Avtomobilinin şüşəsinin yerinə bərpasına 110 (yüz on) manat pul xərcləmiş, ümumilikdə ona 310 manat miqdarında maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs4 həmin ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xətai rayonu Nobel prospekti 7 mənzil 34-də yaşayır. Özünə məxsus «Nisan Qashqai» minik markalı ** SZ *** dövlət nömrə nişanlı ağ rəngdə olan avtomobili xx xxxxxx 2019-cu il tarixdə yaşadığı binanın həyətində saxlayıb rayona getmişdir. Rayondan xx xxxxxx 2020-ci il tarixdə qayıtmış, avtomobil həmin yerdə sağ salamat vəziyyətdə olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 10-11 radələrində ona polisdən zəng edərək avtomobilinin şüşəsinin gecə sındırılmasını bildirmişlər. O, avtomobilinin yanına düşmüş və avtomobilin qabaq sağ qapısının şüşəsinin sındırılmış vəziyyətdə olmasını, avtomobilin salonunda sağ qabaq sərnişin oturacağının qarşısında olan əşya qutusundan «Chloe» markalı ətirin, 03 ədəd musiqi disklərinin oğurlandığını aşkar etmişdir. Bundan sonra Xətai RPİ-nin 37-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. «Chloe» markalı ətir qutusuz olmuş, içərisində olan ətir şəffaf rəngdə olmuş, yarsından çoxunu istifadə etmişdir. Ətrin istifadə olunmasını nəzərə alaraq dəyəri təxminən 50 manat, 02 ədəd original, yəni xaricdən gətirilmiş və 01 ədəd adi olan musiqi diskləri, original disklərin birində Robi Vilyams, birində isə Adel adlı ifaçının mahnıları olmuş, adi diskdə isə cürbəcür xarici mahnıları ifa edən şəxslərin mahnıları olmuşdur. Hər diskin üzərində həmin ifaçıların şəkilləri də olmuşdur. Orjinal disklərin hərəsinin dəyəri təxminən 50 manat, adi olan diskin dəyəri isə 10 manat, oğurlanmış əşyaların ümilikdə dəyəri 160 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayonu Zərərçəkmiş şəxs2 küçəsi ev 9, mənzil 32 ünvanında yaşayır. İdarə etdiyi Mercedes Benz C 200 minik markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Bakı şəhəri Xətai rayonu Zərərçəkmiş şəxs2 küçəsində 9 saylı binanın həyətində saxlayır. xx xxxxxx 2020- ci il tarixdə axşam təxminən 19:00 radələrində avtomobili yşadığı binanın həyətində saxlamış və evinə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 10:00 radələrində avtomobilə yaxınlaşanda avtomobilin sağ yan şüşəsinin naməlum şəxs tərəfindən sındırılmasını, avtomobilin içərisindən 200 (iki yüz) manat dəyərində «Pioneer» markalı maqnitafonun oğurlanmasını aşkar etmişdir Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 həmin ifadəsində göstərmişdir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı Məntəqə tipli Cəzaçəkmə müəssiəsinin rəisi vəzifəsində 2018-ci ilin iyun ayından xidmət edir. Müəssisə Quba rayonun Nügədi kəndində yerləşir. Məhkum olunmuş Təqsirləndirilən şəxs 5 saylı Cəzaəçkmə müəssiəsindən cəzasının çəkməyini davam etdirilməsi üçün xx xxxxxx 2019-cu il tarixdə onun xidmət etdiyi Müəssisəyə etap olunmuşdur. Məhkum olunmuş şəxslər müəssisədə normal şəraitdə saxlanılır. Təqsirləndirilən şəxs normal məhkum olmuş, müəssisə əməkdaşlarına qarşı özünü normal aparmış, tabesizlik və rejim tələblərinin pozulmasına yol verməmişdir. 2020ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs ərizəsinə əsasən ailəvi görüşə Bakı şəhərinə buraxılmışdır. Onun ərizəsinin dəqiq tarixini bilmir, surətini istintaqa göndərəcəkdir. Məhkum Təqsirləndirilən şəxs Bakı şəhərində 3 gündən artıq qaldıqda müəssisənin əməkdaşlar gəlib onu görüş keçirdiyi ünvanda yoxlamalı idilər. Yeni il bayramı ilə əlaqədar bayram günlərində əməkdaşlar gücləndirilmiş iş rejimində işlədiklərindən onu yoxlamışlar. Təqsirləndirilən şəxs Bakı şəhərində oğurluq hadisələri törətməsi barədə o, xx xxxxxx 2020-ci il tarixdə bilmişdir. Ondan qabaq məhkum Təqsirləndirilən şəxs oğurluq etməsini bilməmiş və xəbəri olmamışdır. Onun oğurluq edəcəyini bilsəydilər və ya hər hansı əməliyyat məlumatları olsaydı bunun qarşısını sözsüz ki, alacaqdılar, onun oğurluq etməsini gözləməmişlər. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 həmin ifadəsində göstərmişdir ki, ünvan 6, mənzil 7 ünvanda yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs ilə əvvəllər ünvan 6 ünvanda qonşu olmuş, Təqsirləndirilən şəxs orada kirayədə qalıb, sonra onlar ailəvi həmin məhəllədən köçmüşlər. O, sürücüdür, Opel Astra minik markalı 90 MF-796 dövlət qeydiyyat nömrəli avtomobili icarəyə götürüb günə 20 manat pul icarə haqqı verməklə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onların məhəlləsindən köçəndən sonra eşitmişdir ki, o, oğurluq etdiyinə görə tutulmuşdur və ona 4 il həbs vermişlər. Bir müddət həbsdə olandan sonra Təqsirləndirilən şəxs cəzasının qalan hissəsini 9 saylı Cəzaçəkmə müəssisəsində çəkirmişdir. 2020-ci ilin yanvar ayının 04-də o, yaşadığı məhəllədə avtoyumada avtomobili yuduzduran zaman Təqsirləndirilən şəxs ilə görüşüb söhbət etmiş, Emil ondan nə iş gördüyünü soruşmuş ona əvvəlki kimi taksi fəaliyyəti ilə məşğul olduğunu demişdir. Təqsirləndirilən şəxs onun mobil telefon nömrəsini götürmüş, axşam Meqafonun yanına aparmasını, orada qızla görüşünün olduğunu, həmin yerdə olan «Bizim marketin» yanında gözləyəcəyini, sonra da evinə aparacağını, ona 20 manat pul verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə razılaşandan sonra avtomobilini yuduzdurub taksi kimi dayandığı yerə məhəllədəki dayanacağa getmişdir. xx xxxxxx 2020-ci il tarixdə məhəllədə dayanacaqda avtomobillə dayanmış, gecə saatlarında tanışı və qonşusu Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng vurub Radio zavodun yanında olan «Bizim marketin» qarşısındakı dayanacaqda onu gözlədiyini, onu Xətaiyə Meqafonun yanına aparmasını demişdir. İdarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs dediyi yerə gedib onu dayanacaqdan götürmüş, o, tək olmuş, yanında heç kim olmamışdır. Emili Xətaidə olan Meqafonun yanına aparmış, orada Təqsirləndirilən şəxs avtomobildən düşmüş, o, isə onu orada gözləmiş, Emil ona dediyi kimi qızla görüşə getmişdir. Aradan təxminən 40-50 dəqiqə keçəndən sonra Təqsirləndirilən şəxs ona zəng vurub «AMAY» ticarət mərkəzi tərəfə keçməsini demiş, o, da idarə etdiyi avtomobillə «AMAY» ticarət mərkəzinə tərəf keçmişr, Təqsirləndirilən şəxs gəlmiş, avtomobilə oturub evlərinə aparmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs evlərinə aparanda yolda söhbət zamanı ondan qızla görüşüb-görüşməməyini soruşmuş, Emil ona qızın atası bildiyindən səs-küy düşdüyü üçün qızla görüşə bilmədiyini demişdir. O, Emili evlərinə kimi aparmış, avtomobilindən düşəndə pul verməmişdir. Aradan 2-3 gün keçəndən sonra onu Xətai RPİnin 37-ci Polis bölməsinə çağıraraq söhbət etmişlər. Ondan Təqsirləndirilən şəxs fotoşəkilini göstərib tanıyıb-tanımamağı soruşulmuş, Emilin qonşusu olduğunu demişdir. 37-ci Polis bölməsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadıb yalan demiş, həmin gecə qızla görüşə yox, oğurluğa getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.1-ci maddəsi ilə cinayət işinin başlanılmış və icraata qəbul edilmişdir (İ cild, i.v. 01); raportdan görünür ki, DİN-nin 102 xidmətindən daxil olmuş məlumatda X1 evinin qarşısında saxladığı Niva markalı avtomobilin şüşəsini sındırıb 600 manat dəyərində maqnitafonun oğurlandığı bildirilmişdir (İ cild, i.v. 05); X1 Xətai RPİ-nin 37-ci PŞ-nə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, X2 özünə məxsus Niva markalı avtomobili xx.xx.2020-ci il tarixdə saat 01:30da yaşadığı Xətai rayonu Nobel prospekti 9-da binanı həyətində saxladığını, xx.xx.2020-ci il tarixdə saat 05:50 radələrində avtomobilin qaçırılma əleyhinə siqnalının işə düşdüyünü, mənzilin pəncərəsindən baxarkən bir nəfər naməlum şəxsin avtomobildən düşərək qaçdığını gördüyünü, aşağı düşüb baxdıqda avtomobilinin sağ ön şüşəsinin sındırıldığını gördüyünü bildirmişdir (İ cild, i.v. 06); şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şöbhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v. 23); şübhəli şəxsin dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 01.2020-ci il tarixdə saat 05:45 radələrində Xətai rayonu Nobel prospekti 9 ünvanında Niva markalı avtomobili gördüyünü, daş parçası ilə avtomobilin sağ qapısının şüşəsini sındırdığını, avtomobildən audiomaqnitofonu və videoregistratoru götürüb qaçdığını, avtomobilin sahibinin səsini eşitmədiyini və onu görmədiyini bildirmişdir (İ cild, i.v. 31-32); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X2 zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 38); üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs X2 ilə üzləşərkən avtomobilin sahibinin səsini eşitmədiyini və onu görmədiyini bildirmişdir (İ cild, i.v. 43-44); əməlin tövsif olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CMnin 177.1-ci maddəsindən 180.1-ci maddəsinə tövsif edilmişdir (İ cild, i.v. 61-63); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (İ cild, i.v. 65-66); təqsirləndirilən şəxsin dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi zaman Niva markalı avtomobilin sahibinin səsini eşitmədiyini və onu görmədiyini bildirmişdir (İ cild, i.v. 73-74); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-17/2020 saylı qərarından görünür ki, CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v. 83- 85); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 177.2.4-cü maddəi ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə CM-nin 177.3.2, 29,180.2.2, 234.1, 228.4-cü maddələri ilə təqsirli bilinərək 06 il 04 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə cəzası 04 (dörd) il 10 (on) ay 29 (iyirmi doqquz) gün həddində müəyyən edilmişdir (İ cild, i.v. 91-92); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 108); Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 29,180.2.2, 234.1, 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 177.2.2-ci maddəsi ilə 04 il, CM-nin 29,180.2.2-ci maddəsi ilə 05 il, CMnin 234.1-ci maddəsi ilə 02 il, CM-nin 228.4-cü maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplama yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxxxxx 2015-ci il tarixdən xx xxx 2016-cı il tarixədək həbsdə saxlanıldığı 07 ay 01 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 06 il 04 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejmli cəzaçəkmə müəsissəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2016-cı il tarixdən hesablanmışdır (İ cild, i.v. 118-127); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş 04 il müddətə azadlıqdan məhrum etmə cəzası 03 il 06 ay həddində, CM-nin 29,180.2.2-ci maddəsi ilə təyin edilmiş 05 il müddətə azadlıqdan məhrum etmə cəzası 04 il 06 ay həddində müəyyən edilmiş, CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 228.4-cü maddəsi ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.2-ci maddəsinə əsasən hazırkı qərarla CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 29,180.2.2-ci maddəsi ilə təyin edilmiş 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində 06 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxxxxx 2015-ci il tarixdən xx xxx 2016-cı il tarixədək həbsdə saxlanıldığı 07 ay 01 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 06 il 01 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (İ cild, i.v. 128-130); Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmiş, CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 29,180.2.2-ci maddəsi ilə təyin edilmiş 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 228.4-cü maddəsi ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxxxxx 2015-ci il tarixdən xx xxx 2016-cı il tarixədək həbsdə saxlanıldığı 07 ay 01 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 04 (dörd) il 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (İ cild, i.v. 131-135); Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 05 ay 18 gün müddətini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir (İ cild, i.v. 136-137); 9 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixdə 9 saylı cəzaçəkmə müəssisəsinə qəbul edilmiş, xx xxxxxx 2020-ci il tarixə cəzasının çəkilməmiş qalan hissəsi 01 il 04 ay 05 gün hesablanmışdır (İ cild, i.v. 139); 9 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir (İ cild, i.v. 140-141); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 143- 144); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 153); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4300 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1,2,3,4,5 saylı daktilolentin səthindəki papilyar naxış izləri tam aydın əks olunmadığından, həmçinin kifayət qədər xüsusi əlamətlərə malik olduğundan şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs əl barmaqlarından qalmamışdır (İ cild, i.v. 176-181); doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Sevgi adlı bir övladı vardır (İ cild, i.v. 183); X1 ərizəsindən görünür ki, ona dəymiş 900 manat ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, həmin şəxsə qarşı şikayət və tələbi yoxdur (İ cild, i.v. 187); sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 180.1-ci maddəsindən CM-nin 177.2.2 və 180.2.2-ci maddələrinə tövsif edilmiş və onun CM-nin 177.2.2 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunmaqla ona həmin maddələrlə yeni ittiham elan edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxslər, şahidlərin ifadələri, hadisə yerlərinə baxış keçirilməsi haqqında protokollar, ifadənin yerində yoxlanılması haqqında protokol cinayət işi üzrə sübut növü kimi qiymətləndirimiş, Təqsirləndirilən şəxs CM-nin 186.1-ci maddəsi ilə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir (İ cild, i.v. 188-197); təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş yeni ittiham elan edilmişdir (İ cild, i.v. 199-200); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-216/2020 saylı qərarından görünür ki, CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır (İİ cild, i.v. 15-20); zərərçəkmiş şəxs X1 məhkəmə istintaqı zamanı məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəmə istintaqı zamanı məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsaslı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə isə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə isə düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx xxxxxx 2020-ci il tarixdə saat 05.50 radələrində Bakı şəhəri Xətai rayonu Nobel prospekti 9 saylı binanın qarşısında baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, baş vermiş hadisənin yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm təhqiqat, həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm təhqiqat, həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 05.50 radələrində Bakı şəhəri Xətai rayonu Nobel prospekti 9 saylı binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus VAZ-21214 minik markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini daş parçası ilə vurub sındıraraq avtomobilin salonundan Zərərçəkmiş şəxs1 məxsus 600 manat dəyərində 01 (bir) ədəd «Joyinq» markalı monitorla birlikdə olan videomaqnetofonu, 100 manat dəyərində videoreqistratoru və 200 manat dəyrində salonadakı plastik paneli gizli olaraq talamışdır. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 05.50 radələrində baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, hadisə baş verən zaman mülkiyyətçi və ya əmlakın digər sahibi və ya kənar şəxslər olmamış, sadalanan şəxslər əmlakın talanmasının qarşısının alınması üçün hər hansı tədbir görməmişlər. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, təhqiqat zamanı vermiş olduğu ərizə və izahatı, məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6.). Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli qərarının ; 2-ci bəndində qeyd edilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. 4-cü bəndində qeyd edilmişdir ki, özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlər olmamış, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 180.2.2-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, hətta belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 biləbilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxs məhkəmə istintaqında dindirilmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə Təqsirləndirilən şəxs CM-nin 180.2.2-ci maddəsi ilə elan olunmuş ittiham təkzib olmaqla təqsirləndirilən şəxsin ifadəsi zərərçəkmiş şəxsin ifadəsi ilə tam təsdiq olunur və üst-üstə düşür. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsinin oğurluq hadisəsini və həmin hadisəni törədən şəxsi görmədiyini bildirmişdir. Halbuki, istintaq zamanı Zərərçəkmiş şəxs1 ifadəsi fərqli olmuş, Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsinin müstəntiq tərəfindən çap üsulu ilə yazıldığını, həmin ifadəni oxumadan imza etdiyini, ona görə də həmin ifadədə demədiyi sözlərin yazıldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 istintaq zamanı ifadəsinin düzgün yazılmaması barədə dedikləri inandırıcıdır. Belə ki, Zərərçəkmiş şəxs1 Xətai RPİ-nin 37-ci PŞ-nə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 özünə məxsus Niva markalı avtomobili xx.xx.2020-ci il tarixdə saat 01:30-da yaşadığı Xətai rayonu Nobel prospekti 9-da binanı həyətində saxladığını, xx.xx.2020-ci il tarixdə saat 05:50 radələrində avtomobilin qaçırılma əleyhinə siqnalının işə düşdüyünü, mənzilin pəncərəsindən baxarkən bir nəfər naməlum şəxsin avtomobildən düşərək qaçdığını gördüyünü, aşağı düşüb baxdıqda avtomobilinin sağ ön şüşəsinin sındırıldığını gördüyünü bildirmişdir (ərizə əlyazma yazılmışdır). Göründüyü kimi, ilkin ərizəsində Zərərçəkmiş şəxs1 pəncərədən qışqırması, həmin şəxsin qışqırdıqdan sonra əşyaları götürüb qaçması barədə hər hansı xüsusat bildirməmiş, təhqiqat materialları istintaqa təhvil verildikdən sonra sonrakı ifadəsində (çap üsulu ilə yazılmışdır) isə hadisə ərizədə bildirdiklərindən fərqli şəkildə təzhür etmişdir. Bu səbəbdən məhkəmə, Zərərçəkmiş şəxs1 istintaq zamanı ifadəsinin düzgün yazılmaması barədə dediklərini inandırıcı hesab edir və məhkəmə istintaqı zamanı verdiyi ifadəni daha mötəbər və işin hallarına uyğun hesab edir. X6 Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Ona görə də belə bir vəziyyətdə istintaq orqanı tərəfindən “alınmış”, məhkəmə istintaq zamanı isə elə həmin şəxsin özü tərəfindən təkzib edilmiş ifadələr ittihamın əsasını təşkil edə bilməz və bu ifadə digər sübutlarla təsdiq edilməyərək tamamlanmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin soyğunçuluq kimi deyil, sadəcə oğurluq kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 180.2.2-ci maddələri ilə tövsif edilən əməlləri Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilməli, həmin maddə ilə təqsili bilinərək barəsində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini (CM-59.1.12), zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Miriyev X4 Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli (CM-67.1.), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1225/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 29, 180.2.2, 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə 04 (dörd) il 10 (on) ay 29 (iyirmi doqquz) gün həddində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 07 (yeddi) gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat 16 (on altı) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar