Məhkəmə qərarları › İş №1(011)-293/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-293/2022

09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-293/2022 09.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən xx.xx.2020-ci il tarixli hökm üzrə təyin olunmuş cəza dəyişdirilməklə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədi ilə 19 fevral 2022-ci il tarixdə, saat 04 radələrində Xətai rayonu, M.Rüstəmov küçəsi 21 saylı binanın arxasında saxlanılmış Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “VAZ 21061” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön nəfəsliyini vintaçanla sındıraraq qapısını açıb atomobilə daxil olmuş və avtomobildə olan 400 manat qiymətində “Pioneer” markalı maqnitofonu və saxlanc yerində olan 200 manat pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0.305 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 15:10 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılıb ünvan 4 RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərində keçirilən şəxsi-axtarış zamanı, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0.305 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən qəbul edilmiş ittiham aktının məzmunundan ayrı-ayrı bəndləri xaric etmək, ittiham aktındakı tövsiflə müqayisədə əməlin cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutulan cinayətə tövsif edilməsi və bu dəyişikliklərlə ittiham aktının təsdiq edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittiham xaric olunmuş və onun əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da faktiki olaraq ailəsiylə birlikdə ünvan 6 ünvanında yaşamışdır. Əvvəllər məhkum olunmuşdur və heç bir yerdə işləməmişdir. Belə ki, narkotik istifadə etdiyi üçün tutulmuş və xx.xx.2021-ci il tarixdə şərti olaraq cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. 28 fevral 2022-ci il tarixdə saat təxminən 09-10 radələrində evdə olan zaman anası Bahar Qaradağlı ona zəng vuraraq Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru Şahid1 onu axtardığını və yaşadıqları ünvanın qarşısında gözlədiyini bildirmişdir. O Şahid1 zəng edərək ondan nə istədiyini soruşmuş, o isə bildirmişdir ki, oğurluq faktı ilə əlaqədar onu axtarır. Həmçinin Şahid1 ona demişdir ki, aşağıda onu gözləyir. Bundan sonra o, 10 radələrində yaşadıqları ünvanın qarşısına çıxmış və orada olan Şahid1 və digər polis əməkdaşı tərəfindən tutularaq Xətai RPİ-nin 34-cü PŞ-nə aparılmışdır. Polis şöbəsində olan zaman ona oğurluq cinayətini törətməsi və narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində daşıması bildirilmişdir. O, polis əməkdaşlarına sözügedən cinayət əməllərini törətmədiyini, əvvəllər narkotik vasitə istifadəçisi olsa da, hazırda istifadə etmədiyini və üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Lakin Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-də rəis müavinin otağında olan zaman ona rəis müavini tərəfindən sözügedən cinayət əməllərini törətməsini etiraf etməsi tələb edilmiş, əks təqdirdə isə barəsində qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə cinayət işinin başlanması ilə hədələnmişdir. Bununlada o, fiziki və psixi təzyiqlərə məruz qalaraq “VAZ 21061” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön nəfəsliyini vintaçanla sındıraraq qapısını açıb atomobilə daxil olduğunu, avtomobildə olan 400 manat qiymətində “Pioneer” markalı maqnitofonu və saxlanc yerində olan 200 manat pulu gizli olaraq taladığını, həmçinin 01 ədəd bükümdə təmiz çəkisi 0.305 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxladığını bildirmişdir. Odur ki, o, heç bir cinayət əməli törətmədiyini, xx.xx.2022-ci il tarixdə 34-cü Polis Şöbəsinə aparılan zaman üzərində narkotik vasitə və ya qanunsuz hər hansı bir əşya daşımadığını bildirərək ona elan olunmuş ittiham üzrə bəraət verilməsinə və məhkəmə iclas zalından azad olunmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 əvvəlcə istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru vəzifəsində çalışır və polis leytenantı rütbəsini daşıyır. İcraatına Xətai RPİ-nin 34-cü PŞnin təhqiqatçısı, polis mayoru Ramil Əhmədovun vermiş olduğu tapşırıq daxil olmuşdur. Həmin tapşırıqda naməlum şəxs tərəfindən oğurluq əməlinin törədildiyi və həmin oğurluq etmiş şəxsin tapılması göstərilmişdir. O, əməliyyat tapşırığı əsasında xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradaraq alınmış məxfi məlumat əsasında birlikdə saat 15:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsinə yollanmışlar. Orada şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs onun xidmət göstərdiyi ərazidə yaşayan və onun əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs olmuşdur. Həmin şəxsə oğurluq etməsində şübhəli olduğunu deyən zaman həmin şəxsin narkotik vasitənin təsiri altında olmasını görmüşlər. Ondan narkotik vasitə istifadə edib etmədiyini, üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar, Muradəli isə narkotik vasitə istifadə etdiyini, üzərində də bir büküm narkotik vasitə olmasını bildirmişdir. Buna görə də Muradəlini şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə getməyə razılıq vermiş və birlikdə polis şöbəsinə yollanmışlar. Polis şöbəsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün 13 saylı Vəkil bürosundan vəkil dəvət olunmuşdur. Vəkil polis bölməsinə gəldikdən sonra saat 16:00 radələrində xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli iç kağızına bükülmüş büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzəri və ciblərinə baxış keçirilmiş, lakin əlavə heç nə aşkar edilməmişdir. Sonra siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükülünün içərisinə baxdıqda içərisindən toz halında olan qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddə narkotik vasitə heroindir və həmin heroini xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Xətai rayonu, Əhmədli metro stansiyasının yaxınlığında, tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə həmin gün telefonla danışmamış, anası Bahar xanımla Muradəli tutulmamışdan əvvəl təxminən saat 14:00 radələrində əlaqə saxlayaraq onun harada olmasını soruşmuşdur. Məhkəmə istintaqı zamanı yenidən dindirilərkən Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 28 fevral 2022-ci il tarixdə təxminən saat 09-10 radələrində Təqsirləndirilən şəxs anası Bahar Qaradağlıya zəng edərək Muradəlini axtardığını onun harada olmasını soruşmuş, bundan sonra Muradəlini yığmış, onun mobil nömrəsinə zəng çatmamış, bir neçə dəqiqə sonra Muradəli onu yığmış, o isə Muradəlini axtardığını bildirmiş və bölməyə gəlməsini tələb etmişdir. Telefon danışığından sonra Muradəlinin yaşadığı ünvanın yanına yollanmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs həmin ünvanın yaxınlığında evdən çıxaraq getdiyini görmüş və onu həmin tarixdə saat 10-11 radələrində şübhəli qismində saxlayaraq 34-cü Polis Şöbəsinə aparmışdır. Polis Şöbəsində olan zaman Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil verilmiş və sonradan Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Fərid Abbasov tərəfindən saat təxminən 15-16:00 radələrində onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Polis bölməsinə aparılna zaman və polis bölməsində olan zaman Təqsirləndirilən şəxs mobil telefonu onda olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞnin əməliyyat müvəkkili Şahid2 şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid1 ilkin ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq edərək, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 43 ünvanının yaxınlığında tərəflərindən saat təxminən 15:00 radələrində saxlanılmasını, sonra ünvan 8 ünvanda yerləşən Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nə aparılmasını və saat təxminən 16:00 radələrində üzərində şəxsi axtarış və götürmə aparılmasını bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun öz doğma oğludur. 28 fevral 2022-ci il tarixdə saat təxminən 09-10 radələrində o, işdə olan zaman Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru vəzifəsində çalışan Şahid1 onun istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq oğlu Muradəlinin harada olmasını soruşmuş və onunla işi olduğunu, onu axtardığını bildirərək yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 43 ünvanının qarşısında gözlədiyini bildirmişdir. Oğlu Təqsirləndirilən şəxs nə səbəbə axtardığını və nə baş verdiyini soruşduqda, sonuncu ona heç bir problem olmadığını Muradəli ilə söhbət etməli olduğunu, onu axtardığını bildirmişdir. Bundan sonra o, oğlunun mobil nömrəsinə zəng vurmuş, harada olmasını soruşmuş və Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru Şahid1 onunla işi olduğu üçün onu axtardığını və hal-hazırda yaşadıqları evin qarşısında gözlədiyini bildirərək aşağı düşməsini bildirmişdir. Oğlu Təqsirləndirilən şəxs evdə yatdığını bildirmiş və Şahid1 onu nə üçün axtardığını soruşmuş, daha sonra isə Şahid1 yanına düşəcəyini bildirmişdir. O, oğlunun istifadəsində olan mobil nömrə ilə təxminən 3-4 dəfə əlaqə saxlamış və nə baş verdiyini öyrənməyə çalışmışdır. Oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə getdiyini bildirmişdir, lakin sonradan yenidən zəng vurduqda telefona sahə inspektoru Şahid1 cavab verərək oğlunun oğurluq cinayəti törətdiyini və qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla daşımasını bildirmişdir. Bundan sonra o, 11-12 radələrində Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə yaxınlaşmış və təxminən axşam saat 19:00 radələrində oğlu Təqsirləndirilən şəxs həbs olunanların müvəqqəti saxlama yerinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 mart 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 28 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:15 radələrində Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin inzibati binasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 32); şəxsi axtarış və götürmə aparılması haqqında 28 fevral 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, 01 ədəd yaşıl rəngli alışqan və 01 paçka “Rothmans” markalı siqaret aşkar olunaraq tərəflərindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümdəki maddə elektron tərəzidə çəkildikdən sonra 0.62 qram çəkidə olması məlum olmuşdur (i.v. 42-43); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2022-ci il tarixli, 6/1235 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N152” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.305 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 50-53); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur (i.v. 61-62); diskə baxış keçirilməsi haqqında 02 mart 2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 28 fevral 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 86); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-112/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (i.v. 93-98); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək, üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır (i.v. 117-119); 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 304659 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1r (i.v. 141); Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 001603 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs və X6 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmış və 273 nömrəli akt ilə qeyd edilmişdir (i.v. 142); Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xətai rayonu Sektoru tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 144); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsinin xx.xx.2022-ci il tarixli 1575 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 158-159); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddəsi elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, hadisə yerinə baxış protokolu, maddi sübut götürmə protokolu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, diskə baxış protokolu, məhkəməkimyəvi, məhkəmə-narkoloji və məhkəmə-daktiloskopik ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.305 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.255 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3 və 234.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, 01 ədəd DVD-R disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır (i.v. 160-168); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-288/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 (on beş) gün olmaqla, 03 (üç) ay 15 (on beş) gün müddətinə, yəni 12 iyun 2022-ci il tarixədək uzadılmışdır (i.v. 197-201); Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən qəbul edilmiş ittiham aktının məzmunundan ayrı-ayrı bəndləri xaric etmək, ittiham aktındakı tövsiflə müqayisədə əməlin cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutulan cinayətə tövsif edilməsi və bu dəyişikliklərlə ittiham aktının təsdiq edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittiham xaric olunmuş və onun əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir (i.v. 202-207); İş materiallarında olan internet resurslarından istifadə olunaraq əldə edilmiş sənəddən görünür ki 34-cü X14 Nəbi, X15 və Məzahir Rüstəmov küçələrinin arasında olan ərazidə yerləşir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-293/2022 saylı qərarından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı, əlavə şahid qismində dindirilmiş X2 istifadəsində olmuş ***-***-**-** saylı, Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglərin siyahısı (aparılmış giriş və çıxış danışıqları) və həmin nömrələrin anten dairələri barədə məlumatların “Azercell” və "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər barədə xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 09:22-də, 09:25-də, 09:41-də Şahid1 istifadəsinə olan ***-***-**-** saylı mobil nömrədən X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, həmçinin həmin tarixdə saat 09:26-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsinə olan ***-***-**-** saylı mobil nömrəyə, bundan başqa həmin tarixdə saat 09:29-da, 09:30-da, 10:28-də, 14:23-də, 20:50-də və 21:10-da X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zənglər daxil olmuşdur. Həmçinin, daxil olan anten dairələri barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 11:38 radələrindən başlayaraq 16:42 radələrinədək Xətai rayonu, X15 küçəsi 1 antenna dairəsinin əhatəsində olmuşdur. X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 11:40 radələrindən 15:32 radələrinədək Xətai rayonu, X15 küçəsi 1 antenna dairəsinin əhatəsində olmuşdur. Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 15:12 radələrində Xətai rayonu, Qaçaq Nəbi küçəsi 7 antenna dairəsinin əhatəsində olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham şəxsi axtarış və götürmə aparılması haqqında protokola, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə əsaslandığından və bu protokolun qanuniliyi mötəbər sübutlarla təkzib edildiyindən, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0.305 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 15:10 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılıb ünvan 4 RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərində keçirilən şəxsi-axtarış zamanı, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0.305 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:10 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 11 yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilməsi kimi ittiham verilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxsin, şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru Şahid1 və əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası X2 ifadələri ilə həmin xüsusat öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34cü Polis Şöbəsinin sahə inspektoru Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradaraq alınmış məxfi məlumat əsasında Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 43 ünvanının yaxınlığına yollanmışdır. Orada olan zaman Təqsirləndirilən şəxs anasının istifadəsində olan mobil nömrəyə zəng vuraraq oğlunun axtarıldığını və onunla əlaqə saxlamasını bildirmişdir. Bundan sonra o Təqsirləndirilən şəxs zəng etmiş, onun nömrəsinə zəng çatmamış, bir neçə dəqiqə sonra isə Təqsirləndirilən şəxs özü ona zəng etmiş, o isə öz növbəsində ona bildirmişdir ki, o axtarılır, bölməyə gəlsin. Daha sonra o Təqsirləndirilən şəxs yaşadığı ünvanın yanına getmiş və onu həmin ünvanın yanında saat 10-11 radələrində şübhəli qismində saxlayaraq 34-cü Polis Şöbəsinə aparmışdır. Polis Şöbəsində olan zaman Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil verilmiş və sonradan Bakı şəhəri Xətai RPİ-nin 34cü PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Fərid Abbasov tərəfindən saat təxminən 15:00- 16:00 radələrində onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Bundan başqa, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, 28 fevral 2022-ci il tarixdə saat təxminən 09-10 radələrində o, işdə olan zaman Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru vəzifəsində çalışan Şahid1 onun istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq oğlu Muradəlinin harada olmasını soruşmuş, onu axtardığını və onunla işi olduğunu bildirərək yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 43 ünvanının qarşısında gözlədiyini bildirmişdir. Bundan sonra o, oğlunun mobil nömrəsinə zəng vurmuş, harada olmasını soruşmuş və Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru Şahid1 onunla işi olduğu üçün onu axtardığını və hal-hazırda yaşadıqları evin qarşısında gözlədiyini bildirərək aşağı düşməsini bildirmişdir. O, oğlunun istifadəsində olan mobil nömrə ilə təxminən 3-4 dəfə əlaqə saxlamış və nə baş verdiyini öyrənməyə çalışmışdır. Oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə getdiyini bildirmişdir, lakin sonradan yenidən zəng vurduqda telefona sahə inspektoru Şahid1 cavab verərək oğlunun oğurluq cinayəti törətdiyini və qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla daşımasını bildirmişdir. Bundan sonra o, 11:00 radələrində Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə yaxınlaşmış və təxminən axşam saat 19:00 radələrində oğlu Təqsirləndirilən şəxs həbs olunanların müvəqqəti saxlama yerinə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin baş təhqiqatçısı tərəfindən tərtib olunmuş şübhəli şəxsin tutulması haqqında 28 fevral 2022-ci il tarixli protokolda isə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 15:10-da tutulmuş, saat 16:30-da üzərində şəxsi axtarış aparılmağa başlanmış və şəxsi axtarış saat 16:45-də qurtarmışdır. Halbuki, "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktublarından aydın olur ki, xx.xx.2022-ci il tarixdə saat 09:22-də, 09:25-də, 09:41-də Şahid1 istifadəsinə olan ***-***-**-** saylı mobil nömrədən X2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə, həmçinin həmin tarixdə saat 09:26-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsinə olan ***-***- **-** saylı mobil nömrəyə, bundan başqa həmin tarixdə saat 09:29-da, 09:30-da, 10:28də, 14:23-də, 20:50-də və 21:10-da X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zənglər daxil olmuşdur. Bundan əlavə həmin çıxarışlardan görünür ki, şübhəli şəxsin tutulması haqqında 28 fevral 2022-ci il tarixli protokolda “ağardıcı boyanın” üzərində Təqsirləndirilən şəxs 15:10-da Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 43 ünvanında tutulması göstərilsədə, sahə inspektoru Şahid1 istifadəsində olan ***-***- **-** saylı mobil nömrənin anten dairəsi həmin tarixdə saat 10:38 radələrində Neapol dairəsində olduğu, saat 15:12 radələrində isə 5 saylı Xəzər qazanxana/ünvan 15 ünvanı kimi (Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin yerləşdiyi ərazi) müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 11:38 radələrindən başlayaraq 16:42 radələrinədək Xətai rayonu, X15 küçəsi 1 (Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin yerləşdiyi ərazi) antenna dairəsinin əhatəsində olmuşdur. X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 11:40 radələrindən sonra uzun müddət Xətai rayonu, X15 küçəsi 1 (Bakı şəhəri Xətai RPİnin 34-cü Polis Şöbəsinin yerləşdiyi ərazi) antenna dairəsinin əhatəsində olmuşdur. Yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs və şahid X2 ifadələrində göstərilən xüsusatların doğruluğunu təsdiq edir. Həmçinin, Şahid1 X4 zəng vuraraq oğlunun axtarıldığını və onunla əlaqə saxlamasını bildirməsinə, sonra Təqsirləndirilən şəxs ilə aralarında xx.xx.2022-ci il tarixdə saat 09:26-da 12 saniyə davam edən danışığın qeydə alınmasına baxmayaraq, onun həmin vaxt aralığından xeyli müddət keçdikdən sonra saat 15:10-da şübhəli şəxs qismində tutulması inandırıcı deyil. Beləliklə məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 09-11 aralığında Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 43 ünvanının qarşısında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmasına və Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə aparılmasına baxmayaraq, onun üzərində şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinə saat 16:30da, yəni şübhəli şəxsin tutulmasından xeyli müddət keçdikdən sonra başlanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs anası Bahar Qaradağlının ona zəng etdikdən sonra polis əməkdaşlarının onu yaşadıqları binanın qarşısında gözlədiklərini, onu axtardıqlarını bildiyi təqdirdə, üzərinə narkotik vasitə qoyaraq onların yanına düşməsi heç bir məntiqə sığmır. Odur ki, sözügedən faktlarla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında bir neçə saatdan çox vaxtın keçməsi və şübhəli şəxs qismində tutulan zaman üzərində dərhal narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşyanın olub-olmaması halının yoxlanılmaması həmin sübutun onun cibinə “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Lahıcovun işi arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından biri olan “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı yerdə deyil, bir neçə saat sonra polis idarəsində xidməti otaqda keçirilmiş, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamışdır və bununla da ittihamın əsası olan şübhəli şəxsin tutulması, şəxsi axtarış və götürmə haqqında protokollar cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiklərindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiklərindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, ittiham aktında təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi qeyd edilsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini qeyd etməklə yanaşı, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəni olduğu polis bölməsinin rəis müavini tərəfindən məruz qaldığı təzyiq altında verdiyini, təqsirini etiraf etmədiyi təqdirdə barəsində daha ağır cinayətin yəni narkotik vasitələrin satışı cinayətinin törədilməsi barədə iş başlanması ilə hədələndiyini bildirmişdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X10 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verildiyindən, cinayət işi üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 225 (iki yüz iyirmi beş) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman narkotik vasitə olan heroinin aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,255 qram narkotik vasitə - heroinin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması faktı müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, maddi sübut – narkotik vasitənin bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün hökm qanuni qüvvəyə mindikdən sonra zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 0,255 qram narkotik vasitə - heroin isə aparılan araşdırma sona çatanadək Bakı şəhəri Xətai RPİ-nin saxlanc otağında saxlanılmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-358 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,305 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,255 qram çəkidə narkotik vasitə heroin həmin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Bakı şəhəri Xətai RPİ-nin saxlanc otağında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 225 (iki yüz iyirmi beş) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin narkotik maddənin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar