Məhkəmə qərarları › İş №1(011)-294/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-294/2023

04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-294/2023 04.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Qələndər oğlunun, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Qələndər oğlunun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə, müdafiəçi – Bakı şəhəri 28 Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixində Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ali təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, Şəki rayonu, Şin kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Qələndər oğlunun etibardan sui-istifadə edərək ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-dən və Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1 ünvanında yerləşən "xxxx" MMC-dən tonla limon duzu və şokolad yağı alıb topdan satışını təşkil edəcəyini və bunun müqabilində qazanc əldə edəcəklərinə aldadaraq inandırmaqla 01 iyul 2022-ci il tarixdən başlayaraq 20 iyul 2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, ünvan 3 ünvanlarda bir neçə dəfəyə müxtəlif məbləğlərdə olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 35.200 (otuz beş min iki yüz) manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vəd etdiyi limon duzunun və şokolad yağının topdan satışını təşkil etməyərək Zərərçəkmiş şəxs1 aldatmaqla cəmi 35.200 (otuz beş min iki yüz) manat pulunu ələ keçirməklə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə edərək, aldatmış olduğu tanışı Zərərçəkmiş şəxs1 aldığı pulu "xxxx" MMC-dən limon duzunu alıb sataraq qazanc əldə edib qaytaracağına söz verib borc adı altında 28 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu P.Həşimov küçəsi 01/31 saylı evin qarşısında Zərərçəkmiş şəxs2 3.300 manat (üç min üç yüz) manat nağd pul vəsaitini alıb ələ keçirərək vəd etdiyi limon duzunun alverini etməyərək Zərərçəkmiş şəxs2 aldatmaqla 3.300 (üç min üç yüz) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır: Belə ki, zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Qələndər oğlu bildirmişdir ki, 2022-ci ilin may ayında özünə məxsus Toyota Prius markalı avtomobilini satmaq istədiyini dostu Zərərçəkmiş şəxs2 demişdir. Bir neçə gün ərzində Zamir onun yanına Təqsirləndirilən şəxs gətirmiş və o, özünü ali savadlı bir şəxs kimi ona təqdim etmişdir. Həmin vaxt Spartak maşını almaq istədiyini, ancaq pulunu aybaay ödəyə biləcəyini bildirmişdir. O, ilk dəfə razı olmasa da bir neçə dəfə onunla söhbət edəndən sonra razılaşmışdır. Bundan sonra bir neçə dəfə onunla görüşmüşlər, həmin vaxt Spartak ona ticarətlə məşğul olduğunu, onu da öz biznesinə qoşmağı təklif etmişdir. Əvvəlcə tərəddüd etsə də Spartak onun etibarını qazanmaq üçün bu biznes haqda danışıb onu razılaşdırmışdır. Bundan sonra onlar "xxxx" MMC-in rəhbəri Elnur müəllimlə görüşmüşlər və həmin vaxt limon duzu sifariş verilməsi üçün razılaşmışlar. Bundan sonra Spartak bildirmişdir ki, 6900 (altı min doqquz yüz) manata bir ton limon duzu alıb Şəkidə 7600 (yeddi min altı yüz) manata topdan satışa göndərə bilər və bir ton limon duzundan 700 (yeddi yüz) manat qazancları olacaqdır. İki gündən sonra Spartak ona Şəkidən pulun yarısını göndərdiklərini, 2900 (iki min doqquz yüz) manat verdiyi təqdirdə qalan hissəsini özü düzəldərək yenidən bir ton limon duzu göndərə biləcəklərini bildirmişdir. Bu səbəbdən o, Spartakın istədiyi 2900 (iki min doqquz yüz) manatı ona vermişdir. Bundan bir neçə gün sonra Spartak ona zəng edərək Fərid adlı tanışının limon duzunu daha ucuz qiymətə satdığını və gedib onunla görüşməklərini təklif etmişdir. Spartak onun etibarını qazandığından onlar birlikdə Fəridin yanına gedib həqiqətən də danışıb münasib qiymətə razılaşmışlar. Spartak ona bildirmişdir ki, əvvəlki verdikləri malların pulunu hələ almadığı üçün daha 6900 (altı min doqquz yüz) manat lazımdır, bu səbəbdən o, 6900 (altı min doqquz yüz) manatı Spartaka vermişdir. Bir neçə gündən sonra o xəstələnmiş və evdən çıxa bilməmişdir. Spartak bir neçə dəfə ona zəng vurmuş, o bildirmişdir ki, xəstəyəm, Spartak işlərin qaydasında olduğunu demişdir. Səhəri gün Spartak yenidən ona zəng vurub limon duzu almaq istəyən müştərinin olduğunu, bunun üçün əlavə pul lazım olduğunu, hər tonda 1200 manat gəlir olduğunu demişdir. Beləliklə o, 2022-ci ilin iyul ayının 14-dən 20-dək olan müddət ərzində eyin məqsədlə 2800 (iki min səkkiz yüz) manat, 6900 (altı min doqquz yüz) manat və 6000 (altı min) manat məbləğində pulu 6000 (altı min) manat və 3700 (üç min yeddi yüz) manat olmaqla ümumilikdə ona əvvəlkilərlə birlikdə 35.200 manat vermişdir. O sağaldıqdan sonra Spartakdan satışdan əldə etdiyi gəlirlərdən öz payını və malı göndərdiyi şirkətdən bununla bağlı bir arayış gətirməsini bir neçə dəfə tələb etmiş, Spartak isə hər dəfə narahat olmamasını, qısa müddətdə pullarını verəcəyini bildirmişdir. Spartak hər dəfə müxtəlif bəhanələrlə onun tələblərini yerinə yetirmədiyindən o aldadıldığını başa düşmüşdür. Bundan sonra o, Elnur və Fərid ilə görüşmüş və məlum olmuşdur ki, Spartak onlarla heç bir iş görməmişdir. "xxxx" cəmiyyətinə getdikdə ona məlum olmuşdur ki, Spartak 08 avqust 2022-ci il tarixdə mal götürmək üçün şirkətlə müqavilə bağlamış, lakin müqaviləni bağladıqdan sonra ora ilə heç bir əlaqə saxlamamış və heç bir məbləğdə ödəniş etməmişdir. Müqaviləni bağlamasına səbəb isə o şirkət ilə əlaqə saxladığı təqdirdə Spartakın iş görməsinə inanması olmuşdur. O, Spartakdan verdiyi pulları tələb etdikdə sonuncu ilə aralarında borc müqaviləsi bağlamışlar, bunu etməkdə məqsədi Spartakın gələcəkdə aldığı məbləği danmaması olmuşdur. Onlar müqavilə bağlayarkən Spartak bir aya pulu qaytaracağına söz vermiş, lakin Spartak yenə onları aldadaraq pulları qaytarmamışdır. Həmçinin sonralar Zamir ona Spartakın eyni vədlərlə ondan 3300 (üç min üç yüz) manat məbləğində pul aldığını bildirmişdir. Sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan və Zərərçəkmiş şəxs2 aldığı pulları biznesə deyil, qumara və özünün şəxsi ehtiyaclarına xəcləmişdir. Yəni Spartak özü də ona etiraf etmişdir ki, Elnur və Fəriddən hər hansı bir mal almamışdır. Spartakın məqsədi onların etibarlarından sui-istifadə edərək aldadıb ona məxsus 35.200 (otuz beş min iki yüz) manatı və Zərərçəkmiş şəxs2 məxsus 3300 (üç min üç yüz) manat pul vəsaitini ələ keçirmək olmuşdur. Əlavə olaraq zərərçəkmiş şəxs ona dəymiş zərərdən təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş edilmədiyini, şikayətçi olduğunu, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, taksi sifariş vermiş, həmin vaxt taksi sürücüsü kimi Spartak gəlmiş, söhbət zamanı ona “Prius” markalı avtomobillərinin olduğunu, istədiyi təqdirdə qalmaq şərti ilə ona verə biləcəyini bildirmişdir. Spartak həmin dövrdə taksi şirkətləri ilə işləmiş, onlar araşdırdıqdan sonra görüşmüşlər. Onunla 1500 (bir min beş yüz) manat ilkin ödəniş olmaqla, aylıq 650 (altı yüz əlli) manata ödəniş etməyə razılaşmışlar. Lakin daha sonra Spartak ilkin ödəniş olaraq 500 (beş yüz) manat vermiş, bundan sonra onların yanına gəlib-getməyə başlamışdır. Həmin dövrdə onlarla münasibət yaratmış və limon duzu sifariş vermək barədə məsələdən danışmışdır. İlk öncə onun baş verənlər barədə məlumatı olmamış, sonradan Spartak ona məbləğləri siyahı formasında göstərərək Fariz müəllimdən aldığını demiş, ondan bu qədər məbləği nə etdiyini soruşduqda sonuncu limon duzu sifariş verdiyini və onun da 3300 (üç min üç yüz) manat verdiyi təqdirdə onlara qoşula biləcəyini, yeni malın gəldiyini, mal gəldikdən sonra həm onun, həm də Fariz müəllimin pulunu verəcəyini bildirmişdir. Həmin vaxt onun pulu olmamış, o, pulu qonşusundan alaraq Spartaka vermişdir. O, pulu verdikdən sonra bu gün-sabah deyə-deyə vaxtı uzatmış, avqust ayının 29-u Spartaka zəng edərək hansı səbəbə işləmədiyini, beş gündür ki, maşının hər gün Şəkiyə gedib-gəldiyini, dörd yüz manatdan çox cərimələrinin olduğunu demişdir. Həmin vaxt Spartak ona uşağının xəstə olduğunu demişdir. Spartak ondan 3300 (üç min üç yüz) manatı aldıqdan sonra avqust ayının 30-u kənar bir şəxs zəng edərək Spartakın qaçdığını, avtomobilidə “Neftçilər” adlanan ərazidə qapıları açıq şəkildə atıb getdiyini bildirmişdir. O, belə olduğu halda avtomobildən kənarlaşmamasını, oğurluğun ola biləcəyini, oraya getdiyini bildirmişdir. Oraya çatdıqda avtomobilin qapılarının açıq olduğunu, açarlarının da avtomobilin içinə qoyaraq Spartakın qaçıb getdiyini görmüşdür. Onlar sonuncunun qohumları ilə əlaqə saxladıqları zaman onlar Spartaka necə pul verdiklərini, onun Şəkidə, Bakıda bir neçə nəfərə qarşı dələduzluq etdiyini bildirmişlər. Əlavə olaraq zərərçəkmiş şəxs ona dəymiş zərərdən təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş edilmədiyini, Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirmişdir ki, o, bazarda qida məshullarının satışı ilə məşğuldur, hadisədən uzun müddət keçdiyindən tarixləri xatırlamır. Spartak ilə təsadüfən tanış olmuşlar, həmin vaxt sonuncu da bəzi məhsullar satmış və ona bəzi məhsullar təklif etmiş, lakin heç vaxt aralarında ticarət baş tutmamışdır. Bundan sonra Spartak onun yanına gələrək limon duzunun olub-olmadığını və qiyməti ilə maraqlanmışdır. Həmin vaxt o, limon duzunun olduğunu və 05 (beş) manata satdığını bildirmişdir. Spartak ona müştəri gətirdiyi təqdirdə məhsulun qiymətinin üzərinə onun üçün 20 (iyirmi) qəpik çörək pulu qoyulmasını xahiş etmişdir. Bir müddət sonra Spartak və Zərərçəkmiş şəxs1 ilə birlikdə gəlib məhsula baxmışlar, o, qiymət deyərkən Spartakın xahiş etdiyi kimi onun qazancını da hesablayaraq demişdir, bir qədər danışdıqdan sonra onlar çıxıb getmişlər. Onun bundan başqa heç nədən xəbəri olmamış, bir müddət sonra Fazil müəllim gələrək Spartakla aralarında problemi olduğunu, sonuncunun onun pullarını götürərək qaçdığını bildirmiş, o Spartak barədə məlumatının olmadığını, sonuncu ilə aralarında heç bir alqı-satqının həyata keçirilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirmişdir ki, o, "xxxx" MMC şirkətinin rəhbəridir, onun rəhbərlik etdiyi şirkət müxtəlif məhsulların satışı ilə məşğuldur. Uzun müddət keçdiyindən tarixini xatırlamadığı bir vaxtda Fazil və Təqsirləndirilən şəxs ilə birlikdə onun yanına gəlmişlər. Bölgələrə satmaq üçün ondan mal almaq istədiklərini bildirmişlər. Bundan sonra 163.220,40 (bir yüz altmış üç min, iki yüz iyirmi, qırx) manat dəyərində iyirmi ton 862 kiloqram yağ sifariş vermişlər. Onlar şirkətə gəldikdən təxminən on gün sonra Spartak onun yanına gəlmiş və aralarında çərçivə müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən sifarişin verilməsi üçün müqavilə bağlanıldıqdan on gün sonra ödəniş edilməli idi və ödəniş hissə-hissə olmaqla hər dəfə 54.000 (əlli dörd min) manat miqdarında edilməli idi. Lakin həmin vaxt keçməsinə baxmayaraq ödəniş edilməmiş, bu səbəbdən onlar arasında heç bir alqı-satqı baş tutmamışdır. Təxminən bir ay yarımdan sonra Fazil müəllim onunla əlaqə saxlayaraq Spartaka başqa yerdən mal alması üçün pul verdiyini, lakin həmin malın alınmadığını, aralarında problemin olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə avtomobil icarəsi ilə bağlı tanış olmuşlar, belə ki, o, sonuncuya məxsus “Prius” markalı avtomobili hissə-hissə ödəniş etmək şərti ilə icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olmuş, razılaşmalarına əsasən ödəniləcək məbləğ bitdikdən sonra avtomobil onun mülkiyyətinə keçməli olmuşdur. Onlar bir neçə dəfə görüşmüşlər, həmin vaxt Fazil müəllim ona ali təhsilli olduğu halda taksi fəaliyyəti ilə məşğul olmasının səbəbini soruşmuş, o, borcları olduğu üçün bu fəaliyyət ilə məşğul olduğunu bildirmişdir. Söhbət zamanı Fazil müəllim ona hansısa bir işi bacardığı təqdirdə ona kömək edə biləcəyini bildirmişdir. O, əvvəllər ticarət sahəsində şirkətlərlə işlədiyindən ticarətlə bağlı təcrübəsi olmuş, bu səbəbdən Fazil müəllimə müəyyən məbləğdə pul verdiyi təqdirdə borclarının müəyyən hissəsini qaytardıqdan sonra qalan pul ilə işlər görüb onun pulunu qaytara biləcəyini bildirmişdir. Bundan sonra Fazil müəllim ona dəqiq xatırlamadığı ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 35.200 (otuz beş min iki yüz) manat məbləğində borca pul vermişdir. Həmin məbləği aldıqdan sonra aralarında söz-söhbət olmasın deyə Fazil müəllim tələb etdikdən sonra notarial qaydada borc müqaviləsi bağlamışlar. Həmin müqavilə bir ay müddətinə bağlanılmış, lakin o borcunu qaytara bilməmişdir. Bundan sonra digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 borc olaraq 3000 (üç min) manat pul almış, həmin məbləği qaytararkən əlavə olaraq 600 (altı yüz) manat qaytaracağına söz vermiş, lakin həmin borcu da qaytara bilməmişdir. O, borc kimi aldığı pullarla demək istəmədiyi bəzi ticarət işləri ilə məşğul olmuş, ilk dəfə həmin işdən gəlir əldə etsə də, ikinci dəfə gəlir əldə edə bilmədiyindən borc aldığı puldan heç bir məbləğdə ödəniş edə bilməmişdir. Fazil müəllimi iş üzrə şahidlər Elnur və Fərid ilə tanış etməkdə məqsədi Fazil müəllimin həyata keçirəcəyi ticarətdən gəlir əldə etmək olmuş, onun başqa məqsədi olmamışdır. Belə ki, Fərid ilə görəcəkləri işdə sifariş veriləcək məhsulun hər kiloqramında onun 20 (iyirmi) qəpik xeyri olmuş, qalan məsələləri öz aralarında həll etməklərini Fazil müəllimə bildirmişdir. Bundan başqa Fazil müəllim "xxxx" şirkətinə iyirmi iki ton yağ sifariş vermiş, sifarişlə bağlı müqavilədə bağlanılmış, Fazil müəllim ilkin olaraq ödəməli olduğu 54.000 (əlli dörd min) manatı ödəmədiyindən sifariş gətirilməmişdir. "xxxx" şirkəti ilə bağlanılmış müqavilənin onun adına olmasına səbəb şirkətin rəhbəri Elnur müəllimin müqavilənin kimin adına olmasının heç bir fərqinin olmamasına bildirməsi olmuşdur. Həmin sifariş gətirildiyi təqdirdə o 40.000 (qırx min) manat gəlir edəcəyini və bundan sonra borcunu ödəyəcəyini düşünmüşdür. Onun zərərçəkmiş şəxslərə olan borcu ilə ona verilmiş ittiahmın heç bir əlaqəsi yoxdur. Onların arasında borc müqaviləsi vardır. Əlavə olaraq Təqsirləndirilən şəxs, ona qarşı zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianı qəbul etdiyini və borcunun olduğunu etiraf etdiyini, lakin zərərçəkmiş şəxslərin şikayəti əsasında onun barəsində cinayət işi başlanıldığından borcu ödəmədiyini bildirərək ədalətli qərar verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs1 tərəfindən Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onun 35.200 AZN pulu dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı qanuni tədbir görülməsini xahiş etmişdir(i.v 3); 16 avqust 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Zərərçəkmiş şəxs1 Qələndər oğlu 41.000 manat pulu borc alan Təqsirləndirilən şəxs borca vermişdir. Borc alan krediti xx.xx.2022-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür (i.v 7); DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v 11); Zərərçəkmiş şəxs2 tərəfindən Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onu aldadaraq 3300 (üç min üç yüz) manat pulunu ələ keçirməklə dələduzluq etdiyindən, sonuncu barəsində tədbir görülməsini xahiş etmişdir (i.v 12); "xxxx" MMC-nin 02 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə alqı-satqı müqaviləsi bağlanılmış, lakin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Qələndər oğlu ilə heç bir alqı-satqı müqaviləsi bağlanılmamışdır (i.v 17); 08 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında alqı-satqı müaviləsi bağlanılmışdır (i.v 18-21); "xxxx"MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 Qələndər oğlu və Zərərçəkmiş şəxs2 ilə "xxxx"MMC arasında hər hansı bir müqavilə bağlanmamış və heç bir alqı satqı həyata keçirilməmişdir (i.v 25); 07 fevral 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 07 fevral 2023-cü il tarixində, saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v 58); 09 fevral 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v 104-105); Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 09 mart 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına ümumi birgə mülkiyyət hüququ ilə Şəki rayonu, Şin kəndində yerləşən fərdi yaşayış evi 0,0240 ha və 1,44 ha torpaq sahələri qeydiyyata alınmışdır (i.v 125); Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 adlı övladları var (i.v 138-139); Zərərçəkmiş şəxs1 Qələndər oğlunun mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərər 35200 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəki rayonu, Şin kəndində yerləşən fərdi yaşayış evinin 0, 0240 ha və 1,44 ha torpaq sahələrinin Təqsirləndirilən şəxs məxsus hissəsi üzərinə həbs qoyulması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Qələndər oğluna qarşı dələduzluq etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, məhkəmə zərərçəkmiş şəxslər tərəfindən həm təhqiqat, həm istintaq, həm də məhkəmə istintaqında verilmiş ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində Təqsirləndirilən şəxs tərəfindən onlara qarşı dələduzluq edilməsi ilə bağlı birbiri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Məhkəmə, zərərçəkmiş şəxslərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxslərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun biləbilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından hətta, belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Bundan əlavə məhkəmə təqsirləndirilən şəxsin ifadəsində bildirdiyi kimi Zərərçəkmiş şəxs1 qısa müddət ərzində tanıdığı bir şəxsə borclarını ödəməsi üçün 35.200 (otuz beş min iki yüz) manat verməsini və bundan əlavə biznes qurması üçün ona əlavə pul verməsi barədə ifadəsini ağlabatan və inandırıcı hesab etmir. Həmçinin iş materiallarında olan kredit müqaviləsindəndə görünür ki, həmin kredit müqaviləsi zərərçəkmiş şəxslərdən qeyd edilən məbləğlər alındıqdan sonra bağlanılmış, məhkəmə bunu təqsirləndirilən şəxsin gələcəkdə törətdiyi dələduzluq əməlindən boyun qaçırmaq, ibtidai istintaq və məhkəmə orqanlarını mübahisənin mülki xarakterli olmasına inandıraraq onun tərəfindən törədilmiş cinayət əməlini pərdələyərək cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə həyata keçirtdiyini hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda baş verir.ş Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası CPM-nin 248-ci maddəsinə əsasən həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. Məhkəmə, təqsirləndirilən şəxsin və şahidin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-ci maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını(CM 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmaması, zərərəçəkmiş şəxslərə vurulmuş zərərdən ödəniş edilməməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Şəki rayonu, Şin kəndində yerləşən fərdi yaşayış evinin, 0,0240 ha və 1,44 ha torpaq sahələrinin Təqsirləndirilən şəxs məxsus payı mülki iddiaya yönəldilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunanlarla əlaqədar təqsirləndirilən şəxsə qarşı Zərərçəkmiş şəxs1 Qələndər oğlu tərəfindən verilmiş mülki iddia təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 35.200 (otuz beş min iki yüz) manat pul tutularaq Zərərçəkmiş şəxs1 Qələndər oğluna ödənilməlidir. Şəki rayonu, Şin kəndində yerləşən fərdi yaşayış evinin, 0,0240 ha və 1,44 ha torpaq sahələrinin Təqsirləndirilən şəxs məxsus hissəsi(pay) üzərinə qoyulmuş həbs höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə günə gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkməsi üçün 02 (iki) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 04 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Zərərçəkmiş şəxs1 Qələndər oğlu tərəfindən verilmiş mülki iddia təmin edilsin, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 35.200 (otuz beş min iki yüz) manat pul tutularaq Zərərçəkmiş şəxs1 Qələndər oğluna ödənilsin. Şəki rayonu, Şin kəndində yerləşən fərdi yaşayış evinin, 0,0240 ha və 1,44 ha torpaq sahələrinin Təqsirləndirilən şəxs məxsus payı mülki iddiaya yönəldilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Rzayev Rəşid

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar