Məhkəmə qərarları › İş №1(011)-295/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-295/2020

12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-295/2020 12.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 17 ünvanında qeydiyyatda olan, ünvan 2 mənzil 154 ünvanında yaşayan, barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qismində qətimkan tədbiri seçilmiş– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 23:50-də Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 10 saylı ünvanda yerləşən «Fidan» marketdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə pulun qalığının qaytarılmamasına görə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla hər kəsin gözü qarşısında əli ilə Zərərçəkmiş şəxs2 bir dəfə vuraraq “üst dodağın bayır səthinin sıyrığı”, Zərərçəkmiş şəxs1 isə əli ilə bir zərbə vuraraq “sol yanaq nahiyəsinin və sol diz oynağı nahiyəsinin” qançırları ilə müşayiət olunaq sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə axşam saatlarında mağazaya getmək məqsədi ilə Günayla birlikdə kirayənəşin yaşadıqları evdən çıxmış və təxminən saat 23:50 radələrində yaxınlıqda yerləşən «Fidan» marketə getmişlər. Onlar marketdə daxil olan zaman satıcı işləyən Rahib adlı şəxslə salamlaşmış və alış-veriş etməyə başlamışlar. Əvvəllər də «Fidan» marketdən alış-veriş etdikləri üçün Rahibi tanımışlar. Həmin gün onlar alış-veriş etdikdən sonra o, Rahibdən ağcaqanad dərmanı istəmək üçün kassaya yaxınlaşmış və bu mövzuda orada söhbət etmişlər. Sonra Rahib mağazada olan müştəriləri yola saldıqdan sonra o da giriş qapısının yanına keçərək aldığı məhsulların pulunu Rahibə vermiş, Rahib həmin puldan aldığı məhsulların pulunu çıxıb qalığını geri qaytarmalı olmuşdur. Pulu verən zaman Günay da onun yanında olmuşdur. Aldıqları məhsulların pulunu Rahibə verdikdən sonra pulun qalığını gözləmiş, Rahib isə həmin qalığı öz tərəfinə qoyaraq ona pulu götürməsini bildirmiş, bu səbəbdən onunla Rahib arasında mübahisə başlamış və Rahib marketdə işləyən digər şəxsə «al pulu ver soxsun gözünə» demiş, Rahiblə birbirinin ünvanına söyüş söymüşlər. Əli ilə Rahibi vurmaq istədikdə Rahib masadan qalxaraq onun yaxasından tutmuşdur. Həmin vaxt Günay da onu qorumaq məqsədi ilə piştaxtada olan əşyaları Rahibə tərəf atmış, Rahib sillə ilə dodağından vurmuş, mağazaya daxil olmuş şəxslər onları ayıraraq mağazadan çölə çıxarmışlar. Rahib onların arxası ilə mağazadan çıxaraq onları söymüş və Günay Rahibi söyüdüyü söyşlərə görə şillə ilə vurmaq istədikdə Rahib Günayın əlindən tutmuş və onlar yəni, o, Günay və Rahib əlbəyaxa olmuşlar. Həmin vaxt Rahib Günayın sol ayağından təpiklə vuraraq xəsarət yetirmişdir. Hətta, Rahib onun telefonunu yerə vuraraq zədələmişdir. Bundan sonra ora toplaşmış şəxslər onları ayırmış, o da baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş və ərizə ilə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə müraciət etmişdir. Hazırda Rahiblə barışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə axşam saatlarında mağazaya getmək məqsədi ilə Zeynəblə birlikdə kirayənəşin yaşadıqları evdən çıxmış və təxminən saat 23:50 radələrində yaxınlıqda yerləşən «Fidan» marketə getmişlər. Onlar marketdə daxil olan zaman Zeynəb orada satıcı işləyən Rahib adlı şəxslə salamlaşmış və alış-veriş edə-edə zarafatlaşmışlar. Əvvəllər də «Fidan» marketdən alış-veriş etmişlər və Zeynəblə Rahib hər dəfə marketdə zarafat etmişlər. Həmin gün onlar alış-veriş etdikdən sonra Zeynəblə Rahib arasında zarafat olmuş və həmin zarafat zamanı Zeynəb Rahibin zarafatından əsəbləşmişdir. Belə ki, Zeynəb aldıqları məhsulların pulunu Rahibə verdikdən sonra pulun qalığını gözləmiş, Rahib isə həmin qalığı öz tərəfinə qoyaraq Zeynəbə götürməsini demişdir. Bu səbəbdən onların arasında mübahisə başlamış, Rahib isə marketdə işləyən digər şəxsə «al pulu ver soxsun gözünə» demişdir. Bundan sonra Zeynəb piştaxtada olan əşyaları Rahibin başına atmış, Rahibə söymüş və əli ilə Rahibi vurmaq istədikdə Rahib masadan qalxaraq onun yaxasından tutmuşdur. Həmin vaxt o da rəfiqəsini qorumaq məqsədi ilə piştaxtada olan əşyaları Rahibə tərəf atmış, mağazaya daxil olmuş şəxslər onları ayıraraq mağazadan çölə çıxarmışlar. Rahib də onların arxasınca mağazadan çıxmış, bir-birlərinin ünvanına söyüş söymüşlər. Rahibi sillə ilə vurmaq istədikdə Rahib onun əlindən tutmuş və onlar yəni, o, Zeynəb və Rahib əlbəyaxa olmuşlar. O, Rahibi vurmuş, Rahib isə onu vurmuşdur. Bundan sonra ora toplaşmış şəxslər onları ayırmış, Zeynəb baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş və ərizə ilə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ilk öncə Zeynəb əli Rahibi vurmaq istəmiş, onlar Rahibin ünvanına söyüş söymüş, piştaxtada olan əşyaları Rahibin üzərinə atmış, bundan sonar Rahib də onları söymüşdür. Mağazanın içərisində o, Zeynəb, Rahib və satıcı oğlan olmuş, başqa şəxslər olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 10 saylı ünvanda yerləşən «Fidan» marketi qohumu Şahid2 icarəyə götürməklə işlədir. O, İslam olmadığı vaxtlarda marketə gedərək işlərə nəzarət edir. Marketdə iki nəfər satıcı, X2 və Hüseynova Könül Azər qızı işləyirlər. Satıcılar növbəli iş qrafiki ilə işləyir, Könül səhər saat 08 radələrindən axşam saat 19 radələrinə kimi, Kəmalə isə 23 radələrindən gecə saat 04 radələrinə kimi işləyir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində o, marketə İslamın yanına gəlmiş, həmin gün təxminən saat 23 radələrində Kəmalə işə gəlmiş və uşağı xəstə olduğu üçün oğlu Rahibin onu bir qədər əvəz etməsini xahiş etmiş, İslam buna razılıq verdikdən sonra Rahib kassaya keçmiş, Kəmalə yaşadığı evə getmişdir. İslam da mağazadan çıxaraq yaşadığı evə getmiş, o, Rahiblə birlikdə marketdə qalmışlar. Təxminən saat 23:50 radələrində mağazaya iki nəfər əvvəllər tanımadığı qız daxil olmuşdur. Onlardan biri kassaya tərəf yaxınlaşmış, Rahib isə bununla bağlı ona öz iradını bildirmişdir. Bundan sonra həmin qızlar adlıqları ərzaqlara görə pul vermişlər. Lakin kassaya yaxınlaşan qızla Rahibin arasında zarafatları olmuş və Rahib pulun qalığını həmin qıza əlbə-əl verməmişdir. Bu səbəbdən qızlardan biri səs-küy salmış, Rahib pulun qalığını ona verərək qızlara verməsini demişdir. O da pulu Rahibdən alıb qızlara verən zaman həmin qızlar aldıqları əşyaları piştaxtaya qoyaraq istəmədiklərini demiş, Rahibi nalayiq söyüşlərlə təhqir edərək piştaxtada olan əşyaları Rahibin başına atmış, qızlardan biri əli ilə Rahibi vurmuş, Rahib masadan qalxaraq qızın yaxasından tutmuşdur. Həmin vaxt digər qız da piştaxtada olan əşyaları Rahibə tərəf atmışdır. Bundan sonra Rahib kassadan duraraq onları bayıra çıxarmaq üçün həmin qızlara yaxınlaşmış, mağazaya müştərilər daxil olmuş və qızları bir təhər mağazadan çıxarmışlar. Küçədə olan zaman həmin qızlar sakitləşməmiş, yenidən Rahibin üzərinə hücum etmiş, Rahibin ünvanına küçə söyüşləri söymüş, hətta qızları uzaqlaşdırmaq istəyərkən qızlar onun da ünvanına nalayiq söyüşlər edərək əli və ayağı ilə onu vurmuşlar. Rahib qızları vurmamış və xəsarət yetirməmişdir. Qızlar Rahibi söyüb təhqir etdikləri üçün yaxasından tutmuş, onları marketdən çıxarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu ildən Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 10 saylı ünvanda yerləşən «Fidan» marketi icarəyə götürməklə işlədir. Ondan başqa mağazada iki nəfər satıcı, yəni X2 və Hüseynova Könül Azər qızı işləyirlər. xx xxxx 2020-ci il tarixdə təxminən saat 23 radələrində Kəmalə işə gəlmiş və uşağı xəstə olduğu üçün oğlu Rahibin onu bir qədər əvəz etməsini xahiş etmişdir. O buna razılıq verdikdən sonra Rahib kassaya keçmiş və Kəmalə yaşadığı evə getmişdir. Bundan sonra o da mağazadan çıxaraq yaşadığı evə getmişdir. Uzaq qohumu Şahid1 isə mağazada Rahiblə birlikdə qalmışdır. Ramin onun uzaq qohumu olduğu üçün o, mağazada olmadıqda mağazaya nəzarət etmişdir. Təxminən saat 00 radələrində Rahib onun istifadəsində olan mobil nömrəyə zəng edərək, marketlə qonşu binada yaşayan iki nəfər qızla aralarında mübahisə olduğunu, qızların onu söyüb təhqir etdiyini, marketdə dava-dalaş baş verdiyini, habelə qızların vitrini dağıtdığını bildirmişdir. Səhər saatlarında, yəni xx xxxx 2020-ci il tarixdə saat təxminən 11 radələrində o, icarədarı olduğu «Fidan» marketə gəlmişdir. Həmin vaxt o, marketdə quraşdırılmış kameralara baxan zaman həmin qızların Rahiblə dava dalaş etdiklərini vitrində olan əşyaları dağıtdıqlarını görmüşdür. Bundan sonra o da ərizə ilə Xətai RPİ-nin 36-cı PB-yə müraciət etmiş və həmin videogörüntülər olan bir ədəd CD diski polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs özünü irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, anası X6 rayonu Gəncə prospekti 10 ünvanında yerləşən «Fidan» marketdə satıcı işləyir, o da arabir anasına kömək etmək məqsədi ilə həmin marketə gedir. Anasının iş vaxtı axşam saat 20:00-dan gecə saat 04:00-a kimidir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 23 radələrində azyaşlı qardaşı xəstələndiyi üçün anası evə getməli olmuş, o da anasının işlərinə köməklik etmək məqsədi ilə «Fidan» marketə getmişdir. Həmin vaxt orada satıcı işləyən Ramin marketdə olmuşdur. O, anasının işlərini davam etdirmək məqsədi ilə kassaya keçmişdir. Təxminən saat 23:50 radələrində əvvəllər mağazaya müştəri kimi gəlmiş Zeynəb və Günay adlı qızlar marketə daxil olmuşlar. Sonuncular marketə daxil olduqdan sonra Zeynəb kassaya tərəf yaxınlaşmış, o isə bununla bağlı sonuncuya öz iradını bildirmişdir. Bundan sonra Zeynəb və Günay aldıqları ərzaqlara görə pul vermişlər. Pulun qalığını kassada olan masanın üzərinə qoymuş, Zeynəb pulu əlbə-əl verməsini tələb etmiş, buna etiraz etdikdə aralarında mübahisə yaranmış, pulun qalığını Raminə verərək qızlara verməsini demişdir. Ramin pulu götürüb qızlara verən zaman Zeynəb və Günay aldıqları əşyaları piştaxtaya qoyaraq istəmədiklərini və pulu qaytarmasını demiş, Zeynəb onu nalayiq söyüşlərlə təhqir edərək piştaxtada olan əşyaları onun başına atmış və əli ilə onu vurmuş, o, masadan qalxaraq Zeynəbin yaxasından tutmuşdur. Həmin vaxt Günay da piştaxtada olan əşyaları ona tərəf atmışdır. Bundan sonra o, kassadan duraraq onları bayıra çıxarmaq üçün sonunculara yaxınlaşmışdır. Həmin vaxt mağazaya müştərilər daxil olmuş və qızları bir təhər mağazadan çıxarmışlar. Küçədə olan zaman həmin qızlar onun üzərinə hücum etmiş, nalayiq sözlərlə təhqir etmişlər. Həmin vaxt oraya yığışmış şəxslər onları ayırmışlar. Hadisə zamanı qızlar onu söyüb təhqir etmiş, marketdə olan əşyaları dağıtdıqları üçün onları mağazadan çıxarmış, lakin qızların heç birini vurmamışdır. Həmin qızlar yüngül həyat tərzi keçirmiş, qonşular onldardan narazı olmuş, kirayə yaşadıqları ünvandan qonşuların şikayəti ilə çıxarılmışlar. Qeyd olunanları nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 1), Xətai RPİ-nin 36-cı PB-nin növbətçisi polis baş-leytenantı Turan Abdullayevin xx xxxx 2020-ci il tarixli raportunda qeyd edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 23:54-də AR DİN-nin 102 xidmətindən məlumat daxil olmuş, Zərərçəkmiş şəxs2 tərəfindən Bakı şəhəri, Xətai rayonu, ərazisində yerləşən Fidan marketin yanında münaqişə olması və təcili polisin gəlməsini tələb etməsi bildirilmişdir (i.v. 6), Zərərçəkmiş şəxs2 xəsarətlərinin müəyyən edilməsinə dair Xətai RPİ 36-cı PB-nin baş təhqiqatçısının “Məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixdə Xətai RPİ-nin 36-cı PB-nə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə, saat 23:50 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 10 saylı ünvanda yerləşən “Fidan” marketdə satıcı olan Rahib adlı şəxs əli ilə onun sifət nahiyəsindən vurmasını bildirmişdir (i.v. 06), Zərərçəkmiş şəxs1 xəsarətlərinin müəyyən edilməsinə dair Xətai RPİ 36-cı PB-nin baş təhqiqatçısının “Məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixdə təhqiqat araşdırması zamanı izahatında bildirmişdir ki, xx.xx.2020ci il tarixdə, saat 23:50 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 10 saylı ünvanda yerləşən “Fidan” marketdə satıcı olan Rahib adlı şəxs əli ilə onun sifət nahiyəsindən, təpiklə isə sol diz nahiyəsindən vurmuşdur (i.v. 10), Xətai RPİ-nin 36-cı PB-nə Şahid2 tərəfindən ünvanlanmış ərizədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 10 saylı ünvanda yerləşən “Fidan” marketdə tanımadığı iki nəfər qızın marketin vitrinində olan malları dağıdaraq kassir Təqsirləndirilən şəxs döydüklərini bildirmiş və həmin qızların cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (i.v. 12), təqdimetmə və baxış keçirmə barədə protokoldan görünür ki, Şahid2 tərəfindən hadisənin görüntülərini əks etdirən disk təqdim olunmuş və iş materiallarına əlavə olunmuşdur (i.v-28). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli 603 saylı rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 sol yanaq nahiyəsinin və sol diz oynağı nahiyəsinin qançırları müəyyən edildi. Xəsarətlət bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir (i.v. 35-36), Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli 604 saylı rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs2 üst dodağın bayır səthinin sıyrığı müəyyən edildi. Xəsarətlət bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir (i.v. 37-38), yetkinlik yaşına çatmayan şahidin qanuni nümayəndəsinin cinayət prosesinin iştirakçısı qismində tanınması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından anası X2 onun qanuni nümayəndəsi təyin olunmuşdur (i.v- 59). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 87), sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmuş və ona həmin maddə ilə ittiham elan edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 barələrində Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 10 saylı ünvanda yerləşən «Fidan» marketdə baş vermiş hadisə zamanı qeydə alınmış video çəkilişin əks olunduğu 01 ədəd «CD» disk iş üzrə maddi sübut qismində tanınmış, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələri, şahidlər Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 ifadələri, üzləşdirmədə dindirmə protokolları, videoyazıya baxış keçirilməsi haqqında protokol, məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyinin Xətai rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli 603 saylı, xx xxxx 2020-ci il tarixli 604 saylı və xx xxxx 2020-ci il tarixli 611 saylı rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 91-96), təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 106-107), qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qismində qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 203-204); Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx xxxx 2020-ci il tarixdə saat 23:50 radələrində baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm təhqiqat, həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm təhqiqat, həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, hadisə xx xxxx 2020-ci il tarixdə saat 23:50 radələrində Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 10 saylı ünvanda yerləşən “Fidan” marketdə baş vermiş, Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 əvvəllər marketə müştəri kimi gəlmiş və Təqsirləndirilən şəxs ilə bir-birilərini tanımış, Zərərçəkmiş şəxs2 aldığı əşyalara görə verdiyi pulun qalığının Təqsirləndirilən şəxs tərəfindən əlbə-əl verilməməsi səbəbindən sonuncu ilə mübahisə edərək Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməklə əli ilə vurmuş, Zərərçəkmiş şəxs1 vitrində olan əşyaları Təqsirləndirilən şəxs üzərinə atmış, bundan sona Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri marketdən çıxarımış, mübahisə zərərçəkən şəxslərin təşəbbüsü ilə başlanmışdır. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, xx xxxx 2020-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə zərərçəkən şəxslərin təşəbbüsü ilə başlanmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu baxımdan məhkəmə hesab edir, Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkmiş şəxslərə istiqamətlənən və onların davam etməkdə olan davranış kimi qiymətləndirdiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd edilir ki, “xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlər olmamış, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları aşağıdakılardan ibarətdir. İş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə hadisənin birbaşa görən şəxs kimi Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Şahid1dur. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, hətta belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, Zərərçəkmiş şəxs1, şahid qismində dindirilmiş Şahid1 bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər dindirilmişdir. Şahid1 ifadəsi ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsi istisna olmaqla təqsirləndirilən şəxsin ifadəsi Şahid1, Zərərçəkmiş şəxs1 (qismən) ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı tədqiq olunmuş hadisənin real görüntülərini əsk etdirən video-görüntülərlə tam təsdiq olunur və üst-üstə düşür. Şahid1 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanına hər hansı nalayiq ifadə işlətmədiyini və onları vurmadığını, əksinə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Rahibi nalayiq söyüşlərlə təhqir edərək onu vurduğunu, piştaxtada olan əşyaları Rahibə atdığını bildirmişdir. Zərərçəkmiş şəxs1 da məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ilk olaraq onların Rahibi söydüklərini, Zeynəbin piştaxtada olan əşyaları Rahibin başına atdığını və əli ilə Rahibi vurmaq istədiyini, bundan sonra Rahibin masadan qalxaraq Zeynəbin yaxasından tutuduğunu bildirmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs1 və Şahid1 ifadələri ilə Zərərçəkmiş şəxs2 ifadəsi təkzib edilir. İttiham aktında göstərilən hadisənin törədilməsinə dair Zərərçəkmiş şəxs2 ziddiyətli ifadləri mövcuddur. Zərərçəkmiş şəxsin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. Zərərçəkmiş şəxs2 ilkin izahatlarında Təqsirləndirilən şəxs tanımadıqlarını və heç bir münasibətlərinin olmamasını bildirmiş, lakin Zərərçəkmiş şəxs2 istintaq zamanı veriş olduğu ifadəsində əvvəllər də həmin marketdən alış-veriş etdiklərini bildirmiş, Rahiblə arasında əvvəlcədən tanışlıq olduğunu, bir-biri ilə zarafat etdiyini bildirmiş, həmçinin, Zərərçəkmiş şəxs1 da Zeynəblə Rahibin hər dəfə zarafatlaşdıqlarını, hadisə günü də Zeynəblə Rahibin zarafatlaşdıqlarını, Zeynəbin Rahibin zarafatından əsəbləşdiyini, Zeynəblə Rahib arasında əvvəlcədən tanışlıq olduğunu, onların birbiri ilə zarafat etdiyini bildirmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs2 Rahibin onun telefonunu yerə vuraraq zədələdiyini bildirmiş, lakin videogörüntüdən görünür ki, Zərərçəkmiş şəxs2 telefonla danışarkən Zərərçəkmiş şəxs1 telefonu ondan almaq istəyərkən telefon yerə düşmüşdür. Videogörüntüdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 telefonunu yerə vurması müəyyən edilməmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs2 izahatı, istintaq zamanı və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri fərqli olmaqla ziddiyətlidir. İfadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Zərərçəkmişin bəzən özlərinin leyhinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimalları daha ağırlıqlıdır. Belə ki, zərərçəkmiş təqsirləndirilənlə prosesdə qarşı tərəf olması, aralarında mənafelər toqquşması olması tərəfsiz olması ehtimalını azaldır. Bu zaman zərərçəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməli mənfəət təmini kimi səbəblərlə doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Beləliklə də, Zərərçəkmiş şəxs2 ifadələri ziddiyyətli olmaqla hadisələri ayrıntılı şəkildə əks etdirməmiş, istintaq zamanı verikləri ifadələrlə uyğunsuz olmuşdur. Bu da onun ifadəsinin inandırıcılığına təsir göstərir. Ona görə də, onun ifadəsi artıq mövcud olan digər sübutlarla bağdaşmayana qədər həqiqətdən uzaq qəbul edilməlidir. Keçərliliyi mübahisələndirilən və ya təsdiq edilməmiş ifadələr varsa, ortada qaranlıq bir nöqtə olduğu söylənilə bilir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilməsi aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq məhrumetmə hökmü qurula bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edilərək çatılan ehtimali qənatə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Yüksək də olsa ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə dayalı olan hökm vermək anlamına gələr. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. X7 Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tədbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsasalı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Ona görə də belə bir vəziyyətdə kifayət qədər ziddiyətli olan zərərçəkmiş şəxslərin ziddiyətli ifadələri ittihamın əsasını təşkil edə bilməz və bu ifadə digər sübutlarla təsdiq edilməyərək təkzib edilir. Belə olduğu təqdirdə, zərərçəkmiş şəxsin ifadəsinin etibarlı olmadığı da nəzərə alınaraq ittihamda göstərilən hərəkətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təsdiq edilmir. Məhkəmə ekspert rəylərinə münasibətdə qeyd edir ki, həmin rəylər yalnız rəydə sadalanan xəsarətləri təqsirli olaraq yetirən şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil edən sübut növü kimi götürülə bilər. Hadisənin real şəraitini əks etdirən video-görüntülərdən bir daha aydın olur ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 marketə daxil olurlar, Zeynəb kassa tərəfə yaxınlaşaraq içəri keçmək istəyir, Rahib onu geri qaytarır, Zeynəb Rahiblə gülə-gülə söhbət edir, sonra Rahiblə mübahisə edir, əlini masanın üzərinə vurur, Rahib oturmuş vəziyyətdə olur, sillə ilə Rahibin üzündən vurur, Rahib ayağa qalxaraq Zeynəbin köynəyindən tutur, Zeynəb əli ilə Rahibin qolundan vurur, Günay isə əşyaları Rahibin üzərinə atır, Rahib isə atılan əşyaları geri onların üzərinə atır, Ramin (iş üzrə şahid) gəlir, qızları bayıra çıxarmaq istəyir, Günay yenidən Rahib tərəfə əşyalar atır, Günay marketdən çıxa-çıxa əşyaları Rahibə atmaqda davam edir, çıxanda qapını vurur, Rahib onların ardınca çölə çıxır, Günaya nəsə deyir, Günay əli ilə Rahibi vurur, Zeynəb Rahibə tərəf təpik atır, Günay da Rahibə təpik atır, ətrafda olan şəxslər onları ayırır, Rahib marketə keçir, Ramin zərəçəkmiş şəxsləri uzaqlaşdırmaq istəyir, Zeynəb əli ilə Ramini vurur, Günay əli və ayağı ilə Ramini vurur, ətrafdakı şəxslər zərəçəkmiş şəxsləri uzaqlaşdırmaq istəsələr də, onlar marketə daxil olmaq istəyir, Zeynəb marketin qapısına təpik vurur, Zeynəb telefonla danışarkən Günay telefonu əlindən almaq istəyərkən telefon yerə düşür, onlar yenidən əlləri ilə nəsə deyərək marketə tərəf gedir, marketin qapısını açmağa cəhd edirlər. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətləri, hətta onun gedişində zərərçəkmiş şəxslərin sağlamlığa dərəcəsi təyin edilməyən xəsarətlər yetirilsə belə, xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri səbəbsiz və bəhanə olmamış, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsi, özünü ətrafdakılara qarşı qoyması kimi deyil, bilavasitə zərərçəkmiş şəxslərə istiqamətlənən və sonuncuların ona qarşı nəlayiq ifadələrinə, onu vurmalarına, marketdə olan əşyaları dağıtmalarına qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs1, şahidin ifadələri, videogörüntü və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir. (CPM-126.6.). Ona görə də belə bir vəziyyətdə istintaq orqanı tərəfindən “alınmış”, məhkəmə istintaqı zamanı isə təkzib edilmiş ifadələr ittihamın əsasını təşkil edə bilməz və bu ifadə digər sübutlarla təsdiq edilməyərək tamamlanmır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Ümumiyyətlə təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki, CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham - CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X5 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. X7 Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir.a1q Belə bir vəziyyətdə məhkəmə bir-birinə zidd olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin, şahidin və zərərçəkmişin ifadələrindən, həmin ifadələrdən zərərçəkmiş şəxsin ifadəsinin digər bir sübutlarla təsdiq edilmədiyi halda, ifadəni təsdiqləyən digər sübut olmadığı halda, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların, həmçinin müqayisəli təhlil aparılmalı digər sübutların məcmusu ilə təsdiq olunmadığı halda, həmin ifadələrdən birinə əhəmiyyət verilməsi, digərinə əhəmiyyət verilməməsi CPM-nin 33.4-cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qismində qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübut kimi tanınmış “CD” disk iş materiallarında saxlanılmalıdır. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qismində qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar