Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-295/2022 17.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Kommunal Xidmətlər Müəssisəsində sürücü işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 19 fevral 2022-ci il tarixdə, saat 11:00-da ünvan 2 ünvanının qarşısında tanımadığı Şahid3 ilə sözlə mübahisə edərək, ucadan nəlayiq sözlər demiş, onun söyüş səslərinə gələn Zərərçəkmiş şəxs onu sakitləşdirməyə çalışan zaman yəni, onun mübahisə etməsinə mane olduqda, sonuncunun da ünvanına ucadan nəlayiq ifadələr işlədib, heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə, ətrafda olan şəxslərin dincliyini pozaraq, ictimai yer hesab olunan küçədə, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının kobud surətdə pozulmasında ifadə olunan qərəzli hərəkətlər edib, səs-küy yaratdıqdan sonra, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, bir dəfə Zərərçəkmiş şəxs döş qəfəsindən yumruqla vurub, ağrı simptomu ilə müşayiət olunan döş qəfəsin sol yan səthinin yumşaq toxumasının hematomasından ibarət bədən xəsarətləri yetirməklə, qəsdən sağlamlığına yüngül zərər vurub qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, 2016-cı ildən Bakı şəhəri Kommunal Xidmətlər Müəssisəsində sürücü işləyir. İş fəaliyyəti Xətai rayonu, Əhmədli qəsəbəsində olan zibil qutularının daşınmasıdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış və görməmişdir. Zərərçəkmiş şəxs ilk dəfə 19 fevral 2022-ci il tarixdə səhər saatlarında görmüşdür. 19 fevral 2022-ci il tarixdə, saat 11 radələrində idarə etdiyi yük avtomobili ilə M.Hadi küçəsində zibil qutularını boşaldıb, yaxınlıqda olan digər zibil qutularını boşaltmağa getmişdir. M.Hadi küçəsi 23 ünvanının qarşısına çatdıqda, idarə etdiyi avtomobilin qarşısını “Mercedes” markalı avtomobil kəsmişdir. O, avtomobili saxlamış və avtomobildən düşmüşdür. “Mercedes” markalı avtomobilin sürücüsündən xahiş etmişdir ki, avtomobili bir qədər geriyə çəksin. Həmin zaman həmin avtomobilin sürücüsü ilə aralarında sözlə mübahisə yaranmışdır. Belə ki, həmin şəxs avtomobili geriyə çəkməyə etiraz etmişdir. Həmin şəxs ilə sözlə mübahisə edən zaman, sonradan adını bildiyi Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Zərərçəkmiş şəxs dava-dalaş olmadığını bildirib, geri çəkilməsini xahiş etmişdir. Bunun cavabında Zərərçəkmiş şəxs xoşa gəlməz ifadələrlə onu təhqir etmişdir. Bundan sonra o, avtomobilinə əyləşmək istədikdə, Talıb onun köynəyini dartaraq yararsız hala salmışlar. Bundan sonra o, avtomobilə əyləşib qapılarını bağlayıb, mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və polislərin gəlməsini gözləmişdir. Mübahisə zamanı o, Zərərçəkmiş şəxs vurmamış və nəlayiq ifadələrlə təhqir etməmişdir. Həmin hadisə zamanı orada tanımadığı çox sayda şəxslər toplaşmışdır. Hadisə zamanı orada olan heç kimi, o, cümlədən “Mercedes” markalı avtomobilin də sürücüsünü vurmamışdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs adlı şəxsi 19 fevral 2022-ci il tarixdə hadisə baş verən zaman görüb tanımışdır. 19 fevral 2022-ci il tarixdə, təxminən saat 11 radələrində yaşadığı evdən çıxaraq, mağazaya getmişdir. Mağazaya çatmamış yolun kənarında tanışları Şahid1 və qardaşı Şahid2 görmüşdür. Yolun kənarında dayanıb onlar ilə söhbət etmişdir. Həmin vaxt “Mercedes” markalı avtomobil əsas yoldan sağa manevr edərək, ikinci dərəcəli yola düz istiqamətdə hərəkət etməyə başlamışdır. Bu zaman ikinci dərəcəli yoldan başqa istiqamətdə hərəkətdə olan məişət tullantıları daşıyan yük avtomobili “Mercedes” markalı avtomobilin yolunu kəsərək, hərəkətinə mane olmuşdur. Bundan sonra, həmin avtomobillərin sürücüləri bir-biri ilə sözlə mübahisə etməyə başlamışlar. Belə ki, onlar qarşılıqlı olaraq avtomobilin içərisindən ucadan söyüşlər söymüşlər. Mübahisənin böyüməməsi üçün, “Mercedes” markalı avtomobilin sürücüsünə əli ilə işarə etmişdir ki, yük avtomobilinə yol versin. “Mercedes” markalı avtomobilin sürücüsü isə avtomobili arxaya idarə edə bilməyəcəyini demişdir. Bundan sonra, yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs avtomobildən düşmüş və “Mercedes” markalı avtomobilə yaxınlaşmışdır. O, isə mübahisə olmasın deyə, Təqsirləndirilən şəxs tutub saxlamışdır. “Mercedes” markalı avtomobilin sürücüsü də, avtomobildən düşmüşdür. Təqsirləndirilən şəxs ucadan söyüş söyməkdə davam etmişdir. Ətrafda isə çox sayda tanımadığı şəxslər toplaşmışdır. O, Təqsirləndirilən şəxs xahiş etmişdir ki, dava-dalaş olmasın və çıxıb getsin. Lakin, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ucadan söyüşlər söyərək üzərinə gəlmiş və bir dəfə yumruqla onun sinə nahiyəsinə zərbə endirmişdir. Orada olan şəxslər yaxınlaşıb Təqsirləndirilən şəxs kənara çəkmişlər. Təqsirləndirilən şəxs onu heç bir səbəb olmadan vurmuşdur. Orada olan şəxslərdən yalnız Şahid1 və onun qardaşı Şahid2 tanımışdır. Başqa heç kimi tanımamışdır. Baş vermiş hadisə 5-10 dəqiqə davam etmiş və o, həmin vaxt Təqsirləndirilən şəxs vurmamışdır. Təqsirləndirilən şəxs orada olan şəxslərdən heç kim vurmamışdır. Lakin, Təqsirləndirilən şəxs yalan ifadə verərək bildirmişdir ki, guya o, söyüş söymüş, onu döyməklə hədələmiş, oğlu ilə gödəkçəsini yararsız hala salmışdır. Oğlu Şahid4 isə həmin hadisə zamanı orada olmamış, yalnız sonradan gəlmişdir. Qeyd olunanları əsas tutaraq, iş üzrə Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, özünə məxsus “Mercedes” markalı yük avtomobili vardır. 19 fevral 2022-ci il tarixdə, səhər saatlarında avtomobili ilə Xətai rayonunun Əhmədli qəsəbəsinə getmişdir. Hərəkətdə olarkən, ünvan 3 ünvanında məişət tullantılarını daşıyan avtomobil yolun ortasında dayanaraq, yolu kəsmişdir. Buna görə də, avtomobilinin hərəkətini dayandırmış və gözləmişdir. İlk əvvəl fikirləşmişdir ki, həmin avtomobil hərəkət edib gedəcəkdir. Lakin, bu baş verməmişdir. Bunu görüb, avtomobilinin pəncərəsindən məişət tullantılarını daşıyan avtomobilinin sürücüsündən xahiş etmişdir ki, bir qədər avtomobili geri çəksin. Buna baxmayaraq, həmin avtomobilin sürücüsü avtomobilindən bildirmişdir ki, avtomobili çəkməyəcəkdir. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxs avtomobildən xoşa gəlməz ifadələr işlətmiş və ucadan söyüşlər söymüşdür. Avtomobilindən düşmədən Ağaverdi ilə aralarında sözlə mübahisə baş vermişdir. Lakin, sonradan Ağaverdi avtomobildən düşmüş və ona tərəf gəlmişdir. Həmin vaxt tanıdığı və piyada hərəkət edən Məmmədov X2 tutub saxlayaraq, ondan sakit olmasını və getməsini xahiş etmişdir. Bundan sonra, Ağaverdi aqressiv şəkildə Talıb ilə mübahisə edərək, sonuncunun ünvanına söyüş söymüşdür. Bundan sonra o, avtomobili arxaya idarə edərək, oradan getmiş və sonradan nə baş verməsini bilməmişdir. Bu səbəbdən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görməmiş, yalnız Ağaverdinin Talıba söyüş söyməsini eşitmişdir. Sonradan ona məlum olmuşdur ki, Ağaverdi Talıbı yumruqla vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tanışı Zərərçəkmiş şəxs qardaşı Şahid2 vasitəsilə tanımışdır. Belə ki, qardaşının işlədiyi mağaza ilə Zərərçəkmiş şəxs işlədiyi sağlamlıq mərkəzi yaxınlıqda yerləşir. Qardaşının işlədiyi mağazaya mütəmadi olaraq gedib-gəldiyi üçün, Zərərçəkmiş şəxs orada görüb tanımışdır. Təqsirləndirilən şəxs adlı şəxsi isə 19 fevral 2022-ci il tarixdə hadisə baş verən zaman görüb tanımışdır. 19 fevral 2022-ci il tarixdə, səhər saatlarında qardaşı Aydının işlədiyi mağazanın yerləşdiyi M.Hadi küçəsinə getmişdir. Saat təxminən 10:30-da qardaşı ilə mağazanın yaxınlığında, yolun kənarında dayanıb söhbət etmişlər. Bir qədər sonra, “Mercedes” markalı yük avtomobili əsas yoldan sağa manevr edərək, ikinci dərəcəli yola düz istiqamətdə hərəkət etməyə başlamışdır. Həmin zaman ikinci dərəcəli yoldan başqa istiqamətdə hərəkətdə olan məişət tullantılarını daşıyan yük avtomobili “Mercedes” markalı avtomobilin yolunu kəsərək, hərəkətinə mane olmuşdur. Bu səbəbdən, həmin avtomobillərin sürücüləri bir-biri ilə sözlə mübahisə etməyə başlamışlar. Belə ki, onlar qarşılıqlı olaraq avtomobilin içərisindən bir-birlərinə ucadan söyüşlər söymüşlər. Həmin anda tanışı Zərərçəkmiş şəxs yaxınlaşıb, onları sakitləşdirməyə çalışmışdır. Zərərçəkmiş şəxs “Mercedes” markalı avtomobilin sürücüsünə əli ilə işarə edərək, yük avtomobilinə yol verməsini göstərmişdir. “Mercedes” markalı avtomobilin sürücüsü isə avtomobili arxaya idarə edə bilməyəcəyini demişdir. Sonradan yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs avtomobildən düşmüş və “Mercedes” markalı avtomobilə yaxınlaşmışdır. Zərərçəkmiş şəxs mübahisə olmasın deyə, Təqsirləndirilən şəxs tutub saxlamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yalnız sakitləşdirmək istəmiş, ona qarşı hər hansı bir formada nəlayiq hərəkətlər etməmişdir. “Mercedes” markalı avtomobilin sürücüsü də avtomobildən düşmüşdür. Təqsirləndirilən şəxs ucadan söyüş söyməkdə davam etmişdir. Onun söyüş səslərinə yolla keçən avtomobillər və piyada hərəkət edən şəxslər toplaşmışlar. Bir anda Təqsirləndirilən şəxs heç bir səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına ucadan söyüşlər söyərək, üzərinə getmişdir. Həmin zaman “Mercedes” markalı yük avtomobili arxaya doğru hərəkət edərək, oradan uzaqlaşmışdır. Ağaverdi isə müdaxilə etdiyinə görə, yumruqla Talıbın sinə nahiyəsindən vurmuş və orada olan tanımadığı şəxslər Ağaverdini tutub kənara çəkmişlər. Ağaverdini isə hər hansi bir şəxs vurmamışdır. Bir qədər sonra, hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır və onlar birlikdə yaşayırlar. Atası yaşadıqları evin yaxınlığında yerləşən idman sağlamlıq mərkəzinin direktoru işləyir. Sağlamlıq mərkəzi yaşadıqları ev ilə yaxın olduğu üçün, mütəmadi olaraq oraya gedib-gəlir. Təqsirləndirilən şəxs adlı şəxsi 19 fevral 2022-ci il tarixdə hadisə baş verən zaman görüb tanımışdır. 19 fevral 2022-ci il tarixdə, səhər saatlarında yaşadığı evdən çıxaraq, atasının işlədiyi sağlamlıq mərkəzinə gedən zaman, səs-küy eşitmişdir. Səslərdən məlum olmuşdur ki, kimlərsə mübahisə edir. Səs-küyün gəldiyi yerdə çatdıqda, orada atasını və tanımadığı çox sayda şəxsləri görmüşdür. Orada gördüyü və adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs ucadan söyüşlər söymüşdür. Məlum olmuşdur ki, Ağaverdi onun atası ilə mübahisə etmiş və yumruqla onun atasını vurmuşdur. Lakin o, Ağaverdinin onun atasını vurmasını görməmişdir. Həmçinin, hadisə zamanı nə o, nədə ki, atası Ağaverdini vurmamışdır. Bundan sonra, hadisə yerinə polis əməkdaşları gəlmişlər. İş üzrə Şahid2 məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda, Şahid2 məhkəməyə müraciət edərək, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirib, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini və heç bir əlavəsinin olmadığını göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dəvət edilərək, dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri Kommunal Xidmətlər Müəssisəsində işləyir. İş fəaliyyəti məişət tullantılarının qutulardan boşaldılıb, avtomobilə yüklənərək, daşınmasından ibarətdir. 19 fevral 2022-ci il tarixdə, səhər saatlarında həmişəki kimi, Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili ilə xidmət göstərdikləri ərazidən məişət tullantılarının götürülməsi ilə məşğul olmuşlar. Həmin gün, saat təxminən 11 radələrində Xətai rayonu, M.Hadi küçəsində onların olduqları avtomobilin qarşısını “Mercedes” markalı avtomobil kəsmişdir. Ağaverdi həmin vaxt avtomobili saxlayıb düşərək, “Mercedes” markalı avtomobilin sürücüsündən avtomobili geriyə çəkməsini xahiş etmişdir. Lakin, həmin sürücü narazılığını bildirmiş və Ağaverdi ilə mübahisələri baş vermişdir. Həmin zaman, kənardan tanımadığı və sonradan adını bildiyi Zərərçəkmiş şəxs adlı şəxs yaxınlaşıb, mübahisəyə müdaxilə etmişdir. Ağaverdi isə Zərərçəkmiş şəxs geri çəkilməsini xahiş etmişdir. Lakin, buna cavab olaraq Zərərçəkmiş şəxs nəlayiq ifadələrlə Ağaverdini təhqir etmiş və yaxasından tutaraq, köynəyini dartıb cırmışdır. Həmin vaxt “Mercedes” markalı avtomobilin sürücüsü isə avtomobilini bir qədər geriyə idarə edib, hadisə yerindən uzaqlaşmışdır. Mübahisə baş verən yerə çoxlu sayda insanlar toplaşmışdır. Mübahisə zamanı, Ağaverdinin Zərərçəkmiş şəxs adlı şəxsə söyüş söyməsini eşitməmiş və həmin şəxsi vurmasını görməmişdir. Həmçinin, Zərərçəkmiş şəxs Ağaverdini vurmasını görməmişdir. O, yalnız həmin şəxslərin bir-birinin yaxasından tutduqlarını görmüş və kənarda toplaşmış şəxslər onları sakitləşdirməyə çalışmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 24 fevral 2022-ci il tarixli, 189 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində aşkar olunan xəsarətlər ağrı simptomu ilə müşayiət olunan döş qəfəsin sol yan səthinin yumşaq toxumasının hematoması müəyyən edilmiş, xəsarət bərk küt əşyanın təsirindən törənmiş, yetirilmə müddəti 19 fevral 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətin yıxılma nəticəsində alınması, eləcə də, özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. İş materiallarından görünür ki, 05 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 10 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Rəhimov X3 Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, üzərində qəti olaraq 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzası saxlanılmış, 07 yanvar 2021-ci ildə təyin olunmuş cəriməni tam ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-295/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-295/2022
17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver