Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-295/2025 08.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,648 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 14 fevral 2025-ci il tarixdə saat 01:22-də Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat təbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılıb video çəklişindən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,648 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. İşsizdir, əvvəllər məhkum olunmamışdır. Bir neçə ay olmuşdur ki, psixotrop maddə metamfetamin istifadə etdir. Psixotrop maddə metamfetamin tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, Dəmir yolun yaxınlığında yerləşən 5 mərtəbəli binaların yaxınlığında olan zaman anket məlumatlarını bilmədiyi şəxslə təsadüfən rastlaşıb həmsöhbət olmuşdur. Söhbət əsnasında həmi şəxsə araq sıra psixotrop maddə metamfetamin istifadə etdiyini bildirib psixotrop maddə metamfetamin əldə etmək istədiyini demişdir. Həmin şəxs özü də uzun illərdir narkotik vasitə və psixotrop maddələrin alüdəçisi olduğunu bildirib, ona 20 manat qarşılığında psixotrop maddə metamfetamin tapa biləcəyini demişdir. O, həmin şəxslə razılaşmış və 20 manat pul vermişdir. Həmin şəxs ona bir qədər gözləməyini təklif etmiş və oradan uzaqlaşmışdır. Təxminən 20-30 dəqiqə sonra yanına gəlib vermiş olduğu 20 manat qarşılığında ona bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin vermişdir. O da həmin bükümü cibinə qoyub oradan uzaqlaşmışdır. Bundan sonra Bakı şəhəri, ünvan 6ndə yaxınlığında əldə etdiyi psixotrop maddə metamfetamin istifadə etmək məqsədilə gizlin yer axtararkən xx.xx.2025-ci il tarixdə tarixdə saat 01:22-də ünvan 2ndə olduğu zaman ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onun üzərindən yoxlanış aparakən əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş, çəkilmiş maddənin çəkisi 0,98 qram olması müəyyən edilmişdir. Bu səbəblə də polis əməkdaşları onu PŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən birlikdə 34cü PŞ-nə getmişdir. PŞ-də olarkən polis əməkdaşlarının onunla apardığı söhbətlər zamanı, psixotrop maddə metamfetamin istifadəçisi olduğumu səmimi etiraf etmişdir. Bundan sonra orada xidməti otaqların birində onu PŞ-yə dəvət edən polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin olan büküm elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Həmin büküm zərfə qoyulub möhürlənmiş və o, daxil olmaqla bütün iştirakçılar tərəfindən zərf imzalanmışdır. Psixotrop maddə metamfetamin istifadə etsə də, heç vaxt narkotik vasitə və ya psixotrop maddə heç kəsə satmamış, heç kəsə pay olaraq verməmişdir. Tutulan zaman üzərində mobil telefon olmamış və ***-***-**-** nömrəsini hal hazırda istifadəsindədir. Həmin şəxslə təsadüfən rastlaşmışdır. Sonuncunu yalnız üzdən tanımış, anket məlumatlarını bilməmiş, xarici görünüşcə həmin şəxs təxminən 35 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, seyrək saçlı və üzü saqqallı şəxs olmuşdur. Həmin şəxsin mobil nömrəsini də bilməmişdir. Onu polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən şöbənin rəhbərliyinə məruzə edilmişdir. Şöbə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün o və Xətai RPİ-nin 34-cü PŞnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və rəis müavini polis mayoru Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə edilmişdir. Şahid2 və Şahid3 birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 14 fevral 2025-ci il tarixdə saat 01:22 radələrində ünvan 2 qarşısına getmişlər. Həmin vaxt onlar orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs özünü xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Nihata narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək saxlamışlar. Təqsirləndirilən şəxs hüquqi və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquqi izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında əşyalarında və ya bədənində narkotik vasitənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə video çəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli olan şalvarın sağ yan cibindən 1(bir) ədəd şəffaf sellofan bükümü ağ kristal şəkilli psixotrop maddəyə bənzər kütləni çıxarıb təqdim etmişdir. Psixotrop maddəyə bənzər kütləni Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmiş, çəkisinin 0.98 qram olması müəyyən edilmişdir. Sonra həmin kütləni qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və onun tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra Xətai RPİ- nin 34-cü PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Anar İbadov təhvil vermişlər. Şöbədə olan zaman həmin şəxsin xx.xx.1998-ci ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonra onların və video çəkilişlə Təqsirləndirilən şəxs narkotik vasitəni əldə edib üzərində saxlaması barədə məlumat daxil olduğu üçün, həmin şəxsin 14 fevral 2025-ci il tarixdə saat 01:22-də Bakı şəhəri Xətai rayonu, 7-ci Əhmədli küçəsinin ünvanın qarşısında hərəkətdə olan zaman saxlanılaraq üstünün yoxlanılması, üzərindən 1 ədəd bükümdə psixotrop maddə metamfetamin bənzər maddə aşkar edilərək bir ədəd ağ rəngli zərfdə qablaşdırılması raportu aidiyyəti üzrə təhqiqatçı, polis baş leytenantı Anar İbadov təqdim olunmuşdur. Sonra şəffaf sellofan bükümün içərisində psixotrop maddə metamfetamin elektron tərəziyə qoyularaq çəkilmiş və 0.98 qram olması müəyyən olunmuşdur. Ardınca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni Bakı şəhəri, Xətai rayonu ərazisində Dəmir yolu yaxınlığında yerləşən 5 mərtəbəli binaların yaxınlığında tanımadığı şəxsdən 20 manat ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdikləri ifadələri elan olunmuş şahidlər Şahid2 və Şahid3 ifadələri Şahid1 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; (i.v.1) - 14 fevral 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanıldı. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra X12 əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə ağ kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə təqdim etdi. Sonra kristall şəkilli psixotrop maddə metamfetaminə bənzəyən kütlə elektron tərəzidə çəkilir, çəkisi 0.98 qram olması müəyyən edilir həmin kütlə tərəfimizdən qablaşdırıldı, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandı və götürüldü. Daha sonra şəxsin üzəri yoxlanıldı, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir; (i.v.13-14) - İş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir; (i.v.15,19) - 14 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə saat 01:22 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 28) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/677 nömrəli 14 fevral 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "..İ.Nihat Süleyman oğlu (imza)..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,648 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi – 0,648 qram, tədqiqata sərf edildi – 0,050 qr., qalıq – 0,598 qr; (i.v.41-45) - 15 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.54-55) - 15 fevral 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Xətai RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leyetnantı X4 xx.xx.2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir; (i.v.72-73) - 15 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə saat 15:10-da “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; (i.v.74-76) - Azərbaycan Respublikasının 17 fevral 2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır; (i.v.96) - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” X3 17 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X10r (xx.xx.1952-ci il təvəllüdlü, xx.xx.2011-ci il tarixdə ölüb), anası X7r (xx.xx.1956-ci il təvəllüdlü), bacısı X1r (xx.xx.1979-cü il təvəllüdlü), bacısı X8r (xx.xx.1980-cu il təvəllüdlü), bacısı X2r (xx.xx.1986-cı il təvəllüdlü, evli), bacısı X5r (xx.xx.1989-cu il təvəllüdlü), bacısı X6r (xx.xx.1989-cu il təvəllüdlü), qardaşı X9r (xx.xx.1993-cü il təvəllüdlü); (i.v.97) - Azərbaycan Respublikası “Respublika Narkoloji Mərkəzi” X24 03 mart 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində stasionar müalicədə olmayıb, xx.xx.2025-ci il tarixdə yuxarıda adı göstərilən mərkəzdə ambulator məcburi narkoloji tibbi yoxlamadan keçmişdir. Diaqnoz: “Psixostimulyatorun qəbulu nəticəsində asılılıq sindromu” olmuşdur; (i.v.98) - 14 mart 2025-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan və məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 14 fevral 2025-ci il tarixdə saat 01:22-də ünvan 6 ünvanında qeydə alınır. Videogörüntüdən müəyyən edilir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, videoçəkiliş aparan Xətai RPİ-nin 34-cü PŞ-nin rəis müavini polis mayoru Şahid3dur. Əynində tünd boz rəngli şalvarı olan şəxs Təqsirləndirilən şəxsdur. Əməliyyat müvəkkili Şahid1 və Şahid2, Təqsirləndirilən şəxs hüquqlarını izah etdikdən sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa onu təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək içərisində psixotrop maddə metamfetamin olmasını və həmin bükümü tanımadığı şəxsdən 20 manata almasını bildirir. Təqdim olunan 01 ədəd şəffaf sellofan büküm elektron tərizdə çəkildə büküm ilə birlikdə 0,98 qram olması müəyyən edilərək 01 ədəd kağız zərfdə qablaşdırılıraraq DİN-nin 151 saylı möhürü ilə möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət olunaraq aparılır. Polis şöbəsinin xidməti otaqların birinə daxil olduqdan sonra əməliyyat müvəkkili Şahid1, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan büküm qablaşdırıldığı zərf Anar İbadov təhqiqatçıya təhvil verdiklərini qeyd edərək çəkilişin yekunlaşmasını bildirir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini Bakı şəhəri, Xətai rayonu Dəmir yolun yaxınlığında yerləşən 5 mərtəbəli binaların yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata əldə etdiyini, psixotrop maddədən istifadə etsə də, satışı ilə məşğul olmadığın bildirmişdir; (i.v.99-100) - 14 mart 2025-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan və məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 14 fevral 2025-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X13 əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Anar İbadov sol tərəfində ayaq üstə dayanmış şəxslər adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2dur. Video çəkilişin davamında təhqiqatçı Anar İbadov oğluna təqdim olunan bir ədəd ağ rəngli zərf və mobil telefonda qeydə alınmış video görüntüdə baxış kecirildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini Bakı şəhəri, Xətai rayonu Dəmir yolun yaxınlığında yerləşən 5 mərtəbəli binaların yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata əldə etdiyini, psixotrop maddədən istifadə etsə də, satışı ilə məşğul olmadığın bildirdi; (i.v.101-102) - 08 aprel 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar dayandırılmışdır; (i.v.118- 119) - "xxxx" MMC tərəfindən daxil olmuş 21 aprel 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, 1 ədəd CD disk iş materiallarına əlavə edilmişdir; (i.v.122-123) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsinin xx.xx.2025-ci il tarixli 950 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür; (i.v.124-125) - 28 aprel 2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir; (i.v.127-128) - 28 aprel 2025-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd "CD" fomatlı diskin üzərində qara rəngdə “nar” sözü və "250110065" rəqəmləri yazılmışdır. Həmin disk Xətai RPİ-nin İŞ-nin İŞ-də olan xidməti otaqdakı “HP” markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd “Mushteri zenglerinin detallashmasi_MSİSDN_708611330" adlı və 01 ədəd "Zenglerin_ Mexsusluq_ Tarixceleri_**********0455_708611330_NAR_2315" adlı PDF formatlı fayl aşkar edildi. Həmin 01 ədəd "Mushteri zenglerinin detallashmasi_MSİSDN_708611330" adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan 070- ***-**-** saylı "xxxx" MMCyə məxsus kart nömrəsinə 01 yanvar 2025-ci il tarixdən 14 fevral 2025-ci il tarixədək olan müddət ərzində daxil və xaric olan zənglərin siyahısı və anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üçün sübut əhəmiyyəti kəsb edən hal aşkar edilmədi. İkinci 01 ədəd “Zenglerin -Mexsusluq -Tarixceleri-**********0455 -708611330- NAR- 2315" adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2025-ci il tarixdən 14 fevral 2025-ci il tarixədək olan müddət ərzində daxil olan mobil nömrələrin sahiblərinin anket məlumatları göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil nömrənin Təqsirləndirilən şəxs adın qeydiyyata alınması müəyyən edildi; (i.v.130-135) - 02 may 2025-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2025-ci il tarixli, 6/677 saylı və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 950 saylı rəyləri üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. (i.v.137-145) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,648 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 14 fevral 2025-ci il tarixdən 15 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-də saxlanılan 01 ədəd bükümdə çəkisi 0,598 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saat iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 02 (iki) gün həbsdə saxlama müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,598 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş üç ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-295/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-295/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver