Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-296/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda üç büküm kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 1,558 qram olan psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 30 aprel 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi ev 4 A ünvanının qarşısında həmin psixotrop maddə olan metamfetamindən bir ədəd bükümdə 0,065 qram çəkidə olan hissəsini tanışı Şahid1 5 manat müqabilində satmış, həmin tarixdə Şahid1 Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra, sonuncunun üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat tədbiri zamanı, Təqsirləndirilən şəxs həmin gün saat 23:30-da Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi ev 4 A ünvanının qarşısında saxlanılıb, ünvan 3əşən Xətai RPİ-nin 36-cı Polis Bölməsinə gətirilərək, üzərində müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda üzərində saxlamaqla daşıdığı iki ədəd şəffaf rəngli sellofan bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,663 qram və 0,830 qram olmaqla, ümumi təmiz çəkisi 1,493 qram olan, ağ rəngli kristallik maddə - kustar üsulla hazırlanmış pxisotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir. O, narkotik vasitələri “Həzi Aslanov” metrostansiyasının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxsdən alırmış. 30 aprel 2022-ci il tarixdə, axşam saatlarında “Həzi Aslanov” metrostansiyasının yaxınlığına gedib, həmişəki kimi narkotik vasitələri satan şəxsi taparaq, həmin şəxsdən 30 manata üç ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin almışdır. Aldığı maddədən bir bükümünü qəbul etmiş, qalan iki bükümünü isə şalvarının cibində saxlamışdır. Həmin gün saat 23 radələrində yaşadığı Xətai rayonu, R.Quliyev küçəsində olan zaman, mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini polis əməkdaşları kimi təqdim edərək, onu Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dəvət etmiş və o, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra, polis əməkdaşlarının və dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş və o, əynində olan şalvarının cibində saxladığı iki ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra, təqdim etdiyi maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə tərtib edilmiş protokolun doğruluğunu təsdiq etmişlər. Üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini öz şəxsi istifadəsi üçün almışdır. Lakin, polis bölməsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji zorakılıq tətbiq olunmuş və bundan sonra o, məcbur olub aldığı maddənin bir bükümünü Şahid1 adlı tanışına 5 manata satdığını bildirmişdir. Əslində isə Raminin üzərindən aşkar olunmuş metamfetamini həmin şəxsə o, satmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir. Narkotik vasitələri Bakı şəhərinin müxtəlif yerlərindən tanımadığı şəxslərdən alaraq, istifadə etmişdir. Təqsirləndirilən şəxs yaxınlıqda yaşayan bir qonşu kimi tanıyır. Bəhruz da onun kimi narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir. Onlar ara-sıra birlikdə narkotik vasitələrdən istifadə etmişlər. Onda pul olduqda narkotik maddənin dəyərini o, ödəmiş, onda olmadıqda isə dəyərini Bəhruz ödəmişdir. 30 aprel 2022-ci il tarixdə psixotrop maddə olan metamfetamin istifadə etmək qərarına gəlmiş və həmin gün tanımadığı şəxsdən çox az bir miqdarda metamfetamin əldə etmişdir. Həmin gün, yəni 30 aprel 2022-ci il tarixdə, saat 21 radələrində yaşadığı evin qarşısında olan zaman, mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək, onu Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Bundan sonra, dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt o, əynində olan şalvarının cibində saxladığı bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini çıxardıb təqdim etmişdir. Həmçinin, həmin vaxt ona məlum olmuşdur ki, tanışı Təqsirləndirilən şəxs də polis əməkdaşları saxlayıb, polis bölməsinə gətirmiş və o, düşünmüşdür ki, Bəhruz polis əməkdaşlarına psixotrop maddəni ona satdığını artıq bildirmişdir. Bu səbəbdən o da, üzərinə axtarış keçirilərkən, təqdim etdiyi maddənin Bəhruzdan 5 manata aldığını etiraf etmişdir. Lakin, əslində üzərindən aşkar edilmiş maddəni o, Bəhruzdan almamışdır. Polis bölməsində olarkən, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki zorakılıq hərəkətlərinə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 aprel 2022-ci il tarixdə Şahid1 adlı şəxsin Xətai rayonu ərazisində narkotik və psixotrop maddələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan və əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuş və həmin məlumat əsasında onlar birlikdə saat 21 radələrində ünvan 5 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Raminin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb, özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1985-ci ildə ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Şahid1 kimi təqdim etmişdir. Onlar Raminə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, sonuncunu saxlayaraq, Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində vəkil dəvət edilərək, vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə, Şahid1 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl, Raminə üzərində qeyri-qanuni əşya olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. Ramin də əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb təqdim edərək, bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni 30 aprel 2022-ci il tarixdə, səhər saatlarında Bəhruz adlı şəxsdən şəxsi istifadəsi üçün 5 manata aldığını bildirmişdir. Sonra Raminin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Raminin üzərindən aşkar olunmuş büküm qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Şahid1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini aldığını bildirdiyi Bəhruz adlı şəxsin Xətai rayonu, R.Quliyev küçəsi, ev 4 A, mənzil 53 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Buna görə də, o, əməliyyat müvəkkili Şahid3la birlikdə məlumat əsasında, saat 23 radələrində ünvan 7 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici əlamətlərinə görə Bəhruzun əlamətləri ilə üst-üstə düşən şəxsi müəyyən edib, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1989-cu ildə Şirvan şəhərində anadan olmuş, ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, sonuncunu Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilərək, həmin vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Bəhruza üzərində qeyri-qanuni əşya olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. Bəhruz da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri “Həzi Aslanov” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 30 manata aldığını, 30 aprel 2022-ci il tarixdə həmin maddədən bir bükümünü tanışı Şahid1 5 manata satdığını bildirmişdir. Sonra Bəhruzun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bəhruzun üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid - Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri özünün qismən etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 01 may 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan bükülünü çıxardıb təqdim edərək, həmin bükülülərin içərisindəkilərin psixotrop maddə olan metamfetamin olduğunu, onları “Həzi Aslanov” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 30 manata aldığını, aldığı maddənin bir bükümünü 30 aprel 2022-ci il tarixdə Ramin adlı tanışına satdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 30 aprel 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Şahid1 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxardıb təqdim edərək, həmin bükülünün içərisindəkinin psixotrop maddə olan metamfetamin olduğunu, onu 30 aprel 2022-ci il tarixdə, səhər saatlarında Xətai rayonu, R.Quliyev küçəsi 4 ünvanının yaxınlığında Bəhruz adlı tanışından 5 manata aldığını bildirmişdir. Şahid1 üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2022-ci il tarixli, 6/2530 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №151” dairəvi möhür əksi olan “Şahid1” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə, bir ədəd bükümdə təmiz çəkisi 0,065 qram olan ağ kristallik maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq - 0,045 qramdır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2022-ci il tarixli, 6/2533 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №151” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,663 qram və 0,830 qram olmaqla, ümumi təmiz çəkisi 1,493 qram olan ağ kristallik maddə - xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq - 1,453 qramdır. Təqdim edilmiş Şahid1 aşkar edilmiş bir ədəd bükümdə, təmiz çəkisi 0,045 qram olan metamfetamin ilə Təqsirləndirilən şəxs aşkar edilmiş iki ədəd bükümdə ümumi təmiz çəkisi 1,493 qram olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. İş materiallarından görünür ki, 1,453 qram və 0,025 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddələr olan metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən iki ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 10 may 2022-ci il tarixli, 2353 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əıamətlərinin olmamasını nəzərə alaraq, həmçinin, öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında Xətai rayon prokurorunun qərarından görünür ki, Şahid1 üzərindən bir ədəd bükümdə, ümumi təmiz çəkisi 0,065 qram psixotrop maddə olan metamfetaminin aşkar edilməsi inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas olduğundan, Şahid1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2022-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şahid1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 06 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20 oktyabr 2014-cü il təvəllüdlü bir uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji zorakılıq tətbiq olunmasını bildirsə də, bununla bağlı hər hansı bir hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Həmçinin, məhkəmə şahid qismində məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəni inandırıcı hesab etmir və tanışı olan Təqsirləndirilən şəxs müdafiə etmək xarakterini daşıdığı qənaətinə gəlməyə əsas verir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 30 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,453 qram və 0,025 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddələr olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 130 (bir yüz otuz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 30 aprel 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,453 qram və 0,025 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddələr olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 130 (bir yüz otuz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-296/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-296/2022
07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver