Məhkəmə qərarları › İş №1(011)-296/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-296/2023

24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-296/2023 24.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 13 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X5 Təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə daşınmasında X4nə nəzarət müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi vəzifəsində işləyən, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Qoçlu məhəlləsi, bina 4, mənzil 26-da qeydiyyatda olan və ünvan 1 ünvanında faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib ziyan vurmaqla təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə vahid tamah niyyətilə təkrarən saxtalaşdırmaqla hazırlamışdır. Belə ki, o, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzrə xx.xx.2008ci il tarixli 1504/Ş nömrəli əmrlə xx.xx.2008-ci il tarixdən hal-hazıradək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X5 Təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə daşınmasında X4nə nəzarət müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması” Qaydaların 4-cü bəndinə əsasən, təhlükəli yüklər bu Qaydaların və xüsusi razılığın (lisenziyanın) tələblərinə və müəyyən növ təhlükəli yüklərin daşınma şərtlərinə cavab verməklə Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə əsasında daşınmaya buraxıldığı və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, qeyd olunan Şəhadətnamə üçün dövlət rüsumu nəzərdə tutulmadığı halda, “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istəmələrinə dair etmiş olduqları müraciətləri ilə əlaqədar ayrı-ayrı şəxslərə müəyyən məbləğdə ödəyəcəkləri pul müqabilində qısa müddətdə qanuni şəhadətnamələrin veriləcəyini yalandan bildirib, 2021-ci ilin fevral ayından 2021-ci ilin sentyabr ayınadək olan müddətdə yaşadığı ünvan 1 ünvanında olan “HP” markalı kompüterdə nəqliyyat vasitəsinə və sürücüsünə dair məlumatları əvvəlcədən əldə edib kompüterin yaddaşında saxladığı şəhadətnamə blankında qeyd edib tərtib edərək, printer qurğusu vasitəsi ilə çap etdikdən sonra həmin otaqda saxlanılan imza və möhürlə təsdiqlənmiş digər qanuni şəhadətnamələrin surətindən istifadə edib “Sənayedə X4 və Dağ-Mədən X5 rəisi Səmədağa Səmədov” qrafasını kəsib kağız yapıştırıcısından istifadə etməklə çap etdiyi Şəhadətnamənin imza və möhür nəzərdə tutulan hissəsinə yapışdırdıqdan sonra otaqda olan surət çıxaran və laminasiya qurğularından istifadə edib hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayaraq ayrı-ayrı şəxslərə təqdim etməklə, o cümlədən, “Kamaz-554115” markalı, **-VJ-*** qeydiyyat nişanlı, “KamAz-554115” markalı, **-BF-*** qeydiyyat nişanlı, “Qaz-53” markalı, **-BF-*** qeydiyyat nişanlı və “Kamaz 53212” markalı, **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinə X16 bazasından yanacaq daşınması üçün ümumilikdə 04 ədəd “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istəməsinə dair özünə 2021-ci ilin fevral ayında müraciəti ilə əlaqədar Qax rayon sakini Zərərçəkmiş şəxs1 2021-ci ilin fevral ayından 2021-ci ilin aprel ayınadək olan müddət ərzində ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X5 inzibati binasının qarşısında hər bir şəhadətnamə üçün 500 manat olmaqla ümumilikdə 2.000 (iki min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, verdiyi vədə inandırmaq üçün qəsdən yaşadığı ünvan 1 ünvanında X15, Şahid4, Şahid3 və Şahid5 adlarını qeyd etməklə 2021ci ilin fevral ayında “Kamaz-554115” markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0096 nömrəli, 2021-ci ilin aprel ayında “KamAz-554115” markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0211 nömrəli, “Qaz-53” markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0210 nömrəli və “Kamaz 53212” markalı, **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0209 nömrəli hüquq verən rəsmi sənəd olan Şəhadətnamələri qeyd edilən formada qanunsuz olaraq saxtalaşdırmaqla hazırlayaraq Zərərçəkmiş şəxs1 təqdim etməklə, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 məxsus 2.000 (iki min) manat məbləğində pul vəsaitini ona ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirmiş, vahid tamah niyyətilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlamış, təkrarən, “Daimler Tryseer” markalı, **-BE-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi **-ZD-*** olan nəqliyyat vasitəsinə "xxxx" QSC-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Bakı Neft Bazasından yanacaq daşınması üçün 1 ədəd “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istəməsinə dair özünə 2021-ci ilin fevral ayında müraciəti ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Bənəyir kənd sakini Şahid6 2021-ci ilin fevral ayında ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağmədən X5 inzibati binasında qarşısında 400 (dörd yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, verdiyi vədə inandırmaq üçün qəsdən 2021-ci ilin fevral ayında yaşadığı ünvanda “Daimler Tryseer” markalı, **-BE-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi **-ZD-*** olan nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0107 nömrəli Şəhadətnaməni qeyd edilən formada qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlayaraq Şahid6 təqdim etməklə, tamah niyyətilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə təkrarən saxtalaşdırmaqla hazırlamış, təkrarən, “DAF” markalı, **-BC-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi **-ZG-*** olan nəqliyyat vasitəsinə "xxxx" QSC-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Bakı Neft Bazasından yanacaq daşınması üçün 1 ədəd “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istəməsinə dair özünə 2021-ci ilin sentyabr ayında müraciəti ilə əlaqədar Naxçıvan şəhər sakini Zərərçəkmiş şəxs2 2021-ci ilin sentyabr ayında ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X5 inzibati binasının qarşısında 700 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, verdiyi vədə inandırmaq üçün qəsdən 2021-ci ilin sentyabr ayında yaşadığı ünvanda “DAF” markalı, **-BC-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi 10 ZG122 olan nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0492 nömrəli Şəhadətnaməni qeyd edilən formada qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlayaraq Zərərçəkmiş şəxs2 təqdim etməklə, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 məxsus 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, vahid tamah niyyətilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə təkrarən saxtalaşdırmaqla hazırlamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzrə xx.xx.2008-ci il tarixli 150/Ş nömrəli əmrlə xx.xx.2008-ci il tarixdən hal-hazıradək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X5 Təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə daşınmasında X4nə nəzarət müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi vəzifəsində işləyir. Baş məsləhətçisi - baş müfəttiş kimi vəzifəsi təhlükəli yüklərin daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin Agentlik tərəfindən verilmiş “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələrin olub-olmamasına nəzarət etmək, şəhadətnaməsi olmayan və ya vaxtı bitmiş nəqliyyat vasitələrini şəhadətnamə almağa və şəhadətnamə almaq üçün müraciət edən fiziki və ya hüquqi şəxslərə məxsus nəqliyyat vasitələrini Agentliyin nəzdində olan Azərbaycan X13 və X6-Tədqiqat İnstitutunda qanuna müvafiq qaydada baxışdan keçirtməyə yönləndirməkdən ibarət olmuşdur. İşlədiyi müddətdə mütəmadi olaraq təhlükəli yüklərin daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin bu barədə şəhadətnamələrinin olub-olmamasına nəzarəti rəisin tapşırığına əsasən həmin yüklərin satışını həyata keçirən müəssisələrə gedərək orada olan maşınlara baxış keçirməklə şəhadətnaməsi olmayan və ya müddəti bitən Şəhadətanmə ilə yük daşıyan sürücülərdən Agentliyə müraciət edib şəhadətnamə alması ilə bağlı müvafiq tapşırıqlar vermişdir. Təhlükəli yüklərin daşınmasını həyata keçirən fiziki və ya hüquqi şəxslər nəqliyyat vasitələrinə “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması barədə Şəhadətnamə” almaq üçün Sənayedə X4 və Dağ Mədən X11nə müraciət edildikdə həmin şəxs qəbul edilir və zəruri sənədlər yığılaraq ümumi şöbəyə verilir. Nəqliyyat vasitəsi isə baxışdan keçirilməsi və çənin yuyulması üçün Azərbaycan X13 və Təhlükəsizlik Texnikası X1 ərazisində yerləşən bazasına göndərilir. İnstitut tərəfindən avtomobilin sahibinə verilmiş hesab nömrəsinə bununla bağlı dövlət rüsumunu ödədikdən sonra avtomobil baxışdan keçirilərək akt tərtib olunur, hər hansı çatışmazlıq olduğu halda onun aradan qaldırılması sürücüyə bildirilir, olmadığı halda isə akt təsdiq olunaraq müqavilə bağlanmaqla toplanmış sənədlər Agentliyə göndərilir. Sənədlər Agentlikdə yoxlanıldıqdan sonra hər şey qaydasında olduğu halda bir neçə günə nəqliyyat vasitəsinin sahibinə Agentliyin rəisinin imzası və möhürü ilə təsdiq edilmiş şəhadətnamə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması” Qaydaların 4-cü bəndinə əsasən, təhlükəli yüklər bu Qaydaların və xüsusi razılığın (lisenziyanın) tələblərinə və müəyyən növ təhlükəli yüklərin daşınma şərtlərinə cavab verməklə Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə əsasında daşınmaya buraxıldığı və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, qeyd olunan Şəhadətnamə üçün dövlət rüsumu nəzərdə tutulmadığı halda, 2021-ci ilin fevral ayında Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Bənəyir kənd sakini Şahid6 ona müraciət edərək istifadəsində olan “Daimler Tryseer” markalı, **-BE-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi **-ZD-*** olan nəqliyyat vasitəsinə "xxxx" QSC-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Bakı Neft Bazasından yanacaq daşınması üçün “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istədiyini bildirmiş və o, öz növbəsində həmin Şəhadətnamə üçün Zaur Xəliovdan 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu ödəniləcəyi adı ilə pul vəsaiti istəmişdir. 2021-ci ilin fevral ayında ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X5 inzibati binasında qarşısında Şahid6 400 (dörd yüz) manat məbləğində pul vəsaitini alaraq və kirayədə yaşadığı ünvan 1 ünvanında olan özünə məxsus olan “HP” markalı kompüterdə nəqliyyat vasitəsinə və sürücüsünə dair məlumatları əvvəlcədən əldə edib kompüterin yaddaşında saxladığı şəhadətnamə blankında qeyd edib tərtib edərək, printer qurğusu vasitəsi ilə çap etdikdən imza və möhürlə təsdiqlənmiş digər qanuni şəhadətnamələrin surətindən istifadə edib “Sənayedə X4 və Dağ-Mədən X5 rəisi Səmədağa Səmədov” qrafasını kəsib kağız yapıştırıcısından istifadə etməklə çap etdiyi Şəhadətnamənin imza və möhür nəzərdə tutulan hissəsinə yapışdırdıqdan sonra surət çıxaran və laminasiya qurğularından istifadə edib “Daimler Tryseer” markalı, **-BE-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi **-ZD-*** olan nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0107 nömrəli Şəhadətnaməni hazırlamış və həmin Şəhadətnaməni Şahid6 vermişdir. Şahid6 aldığı 400 manat pul vəsaitini istintaq dövründə tam şəkildə qaytarmışdır. “DAF” markalı, **-BC-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi 10 ZG122 olan nəqliyyat vasitəsi üçün Zərərçəkmiş şəxs2 verilmiş xx.xx.2021-ci il tarixli, 0492 nömrəli Şəhadətnaməni yuxarıda göstərdiyi qaydada hazırlayıb Zərərçəkmiş şəxs2 700 manat müqabilində vermişdir. Belə ki, 2021-ci ilin sentyabr ayında Agentlikdə olarkən Naxçıvan şəhər sakini Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq istifadəsində olan “DAF” markalı, **-BC- *** qeydiyyat nişanlı, qoşqu nömrəsi ** ZG *** olan nəqliyyat vasitəsinə "xxxx" QSC-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Bakı Neft Bazasından yanacaq daşınması üçün 1 ədəd “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istədiyini bildirmişdir. Bunun üçün Zərərçəkmiş şəxs2 dövlət rüsumlarının ödənilməsi məqsədilə 700 manat pul vəsaiti lazım olduğunu bildirmiş və bu adla Agentliyin inzibati binasının qarşısında həmin məbləği almışdır. Bundan sonra kirayədə yaşadığı ünvan 1 ünvanında olan özünə məxsus olan “HP” markalı kompüterdə nəqliyyat vasitəsinə və sürücüsünə dair məlumatları əvvəlcədən əldə edib kompüterin yaddaşında saxladığı şəhadətnamə blankında qeyd edib tərtib edərək, printer qurğusu vasitəsi ilə çap etdikdən sonra imza və möhürlə təsdiqlənmiş digər qanuni şəhadətnamələrin surətindən istifadə edib “Sənayedə X4 və Dağ-Mədən X5 rəisi” qrafasını kəsib kağız yapıştırıcısından istifadə etməklə çap etdiyim Şəhadətnamənin imza və möhür nəzərdə tutulan hissəsinə yapışdırdıqdan sonra surət çıxaran və laminasiya qurğularından istifadə edib “DAF” markalı, **-BC-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi 10 ZG122 olan nəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixli, 0492 nömrəli Şəhadətnaməni hazırlayaraq Zərərçəkmiş şəxs2 vermişdir. Zərərçəkmiş şəxs2 aldığı 700 manat pul vəsaitini istintaq dövründə tam şəkildə qaytarmışdır. 2021-ci ilin fevral ayında Agentliyin inzibati binasında olarkən Qax rayon sakini Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq “Kamaz-554115” markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yanacaq daşınmasına icazə verilməsi üçün Şəhadətnamə almaq istəyini bildirmişdir. Bəhruzdan həmin vaxt qeyd olunan Şəhadətnamənin verilməsi üçün 500 manat pul vəsaiti istəyərək həmin məbləği alıb 1 həftə ərzində hazır olacağını demişdir. Bəhruz ona qardaşı X9 vəsiqəsini verərək Şəhadətnamədə sonuncunun adının göstərilməsini xahiş etmişdir. Bundan sonra yuxarıda göstərdiyi qaydada evində Şəhadətnamə hazırlayaraq Bəhruza çatdırılması üçün hazırda xatırlamadığı Bakı-Qax marşrutu üzrə işləyən avtobusla göndərmişdir. Bir müddət sonra Bəhruz yenidən onunla əlaqə saxlayaraq tanışları X15, Şahid4, Şahid3 və Şahid5 Şəhadətnamə lazım olduğunu demiş və bunun üçün Bəhruzdan hər Şəhadətnamə üçün 500 manat məbləğində pul vəsaiti istəyərək razılığını almışdır. Təxminən bir neçə gün sonra Bəhruz nəqliyyat vasitələrinə və sürücülərə dair sənədləri və 1.500 manat pul vəsaitini Qax-Bakı marşrutu ilə işləyən xatırlamadığı avtobus sürücüsü vasitəsi ilə göndərmiş və həmin şəxs qeyd olunan vəsaiti və sənədləri Agentliyin qarşısında gətirib ona vermişdir. Bundan sonra yuxarıda göstərdiyi qaydada evimdə 2021-ci ilin aprel ayında “KamAz-554115” markalı, **- BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0211 nömrəli, “Qaz-53” markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0210 nömrəli və “Kamaz 53212” markalı, **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0209 nömrəli Şəhadətnamələri hazırlayıb Bakı-Qax marşrutu ilə işləyən hazırda xatırlamadığı avtobus sürücüsü vasitəsi ilə Bəhruza çatıdırılması üçün Qax rayonuna göndərmişdir. Bəhruzdan Şəhadətnamələrlə bağlı ümumilikdə aldığı 2.000 manat məbləğində pul vəsaitini tam olaraq sonuncuya qaytarmışdır. Şəhadətnamələrin qanunsuz yolla hazırlayaraq vətəndaşlara verməsindən heç kimin məlumatı olmamış, 2021-ci il ərzində 6 ədəd Şəhadətnamə üçün Şahid6, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldığı ümumilikdə 3.100 manat pul vəsaitini şəxsi ehtiyaclarına xərcləmişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən saxta Şəhadətnamələrlə bağlı Baş Prokurorluğa ünvanlanan müraciətdən sonra kirayədə yaşadığı evdə olan HP markalı kompüter, surət çıxaran və laminasiya qurğularını internet vasitəsi ilə hazırda xatırlamadığı şəxsə satmış, hazırda yaşadığı evdə hər hansı texniki vasitə qalmamışdır. Zərərçəkmiş şəxslərə vurulmuş zərər tamamilə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Həmçinin törətdiyi dələduzluq epizodu üzrə vurulmuş zərərin 25 faizini dövlət büdcəsi hesabına köçürmüşdür. Dələduzluq epizodu üzrə xitam qərarı çıxarılmasını, digər cinayət üzrə üzrə barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs1 məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin ödənildiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. Həmin ifadələrində o göstərmişdir ki,Qax rayonunda yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərən “Bəhruz” firmasının direktorudur. 2021-ci ilin fevral ayında özünə məxsus olan “Kamaz-554115” markalı, **-VJ-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi ** ZG *** olan nəqliyyat vasitəsi ilə X16ndan Qax rayonunda işlətdiyi “Bəhruz” yanacaqdoldurma məntəqəsinə yanacaq daşınmasına icazə verilməsi üçün Şəhadətnamə almaq məqsədilə ilk dəfə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağmədən X5 inzibati binasına gəlmiş və müraciət edərkən Sərxan adlı Agentliyin əməkdaşı ilə tanış olmuşdur. Sərxan ona köməklik edəcəyini bildirərək Şəhadətnamə almaq üçün 500 manat lazım olduğunu demişdir. Sərxan tərəfindən həmin məbləğin rüsum olaraq istədiyini fikirləşib razılaşmış və Agentliyin inzibati binasının qarşısında ona 500 manat pul vəsaiti, qeyd olunan nəqliyyat vasitəsinə dair sənədləri və sürücü kimi qardaşı X9 qeyd edilməsini xahiş edərək sonuncunun şəxsiyyət və sürücülük vəsiqələrinin surətlərini vermişdir. Sərxan pulu və sənədləri götürərək 1 həftə ərzində Şəhadətnamənin hazır olacağını demişdir. Təxminən 1 həftə sonra Sərxan onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək Şəhadətnamənin hazır olduğunu bildirmişdir. Qax rayonunda olduğu üçün Sərxandan həmin Şəhadətnaməni Bakı-Qax marşrutu ilə işləyən avtobuslarla göndərməsini xahiş etmişdir. Həmin gün Sərxanın göndərdiyi Şəhadətnaməni hazırda xatırlamadığı avtobus sürücüsündən Qax rayonunda alaraq X16na surətini təqdim etməklə qardaşı Fəxri Nəcəfov tərəfindən 1 il ərzində “Kamaz-554115” markalı, **-VJ-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi **-ZG-*** olan nəqliyyat vasitəsi ilə yanacaq daşınması həyata keçirilmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində onun yanacaqdoldurma məntəqəsinə yanacaq daşıyan Şahid4, Şahid3 və Şahid5 Şəhadətnamə lazım olduğu üçün həmin şəxslərin yanında bu məqsədlə Sərxana zəng etmiş və 3 ədəd nəqliyyat vasitəsi üçün Şəhadətnamə lazım olduğunu demiş, Sərxan köməklik göstərə biləcəyini və hər Şəhadətnamə üçün 500 manat pul vəsaiti lazım olduğunu bildirmişdir. Şahid4, Şahid3 və Şahid5 hər biri öz nəqliyyat vasitələrinə dair sənədləri, sürücülük vəsiqələrinin surətlərini ona vermişlər. Həmin şəxslərin pulları olmadığı üçün Sərxanın istədiyi 1500 manat pul vəsaitini özü vermək qərarına gəlmiş və gələcəkdə həmin şəxslərin əmək haqqlarından hissə-hissə tutacağı ilə bağlı razılaşmışlar. Həmin şəxslərin yanında qeyd olunan sənədləri və pul vəsaitini konvertə qoyaraq Qax-Bakı marşrutu üzrə işləyən hazırda xatırlamadığı avtobusla Bakı şəhərinə Sərxana çatdırılması üçün göndərmişdir. Sərxan pulu və sənədləri alaraq bu barədə ona məlumat vermiş və 1 həftəyə Şəhadətnamələrin hazır olacağını demişdir. Təxminən 10 gün sonra Sərxan yenidən onunla əlaqə saxlayaraq Bakı-Qax marşrutu üzrə işləyən avtobusla 3 ədəd Şəhadətnaməni göndərdiyini bildirmişdir. Öz növbəsində həmin Şəhadətnamələri aldıqdan sonra müvafiq olaraq Ramal, Osoğlu və Nəsimiyə vermişdir. Sərxanın ona verdiyi Şəhadətnamələrin əslini müddəti bitdikdən sonra saxlamamışdır. Ramal, Osoğlu və Nəsimi ilə aralarıənda Şəhadətnamələr görə 1.500 manat verəcəkləri ilə bağlı razılaşalar da sonradan həmin şəxslərdən hər hansı məbləğdə pul vəsaiti almamışdır, yəni Sərxana verilən pul vəsaiti ona məxsus olmuşdur. Ona dəymiş zərər tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur.(i.v158-162) Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin ödənildiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. Həmin ifadələrində o göstərmişdir ki, uzun illərdir yük maşınları idarə etməklə ölkə daxili müxtəlif yüklərin daşıması ilə məşğul olur. 2011-ci ildə “DAF” markalı, **-BC-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi ** ZG *** olan nəqliyyat vasitəsini alaraq hal-hazıradək müxtəlif yüklərin daşınmasını həyata keçirir. Nəqliyyat vasitəsinə təhlükəli yüklərin daşınmasına buraxılması barədə şəhadətnamə alınması üçün Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ Mədən X5 Azərbaycan X13 və X6-Tədqiqat İnstitutuna müraciət olunur. Bundan sonra sənədlərin qəbul edilməsi barədə “Təhvil-qəbul aktı” və görüləcək xidmətlərə görə müqavilə göndərilir. Həmin müqavilədə göstəriləcək xidmətlərin haqqı müqavilədə əks olunmuş bank hesabına köçürüldükdən sonra avtomaşına İnstitut tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş zəruri və lazımi xidmətlər göstərilir, avtomaşın normativlərə cavab verdiyi üçün yekun sənəd olan şəhadətnamənin və daşınma marşrutunun verilməsi üçün sənədlər Agentliyə göndərilir. Sonra isə Agentlik tərəfindən şəhadətnamə və daşınma marşrutu hazırlanaq imzalanıb möhürlənir, sonra isə şəhadətnamə və marşrut vərəqi Agentlikdən götürülür. 2022-ci ildə etibarən Şəhadətnamələri qeyd etdiyi qaydada almışdır. Lakin 2021-ci ilin sentyabr ayında ona məxsus olan “DAF” markalı, **-BC-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi ** ZG *** olan nəqliyyat vasitəsi üçün Şəhadətnamə almaq məqsədilə FHN-in X7 Görülməsi və Dağ X17 Agentiliyinə getmiş və Şəhadətnamə almaq istədiyini bildirmişdir. Həmin vaxt Sərxan adlı şəxslə tanış olmuş və bütün zəruri sənədləri ona vermişdir. Sərxan Şəhadətnamə alınması ilə əlaqədar rüsumlara 700 manat lazım olduğunu demiş və o, Agentliyin inzibati binasında Sərxana 700 manat məbləğində pul vəsaiti vermişdir. Sərxan Şəhadətnamənin 1 həftə sonra hazır olacağını demiş və təxminən 1 həftə sonra Agentliyin qəbul otağına yaxınlaşaraq adına olan Şəhadətnamə olub-olmadığını soruşmuş, həmin vaxt hazırda xatırlamadığı mühafizəçidən Şəhadətnaməni alaraq neft bazaya təqdim edərək yanacaq daşımışdır. O, həmçinin istintaq materiallarına əlavə edilmiş DAF” markalı, **-BC-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi ** ZG *** olan nəqliyyat vasitəsinə verilmiş xx.xx.2021-ci il tarixli, 0492 nömrəli Şəhadətnamə ilə tanış olaraq bildirmişdir ki, həmin Şahadətnamə həqiqətən də Sərxan tərəfindən ona verilmişdir və həmin Şəhadətnamədən 1 il müddətində istifadə edərək yanacaq daşımışdır. Qeyd olunan Şəhadətnaməyə görə FHN-in əməkdaşı Təqsirləndirilən şəxs 700 manat pul vəsaiti vermişdir. Təqsirləndirilən şəxs ondan aldığı 700 manat pul vəsaitini qaytarmışdır, göstərilənlərlə bağlı şikayəti və tələbi yoxdur. (i.v 171-175) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, uzun illərdir yük maşınları idarə etməklə ölkədaxili və xarici ölkələrə müxtəlif yüklərin daşıması ilə məşğul olur. 2019-cu ildən “Daimler Trysees” markalı **-BE-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi **-ZD-*** olan nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir və Bakı şəhərindən Naxçıvan şəhərinə yanacaq daşıyır. Nəqliyyat vasitəsinə təhlükəli yüklərin daşınmasına buraxılması barədə şəhadətnamə alınması üçün FHN-nin Sənayedə X4 və Dağ Mədən X5 Azərbaycan X13 və X6-Tədqiqat İnstitutuna müraciət olunur. Bundan sonra sənədlərin qəbul edilməsi barədə “Təhvil-qəbul” aktı və görüləcək xidmətlərə görə müqavilə göndərilir, həmin müqavilədə göstəriləcək xidmətlərin haqqı müqavilədə əks olunmuş bank hesabına köçürüldükdən sonra avtomaşına İnstitut tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş zəruri və lazımi xidmətlər göstərilir, avtomaşın normativlərə cavab verdiyi üçün yekun sənəd olan şəhadətnamənin və daşınma marşrutunun verilməsi üçün sənədlər Agentliyə göndərilir. Sonra isə Agentlik tərəfindən şəhadətnamə və daşınma marşrutu hazırlanaq imzalanıb möhürlənir, sonra isə tərəfindən şəhadətnamə və marşrut vərəqi Agentlik tərəfindən maşın sahibinə verilir. 2021-ci ilin fevral ayından etibarən Bakı-İran-Naxçıvan marşrutu üzrə yanacaq daşıdığı üçün ilk dəfə Bakı şəhərində “Socar”ın neft bazasına yaxınlaşdıq da “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında Şəhadətnamə” olub-olmadığını soruşmuşlar və Şəhadətnamə olmadığı üçün bazaya buraxılmamışdır. Həmin vaxt FHN-in Sənayedə X4 və Dağ-Mədən X5 Sərxan adlı əməkdaşı yaxınlaşmış və Şəhadətnamə üçün Agentliyə yaxınlaşmağını bildirmişdir. Səhəri gün qeyd olunan Agentliyin inzibati binasına yaxınlaşaraq Sərxanın istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb binanın qarşısında görüşmüş və Sərxan Şəhadətnamə verilməsi üçün 400 manat rüsum lazım olduğunu bildirmışdır. Sərxan həmin məbləğin Şəhadətnamə ilə bağlı Agentliyə köçürülən rüsumun olduğunu bildirmiş, inandığı üçün həmin məbləği Sərxana vermişdir. Bundan təxminən 15-20 gün sonra Sərxan onunla əlaqə saxlayaraq Şəhadətnamənin hazır olduğunu və neft terminalının girişini təqdim etdiyini, bundan sonra 1 il müddətinə yanacaq daşımaq üçün icazəsi olduğunu bildirmişdir. Neft terminalına yaxınlaşdıqda həqiqətəndə Sərxan tərəfindən Şəhadətnamənin verildiyini öyrənmiş və 1 il müddətinə həmin Şəhadətnamə əsasında Bakıdan Naxçıvana yanacaq daşımışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış digər şahidlər məhkəmə iclasına gəlməmiş, şahidlər X14, Şahid4, Şahid3 bu barədə məhkəməyə teleqram ünvanlamış, ibtidai istintaq zamanı vermiş olduğu ifadələrini təsdiq etdiklərini, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 dekabr 2022-ci il tarixli cinayət işinin ayrılması haqqında qərardan görünür ki, ********* №-li cinayət işindən bir sıra avtomobillərin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamələri olmadan və ya saxta şəhadətnamədən istifadə etməklə belə yüklərin daşınması ilə məşğul olmaları barədə fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4, 308.1, 313, 320.1 və 320.2-ci maddələri ilə cinayət işi ayrılsın və icraatıma qəbul edilib, istintaqı davam etdirilməsi, ayrılmış cinayət işinə ********* №-si verilməsi, ********* No-li cinayət işindən əlavə edilmiş siyahıda qeyd edilən sənədlərin əsiləri (surətləri) ayrılıb ********* No-li cinayət işinə əlavə edilməsi qərara alınmışdır. (i.v1-4) 14 aprel 2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən daxil olmuş 02/2-88c-21 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313, 320.1 və 320.2-ci maddələri ilə cinayət işinin başlanması qərara alınmışdır.(i.v 5) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 12/xx-xx/00410 nömrəli məktuba əlavə edilmiş siyahı və siyahıya əlavə Şəhadətnamələrdən görünür ki, “Daimler Tryseer” markalı, **-BE-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi **-ZD-*** olan nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0107 nömrəli və “DAF” markalı, **-BC-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi 10 ZG122 olan nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0492 nömrəli Şəhadətnamələr Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X10 Agentliyi tərəfindən verilməmişdir.(i.v 11-18) Socar Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Bakı Neft Bazasından daxil olmuş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli məktublardan və məktublara əlavə edilmiş siyahı və Şəhadətnamələrin surətlərindən görünür ki, tarixə Socar Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Bakı Neft Bazasından Şahid6 adı qeyd edilmiş “Daimler Tryseer” markalı, **-BE-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi **-ZD-*** olan nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0107 nömrəli və Zərərçəkmiş şəxs2 adı qeyd edilmiş “DAF” markalı, **-BC-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi 10 ZG122 olan nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0492 nömrəli Şəhadətnamələr əsasında həmin nəqliyyat vasitələri ilə neft məhsullarının daşınması həyata keçirilmişdir. (i.v 34-41, 52-54) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 12/xx-xx/02339 nömrəli məktuba əlavə edilmiş siyahı və siyahıya əlavə Şəhadətnamələrdən görünür ki, X15 adı qeyd edilməklə “Kamaz-554115” markalı, **-VJ- *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0096 nömrəli, Şahid4 adı qeyd edilmiş “KamAz-554115” markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0211 nömrəli, Şahid3 adı qeyd edilməklə “Qaz-53” markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0210 nömrəli və Şahid5 adı qeyd edilməklə “Kamaz 53212” markalı, **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0209 nömrəli Şəhadətnamələr Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X10 Agentliyi tərəfindən verilməmiş, lakin həmin Şəhadətnamələr əsasında həmin nəqliyyat vasitələri ilə X16 Bazasından neft məhsullarının daşınması həyata keçirilmişdir.(i.v 78-84) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X10 Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixli, xx/xx-08402 nömrəli məktub və məktuba əlavə edilmiş siyahıdan görünür ki, 2021-ci ildə “Kamaz-554115” markalı, **-VJ-*** qeydiyyat nişanlı, “KamAz-554115” markalı, **-BF-*** qeydiyyat nişanlı, “Qaz-53” markalı, **-BF-*** qeydiyyat nişanlı, “Kamaz 53212” markalı, **-BD-*** qeydiyyat nişanlı, “Daimler Tryseer” markalı, **-BE-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi **-ZD-*** olan və “DAF” markalı, **- BC-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi **-ZG-*** olan nəqliyyat vasitələri üçün “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə alınması ilə əlaqədar Agentliyə müraciət edilməmiş və həmin nəqliyyat vasitələrinə Agentlik tərəfindən Şəhadətnamə verilməmişdir.(i.v. 87-93) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X10 Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-18-3/2-2132/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin xx.xx.2008-ci il tarixli 1504/Ş nömrəli əmri ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X5 Təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə daşınmasında X4nə nəzarət müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi vəzifəsinə təyin edilmişdir.(i.v 139-140) 13 mart 2023-cü il tarixli Arayışla cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması” Qaydalarının 4-cü bəndinə əsasən, təhlükəli yüklər bu Qaydaların və xüsusi razılığın (lisenziyanın) tələblərinə və müəyyən növ təhlükəli yüklərin daşınma şərtlərinə cavab verməklə Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə əsasında daşınmaya buraxılır və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, qeyd olunan Şəhadətnamə üçün dövlət rüsumu nəzərdə tutulmamışdır.(i.v. 180-188) 13 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X5 2021-ci il ərzində “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələrin 37/19-11 nömrəli, 2021-ci il tarixli 01 ədəd qeydiyyat jurnalına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X5 “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələrin 37/19-11 nömrəli 2021-ci il tarixli qeydiyyat jurnalı göy rəngli olmaqla 138 vərəqədən ibarətdir. Jurnalın hər vərəqi 7 qrafaya bölünməklə 1-ci qrafada “Hüquqi və fiziki şəxsin adı, ünvanı və telefon nömrəsi”, 2-ci qrafada “Avtomobilin markası”, 3-cü qrafada “Avtomobilin nömrəsi”, 4-cü qrafada “Təhlükəli yükün adı və sinifi”, 5-ci qrafada “Şəhadətnamənin verilmə tarixi”, 6-cı qrafada “Şəhadətnamənin etibarlılıq müddəti” və 7-ci qrafada “Şəhadətnaməni alan şəxsin imzası” sözləri yazılmışdır. Baxış zamanı 2021-ci ilin fevral ayında “Kamaz-554115” markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0096 nömrəli, “Daimler Tryseer” markalı, **-BE-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi **-ZD-*** olan nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0107 nömrəli, 2021-ci ilin aprel ayında “KamAz-554115” markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0211 nömrəli, “Qaz-53” markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0210 nömrəli, “Kamaz 53212” markalı, **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0209 nömrəli və 2021-ci ilin sentyabr ayında “DAF” markalı, **-BC-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi 10 ZG122 olan nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0492 nömrəli Şəhadətnamələr barədə hər hansı qeyd aşkar edilmədi. (i.v. 189-202) Fövqəladə Hallar Nazirliyindən daxil olmuş “Kamaz-554115” markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0096 nömrəli, “Daimler Tryseer” markalı, **-BE-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi **-ZD-*** olan nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0107 nömrəli, “KamAz-554115” markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0211 nömrəli, “Qaz-53” markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0210 nömrəli, “Kamaz 53212” markalı, **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0209 nömrəli və “DAF” markalı, **-BC-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi 10 ZG122 olan nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0492 nömrəli Şəhadətnamələrin surətləri, 2019-2021-ci illər ərzində Şəhadətnamələrdə qeyd edilən nəqliyyat vasitələrinin texniki müayinədən keçməməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X3 daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə olunmuş siyahı, 13 mart 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X5 2021-ci il ərzində “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələrin 37/19-11 nömrəli, 2021-ci il tarixli qeydiyyat jurnallarından edilmiş çıxarışlar cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edilən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə 13 mart 2023-cü il tarixli qərarla tərəfimdən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v. 203-206) xx.xx.2023-ci il tarixli Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 2.000 manat məbləğində ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayəti və tələbi yoxdur.(i.v. 163-164) xx.xx.2023-ci il tarixli Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 700 manat məbləğində ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayəti və tələbi yoxdur.(i.v. 176-177) Baş İdarənin Əməliyyat İdarəsindən daxil olmuş xx.xx.2023-ci il tarixli xidməti məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir.(i.v. 135-137) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X18 daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır.(i.v. 148-149) “Respublika Narkoloji Mərkəzi” X18 daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır.(i.v. 150- 151) 11 mart 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs1 və 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışlar.(i.v. 154,167) Sübuların qiymətləndirilməsi barədə 14 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-in 178.2.4, 308.1, 313, 320.1 ve 320.2-ci maddələrindən hamin Məcəllənin 178.2.2, 178.2.3, və 320.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Vəli oğlu Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 320.1ci maddələri taqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan edilməsi və barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tadbiri seçilməsi,222026412 №-li cinayət işindən bir sıra avtomobillərin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamələri olmadan və ya saxta şəhadətnamədən istifadə etməklə belə yüklərin daşınması ilə məşğul olmaları barədə fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4, 308.1, 313, 320.1 ve 320.2-ci maddələri ilə cinayət işi ayrılsın və icraatıma qəbul edilib, istintaqı davam etdirilməsi, iş üzrə 11 mart 2023- cü il tarixdə Zərərçəkmiş şəxs1 və 13 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmaları haqqında qərarların nəzərə alınması, cinayət işinin istintaq materiallarına əlavə olunmuş Fövqəladə Hallar Nazirliyindən daxil olmuş "Kamaz-554115" markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0096 nömrəli, "Daimler Tryseer" markalı, **-BE-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi **-ZD-*** olan nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0107 nömrəli, "KamAz-554115" markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0211 nömrəli, "Qaz-53" markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0210 nömrəli, "Kamaz 53212" markalı, **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0209 nömrəli və "DAF" markalı, **-BC-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi 10 ZG122 olan nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0492 nömrəli Şəhadətnamələrin surətləri, 2019-2021-ci vasitələrinin iller ərzində Şəhadətnamələrdə qeyd edilən nəqliyyat texniki müayinədən keçməməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X3 daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə olunmuş siyahı, 13 mart 2022- ci il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X5 2021-ci il ərzində "Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında" Şəhadətnamələrin 37/19-11 nömrəli, 2021-ci il tarixli qeydiyyat jurnallarından edilmiş çıxarışlar cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edilən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə maddi sübut kimi tanınmaları haqqında 13 mart 2023-ci il tarixli qərar nəzərə alınması, cinayət işi üzrə aparılan istintaq zamanı zərərçəkmiş və şahid ifadələri, baxış protokolu, həmçinin cinayət işinə əlavə edilmiş sənədlər sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs barəsində inzibati icraat başlanılmasından imtina edilməsi, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərər çəkmiş şəxə vurduğu zərəri istintaq dövründə könüllü olaraq tam ödəməsi məsuliyyətini yüngülləşdirici hal kimi nəzərə alınması qərara alınmışdır.(i.v. 207-230) 14 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur(i.v 234-236) 14 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 265-268) şahid X12 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Şahid4 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Şahid3 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. "xxxx" ASC-nin Qara Qarayev filialının xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.3 və 320.1-ci maddələri ilə təqsirli bilindiyi cinayət işi üzrə dəymiş ziyanın 25%-ni, yəni 675 (altı yüz yetmiş beş) manat dövlət büdcəsinə ödənilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 320.1-ci maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma—üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” plenum qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı 2700 (iki min yeddi yüz) manat təşkil etmiş, Təqsirləndirilən şəxs tərəfindən 675 (altı yüz yetmiş beş) manat dövlət büdcəsinə ödəniş edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin və şahidin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-ci maddələri ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməli, həmin məcəllənin 320.1-ci maddəsi ilə isə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması (CM59.1.13), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və törətdiyi əməldən səmimi peşman olmasını(CM 59.2), nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-ci maddələri ilə cinayət təqibinə xitam verilməli, həmin məcəllənin 320.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, iş üzrə maddi sübutlar- cinayət işinin istintaq materiallarına əlavə olunmuş Fövqəladə Hallar Nazirliyindən daxil olmuş "Kamaz-554115" markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0096 nömrəli, "Daimler Tryseer" markalı, **-BE-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi **-ZD-*** olan nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0107 nömrəli, "KamAz-554115" markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0211 nömrəli, "Qaz-53" markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0210 nömrəli, "Kamaz 53212" markalı, **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0209 nömrəli və "DAF" markalı, **-BC-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi 10 ZG122 olan nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0492 nömrəli Şəhadətnamələrin surətləri, 2019-2021-ci vasitələrinin iller ərzində Şəhadətnamələrdə qeyd edilən nəqliyyat texniki müayinədən keçməməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X3 daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə olunmuş siyahı, 13 mart 2022- ci il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X5 2021-ci il ərzində "Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında" Şəhadətnamələrin 37/19-11 nömrəli, 2021-ci il tarixli qeydiyyat jurnallarından edilmiş çıxarışlar cinayət işi materillarında saxlanılmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edəcək əmlak yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-cü maddələri ilə olan cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinsin və 3.000(üç min) manat cərimə cəzasına məhkum edilsin. İş üzrə maddi sübutlar- cinayət işinin istintaq materiallarına əlavə olunmuş Fövqəladə Hallar Nazirliyindən daxil olmuş "Kamaz-554115" markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0096 nömrəli, "Daimler Tryseer" markalı, **- BE-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi **-ZD-*** olan nəqliyyat vasitəsi üçün xx.xx.2021ci il tarixli, 0107 nömrəli, "KamAz-554115" markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0211 nömrəli, "Qaz-53" markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0210 nömrəli, "Kamaz 53212" markalı, **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 20 aprel 2021-ci il tarixli 0209 nömrəli və "DAF" markalı, **-BC-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi 10 ZG122 olan nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0492 nömrəli Şəhadətnamələrin surətləri, 2019-2021-ci vasitələrinin iller ərzində Şəhadətnamələrdə qeyd edilən nəqliyyat texniki müayinədən keçməməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X3 daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə olunmuş siyahı, 13 mart 2022- ci il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X5 2021-ci il ərzində "Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında" Şəhadətnamələrin 37/19-11 nömrəli, 2021-ci il tarixli qeydiyyat jurnallarından edilmiş çıxarışlar cinayət işi materillarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar