Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-298/2022 25.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1992-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozaraq, xəstəliklərin yayılması üçün real təhlükə yaratmaq barədə tanışı Şahid3 ilə əvvəlcədən razılaşıb, cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, əvvəllər qanuni əsaslarla işlətdiyi hamamı Şahid3 təhvil verib, karantin qaydalarının pozulmasına bilavasitə şərait yaradaraq, qanunsuz fəaliyyət nəticəsində əldə edilmiş gəlirdən 1000 manatı mənfəət qismində sonuncudan qəbul etmiş, insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə, 31 mart 2020-ci il saat 00:00-dan etibarən fəaliyyəti qadağan edilmiş xidmət sahəsi hesab edilməsinə baxmayaraq, aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən, Şahid3 2021-ci ilin may ayının əvvələrindən etibarən ünvan 3 ünvanında yerləşən “5 Ulduz” adlı hamamın fəaliyyətini qanunsuz bərpa etmiş, müştərilərə masaj xidmətləri göstərmələri üçün Şahid1, X5, X2, X8, X7 və X3 günəmuzd işə götürmüş, gündəlik gəlir və xərcləri idarə edib, qanunsuz fəaliyyətə rəhbərliyi həyata keçirməklə, hamamın 05 avqust 2021-ci il tarixədək mütəmadi fəaliyyət göstərməsini təmin etmiş, bununla da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 30 mart 2020-ci il tarixli 120 nömrəli, “Xüsusi karantin rejimi ilə əlaqədar əlavə tədbirlər barədə” 12 sentyabr 2020ci il tarixli, 336 nömrəli və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 may 2021ci il tarixli, 151 nömrəli Qərarlarının tələblərinə riayət etməyərək, 2021-ci ilin may ayının əvvəllərindən 05 avqust 2021-ci il tarixədək ünvan 3 ünvanında yerləşən hamamda müştərilərə mütəmadi hamam-masaj xidmətləri göstərərək, epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozub xəstəliklərin, yəni Koronavirus (Covid-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Xətai rayonunda yerləşən “5 Ulduz” adlanan hamamı 2016-cı ildən 2020-ci ilin fevral ayına kimi Əfqan adlı şəxsdən icarəyə götürüb işlətmişdir. Hər ay Əfqana 2000 manat icarə haqqı kimi pul ödəmişdir. 2020-ci ilin mart ayından isə pandemiya dövrü olduğuna görə, hamamın fəaliyyəti dayanmış və o, işləmək üçün Rusiya Federasiyasına yollanmışdır. Həmin hamamı da dostu Şahid3 təhvil vermişdir ki, pandemiya bitəndə, hamamların fəaliyyəti bərpa olunanda işlətsin. Əfqana isə bildirmişdir ki, hamamı Azər adlı dostuna təhvil vermişdir. 2021-ci ilin may ayında Rusiyada olarkən, Azər ona zəng edib demişdir ki, hamamı açıb işlətmək istəyir. O, isə təəcüblənmişdir ki, pandemiya dövründə necə işləyə bilər. Azər problemin olmayacağını bildirmişdir. Belə olan halda, qərara gəlmişlər ki, Azər icarə haqqını ona ödəyəcək, o, da öz növbəsində pulu Əfqana verəcəkdir. Bundan sonra, Azər hamamı açıb işlətməyə başlamışdır. Bununla da, Azərin hamamı işlətməklə, karantin qaydalarını pozmasından məlumatı olmuş, lakin həmin hamamın fəaliyyət göstərməsində iştirak etməmişdir. Sonradan eşitmişdir ki, Azərin hamamı qanunsuz işlətməsi polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021ci ilin may ayından Xətai rayonu, A.Cəlilov küçəsi 26 ünvanında yerləşən “5 Ulduz” adlı hamamı işlətməyə başlamışdır. Hamamı ona Mərhəmət adlı dostu tapşırmışdır. Belə ki, Mərhəmət əvvəl özü həmin hamamı icarəyə götürüb işlətmişdir. Hamamın kimə məxsus olmasını isə bilməmişdir. Lakin, pandemiya səbəbindən hamamın fəaliyyəti dayanmış və Mərhəmət işləmək üçün Rusiyaya getmişdir. Rusiyaya gedəndə Mərhəmət hamamın açarlarını ona vermişdir. Hamamların fəaliyyətinə icazə verildiyi təqdirdə, hamamın onun tərəfindən işlədilməsi ilə bağlı aralarında razılıq olmuşdur. İcarə pulu kimi 1000 manat pulu o, Mərhəmətə verməli idi. Karantin rejimi ilə əlaqədar hamamların fəaliyyət göstərməsi qadağan edilmişdir. Sonradan isə, karantin rejimi ilə əlaqədar bir sıra yumşalmalar tətbiq olunmuş, qapanmış xidmət sahələrinin çoxunun fəaliyyət göstərməsinə icazə verilmişdir. Lakin, hamamların fəaliyyətinin bərpasına icazə verilməmişdir. Buna baxmayaraq, həmin ərəfədə işsiz olduğundan və maddi cəhətdən sıxıntı çəkdiyindən, fikirləşmişdir ki, hamamın fəaliyyətini bərpa etsə, kimsə irad bildirməz və heç bir problem olmaz. 2021-ci ilin may ayından hamamın fəaliyyətini bərpa etmiş və bu barədə Rusiyada olan Mərhəmətə məlumat vermişdir. Müştərilərə masaj xidmətləri göstərmək üçün, hamama günəmuzd işləyən qadınları götürmüşdür. Hamam hər gün saat 11:00-dan gecə saat 24 radələrinədək fəaliyyət göstərirmiş. Hamamda kisə, masaj, sauna, buxar otağı xidmətləri göstərilmişdir. Hamama gündəlik təxminən 10 nəfər müştəri gəlirmiş və gələn müştərilərin virus daşıyıcısı olub-olmamasını bilməmişdir. 05 avqust 2021-ci il tarixdə hamam adi qaydada fəaliyyət göstərən zaman, mülki geyimli polis əməkdaşları gəlib, baxış keçirmişlər. Baxış zamanı, hamamda 5 nəfər müştəri, 6 nəfər işçi müəyyən edilmiş, həmçinin, hamam xidmətinə görə əldə edilmiş 550 manat gəlir, bir ədəd sənədlərin qovluğu və müştərilərə zəng etmək üçün nəzərdə tutulmuş mobil telefonlar polis əməkdaşlarına təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021ci ilin may ayından avqust ayınadək Xətai rayonunda fəaliyyət göstərən “5 Ulduz” hamamında müştərilərə masaj xidmətləri göstərmişdir. Hamamı işlədən Şahid3 ona gündəlik 15 manat əmək haqqı ödəyirmiş. Pandemiya ilə əlaqədar hamamların fəaliyyəti qadağan olsa da, Azər hamamın fəaliyyətini bərpa etmişdir. Hamamda iş rejimi hər gün saat 11-12 radələrindən başlamış və gecə saat 24-dək davam etmişdir. Hamamda kisə, masaj, sauna, buxar otağı xidmətləri göstərilmişdir. Ondan əlavə hamamda beş nəfər işçi də olmuşdur. Hamamın ümumi fəaliyyətinə və əldə olunan gəlirə Azər nəzarət etmişdir. Pandemiya ilə əlaqədar hamama gələn müştərilərin sayı az olmuş, lakin gündəlik ən azı təxminən beş nəfər olmuşdur. O, hamama gələn müştərilərin virus daşıyıcı olubolmamasını bilməmiş və müştərilərdən vaksinasiya ilə bağlı hər hansı sənəd tələb olunmamışdır. 05 avqust 2021-ci il tarixdə isə hamam adi qaydada fəaliyyətini davam etdirən zaman, mülki geyimli polis əməkdaşları gəlib, baxış keçirəcəklərini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 05 avqust 2021-ci il tarixdə qohumları Tural Həmzəyev, Vasif Həmzəyev və Ramiz Nağıyevlə birlikdə Xətai rayonunda yerləşən “5 Ulduz” adlı hamama getmişlər. Həmin hamamda kisə, masaj, sauna, buxar otağı xidmətləri göstərmişdir. Hər bir adam başına görə 45 manat olmaqla, cəmi 180 manat ödəniş etmişdir. Hamamda pulu Azər adlı müdirin iştirakı və tapşırığı ilə qadın işçi onlardan qəbul etmişdir. Hamama daxil olanda virus daşıyıcısı olubolmadıqlarını soruşmamışlar və onlardan hər hansı sənəd tələb etməmişlər. Hamamda onlardan başqa da bir tanımadığı müştəri olmuşdur. Hamamda olduqları zaman, mülki geyimli polis əməkdaşları gəlib, baxış keçirəcəkləri barədə məlumat vermişlər. Baxışla bağlı polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş və o, digər şəxslərlə bərabər protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilinin raportundan görünür ki, daxil olmuş məlumatlarda ünvan 3 ünvanında fəaliyyət göstərən “5 Ulduz” adlı hamamda Şahid3 tərəfindən karantin rejimi qaydalarının pozulması, mütəmadi olaraq müştərilərə hamam xidmətləri göstərilməsi bildirilmişdir. 05 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı, “5 Ulduz” adlı hamamda karantin rejimi qaydalarının pozularaq, hamam xidmətləri göstərilməsi faktı təsdiqlənmiş, beş nəfər müştəri, hamamda çalışan altı nəfər işçi və hamamın müdiri Şahid3 müəyyən edilərək, araşdırma aparılması üçün Baş İdarəyə gətirilmişdir. İş materiallarından görünür ki, ünvan 3 ünvanında fəaliyyət göstərən “5 Ulduz” adlı hamamda baxış zamanı aşkar edilərək, götürülmüş bir ədəd qeyd dəftəri, on beş vərəqdən ibarət cədvəllər, doqquz ədəd mobil telefon aparatı və 550 manat nağd pul cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-490/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli hökmündən görünür ki, Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, iş üzrə maddi sübut kimi tanınan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan bir ədəd qeyd dəftərinin, on beş vərəqdən ibarət cədvəllərin hökm qanuni qüvvəyə minənədək iş materiallarında saxlanılması, doqquz ədəd mobil telefon aparatının hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılması və 550 manat nağd pulun dövlət nəfinə müsadirə edilməsi hökm edilmişdir. İş materiallarından görünür ki, olduğu yer müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 16 may 2022-ci il tarixdə tutularaq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilmişdir. İş materiallarından görünür ki, 16 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik şəhərində yaşadığı müddətdə müsbət xarakterizə olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 16 may 2022-ci il tarixdə tutularaq, saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən, məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 20-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 69.4-cu maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Belə hallarda cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma CM-nin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan əşyaların təyinatı məsələsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-490/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli hökmü ilə həll edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3000 (üç min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 1 (bir) gün tutularaq, saxlanıldığı müddət nəzərə alınmaqla, ona təyin edilmiş 3000 (üç min) manat miqdarda cərimə cəzası yüngülləşdirilərək, ona qəti olaraq 2700 (iki min yeddi yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan əşyaların təyinatı məsələsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-490/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli hökmü ilə həll edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-298/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-298/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver