Məhkəmə qərarları › İş №1(011)-299/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-299/2020

25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-299/2020 25.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ev 58-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni (heroin) qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs o satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan şəxsdən xx xxxx 2020-ci il tarixdə Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyası yaxınlığında 15 manat ödəniş etməklə şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,313 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, əynindəki qara rəngli şalvarının sağ yan cibində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 34- cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Xətai rayonu. Əhmədli qəsəbəsi, 4-cü Əhmədli küçəsi 58 saylı ünvanın qarşısında saxlanılıb Xətai rayonu, M.Rüstəmov küçəsi 4/6 saylı ünvanda yerləşən Xətai RPİ-nin 34cü PŞ-nə gətirilərək üzərinə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılan zaman, əynindəki qara rəngli şalvarının sağ yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyası yaxınlığında təsadüfən üzdən tanıdığı bir nəfər şəxs ilə rastlaşmış, həmin şəxsə yaxınlaşıb onunla söhbət etmiş və ondan narkotik vasitə istəmişdir. Həmin şəxs də razılaşaraq ətrafa baxmış və sonra onlar birlikdə diqqət çəkməyərək metronun yaxınlığında olan mağazanın arxasına keçmişdir. Orada həmin şəxs bir ədəd büküm vermiş və içərisində kakos olmasını demişdir. Həmin şəxsdən narkotik vasitəni almış və ona 15 manat pul ödəmişdir. Narkotik vasitəni əynində olan qara rəngli şalvarının sağ yan cibində gizlətmişdir. Bir neçə dəqiqə də metronun yaxınlığında olduqdan sonra yaşadığı evə gəlməyə başlamışdır. Saat təxminən 20 radələrində yaşadığı evin yaxınlığına çatdıqda bir neçə nəfər şəxs yaxınlaşıb özlərini Xətai RPİ-nin 34cü PŞ-nin əməkdaşları kimi təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir.Polis şöbəsində narkotik vasitələrin qəbulu və istifadəsində şübhəli olması ona bildirilmişdir. Sonra isə vəkil dəvət olunmuş, vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş ilə üzərində axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı əynində olan şalvarının sağ yan cibində gizlətdiyi bir ədəd içərisində narkotik vasitə kakos kimi bildiyi bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümün içərisində nə olması barədə sual verildikdə, həmin bükümün içərisində narkotik vasitə kakos olduğunu bildirmişdir. Sonra üzərindən aşkar edilmiş narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, özü və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, səmimi etirafını, ilk məhkumluğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, polis mayorudur və DİN-in Bakı şəhər. Xətai RPİ-nin 34-cü Polis Şöbəsində baş əməliyyatmüvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə Kənan adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Kənan adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmiş, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmiş, Kənan adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupda özü, şöbənin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 təyin olunmuşdur. Bundan sonra Kənan adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün adlarını qeyd etdiyi polis əməkdaşları ilə birlikdə daxil olmuş məlumat əsasında ünvan 3 saylı ünvanın qarşısına gəlmişdir. Saat təxminən 20 radələrində həmin ünvanın qarşısında Kənan adlı şəxsin əlamətlərinə görə tanıyıb ona yaxınlaşmışdır. Onlar Kənan adlı şəxsə özlərini təqdim edib onu Xətai RPİ-nin 34- cü PŞ-yə dəvət etmişlər. Kənan da heç bir etiraz etməmişdir. Bundan sonra onunla birlikdə Xətai RPİ-nin 34-cü PŞ-yə gəlmişdir. Bu barədə dərhal raport yazıb şöbə rəisinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Kənana hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Kənana üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Kənan əynindəki tünd qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəflaf sellofan torbaya bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin sellofan torbada nə, haradan və hansı yolla əldə etməsi barədə sual verilmiş və sonuncu həmin sellofanın içərisində narkotik vasitə kakos olmasını bildirmişdir. Aşkar edilmiş həmin maddə kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən müdafiəçi, Kənan, həmin tədbirdə iştirak edən digər polis əməkdaşları və özü imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər, həmçinində özü imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələri onlardan öncə ifadə verən Şahid1 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparmaqla şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın arxa sağ yan cibinə qoyduğu 01 ədəd şəffaf sellofan torbaya bükülmüş tünd qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Axtarış video kamera vasitəsi ilə bir ədəd “CD” diskə çəkilmiş və iş materiallarına sübut kimi əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/1126 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,313 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata 0,050 qram sərf edilmiş və 0,263 qram qalıq qalmışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahasına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 xx xxxx 2020-ci il tarixli 1832 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,313 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və təhqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,263 qram qalıq qalmış narkotik vasitə heroin saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, şəxsi axtarışı aparılan zaman çəkisi 0,313 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülməsini əks etdirən 1 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, MSY-dan azad edilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və X2 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs ünvan 2 ev 58-də yaşayır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik (heroin) maddəni qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun səmimi etirafını, əməlindən peşman olduğunu, ilk məhkumluğunu cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1.ci maddəsinin ruhundan görünür ki, Alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator X1 rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə ambulator X1 rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmasını və ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutlar otağına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,263 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı zaman narkotik vasitənin (heroin) üzərindən aşkar edilərək götürülməsini əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – 81.82 manat (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış0,263 qram narkotik maddə olan (heroin) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman çəkilişi əks etdirən 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 81.82 (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar