Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-299/2025 12.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Mustafayev İlkin Nizami oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs(mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs və müdafiəçisi – 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış Bakı şəhəri, Yasamal rayonu. Ə.Salamzadə küçəsi inzibati binada qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya Çin Xalq Respublikasından "Changan Q 05" markalı avtomobilin gətirilməsində köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə guya ilkin ödəniş edilməsi bəhanəsi ilə 05 sentyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Uber” şirkətlər qrupuna qoşulmuş "NN" taksi parkı ofisinin qarşısında Zərərçəkmiş şəxs 10.000 manat. 10 sentyabr 2024-cü il tarixdə günorta saatlarında ünvan 3 ünvanında "Neyrocərrahiyyə xəstəxanasının qarşısında 3.000 manat cəmi 13.000 manat nağd pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs 13.000 manat (on üç min) xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs(mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2024-cü ilin aprel ayında ünvan 4 ünvanında "NN" adlı taksi parkında texniki şöbənin işçisi olaraq avtomobillərə nəzarət etmişdir. Orada işlədiyi dövrdə 2024-cü ilin iyul ayının ortalarımda Zərərçəkmiş şəxs və Şahid2 tanımışdır. Həmin ərəfədə özü üçün "Changan" markalı avtomobilin gətirilməsini təşkil etmişdir. Zərərçəkmiş şəxs bu barədə məlumatı olmuş və ona bildirmişdir ki, "Changan" markalı yeni model avtomobil almaq istəyir. Zərərçəkmiş şəxs istədiyi model avtomobili Çin Xalq Respublikasından sifarişlə gətirə biləcəyini demişdir. İkramdan hansı məbləğdə pulu olmasını və hansı model avtomobil istəməsini soruşduqda, İkram hazırda pulunun olmadığını lakin, mülkiyyətində olan "Hyundai" markalı "Santafe" modelli **-CF-*** dövlət qeydiyyat nişanı avtomobili satmaq istəməsini bundan sonra pulu olacağını demişdir. Danışıq üzrə Zərərçəkmiş şəxs "Changan Q 05" markalı avtomobili istəməsini bildirdikdə demişdir ki, ilkin ödəniş olaraq 13.000 manat pul verib. avtomobil Bakı şəhərinə gəldikdə 7.000 manat yenidən ödəniş edərsə qalan 6.500 manat pulu 18 aylıq kreditlə ayda 350 manat ödəmək şərti ilə gətirilməsini təşkil edə bilər. İkram razılaşmış və o, "Anar" adlı tanışı ilə əlaqə saxlayıb həmin model avtomobili hansı qiymətə gətirilməsini soruşduqda qiymət baha olduğu üçün Anarla razılaşmamışdır. İkrama başqa tanışlarının olmasım bu işi ən ucuz qiymətə həll edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs avtomobilini internet saytında elan yerləşdirməklə 2024-cü ilin sentyabr ayında satmışdır. 05 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs, ünvan 5 ünvanında "NN" taksi parkının qarşısımda almaq istədiyi "Changan Q 05" model avtomobilin Çin Xalq Respublikasımdan gətirilməsində ilkin ödəniş olaraq 10.000 manatı qəbul etmişdir. Həmin vaxt İkramın yanında digər işçı Sahib olmuş və hansı məqsədlə İkramdan pulu qəbul etdiyini bilmişdir. Təxminən 5 gün sonra 2024-cü ilin sentyabr ayının ortalarında günorta saatlarında ünvan 6 ünvanında yerləşən "Neyrocərrahiyə" xəstəxanasının qarşısında Zərərçəkmiş şəxsla görüşüb qalan 3.000 manatı da eyni vəd ilə qəbul etmiş və beləliklə cəmi 13.000 manat pulu Zərərçəkmiş şəxs ona avtomobil gətirilməsi açün vermişdir. Zərərçəkmiş şəxsla danışığı uzrə iki ay sonra 2024-cü ilin noyabr ayının 05-də avtomobilin "Meyvəli" gömrük terminalında olacağını bildirmişdir. Avtomobilin gətirilməsi üçün "Ruslan" adlı tanışına müraciət edib, ilkin olaraq İkramdan aldığı 13.000 manat puldan 5.000 manat vermişdir. Avtomobil Ruslanın tanışı "Şirvan" adlı şəxsin vasitəsi ilə gətiriləcəkmiş. Həmin ərəfədə Şirvanla, İkramı telefonla danışdırıb, avtomobilin gətirilməsi üçün işlər görüldüyünü bildirmişdir. Lakin verdiyi vədə əməl edə bilməmişdir. Belə ki, sonradan maddi çətinlikləri yarandığı üçün Şirvandan verdiyi 5.000 manat pulu geri almışdır. Pulu öz şəxsi ehtiyyaclarına, eyni zamanda, anasının xəstəliyi ilə bağlı müalicə xərclərinə xərcləyib, Zərərçəkmiş şəxs verdiyi vədə əməl etməmişdir. Söz verdiyi müddət çatdıqda İkramın avtomobili istəməsini görüb müxtəlif bəhanələrlə vaxtı uzatmağa eyni zamanda, avtomobil olmasa pulunu qaytaracağını deməyə başlamışdır. İkram inadla avtomobili yada pulu geri qaytarmağını tələb etdikdə yalandan "Meyvəli" terminalında işləyən "Rəfail" adı tanışı ilə danışdığını, yaxın zamanda avtomobilin gələcəyini, yükdaşımada bir sıra texniki nasazlıqlar olmasını bəhanə edərək bu yolla vaxt qazanmaq istəmişdir. Şirvan və Ruslanın anket məlumatlarını bilmir, mobil telefonu texniki nasazlıq səsbəbi ilə format olduğundan mobil nömrələri də qalmayıbdır. Onlarla heç bir əlbirliyi olmamışdır. O ilk öncə 5.000 manat pulu avtomobili gətirmək üçün verdiyi üçün Şirvan telefon danışığında İkrama avtomobilin gələcyini bildirmiş, lakin, pulu geri alıb bütünlükdə özü xərcləmişdir. Ruslan ölkə xaricində olan bir şəxsdir və avtomobil sifarişi üçün əlaqə saxlamışdır. ***-***-**-** saylı mobil nömrə usta tanışı "Elvin" adlı şəxsə məxsusdur. İkram avtomobili gətirmədiyı uçun pulunu geriyə tələb etdiyi müddətdə İkramı sakitləşdirib yanınmış vəziyyətdən çıxmaq uçun Elvinin nömrəsini verib əlaqə saxlamasını bildirmişdir. Çünki özü də həmin vaxtlarda mütəmadi olaraq Elvinin işlədiyi yerdə olub və taksi parkının avtomobillərinin təmir işlərini həll etmişdir. Elvindən mütəmadi olaraq mobil telefonu guya sürucülərə zəng etmək bəhanəsi ilə istəmiş, həmin smsləri Elvinin telefonundan İkrama yazıb daha sonra smsləri silmişdir. Elvinlə heç bir əlaqəsi yoxdur. Sadəcə Elvinin mobil telefonundan istifadə edib, düşdüyü vəziyyətdə müvəqqəti də olsa çıxmaq istəmişdir.SON SÖZ DEMİR Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş 2024-cü ilin iyul ayının 15-də Bakı şəhəri, Xətai rayonu F.Qəmbərov küçəsində yerləşən "NN” park taksi şirkətinə tanışı Şahid2 ilə birlikdə təcrübə toplamaq məqsədi ilə gedib, orada işləməyə başlamışlar. Həmin ərəfədə "NN" park taksi şirkətində texniki şöbənin işçisi Təqsirləndirilən şəxs tanımışdır. Vüqarla tanışlığı ərəfəsində münasibəti normal olmuş və işçi kimi Vüqara etibar etmişdir. Həmin dövrdə mülkiyyətində **-CE-*** dövlət qeydiyyat nişanlı "Hyunadi" markalı "Santafe" markalı avtomobil olmuşdur. "NN" parkda işləyərkən oraya gətirilən "Changan Q 05" markalı avtomobilləri görmüşdür. Öz avtomobilinin benzin sərfiyyatı ilə bağlı maddi çətinlik çəkdiyindən Vüqara bildirmişdir ki, gətirilən avtomobillərdən olsa alar. Vüqar nə qədər pulu olduğunu soruşduqda bildirmişdir ki, hazırda pulu yoxdur, lakin, avtomobilini satıb verə bilər. Vüqar ona bildirmişdir ki, avtomobili satıb 13.000 manat ilkin ödəniş verib, avtomobil ölkə xaricindən gəldikdən sonra 7.000 manat gömrük xərclərinə verib qalan 6.500 manatını isə 18 aylıq ayda 350 manat ödəməklə həmin avtomobili təşkil edə bilər. Həmin vaxt iş yoldaşı Sahib yanlarında olmuşdur. Vüqar, ona həmin avtomobili "Anar" adlı tanışı vasitəsi ilə gətirəcəyini demişdir. Avtomobilini 05 sentyabr 2024-cü il tarixdə 17.500 manata satmış və yenidən "NN" parka qayıdıb 10.000 manat pulu Sahibin yanında Təqsirləndirilən şəxs "Changan Q 05" markalı avtomobili gətirməsi vədi üzrə vermişdir. Vüqar yanında guya "Anar" adlı tanışı ilə danışıb avtombili iki ay nüddətində yəni 05 noyabr 2024-cü il tarixdə Qaradağ rayonundakı Meyvəli gömrük terminalı 2-də olacağını bildirmişdir. Təxminən 5 gün sonra 10 sentyabr 2024-cü il tarixdə, günorta saatlarında Sahiblə brilikdə Xətai rayonunda yerləşən "Neyrocərrahiyyə" xəstəxanasının qarşısında Vüqarla yenidən görüşüb qalan 3.000 manatı da vermişdir. Sonradan sentyabr ayının sonlarında "NN" parkdan çıxıb başqa yerdə işləməyə getsə də Vüqarla mütəmadi olaraq əlaqə saxlamışdır. Vüqar bir neçə dəfə yalandan onu Meyvəli gömrük terminalı 2-yə aparıb guya avtomobilin orada olmasını bildirib daha sonra onu, orada bir qədər gözlətdikdən sonra avtomobilin hələ növbəti günlərdə götürülməsinə icazə verilməsi barədə yalan danışıb geri qaytarmışdır. Vüqar onu, Şirvan adlı şəxslə əlaqələndirib guya avtomobilin gətirilməsini həmin şəxslə həyata keçirəcəyini bildirmişdir. Bu barədə telefon danışığı olmuşdur. 05 noyabr 2024-cü il tarixdə verilən vəd üzrə iki ay tamam olsa da Vüqarın heç bir avtomobil gətirmədiyini və müxtəlif bəhanələrlə vaxtını aldığını başa düşmüşdür. Vüqarla əlaqə saxlayıb pulunu geri qaytarmasını, artıq avtomobil istəmədiyini bildirmişdir. Vüqar inadla pulu qaytarmayıb guya məsələnin həlli üçün çalışmasını bildirmişdir. 11 noyabr 2024-cü il tarixdə Vüqarın təqdim etdiyi guya "Şirvan” adlı şəxsə məxsus 070227-64-65 saylı mobil nömrə ilə sms vasitəsi ilə əlaqə saxlayıb avtomobil barədə soruşmuş lakin, müsbət nəticə əldə edə bilməmişdir. Bu yolla Təqsirləndirilən şəxs 13.000 manat pulu ələ keçirib ona maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs hazırda həmin puldan heç bir məbləğ qaytarmayıb telefonlarına cavab vermir. "Şirvan" adlı şəxsi əyani olaraq görməyib, tanımır və anket məlumatlarını tam olaraq bilmir. Şirvan və Vüqarla bir əlaqədə danışıq aparan zaman Şirvanın mobil nömrəsi həmin danışıqda görsənməmişdir. Sonradan Vüqardan, Şirvanın mobil nömrəsini tələb etdikdə Vüqar ***-***-**-** saylı mobil nömrəni verib axşam radələrində əlaqə yaratmasını bildirmişdir. Həmin nömrəyə bir neçə sms göndərib avtomobil barədə soruşmuş lakin, sonradan yazdığına cavab verilmədiyini başa düşüb yenidən əlaqə saxlamamışdır. Ona vurulmuş zərər ödənilməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Həmçinin mülki iddiasının təmin edilməsini vurulmuş maddi zərərə görə 13.000 manat, mənəvi ziyana görə isə 10.000 manat pulun alınıb ona ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs keçmiş iş yoldaşıdır. 2024-cü ilin iyul ayında Xətai rayonu, F.Qəmbərov küçəsində yerləşən "NN" park taksi şirkətində təcrübə toplamaq üçün getmişdir. Təqsirləndirilən şəxs texniki şöbənin işçisi kimi fəaliyyət gsötərdiyi üçün aralarında tanışlıq yaranmışdır. Vüqar danışıq zamanı bildirmişdi ki, xaricdən avtomobil gətirib satmaqla məşğul olur. İkramın həmin dövrdə "Hyundai" markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. İkram. Vüqarla 1 danışıb taksi üçün münasib olan yeni model "Changan Q 05" markalı avtomobil almaq istəməsini bildirdik də Vüqar bu işdə kömək edə biləcəyini və ölkə xaricindən həmin avtomobili gətirə biləcəyini vəd etmişdir. Danışıq zamanı Vüqar, İkrama bildirmişdi ki, idarə etdiyi avtomobili satmaqda eyni zamanda, ilkin ödniş olaraq 13.000 manat, iki aydan sonra avtomobil Bakı şəhərinə gəldikdən sonra gömrük xərci olaraq 7.000 manat daha sonra isə 18 ay aylıq 350 manat ödəmək şərti ilə avtomobili tanışları ilə danışıb Bakıya gətirə bilər. Belə olduqda İkram avtomobilini satıb, 05 sentyabr 2024-cü il tarixdə "NN" taksi parkının ofisinin qarşısında onun yanında avtomobilin gətirilməsi üçün ilkin ödəniş olaraq tələb edilən 13.000 manat puldan, 10.000 manat pulu nağd şəkildə Vüqara vermişdir. Vüqar guya "Anar" adlı tanışı ilə danışıb söz verdiyi kimi iki ay ərzində avtomobilin Bakıda olacağını İkrama demişdir. 10 sentyabr 2024-cü ildə təxminən günorta saatlarında İkramla birlikdə Xətai rayonu, "Neyrocərrahiyyə" xəstəxanasının qarşısında Təqsirləndirilən şəxsla yenidən görüşmüş və İkram onun yanında əlavə 3.000 manat pulu da Vüqara verib bununla da ilkin ödəniş üçün lazım olan 13.000 manat pulu tamamlamış olmuşdur. Vüqar iki ay ərzində avtomobili gətirəcəyinə söz versə də, qeyd edilən müddət keçməsinə baxmayaraq Vüqar vədinə əməl etməmiş və İkram bu barədə polisə bildirmişdir. Onlara aydın olmuşdur ki, Vüqar dələduzluq edərək İkramın pulunu ələ keçirib və heç bir avtomobil gətirilməsini həyata keçirməyib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil nömrə özünə məxsusdur, təxminən bir ildən çoxdur, özü istifadə edir, həmin nömrənin "Whatsapp" sosial sms tətbiqi də öz istifadəsindədir. Zərərçəkmiş şəxs tanımır və istintaqa təqdim edilən sms yazışmlarının çıxarışları ilə bağlı bildirir ki, Təqsirləndirilən şəxs avtomobil ustası işlədiyi üçün tanımışdır. Təqsirləndirilən şəxs ilk dəfə 2024-cü ilin yay aylarında yanına avtomobil gətirib təmir üçün vermişdir. Bundan sonra Vüqarın taksi parkında işlədiyini bilmiş və Vüqar demişdir ki, taksi şirkəti vardır, şirkətə məxsus avtomobilləri ehtiyyac olduqda təmir üçün yanına gətirmək istəyir. Bundan sonra Vüqar mütəmadi olaraq yanına avtomobilləri təmir üçün gətirmişdir. İşi çox olduqda gecə saatlarına qədər sexdə qalıb işləyir və Vüqar hətta axşamlar da yanına avtomobillərə baxmaq üçün gəlmişdir. Hətta, bir neçə dəfə ondan mobil telefonunu istəyib bir neçə yerə zəng edib qaytaracağını bildirdikdə mobil telefonunu Vüqara vermişdir. Ola bilsin, Vüqar həmin smsləri telefonu vasitəsi ilə yazmışdır. Çünki Vüqar mütəmadi olaraq ondan telefonunu istəyib sürücülərə zəng edəcəyini və bu kimi bəhanələr bildirmişdir. Vüqarı müştəri kimi gördüyündən yox deməmişdir, çünki avtomobilləri təmir edib pulunu qazanmış və bu səbəblə mobil telefonla zəng etməsi kimi xırda bir məsələ üçün Vüqara söz deməkdən utanmışdır. Ümumən Vüqarı problemli bir şəxs kimi tanıyır. Buna görə də Vüqarın avtomobilləri gətirməsindən imtina edib özündən uzaqlaşdırmışdır. Çünki, Vüqar avtomobilləri təmir üçün verdikdə, təmir və lazım olan ehtiyyat hissələrinin pullarını gah geçikdirir gah da anasının xəstə olmasını bəhanə edərək verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 aprel 2025-ci il tarixli cinayət işi başlanılması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır. (i.v. 1); Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci PŞ-yə ünvanlanmış ərizədən görünür ki, Vüqar adlı şəxs Çin Xalq Respublikasından-dan “Changan” markalı avtomobil gətirmək adı ilə onun 13.000 manat pulunu almış, lakin avtomobili gətirib çıxarmamışdır.(i.v 7) 16 aprel 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 15) 16 aprel 2025-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi "Changan Q 05" markalı avtomobili almaq məqsədi ilə 05 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs 13.000 manat pulu verməsinə dair Təqsirləndirilən şəxsla telefon danışıqlarına dair səs yazılarının köçürüldüyü 01 ədəd yaddaş kartı və ***-***- **-** saylı mobil nömrə ilə sms yazışmalara dair çıxarışlar iş üçün əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs götürülmüş və iş materiallarına əlavə edilmişdir.(i.v 25) 16 aprel 2025-ci il tarixli zərərçəkmiş şəxsin iştirakı ilə yaddaş kartına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 yaddaş tutucusuna baxış zamanı müəyyən edildi ki, içərisində 15 ədəd danışıqlar barədə səs yazısı mövcuddur. Belə ki, səsli yazılar Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə sonuncunun guya Çin Respublikasından avtomobil gətirəcəyi barədə yalan vəd verib 13.000 manat pulu alması və guya köməklik etmək məqsədində olmasına dair danışıqlarla bağlı səs yazılarından ibarətdir. "Birinci səs yazısında Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs deyirki emi narahat olma, sənin pulun köçürüləcək, sənə oyun oynayan oğlan----- burada İkram Məmmdovu inandırmaq üçün özü barədə bir neçə nalayiq ifadələr işlədib pulu qaytaracağına söz verir, Zərərçəkmiş şəxs 3 aydır avtomobilin gəlib çıxmadığından narazılıq edir və o yenədə pulun qaytarılacağını və ya avtomobilin gətiriləcəyini deyir". İkinci səs yazısında Zərərçəkmiş şəxs deyirki, "Vüqar sən söz vermişdin lakin yenə də sözünü tutmadın, pulumu qaytarmadın, mən maşın istəmirəm, pulumu qaytarın. Vüqar ona deyir ki, " narahat olma həftənin 2-ci günü avtomobili verəcəm." Üçüncü səs yazıda Zərərçəkmiş şəxs Vüqara, eyni zamanda xəttə əlavə olaraq qoşulmuş Şirvan adlı şəxslə danışır, Vüqar İkramdan 13.000 manat pulu aldığını etdiraf edir, avtomobil gəldikdən sonra qalan 7.000 manatı da ödəyəcəyini bildirib, Şirvan adlı şəxsə Meyvəli gömrük terminalına gəlmək istəməsini deyir, Şirvan adlı şəxs pulu notarial qaydada qəbul edəcəyini deyir, bu zaman Vüqar notariusa nə ehtiyac olmasını Şirvan adlı şəxsə bildirib, İkramın tanışı olmasını narahat olmamasını dedik də, Şirvan adlı şəxs buna etiraz edərək işini qanuni yolla görəcəyini, əlbə-əl pul qəbul etməyəcəyini deyir. Digər 12 ədəd səs yazılarında Zərərçəkmiş şəxs Vüqarla mütəmadi olaraq əlaqə saxlayıb avtomobili gətirilməsi barədə soruşması, eyni zamanda aralarında yaranmış narazılıqla bağlı Zərərçəkmiş şəxs pulunu Təqsirləndirilən şəxs tələb etməsi, Təqsirləndirilən şəxs guya terminaldakı tanışlarla danışıqda olması, avtomobilin qısa müddətdə gələcəyini bildirməsindən ibarət danışıqlar mövcuddur(i.v 26-31) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkar edilməmişdir.(i.v 43-44) 14 may 2025-ci il tarixli axtarışda olan şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:40 radələrində tutularaq Xətai RPİ MSY-nə yəhvil verilmişdir.(i.v 57) 15 may 2025-ci il tarixli yaddaş kartına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs səs yazılardakı şəxsin özü olduğunu, İkramla danışıqlar aparıb ona pulu qaytaracğına dair vədlər verib bu yolla vaxt əldə etməyə çalışmasını, Şirvan adlı şəxsin onun cinayətkar əməlindən xəbərdar olmadığını, bu səbəbdən notariusa getməkdən yayındırmağa çalışdığını, törətdiyi əməli səmimi etiraf etdiyini bildirmişdir. (i.v 76-77) 15 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.( i.v 79) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay həddində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığının əvvəli 14 may 2025-ci il tarixdən hesablanması qərara alınmışdır.(i.v 102-108) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsetmənin əvvəli təqsirləndirilən şəxsin həbsolunma tarixindən hesablanması qərara alınmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində Xətai RPİ əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixində Bakı İstintaq Təcridxanasına gətirilmişdir. 17 may 2025-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılması və o həmin maddə ilə məhkəmə məsuliyyətinə verilməsi, aparılmış istintaqla əməlində Azərbaycan Republikası CM-nin 178.2.1 vo 180.1-ci maddələrinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilməsi və bu barədə olan sənədlərin surəti saxlanılması üçün Xətai rayon prokurorluğuna göndərilməsi, aparılmış istintaqla əməlində Azərbaycan Republikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən Şahid1 barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilməsi və bu barədə olan sənədlərin surəti saxlanılması üçun Xətai rayon prokurorluğuna göndərilməsi, iş üzrə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 ədəd yaddaş kartıvə sms çıxarışları maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsinin nəzərə alınması, iş üzrə Azərbaycan Respublikası CM-nin 59-cu və 61ci maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs məsuliyyatını yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınması, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, götürmə və baxış protokolları işin faktiki hallarına uyğun olduğu üçun sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v 115-121) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 xx.xx.2025-ci il tarixli, 5158 saylı rəyindən görünür ki, Nəticə hissəsi: İ Motivləşdirici hissə. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. İİ Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub və ya olmayıb? 2-ci sual: Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin (hərəkətinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarındadırmı? 1-ci və 2-ci suallara cavab: Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. 3-cü sual: Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşürmü? Cavab: Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. 4-cü sual: Təqsirləndirilən şəxs fərdi xüsusiyyətləri, hadisə şəraitini nəzərə almaqla iş üçün əhəmiyyətli olan halları düzgün qavraya bilirdimi? Cavab: Qoyulmuş sual ekspert psixoloqun səlahiyyətinə aiddir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Keçirilmiş ekspertiza tədqiqatının nəticəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs həm əməli törədərkən həm hazırkı mərhələdə tam anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 14 may 2025-ci il tarixdən 08 iyul 2025-ci il tarixədək tutulduğu və ev dustaqlığında olduğu, 01 ay 24 gün müddət azdlıqdan məhrumetmə növündə cəzanın bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut- 01 ədəd yaddaş kartı və sms çıxarışları cinayət işi materiallarında saxlanılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 330 (üç yüz otuz) manat məbləğində pul ödənilməlidir İş üzrə məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 13.000 manat, mənəvi ziyana görə 10.000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirməsi, bunun nəticəsində zərərçəkmiş şəxsə 13.000 manat ziyan vurulması öz təsdiqini tapdığından, mülki iddia maddi ziyanın ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə mənəvi ziyanın tutulmasına münasibətdə hesab edir ki, mülki iddia bu hissədə təmin edilə bilməz. Belə ki, mənəvi ziyanla bağlı məhkəmənin gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Yuxarıda istinad edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı ona qarşı törədilən qanunsuz hərəkətin onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmasını, bunun nəticəsində iztirab keçirməsini, eyni zamanda sağlamlığının pozulmasını, bir sözlər mənəvi sarsıntı və iztirab keçirməsini sübuta yetirəcək hər hansı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçının iddia tələbinin qismən təmin olunması nəzərə alınaraq iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş 160 (bir yüz altmış) manat məbləğində dövlət rüsumunun 89.60 (səksən doqquz manat altmış qəpik) manat hissəsi Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməli, qalan 70.40 (yetmiş manat qırx qəpik) manatı isə mülki iddiaçının özünə aid edilməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 may 2025-ci il tarixdən 08 iyul 2025-ci il tarixədək tutulduğu və ev dustaqlığında olduğu müddət, 01 (bir) ay 24 (iyirmi dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadılqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 06 (altı) gün müddətinə azdlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 30 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - 01 ədəd yaddaş kartı və sms çıxarışları cinayət işi materiallarında saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 13.000 (on üç min) manat, dövlət rüsumuna görə 89.60 (səksən doqquz manat altmış qəpik) manat, ümumilikdə 13.089,60 (on üç min səksən doqquz manat altmış qəpik) manat pul vəsaiti tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Ödənilmiş 70.40 (yetmiş manat qırx qəpik) manat məbləğində dövlət rüsumu zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs özünə aid edilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs 30 (otuz) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-299/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-299/2025
12.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver