Məhkəmə qərarları › İş №1(011)-30/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-30/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-30/2023 06.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz ələ keçirmə məqsədi ilə 15 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10E ünvanında yerləşən “Russel Plaza” biznes mərkəzinin 13-cü mərtəbəsində yerləşən qeyri yaşayış sahəsini tanışı olan X3 adına icarəyə götürərək ofis avadanlıqları ilə təchiz etmiş və həmin ofisin guya özünün rəhbərlik etdiyi qida məhsullarının alqı-satqısı ilə məşğul olan “Bio Trade” şirkətinə məxsus olmasını yalandan bildirərək, fərdi qaydada müxtəlif marka və növ qida yağlarının topdan satışı ilə məşğul olan Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib nisyə şəkildə mal almaq istədiyini və alınan malın dəyərinin 10 gün ərzində ödəniləcəyi barədə yalan vəd verib aldadaraq 23 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10E ünvanının qarşısında 1 kiloqramı 5 manat 40 qəpik olmaqla, ümumilikdə 2160 manat dəyərində 400 kiloqram “Tulçinka” markalı marqarin yağını və 1 litri 3 manat 70 qəpik olmaqla, ümumilikdə 1850 manat dəyərində 500 litr “Semeynaya” markalı günəbaxan tumunun duru bitki yağını ələ keçirərək, sonradan Zərərçəkmiş şəxs3 500 manat pulu ödəməklə, dələduzluq edib Zərərçəkmiş şəxs3 3510 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz ələ keçirmə məqsədi ilə 15 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10E ünvanında yerləşən “Russel Plaza” biznes mərkəzinin 13-cü mərtəbəsində yerləşən qeyri yaşayış sahəsini tanışı olan X3 adına icarəyə götürərək ofis avadanlıqları ilə təchiz etmiş və həmin ofisin guya özünün rəhbərlik etdiyi qida məhsullarının alqı-satqısı ilə məşğul olan “Bio Trade” şirkətinə məxsus olmasını yalandan bildirərək, fərdi qaydada fındıq ləpəsinin topdan satışı ilə məşğul olan Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edib nisyə şəkildə mal almaq istədiyini və alınan malın dəyərinin 10 gün ərzində ödəniləcəyi barədə yalan vəd verib aldadaraq, 01 mart 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10E ünvanının qarşısında 1 kiloqramı 12 manat 50 qəpik olmaqla, ümumilikdə 3750 manat dəyərində 300 kiloqram təmizlənmiş, qovrulmuş fındıq ləpəsini ələ keçirərək dələduzluq edib Zərərçəkmiş şəxs2 3750 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz ələ keçirmə məqsədi ilə 15 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10E ünvanında yerləşən “Russel Plaza” biznes mərkəzinin 13-cü mərtəbəsində yerləşən qeyri yaşayış sahəsini tanışı olan X3 adına icarəyə götürərək ofis avadanlıqları ilə təchiz etmiş və həmin ofisin guya, özünün rəhbərlik etdiyi qida məhsullarının alqı-satqısı ilə məşğul olan “Bio Trade” şirkətinə məxsus olmasını yalandan bildirərək, fərdi qaydada toyuq yumurtasının topdan satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib nisyə şəkildə mal almaq istədiyini və alınan malın dəyərinin 10 gün ərzində ödəniləcəyi barədə yalan vəd verib aldadaraq 04 mart 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10E ünvanının qarşısında hər bir qutusu 41 manat olmaqla, ümumilikdə 2460 manat dəyərində 60 qutu toyuq yumurtasını ələ keçirərək dələduzluq edib Zərərçəkmiş şəxs1 2460 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz ələ keçirmə məqsədi ilə 15 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10E ünvanında yerləşən “Russel Plaza” biznes mərkəzinin 13-cü mərtəbəsində yerləşən qeyri yaşayış sahəsini tanışı olan X3 adına icarəyə götürərək ofis avadanlıqları ilə təchiz etmiş və həmin ofisin guya, özünün rəhbərlik etdiyi qida məhsulllarının alqı-satqısı ilə məşğul olan “Bio Trade” şirkətinə məxsus olmasını yalandan bildirərək, fərdi qaydada toyuq əti məhsullarının topdan satışı ilə məşğul olan X1 etibarından sui-istifadə edib nisyə şəkildə mal almaq istədiyini və alınan malın dəyərinin 10 gün ərzində ödəniləcəyi barədə yalan vəd verib aldadaraq 2022-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10E ünvanının qarşısında X1 vasitəçiliyi ilə Zərərçəkmiş şəxs4 məxsus 1 kiloqramı 7 manat 50 qəpik olmaqla, ümumilikdə 35100 manat dəyərində 4680 kiloqram toyuq əti məhsullarını ələ keçirərək dələduzluq edib Zərərçəkmiş şəxs4 Xalid oğluna 35100 manat, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, şirkət açaraq oraya işçi qismində Rafiq, Mətanət, Natiq adlı şəxsləri və digərlərini cəlb etmişdir. Eləcə də kolbasa sexini işlətməsi üçün bir nəfəri və iki nəfər fəhləni işə götürmüşdür. O, gündəlik iki tona yaxın kolbasa istehsal edərək təxminən 2000 manat pul qazanmaq niyyəti var idi və həmin pulu da işçilərinə maaş qismində ödəməyi düşünmüşdür. O, bəzi şəxslərlə müqavilələr bağlayaraq, onlarla iş görməyə başlamışdır. Daha sonra onlardan bəzilərinin borclarını ödəmişdir. Lakin bu iş üzrə zərərçəkmiş şəxslərdən aldığı malları sataraq pul əldə etmiş və öz ehtiyaclarına xərcləmişdir. O, iş görəcəkləri şəxslərlə əlaqə saxlanması üçün müəyyən bir sistem qurmuşdur. Belə ki, o, iş görəcəkləri adamları tapmış və öz işçilərinə onlarla əlaqə saxlamalarını demişdir. İşçiləri həmin şəxsləri ofisə dəvət etmişlər, onlarla söhbət etmişlər və malların qiymətlərini öyrənmişlər. Daha sonra həmin şəxslər onunla da görüşərək həmin malları ona vermişlər. O, həmin malların satışını özü həyata keçirmişdir. İş üzrə zərərçəkmiş Xalis adlı şəxsdən qiyməti təxminən 4000 manat olan fındıq almışdır. Həmin malın satışından əldə etdiyi pul vəsaitinin miqdarını dəqiq xatırlamır, pul vəsaitini isə öz ehtiyaclarına xərcləmişdir. Daha sonra İlkindən kolbasa istehsalında istifadə edilməsi üçün günəbaxan yağı və «Tulçinka» markalı marqarin yağı almışdır. Kolbasa istehsalı zamanı həm duru yağdan, həm də marqarindən istifadə etmişlər. Marqarin qismində də bu dəfə «Tulçinka» markalı marqarin yağı almışdır. Bu işə təzə başladığından onun sexi fəaliyyət göstərmirdi. O da gündəlik 500-700 kq arası kolbasa istehsal edən başqa bir sexlə işləmişdir. Aldığı məhsulları da həmin kolbasa sexinə göndərmişdir. O, İlkinə həmin malları başqa şəxslərə satacağını bildirmişdir. Lakin həmin malları xammal qismində istifadə etmişdir. Sarvan adlı şəxslə də onun işçisi vasitəsilə tanış olmuşdur. Ondan aldığı toyuğun döş ətini kolbasa və sosiska istehsalı zamanı istifadə etmiş, bütöv olan toyuqları isə korporativ müştərilərə satmışdır. Pərvin adlı şəxsdən aldığı yumurtaları “catering” şirkətinə satmışdır. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, onun alqı-satqı zamanı istifadə etdiyi sənəd qaimə faktura olmuşdur. İş üzrə zərərçəkmiş şəxslərə hər hansı ödəniş etməmişdir. Onun şirkətinin hər hansı rəsmi sənədi olmamışdır. Eləcə də adlarını çəkdiyi işçilərlə də hər hansı rəsmi müqaviləsi olmamışdır. O, axtarışda olduğundan fəaliyyət göstərdiyi ofisə əməliyyatçılar gəldikdən sonra oradan didərgin düşmüşdür. Bu səbəbdən də sonrakı dövrlərdə ofisə gedə bilməmişdir. Ofisdə quraşdırılan kompüterləri yaxın tanışı gətirmişdir. O, zərərçəkmiş şəxslərdən müəyyən məbləğlərdə mallar alsa da onun kiminsə etibarından sui-istifadə edərək dələduzluq etmək niyyəti olmamışdır. Zəərçəkmiş şəxslərdən malları almaqda məqsədi, həmin malları satıb, əldə etdiyi pul ilə kolbasa sexi açaraq fəaliyyət göstərmək olmuşdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində özünü tam təqsirli bilmiş və qeyd etmişdir ki, subaydır, bir övladı vardır, heç bir fəaliyyətlə məşğul olmur, barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan cinayət işi ilə əlaqədar məhkəmə iclaslarına getmədiyindən Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən tutulmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və özü hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. 2016-cı ildən 2019-cu ilədək Bakı şəhəri, Əmircan qəsəbəsində yerləşən kolbasa sexini icarəyə götürərək işlətmişdir, daha sonra koronavirus pandemiyası ilə əlaqədar olaraq özü həmin kolbasa sexini bağlamışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində yenidən kolbasa sexini icarəyə götürüb fəaliyyət göstərmək istəmişdir. Bunun üçün o, əvvəllər tanıdığı X3 işlətdiyi, lakin yadında qalmayan mobil telefonuna zəng edərək onunla görüşmək istədiyini bildirmiş və həmin günü Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yanında görüşərək Natiqə bildirmişdir ki, o, kolbasa sexi açmaq istəyir. Natiqdə ona öz razılığını bildirmişdir. Əlavə olaraq özü Natiqə bildirmişdir ki, kolbasa sexindən əvvəl özü qida ilə məşğul olan “Bio Trade” şirkətini açacaq və ondan xahiş etmişdir ki, həmin şirkətin qurulmasına və işçilərin yığılmasına ona köməklik etsin. Özü Natiqdən xahiş etmişdir ki, o, onun üçün mühafizəçi tapsın və Natiq cavab olaraq Rafiq adlı tanışının olmasını və həmin Rafiq adlı şəxslə danışıb ona xəbər verəcəyini bildirmişdir. Özü Natiqə bildirmişdir ki, o, Rafiqlə danışıb ayda 1000 manat müqabilində onun mühafizəsini təşkil etsin. Daha sonra özü oradan çıxıb getmişdir. Növbəti gün səhər radələrində Natiq ona zəng edərək bildirmişdir ki, o, Rafiqlə artıq danışıb və həmin gün saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yanında Rafiq ilə görüşəcəyini bildirmişdir. Həmin gün özü günorta radələrində Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yanında yerləşən adını bilmədiyi çayxanada Natiq və onun tanışı olan Rafiqlə görüşmüşdür. Söhbət əsnasında o, Rafiqə bildirmişdir ki, o, uzun müddət kolbasa istehsalı sahəsində çalışmış və hal-hazırda Bakı şəhərində kolbasa sexini açacaq və həmin kolbasa sexində ona mühafizə rəisi lazımdır, lakin kolbasa sexi açılanadək Rafiq onun şəxsi mühafizəçisi olacaq və özü hər ay ona 1000 manat pul verəcək. Rafiq onu dinləyərək şərtlərlə razılaşmış və özü bildirmişdi ki, o, tez bir zamanda işə başlaya bilər. Özü həmin vaxt artıq Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10E ünvanında yerləşən “Russel Plaza” biznes mərkəzində icarəyə ofis götürmüş və ona görə də Rafiqə bildirmişdir ki, o, növbəti gün saat 10 radələrində həmin ofisə gəlib işinə başlasın. Səhəri gün tarix dəqiq yadında deyil, lakin bilir ki, 2022-ci ilin fevral ayının əvvəlləri olardı, Rafiq səhər radələrində qeyd etdiyi ünvanda yerləşən ofisə gəlmişdir. Orada o, Rafiq və Natiq olmuşdurlar. Qeyd olunan ofisi icarəyə götürəndə həmin ofis əşyasız olmuşdur və ona görə də o, Rafiqdən ona məxsus mobil telefonu götürüb ondan xahiş etmişdir ki, o, həmin mobil telefon vasitəsi ilə internetdən həmin ofis üçün mebel və kompyuter sifariş etsin. Özü Rafiqin telefonundan “Tap.az” elan saytına daxil olub həmin saytdan telefon nömrəsini və adını xatırlamadığı şəxsdən ofis üçün mebel və daha sonra eyni qaydada adını və telefonunu xatırlamadığı şəxsdən 4 ədəd masaüstü kompyuter sifariş etmişdir. Həmin gün axşam saat 17 radələrində bir neçə nəfər şəxs ofisə gəlmişlər və mebel quraşdırma işlərinə başlamışlar. Həmin mebelləri ofisdə quraşdırdıqdan sonra həmin şəxslərdən biri mebellərin pulunu istəmişdir, lakin özü həmin şəxsə bildirmişdir ki, özü onlara həmin mebellərin pulunu bir neçə günə köçürmə vasitəsi ilə ödəyəcək. Əslində həmin mebellərin pulunu ödəmək üçün onda pul yox idi və o, fikirləşmişdir ki, “Bio Trade” şirkəti fəaliyyətə başladıqdan sonra o, həmin mebellərin pulunu ödəyə biləcək. Növbəti gün səhər radələrində özü iş yerində olan zaman bir nəfər şəxs onun mobil telefonuna xatırlamadığı nömrədən zəng edərək ona bildirmişdir ki, özü ondan 4 ədəd masaüstü kompyuter sifariş etmişdir və həmin kompyuterləri çatdıra bilər. Özü həmin şəxsə ofisin ünvanını təqdim etmiş və bir neçə saatdan sonra 2 nəfər şəxs ofisə gələrək 4 ədəd masaüstü kompyuteri quraşdırmışlar və həmin şəxslərdən biri ondan həmin kompyuterin pulunu istəyəndə o, bildirmişdir ki, bir neçə günə o, həmin kompyuterlərin pulunu köçürmə vasitəsi ilə ödəyəcək. Həmin gün o, Rafiqə bildirmişdir ki, onların ofisinə işçi lazımdır və ondan xahiş etmişdir ki, əgər onun məsləhətli, məsuliyyətli, iş qabiliyyəti olan tanışı varsa dəvət etsin ki, həmin şəxs onlarla işləsin və Rafiq ona bildirmişdir ki, onun Mətanət adlı tanışı var və o, Mətanət ilə danışa bilər. 2022-ci ilin fevral ayının ortalarında Rafiq Mətanət ilə danışmış və Mətanət onun ofisinə gələrək onunla görüşmüşdür. Özü Mətanətə bildirmişdir ki, o, kompyuter vasitəsi ilə müştərilərin verilənlər bazasını yaradacaq və bundan başqa özünün ona verdiyi siyahı əsasında onlara mal satan şəxslərlə əlaqə saxlayacaq və onunla görüşlər təyin edəcək. Özü Mətanət ilə razılaşmışdır ki, onun 1000 manat əmək haqqısı olacaq və o, həftənin 5 günü saat 10:00-dan 18:00-dək işləyəcək. Mətanət onunla razılaşmış və təxminən 15 fevral 2022-ci il tarixdə artıq ofisdə işə çıxmışdır. Bir neçə gün keçdikdən sonra özü Rafiq ilə danışan zaman bildirmişdir ki, onlara əlavə olaraq işçi lazımdır və Rafiq ona söz vermişdir ki, bir neçə günə əlavə işçi tapacaq. Həmin gün Rafiq ona bildirmişdir ki, Elmar adlı dostu var və Elmarı ofisə dəvət etmişdir. Özü həmin gün Elmar ilə görüşmüş və bildirmişdir ki, onun ofisinə ərzaq mallarının topdan satış məntəqələrini işlədən şəxslərin mobil telefonlarını götürüb siyahı tutaraq ona verən əməkdaş lazımdır. Elmar ona öz razılığını bildirmiş və əlavə olaraq bildirmişdir ki, özünün avtomaşını vardır. Özü Elmara bildirmişdir ki, həmin işlərin görülməsinə görə ona ayda 1000 manat pul verəcək. Elmara bildirmişdir ki, səhəri gün işə çıxsın. Həmin ərəfələrdə özü Mətanətə bildirmişdir ki, onun işi çox olacaq və bunun üçün ona köməkçi lazım olacaq və xahiş etmişdir ki, özünə ayı 500 manat maaşa köməkçi tapsın. Mətanət ona razılıq verərək onun tanışı olmasını, həmin tanışı ilə tez bir zamanda danışaraq ona cavab verəcəyini bildirmişdir. 18 fevral 2022-ci il tarixdə özü ofisdə olan zaman ofisə Mətanətin tanışı olan Gülsüm adlı xanım gəlmiş və söhbət edib onu Mətanətə köməkçi vəzifəsinə işə götürmüşdür. Əslində Gülsüm kompyuter vasitəsi ilə “Tap.az” elan saytında qida məhsullarının satışı ilə məşğul olan şəxslərin telefon nömrələrini tapmalı idi, lakin Gülsümün kompyuterdən yaxşı başı çıxmadığını görüb bildirmişdir ki, Gülsüm onun ona verdiyi siyahı əsasında telefon zəngləri etsin və həmin şəxsləri onunla görüşə dəvət etsin. Əslində onun Mətanət və Gülsümü işə götürməkdə əsas məqsədi onların ona kömək etmələri deyil, özünün onları işə qəbul etməkdə məqsədi ondan ibarət olmuşdur ki, mal satan şəxslər ofisə gəldikdə həmin ofisdə bir neçə nəfərin işlədiyini görüb etibarlarını qazanmaq olmuşdur. Ofis tam hazır olduqdan sonra o, 20 fevral 2022-ci il tarixdə özü internet vasitəsi ilə “Tap.az” elan saytından qida yağının satışı ilə məşğul olan İlkin adlı şəxsin mobil telefonunu götürərək ona zəng etmiş və özünü “Bio Trade” şirkətinin rəhbəri kimi təqdim edərək ona yağ lazım olduğunu bildirmişdir və ona demişdir ki, onunla özünün köməkçisi əlaqə saxlayacaq və görüş təyin edəcək. Özü İlkinin telefon nömrəsini Mətanətə vermişdir və bildirmişdir ki, o, İlkinlə danışıb görüş təyin etsin. 22 fevral 2022-ci il tarixdə İlkin onun işlədiyi ofisə gəlmiş və onlar söhbət etmişlər. Özü İlkindən hansı yağı satdıqığını soruşmuş və İlkin ona “Tulçinka” markalı marqarin yağı və “Semeynaya” markalı günəbaxan tumunun duru yağını satdığını bildirmişdir. İlkin ona, “Tulçinka” yağının 5 kiloqramını 28 manata, “Semeynaya” yağının isə 5 litrini 19 manat 50 qəpiyə satacağını demişdir. Özü İlkinin təklif etdiyi qiymətlərlə razılaşmış və ona 400 kiloqram “Tulçinka” yağını və 500 litr “Semeynaya” yağını sifariş etmişdir. Özü həmin yağlara görə İlkinə ümumilikdə 4190 manat pul verəcəyini bildirmişdir. İlkin həmin yağları ona 23 fevral 2022-ci il tarixdə gətirəcəyini bildirmişdir və onunla danışdığı kimi 23 fevral 2022-ci il tarixdə həmin yağları onun işlədiyi ofisin həyətinə gətirərək Şahid4 təhvil vermişdir və Elmar həmin yağları qəbul etmişdir. Özü İlkinə zəng edərək həmin yağları Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10E ünvanının qarşısına gətirib təhvil verməsi ilə bağlı məlumatının olmasını demişdir və bildirmişdir ki, bir neçə günə gəlib ofisdən pulunu götürə bilər. Daha sonra özü tanıdığı, lakin adından başqa heç bir anket məlumatlarını bilmədiyi Bakı şəhəri, Nəsimi rayonu ərazisində kafe işlədən Fariz adlı şəxsə zəng etmişdir və bildirmişdir ki, onda satdıq marqarin və duru günəbaxan tumu yağı var və o, həmin 400 kiloqram “Tulçinka” markalı marqarin yağını kilosu 50 qəpik bahasına, yəni 6 manat 10 qəpiyə, yəni ümumilikdə 2440 manat, 500 litr “Semeynaya” yağının litri 50 qəpik bahasına, yəni 4 manat 40 qəpik olmaqla, ümumilikdə 2200 manata satmış və Fariz həmin yağları həmin günü onun işlətdiyi ofisin qarşısından götürüb apararaq ona ümumilikdə 4640 manat nağd pul vermişdir və özü həmin pulları öz ehtiyaclarına və yaratdığı şirkətin ehtiyaclarına xərcləmişdir. Daha sonra tarix dəqiq yadında deyil özü İlkinə 500 manat pulu kart vasitəsi ilə göndərmişdir. Bundan başqa 2022-ci ilin fevral ayının axırlarında özü “Tap.az” saytı vasitəsi ilə bir nəfər fındıq ləpəsi satışı ilə məşğul olan Xalis adlı şəxsin mobil telefonunu əldə edib ona zəng edərək özünü “Bio Trade” şirkətinin rəhbəri kimi təqdim etmişdir və ondan fındıq ləpəsi almaq istədiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, onunla özünün köməkçisi əlaqə saxlayacaq və onu özü ilə görüşə dəvət edəcək. Özü həmin gün Xalis adlı şəxsin hal-hazırda xatırlamadığı mobil telefon nömrəsini Mətanətə vermişdir və ona bildirmişdir ki, Xalisnən əlaqə saxlasın və onunla görüşdürsün. 2022-ci ilin fevral ayının axırlarında Xalis onun işlədiyi ofisə gəlmişdir və özü Xalislə görüşmüşdür. Xalis ona bildirmişdir ki, o, Zaqatala rayonundan fındıq ləpəsini gətirib Bakı şəhərində satır və onunla razılaşmışlar ki, Xalis ona kiloqramı 15 manat 50 qəpik olmaqla, 300 kiloqram təmizlənmiş, qovrulmuş fındıq ləpəsini 4650 manata satacaq. Özü Xalisə həmin fındıq ləpəsini nisyə şərt ilə alacağını bildirməmişdir. 01 mart 2022-ci il tarixdə Xalis ilə danışdığı kimi, o, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10E ünvanında yerləşən ofisin qarşısına 300 kiloqram fındıq ləpəsini gətirmiş və həmin ləpəni onun işçisi olan Elmara təhvil vermişdir. Elmar ona zəng edərək həmin fındıq ləpəsini təhvil almasını bildirmiş və daha sonra Mətanət ona yaxınlaşaraq bildirmişdir ki, Xalis verdiyi malın pulun istiyir və özü ona demişdir ki, o, Xalisə bildirsin ki, 07 mart 2022-ci il tarixədək onun pulu ödəniləcək. Sonra özü əvvəllər tanıdığı, lakin adını və telefon nömrəsini hal-hazırda xatırlamadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində şirniyat sexini işlədən şəxsə zəng etmişdir və bildirmişdir ki, onda satdıq 300 kiloqram təmizlənmiş və qovrulmuş fındıq ləpəsi var və o, həmin fındıq ləpəsini ona hər kilosu 16 manata, ümumilikdə 4800 manata sata bilər. Həmin şəxs həmin günü ofisin qarşısından həmin 300 kiloqram fındıq ləpəsini götürmüş və ona nağd olaraq 4800 manat pul ödəmişdir və özü həmin 4800 manat pulu öz ehtiyyaclarına və yaratdığı “Bio Trade” şirkətinin ehtiyaclarına xərcləmişdir. Bundan sonra 2022-ci ilin fevral ayının axırlarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10E ünvanında çöldə təsadüfən toyuq yumurtası satan Pərvin adlı şəxslə tanış olmuşdur. Pərvin ilə söhbət zamanı Pərvin ona bildirmişdir ki, o, toyuq yumurtalarının topdan satışı ilə məşğul olur və özü ona bildirmişdir ki, onun rəhbərlik etdiyi şirkətə də toyuq yumurtası lazımdır. Pərvin onun üçün toyuq yumurtaları gətirə biləcəyini bildirib ona öz mobil telefon nömrəsini vermişdir. Hal-hazırda Pərvinin istifadəsində olan mobil telefon nömrəsini xatırlamır. Özü həmin vaxt Pərvinə bildirmişdir ki, onun köməkçisi olan Mətanət ona zəng edəcək və ona görüş təyin edəcək. Həmin gün o, Pərvinin mobil telefon nörəsini Mətanətə vermiş və bildirmişdir ki, o, tez bir zamanda Pərvinə görüş təyin etsin. Növbəti gün Pərvinə görüş təyin olunmuş və Pərvin onun rəhbərlik etdiyi “Bio Trade” şirkətinə gəlmiş və toyuq yumurtaları nümunəsini gətirmişdir. Həmin yumurtalar X2 yumurtaları idi. Özü Pərvin ilə ofisdə söhbət etmiş və onlar Pərvin ilə razılaşmışlar ki, Pərvin ona hər birində 360 ədəd olan 60 qutu toyuq yumurtası gətirəcək və o, hər bir qutunu ondan 42 manata, alacaq və ümumilikdə ona 2520 manat pul verəcək. Özü Pərvinə bildirmişdir ki, özü ondan toyuq yumurtasını nisyə şərti ilə alacaq, Pərvin ona malı təhvil verdikdən sonra 10 gün ərzində pulunu verəcək. Pərvin onunla razılaşmış və bildirmişdir ki, növbəti gün səhər radələrində özü ona yumurtaları təhvil verəcək. Danışdığı kimi 04 mart 2022-ci il tarixdə Mətanət ona yaxınlaşaraq bildirmişdir ki, Pərvin toyuq yumurtalarını Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10E ünvanının qarşısına gətirib və Elmar işdə olmadığından həmin 60 qutu toyuq yumurtalarını Rafiq qəbul etmişdir. Özü Mətanətə bildirmişdir ki, o, Pərvin ilə danışsın və bildirsin ki, tez bir zamanda ofisə yaxınlaşıb müqavilə bağlasın və 14 mart 2022-ci il tarixdə ofisə gəlsin ki, pulunu versin. Daha sonra özü əvvəllər tanıdığı, lakin adını və telefon nömrəsini xatılamadığı şəxsə zəng edərək bildirmişdir ki, onun satdıq toyuq yumurtaları var və həmin yumurtaları hər bir qutusunu 45 manata, ümumilikdə 60 qutunu 2700 manata sata biləcəyini bildirmişdir. Həmin şəxs onunla razılaşmış və özü Elmara həmin şəxsin nömrəsin verərək yumurtaları deyilən ünvana aparmağını tapşırmışdır. Daha sonra özü həmin şəxslə işlədiyi Bakı şəhəri. Xətai rayonu, ünvan 4 ünvanın qarşısında görüşərək 2700 manat pulu alıb həmin pulu öz ehtiyaclarına və yaratdığı “Bio Trade” şirkətinin ehtiyaclarına xərcləmişdir. Bundan başqa özü 2022-ci ilin fevral ayının axırlarında “Tap.az” elan saytı vasitəsi ilə toyuq ətinin satışı ilə məşğul olan Fərid adlı şəxslə tanış olmuşdur və onun xatırlamadığı mobil telefonuna zəng edərək özünü “Bio Trade” şirkətinin rəhbəri kimi təqdim etmiş və bildirmişdir ki, ona bir neçə ton toyuq əti lazımdır və Fərid ona razılığını bildirdikdən sonra özünün köməkçisi Mətanət adlı şəxsin əlaqə saxlayacağını bildirmişdir. Özü Fəridin nömrəsin Mətanətə verərək ona bildirmişdir ki, o həmin şəxslə əlaqə saxlasın və ofisə dəvət etsin ki, özü Fəridlə görüşsün. 2022-ci ilin fevral ayının axırlarında tarix dəqiq yadında deyil, Fərid onun ofisinə gəlmişdir və onunla söhbət etmişdir. Özü Fəriddən onda nə qədər toyuq filesinin olmasını maraqlanmışdır və Fərid bildirmişdir ki, o, bir neçə ton həmin toyuq fılesindən ona tapa bilər. Fərid ona bildirmişdir ki, o, həmin toyuğun fılesinin hər kiloqramını 7 manat 80 qəpiyə ona satacaq. O, Fəridə öz razılığını bildirmiş və hesablamışlar ki, Fərid ona 4680 kiloqram toyuq filesi gətirəcək və özü həmin toyuq filesini 36504 manata alacaq. O, Fəridnən razılaşmış və bir neçə gün keçdikdən sonra tarix dəqiq yadında deyil, Fərid qeyd olunan 4680 kiloqram toyuq filesini ofisin qarşısına gətirmişdir və həmin malı Elmar qəbul etmişdir. Daha sonra onun tapşırığı ilə Elmar həmin toyuq ətinin 2000 kiloqramını Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, lakin dəqiq ünvanını bilmədiyi mağazaya hər kiloqramı 7 manat 90 qəpik olmaqla, 15800 manat pula satmışdır, malın qalan 2680 kiloqram hissəsini isə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən dəqiq ünvanını bilmədiyi mağazaya 20636 manata satmışdır və özü daha sonra həmin mağaza sahibləri ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10E ünvanının qarşısında görüşərək birindən 15400 manat, digərindən isə 21172 manat pul alıb öz ehtiyaclarına və yaratdığı “Bio Trade” şirkətinin ehtiyaclarına xərcləmişdir. Daha sonra özü həmin malların pullarını artıq öz ehtiyaclarına xərclədiyindən o, malın yiyələrinə pul verə bilməmiş, lakin fikirləşmişdir ki, digər şəxslərdən nisyə mal alıb-satıb həmin şəxslərin pullarını qaytarsın. Həmin ərəfədə onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq aparıldığından və o, məhkəmə iclaslarına getmədiyindən onun barəsində axtarış elan olunmuş, ona görə də o, artıq ofisə nadir hallarda getmişdir ki, onu tutmasınlar. Bir müddət sonra Mətanət ona zəng edərək bildirmişdir ki, onların əmək haqları verilmədiyindən o və Gülsüm işdən çıxırlar və o, ona bildirmişdir ki, tez bir zamanda əmək haqqlarını ödəyəcək. O, Mətanətin maaşının bir hissəsini ona ödəmiş, təxminən 300 manat borcu qalmışdır, Gülsümün isə əmək haqqını heç ödəməmişdir. Bundan sonra özü axtarışda olduğunu bildiyindən ümumiyyətlə ofisə getməmiş və ofisin icarə haqqını ödəmədiyindən ofisin sahibi olan Bəxtiyar ona zəng edərək bildirmişdir ki, o, ofisin icarə haqqını ödəmədiyindən o, artıq ofisi ona icarəyə vermir. Özü ona heç bir söz deməmiş və bir neçə dəfə adları qeyd olunan, ona nisyə mal satan İlkin, Pərvin, Xalis və Fəridlə telefon vasitəsi ilə danışmışdır və hər dəfə onlara bildirmişdir ki, tez bir zamanda onlardan aldığı malların pulunu verəcək. Daha sonra özü həbs edilmiş və onun barəsində “həbs” qətimkan tədbiri seçildiyindən o, həmin şəxslərlə əlaqə saxlaya bilməmişdir. “Bio Trade” şirkəti rəsmi olaraq mövcud olmamış, həmin şirkətin heç bir möhür və sənədi olmamışdır, həmin şirkətin qeydiyyata alınmaması ilə bağlı aidiyyəti orqanlara müraciət etməmişdir, özü fikirləşmişdir ki, həmin pulları əldə edib digər biznes fəaliyyəti olan kolbasa sexi açıb işlətsin, lakin özü pulların hamısını öz ehtiyyaclarına xərclədiyindən bunu edə bilməmişdir. Onun rəhbərlik etdiyi “Bio Trade” şirkətində çalışan Rafiq, Elmar, Mətanət, Gülsüm və Həbibənin onun həmin malların pullarını alıb öz ehtiyaclarına xərcləməyi barədə məlumatları olmamış, özü əldə etdiyi pullardan onlara ancaq maaş vermiş, başqa heç bir pul verməmişdir, onlara hər dəfə bildirmişdir ki, tez bir zamanda hər biri ilə əmək müqaviləsi bağlayacaq. Natiq isə onun şəxsi sürücüsü vəzifəsində çalışmış və onun da onun etdiyi əməllər barədə məlumatı olmamışdır və özü əldə etdiyi gəlirdən ona pul verməmişdir. Özü tutulduqdan sonra nisyə aldığı kompyuter və mebellərin aqibəti barədə məlumatı olmamışdır. Bundan başqa, nisyə mal aldığı şəxslərin heç birini əvvəllər tanımamış, onları “Tap.az” saytı vasitəsi ilə tanımış və ona görə də onların anket məlumatlarını bilməmiş, mal satdığı şəxslərin bir neçəsini əvvəl tanısa da digərlərini hadisə zamanı tanımış və ona görə də onların telefon nömrələrini xatırlamır, lakin onun bildiyinə görə Elmar toyuq filesini təhvil verdiyi mağazaların ünvanlarını bilməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 01 mart 2022-ci il tarixdə özü Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10E ünvanında yerləşən “Russel Plaza” biznes mərkəzinin yaxınlığında olan “Boranı” restoranlar şəbəkəsinin anbarına yumurta verən zaman orada özünü ona “Bio Trade” şirkətinin rəhbəri kimi təqdim etmiş Elnur Şixəhmədi ilə tanış olmuş və Elnur ondan ona yumurta satmasını xahiş etmişdir. Elnur ondan mobil nömrəsin almış və bildirmişdir ki, bir neçə günə onun ofisindən onunla əlaqə saxlayacaqlar. Növbəli gün ona özünü “Bio Trade” şirkətinin işçisi kimi təqdim edən Mətanət adlı qadın zəng etmişdir və ona bildirmişdir ki, onun nömrəsini ona müdür vermişdir. Mətanət ona sənədləri, yumurta nümunələri götürüb onların ofislərinə gəlməyi bildirmişdir. 03 mart 2022-ci il tarixdə Mətanət adlı qadınla danışdığı vaxtda, “Bio Trade” şirkətinin ofisinə getmişdir. Ofis "Russel Plaza" biznes mərkəzinin 13-cü mərtəbəsində yerləşmişdir. Həmin ofisdə bir çox işçi olmuş və ofis təxminən 6 otaqdan ibarət olmuşdur. Ofisə gedən zaman özü ilə 30 ədəd toyuq yumurtasını nümunə kimi aparmışdır. Ofisdə Mətanət onu qarşılamış və onunla otaqların birinə keçmişlər və orada yumurtalara baxış keçirərək həmin nümunələri götürüb rəhbəri Elnura təqdim edəcəyini bildirmişdir. Bundan sonra həmin Mətanət adlı qadın onun anket məlumatlarını özündə qeyd etmiş və ona bildirmişdir ki, onlar ondan həmin yumurtaları nisyə formasında alacaqlar. Mətanət ona yumurtaları ümumilikdə 2520 manata alacaqlarını bildirmişdir. Bundan sonra ona Rafiq adlı şəxsin telefon nömrəsini vermişdir və bildirmişdir ki, özü həmin yumurtaları gətirən zaman həmin şəxslə əlaqə saxlasın və yumurtaları ona təhvil versin. Elnur Şixəhmədini əvvəllər tanımamış, onunla hər hansı iş birliyi olmamışdır, qeyd edilən "Bio Trade" şirkəti barədə birinci dəfə eşitmiş, lakin həmin şirkətin ofisini gördükdən sonra onun həmin şirkətə və həmin şirkətin rəhbəri olan Elnur Şixəhmədiyə etibarı yaranmışdır və ona görə də ona etibar edib 04 mart 2022-ci il tarixdə hər birində 360 ədəd toyuq yumurtası olan 60 qutunu idarə etdiyi **-VX-*** dövlət nömrə nişanlı “Ford Tranzit” markalı avtomaşına yükləyərək Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvana çatdıqda orada Mətanətin ona verdiyi Rafiq adlı şəxsin mobil telefonuna zəng edərək yumurtaları gətirdiyini demişdir. Bir neçə dəqiqə keçdikdən sonra özünü Rafiq kimi təqdim edən şəxs gəlmiş və orada o, yumurtaları boşaltmağa başlamışdır. Rafiq həmin yumurtaları qəbul etmişdir və onda olan qaimə fakturaya qol çəkməklə həmin qaimə fakturanın bir surəti onda qalmış, digərini isə Rafiqə vermişdir. Daha sonra özü Mətanət adlı qadına zəng etmiş və ona bildirmişdir ki, yumurtaları gətirib Rafiqə təhvil vermişdir və o, ona bildirmişdir ki, özü bir neçə günə ofisə yaxınlaşsın və onlarla müqavilə bağlasın. Razılıq vermiş və 06 mart 2022-ci il tarxidə sənədlərin surətlərini götürüb “Bio Trade” şirkətinin ofisinə getmişdir ki, orada müqavilə bağlasın, lakin orada Mətanət adlı qadın ondan sənədlərin surətlərini götürmüş və bildirmişdir ki, müqavilə hazır deyil, hazır olanda xəbər verəcək, əlavə olaraq bildirmişdir ki, o, 14 mart 2022-ci il tarixdə ofisə gəlsin ki, 15 mart 2022-ci il tarixdə ona pulun hansı formada keçirilməsini razılaşdırsınlar. 14 mart 2022-ci il tarixdə o, “Bio Trade” şirkətinin ofisinə getmiş, lakin Mətanət bildirmişdir ki, 15 mart 2022-ci il tarixdə saat 09 radələrində ofisə gəlsin ki, o, onun pulunu versin. Növbəti gün, yəni 15 mart 2022-ci il tarixdə o, danışdığı kimi saat 09 radələrində qeyd olunan ofisə getmiş, lakin ofisdə heç kim olmamış, saat 11 radələrində orada işləyən işçilər ofisə gəlmişlər. Elnurun ona verdiyi nömrəsi ilə əlaqə saxlamış və Elnur ona bildirmişdir ki, tez bir zamanda gələcək. Saat 16 radələrində Elnur ofisə gəlmişdir. Elnur ona bildirmişdir ki, pul onlara həmin günü köçməyib növbəti gün ona həmin pulu verəcək. Bundan başqa Elnurnan görüşə bilməmiş, ona dəfələrlə zəng etmiş, lakin Elnur ona hər dəfə bildirmişdir ki, tez bir zamanda pulu ödəyəcək, lakin bir qəpik də olsun ödəməmişdir. Onların arasında heç bir müqavilə olmamışdır. O, başa dümüşdür ki, Elnur ona qarşı dələduzluq etmişdir. Daha sonra ona məlum olmuşdur ki, Elnur ona qarşı və bir çox digər şəxslərə qarşı dələduzluq etmişdir və hal-hazırda Bakı İstintaq Təcridaxanasında saxlanılır. Elnur Şixəhmədinin əməli nəticəsində ona 2460 manat maddi ziyan dəymişdir. O, Elnur Şixəhmədidən şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2019-cu ildən “İnam 2019” armatur zavodunda operator vəzifəsində çalışır. 2022-ci il əvvəlində o, qida yağı alveri ilə məşğul olmaq qərarına gəlmiş və buna görə də bir neçə dəfə müxtəlif zavod və sexlərdən yağ alıb fərdi olaraq satmış və gəlir əldə etmişdir. 2022-ci ilin fevral ayının əvvəllərində “Tap.az” saytına elan yerləşdirmişdir. 19 fevral 2022-ci il tarixdə ona ***-***-**-** nömrəsindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs zəng edərək ona bildirmişdir ki, “Bio Trade” şirkətinin müdiridir və ondan yağ almaq qərarına gəlmişdir, ona görə də onunla bir neçə dəqiqəyə köməkçisi olan Mətanət adlı xanım zəng edərək şərtlər barədə danışacaqdır. Bir neçə dəqiqə keçdikdən sonra ona ***-***-**-** nömrəsindən Mətanət zəng edərək bildirmişdir ki, “Bio Trade” şirkətinin müdiri olan Elnurun köməkçisidir və ondan yağ almaq istəyirlər. Həmin gün Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10E ünvanında yerləşən “Russel Plaza” biznes mərkəzinin 13-cü mərtəbəsində yerləşən ofislərinə dəvət edilmiş və o, həmin günü də ofisə getmişdir. Özü ofisə daxil olan zaman biznes mərkəzinin 13-cü mərtəbəsinin tam olaraq həmin şirkətin ofisi olduğunu, həmin ofisdə bir neçə nəfər işçi olduğunu görmüşdür. Mətanət ofisdə yaxınlaşmış və Mətanət ona izah etmişdir ki, onlar “Bio Trade” şirkəti olaraq qida məhsullarının alışı və satışı ilə məşğul olurlar və onlara təxminən 400 kiloqram “Tulçinka” markalı kərə yağı və 500 litr “Semeynaya” duru qida yağı lazımdır. 4190 manata razılaşmışlar. O, heç vaxt malları nisyə vermir, ona görə Mətanətə bildirmişdir ki, nisyə mal verməyəcək, pulu ona malı gətirən kimi verməlidirlər. Mətanət ona pulu həmin dəqiqə verəcəyini bildirmişdir. Bundan sonra Mətanət ona bildirmişdiк ki, müdir Elnur onu qəbul edəcək və özü onunla birlikdə Elnurun otağına keçmişdir. Orada Təqsirləndirilən şəxs birinci dəfə görmüş və onunla söhbət etmişdir. Mətanət ona bildirmişdir ki, onlar artıq razılaşmışlar və Elnur ona narahat olmamağını, pulu mal gələn kimi verəcəyini, gələcəkdə birlikdə çox işlər görəcəklərini bildirmiş və 23 fevral 2022-ci il tarixdə danışdığı malları gətirməyini tapşırmışdır. 23 fevral 2022-ci il tarixdə yaşadığı evin qarşısında yük avtomaşını tutmuş və yağları həmin avtomaşına yükləyərək Xətai rayonu, ünvan 9 ünvana çatan zaman Mətanətə zəng edərək bildirmişdir ki, onların ofisinin qarşısındadır. Mətanət ona bildirmişdir ki, bir neçə dəqiqəyə Elmar adlı şəxs ona yaxınlaşacaq. Bir neçə dəqiqə sonra Elmar yaxınlamış və ona bildirmişdir ki, yağları ona təhvil versin. Özü Elmarın dediyi kimi gətirdiyi yağları avtomaşından boşaltmış və Elmara təhvil vermişdir. Elmardan təhvil verdiyi malın pulunu kimdən almağı barədə soruşmuş, Elmar isə ona bildirmişdir ki, o, ancaq malları təhvil almaq işləri ilə məşğul olur. Orada olan zaman Elnur ona zəng etmiş və ona bildirmişdir ki, Elmar malları təhvil alması ilə əlaqədar ona məlumat verib, lakin bankda olan problem ilə əlaqədar olaraq ona pulu verə bilmirı, malı nisyə alır və 28 fevral 2022-ci il tarixdə o, həmin malın pulunu ona ödəyəcək. Elnuru daha əvvəl tanımamış, onu “Bio Trade” şirkətinin müdiri kimi tanımışdır və həmin ofisi gördüyündən onun həmin şəxsə etibarı yaranmışdır və fikirləşmişdir ki, Elnur ona qarşı dələduzluq etməz və malın pulunu problemsiz olaraq ona keçirəcək. Yağ məmulatlarının satışını həyata keçirən zaman Elnur ilə hər-hansı müqavilə bağlamamış, o, Elmara malları təhvil verən zaman Elmar ona qaimə faktura vermişdir. 28 fevral 2022-ci il tarixdə o, Elnura zəng etmişdir ki, ona pul versin, lakin Elnur ona bildirmişdir ki, tez bir zamanda ona pulu verəcək. Bir neçə gün keçdikdən sonra tarix dəqiq yadında deyil, Elnur ona zəng edərək bildirmişdir ki, ona kart nömrəsini göndərsin Elnur ona pul göndərsin o, buna razılaşıb Elnura özünə məxsus kart hesabının nömrələrini göndərmiş və Elnur ona həmin tarixdə 500 manat pul göndərmişdir. Bundan sonra o, dəfələrlə Elnura zəng etmiş, lakin Elnur onun ya telefon zənglərinə cavab verməmiş, ya da ki, ona hər dəfə bildirmişdir ki, tez bir zamanda onun pulunu ödəyəcək, lakin pulu qaytarmamışdır. Ümumilikdə ona Elnurun əməllərinə görə 3510 manat maddi ziyan dəymişdir. O, Elnur Şixəhmədidən şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2011-ci ildən "xxxx" ASC-də Nəsimi rayon su kanal idarəsində nəzarətçi vəzifəsində çalışır. O, Zaqatala rayonundan fındıq ləpəsi alaraq Bakıda satmaqla məşğul olur. Bununla bağlı “Tap.az” internet saytına elan yerləşdirmişdir. Fevral ayının sonlarında elanda qeyd etdiyi və ona məxsus olan telefon nömrəsinə özünü Elnur kimi təqdim edən şəxs zəng etmiş və “Bio Trade” şirkətinin rəhbəri olduğunu bildirərək, şirkəti üçün ləpə almaq istədiyini demişdir. Beləliklə, bir neçə gün sonra özünü həmin şirkətin işçisi kimi təqdim edən Mətanət adlı xanım onunla əlaqə saxlamış və onu ofisə dəvət etmişdir. Ofisə getdiyi zaman özü ilə nümunə gətirməyini də istəmişdir. Ofisə getdiyi zaman Təqsirləndirilən şəxs ilə görüşmüş və, o, ona nümunəni bəyəndiklərini və onun onlara ləpə satmağını istəmişlər. Fevral ayının sonlarında Mətanət xanım onunla əlaqə saxlayaraq onlara 300 kiloqram fındıq ləpəsinin lazım olduğunu bildirmişdir. O da rayonda bu barədə soruşması üçün atasına zəng vurmuş, atası da fındıq ləpəsini tapıb ona göndərəcəyini demişdir. Fındıq ləpəsinin bir kiloqramını 12 manat 50 qəpiyə alıb 15 manat 50 qəpiyə satıb, üstünə qoyduğu əlavə məbləği gəlir qismində əldə etməyi düşünmüşdür. 01 mart 2022-ci il tarixdə 300 kiloqram fındıq ləpəsini Elmar adlı şəxslə görüşərək təhvil vermişdir. Öncədən ödənişlərin həftədə bir dəfə ediləcəyi barədə ona heç bir məlumat verilməmişdir. Lakin məhsulları təhvil verdikdən sonra şirkət tərəfindən ödənişlərin həftədə bir dəfə ediləcəyi deyilmişdir. Daha öncə təxminən 30-40 kiloqram fındıq ləpəsini rayondan gətirərək Bakı şəhərində yerləşən müxtəlif marketlərə satmışdır. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, ilk dəfə idi ki, böyük partiyalı satış edirdi. “Bio Trade” şirkəti şəhərin mərkəzində yerləşən ofisləri və orada çalışan işçilərlə onun etibarını qazanmışdır. Təqsirləndirilən şəxs onunla ilk dəfə telefon vasitəsi ilə əlaqə saxlamış və onun böyük məbləğli satışlar sahəsində təcrübəsi olmadığından, onların hansı qaydalar əsasında həyata keçirilməsi barədə məlumatı olmamışdır. Satışı həyata keçirdikdən sonra şirkət tərəfindən ona qaimələr təqdim olunmuşdur. Elmar adlı şəxs qaimələri tərtib etmiş, onlara qol çəkmiş və təhvil prosesində iştirak etmişdir. Aralarında heç bir müqavilə olmamışdır. O Elnur Şixəhmədidən şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, özü "xxxx" MMC şirkətinin rəhbəridir, onun rəhbərlik etdiyi şirkət kənd təsərrüfatı texnikasının satışı ilə məşğul olur. Bundan əlavə o qeyd etmişdir ki, o, və tanışı Fərid adlı şəxs ilə birlikdə toyuq və yumurta məhsullarının satışı ilə məşğul olmaq istəmişlər. Bu səbəblə də Fərid “Tap.az” internet saytına bununla bağlı elan yerləşdirmişdir. Təqsirləndirilən şəxs şirkətində çalışan işçiləri kimi özlərini təqdim edən şəxslər telefon zəngi vasitəsi ilə onlarla əlaqə saxlamışlar və onlardan məhsul almaq istədiklərini bildirmişlər. Tərəflərindən onlara 5 tona yaxın toyuq məhsulları satılmışdır. Təqsirləndirilən şəxs ona ümumilikdə 35100 manat məbləğində ziyan vurmuşdur və həmin məbləğin hər hansı hissəsini ödəməmişdir. Təqsirləndirilən şəxsdən hər ay üçün müəyyən məbləğdə ödənişlər etməsini tələb edir. İlk dəfə təhvil-təslim prosesi həyata keçirilərkən o, Təqsirləndirilən şəxs hər hansı bir şəkildə şübhələnməmişdir. Lakin ikinci partiya məhsulu təhvil verdikləri zaman, məhsulları özlərinin avtomobil vasitələrindən onların avtomobillərinə yükləyəndə toyuqlar üçün satış qiymətinin qaimədə 7 manat olaraq qeyd olunduğunu görmüşdür. Onlar isə həmin toyuğun bir ədədini 7 manat 20 qəpik məbləğində razılaşdıraraq onlara satmışlar. Təhvil-təslim zamanı orada olan Elmar adlı şəxsdən bu barədə soruşduqda isə, onun özü qaimədə məbləğ dəyişikliyi etmişdir. Məhz bu faktın şahidi olduqdan sonra onlardan şübhələnməyə başlamışdır. O, Təqsirləndirilən şəxs ilə Fərid adlı şəxs vasitəsi ilə tanış olmuşdur. Fərid ona daha öncədən Elnurun şirkəti ilə alışveriş etdiyini və ona məbləğin aralarında razılaşdırılan vaxtdan da əvvəl ödənildiyini demişdir. Ona dəymiş ziyan ümumilikdə 35100 manat təşkil etmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, təqsirləndirilən şəxslə üzündə yanıq izləri olan Babayev Natiq vasitəsilə tanış olmuşdur. O, ona Təqsirləndirilən şəxs mühafizəçisi kimi çalışmağı təklif etmişdir. “Russel Plaza”-ya gedib, onunla bu iş barəsində görüşmüşdür. Başqa işçilərə də ehtiyac olduğundan, o, Mətanət və Elmar adlı şəxsləri şirkətdə işləmələri üçün cəlb etmişdir. Daha sonra Mətanətin vasitəsi ilə bir qız, Elmarın vasitəsi ilə isə bir oğlan şirkətdə işləməyə başlamışlar. O, Təqsirləndirilən şəxs şəxsi mühafizəçisi kimi fəaliyyət göstərmişdir və daimi olaraq ofisdə olmuşdur. Ora gəlib-gedən şəxslərin bir qismini görmüşdür, digərlərini isə artıq mübahisə yaranan vaxtı görmüşdür. O, bəzi məhsulların alqı-satqı prosesinə şahidlik etmişdir. Təqsirləndirilən şəxs borclu olduğu şəxslərdə borcun ödənilməsi üçün vaxt istəmək məqsədi ilə Elnurun adından onun borclarını təsdiq edəcək kağızları zərərçəkmiş şəxslərə təqdim etmişdir. Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqindən istifadə etmədiyindən, o, bir sıra məhsullara onun telefonu vasitəsi ilə baxmış və daha sonra sifariş etmişdir. Bu səbəbdən də, ona məxsus olan mobil nömrəyə zərərçəkmiş şəxslər tərəfindən zənglər gəlməyə başlamışdır. Onlar bu zəngləri ilə onu narahat etməyə başlamışlar. O da hər biri ilə ayrı-ayrılıqda telefon vasitəsi ilə danışmışdır. Onlar da onun bu iş ilə heç bir əlaqəsinin olmadığını anladıqlarını bildirmişlər. O, bu məsələ ilə bağlı böyük stress keçirtmiş və sağlamlığında da problemlərin yaranması səbəbindən də ona bir neçə dəfə təcili tibbi yardım çağırılmışdır. Hal-hazırda mühafizə xidmətləri göstərən şirkətlərin birində menecer vəzifəsində çalışır. O, məhsulların təhvil alınma prosesində iştirak etməmişdir. Bir neçə dəfə alınan məhsulların Təqsirləndirilən şəxs tərəfindən daha ucuz qiymətə satıldığının şahidi olmuşdur. O, görmüşdür ki, Elnur bir müştəridən nisyə malı baha qiymətə alıb digər müştəriyə nağd olaraq ucuz qiymətə satır və bu fəaliyyətdən heç bir xeyir əldə etmir ancaq ziyana işləyir. Özü bu barədə Elnura bildirdikdə Elnur ona bildirmişdir ki, narahat olmasın, ona əlində maya pul lazımdır və pul düzəldikdən sonra o, kolbasa zavodunu işə salacaq və bütün borclarını bağlayacaq. Ondan bunu hansı səbəbdən etməsini soruşduqda, o, kolbasa və sosiska istehsalı sahəsində zavod açacağını və ona bu iş üçün ilkin olaraq 20000-25000 manat pul vəsaitinin lazım olduğunu demişdir. Daha sonra isə bir həftə içində, həmin zavodun fəaliyyəti nəticəsində qazanacağı pul ilə borclu şəxslərə ödənişlər etməyi düşünmüşdür. Bir dəfə yumurta alışı zamanı məhsulları çatdıran şəxsə məhsulları hara yerləşdirməsini demişdir. O, Təqsirləndirilən şəxs iş adamı kimi tanımışdır, onun hər hansı qanunsuz hərəkəti etməsi ilə bağlı şübhələri olmamışdır. O, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ofisi və şirkəti bir ay fəaliyyət göstərmişdir, mart ayında icarəni ödəmədiyi üçün onları ofisə buraxmamışlar. Elnur onun 1000 manat maaşını da verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, bildirmişdir ki, onun Şahid1 ilə öncədən tanışlığı var idi. O, 2022-ci ilin fevral ayında ona zəng edərək “Russel Plaza” biznes mərkəzində yerləşən yeni açılan şirkətlərin birində iş olduğunu demişdir. O, ilk dəfə şirkətə getdikdən bir neçə gün sonra işə başlamışdır. Ona siyahıda adı qeyd olunan şəxslərlə əlaqə saxlayıb, onları ofisə dəvət etməyini tapşırmışlar. Ofisə dəvət etdiyi şəxslər müxtəlif qida məhsullarının satışı ilə məşğul olmuşlar və ofisə gələndə özləri ilə məhsulların nümunələrini gətirmişlər. Onlar ofisə gələn zaman tərəflərindən onlara imzalamaları üçün blank təqdim edilmişdir. Həmin blankda şəxslərin məlumatları qeyd olunurdu. Həmin şəxslərlə əlaqəni o və Gülsüm xanım yaradırdı. Həmin şəxslərdən məhsul aldıqları təqdirdə onlara yenidən zəng edərək məhsulları sifariş edirdilər. Daha sonra məhsulların təhvil verilməsi prosesinin necə həyata keçirilməsi barədə məlumatlı deyil. “Bio Trade” şirkətinin ofisi “Russel Plaza” biznes mərkəzinin 13-cü mərtəbəsində yerləşirdi. Şahid3 müştərilərlə əlaqə saxlayan zaman onun mobil nömrəsindən istifadə edirdi. Həmin mobil nömrə onun əlavə istifadə etdiyi şəxsi nömrəsi idi. Şirkət yeni olduğundan və hələ korporativ nömrələr alınmadığından, ona məxsus olan nömrəni şirkətdə qoymuşdur. Şirkətin fəaliyyət istiqamətini qida məhsullarının alqı-satqısı təşkil edirdi. Şirkətin görünüş üçün yaradıldığı ilə bağlı şübhələri yox idi. Məhsulların təhvil verilmə prosesində iştirak etməmişdir. Onlara verilən məlumata görə alınan məhsulların müxtəlif restoranlara və digər iaşə obyektlərinə satılması nəzərdə tutulurdu. Ümumilikdə təxminən 9-10 nəfər şəxsdən qida məhsullarının alışını həyata keçirmişdir. Ofis 1 ay fəaliyyət göstərmişdir, onunla iş müqaviləsi bağlanmamış və maaşı ödənməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Şahid2 ilə bir neçə ildir ki, yaxın rəfiqəlik edir. Rəfiqəsi olan Şahid2 ona zəng vuraraq yeni işə düzəldiyini və həmin iş yerində işçiyə ehtiyac olduğunu demişdir. O da həmin şirkətə getmişdir. Onun vəzifə səlahiyyətlərinə müştərilərlə telefon zəngləri vasitəsi ilə əlaqə saxlamaq daxil idi, həmçinin əmək müqaviləsinin hazırlanması üçün tələb olunan sənədləri hazırlayırdılar. Həmin ofisdə təxminən 25 gün işləmişdir. Rəhbərlik tərəfindən ona təqdim olunan siyahıya uyğun olaraq həmin şəxslərlə əlaqə saxlamışdır. Həmin şəxslər müxtəlif qida məhsullarının satışı ilə məşğul olmuşlar. O, məhsulların təhvil-təslim prosesində iştirak etməmişdir. Ondan başqa “Bio Trade” ofisində sürücü Elmar, Rafiq adlı şəxs, Həmidə adlı şəxs, katibə və təmizlik işçisi çalışmışlar. Şirkətin məhsul aldığı şəxslərə hansı formada ödəniş etdikləri barədə məlumatlı deyil. Eşitdiyi qədəri ilə onlar bu məsələləri öz aralarında həll edirdilər. Ona təklif olunan maaşın məbləği 500 manat idi. O, şirkətdə çalışdığı müddətdə orada hər hansı şübhəli hadisənin şahidi olmamışdır. Məhsulların hansı qiymətə alınıb-satılması hesab fakturalarda qeyd olunmuşdur və onun bu barədə əlavə məlumatım yoxdur. Əlaqə saxlamalı olduğu şəxslərin siyahısını iki dəfə Təqsirləndirilən şəxs ona təqdim etmiş, onun vəzifəsi həmin siyahıda adları olan şəxslərlə əlaqə saxlamaq olmuşdur. O, hər zaman həmin şəxslərdən məhsul almağı təklif etmək üçün əlaqə saxlamışdır. Hər hansı bir şəxsə məhsulun satışını həyata keçirmək üçün təklif yönləndirməmişdir. O, həmin müştərilərə zəng edib onları şirkətə dəvət etmişdir. Onlar şirkətə gəldiklərində ilk olaraq Mətanət xanım tərəfindən təqdim olunan blankı doldurmalı idilər. Həmin blankda müştəri məlumatlarının qeyd edilməsi üçün xanalar mövcud idi. Onun yanında hər hansı böyük partiya sayıla bilən məhsulların alışı həyata keçirilməmişdir. O, yalnız satış edən şəxslərin ofisə gətirdikləri müxtəlif qida məhsullarının nümunələrini görmüşdür. Çox güman ki, məhsullar həmin şəxslərdən alındıqdan sonra başqa yerlərə satılırdı. Şirkət 1 ay fəaliyyət göstərmişdir, onunla iş müqaviləsi bağlanmamış və maaşı ödənməmişdir. Daha sonra Təqsirləndirilən şəxs ümumiyyətlə ofisə gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, “Şəfa Broyler” şirkətində təchizat şöbəsi müdirinin sürücüsü vəzifəsində çalışır. 2022-ci ilin əvvəllərində o, Elnur Şixəhmədiyə məxsus “Bio Trade” şirkətində çalışmışdır. Həmin şirkətdə vəzifəsi ondan ibarət olmuşdur ki, Bakı şəhərində olan ərzaq mağazalarını gəzib həmin mağazaların telefon nömrələrini götürürdü və həmin telefon nömrələrini müdiri Elnur Şixəhmədiyə verirdi. Bundan başqa o, həmin ofisdə olan zaman müəyyən malların təhvil təslimi ilə də məşğul olmuşdur. X5 Rafiq Yusif oğlu vasitəsi ilə tanımışdır. Rafiqlə danışan zaman ona əmək haqqının 600 manat olan iş təklif etmiş və ofisə dəvət etmişdir. Rafiqə razılığını bildirmiş və növbəti gün “Russel Plaza” biznes mərkəzinə getmişdir. Həmin biznes mərkəzinin 13-cü mərtəbəsinə qalxdıqda həmin mərtəbənin bütövlüklə həmin şirkətin ofisi olduğunu görmüşdür. Həmin ofisin girişində ofisin “Bio Trade” şirkətinə aid olmağı ilə bağlı heç bir elan yox idi. Ofis təxminən 6 otaqdan ibarət idi və yaxşı təmirli idi. Ona Rafiq bildirmişdir ki, ofisin icarə haqqı 6000 manat idi. Orada təxminən 6 nəfər işçi var idi. Həmin gün axşam saat 18 radələrində şirkətin müdiri kimi özünü təqdim edən Elnur Şixəhmədi onu qəbul etmiş və ona bildirmişdir ki, onu işə qəbul etmək qərarına gəlmişdir. Elnur ona izah etmişdir ki, onun işi ancaq ərzağın topdan satışını həyata keçirən mağazaları gəzib həmin mağazaları işlədən şəxslərin mobil telefonlarını götürüb ona verməkdən ibarət olacaq. Maaşının ayda 1000 manat olmasını bildirmişdir. İşin şərtləri onu qane etdiyindən o, Elnura razılığını bildirmişdir. Elnur ona bildirmişdi ki, o, artıq növbəti gün işə çıxsın və ona öz sənədlərini təqdim etsin ki, o, da onunla iş müqaviləsi bağlasın. Özü ona razılığını bildirmişdir. Növbəti gün özü şəxsiyyəti vəsiqəsinin surətini götürərək “Bio Trade” şirkətinin ofisinə gəlmiş və orada demək olar ki, gün ərzində heç bir iş görməyərək axşam saat 18 radələrində çıxıb getmişdir. 2022-ci ilin mart ayının əvvəlində o, özünə məxsus avtomaşın ilə Bakı şəhərinin müxtəlif ünvanlarında yerləşən, lakin halhazırda ünvanlarını dəqiq yadında saxlamadığı topdan ərzaq mağazalarını gəzməyə başlamış və həmin mağazaların telefon nömrələrini götürüb müdiri olan Elnur Şixəhmədiyə vermişdir. Bundan sonra Elnur, özü iş yerində olan zaman ona bir neçə dəfə bildirmişdir ki, o, ofisin qarşısında ora mal gətirən şəxslər ilə görüşsün. Özü Elnurun ona verdiyi tapşırıq ilə 2022-ci ilin fevral ayının ortalarından 2022-ci ilin mart ayının ortalarına qədər olan müddətdə, tarixi dəqiq yadında deyil bir neçə dəfə tanımadığı şəxslərdən mal təhvil almışdır. Belə ki, 2022-ci ilin fevral ayının ortaları olardı Elnur ona bildirmişdir ki, o, şirkətin yerləşdiyi biznes mərkəzinin həyətinə düşsün və orada şirkətə gətirilmiş qida yağlarını qəbul etsin. Elnur ona bildirmişdir ki, İlkin adlı şəxsə o, hər biri 5 kiloqram olmaqla 80 qutu, ümumilikdə 400 kiloqram “Tulçinka” kərə yağını və hər biri 5 litr olmaqla 100 şüşə, ümumilikdə 500 litr “Semeynaya” günəbaxan tumunun duru yağını təhvil verəcək. Elnur ona bildirmişdir ki, o, həmin yağı ofisin yerləşdiyi biznes mərkəzin qarşısına yığsın daha sonra ona dediyi ünvana həmin yağları aparacaq. O, Elnurun ona dediyi ki həmin yağ məhsullarını İlkin adlı şəxdən təhvil alaraq ofisin qarşısına yığmış və Elnurun mobil telefonuna zəng edərək bu haqda məlumat vermişdir. Daha sonra İlkin adlı şəxs oradan çıxıb getmişdir və Elnur ona bildirmişdir ki, özü orada gözləsin Fariz adlı şəxs adam göndərəcək və həmin yağları ona təhvil verəcək. Bir neçə dəqiqə keçdikdən sonra tanımadığı şəxs ofisin qarşısına gələrək ona bildirmişdir ki, onu Fariz adlı şəxs göndərib və o, həmin yağları oradan götürməlidir. Özü bu barədə Elnura bildirmişdir və Elnur ona demişdir ki, o, həmin yağ məhsullarını təhvil versin. Özü Elnur ona dediyi kimi həmin yağ məhsullarını həmin tanımadığı şəxsə sayıb təhvil vermişdir və həmin şəxs yağ məhsullarını hal-hazırda dövlət nömrə nişanını xatırlamadığı yük avtomaşınına yığmışdır və oradan çıxıb getmişdir. Özünün həmin yağ məhsullarını Elnurun hansı qiymətə alması və daha sonra hansı qiymətə satması barədə məlumatı olmamışdır, özü həmin yağ məhsullarını ancaq təhvil alıb təhvil vermişdir. Bundan sonra 01 mart 2022-ci il tarixdə iş yerində olan zaman Elnur ona bildirmişdir ki, o, şirkətin yerləşdiyi biznes mərkəzinin həyətinə düşsün və orada şirkətə gətirilmiş qovrulmuş fındıq ləpəsini qəbul etsin. Elnur ona bildirmişdir ki, Xalis adlı şəxs ona ümumilikdə 300 kiloqram qovrulmuş təmizlənmiş fındıq ləpəsini verəcək. Elnur ona bildirmişdir ki, o, həmin fındıq ləpəsini biznes mərkəzinin qarşısına yığsın və daha sonra ona dedikdə o, həmin fındıq ləpəsini dediyi adama təhvil versin. Özü Elnurun ona dediyi kimi həmin fındıq ləpəsini Xalis adlı şəxdən təhvil alaraq ofisin qarşısına yığmışdır və Elnurun mobil telefonuna zəng edərək bu haqda məlumat vermişdir. Daha sonra Xalis adlı şəxs ondan həmin fındıq ləpəsinin pulunun ödənilməsi barədə maraqlanmışdır və o, Xalisə bildirmişdir ki, bu haqda onun heç bir xəbəri yoxdur və ona tövsiyyə etmişdir ki, həmin fındığın pulunun ödənilməsi haqda Elnur ilə danışsın. Daha sonra Xalis oradan çıxıb getmişdir və Elnur ona bildirmişdir ki, orada gözləsin bir neçə dəqiqəyə ona bir nəfər şəxs yaxınlaşacaq və o, həmin fındıq ləpəsini həmin şəxsə təhvil verəcək. Bir neçə dəqiqə keçdikdən sonra tanımadığı şəxs ofisin qarşısına gələrək ona bildirmişdir ki, o, həmin fındıq ləpəsini oradan götürməlidir. Özü bu barədə Elnura bildirmişdir və Elnur ona demişdir ki, o, həmin fındıq ləpəsini təhvil versin. Xalis həmin vaxtı ondan pul barədə danışdıqda o, bilmişdir ki, Elnur həmin fındıq ləpəsinə görə Xalisə 4650 manat pul verməli idi, çünki o, Xalisnən həmin fındıq ləpəsinin 1 kiloqramını 15 manat 50 qəpiyə almağa danışmışdır. Özü Elnur ona dediyi kimi həmin fındıq ləpəsini həmin tanımadığı şəxsə təhvil vermişdir və o, həmin məhsulları hal-hazırda dövlət nömrə nişanını xatırlamadığı yük avtomaşınına yığmışdır və oradan çıxıb getmişdir. Özü fındığı təhvil alan şəxslə danışan zaman həmin şəxs ona bildirmişdir ki, gələcəkdə həmin qiymətə, yəni kiloqramı 12 manat 50 qəpiyə fındıq olsa bu barədə onlara bildirsin o isə həmin şəxsə bildirmişdir ki, o, ancaq malı təhvil alıb təhvil vermək işləri ilə məşğul olur və bu barədə onun xəbəri yoxdur. Onda o, bilmişdir ki, Elnur həmin fındığın kiloqramını 15 manat 50 qəpiyə alıb 12 manat 50 qəpiyə satmışdır. Onda həmin vaxt müəyyən qədər şübhə yaranmışdır, lakin o, fikirləşmişdir ki, biznesdi, yəqin ki Elnur nəsə bilib daha ucuz qiymətə fındığı satmışdır. O, Elnur ilə bu haqda danışmamışdır, çünki onun işi ancaq malı təhvi alıb təhvil verməkdən ibarət idi, özü həmin malın alış və satış qiymətini təsadüfən öyrənmişdir. Bundan sonra 04 mart 2022-ci il tarixdə o, iş yerində olmayan zaman Elnur ona zəng edərək bildirmişdir ki, o, şirkətin yerləşdiyi biznes mərkəzinin həyətinə yaxınlaşsın və orada şirkətə gətirilmiş və Şahid1 tərəfindən təhvil alınmış toyuq yumurtasını qəbul etsin. Elnur ona bildirmişdir ki, Rafiq ona hər bir qutuda 360 ədəd toyuq yumurtası olan 60 qutu təhvil verəcək. Elnur ona bildirmişdir ki, o, həmin toyuq yumurtalarını biznes mərkəzinin qarşısına yığsın və daha sonra ona dedikdə o, həmin toyuq yumurtalarını dediyi adama təhvil versin. Özü Elnurun ona dediyi kimi həmin 60 ədəd qutuda, hər qutuda 360 ədəd olmaqla toyuq yumurtalarını Rafiqdən təhvil alaraq ofisin qarşısına yığmış və Elnurun mobil telefonuna zəng edərək bu haqda məlumat vermişdir. Elnur ona bildirmişdir ki, orada gözləsin bir neçə dəqiqəyə ona bir nəfər şəxs yaxınlaşacaq və o, yumurtaları həmin şəxsə təhvil verəcək. Bir neçə dəqiqə keçdikdən sonra tanımadığı şəxs ofisin qarşısına gələrək ona bildirmişdir ki, o, həmin yumurtaları oradan götürməlidir. Özü bu barədə Elnura bildirmişdir və Elnur ona demişdir ki, o, həmin yumurtaları təhvil versin. Özü Elnur ona dediyi kimi həmin toyuq yumurtalarını həmin tanımadığı şəxsə təhvil vermişdir və o, həmin məhsulları hal-hazırda dövlət nömrə nişanını xatırlamadığı yük avtomaşınına yığmışdır və oradan çıxıb getmişdir. Özü Elnurun həmin toyuq yumurtalarını neçəyə aldığını və hansı qiymətə daha sonra satmasını bilmir, özü həmin malların qiyməti barədə maraqlanmamışdır. Bundan başqa, o, iş yerində olan zaman 2022-ci ilin mart ayının ortaları olardı, Elnur ona zəng edərək bildirmişdir ki, o, yük avtomaşını tapsın və həmin yük avtomaşınını ofisin qarşısına gətirsin ki, onun işlədiyi ofisə çoxlu sayda toyuq məhsulları gətiriləcək və həmin toyuq məhsularını yük avtomaşınına yüləyəkərək müəyyən ünvanlara aparmaq lazım olacaq. O, Elnura razılığını bildirmişdir və idarə etdiyi avtomaşınla Bakı şəhəri, Babək prospektinə getmiş və orada yolun kənarında dayanmış dövlət nömrə nişanını xatırlamadığı yük avtomaşınına yaxınlaşaraq onun sürücüsü ilə söhbət etmişdir. Özü həmin şəxsə bildirmişdir ki, ona bir neçə saatlıq avtomaşın lazımdır ki, malları ünvanlara çatdırsın. Həmin sürücü ondan gedəcəyi ünvanları soruşmuş, lakin o, ünvanları dəqiq bilmədiyindən ona cavab verə bilməmişdir və bildirmişdi ki, maddi cəhətdən problem yoxdur, özü ona pulunu verəcək. Həmin sürücü onunla razılaşmış və onunlla birlikdə işlədiyi ofisin qarşısına gəlmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Elnur ona zəng edərək bildirmişdir ki, ofisin qarşısında yük avtomaşını dayanıb və həmin yük avtomaşınında 4680 kiloqram toyuq məhsulları var və ondan xahiş etmişdir ki, o, həmin toyuq məhsullarını həmin şəxsdən təhvil alaraq gətirdiyi avtomaşına yükləsin. O, Elnurun ona dediyi kimi həmin toyuq məhsullarını gətirdiyi yük avtomaşınına yükləmişdir. Daha sonra toyuq məhsullarını gətirən şəxs malları ona təhvil verdikdən sonra çıxıb getmiş və özü Elnura zəng etmişdir, Elnur isə ona bildirmişdi ki, o, həmin toyuq məhsullarını Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinə aparsın və orada ondan həmin toyuq məhsullarından 2000 kiloqramını təhvil alacaqlar. Elnurun ona izah etdiyi ünvana getmiş, həmin ünvan Mərdəkan qəsəbəsində məhəllənin arasında olduğundan ünvanı dəqiq xatırlamır. Orada olan həyət evlərinin birinin qarşısında yük avtomaşını dayanmışdır və adını bilmədiyi şəxs ona yaxınlaşaraq ona toyuq məhsullarını təhvil verməli olduğunu bildirmiş və onunla birlikdə onun gətirdiyi toyuq məhsullarından 2000 kiloqramını həmin şəxsin gəldiyi yük avtomaşınına yükləmiş və özü bu barədə Elnura zəng edib bildirmişdir. Özü həmin toyuq məhsullarını təhvil verən zaman həmin şəxsin gətirdiyi yerüstü tərəzi vasitəsi ilə həmin toyuq məhsullarını çəkmişdir. Bundan sonra Elnur ona demişdir ki, o, qalan toyuq məhsullarını həmin avtomaşın ilə Bakı şəhəri, Nərimanov rayonu, “Montin bazarı” adlanan yerə aparsın və orada olan Elnurun ona izah etdiyi, halhazırda dəqiq ünvanını xatırlamadığı mağazaya yaxınlaşaraq toyuq məhsulları gətirdiyini bildirmişdir. Orada olan işçi ona Elnur ilə danışdığını və xəbərinin olduğunu deyərək onun gətirdiyi yük avtomaşınından həmin toyuq məhsullarını boşaltmış və tərəzi vasitəsi ilə çəkmişdir. Özü 2680 kiloqram toyuq məhsullarını təhvil vermişdir. Daha sonra özü oradan çıxıb getmişdir. Özü həmin şəxslərin toyuq məhsullarını neçəyə almalarını bilmir. Özü bu barədə onlarla söhbət etməmişdir. Daha sonra 2022-ci ilin mart ayının ortaları olardı, bir neçə dəfə Pərvin onun işlədiyi ofisə gələrək malının pulunu ala bilməməsi barədə ona bildirmişdir və özü ona demişdir ki, o, pul məsələləri il məşğul olmur. Bundan başqa bir neçə dəfə digər müştərilər şikayətlənmişlər ki, onlar onun işlədiyi şirkətə təhvil verdiyi malın pularını ala bilmirlər. O, bir neçə dəfə bununla bağlı Elnura bildirmişdir, lakin Elnur hər dəfə ona bildirmişdir ki, o, həmin müştərilər ilə özü danışacaq və onları razı salacaq. Bir neçə gün keçdikdən sonra o, iş yerinə gələn zaman ona orada bildirmişlər ki, onun işlədiyi ofis bağlanıb. Elnur həmin ofisin icarə haqqını vermədiyindən onları ofisdən çıxarmışlar. Özü Elnura zəng edərək bu haqda bildirmişdir, lakin Elnur ona demişdir ki, müvəqqəti çətinliklərdi və o, həmin məsələni həll edəcək, ya da digər yerdə ofis tapıb icarəyə götürəcək. Bir müddət keçdikdən sonra ona müştərilər zəng etməyə başlamışlar və ona təhvil verdikləri malları tələb etmişlər. O, Elnurun işlətdiyi mobil telefonuna zəng etdikdə həmin mobil telefona zəng çatmamışdır. Həmin şəxslərin ona təhvil verdiyi malları ondan istəmələri onda müəyyən narahatçılıq doğurmağa başlamış və buna görə də o, Elnur barədə marağlanmağa başlamışdır və ona məlum olmuşdur ki, Elnur bütün müştərilərdən malı nisyə alaraq digər şəxslərə nağd qiymətə satmışdır, lakin heç bir müştərinin pulunu ödəməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 25 may 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 və qeyrilərinin müraciətləri əsasında Xətai RPİ-nin 37-ci PŞ-də toplanmış HK-1/1159 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır (i.v. 1); cinayət işinin icraata qəbul edilməsi haqqında 30 may 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanmış cinayət işi istintaq aparılmasından ötrü icraata qəbul edilmişdir (i.v. 21); zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 32-33); zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 46-47); zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 62-63); zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 Xalid oğlu ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 74-75); qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 15 fevral 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10E ünvanında yerləşən qeyri-yaşayış binasının 1300 saylı və ümumi sahəsi 300 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi icarə əsasında X7 verilmişdir (i.v. 121-124); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 148-130); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə istintaq olunan cinayət işi xx.xx.2020-ci il tarixdə məhkəməyə göndərilmişdir; Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə istintaq olunan cinayət işi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir (i.v. 171-172); Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)- 236/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-112/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir(i.v. 173-197); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, o, İlkin adlı şəxsdən 400 kiloqram “Tulçinka” markalı marqarin yağını kilosu 50 qəpik bahasına, yəni 6 manat 10 qəpiyə, yəni ümumilikdə 2440 manata, 500 litr “Semeynaya” yağının litri 50 qəpik bahasına, yəni 4 manat 40 qəpik olmaqla, ümumilikdə 2200 manata satdığını, Farizin həmin yağları həmin günü onun işlətdiyi ofisin qarşısından götürüb apararaq ona ümumilikdə 4640 manat nağd pul verdiyini, özünün həmin pulları öz ehtiyaclarına və yaratdığı şirkətin ehtiyaclarına xərclədiyini, bundan başqa Xalis adlı şəxsdən aldığı 300 kiloqram fındıq ləpəsini 4800 manata satdığını, həmin pulları öz ehtiyaclarına və yaratdığı şirkətin ehtiyaclarına xərclədiyini, bundan başqa Pərvin adlı şəxsdən aldığı 60 qutu toyuq yumurtasını ümumilikdə 2700 manata satdığını, həmin pulları öz ehtiyaclarına və yaratdığı şirkətin ehtiyaclarına xərclədiyini, bundan başqa Fərid adlı şəxsdən aldığı toyuq ətinin 2000 kiloqramını Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən mağazaya 15800 manata, qalan 2680 kiloqramını isə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən mağazaya 21172 manata satdığını, Mətanət və Gülsümü işə götürməkdə məqsədinin ona köməklik etmək deyil, mal satan şəxslər ofisə gəldikdə həmin ofisdə bir neçə nəfərin işlədiyini görüb etibarlarını qazanmaq olduğunu etiraf etmiş və “ifadəm mənim sözlərimlə yazıldı, oxudum, əlavəm yoxdur, imzamla təsdiq edirəm” qeyd edərək öz imzası ilə təsdiq etmişdir (i.v. 157-165); sübutların qiymətləndirilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham və barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir (i.v. 264-294); Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-102/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin məhkəmənin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır; Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-849/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ayrılmış, ayrılmış cinayət işinə əlavə nömrə verilmiş, ayrılmış cinayət işi üzrə icraat təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbs edilərək barəsində axtarış elan edilməsi qərara alınmışdır; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X4 vardır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 3510 manat məbləğində, Zərərçəkmiş şəxs2 3750 manat məbləğində, Zərərçəkmiş şəxs1 2460 manat məbləğində və Zərərçəkmiş şəxs4 Xalid oğluna 35100 manat məbləğində maddi ziyan vursa da niyyətinin həmin şəxslərin etibarından sui-istifadə edərək onları aldatmaq olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, ibtidai istintaq zamanı ifadəsi alınmış Təqsirləndirilən şəxs İlkin adlı şəxsdən 400 kiloqram “Tulçinka” markalı marqarin yağını kilosu 50 qəpik bahasına, yəni 6 manat 10 qəpiyə, yəni ümumilikdə 2440 manata, 500 litr “Semeynaya” yağının litri 50 qəpik bahasına, yəni 4 manat 40 qəpik olmaqla, ümumilikdə 2200 manata satdığını, Farizin həmin yağları həmin günü onun işlətdiyi ofisin qarşısından götürüb apararaq ona ümumilikdə 4640 manat nağd pul verdiyini, həmin pulları öz ehtiyaclarına xərclədiyini, bundan başqa Xalis adlı şəxsdən aldığı 300 kiloqram fındıq ləpəsini 4800 manata satdığını, həmin pulları öz ehtiyaclarına xərclədiyini, bundan başqa Pərvin adlı şəxsdən aldığı 60 qutu toyuq yumurtasını ümumilikdə 2700 manata satdığını, həmin pulları öz ehtiyaclarına xərclədiyini, bundan başqa Sərvana məxsus toyuq ətinin 2000 kiloqramını Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən mağazaya 15400 manata, qalan 2680 kiloqramını isə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən mağazaya 21172 manata satdığını, Mətanət və Gülsümü işə götürməkdə məqsədinin ona köməklik etmək deyil, mal satan şəxslər ofisə gəldikdə həmin ofisdə bir neçə nəfərin işlədiyini görüb etibarlarını qazanmaq olduğunu, “Bio Trade” şirkəti rəsmi olaraq mövcud olmadığını, həmin şirkətin heç bir möhür və sənədinin olmadığını, həmin şirkətin qeydiyyata alınması ilə bağlı aidiyyəti orqanlara müraciət etmədiyini, pulları əldə edib digər biznes fəaliyyəti olan kolbasa sexi açıb işlətmək istədiyini, lakin pulların hamısını öz ehtiyyaclarına xərclədiyini etiraf etmiş və ifadəsini imzası ilə təsdiqləmişdir. Bundan əlavə, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 verdikləri ifadələrində “Bio Trade” şirkətinin rəhbəri olan Təqsirləndirilən şəxs müəyyən ərzaq məhsullarını satdıqlarını, lakin sonuncu tərəfindən hər dəfə müxtəlif bəhanələr gətirilərək həmin ərzaqların pullarının ödənilmədiyini qeyd edərək, Təqsirləndirilən şəxs bu minvalla onların etibarından sui-istifadə etdiyini, Elnurun onlara aralarında müqavilə bağlanacağını bildirdiyini, lakin heç bir müqavilə bağlamadığını və onlara maddi ziyan vurmaqla pullarını ələ keçirdiyini bildirmişlər. Bundan başqa, Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə yağ məhsullarının satışı barədə razılaşarkən o, nisyə mal verməyəcəyini, pulu ona malı gətirən kimi verməli olduqlarını bildirməsinə və onların da pulunu dərhal ödəyəcəklərinə dair söz vermələrinə baxmayaraq, 23 fevral 2022-ci il tarixdə yağları yük maşınına yükləyərək Xətai rayonu, Babək prospekti, ev 10E ünvanının qarşısına gətirdikdən sonra öz pulunu tələb etmiş, lakin Elnur ona zəng edərək bildirmişdir ki, Elmar malları təhvil alması ilə əlaqədar ona məlumat verib, lakin bankda olan problem ilə əlaqədar olaraq ona pulu verə bilmir, malı nisyə alır. Həmçinin Elnur zərərçəkmiş şəxsə “gələcəkdə birlikdə çox işlər görəcəklərini bildirmiş”dir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs gələcəkdə birlikdə çox işlər görəcəklərini, pulu mal gətirilən kimi verəcəyini vəd etmiş, lakin mal gələndə digər zərərçəkmişlərə münasibətdə olduğu kimi ödəniş etməmişdir, göründüyü kimi Təqsirləndirilən şəxs əsas niyyəti Zərərçəkmiş şəxs3 etibarını qazanaraq onun mallarının götürülməsi olmuş, ona ödəniş etmək kimi bir fikri olmamışdır. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclasında verdikləri ifadələrində, Təqsirləndirilən şəxs rəhbərlik etdiyi “Bio Trade” şirkətində çalışdıqlarını, şirkətin əsas fəaliyyətinin qida məhsullarının alış-satışı olmasını, Təqsirləndirilən şəxs tərəfindən müxtəlif ərzaq məhsullarının alınmasını, lakin həmin ərzaqların ödənişlərinin edilmədiyini, həmçinin çalışdıqları müddət üçün onların əmək haqqlarının ödənilmədiyini bildirmişlər və bununla da zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri xüsusatlar öz təsdiqini bir daha tapmışdır. Həmçinin, məhkəmə nəzərə çatdırmalıdır ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində törətdiyi əməlin mülki mübahisə olduğuna istinad etsə də, onun əməlinin dələduzluq cinayəti kimi qiymətləndirilməsini inkar edən hallara rast gəlinməmişdir. Belə ki, Təqsirləndirilən şəxs özünün rəhbərlik etdiyi şirkətin fəaliyyətini rəsmiləşdirmək üçün heç bir dövlət orqanına müraciət etmədən, rəsmi möhürü və ya sənədi olmadan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10E ünvanında yerləşən “Russel Plaza” biznes mərkəzinin 13-cü mərtəbəsində yerləşən qeyri yaşayış sahəsini icarəyə götürərək ciddi ofis görüntüsü yaratmağa çalışmış, həmçinin oraya gələn mal satıcılarının diqqətlərini cəlb etmək və onların etibarını qazanmaq üçün həmin ofisə Şahid1, Şahid2, Şahid3 və Şahid4 əmək müqaviləsi bağlamadan işə qəbul etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən yaradılmış şirkət sadəcə olaraq 01 ay fəaliyyət göstərmiş və bu müddət ərzində işçilərin əmək haqqları belə ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs maliyyə imkanlarının aşağı olmasına baxmayaraq, heç bir rəsmi qeydiyyatı olmayan, faktiki olaraq yalançı müəssisə yaratmasını, onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hal kimi qiymətləndirir. Odur ki, yuxarıda qeyd olunan xüsusatlardan, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək onlara maddi ziyan vurması, bununla da əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin mövcud olması tam olaraq sübuta yetirilmiş və tərəflər arasında yaranan münasibətlərin məhz mülki xarakter daşımasına dair təqsirləndirlərin şəxsin istinad etdiyi hallar iş üzrə toplanmış sübutlarla təkzib olunmuşdur. Məhkəmə, zərərçəkmiş şəxslərə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmələrini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələr iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət etdiyini hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə və azadlığın məhdudlaşdırılması cəzalarının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini, onlara dəymiş ziyanıın ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsi və onlara dəymiş ziyanı ödəməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 06 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 06 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar