Məhkəmə qərarları › İş №1(011)-30/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-30/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-30/2025 17.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5, onun etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X6, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2, onun etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgərin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən kompleksdə mənzil alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 2020-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi 22 saylı yataqxananın qarşısında 3.000 manat, 2021-ci ilin iyun ayında sonuncunun yaşadığı yataqxanadakı mənzildə 2.500 manat, 2021-ci ilin iyul ayının əvvəlində həmin ünvanda 3.000 manat və 2021-ci ilin iyul ayının sonlarında onun kirayə yaşadığı ünvan 3nvanında 2.500 manat, cəmi 11.000 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 11.000 (on bir min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən kompleksdə 01 ədəd iki otaqlı və 01 ədəd üç otaqlı mənzillər alınmasında və Zərərçəkmiş şəxs2 həyat yoldaşı Şahid3 təqaüd düzəldilməsində köməklik göstərəcəyi barədə yalan vədlər verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 08 iyul 2022-ci il tarixdə, saat 22 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən «Ballı Market»in yaxınlığında 7.000 manat, 18 iyul 2022-ci il tarixdə həmin ünvanda 8.000 manat, 12 avqust 2022-ci il tarixdə yaşadığı ünvan 3nvanında 8.000 manat və həmin tarixdə Şahid3 təqaüd işinin həll edilməsi adı ilə 500 manat, 2022-ci ilin avqust ayının sonlarında yaşadığı ünvanda 7.000 manat, 2022-ci ilin sentyabr ayında Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən «Ballı Market»in yaxınlığında 4.000 manat, 15 oktyabr 2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında 2.000 manat, cəmi 36.500 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 36.500 (otuz altı min beş yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgərin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 etibardan sui-istifadə edərək Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 250 kv.metr torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş 110 kv.m-lik nömrəsiz üç otaqlı fərdi yaşayış evini 30.100 manat ilkin ödəniş edilməklə 43 ay müddətində ayda 300 manat ödəmək şərti ilə cəmi 43.000 manata satacağı barədə yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 2023-cü ilin oktyabr ayının əvvəllərində onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində 1.500 manat, 09 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində ünvan 2 ünvanda yerləşən 18 saylı notariat kontorunda Zərərçəkmiş şəxs3 ilə arasında bağlanmış həmin tarixli **********519 saylı alqısatqı ərizəsinə əsasən ilkin ödəniş olaraq 28.600 manat, cəmi 30.100 manat pul vəsaitini alıb sonradan 9.000 manat pulu qaytarmaqla 21.100 manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs3 21.100 (iyirmi bır min yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 etibardan sui-istifadə edərək Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 250 kv.metr torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş 110 kv.m-lik nömrəsiz üç otaqlı fərdi yaşayış evini 32.900 manat ilkin ödəniş edilməklə 03 ay müddətində ayda 4.000 manat ödəmək şərti ilə cəmi 44.900 manata satacağı barədə yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 2023-cü ilin okyabr ayının əvvəllərində onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində 500 manat, 14 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində ünvan 2 ünvanda yerləşən 18 saylı notariat kontorunda Zərərçəkmiş şəxs4lə arasında bağlanmış həmin tarixli **********723 saylı alqısatqı ərizəsinə əsasən 32.400 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 32.900 (otuz iki min doqquz yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgərin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs5 etibardan sui-istifadə edərək Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 250 kv.metr torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş 110 kv.m-lik nömrəsiz üç otaqlı fərdi yaşayış evini 18.050 manat ilkin ödəniş edilməklə 57 ay müddətində ayda 350 manat ödəmək şərti ilə cəmi 38.000 manata satacagı barədə yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 13 noyabr 2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən 18 saylı notariat kontorunda onun qayınanası Şahid1 ilə Zərərçəkmiş şəxs5 həyat yoldaşı X11 arasında bağlanmış həmin tarixli **********585 saylı alqı-satqı ərizəsinə əsasən Zərərçəkmiş şəxs5 ilkin ödəniş olaraq 18.050 manat pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 18.050 (on səkkiz min əlli) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı yazılı vəsatət verərək Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yanaşı, CM-in 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin də tərkib əlamətlərinin olmasını, habelə digər şəxsin də cinayət məsuliyyətinə cəlb edilməli olmasına əsaslı şübhələr müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə də ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, həmin cinayət işi Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə - başlanılmış, xx.xx.2024-cü il tarixdə - Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə - cinayət işi üzrə tərtib edilmiş ittiham aktı Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən təsdiq edilərək iş baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə - məhkəmənin hazırlıq iclası keçirilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkəməyə verilmişdir. İbtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihama əsasən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 “MİDA” tərəfindən inşa edilən kompleksdə mənzil alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 2020-ci ilin noyabr ayından 2021ci ilin iyul ayının sonlarınadək olan müddətdə vahid qəsdlə 11.000 manat pulunu ələ keçirmişdir. Bundan başqa, təkrarən Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “MİDA” tərəfindən inşa edilən kompleksdə 01 ədəd iki otaqlı və 01 ədəd üç otaqlı mənzillər alınmasında və Zərərçəkmiş şəxs2 həyat yoldaşı Şahid3 təqaüd düzəldilməsində köməklik göstərəcəyi barədə yalan vədlər verib aldadaraq xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Ballı Market”-in yaxınlığında 7000 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvanda 8000 manat, xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 3nvanında 8000 manat və həmin tarixdə Şahid3 təqaüd işinin həll edilməsi adı ilə 500 manat, 2022-ci ilin avqust ayınm sonlarında yaşadığı ünvanda 7000 manat, 2022-ci ilin sentyabr aymda Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Ballı Market”-in yaxınlığında 4000 manat, xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 5 ünvanında 2000 manat, cəmi 36500 manat pulunu vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə zərərçəkmiş şəxs X9 36500 manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Təkrarən Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonunda yerləşən, özünün yaşadığı fərdi yaşayış evini 43000 manata satacağı barədə yalan vəd verməklə və Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat kontorunda aralarında bağlanmış alqı-satqı ərizəsi ilə inandırıb aldadaraq, 2023-cü ilin oktyabr ayı ərzində cəmi 21000 manat pulunu ələ keçirmişdir. Təkrarən həmin fərdi yaşayış evini Zərərçəkmiş şəxs4 satacağı barədə yalan vəd verib, eyni üsulla aldadaraq xx.xx.2023-cü il tarixdə 32900 manat pulunu ələ keçirmişdir. Təkrarən həmin fərdi yaşayış evini Zərərçəkmiş şəxs5 satacağı barədə yalan vəd verib, eyni üsulla aldadaraq xx.xx.2023-cü il tarixdə 18050 manat pulunu ələ keçirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onları “MİDA” tərəfindən inşa edilən kompleksdə mənzil alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadarkən inandırmaq üçün guya MİDA-da layihə rəhbəri vəzifəsində çalışan Elçin adlı şəxsin onların yaxın qohumu olduğunu bildirmiş və bir dəfə həmin şəxslə görüş təyin etmişdir. Həmçinin, həmin şəxsin səs yazılarını onlara “WhatsApp” proqramı vasitəsi ilə göndərərək dediklərinə inandırıb pullarını ələ keçirmişdir. Həmin səs yazılarını ibtidai istintaqı aparmış müstəntiqə təqdim etsələr də, müstəntiq iş materiallarına əlavə etməmiş və həmin şəxsin əməllərinə hüquqi qiymət verməmişdir. Zərərçəkmiş şəxs2 nümayəndəsi təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə vermiş olduğu vəsatətinə qeyd olunan səs yazılarını əlavə edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi inandırmaq üçün səs yazılarını atdığı şəxsin şəxsiyyətini müəyyən etmişlər və həmin şəxs X2r. Təqsirləndirilən şəxs dələduzluq əməllərini həmin şəxslə birlikdə törətmişdir, təqdim olunan səs yazıları bunu təsdiq edir, ona görə də məhkəmədən xahiş edirlər ki, Rövşən Rüstəmliyə də eyni maddələrlə, həmçinin Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs halında hər ikisinə ittiham olunması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Dövlət ittihamçısının vəsatəti ilə X4 məhkəməyə dəvət olunaraq dindirilmiş və o, ifadəsində bildirmişdir ki, həmin səs yazıları ona məxsusdur, səs yazılarını Təqsirləndirilən şəxs xahişi ilə yazıb, Hünərə “WhatsApp” proqramı vasitəsi ilə göndərmiş, Hünərdən bunun müqabilində pul almamışdır. Sadəcə aralarında dostluq münasibəti olduğu üçün bunu etmişdir. Zərərçəkmiş şəxsləri tanımır, zərərçəkmiş şəxslərdən də pul almamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi əvvəlki ifadələrində zərərçəkmiş şəxsdən aldığı pulu X3 verdiyini desə də, sonradan, həmçinin Rövşən Rüstəmli ilə məhkəmədə üzləşərkən sonuncunun dediklərini təsdiq etmiş və Rövşən Rüstəmliyə pul vermədiyini, onunla əlbir olmadığını və səs yazılarını da Rövşənin onun xahişi ilə yazıb ona göndərdiyini bildirmişdir. Təqdim olunan və məhkəmə baxışında dinlənilən səs yazıları aşağıdakı kimidir: “Hünər salam qardaş, nətərsən? Nə var nə yox? 4 otaqlı, altında 75 kvadrat metr obyektdir, əgər tanıdığın adamdırsa, etibar etdiyin adamdırsa, 25-indən satışlar başlayır. 3000 (üç min) manat, birdə sənədlərin səhər-səhər 9-da götür gəl mən deyən yerə, yəni ofisə, özün bilirsən hara gəlmək lazımdır. Elə bil ki, 4 otağım var bir dənə, aşağısında 75 kvadrat metr obyekt (m2), onun içində gedir da, yəni om uje ondan ayıra bilmirik. 3000 (üç min) ödəsin gələn ayın 25-dən satışlar başlayır. Nətər deyərlər, bütün satışlar “obnavit” olunur. Kimlər nə alıb hamısı verilir yiyələrinə". “Hünər salam, nətərsən qardaş. Nə var nə yox? Sən təcili Miri ilə danış (Zərərçəkmiş şəxs2 nəzərdə tutur) denən ki, onların işini gələn həftə tamamlayıram. Allahın izni ilə hamısı hazırdır, mərtəbəsinə kimi, otağına kimi, hər şey öz qaydasındadır. O, hərbiçilərinki, özün bilirsən də bunlara aidiyyəti yoxdur, bunlar ayrıdır. Nazirlikdə o, mənzil istismatın rəisinə 3 dənə çatmalıdır təcili. Sabah saat 8-dən, mən burdan 07:30-da onunla görüşüb, çıxmalıyam. Prosta sənə zəng elədim bir dəfə zəng çatmadı. 07:30-da mən onunla görüşüb çıxmalıyam mən o təzə layihəyə. O yerdə qalanlarınkin mən ayın axırına kimi həll edəcəm. Uje Seyidinki hazırdı, təcili şəkildə onun 3 dənəsini şey eləsin, o birisi uşaqlara da demişəm, çünki, bizdən çıxıb uje. Ordakı ağzını əyir, məndə istəmirəm də o vaxt aparsın. Bir ay, iki ay, üç ay. Mən ondan zərfi götürməliyəm. 8-9 nəfərdi də onlar. Hərbiçilər ayrı olur axı, özün bilirsən. Təcili onunla danış, 3 dənəni götür, şey elə, sabah səhər 07-də, 06:30-da çatdır onu mənə, yaxşımı?! Lap gecə, səhər saat 06-da ol orda, biz görüşək, mən girib onunla görüşüb çıxıb getməliyəm ki, zərfi götürüm. Təcili şəkildə!” “Hünər mən başa düşdüm, əziz qardaş, bildim nə deyir qardaş, mən bilirəm, indiki zəmanədə vəziyyətidə, hamısını başa düşürəm. Bu prosta elə bir şeydi ki, bu tək bizdən keçmir da, özün bilirsən ki, mülkilər tək bizdən keçir, ama hərbiçilər 2 yerdən keçir da. Yəni həm ordan, həm ordan. Ona da mən demişəm ki, səhər-səhər saat 08-də mən səninlə görüşəcəm. Mən istəyirəm ki, obşi zərfi ondan götürüm aparım qol çəkdirim, gətirim qaytarım oraki, onlar uje bura qol çəkdirsinlər ki, paylama versinlər. Mən o qardaşa başa salmışam, hər bir mənada, hər bir vəziyyəti, yəni bu mənlik olan bir şey deyil. Yəni lap ağsaqqala da başa sal, bibimə də başa sal denən ki, yəni mən işimi tam görmüşəm. Narazı da deyiləm. Hamısından da razıyam, prosta mülkilər bir prosesdən keçir, hərbiçilər 2 prosesdən keçir. Mən onu (pulu nəzərdə tutur) ona çatdırmasam inan Allaha o, başlayacaq süründürməyə məni. Heç onları qoyduq qırağa, sabahsı gün başqa bir işimdə də başlayacaq məni süründürməyə. 5 gün döz, 3 gün döz, bir ay döz, yəni mən ona, onların nazı ilə oynamaq istəmirəm də, çünki sabahsı gün başqa işimdə olur onlarnan. O, dedi məndə dedim baş üstə, sabah səhər-səhər görüşəcəm siznən. Mən istəyirəm o zərfi götürəm aparam çatdıram, qol çəkdirəm, gətirəm verəm bunlara gedəm işimin dalınca. Heç bəlkə özüm aparmadım, o birisi yoldaş apardı qol çəkdirdi gətirdi verdi bunlara ki, gələn həftə paylamağa versinlər. O kişini sevindirək, ondan sonrakı qaldı o birisilərə. O birisiləri də inşallah davamiyyətlə həll edəcəyik Allah qoysa! Yəni ayın sonuna kimi bunu 100 faiz! O əmiyə də, bibiyə də, qardaşa da çatdır ki, mənim adımnan, bu səsi də at onlara, Allah şahiddir ki, burda mənlik bir şey yoxdur da, mən öz işimi görmüşəm, onu da mən görmək istəyirəm ki, görüm qurtarsın, tamamlansın bu gecə, sabah tamamlansın ki, paylaşım etsinlər”. “Hünər o Seyidin xidmətə girdiyi vaxt, birdə xidmətdən ehtiyata buraxıldığı vaxt, pensiya alıb-almamağı, veteranlığı olub-olmamağı haqqında mənə bir dənə tez məlumat ver. Elə bil ki, xidmətə girib, haçan girib, filan vaxtı, neçə il, nə rütbəsində işləyib, birdə çıxdığı müddət, ehtiyata buraxıldığı müddət, o haqda mənə tez məlumat ver ”. “Hünər müəllim salam, necəsiniz? Hünər müəllim, evlər iyun ayının ortaları, axırına kimi çıxacaq satışa, Allah qoysa. Yəni kimlərin evi var, onlar veriləcək yiyələrinə. Neçə nəfər var siyahımızda onların hamısının evi paylanacaq özünə. Birdə gör nə deyirəm, bir dənə 4 otaqlımız var, gör elə bir münasib adam varmı, verək ona. Varsa de verək ona”. “Yaxşı Hünər müəllim, yaxşı, xanımın adına olacaq da inşallah. Problem yoxdur, baş üstə!” “Hünər müəllim, bu dəqiqənin özündə, bax Şuşadayam, qar dizdən, inanırsan böyük bir layihəmiz var. Göndəriblər buranın layihənin planlaşdırılmasına, yəni olmasa bura gələrəm o boyda yolu dədə. Sən əsas odur ki, bir dənə 4 otaqlıya əlində adam varsa göndər görək neyniyə bilərik qaqaş”. “Hünər salam qardaş, nətərsən? Nə var, nə yox? Hünər o 4 otaqlı, sən da qardaşsan, çörək kəsirik, ailəvi gediş-gəlişimiz yar deyə, yəni problem yoxdu da, sən deyirsən, yəni 5 qəpiksən qazan, 3 qəpik mən qazanım. Yəni özün bilirsəndə vəziyyət necədir, nə necədir. Sənin dostundur Allah canın sağ eləsin, elə səninlə dost olanlar, mənimlə də dost olur da. Necə ki, Seyidgilin işini həll elədim, bunu da eyni qaydada həll edəcəm. Problem yoxdur qardaş, danış nədi, nə deyil, dərtləş mənə xəbər elə. Mənim gözlərim üstə, sən mənim canım ciyərim, qardaşımsan. Çörək qazanaq da, 5 qəpik sən qazan, 5 qəpik mən qazanım. Sənə burda başqa bir söz demirəm ki, sən nə demisən demişəm baş üstə. Seyidgilinkini necə həll elədim, bax bunuda eyni qaydada həll edəcəm ”. “Hünər dayıngildə nə cür elədik, sənədli sübütdu. Nə cür çıxartdıq, bunda da eyni qaydadır da, dəyişən nə var ki, bir sualı 10 dəfə verirsən. Əgər etibarlı adamdırsa, tanıdığın adamdırsa həll eliyək getsin, problem deyil. Ama mən sənə arxayınam, mən səni tanıyıram”. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini tək deyil, X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə, yəni onun əməlində CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yanaşı, həmin Məcəllənin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin də tərkib əlamətlərinin olmasına əsaslı şübhələr vardır. Qeyd olunan xüsusatla əlaqədar ümumiyyətlə araşdırma aparılmamış, həmçinin iş üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi qərarında da bu hala hüquqi qiymət verilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır, yəni CM-in 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin də tərkib əlamətlərinin olması, habelə digər şəxsin də cinayət məsuliyyətinə cəlb edilməli olmasına əsaslı şübhələr müəyyən edildiyinə görə, cinayət işinin baxılmasına xitam verilməli və ona başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə baxış iclası zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi Müdafiəçi2 məhkəməyə yazılı vəsatətlə müraciət edərək hazırki cinayət işinin baxılmasına xitam verilməsi və həmin cinayət işinin təqsirləndirilən şəxsə ağır ittihamın verilməsi, təqsirləndirilən şəxslərin dairəsinin müəyyən edilməsi, o cümlədən də özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edən X1 əməlinə hüquqi qiymət verilməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı ifadəsi alınan Zərərçəkmiş şəxs2 ifadəsində təqsirləndirilən şəxsin onu və ailəsini inandırıb pulunu ələ keçirmək üçün onları MİDA-da layihə rəhbəri vəzifəsində çalışan Elçin adlı şəxsin onların yaxın qohumu olduğunu bildirərək, həmin şəxsin evlərin seçilməsində ona köməklik göstərəcəyini, bütün məsələləri bunun əli ilə etdiyini bildirmiş və bir neçə dəfə həmin şəxsin iştirakı ilə görüş təyin etmişdir. Həmçinin, daha sonra da həmin şəxsin səs yazılarını zərərçəkmiş şəxsə ataraq onu inandırmaqla, etibarlarını qazanmış və pulunu ələ keçirmişlər. Təqsirləndirilən şəxsin vədinin yalan olduğunu bildikdən və onu aldatdığını bildikdən sonra araşdırma zamanı müəyyən etmişlər ki, özünü Elçin kimi təqdim edən şəxs əslində X2r. Bundan əlavə, təqsirlənlədirilən şəxs də özü məhkəmədə ziddiyyətli ifadələr verərək hadisəni özünün tək törətmədiyini, pulu tək götürmədiyini, dolayı yolla törədilmiş cinayət əməlində digər şəxslərin də iştirakı olduğunu bildirmişdir. Təqdim edilən flash cartdakı səs yazılarından açıq aydın görünür ki, özünü Elçin kimi təqdim edən X14 zərərçəkmiş şəxsin veteranlıq vəsiqəsini, hərbi xidmətə daxil olması və hərbi xidmətdən çıxması barədə arayış və güzəşt tətbiq etmək üçün digər sənədləri tələb edir. Sonrakı səs yazılarında Miri ilə təcili danışmasını və 3 dənə götürüb təcili şəkildə ona çatdırmasını, onların işlərinin gələn həftə hazır olduğunu, mərtəbəsinin, otağının hazır olduğunu, Nazirlikdə Mənzil İstismar İdarəsinin rəisinə təcili 3 dənə çatmalıdır deyərək 3 dənə hazır etməsini bildirmişdir. Bundan əlavə, digər səs yazılarından aydın şəkildə görünür ki, X19 səs ataraq zərərçəkmiş şəxsi arxayın salmaq üçün sənədlərin artıq imza prosesində olduğunu və hərbiçi olduğu üçün yoxlamanın iki tərəfdən aparıldığını və bunun üçün saat 8 üçün zərfin hazır olması gərəkdiyini və tez şəkildə imza atılması vəsaitin çatdırılmalı olmasını bildirmiş və yüz faiz əmin edərək səsi də zərərçəkmiş şəxsə atmasını bildirmişdir. Həmçinin, Rövşən Rüstəmli digər səs yazılarında özünü MİDA-nın səlahiyyətli şəxsi kimi təqdim edərək evlərin iyun ayında satışa çıxacağını və siyahıdakı şəxslərə satılacağını, həmçinin əlində 4 otaqlı bir ev olduğunu bildirərək münasib adam varsa de ona verə biləcəklərini bildirmişdir. Sonrakı səslərdə təkrarən inam yaratmaq üçün böyük bir layihə ilə bağlı Şuşaya gəldiyini və layihəni planlaşdırmaq üçün göndərildiyini bildirərək 4 otaqlı evə adam tapmağını bildirmişdir. Bunun kimi digər bir neçə səs yazılarında da həmin məzmunlu söhbətlər edərək zərərçəkmiş şəxsi birləşərək aldadıb pulunu ələ keçirmişlər. Məhkəmə baxış iclası zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs o, hadisədən əvvəl tanımış, usta kimi onun evinə kombi düzəltmək üçün getmişdir. Onun evində təmir işləri aparan zaman Təqsirləndirilən şəxs ona sosial binalardan ev təşkil edə biləcəyini bildirmiş və həmin binaların Yasamal rayonu və Hövsan qəsəbəsində olduğunu qeyd etmişdir. Həmçinin onunla bir yerdə xidmət etmiş Daşqın adlı şəxsə də ev verdiyini demişdir. Daşqın ilə münasibətləri olmadığından ondan bu barədə heçnə soruşmamışdır. Bu barədə o, öz ailəsi ilə məsləhətləşmiş, onlara bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs var, o, ona hərbi qulluqçu olduğu üçün ev verə biləcəyəni demişdir. Bundan sonra onların evinə gedərək Təqsirləndirilən şəxs və onun yoldaşı ilə söhbət etmişlər. Söhbət zamanı Hünərin yoldaşı yoldaşına onun pensiyaya çıxarılmasını təklif etmiş və bunun müqabilində 500 manat pul istəmişdir. Sonra Təqsirləndirilən şəxs ona 1 otaqlı və ya 2 otaqlı ev istəməsi ilə maraqlanmış, hətta onun üçün mağaza təşkil edə biləcəyini demişdir. Onun yoldaşı yoldaşının pensiyaya düzəlməsi üçün 500 manat pul istəmiş və bunu dayısı oğlu Rövşənin, ləqəbi Elçin olan şəxsin vasitəsi ilə edəcəyini bildirmişdir. Həmin günü 500 manat pensiya işinin düzəlməsi üçün və 7000 manat pul ev işinin düzəlməsi üçün vermişlər. Yoldaşı Təqsirləndirilən şəxs iş alınsa ona 2000 manat şirinlik verəcəyini bildirmişdir. Həmçinin, onlardan evə qaz sayğacının qoşulması üçündə əlavə pul alınmışdır. Cəmi ona 36500 manat pul ziyan dəymişdir. Təqsirləndirilən şəxs ilə görüşən zaman və söhbət edən zaman, o, tək olmayıb. Onun yanında digər şəxslər də olub və onlarda bu işdə iştirak ediblər. Həmin şəxslərin adı Rövşən, Əziz və Aqil olmuşdur. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, Təqsirləndirilən şəxs evində söhbət edən zaman, o, bu işi Malik adlı şəxsin vasitəsi ilə həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs vurduğu ziyandan 19000 manat pulu həmin Malik adlı şəxs ona qaytaracığını bildirmişdir. Həmin Malik adlı şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs yoldaşı onun kirvəsidir. Lakin, o, vəd vərsə də həmin məbləği ona qaytarmamışdır. Təqsirləndirilən şəxs ilə söhbət edən zaman, o, ona qohumlarının Müdafiə Nazirliyində vəzifədə olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs evinin qarşısında söhbət etdikləri zaman orada Rövşən adlı şəxs də olmuşdur, həmiş şəxsi ona Elçin kimi təqdim etmişdirlər. Artıq Təqsirləndirilən şəxs pulun bir qismini ödəyəndən sonra, o, ona zəng vuraraq, onların işlərini həll edən şəxsi çağırdığını bildirmiş və onunla görüşməyi təklif etmişdir. Rövşən adlı şəxs ilə görüşəndən sonra, o, onlara yoldaşının pensiya işini həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs MİDA-də işləyib-işləməməsini öyrənməmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir. Odur ki, o, dövlət ittihamçısı və nümayəndəsi tərəfindən verilmiş vəsatətlərlə razılaşdığını bildirərək cinayət işinin baxılmasına xitam verilməsini və işin yenidən araşdırılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun mağazasında müştəri olub, gəlib bacısının evi üçün mebel almaq istədiyini bildirmişdir. O, özünü sosial bina sahəsinin sahə rəisi kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs MİDA-dan ona ev verə biləcəyini təklif etmiş, o isə bunun nə qədər mümkün olması ilə maraqlanmış, Təqsirləndirilən şəxs isə bu iş ilə məşğul olduğunu və artıq bir neçə nəfərə bu yol ilə ev verdiyini demişdir. O, onun təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs ondan 5000 manat pul və müxtəlif sənədlər istəmişdir. O, ona onun istədiyi sənədləri və 3000 manat pul vermiş, 2000 manatı isə evə köçəndən sonra verəcəyini bildirmiş, Təqsirləndirilən şəxs bununla razılaşmışdır. Sonra Təqsirləndirilən şəxs onlara evi göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə 1 il ərzində əlaqədə olmuşlar. Həmçinin, bu məsələni qonşusu Süleymanova Tamama danışmış və ona da təklif etmişdir ki, ev alsın. O, bununla razılaşmış və onun evində əvvəl 1000 manat və sonra isə 2000 manat, cəmi 3000 manat pul vermişdri. Sonra Təqsirləndirilən şəxs ona güzəştli kredit barədə danışmış və bununla əlaqədar olaraq qızının sənədlərini istəmişdir. Qızı orta məktəbdə müəllimə kimi çalışır. Lakin bu məsələlərin üstündən xeyli vaxt keçsə də Təqsirləndirilən şəxs onlara heç bir xəbər etməmişdir. Nailədən 2500 manat pul götürmüş, lakin sonradan onun pulunu qaytarmış, bu səbəbdən faktiki ziyan ona dəymişdir. Sonradan lombarda qızıl verərək, 1500 manat pul almış və Təqsirləndirilən şəxs vermişdir. Yekun olaraq o, dövlət ittihamçısı və Zərərçəkmiş şəxs2 nümayəndəsi tərəfindən verilmiş vəsatətlərlə razılaşdığını bildirərək cinayət işinin baxılmasına xitam verilməsini və işin yenidən araşdırılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs makler vasitəsi ilə tanımışdır. Oktyabr ayının əvvəllərində o, Bakı şəhərində olmamış, həmin vaxt onun nənəsi Qədim adlı makler vasitəsi ilə ev tapmışdır. Sonra, o, Təqsirləndirilən şəxs ilə görüşmüş və evi almağa razılaşmışdırlar, ödənişi isə hissəvi şəkildə keçirdəcəyidik. İlkin olaraq 30100 manat pul ödəmişlər. Oktyabr ayının 9-u notariusda Təqsirləndirilən şəxs ilə görüşmüşlər, həmin zaman o da orada olmuşdur. Orada sənədləşmə işlərini aparmışlar və Təqsirləndirilən şəxs 30100 manat pul ödəmişdir. Sonra Təqsirləndirilən şəxs sabah görüşüb, kommunal sayğacların onun adına keçiriləcəyini bildirmiş, lakin bəhanələr gətirərək, həmin gün onuna görüşməmişdir. Bundan sonra, o, yenə bəhanələr gətirərək, onunla görüşməkdən yayınmışdır. Artıq xeyli müddət keçdiyinə görə alqı-satqı müqaviləsini ləğv etmək qərarına gəlmişlər. Həmçinin, Qədim adlı makler də onlara bildirmişdir ki, ev artıq satılıb. Bunun hamısını Təqsirləndirilən şəxs bildirmiş və pulun geri qaytarılmasını tələb etmiş, o isə buna etiraz etməyərək, ona pulun qaytarılacağını bildirmişdir. Xeyli müddət keçəndən sonra Təqsirləndirilən şəxs onara dəymiş ziyandan 9000 manat pul qaytarmışdır. Lakin qalan məbləği Təqsirləndirilən şəxs qaytarmamışdır və onlar polisə şikayət etmişlər. Yekun olaraq o, dövlət ittihamçısı və Zərərçəkmiş şəxs2 nümayəndəsi tərəfindən verilmiş vəsatətlərlə razılaşdığını bildirərək cinayət işinin baxılmasına xitam verilməsini və işin yenidən araşdırılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, sosial şəbəkələri izləyərkən orada Qədim maklerin adından evin satılması ilə bağlı elan görmüşdür. Həmin səhifədə olan mobil nömrə ilə əlaqə saxlamış, bundan sonra Qədim adlı şəxs onun ofisinə gəlməsini təklif etmişdir. Tam adı Qədim Həsənov idi. Onun ofisi Sabunçu xəstəxanasının yanında yerləşirdi. Onunla görüşdükləri zaman, o, gedib evə baxmağı təklif etmişdir. O, bununla razılaşmış və onun dostu olan digər makler ilə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Həmin günü Təqsirləndirilən şəxs evdə olmamış, onları onun yoldaşı və qaynanası qarşılamışdır. Onlar ilə birlikdə evə baxış keçirmişlər, o, evə baxarkən, həmçinin, videoçəkiliş də aparmışdır. Onlardan soruşanda ki, evin sahibi Təqsirləndirilən şəxs haradadır, onlar ona onun işdə olduğunu və 10 dəqiqəyə çatacağını bildirmişlər. Təqsirləndirilən şəxs çöldə gözləmişlər, o, gələndən sonra ona evi almaq istədiyini bildirmiş və qiyməti ilə maraqlanmış, qiyməti müzakirə edərək 44000 manata razılaşmışlar. Təqsirləndirilən şəxs 32000 manat pulu ev üçün, 900 manat isə notariusda olan işlərlə bağlı və tikinti materialları üçün vermişdir. Həmin görüş zamanı Təqsirləndirilən şəxs MİDA-dan ev aldığını və 2 ay müddətinə həmin evə köçəcəyini bildirmişdir. Bu səbəbdən 32000 manat pulu həmin zaman vermiş və qalıq 12000 manat pulu isə ev ona təhvil veriləndən sonra verəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs və makler ilə sabah görüşərək notariusa gedib orada alqı-satqı müqaviləsinin bağlanmasına razılaşmışlar. Notariusa bacısı oğlu ilə bir yerdə gəlmiş, həmçinin evə də onunla bir yerdə baxmışlar. Notariusa gələndən sonra artıq Təqsirləndirilən şəxs və Fərhad adlı notariusun işçisi sənədlərin hazır olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs və həmin notarius işçisi ona bütün sənədlərin qaydasında və hazır olduğunu bildirmişlər, bunu notariusun işçisi olan Fərhad adlı şəxs də təsdiqlədiyi üçün ona inanmışdır. Bundan sonra bank vasitəsi ilə Təqsirləndirilən şəxs pulu köçürmüş və o, həmin pulu çıxarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə sabahsı gün digər sənədlərin də onun adına keçirilməsi üçün razılaşmışlar. Lakin həmin gün Təqsirləndirilən şəxs ona anasının səhhətində problemlər olduğunu və bu səbəbdən görüşə bilməyəcəklərini demiş və bir-iki gün vaxt istəmişdir. Lakin bu müddət kəçəndən sonra da Təqsirləndirilən şəxs onunla əlaqə saxlamamışdır. Artıq bir həftə keçəndən sonra, o, bu işdən şübhələnməyə başlamışdır. Sonra o, bələdiyyədən bu məsələ ilə bağlı maraqlanmış və ona bildirmişlər ki, Təqsirləndirilən şəxs onları aldadıb, həmin evi digər şəxslərə satıb. Bundan sonra Təqsirləndirilən şəxs onu Məlik adlı şəxs ilə görüşdürmüş, onu xalası oğlu kimi ona təqdim etmişdir. Həmin zaman, o, ona evin ondan əvvəl Zeynal adlı şəxsə satdığını, həmin şəxsə borclu olduğu üçün evin sənədlərini onun adından çıxarda bilmədiyini bildirmişdir. Orada ona sənədləri göstərmişlər və həmin sənədlərdə həmin Zeynal adlı şəxsin adı qeyd olunmuşdur. Təqsirləndirilən şəxs xalası oğlu ona həmin borcu ödəyəcəyini və evin sənədlərinin Zeynalın adından onun adına keçiriləcəyini bildirmişdir. Sonradan sosial binaların qarşısında onlar ilə görüşəndə ona sənədlər təqdim olunmuş, lakin orada Məlikin adı qeyd edilmişdir. O, bunu görəndən sonra etiraz etmişdir ki, hansı səbəbdən onun adı qeyd edilməyib. Buna cavab olaraq Məlik ona onların ailəsində münaqişə olduğunu bildirmiş və məsələnin həll olunması üçün 3 gün vaxt istəmişdir. Həmin müddət keçəndən sonra ona ya ev veriləcəyini, ya da pulunun qaytarılacağını bildirmişdir. Bu müddət keçəndən sonra Təqsirləndirilən şəxs yenə ondan yayınmağa başlamışdır. Onların evinə isə gedəndə Təqsirləndirilən şəxs yoldaşı qapını açmırdı. Bundan sonra o, Təqsirləndirilən şəxs xalası oğlu Məlik ilə əlaqə saxlamış, o, onunla Neftçilərdə görüşmüş, həmin görüş zamanı, o, Təqsirləndirilən şəxs ailəsinin evin ona satılmasına razı olmadığını bildirmş və bina evində ona mənzil verilməsini təklif etmişdir. Həmin mənzil guya onun adına keçməklə, qalıq məbləği hissə-hissə ödəməli idi. Mənzilin tam qiymətinin 120000 manat olduğunu bildirmiş, lakin o, bununla razılaşmamışdır. Bundan sonra Məlik ona obyekt verilməsini təklif etmiş, lakin obyektin ancaq kommunallar ilə bağlı sənədlərinin olduğunu bildirmiş, o, bu təklif ilə də razılaşmamışdır. Sonra Məlik ilə əlaqə saxlasa da, o, bu məsələdən boyun qaçıraraq bəhanələr gətirməyə başlamışdır. Sonradan onu Rövşən adlı şəxs ilə tanış etmişlər, lakin, o, özünü ona Rüstəmli Raul kimi təqdim etmiş, lakin sonradan onun əsl adının Rövşən olduğunu öyrənmişdir. Həmin Rövşən adlı şəxs və Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə danışmışlar, danışıq zamanı Rövşən Təqsirləndirilən şəxs tənqid edərək, ondan ayın 15-nə kimi vaxt istəmiş və 32000 manat pulu, o, özü şəxsən ona verəcəyini bildirmişdir. Danışıq zamanı, o, özünü Təqsirləndirilən şəxs qardaşı kimi təqdim etmişdir. Bu söhbətdən sonra o, ona inanmış və o, dediyi vaxtı gözləmişdir. Həmin müddət keçəndən sonra Rövşən adlı şəxs də onun zənglərindən yayınmağa başlamışdır. Bundan sonra o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmiş və onun şikayətini Xətai Rayon Polis İdarəsinə göndərmişlər. Orada o, baş verənlər ilə bağlı izahat vermişdir. İlk dəfə evə baxmağa gedərkən Təqsirləndirilən şəxs olmamışdır, onları onun yoldaşı qarşılamışdır. O, oraya makler ilə bir yerdə getmişdir. Təqsirləndirilən şəxs yoldaşı bilə-bilə ki, ev digər adamlara satılıb, ona həmin evi təqdim etmişdir. Ondan evin sənədlərində problemlərin olub-olmadığını soruşanda, o, ona heçbir problemin olmadığını bildirmişdir. Bir müddət Təqsirləndirilən şəxs ondan yayınırdı, lakin sonra özü onun ilə əlaqə saxlayaraq, yoldaşından ayrıldığını bildirmiş və sənədləri onun adına onun yoldaşı keçirəcəyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs yoldaşı ilə görüşəndə, o, ona bildirmişdir ki, Aqil, Məlik və Rövşən onun yoldaşına tələ qurublar. Təqsirləndirilən şəxs yoldaşı istintaqda da Təqsirləndirilən şəxs bu işdə tək olmadığını və pulların onların arasında xərcləndiyini deyəcəyini ona bildirmişdir. Təqsirləndirilən şəxs bu işləri tək görməyib, onunla görüşən zaman onun yanında digər şəxslərdə olub və onlarda ona yalandan vədlər veriblər. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, notariusda alqı-satqı ərizəsi ona təqdim edilsə də, ona bunun müqavilə olduğunu bildirmişdirlər. Cəmi ona 32000 manat pul ziyan dəymişdir və hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir. Aralarında bağlanan müqavilədə 44000 manat qeyd edilsə də, o, Təqsirləndirilən şəxs 32000 manat pul vermişdir, qalan 12000 manat pulu isə ev ona təhvil veriləndən sonra verməli idi. Odur ki, o, dövlət ittihamçısı və Zərərçəkmiş şəxs2 nümayəndəsi tərəfindən verilmiş vəsatətlərlə razılaşdığını bildirərək cinayət işinin baxılmasına xitam verilməsini və işin yenidən araşdırılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs makler vasitəsi ilə tanımış, həmin makler ona ev satıldığını bildirmişdir. Sonra o, evə baxmağa getmiş, həmin zaman Təqsirləndirilən şəxs evdə olmamış, onun yoldaşı onu qarşılamışdır. Sonra həmin günün sonu Təqsirləndirilən şəxs özü ilə görüşmüş və ona 100 manat beh olaraq vermişdir. Onunla alqı-satqı müqaviləsini bağlamağa razılaşmışlar, lakin həmin ərəfə qeyri iş günləri olduğu üçün onların işləri ləngimişdir. Onunla razılaşmalarına əsasən ilkin olaraq evin kommunallarına aid sənədlər onun adına keçməli, tam ödəniş olunandan sonra isə evin öz sənədləri onun adına keçməli idi. Kommunalları adına keçirən zaman Təqsirləndirilən şəxs 4000 manat pul vermiş, həmin məbləğ ilə o, Məmmədov Zeynalın borcunu ödəmişdir. X15 adından ev onun anasının adına keçməli idi, həmin zaman ona 1500 manat pul vermişdir. Sonra Təqsirləndirilən şəxs ona anasının rəhmətə getdiyini bildirmiş və 500 manat pul istəmiş, o da onun istədiyi məbləği ona vermişdir. Sonradan Təqsirləndirilən şəxs yenə də ondan pul istəsə də, o, verməmişdir, ev ona təhvil veriləndən sonra verəcəyini bildirmişdir. Cəmi Təqsirləndirilən şəxs 18000 manat pul vermiş və ona dəymiş ziyan ödənilməmişdir. O, evə köçənə qədər evin qaz sayğacı quraşdırılmalı idi, bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs ilə əlaqə saxlamağa cəhd göstərsə də, o, onun telefon zənglərinə cavab vermirdi. Gecə saat 12:00 ərəfələrində evə baxmağa getmiş və orada qonşu ev ilə birləşdirilmiş boruda evin digər adama satılması və onun nömrəsi qeyd edilmişdir, həmin zaman o, düşünmüşdür ki, bu yazı qonşu evə aiddir. Həmin zaman evin qapısını döysə də, açan olmamışdır. Həmin günün səhəri Təqsirləndirilən şəxs yenə zəng vursa da, onun mobil nömrəsinə zəng çatmamışdır. Sonradan həmin borunun üzərində olan nömrəyə zəng etmiş və Emin adlı şəxs evin digər 3 nəfərə satıldığını bildirmişdir. Bundan sonra ona aydın olmuşdur ki, o, Təqsirləndirilən şəxs tərəfindən aldadılmışdır. Sonradan Aqil, Əziz adlı şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Onlardan verdiyi pulu geri tələb etmiş, onlar isə bunun üçün 1 ay vaxt istəmişlər. Aqil isə bu məsələyə görə özü cavabdeh olduğunu bildirmişdir. Həmin şəxslər Təqsirləndirilən şəxs iş yoldaşları olmuşdurlar. Hətta Təqsirləndirilən şəxs pulu qaytarmasa pulu gəlib onlardan istəyə biləcəyini bildirmişlər və ona digər vədlər vermişdirlər. Sonradan Təqsirləndirilən şəxs xəbər çıxmadığı üçün o, Aqil ilə görüşmüşdür. Sonra məlumatı olmuşdur ki, Təqsirləndirilən şəxs tutulub, bunu biləndən sonra o, polisə müraciət etmişdir. İbtidai istintaq səhv aparıldığı üçün təqsirləndirilən şəxs kimi ancaq Təqsirləndirilən şəxs cəlb edilmişdir. Bu işə Aqil, Əziz, Məlik və Rövşən də cəlb edilməli idilər, çünki bu işləri onlar bir yerdə aparırdırlar. Ev üçün pulu Təqsirləndirilən şəxs qaynanasına vermişdir. Təqsirləndirilən şəxs özü də qeyd edir ki, ona verilən pullar tək ona yox, həmin şəxslərə də çatmışdır və bu prosesdə əvvəldən sona kimi həmin şəxslər iştirak etmişlər. O, birinci dəfə Təqsirləndirilən şəxsgilə gedəndə, onun özü evdə deyildi. Ora Zahir adlı makler ilə bir yerdə getmişdir. Evdə Təqsirləndirilən şəxs yoldaşı və onun uşaqları var idi. Evi ona həmin xanım göstərmişdir. O, ondan evin sənədində və ya təmirində hansı problemlərin olubolmadığını soruşmuş, cavab olaraq, o, ona bildirmişdir ki, heç bir problem yoxdur, sadəcə qazın olmamasını bildirmiş, lakin həmin zaman o, bunu başa düşməmişdir. İkinci dəfə Təqsirləndirilən şəxs yoldaşı, Aqil və Əziz ilə görüşmüşdür, onlar ilə bir yerdə kommunalları onun adına keçirməyə getmişlər. Orada evdə qazın olmamasını anlayanda imtina etmək istəmiş, lakin həmin zaman Təqsirləndirilən şəxs yoldaşı bildirmişdir ki, Təqsirləndirilən şəxs yaxın bir vaxtda evə qaz çəkdirəcək və o, köçən zaman evdə heç bir problem olmayacaq. Notariusda olan zaman sənədləri onlara elan etmişlər, orada Təqsirləndirilən şəxs qaynanası da olmuşdur və o, həmin sənədə imza çəkmək istəməmiş, lakin Təqsirləndirilən şəxs yoldaşı onu məcbur etmişdir. Pulu verən zaman avtomobildə arxada Təqsirləndirilən şəxs yoldaşı və onun qaynanası əyləşmişlər. Pulu birbaşa Təqsirləndirilən şəxs yoldaşına vermək istəmədiyi üçün Əzizi də çağırmışdır ki, o da pulun verilməsinin şahidi olsun. Pulu Əzizə vermiş, Əziz pulu sayaraq vermişdir Təqsirləndirilən şəxs yoldaşına. Orada olan Zahir adlı şəxsin barəsində də o, polisə şikayət etmiş, lakin o, Gürcüstana qaçıb gizlənmişdir. Notariusun qarşısında avtomobildə əyləşən zaman arxada Təqsirləndirilən şəxs yoldaşı oturmuşdur, Təqsirləndirilən şəxs özü olmamışdır, avtomobildə pul sayılaraq verilmişdir Təqsirləndirilən şəxs yoldaşına. Odur ki, o, dövlət ittihamçısı və Zərərçəkmiş şəxs2 nümayəndəsi tərəfindən verilmiş vəsatətlərlə razılaşdığını bildirərək cinayət işinin baxılmasına xitam verilməsini və işin yenidən araşdırılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ona MİDA-dan ev alınmasında kömək etməsi üçün müraciət etmiş, o, razılaşmış və bu haqda Məmmədov Elnura demişdir. Məmmədov Elnur həmin zaman MİDA-da çalışırdı, lakin sonradan şəhid olaraq, vəfat etmişdir. Zərərçəkmiş şəxs1 hissə-hissə 11000 manat pul almış və bütün məbləği Məmmədov Elnura vermişdir ki, ona kömək etsin. X22 bildirmişdir ki, kasıb adamdır, onu aldatmasınlar, o, isə ona narahat olmamağını bildirmişdir. Ondan 11000 manat pul aldığını etiraf edir. Bundan başqa, Zərərçəkmiş şəxs2 oğlunu çoxdan tanıyırdı. Zərərçəkmiş şəxs2 oğlundan 30000 manat pul almış, onun 22000 manat pulunu qaytarmışdır. Həmin pul ona çatmamışdır. Zərərçəkmiş şəxs2 oğlu, o, onun xalası oğlu və digər bir nəfər oturub söhbət etmişlə, Zərərçəkmiş şəxs2 oğlunu o, dəvət etmişdir. Söhbət etdikləri zaman Zərərçəkmiş şəxs2 oğlu pulu vermişdir orada olan şəxslərə, o, pul götürməmişdir. İttiham aktında 36000 manat pul qeyd edilsə də, o, ondan 30000 manat pul almış və 22000 manat pulu qaytarmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs3 ondan bir günün içində evin ona təhvil verilməsini istəmiş, o isə ona bildirmişdir ki, bu mümkün deyil. Sonra, o, ondan pulunu geri istəmiş, həmin zaman onun harada olmasını soruşmuş və görüşməklərini təklif etmişdir. O, maklerin yanına gəlmiş və onar söhbət etmişlər. 3 gün sonra notariusda bu işlə əlaqədar olan sənədləri ləğv etmişlər və o, ona 9000 manat pulu geri qaytarmışdır. Cəmi ondan təxminən 30000 manat pul almışdır. Həmin pul tək ona çatmamışdır, ona çatan pul ilə ev üçün tikinti materailları almışdır. Zərərçəkmiş şəxs3 30000 manat pul almış və 9000 manat pulu qaytarmışdır. Hal-hazırda ona 21100 manat pul borcludur. Bundan başqa, Zərərçəkmiş şəxs4 evin müqabilində 32900 manat pul almış, lakin həmin pul ona çatmamışdır. Zərərçəkmiş şəxs4 32900 manat pul aldığını etiraf edir. Bundan başqa, Zərərçəkmiş şəxs5 18050 manat pul almış, lakin həmin pul ona çatmamışdır. Onunla digər 2-3 nəfər şəxs olmuşdur, həmin pulu onlar götürmüşdür. Zərərçəkmiş şəxslərə qarşı törətdiyi əməldə onunla birlikdə Rövşən, Malik, Aqil və Əziz adlı şəxslər də olmuşlar, onlar ondan adlarını verməməsini istəmişlər. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, baş vermiş cinayətlə həyat yoldaşı Şahid2 və qaynanası X5 heç bir əlaqələri və məlumatları olmamış, onlar zərərçəkmiş şəxsləri tanımamışlar. Beləliklə o, dövlət ittihamçısı və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş vəsatətlərlə razılaşdığını bildirərək cinayət işinin baxılmasına xitam verilməsini və işin yenidən araşdırılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Müdafiəçi1 təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək dövlət ittihamçısı və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş vəsatətlərlə razılaşdığını bildirərək cinayət işinin baxılmasına xitam verilməsini və işin yenidən araşdırılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Bahar qəsəbəsi, təzə tikili, nömrəsiz fərdi yaşayış evində oğlu, qızı və azyaşlı nəvələri ilə birlikdə kirayə yaşayır, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs kürəkəni olmaqla qızı Xanımın həyat yoldaşı olmuş, Təqsirləndirilən şəxs Naxçıvan MR-da qeydiyyatda olsa da xx.xx.2023-cü il tarixdə X8 Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 250 kv.metr torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş 110 kv.m-lik nömrəsiz üç otaqlı fərdi yaşayış evini ailəsi üçün almış və ailəsi ilə birlikdə orada yaşamışdır. xx.xx.2023-cü il tarixdə isə Hünər həmin evin yerləşdiyi torpaq sahəsinə görə Suraxanı rayonu, Ramana qəsəbə bələdiyyəsi tərəfindən onun adına şəhadətnamə alaraq rəsmiləşdirmiş, ancaq həmin torpağın və evin ona heç bir aidiyyəti olmamış, sadəcə Hünər torpağı onun adına rəsmiləşdirmişdir. 2023-cü ilin sonlarında Hünər maddi vəziyyətinin pisləşməsinə və azyaşlı uşağının xəstə olmasına görə evini satmaq qərarına gəlmiş, bu məqsədlə 2023-cü ilin noyabr ayının əvvəllərində Hünər makler vasitəsilə Zərərçəkmiş şəxs5 adı müştəri ilə tanış olmuş və onunla Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 250 kv.metr torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş 110 kv.m-lik nömrəsiz üç otaqlı fərdi yaşayış evini 18050 manat ilkin ödəniş edilməklə 57 ay müddətində ayda 350 manat ödəmək şərti ilə cəmi 38000 manata satacağı barədə razılaşdıqdan sonra ona «bələdiyyə sənədi sənin adına olduğuna görə notariusa getməlisən» demiş, bu zaman kürəkəninə etiraz etməyərək 13 noyabr 2023-cü il tarixdə qızı Xanım və kürəkəni Hünərlə birlikdə ünvan 2 ünvanda yerləşən 18 saylı notariat kontoruna getmiş, orada evi almaq istəyən Fariz adlı şəxslə və arvadı Günellə tanış olmuş, sonra Zərərçəkmiş şəxs5 həyat yoldaşı X11 ilə aralarında xx.xx.2023-cü il tarixli, **********585 saylı alqı-satqı ərizəsinə əsasən alqı-satqı olmuş, orada Zərərçəkmiş şəxs5 Hünərlə danışıb razılaşdığı ilkin ödəniş olaraq cəmi 18050 manat pulu verdikdə həmin məbləğin ona aidiyyəti olmadığı üçün kürəkəni Hünərə vermiş və qızı Xanımla birlikdə oradan çıxıb evinə qayıtmış, sonradan kürəkəni Hünərin Bakı şəhəri, Sabunçu rayonu Yeni Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 250 kv.metr torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş 110 kv.m-lik nömrəsiz üç otaqlı fərdi yaşayış evini Zərərçəkmiş şəxs5 əvvəl öz adından bir neçə nəfərə də satıb pulunu almasını eşidibbilmiş, ancaq bu barədə xəbəri olmamış, daha doğrusu bunu Hünərdən polisə şikayət olunduqda bilmiş, kürəkəni Hünərin nə üçün belə bir hərəkət etməsini başa düşməmişdir. Qızı Xanımın və onun bu işdə heç bir maddi marağı və ya kürəkəni Hünərlə heç bir iş birliyi olmamış, sadəcə evin yerləşdiyi torpaq sənədi adına olduğu üçün Farizlə olan alqısatqıda iştirak etmişdir. Farizin verdiyi 18050 manat puldan isə Hünər ona hər hansı bir məbləğdə pul verməmiş, həmin vaxt Hünər evim satıb problemlərini həll edəcəyini, yerdə qalan pula isə özünə ev alacağını bildirmiş, hazırda qızı Xanımın yaşamağa yeri olmadığına görə azyaşlı uşaqları ilə birlikdə onunla bir yerdə yaşayır, yaşlı və savadsız olduğuna görə Hünərin nə edəcəyi barədə heç bir məlumatı olmamış, sadəcə ona kürəkəni kimi inanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Bahar qəsəbəsi, təzə tikili, nömrəsiz fərdi yaşayış evində anası Şahid1, qardaşı X12 və azyaşlı uşaqları ilə birlikdə kirayə yaşayır, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs həyat yoldaşıdır və Naxçıvan MR-da qeydiyyatda olsa da xx.xx.2023-cü il tarixdə X8 Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 250 kv.metr torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş 110 kv.m-lik nömrəsiz üç otaqlı fərdi yaşayış evini almış və onunla birlikdə orada yaşamışdır. xx.xx.2023-cü il tarixdə isə Hünər həmin evin yerləşdiyi torpaq sahəsinə görə Suraxanı rayonu, Ramana qəsəbə bələdiyyəsi tərəfindən anası Şahid1 adına şəhadətnamə alaraq rəsmiləşdirmiş, ancaq həmin torpağın anası Ceyrana heç bir aidiyyəti olmamış, sadəcə Hünər torpağı anasının adına rəsmiləşdirmişdir. 2023-cü ilin sonlarında Hünər maddi vəziyyətləri pisləşməsinə və azyaşlı uşaqlarının xəstə olmasına görə evlərini satmaq qərarına gəlmiş, bu məqsədlə 2023-cü ilin noyabr ayının əvvəllərində Hünər makler vasitəsilə bir neçə müştəri tapmış və gəlib evlərinə baxıb getmiş, sonuncu dəfə isə Hünər Zərərçəkmiş şəxs5 adlı müştəri ilə tanış olmuş və onunla yaşadıqları evə gəlib baxmış və onunla 18050 manat ilkin ödəniş edilməklə 57 ay müddətində ayda 350 manat ödəmək şərti ilə cəmi 38000 manata satacağı barədə razılaşmış, sonra isə anasına bələdiyyə sənədi adına olduğuna görə notariusa getməli olduğunu bildirmiş, anası da etiraz etməyərək 13 noyabr 2023-cü il tarixdə onunla birlikdə ünvan 2 ünvanda yerləşən 18 saylı notariat kontoruna getmiş, orada evi almaq istəyən Fariz adlı şəxslə və arvadı Günellə tanış olmuş, sonra anası ilə Zərərçəkmiş şəxs5 həyat yoldaşı X11 arasında xx.xx.2023-cü il tarixli, **********585 saylı alqı-satqı ərizəsinə əsasən alqı-satqı olmuş, orada Zərərçəkmiş şəxs5 Hünərlə danışıb razılaşdığı ilkin ödəniş olaraq cəmi 18050 manat pulu anasına vermiş, lakin anası ilə birlikdə oradan çıxıb getdiklən həmin məbləği ona aidiyyəti olmadığı üçün Hünərə vermişdir. Sonradan anası ilə birlikdə Hünərin Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 250 kv.metr torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş 110 kv.m-lik nömrəsiz üç otaqlı fərdi yaşayış evlərin Zərərçəkmiş şəxs5 əvvəl öz adından bir neçə nəfərə də satıb pulunu almasını eşidibbilmiş, ancaq onların bu barədə xəbərləri olmamış, anası ilə birlikdə bunu Hünərdən polisə şikayət olunduqda bilmişdir. Hünərin nə üçün belə bir hərəkət etməsini başa düşməmiş, anası Ceyranın və onun bu işdə heç bi maddi marağı və ya Hünərlə heç bir iş birlikləri olmamış, sadəcə evin yerləşdiyi torpaq sənədi anasının adına olduğu üçün Farizlə olan alqı-satqıda iştirak etmiş, Farizin verdiyi 18050 manat puldan isə Hünər ona və anasına hər hansı bir məbləğdə pul verməmiş, Hünər evi satıb əldə etdiyi pulun bir hissəsi ilə problemlərini həll edəcəyini, yerdə qalan pulla isə başqa ev alacağını bildirmiş, hazırda yaşamağa yeri olmadığına görə azyaşlı uşaqları ilə birlikdə anası ilə bir yerdə yaşayır. Zərərçəkmiş şəxs2 ilə həyat yoldaşı Hünər danışmış və Davud həyat yoldaşının pensiya işi ilə bağlı 500 manat pulu şəxsən Hünərə vermiş, bununla və ya Hünərin başqa bir işi ilə əlaqəsi olmamış, çünki Hünərin işlərinə qarışmamış, anası Şahid1 yaşlı və savadsız qadın olduğuna görə Hünərin nə edəcəyi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, həmin səs yazılarını Təqsirləndirilən şəxs xahişi ilə göndərmişdir, o, bildirmişdir ki, maddi cəhətdən ehtiyacları var. Təqsirləndirilən şəxs ona heç nə təklif etməmiş, o, bunu nəyinsə müqabilində etməmiş, sadəcə, o, bildirmişdir ki, borcları var. Təqsirləndirilən şəxs dələduzluq etməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 (cild 3, i.v. 196-199), Şahid6 (cild 1, i.v. 200-202), Şahid7 (cild 1, i.v. 197-199), Şahid4 (cild 3, i.v. 207-209) və X11 (cild 3, i.v. 37-38) ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildirmişlər. Məhkəmə vəsatətləri və ona dair proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, vəsatətlər əsaslı olduqlarından təmin edilməlidir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından məlum olduğu kimi, 25 noyabr 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmış, 01 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmış, 20 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmış, 29 mart 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aidiyyəti üzrə Bakı şəhəri Xətai RPİ-nin İŞ-nə göndərilmiş, 05 aprel 2024-cü il tarixdə ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, 22 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmış, 09 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur, 10 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmış, 10 fevral 2024-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, 10 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, 10 fevral 2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-103/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 08 aprel 2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-267/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay 20 gün olmaqla, ümumilikdə 04 ay 20 gün müddətinə, yəni 29 iyun 2024-cü il tarixədək uzadılmış, 11 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmış, 21 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, 22 iyul 2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-396/2024 saylı qərarına əsasən onun barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, onunla digər 2-3 nəfər şəxs olmuşdur, həmin pulu onlar götürmüşdür. Zərərçəkmiş şəxslərə qarşı törətdiyi əməldə onunla birlikdə Rövşən, Malik, Aqil və Əziz adlı şəxslər də olmuşlar, onlar ondan adlarını verməməsini istəmişlər. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, baş vermiş cinayətlə həyat yoldaşı Şahid2 və qaynanası X5 heç bir əlaqələri və məlumatları olmamışdır. Bundan başqa məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, cəmi ona 36500 manat pul ziyan dəymişdir. Təqsirləndirilən şəxs ilə görüşən zaman və söhbət edən zaman, o, tək olmayıb. Onun yanında digər şəxslər də olub və onlarda bu işdə iştirak ediblər. Həmin şəxslərin adı Rövşən, Əziz və Aqil olmuşdur. Bundan başqa məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs yoldaşı ilə görüşəndə, o, ona bildirmişdir ki, Aqil, Məlik və Rövşən onun yoldaşına tələ qurublar. Təqsirləndirilən şəxs yoldaşı istintaqda da Təqsirləndirilən şəxs bu işdə tək olmadığını və pulların onların arasında xərcləndiyini deyəcəyini ona bildirmişdir. Təqsirləndirilən şəxs bu işləri tək görməyib, onunla görüşən zaman onun yanında digər şəxslərdə olub və onlarda ona yalandan vədlər veriblər. Bundan başqa məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, bu işə Aqil, Əziz, Məlik və Rövşən də cəlb edilməli idilər, çünki bu işləri onlar bir yerdə aparırdırlar. Ev üçün pulu Təqsirləndirilən şəxs qaynanasına vermişdir. Təqsirləndirilən şəxs özü də qeyd edir ki, ona verilən pullar tək ona yox, həmin şəxslərə də çatmışdır və bu prosesdə əvvəldən sona kimi həmin şəxslər iştirak etmişlər. Həmçinin, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi Müdafiəçi2 məhkəməyə təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə vermiş olduğu vəsatətinə bunu təsdiqləyən səs yazılarını əlavə edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi inandırmaq üçün səs yazılarını atdığı şəxsin şəxsiyyətini müəyyən etmişlər və həmin şəxs X2r. Həmin səs yazılarını ibtidai istintaqı aparmış müstəntiqə təqdim etsələr də, müstəntiq səs yazılarını iş materiallarına əlavə etməmiş və həmin şəxsin əməllərinə hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında 01 ədəd flash-cartda olan həmin səs yazılarına baxış keçirilmiş və aşağıdakı məzmunda olması müəyyən edilmişdir: “Hünər salam qardaş, nəfərsən? Nə var nə yox? 4 otaqlı, altında 75 kvadrat metr obyektdir, əgər tanıdığın adamdırsa, etibar etdiyin adamdırsa, 25-indən satışlar başlayır. 3000 (üç min) manat, birdə sənədlərin səhər-səhər 9-da götür gəl mən deyən yerə, yəni ofisə, özün bilirsən hara gəlmək lazımdır. Elə bil ki, 4 otağım var bir dənə, aşağısında 75 kvadrat metr obyekt (m2), onun içində gedir da, yəni om uje ondan ayıra bilmirik. 3000 (üç min) ödəsin gələn ayın 25-dən satışlar başlayır. Nətər deyərlər, bütün satışlar “obnavit” olunur. Kimlər nə alıb hamısı verilir yiyələrinə". “Hünər salam, nətərsən qardaş. Nə var nə yox? Sən təcili Miri ilə danış (Zərərçəkmiş şəxs2 nəzərdə tutur) denən ki, onların işini gələn həftə tamamlayıram. Allahın izni ilə hamısı hazırdır, mərtəbəsinə kimi, otağına kimi, hər şey öz qaydasındadır. O, hərbiçilərinki, özün bilirsən də bunlara aidiyyəti yoxdur, bunlar ayrıdır. Nazirlikdə o, mənzil istismatın rəisinə 3 dənə çatmalıdır təcili. Sabah saat 8-dən, mən burdan 07:30-da onunla görüşüb, çıxmalıyam. Prosta sənə zəng elədim bir dəfə zəng çatmadı. 07:30-da mən onunla görüşüb çıxmalıyam mən o təzə layihəyə. O yerdə qalanlarınkin mən ayın axırına kimi həll edəcəm. Uje Seyidinki hazırdı, təcili şəkildə onun 3 dənəsini şey eləsin, o birisi uşaqlara da demişəm, çünki, bizdən çıxıb uje. Ordakı ağzını əyir, məndə istəmirəm də o vaxt aparsın. Bir ay, iki ay, üç ay. Mən ondan zərfi götürməliyəm. 8-9 nəfərdi də onlar. Hərbiçilər ayrı olur axı, özün bilirsən. Təcili onunla danış, 3 dənəni götür, şey elə, sabah səhər 07-də, 06:30-da çatdır onu mənə, yaxşımı?! Lap gecə, səhər saat 06-da ol orda, biz görüşək, mən girib onunla görüşüb çıxıb getməliyəm ki, zərfi götürüm. Təcili şəkildə!” “Hünər mən başa düşdüm, əziz qardaş, bildim nə deyir qardaş, mən bilirəm, indiki zəmanədə vəziyyətidə, hamısını başa düşürəm. Bu prosta elə bir şeydi ki, bu tək bizdən keçmir da, özün bilirsən ki, mülkilər tək bizdən keçir, ama hərbiçilər 2 yerdən keçir da. Yəni həm ordan, həm ordan. Ona da mən demişəm ki, səhər-səhər saat 08-də mən səninlə görüşəcəm. Mən istəyirəm ki, obşi zərfi ondan götürüm aparım qol çəkdirim, gətirim qaytarım oraki, onlar uje bura qol çəkdirsinlər ki, paylama versinlər. Mən o qardaşa başa salmışam, hər bir mənada, hər bir vəziyyəti, yəni bu mənlik olan bir şey deyil. Yəni lap ağsaqqala da başa sal, bibimə də başa sal denən ki, yəni mən işimi tam görmüşəm. Narazı da deyiləm. Hamısından da razıyam, prosta mülkilər bir prosesdən keçir, hərbiçilər 2 prosesdən keçir. Mən onu (pulu nəzərdə tutur) ona çatdırmasam inan Allaha o, başlayacaq süründürməyə məni. Heç onları qoyduq qırağa, sabahsı gün başqa bir işimdə də başlayacaq məni süründürməyə. 5 gün döz, 3 gün döz, bir ay döz, yəni mən ona, onların nazı ilə oynamaq istəmirəm də, çünki sabahsı gün başqa işimdə olur onlarnan. O, dedi məndə dedim baş üstə, sabah səhər-səhər görüşəcəm siznən. Mən istəyirəm o zərfi götürəm aparam çatdıram, qol çəkdirəm, gətirəm verəm bunlara gedəm işimin dalınca. Heç bəlkə özüm aparmadım, o birisi yoldaş apardı qol çəkdirdi gətirdi verdi bunlara ki, gələn həftə paylamağa versinlər. O kişini sevindirək, ondan sonrakı qaldı o birisilərə. O birisiləri də inşallah davamiyyətlə həll edəcəyik Allah qoysa! Yəni ayın sonuna kimi bunu 100 faiz! O əmiyə də, bibiyə də, qardaşa da çatdır ki, mənim adımnan, bu səsi də at onlara, Allah şahiddir ki, burda mənlik bir şey yoxdur da, mən öz işimi görmüşəm, onu da mən görmək istəyirəm ki, görüm qurtarsın, tamamlansın bu gecə, sabah tamamlansın ki, paylaşım etsinlər”. “Hünər o Seyidin xidmətə girdiyi vaxt, birdə xidmətdən ehtiyata buraxıldığı vaxt, pensiya alıb-almamağı, veteranlığı olub-olmamağı haqqında mənə bir dənə tez məlumat ver. Elə bil ki, xidmətə girib, haçan girib, filan vaxtı, neçə il, nə rütbəsində işləyib, birdə çıxdığı müddət, ehtiyata buraxıldığı müddət, o haqda mənə tez məlumat ver ”. “Hünər müəllim salam, necəsiniz? Hünər müəllim, evlər iyun ayının ortaları, axırına kimi çıxacaq satışa, Allah qoysa. Yəni kimlərin evi var, onlar veriləcək yiyələrinə. Neçə nəfər var siyahımızda onların hamısının evi paylanacaq özünə. Birdə gör nə deyirəm, bir dənə 4 otaqlımız var, gör elə bir münasib adam varmı, verək ona. Varsa de verək ona”. “Yaxşı Hünər müəllim, yaxşı, xanımın adına olacaq da inşallah. Problem yoxdur, baş üstə!” “Hünər müəllim, bu dəqiqənin özündə, bax Şuşadayam, qar dizdən, inanırsan böyük bir layihəmiz var. Göndəriblər buranın layihənin planlaşdırılmasına, yəni olmasa bura gələrəm o boyda yolu dədə. Sən əsas odur ki, bir dənə 4 otaqlıya əlində adam varsa göndər görək neyniyə bilərik qaqaş”. “Hünər salam qardaş, nətərsən? Nə var, nə yox? Hünər o 4 otaqlı, sən da qardaşsan, çörək kəsirik, ailəvi gediş-gəlişimiz yar deyə, yəni problem yoxdu da, sən deyirsən, yəni 5 qəpiksən qazan, 3 qəpik mən qazanım. Yəni özün bilirsəndə vəziyyət necədir, nə necədir. Sənin dostundur Allah canın sağ eləsin, elə səninlə dost olanlar, mənimlə də dost olur da. Necə ki, Seyidgilin işini həll elədim, bunu da eyni qaydada həll edəcəm. Problem yoxdur qardaş, danış nədi, nə deyil, dərtləş mənə xəbər elə. Mənim gözlərim üstə, sən mənim canım ciyərim, qardaşımsan. Çörək qazanaq da, 5 qəpik sən qazan, 5 qəpik mən qazanım. Sənə burda başqa bir söz demirəm ki, sən nə demisən demişəm baş üstə. Seyidgilinkini necə həll elədim, bax bunuda eyni qaydada həll edəcəm ”. “Hünər dayıngildə nə cür elədik, sənədli sübütdu. Nə cür çıxartdıq, bunda da eyni qaydadır da, dəyişən nə var ki, bir sualı 10 dəfə verirsən. Əgər etibarlı adamdırsa, tanıdığın adamdırsa həll eliyək getsin, problem deyil. Ama mən sənə arxayınam, mən səni tanıyıram”. Göründüyü kimi təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrində qeyd etdikləri Aqil, Əziz, Məlik və Rövşən adlı şəxslərin şəxsiyyətləri müəyyən edilməmiş, onların hazırki cinayət işinə münasibətləri aydınlaşdırılmamış və ifadələri alınmamış, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən təqdim olunmuş səs yazıları tədqiq olunmamış, təqsirləndirilən şəxsin sözügedən dələduzluq əməlini tək və ya əlbir olan qrup halında törətməsinə dair xüsusatlara ibtidai araşdırma orqanı tərəfindən qiymət verilməmişdir. Həmçinin, ********* saylı cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla da bir daha sübut olunur ki, yuxarıda qeyd olunan xüsusatlar araşdırılmamış və hazırki cinayət əməlinin törədilməsinə Təqsirləndirilən şəxs ilə yanaşı adları çəkilən Aqil, Əziz, Məlik və Rövşən adlı şəxslərin aidiyyatlarının olubolmaması və olduğu təqdirdə rollarının nədən ibarət olması müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli ilə bağlı işin faktiki hallarına uyğun olmayan əsassız qənaətə gəlinmiş, sonuncunun əməli düzgün tövsif edilməmiş, təqsirləndirilən şəxsin əməlində CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına tam, hərtərəfli, obyektiv araşdırma aparılmaqla hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə görə Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 07 iyul 2011-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, CPM-in 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Bu qərarında Konstitusiya Məhkəməsi belə hüquqi mövqe ifadə etmişdir ki, məhkəmələr şikayət olmadıqca sübutların qiymətləndirilməsi haqqında qərarı öz təşəbbüsü ilə ləğv etməyə haqlı deyil. Belə qərarın qüvvədə olduğu müddətdə isə məhkəmə işlərə verilən ittiham daxilində baxmalı və ittihamdan kənara çıxmamalıdır. Qanunun həmin tələbindən göründüyü kimi, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə məhkəmə qanunvericiliyin tələblərinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə (şəxslərə) başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və Təqsirləndirilən şəxs əməlinə münasibətdə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 10 fevral 2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-103/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 08 aprel 2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)- 267/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay 20 gün olmaqla, ümumilikdə 04 ay 20 gün müddətinə, yəni 29 iyun 2024-cü il tarixədək uzadılmış və 22 iyul 2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-396/2024 saylı qərarına əsasən onun barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə hazırkı qərar qəbul edildikdən sonra artıq “həbs” qətimkan tədbirinin müddəti başa çatdığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 01 ay olmaqla, yəni 17 may 2025-ci il tarixədək uzadılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verildiyindən və təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarıldığından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizələri baxılmamış saxlanılmalıdır. Bundan başqa məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 155, 318 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs2 nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş vəsatətlər təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin, təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Xətai rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətinə, yəni 17 may 2025-ci il tarixədək uzadılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizələri baxılmamış saxlanılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar