Məhkəmə qərarları › İş №1(011)-300/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-300/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-300/2020 22.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Pro Bono Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə hazırlıq iclasında ilkin dinləmələr keçirərək, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək və hüquq verən rəsmi sənəd hesab olunan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park- X3 X1 İnkişafı və İstismarı Birliyi tərəfindən ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 0,5 hektar torpaq sahəsinin ayrılması barədə xx xxxxxx 2005-ci il tarixli 34025 nömrəli müqaviləni istifadə etmək məqsədi ilə qanunsuz hazırlayaraq Zərərçəkmiş şəxs özünə məxsus torpaq sahəsi kimi təqdim edib aldatmaqla sataraq Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 11-də yerləşən 18 saylı Notariat kontorunda torpaq sahəsinə dair etibarnaməni və qanunsuz hazırladığı saxta müqaviləni verdikdən sonra notariat kontorunun qarşısında sonuncudan 200 (iki yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340 (üç yüz qırx) manat, bir neçə saatdan sonra isə qeyd edilən ünvanda 14660 (on dörd min altı yüz altımış) manat məbləğində pul vəsaitini alıb Zərərçəkmiş şəxs məxsus əmlakı vahid niyyətlə ələ keçirib ümumilikdə 15.000 (on beş min) manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Buna görə dəTəqsirləndirilən şəxsibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, ittiham aktında pozuntu olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlində ağırlaşdıran halların olmasına baxmayaraq ittiham aktında ağırlaşdırıcı halların olmaması, təqsirləndirilən şəxsin məhkumluğunun ödənməsi kimi qeyd edilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsində tələblərinin pozulması kimi qiymətləndirmiş və məhkəmə baxışının təyin edilməsini təklif etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ittiham aktının ona təqdim edilmədiyini, onun müdafiə hüququnun pozulduğunu, istintaq zamanı vurulmuş ziyana görə 7000 manat ödənildiyini, lakin zərərçəkmiş şəxsə 3000 manat verildiyini, bütün bunlarla onun nədə ittiham olunduğundan məlumatı olmadığını qeyd edərək cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsə ittiham aktı verilmədiyini və onun istintaq zamanı müdafiə hüququnun pozulduğunu qeyd edərək cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Pro Bono Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsə ittiham aktı verilmədiyini və onun istintaq zamanı müdafiə hüququnun pozulduğunu qeyd edərək cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ona ittiham aktı verilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin müdafiəçisi Müdafiəçi3 zərərçəkmiş şəxsə ittiham aktı verilmədiyini qeyd edərək cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası CPM-in 303.4-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda belə qərarın çıxarılması üçün əsaslar göstərilir. Cinayət işi araşdırılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə ağır cinayət törətməyə görə 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs cəzasını nə vaxt bitməsi barədə iş materiallarında heç bir əsaslı sənəd olmadan ittiham aktında təqsirləndirilən şəxsin əməlində ağırlaşdıran halların olmaması və məhkumluğunun ödənilməsi qeyd edilmişdir. Hazırki cinayət hadisəsi isə xx xxxxxx 2020-ci ildə baş vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi, residivi cəzanı ağırlaşdıran hallara aiddir.Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərtib olunmuş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran halların olmasına baxmayaraq ittiham aktında ağırlaşdırıcı halların olmaması qeyd edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğunun olması ehtimalı mövcuddur ki, bu ehtimal da ibtidai isintaqı aparan müstəntiq, eləcə də ibtidai araşdırmaya prossesal rəhbərliyi həyata keçirən prokuror tərəfindən diqqətə alınmamışdır. Eləcə də təqsirləndirilən şəxsin məhkumluğu barədə DİN BƏSİİ-dən tələbnamə alınmamış və iş materiallarına əlavə edilməmişdir. Məhkəmə həmçinin diqqətə çatdırır ki, 2013-cü ildən bəri Cinayət qanunvericiliyinə dəyişikliklər, eləcə də Amnistiya haqqında Qərar qəbul edilmişdir. Bu Qanunların Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə uyğunlaşdırılması barədə qərar (Xəzər rayon məhkəməsinin qərarı) cinayət işinə əlavə edilməmişdir. Həmçinin ittiham aktında təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar öz əksini tapmamışdır. Beləliklə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran halların olmasına baxmayaraq ittiham aktında ağırlaşdırıcı hallar göstərilməmişdir. Buna iş üzrə DİN BƏSİİ-nin tələbnamənin mövcud olmaması səbəb olmuşdur. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 289.3.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsi səciyyələndirən hallar göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 289.3.6-cı maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar göstərilməlidir. Göründüyü kimi, cinayət işi üzrə ittiham aktı müvafiq hissələrdə CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Eyni zamanda ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təqsirləndirilən şəxsə təqdim edilməmişdir. Cinayət işi üzrə ittiham aktı məhkəməyə daxil olarkən iş materialına tikilmiş ittiham aktından əlavə 2 nüsxədə ittiham aktı cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi ittiham aktı tərəflərə (dövlət ittihamçısı, təqsirləndirilən şəxs, onun müdafiəçiləri, zərərçəkmiş şəxs və onun müdafiəçisi) çatacaq sayda deyil. Azərbaycan Respublikası CPM-nin 292.1-ci maddəsinə əsasən ittiham aktını təsdiq etdikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təxirə salmadan ittiham aktının surətini cinayət prosesi iştirakçılarına çatacaq sayda əlavə etməklə cinayət işini aidiyyəti üzrə məhkəməyə göndərir və gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş ittiham aktını “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemə yerləşdirir. Həmin Məcəllənin 292.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror eyni zamanda təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin verilməsini təmin etməlidir. İttiham aktına və onun əlavələrinə dəyişikliklər edildiyi halda ittiham aktı yalnız sonuncu redaksiyada verilir. Qeyd olunanlar isə, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntudur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmin Məcəllənin 303.2-ci maddəsinə görə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Qeyd edilən Məcəllənin 307.1-ci maddəsinin müddəasına görə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Cinayət- Prosessual Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq X2 barəsində xüsusi qərar çıxarılaraq təsir tədbirləri görülməsi üçün Daxili İşlər Nazirliyinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və ********* nömrəli cinayət işiibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsindəseçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiridəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar