Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-300/2025 17.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X11, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli micdarda bir ədəd bükümdə təmiz çəkisi 0,746 qram olan narkotik vasitə heroini və xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,209 qram metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 27 fevral 2025-ci il tarixdə saat 18:04 dəqiqədə Xətai RPl-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 20/1 ünvanında saxlanılaraq videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sol yan cibindən “Sobranie” markalı siqaret qutusunda 01 ədəd bükümdə təmiz çəkisi 0,746 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,209 qram ağ rərgli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 15 ilə yaxın müddətdir narkotik vasitə heroindən və metamfetamindən istifadə edir. Hər dəfə istifadə etdiyi narkotik vasitələri Bakı şəhərində tanımadığı və heç bir anket məlumatlarını bilmədiyi şəxslərdən almışdır. Lakin heç zaman narkotik vasitənin satışı ilə məşğul olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 17:50-də Xətai rayonu, Mingəçevir küçəsindən keçərkən tanımadığı şəxs ona yaxınlaşaraq 25 manata bir büküm heroin və bir büküm metamfetamin satdığını bildirmişdir. Həmin şəxslə razılaşaraq 25 manata “Sobranie” markalı siqaret qutusunda iki bükümdə heroin və metamfetamin alıb əynindəki tünd yaşıl rəngli gödəkçəsinin sol yan cibinə qoyub yoluna davam etmişdir. Bir az getdikdən sonra saat 18:04-də Xətai rayonu, Mingəçevir küçəsi 20/1 ünvanının qarşısından keçərkən üç nəfər mülki geyimli şəxs videoçəkilişlə ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin istifadəsində şübhələndikləri üçün onu saxladıqlarını bildirmişlər. Hüquq və vəzifələri izah edildikdən sonra üzərində narkotik vasitə olub-olmaması soruşulmuşdur. O, əynindəki tünd yaşıl rəngli gödəkçəsinin sol yan cibindən “Sobranie” markalı siqaret qutusunda 2 ədəd şəffaf sellofana bükülmüş heroini və metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bükümdəki maddələrin nə olması soruşulduqda həmin maddələrin heroin və metamfetamin olmasını bildirmişdir. Aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş, heroinin çəkisinin 0,93 qram, matemfetaminin çəkisinin isə 0,20 qram olması müəyyən olunmuşdur. Həmin bükümlər polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları ilə birlikdə 37-ci Polis Şöbəsinə getmişdir. Orada siyahı üzrə seçdiyi vəkillə təmin olunaraq hüquq və vəzifələri izah olunmaqla şübhəli şəxs qismində tutulmuşdur. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, əvvəlki məhkəmə iclaslarında cinayət məsuliyyətindən yayınmaq və özünü müdafiə etmək üçün üzərindən aşkar olunmuş maddənin ona məxsus olmadığını bildirərək təqsirini etiraf etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2019-cu il tarixdən DİO-da, 2022-ci il tarixdən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 fevral 2025-ci il tarixdə saat 18:04-də Xətai RPİnin 37-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 və şöbənin digər əməliyyat müvəkkili X16 ilə birlikdə daxil olmuş məlumat əsasında, keçirilmiş tədbirlər nəticəsində zahiri əlamətləri Təqsirləndirilən şəxs uyğun olan bir şəxsin Xətai rayonu, Mingəçevir küçəsi 20/1 ünvanında hərəkət etdiyini müşahidə etmişlər. Onlar həmin şəxsə yaxınlaşıb polis vəsiqəsi göstərərək özlərini təqdim etmişlər, videoçəkilişlə həmin şəxsdən adını soruşduqda o, bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışar. Baxış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan edilmiş əşyaları versin. Sonuncu əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sol yan cibində saxladığı 1 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli və bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli spesifik iyə məxsus olan maddələri təqdim edib bildirmişdir ki, onun üstündən aşkar olunan maddələr narkotik vasitə sayılan heroin və metamfetamindir. Gödəkçəsinin sol iç cibindən “Oppo” markalı mobil telefon, bir ədəd qızıl rəngli yandıran, bir ədəd qara rəngli trubka, bir ədəd ağ rəngli telefon üçün usb aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitələr elektron tərəzidə çəkilmişdir. Metamfetaminə bənzər ağ rəngli maddənin çəkisinin qablaşdırma ilə birlikdə 0,20 qram, heroinə bənzər qəhvəyi rəngli maddənin çəkisinin qablaşdırma ilə birlikdə 0,93 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş maddələr zərfə qoyularaq qablaşdırıldı və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra şəxsin üzəri yoxlanılmış, üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün düzgünlüyünü imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd qızıl rəngli yandıran, bir ədəd qara rəngli trubka, bir ədəd ağ rəngli telefon üçün usb özünə geri qaytarılmışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 bildirmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 fevral 2025-ci il tarixdə saat 18:04 dəqiqədə ünvan 3 ünvanın qarşısında zahiri əlamətləri Təqsirləndirilən şəxs uyğun gələn bir şəxsin hərəkətdə olduğunu görüb videoçəkilişdən istifadə edilməklə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək ad, soyadını soruşmuşlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra sonuncuya hüquq və vəzifələri izah olunmaqla paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanılmışdır. Baxış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan edilmiş əşyaları könüllü təhvil versin. Sonuncu əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sol yan cibində saxladığı “Sobranie” markalı siqaret qutusunda 2 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi və ağ rəngli spesifik iyə məxsus olan maddələri təqdim edib bildirmişdir ki, üzərindən aşkar olunan maddələr narkotik vasitə sayılan heroindir və metamfetamindir. Aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, heroinin çəkisinin qablaşdırma ilə birlikdə 0,93 qram, metamfetaminin isə 0,20 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş maddələr zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Gödəkçəsinin sol iç cibindən isə “Oppo” markalı mobil telefon, bir ədəd qızılı rəngli yandıran, bir ədəd qara rəngli trubka, bir ədəd ağ rəngli telefon üçün usb təqdim edilmişdir. Daha sonra şəxsin üzəri yoxlanılmış, üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunaraq, iştirakçılara ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün düzgünlüyü imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 27 fevral 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd “Sobranie” yazılmış siqaret qutusunun içərisində 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli və 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik maddəyə bənzər kütləni, gödəkçənin sol iç cibindən 1 (bir) ədəd “Oppo” markalı mobil telefonu, bir ədəd qızılı rəngdə yandıranı, bir ədəd qara turubuçkanı və bir ədəd ağ rəngli telefon usb kabelini təqdim etmişdir. Narkotik maddəyə bənzər kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmiş, 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli maddənin çəkisinin 0,20 və 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddənin çəkisinin 0,93 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr qablaşdırılmaqla tədbir i iştirakçıları, saxlanılan şəxs və tərəfimdən imzalandı və götürüldü. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Sobranie” yazılmış siqaret qutusunun içərisində 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli və 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlən, gödəkçənin sol iç cibindən 1 (bir) ədəd “Oppo” markalı mobil telefon sonuncudan götürülmüş və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin metamfetamin və heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində keçirilmişdir (i.v. 13-16); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 27 fevral 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış əynindəki tünd yaşıl rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd “Sobranie” yazılmış siqaret qutusunun içərisində 1 ədəd ağ rəngli şəffaf sellofan bükümdə ağ rəngli və 1 ədəd ağ rəngli şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə aşkar olunmuş və elektron tərəzidə çəkilərək 1 ədəd ağ rəngli şəffaf sellofan bükümdə ağ rəngli çəkisinin qablaşdırma ilə birlikdə 0,22 qram və 1 ədəd ağ rəngli şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlənin çəkisinin qablaşdrıma ilə birlikdə 0,86 qram olduğu müəyyən edilmişdir. Sonra həmin maddələr yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 1 ədəd DVD-yə Lenovo markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan ağ rəngli və qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərində gödəkçəsinin sol iç cibindən 1 ədəd “Oppo” markalı mobil telefon, 1 ədəd qızılı rəngli alışqan, 1 ədəd qara rəngli kiçik boru və 1 ədəd mobil telefon USB naqili aşkar edilərək götürülmüşdür (i.v. 19- 21); şübhəli şəxsin tutulması haqqında 27 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:04 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2025-ci il tarixli, 3-16-16/2-6/908/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 153” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,746 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,209 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 42-45); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 66-68); vəsatətin müdafiəsindən imtina edilməsi haqqında 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Xətai RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 81-82); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 01 mart 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 83-84); diskdə olan videoyazıya baxış keçirilməsi haqqında 05 mart 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 27 fevral 2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 87-88); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə AR CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə üzərində 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir; Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilməklə əməl CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş və CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli qərarla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 06 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır (i.v. 99-101); 41 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yeri üzrə müsbət xarakterizə olunur (i.v. 124); Azərbaycan Respublikası vətəndaşının AA6769262 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladı X7 xx.xx.2009-cu il tarixdə doğulmuşdur (i.v. 125); Azərbaycan Respublikası vətəndaşının AA5703364 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladı X3 xx.xx.2008-ci il tarixdə doğulmuşdur (i.v. 126); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxsinin xx.xx.2025-ci il tarixli, 1685 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİS-dən alınan məlumata əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində qeydiyyatdadır (i.v. 131- 132); X1 Bakı şəhəri Xətai RPİ-nin İŞ-də verdiyi ifadəsində bildirmişdir ki, 1995-ci ildən Ədliyyə Nazirliyinin Məhkəmə X6-kimyəvi ekspertizalar şöbəsinin böyük eksperti vəzifəsində çalışır. İ dərəcəli ədliyyə qulluqçusudur. 28 fevral 2025-ci il tarixli 6/908 nömrəli fıziki-kimyəvi ekspert rəyi tərəfindən tərtib edilmişdir. Həmin rəydə “Heroin - 0,746 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,159 qram” göstərilmişdir. Qeyd edilən xüsusat texniki səhvdir. Əslində heroinin qalıq miqdan 0,696 qram kimi göstərilməli idi. Heroinin qalıq miqdarının 0,696 qram olması maddi sübutların qəbulu aktında da göstərilmişdir (i.v. 134-135); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 12 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.746 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.696 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.209 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.159 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 02 ədəd “DVD-R” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 147-151); Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(002)-173/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə istintaqı zamanı birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd siqaret qutusunun içərisində 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli və 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik maddəyə bənzər kütləni, gödəkçənin sol iç cibindən 1 (bir) ədəd mobil telefonu, bir ədəd qızılı rəngdə yandıranı, bir ədəd qara turubuçkanı və bir ədəd ağ rəngli telefon usb kabelini təqdim edir. Narkotik maddəyə bənzər kütlə elektron tərəzidə çəkilir, 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli maddənin çəkisinin 0,20 və 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddənin çəkisinin 0,93 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin metamfetamin və heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə istintaqı zamanı ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, 1 ədəd DVDyə Lenovo markalı kompüterdə baxış keçirilir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan ağ rəngli və qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapır. Həmçinin Təqsirləndirilən şəxs üzərində gödəkçəsinin sol iç cibindən 1 ədəd “Oppo” markalı mobil telefon, 1 ədəd qızılı rəngli alışqan, 1 ədəd qara rəngli kiçik boru və 1 ədəd mobil telefon USB naqili aşkar edilərək götürülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.746 qram olan narkotik vasitə heroin, «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.209 qram olan psixotrp maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, iki yetkinlik yaşına çatmayan uşağının olmasını (CM-nin-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı üzrə olan məhkumluqları bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənildiyindən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 27 fevral 2025-ci il tarixdən 01 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 17 iyul 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(002)- 173/2025 saylı qərarına əsasən Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.746 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.696 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.209 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.159 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 fevral 2025-ci il tarixdən 01 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(002)-173/2025 saylı qərarına əsasən Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.746 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.696 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.209 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.159 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-300/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-300/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver